Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-153/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlunun Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: xüsusi mülkiyyətdə olmayan torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlunun və onun nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, iddiaçı Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlunun Cavabdeh qarşı “paylı mülkiyyətində olan evin naturada bölünməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-312/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi İddiaçı 3 otaq – 46,9 kv.metr, Cavabdeh 3 otaq - 46,2 kv.metr adlarına paylı mülkiyyət hüququ ilə xx.xx.2007-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
2. Cavabdeh İddiaçı qarşı “küçəyə çıxış yolunun açılması ilə əlaqədar sahənin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətinə məxsus yaşayış sahəsinə aid 5 metrə yaxın divar zolağının qarşısında tikilmiş hasarın sökülərək ünvan üzrə Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsinə çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2010-cu il tarixli, 2(103)-4296/2010 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2010-cu il tarixli qətnaməsi qismən, yəni iddianın özbaşına tikilinin sökülməsi barədə hissəsinin rədd olunması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilmiş, Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə aid divar zolağının qarşısında tikilmiş özbaşına tikilinin sökülməsi qərara alınmışdır.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 may 2011-ci il tarixli, 2(001)- 2420/2011 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb edilməklə) “məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə göstərmişdir ki, iddiaçı, paylı mülkiyyətçinin razılığı olmadan maraqlı şəxs kimi məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb etmək hüququna malik deyildir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7 fevral 2014-cü il tarixli, 1(001)- 79/2014 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Belə ki, İddiaçı 22 iyul 2013-cü il tarixdə həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək ona inzibati tənbeh olaraq 500 manat məbləğində cərimə tətbiq edilməsinə baxmayaraq, bundan sonrakı müddətdə də, yəni 13 avqust 2013-cü il tarixədək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini icra etməkdən qərəzli olaraq yayınmış, yəni qətnamədə göstərilən qanunsuz tikilini sökməmişdir. Bundan sonra tikili sökülsə də, yerində hasar kimi bir divar qalmışdır ki, bu da sözügedən qətnamənin hələ də tam olaraq icra olunmadığını göstərir.
5. Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2-1(103)-18006/2015 saylı qərarından görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi İcra şöbəsinə qarşı (Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə) “hərəkətlərin qanunsuz hesab edilməsi və divar zolağının bərpa edilməsi” tələbunə dair iddiası mümkün sayılmamışdır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(001)- 7438/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “divar zolağının bərpa edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qətnaməsində nəzərdə tutulmayan divar zolağının da qanunsuz sökülməsi və nəticədə iddiaçıya məxsus həyətə giriş açılmasını müəyyən etmək mümkün olmamışdır.
7. Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2-1(112)-7619/2021 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsi 76 nömrəli fərdi yaşayış evinin qanuni istifadəsində olan 225,33 kv.metr həyətyanı torpaq sahəsinə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, İddiaçı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Həmin məhkəmə tərəfindən aparılmış araşdırma zamanı ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi bağışlama müqavilələri əsasında X7 tərəfindən İddiaçı və Cavabdeh bağışlanmışdır. 1992-ci ildə tərtib olunmuş texniki pasportda olan məlumatlardan görünür ki, sözügedən evin yerləşdiyi faktiki torpaq sahəsi 400,8 kv.metr (istifadədə olmaqla), tikinti altı sahəsi isə 271 kv.metr təşkil edir. Göründüyü kimi, həqiqətən də fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə bağlı Cavabdeh mərhum atasının adına texniki inventarlaşdırma orqanı tərəfindən texniki pasport tərtib edilmişdir ki, həmin texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüləri göstərilmiş və ən əsası isə texniki pasport xx.xx.2001-ci il tarixədək tərtib olunmuşdur. İddiaçı 400,8 kv.m torpaq sahəsinin 225,33 kv.m mənim həyətyanı torpaq sahəmdir əsası ilə həmin sahənin yerinin müəyyən edilməsi və çıxarış və texniki sənədlərinin verilməsini cavabdehdən tələb edə bilməz. Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərarı əsasında Cavabdeh iddiası təmin edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə onun mülkiyyətində olan 3 otaq – 46,9 kv.metr, köməkçi sahələrin – faktiki istifadəsində olan ümumi sahəsi 115,07 kv.metr, o cümlədən yaşayış sahəsi 99,76 kv.metr, yardımçı sahəsi 15,31 kv.metr natura şəklində bölünməsi, istifadə qaydasının müəyyən edilməsi və evinin altında və həyətində yerləşən 209,93 kv.metr torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, o, 15 iyun 1989-cu il tarixdə verilmiş etibarnamə əsasında keçmişdə yaşadığı Ermənistan Respublikası Kalinin rayonu, Qızıl Şəfəq kəndində olan evini hazırda yaşadığı evlə dəyişdirmişdir. Həmin vaxtdan həmin evdə ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. Bakı şəhəri Kirov rayon XDS-nin İcraiyyə Komitəsinin 55/465 saylı, 25 avqust 1989-cu il tarixli qərarı ilə ailə üzvləri ilə birlikdə həmin evə qeydiyyata alınmışdır. Eyni zamanda onun mərhum atası da keçmişdə yaşadığı evini onunla eyni ünvanda olan, evin divarı ilə təcrid olunmuş şəkildə yerləşən evlə dəyişdirmişdir. Atası anası ilə birlikdə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 92 saylı, xx.xx.1992-ci il tarixli qərarı ilə həmin evə qeydiyyata alınmışdır. Hər iki ev bir-birindən evin divarı ilə təcrid olunmuş şəkildə olsa da, ünvan nömrələri onlara qədər eyni – 76 nömrəli ünvan kimi qeydə alınmışdır. Cavabdeh 1994-cü ildə ailəsi ilə birlikdə Rusiyadan qayıdaraq atasına məxsus evdə yaşamağa başlamışdır. Atası evin özünə məxsus hissəsini 27 noyabr 2007-ci il tarixdə cavabdehə bağışlamışdır. 12 dekabr 2007-ci il tarixdə evin həmin hissəsi və ona məxsus evin dam hissəsinin bir hissəsi yanmışdır. Atası 15 dekabr 2007-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra cavabdehlə mübahisə başlamış, bugünədək davam etməkdədir. ünvan 3 ünvanda yerləşən evin paylar üzrə 3 yaşayış otağı onun, üç yaşayış otağı isə cavabdehin mülkiyyəti kimi qeydiyyata alınmışdır. Eyni zamanda, 29 dekabr 2007-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində (keçmiş 20-ci Qurultay) istifadədə olan 0,0271 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 46,9 kv.metr sahəli 3 otaq iddiaçının, 46,2 kv.metr sahəli 3 otaq isə cavabdehin adına qeydiyyata alınmışdır. 23 iyul 1992-ci il tarixdə tərtib olunmuş texniki parportun surətindən görünür ki, paylı mülkiyyətdə olan evin ümumilikdə altında və həyətində yerləşən torpaq sahəsinin ümumi sahəsi 400,81 kv.metrdir. İddiaçıya məxsus payın altında və həyətində yerləşən torpaq sahəsinin və evinin eskiz layihəsi tərtib edilərkən müəyyən olunmuşdur ki, ümumi torpaq sahəsi 201,25 kv.metr, evin sahəsi isə 140,91 kv.metrdir.
10. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirmişdir ki, mülki atası Bəhlul Musayevə məxsus olmuşdur. Sağlığında atası mülkin yarısını ona, yarısını isə qardaşı Həmzəyə bağışlamışdır. Atasının adına olan fərdi yaşayış evinin texniki pasportunda həmin evin həyətyanı sahəsi 400,8 kv.metr göstərilmişdir. O, öz adına çıxarış aldıqdan sonra evini və obyektlərini layihələndirmiş, ona məxsus fərdi yaşayış evinin qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi 225,33 kv.metr müəyyən edilmişdir. Ona məxsus fərdi yaşayış evində 2007-ci ildə yanğın baş vermiş, bundan sonra İddiaçı ona məxsus məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi barədə Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin 06 may 2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2010-cu il tarixli qətnaməsinə əsasən, ona məxsus yaşayış sahəsinə aid divar zolağının qarşısında tikilmiş özbaşına tikilinin sökülməsi qərara alınmışdır. Həmin qərarı İddiaçı icra etmədiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2014-cü il tarixli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015ci il tarixli qərardadına əsasən, İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə qarşı (3cü şəxs Cavabdeh) cavabdeh şöbənin 3-cü şəxsin mülkiyyətində olan M.Məmmədxan küçəsi 76 saylı ünvanda yerləşən yaşayış evinin iddiaçının həyətinə bitişik qanunsuz sökülmüş güc götürən divar zolağın sökülməsi barədə hərəkətlərinin qanunsuz sayılması və həmin güc götürən divar zolağının əvvəlki vəziyyətə cavabdeh şöbənin vəsaiti hesabına bərpa edilməsi tələbindən ibarət iddiası mümkün sayılmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ona qarşı divar zolağının bərpa edilməsi barədə iddiası onun mülkiyyətində olan evin həyətyanı torpaq sahəsinin sərhəddində mövcud olmuş qanunsuz sökdüyü divar zolağının onun vəsaiti hesabına əvvəlki vəziyyətə bərpa edilməsi barədə iddiası rədd edilmişdir. Hazırda iddiaçı ona məxsus, qeyd olunan ünvandakı həyətyanı torpaq sahəsində qeyriqanuni inşa etdiyi özbaşına tikilini və həmin özbaşına tikintiyə aid zəbt etdiyi torpaq sahəsini hüquqi qaydada öz adına rəsmiləşdirmək istəyir. Halbuki, həmin özbaşına tikintinin sökülməsinə dair məhkəmə qətnaməsi var və həmin qətnaməni icra etmədiyinə görə İddiaçı barəsində məhkəmə hökmü vardır.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-10/20223 saylı 003 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi və torpaq sahəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq onların arasında naturada bölünməsi; iddiaçı Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlunun və Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi və torpaq sahəsindən istifadə qaydasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq müəyyən edilməsi və həmin qaydalara uyğun olaraq onların bərabər vəsaiti hesabına bu torpaq sahələri arasında sərhəd hasarının çəkilməsi; iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
12. Məhkəmə iddia tələbinin “həyətani torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, işin məhkəmə araşdırılması ilə və iş üzrə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2022-ci il tarixli, 10/2674 saylı rəyi ilə belə müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı evin və torpaq sahəsinin təcrid şəklində naturada ayrılması mümkündür.
13. Bununla yanaşı məhkəmə iddia tələbində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə onun mülkiyyətində olan 3 otaq – 46,9 kv.metr, köməkçi sahələrin – faktiki istifadəsində olan ümumi sahəsi 115,07 kv.metr, o cümlədən yaşayış sahəsi 99,76 kv.metr, yardımçı sahəsi 15,31 kv.metr natura şəklində bölünməsi, istifadə qaydasının müəyyən edilməsi və evin altında və həyətində yerləşən 209,93 kv.metr torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsinə dair qeyd etmişdir ki, 76 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətində olan 3 otaq – 46,9 kv.metr, köməkçi sahələrin – faktiki istifadəsində olan ümumi sahəsi 115,07 kv.metr, o cümlədən yaşayış sahəsi 99,76 kv.metr, yardımçı sahəsi 15,31 kv.metr natura şəklində bölünməsi yalnız iddiaçı tərəfin mövqeyini ifadə etdiyindən digər tərəfə münasibətdə bölgünü tam əhatə etmədiyindən, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2022-ci il tarixli, 10/2674 saylı rəyində ümumi istifadə olan həm torpaq sahəsi, həm də fərdi yaşayış yerinin sərhədləri tam göstərildiyindən, eləcə də hər iki sahəyə girişçıxışın haradan olması qeyd edildiyindən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı, bölgü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2022-ci il tarixli, 10/2674 saylı rəyinə əlavə olunmuş sxemə uyğun aparılmalıdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 215.1, 220.2, 220.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
15. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında dəfələrlə torpaq sahəsindən istifadə qaydası barədə mübahisələr olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2010-cu il tarixli 2(001)-149/2010 saylı qətnaməsi ilə onun cavabdeh İddiaçı qarşı “küçəyə çıxış yolunun açılması ilə əlaqədar sahənin boşadılması barədə” iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2010-cu il tarixli 2(103)-4296/2010 saylı qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2010-cu il tarixli 2(001)-149/2010 saylı qətnaməsi qismən, iddianın özbaşına tikilinin sökülməsi barədə hissəsinin rədd olunması hissəsində ləğv edilmiş, iddia tələbinin qalan hissədə təmin edilməsi, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi M.Məmmədxan küçəsindəki 76 saylı yaşayış sahəsinə aid divar zolağının qarşısında tikilmiş özbaşına tikilinin sökülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə İddiaçı tərəfindən icra edilmədiyi üçün Binəqədi rayon Məhkəməsinin 07 fevral 2014-cü il tarixli 1(001)-79/2014 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20%-i dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 06 may 2011-ci il tarixli 2(001)-2420/11 saylı qətnaməsi ilə İddiaçı ona və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli 2(001)-7438/2017 saylı qətnaməsi ilə İddiaçı ona qarşı “divar zolağının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2010-cu il tarixli 2(103)-4296/2010 saylı qətnaməsi ilə sökülməsi qət edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi M.Məmmədxan küçəsindəki 76 saylı yaşayış sahəsinə aid divar zolağının qarşısında tikilmiş özbaşına tikili hazırda ona məxsus hissədən giriş-çıxış yerində yerləşmişdi. Həmin özbaşına tikili onun giriş-çıxışını bağladığı və evinə başqa giriş-çıxış olmadığı üçün həmin tikili sökülmüşdür. Hazırkı qətnamə ilə də onun həmin giriş-çıxışı bağlanmış olacaqdır. Evinə isə başqa girişçıxış yoxdur. Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərardadı ilə icraatında olan iddiaçı Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlunun Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı evin yerləşdiyi torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə 2(001)-312/2022 saylı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertiza Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizası şöbəsinin eksperti Ziya Tağıyev tərəfindən aparılmış və 06 sentyabr 2022-ci il tarixli 10/2674 saylı ekspert rəyi verilmişdir. Rəydə qeyd edilir ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı evin və torpaq sahəsinin təcrid şəklində naturada ayrılmasının mümkün olması qeyd edilmiş, bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı şərh edilmişdir. Sxemdən aydın olur ki, bölgü mövcud giriş-çıxış qapısı yerləşən ərazidə ”yaradılmalı sərhəd hasarı” çəkilməsi ilə mümkündür. Rəyin həmin hissəsi əsassızdır, ekspert rəy verərkən iş üzrə mövcud vəziyyəti və toplanmış sübutları nəzərə almamışdır, rəy işdəki məlumatlara istinadən deyil, ekspertin şəxsi ehtimalları əsasında tərtib olunmuşdur. Belə ki, tərəflər arasında Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı ev və torpaq sahəsi barədə bir neçə məhkəmə mübahisələri olmuş və həmin məhkəmə mübahisələri üzrə yuxarıda şərh edilən qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlu bölgünün mümkün olmasının ekspert rəyində ayrıc sərhədi çəkilməsi qeyd edilən yerdə qanunsuz tikili inşa etmişdir. Ona məxsus Bakı şəhəri Məmmədxan küçəsinə giriş-çıxışı bağlayıb həmin qanuni ünvanını zəbt etmişdir. Ekspert qanuni qüvvəyə minmiş və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə qərarlarını Azərbaycan Respublikası Əmlak Layihə Smeta Bürosunun 2020-ci ilin hüquqi sənədini və bölgü sxemində onun ünvanına aid olmayan qonşu (Hacı İsmayılov küçəsini) giriş-çıxış göstərməklə, qanuni ünvanının ünvan 5 poçt göndərişlərinin həmin ünvana göndərilməsini nəzərə almadan rəy vermişdir. Əgər rəydə göstərilən qaydada bölgü aparılarsa, onun ünvanı dəyişdirilməlidir, Hacı İsmayılov küçəsindən ünvanına giriş-çıxış yolu almaq üçün müvafiq icra hakimiyyətindən razılıq alınmalıdır. Ona görə də həmin rəy obyektiv hesab oluna bilməz. Qeyd etdiyi hallar fotoşəkillərdə əks olunmuşdur. Hər iki evin yerləşdiyi torpaq sahəsinin hamısı şəxsi mülkiyyətdə deyildir. Torpaq sahəsinin bir hissəsi Bələdiyyə mülkiyyətindədir. O, bütün kommunal xərclərini həmin ünvandan həyata keçirmişdir. Hazırkı məhkəmə qətnaməsi ilə ünvanının dəyişdirilməsi zərurəti yaranacaqdır.
17. İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, hər iki evin bir ünvanı olmuş, giriş-çıxış qapısı bir olmuş, münasibətlər pozulandan sonra cavabdeh ayrı qapıdan istifadə etmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, cavabdeh özü etiraf edir ki, paylı mülkiyyətdə olan evin 3 otağı onun, 3 otağı isə iddiaçının istifadəsində olmaqla təcrid olunmuşdur, lakin naturada bölünməsi barədə məhkəmə qətnaməsi yox idi. Bu səbəbdən məhkəmə payların və istifadədə olan torpaq sahəsinin naturada bölgüsünü həll etmişdir. Eyni zamanda cavabdehin onun istifadəsində olan torpaq sahəsindən giriş-çıxış qapısının açılması ilə bağlı tələbinin rədd edilməsi barədə məhkəmə qətnaməsini özü məhkəməyə təqdim etmişdir. Həmin sahə cavabdehdən çox əvvəl - 1989-cu ildən onun istifadəsində olmuş, hazırda da istifadəsindədir. Cavabdehin digər küçədən giriş-çıxış qapısının olması həmin qətnamə ilə müəyyən edilmişdir. Eyni zamanda məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, hələ 2007-ci ildən sonra, yəni atasının vəfatından sonra cavabdehlə aralarında mübahisə başlamış, xx.xx.2008-ci il tarixdə onun şikayəti əsasında Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh təhqiqat zamanı izahat verərək göstərmişdir ki, 1998-ci ildə qardaşı Həmzə atalarından icazə alaraq onun adına olan otağın pəncərəsinin qarşısında mebel sexi tikmiş və həmin yeri həmin vaxtdan istifadə edir. Qərar mülki işə əlavə edilmişdir. Bundan əlavə Binəqədi RİH-nin M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsinin 27-xx.xx.2010-cu il tarixli, 4966 və 104 saylı arayışlarından görünür ki, iddiaçının evinə giriş-çıxış qapısı Mirzə Məhəmmədxan küçəsinə, cavabdehə məxsus evin giriş-çıxış qapısı isə xx.xx.1992-ci ildə verilmiş texniki pasportda qeyd olunduğu kimi H.Ə.İsmayılov (Amangəldi) küçəsinə çıxır. Eyni zamanda həmin ünvanda digər şəxslərə məxsus evlərin ünvanları M.Məhəmmədxan küçəsi göstərilsə də onların evlərinə giriş-çıxış qapısı H.Ə.İsmayılov (Amangəldi) küçəsinə çıxır. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4100/10 saylı xx.xx.2012-ci il tarixli qətnaməsini icra edən Binəqədi rayon icra məmuru Qədir Mikayılov qətnaməni icra edərkən qanunsuz olaraq cavabdehə məxsus evin pəncərəsi olan divar zolağının səhvən sökülməsini Bakı İnzibati Məhkəməsinin hakimi Fəqan Əhmədova ünvanladığı ərizədə etiraf etmişdir. Yəni cavabdeh öz evinin divarını sökərək 2-ci giriş-çıxış yolu almaq məqsədi ilə qəsdən mübahisə yaratmışdır. Həmin mübahisə bu gün də davam edir. Bu vaxta qədər aralarında baş vermiş mübahisələrlə bağlı məhkəmə qətnamələri vardır. Yuxarıda göstərdiyi kimi, uzun müddət cavabdehlə aralarında mübahisələr olmuş, həmin mübahisələr məhkəmə qətnamələri ilə öz həllini tapmışdır. Ekspert qarşısında qoyulan suallar üzrə bölgünün mövcud giriş-çıxış qapısı yerləşən ərazidə “yaradılmalı sərhəd hasarı” çəkilməsi mümkündür hissəsində ekspertin rəy əsassızdır. Ekspert rəy verərəkən iş üzrə mövcud vəziyyəti və toplanmış sübutları nəzərə almamışdır, rəy ekspertin şəxsi ehtimalları əsasında tərtib olunmuşdur. Cavabdehin göstərdiyi arqumentin də hüquqi əsası yoxdur. Belə ki, iş üzrə 2 ekspert rəyi mövcuddur. Hər iki rəy bir biri ilə üst-üstə düşür və cavabdehin arqumentini inkar edir. Eyni zamanda “yaradılmalı sərhəd hasarı”nın qarşısında hər hansı tərəfə məxsus giriş-çıxış darvazası mövcud deyildir. Həmin sahə 1989-cu ildən iddiaçının istifadəsindədir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, İddiaçı bölgüsü mümkün olmayan ayrıc sərhədi çəkilməsi qeyd edilən yerdə qanunsuz tikili inşa etmişdir. Ona məxsus Bakı şəhəri, Məmmədxan küçəsindəki qanuni ünvanını zəbt etmişdir. Cavabdehin bu arqumenti də əsassızdır. Belə ki, ayrıc sərhədi çəkilməsi nəzərdə tutulan yer cavabdehdən çox əvvəl, hələ iddiaçının evini 1989-cu ildə erməni ilə dəyişib həmin evə köçəndən bu günə qədər onun istifadəsindədir. Həmin sahədə əvvəllər dülgər sexi fəaliyyət göstərirdi. Məhkəmə qətnaməsinə əsasən sökülsə də torpaq sahəsi iddiaçının istifadəsində qalmaqdadır. AR Smeta Layihə Bürosunun 2020-ci ilin hüquqi sənədini və bölgü sxemində iddiaçının ünvanına aid olmayan qonşu küçəni -qanuni ünvanına aid olmayan küçəni nəzərə almadan ekspert rəyi verilmişdir. Cavabdeh bu halda da hüquqi əsası olmayan sənədə istinad edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi əsası olmayan sənədinə istinad edir. Halbuki, həmin sənəd hüquqverici sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh özünün etiraf etdiyi kimi evi yanmış, yanğından sonra özünə otaqlar inşa etməmişdir. Lakin həmin layihə sənədində saxtakarlığa yol verilərək yaşayış otağının olması göstərilmişdir. Hazırki iddia tələbi payların müəyyən edilməsi barədə deyildir, torpaq sahəsinin istifadə qaydasının müəyyən edilməsi barədədir. Cavabdeh bu halda diqqətsizliyə yol vermişdir. Hakim mübahisəli sahəyə yerində müayinə etməmiş və tədqiq etməmişdir. Cavabdehin bu arqumenti də əsaslı deyildir. Belə ki, iki ekspert rəyi mövcud olduğu halda məhkəmənin mübahisəli sahəni müayinə və tədqiq etməsi lüzumsuzdur. Çünki tədqiq və müayinə olunan sahə xüsusi bilik tələb edir. Əlavə ekspertiza təyin edilməsi və pay verən ekspertin dindirilməsi barədə vəsatət verilsə də vəsatət müzakirə olunmamışdır. Cavabdehin bu arqumenti üzrə məhkəmə müzakirə apararaq vəsatəti düzgün olaraq rədd etmişdir. Ayrıc xətti üfiqi deyil şaquli xətlə aparılması onun hüququnu pozmazdı. Ekspert rəyinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli bölgü sxemindən göründüyü kimi tərəflərin faktiki istifadəsində olan torpaq sahəsi F şəkilli olmaqla bir-birinin davamı kimi göstərilmişdir. Tərəflərin hər birinin faktiki istifadəsində olan torpaq sahəsi düzgün olaraq sxemdə göstərilən qaydada istifadə qaydası müəyyən edilmişdir. Başqa variantı mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7619/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə hazırki iş üzrə cavabdehin 1 saylı Bakı Ərazi idarəsinə və ona qarşı “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində 76 nömrəli fərdi yaşayış evinin qanuni istifadəsində olan 225,33 kv.metr həyətyanı torpaq sahəsinə çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən maddi hüquq normalarını düzgün tətbiq etməklə, eyni zamanda prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Qətnamə cavabdehin formal mülahizələrinə görə ləğv edilə bilməz.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18.Məhkəmə kollegiyasının iştirak edən Cavabdeh vəkili Vəkil1 apellyasiya şikayətini müdafidə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessul hüquq normalarının pozulması ilə çıxarıldığı üçün ləğv edilməlidir və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Tərəflər qardaşdır, mübahisəli yer onların atasına məxsusdur. Ev iki hissəyə, torpaq da ½ hissəyə bölünmüşdür. Lakin, torpaq sahəsinin bir hissəsi bələdiyyəyə məxsus tərəflərin istifadəsində olan torpaqdır. Evin bölünməsi barədə hər-hansı mübahisə yoxdur. Hazırda mübahisə torpaq sahəsinin bölünməsi ilə bağlıdır. İş üzrə çoxlu məhkəmə qətnamələri vardır, həmin mübahisələrə məhkəmələrdə baxılmışdır. İş materiallarında olan ekspert rəyi əsassızdır. Çünki Məhəmmədxan küçəsindəki evin bir girişi var və bir ünvanı. Ekspert rəyində göstərilən küçədən mübahisəli həyətə və evə giriş yoxdur. Əgər ikinici giriş açılsa ora yazılmalıdır ki, yeni qapı açılsın və yeni ünvan verilsin. Hal-hazırda giriş bağlansa cavabdehin küçəyə çıxışı olmayacaq. Torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Məhəmmədxan küçəsindəki 76 saylı yaşayış sahəsinə aid divar zolağının qarşısında tikilmiş özbaşına tikilinin sökülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə qətnamələrini nəzərə almamışdır. İş üzrə mübahisəli ərazidə tikilmiş tikilinin sökülməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi vardır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə mübahisəli ərazinin qarşısında tikilmiş özbaşına tikilinin sökülməsi qət edilmişdir.Həmin qətnamənin icra olunmaması ilə əlaqədar iddiaçı barədə CM-nin 306-cı maddəsi ilə cinayət işi başlanılmış, cinayət məsuliyyətinə cəlb edilmişdir. Qətnamə məcburi icra olunaraq tikili sökülmüş və həmin yerdən Cavabdeh üçün giriş-çıxış üçün küçəyə yer açılmışdır. Digər küçəyə çıxış verilməsi üçün ünvan dəyişməli, yeni texniki pasport verilməli, yeni ünvan verilməlidir. Fərdi yaşayış evi tam yanmamışdır, iki otağı qalmışdır. İki otağında yaşayış vardır. Həmin torpaqlar bələdiyyə mülkiyyətindədir. Divar zolağının sökülməsi ilə bağlı məhkəmə qətnaməsi vardır. Mübahisələndirilən sahənin Cavabdeh istifadəsinə verilməsi ilə bağlı məhkəmə qətnaməsi mövcud deyildir. 19.Məhkəmə kollegiyasının iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafidə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, onun ərazisi iddiaçı tərəfindən 2008-ci ildə qanunsuz zəbt olunmuşdur. 2008-ci ildə iddiaçı ilə arasında 4-cü Polis Bölməsində işlə bağlı araşdırma gedibdir. 4-cü Polis Bölməsində verdiyi izahatı yadından çıxıbdır. İddiaçı ilə münasibətlər yaxşı olduğu dövrdə giriş-çıxış qapısı eyni olmuşdur. Daha sonra münasibətlər pozulduqdan sonra giriş-çıxış qapısı ayrılmışdır. Amangəldi küçəsinin onun ünvanına aidiyyəti yoxdur. Mübahisələndirilən hissə təqribən 15-16 kv.m-dir. Amangəldi küçəsindəki giriş-çıxışdan 1992-ci ildən əvvəl istifadə edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin Rəsulzadə qəsəbəsi nümayəndəsinin xx.xx.2010-cu və xx.xx.2010-cu il tarixli 4966 və 104 saylı arayışları qanunsuz sənəddir. Həmin arayışlar faktiki qanuni giriş-çıxışını göstərmir. 20.Məhkəmə kollegiyasının iştirak edən iddiaçı X1 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirimşdir ki, mülki işin materiallarında 1992-ci ildə tərtib olunmuş texniki pasportun surəti vardır. Texniki pasportun surətində çıxışın biri Məhəmmədxan küçəsi tərəfə, digəri isə İsmayılov küçəsinə, keçmiş Amangəldi küçəsinə göstərilmişdir. Bu barədə Binəqədi Rayon İcra Hakimiyyətinin sorğusuna Rəsulzadə qəsəbəsi icra nümayəndəliyi arayışlar vermişdir. Arayışlarda göstərilmişdir ki, tək onun yox digər həmin ünvanda Məhəmmədxan küçəsində yaşayan sakinlərin də bir çıxışı İsmayılov küçəsinədir. Bu texniki pasport sübut edir ki, həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Bundan başqa polis bölməsində də cavabdeh etiraf etmişdir ki, həqiqətən də 1998-ci ildən həmin mübahisələndirilən torpaq sahəsindən iddiaçı istifadə etmişdir. Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin Rəsulzadə qəsəbəsi nümayəndəsinin xx.xx.2010 və xx.xx.2010-cu il tarixli 4966 və 104 saylı arayışlarından görünür ki, evə giriş-çıxış sahəsi iddiaçı tərəfə Məhəmmədxan küçəsindən çıxır. Paylar nəzəri cəhətdən bölünmüşdür, hazırda payların natura şəklində bölünməsini xahiş edir. Həmçinin torpaqdan istifadəsinin müəyyən edilməsini xahiş edir. Cavabdehin evinin giriş-çıxışı İsmayılov küçəsindəndir, bugünə qədər cavabdehin Məhəmmədxan küçəsindən giriş-çıxışı olmayıbdır. Çıxarışı təqribi olaraq 2007-ci ildə alınmışdır. Hər birinin ayrı-ayrılıqda giriş-çıxışının mövcud olması əsası ilə birinci instansiya məhkəməsində Cavabdeh giriş-çıxışın müəyyən olunmasına dair iddiası rədd olunmuşdur. Həmin ünvana birinci iddiaçı köçmüşdür. Mübahisəli ərazidəki hasarın orada olmasını texniki pasport təsdiq edir. Texniki pasportdakı ev əvvəlcə vahid əmlak kimi göstərilib, daha sonra bölünübdür. Texniki pasporta uyğun olaraq evin iki giriş-çıxışı vardır. Torpaq bələdiyyənin mülkiyyətindədir. Torpağa dair nə iddiaçının, nə də cavabdehin qanuni sahibliyi yoxdur. Mübahisəli ərazi 16 kv.m-dir. Qətnamədə divar zolağının sökülməsi qeyd edilməyib.
21. Məhkəmə kollegiyasının iştirak edən iddiaçı X4 vəkilinin dedikəri ilə razı olduğunu bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, 76A onun evidir. Yaşadığı evi dövlət dəyişərək 96 edibdir. Ev yandıqdan 3 gün sonra atası rəhmətə gedibdir. Atası rəhmətə getdikdən sonra cavabdeh evi öz adına keçirmişdir. 22.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etmədiklərindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 26.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində onun qətnamənin “evin altında və həyətində yerləşən 209,93 kv.metr torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi” hissəsi ilə bağlı narazı olduğu müəyyən edilir. Nəzərə alınmaldır ki, mübahisələndirilən qətnamə ilə iddia qismən təmin edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bu hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
27.139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, buhüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 28.180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 29.180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxsüçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
30. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 31.220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
32. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 33.220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 34.241.3-cü maddəsinə əsasən bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. 35.243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 36.243.2-ci maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. 37.243.3-ci maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisihəmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. 38.Torpaq Məcəlləsinin 10.4-cü maddəsinə əsasən torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
39.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 40.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
41.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmədiyindən şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən apelyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. 42.İş materiallarından göründüyü kimi istifadə qaydasının müəyyən edilməsi xahiş edilən torpaq sahəsi tərəflərə hər hansı əşya hüququ ilə məxsus deyildir, lakin iddiaçı tərəflərin paylı mülkiyyətində olan evə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından çıxış edərək hazırki tələbini irəli sürmüşdür. 43.Kollegiya ilk öncə qeyd etməyi zəruri sayır ki, tərəflərə mülkiyyət hüququ ilə məxsus olan evdən fərqli olaraq bu evin altındakı və ətrafındakı torpaq sahəsi onlara yuxarıda qeyd edildiyi kimi hər hansı əşya hüquq ilə məxsus olmamaqla məhz həmin evə xidmət edir. Yəni həmin sahə tərəflərin istifadəsindədir. Bu baxımdan hazırki qətnamə ilə mübahisəli torpaq sahəsindən istifadə qaydasının müyyən olunması nə onun təyinatını, nə də statusunu dəyişdirmir, həmin torpaq sahəsinə münasibətdə hər hansı hüquqlarının əmələ gəlməsinə əsas yaratmır. Torpağın eyni ölçüdə bölünərək tərəflərin istifadəsinə verilməsi məhz mübahisənin həllinə xidmət edir. Əks yanaşma onsuz da uzun müddət davam edən hazırki mübahisənin daha da uzanmasına gətirib çıxara bilər. 44.Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsi ünvanında yerləşən tərəflərin istifadəsində olan mübahisəli torpaq sahəsində tikilmiş 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı (3 otaq – 46,9 kv.metr) və Cavabdeh (3 otaq - 46,2 kv.metr) məxsusdur və onların bu hüquqları dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-10/2022 saylı 3 noyabr 2022-ci il tarixli qətnaməsi ilə fərdi yaşayış evi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq tərəflər arasında naturada bölünmüş, həmçinin evdən istifadə qaydası müəyyən edilmişdir. Qətnamənin bu hissəsi ilə tərəflər razılaşmışlar. 45.İddiaçı tərəflərin paylı mülkiyyətində olan evə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından çıxış edərək torpaq sahəsindən də təqdim etdiyi sxemə uyğun şəkildə istifadə qaydasının müəyyən edilməsi tələbini irəli sürmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatı nəticəsində torpaq sahəsinin təcrid şəklində naturada ayrılması mümkün olduğu qeyd edilmiş, bunun qaydası iddiaçının təqdim etdiyi sxemə və onun əsasında tərtib edilmiş ekspert rəyinə uyğun müəyyən edilmişdir. 46.Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyi ilə tərəflərin faktiki istifadələrində olan torpaq sahəsinin təcrid şəklində ayrıla bildiyi müəyyən edilmiş, lakin rəydə faktiki vəziyyətdə bölgünun məhz bu qaydada həyata keçirilməsinin zəruriliyi əsaslandırılmamış, həmçinin qanunsuz tikili olduğu yer boş torpaq sahəsi kimi göstərilmişdir. Göründüyü kimi, ekspert tərəfindən iddiaçının təqdim etdiyi sxem təkrarlanmaqla müəyyən edilmiş istifadə (bölgü) qaydası tərəflərin mənafeyinə, mülkiyyətlərində olan evdən bərabər istifadə şərtlərinə, habelə aralarında mövcud olmuş məhkəmə mübahisələrinin nəticələrinə uyğun deyildir. Bununla əlaqədar kollegiya apellyasiya baxışı zamanı təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini labüd hesab etmiş, iş üzrə yenidən müvafiq ekspertiza təyin edilmişdir. 47.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/4800 saylı ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən tərəflərin paylı mülkiyyətində olan 76 saylı evin altındakı və həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli, 10/2674 saylı ekspert rəyində nəzərdə tutulan qaydada bölündüyü təqdirdə tərəflərin paylarına düşən sahələrin qismən fərqli olmaqla bərabər olmadığı müəyyən olunur. Belə ki, bölgü zamanı iddiaçı X1 payına düşən torpaq sahəsinin ölçüsü – 211,8 kv.m, Cavabdeh payına düşən torpaq sahəsinin ölçüsü isə - 189,0 kv.m olacaqdır. 48.Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı evin altındakı və həyətyanı torpaq sahəsi tərəflərin paylarına uyğun bərabər şəkildə bölünməsi inşaat norma və qaydaları 2.08.01.89*1.1, 2.2, 2.4 bəndlərində və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələlərinə, elecə də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000 il 4 sentyabr tarixli, 160 nömrəli qərarı”na əsasən M.Məmmədxan küçəsi istiqamətində yeni qapının açılması ilə mümkün olduğu göstərilmişdir. Cavabdehin payına düşən hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli, 10/2674 saylı ekspert rəyində nəzərdə tutulan giriş-çıxış qapısının (Hacı İsmayılov küçəsi istiqamətində açılan) faktiki olaraq mövcud olduğunu və mülki iş materiallarında olan (cild İ, səh. 70) mübahisə predmeti olan fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport sənədində qeyd olunduğunu nəzərə alaraq həmin giriş-çıxış qapısının “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000 il 4 sentyabr tarixli, 160 nömrəli qərarı”na uyğun olduğu müəyyən olunmuşdur. 49.Bölgü zamanı cavabdehin payına düşən torpaq sahəsinə giriş-çıxış M.Məmmədxan küçəsi istiqamətinə verilmiş, həmin qapının açılması üçün iddiaçının istifadəsində olan 2,5 metr enində, 3,5 metr uzunluğunda tikilinin sökülməsi nəzərdə tutulmuşdur. Həmin sahə mülki iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-79/2014 saylı mülki iş üzrə, xx.xx.2014-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin qüvvəyə minmiş 1(103)-462/2014 mülki iş üzrə xx.xx.2014-cü il tarixli qərarı ilə qanunsuz tikili olduğu müəyyən edilmişdir. 50.Belə ki, xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/4800 saylı ekspert rəyi ilə fərdi yaşayış evinin bölgüsünə uyğun torpaqdan istifadə qaydalarının texniki cəhətdən mümkünlüyü öz təsdiqini tapmışdır. Tərəflərin paylarına düşən sahələrin bərabər bölündüyü təqdirdə iddiaçı X1 və Cavabdeh payına düşən torpaq sahələrinin ölçüləri – 200,4 kv.m olacaqdır. Bölgü zamanı cavabdehin payına düşən torpaq sahəsinə giriş-çıxış M.Məmmədxan küçəsi istiqamətinə verilməsi, həmin qapının açılması üçün iddiaçının istifadəsində olan və əvvəlki məhkəmə aktlarına əsasən sökülməsi nəzərdə tutulan 2,5 metr enində, 3,5 metr uzunluğunda tikilinin özbaşına tikili olması müəyyən edilmişdir. Həmçinin sözügüdən bu tikilinin mövcudluğu mübahisəli ünvan üzrə 1963-cü ilin dekabr ayında və 1992-ci ilin iyul ayında tərtib edilmiş texniki pasportlarda, həmçinin xx.xx.2007-ci il tarixli, MH seriyalı ******* nömrəli Çıxarışda öz əksini tapmadığı aşkardır. 51.Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(103)- 4296/2010 mülki iş üzrə xx.xx.2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, birinci instnasiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara, yəni, mübahisəli ünvan 8 ünvanında həyətin sol tərəfində texniki pasportda həyətyani sahə kimi göstərilən hissənin bağlanaraq otaq kimi istifadə olunan tikili özbaşına tikildir. Bu səbəbdən həmin qətnaməyə əsasən Qaraqurbanlı (Musayev) Vaqif oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən paylı mülkiyyətdə olan 76 saylı ev ünvanında tikilmiş özbaşına tikilinin sökülməsi qət edilmişdir.
52. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7 fevral 2014-cü il tarixli, 1(001)- 79/2014 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Müəyyən edilmişdir ki, İddiaçı 22 iyul 2013-cü il tarixdə həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək ona inzibati tənbeh olaraq 500 manat məbləğində cərimə tətbiq edilməsinə baxmayaraq, bundan sonrakı müddətdə də, yəni 13 avqust 2013-cü il tarixədək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini icra etməkdən qərəzli olaraq yayınmış, yəni qətnamədə göstərilən qanunsuz tikilini sökməmişdir. Bundan sonra tikili sökülsə də, yerində hasar kimi bir divar qalmışdır ki, bu da sözügedən qətnamənin hələ də tam olaraq icra olunmadığını göstərir. 53.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7438/2017 saylı mülki iş üzrə, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə (iş materiallarına, yerli baxış nəticələrinə və və ekspert rəyinə əsasən) müəyyən edilmişdir ki, qətnamə icra olunarkən hazırki iş üzrə cavabdehin təşəbbüsü ilə məhkəmə qətnaməsində nəzərdə tutulmayan divar zolağının da qanunsuz sökülməsi və nəticədə iddiaçıya məxsus həyətə giriş açılmasını müəyyən etmək mümkün olmamışdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “divar zolağının bərpa edilməsi” barədə iddia ərizəsi, Cavabdeh mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən yaşayış evinin həyətyani torpaq sahəsinin sərhədində mövcud olmuş qanunsuz sökdüyü divar zolağının cavabdeh vəsaiti hesabına əvvəlki vəziyyətinə bərpa edilməsi barədə iddia rədd edilməlidir.
54. Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2-1(112)-7619/2021 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsi 76 nömrəli fərdi yaşayış evinin qanuni istifadəsində olan 225,33 kv.metr həyətyanı torpaq sahəsinə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, İddiaçı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Həmin məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı 400,8 kv.m torpaq sahəsinin 225,33 kv.m mənim həyətyanı torpaq sahəmdir əsası ilə həmin sahənin yerinin müəyyən edilməsi və çıxarış və texniki sənədlərinin verilməsini cavabdehdən tələb edə bilməz. İddia təmin edilməmişdir.
55. Məhkəmə kollegiyası birdə vurğulayır ki, mübahisəli torpaq sahəsi üzərində tərəflərin hər hansı hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da fərdi yaşayış evinin onlar arasında naturada bölünməsi torpaqdan istifadə qaydasının müəyyən edilməsini də zəruri edir. Çünki, tərəflər onsuzda qeyd olunan həyətyanı torpaq sahəsindən uzun illərdir ki, istifadə edir və faktiki olaraq onların sahibliyində və istifadəsindədir. Evin naturada bölgüsündən sonra bölgüyə uyğun torpaq sahəsinin hansı hissələrindən kimin istifadə edəcəyi də dəqiq olmalıdır. Əks halda evin naturada bölünməsinin əhəmiyyəti də itmiş olacaqdır. Çünki, bölünən evlərin hər birinə giriş-çıxış ayrı olacaqsa, demək evlərə aid torpaq sahəsi də ayrılmalıdır. Bundan başqa, torpağın eyni ölçüdə bölünərək tərəflərin istifadəsinə verilməsi məhz mübahisənin həllinə xidmət edir. Əks yanaşma onsuz da uzun müddət davam edən hazırki mübahisənin daha da uzanmasına gətirib çıxara bilər. 56.Bununla belə birinci instansiya məhkəməsi xüsusi mülkiyyətdə olmayan torpaq sahəsinə tərəflərin istifadə qaydasını müəyyən edərkən tərəflərin paylarına düşən sahələrin bərabər olmadığını, həmçinin cavabdehin payına düşən torpaq sahəsinə girişçıxış M.Məmmədxan küçəsi istiqamətinə verilməsi, həmin istiqamətinə qapının açılması və bölgünün bərabər şəkildə həyata keçirilməsi üçün iddiaçının istifadəsində olan 2,5 metr enində, 3,5 metr uzunluğunda tikilinin qanuni qüvvəsini almış məhkəmə aktlarına görə sökülməli olan özbaşına tikili olduğunu nəzərə almamış, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ayrılmalı olduğunu qeyd edərkən iddiaçının öz hüquqlarından suiistifadə etməsi üçün şərait yaratmışdır. Halbuki qanunsuz tikilinin altında olan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olmasına əsaslanaraq tərəflərin paylarına düşən sahələrin qeyri-bərabər şəkildə bölünməsi üçün hər hansı əsas yoxdur. 57.Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi vəgüvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. 58.Yuxarıda qeyd edilənlərlə məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2674 saylı ekspert rəyinin işin faktiki hallarına uyğun olmamasını izah edir. 59.Beləliklə, birinci instansiya məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün müvafiq sübutları tam, hərtərəfli araşdırmamış, obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməmiş, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmamışdır. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. 60.Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-312/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qətnaməsi qismən – apellyasiya baxışının predmeti olan (torpaq sahəsinə aid) hissədə ləğv edilməli, həmin hissədə də iddia qismən təmin edilərək, İddiaçı və Cavabdeh paylı mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evinə aid torpaq sahəsindən istifadə qaydası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 3-16-16/2-10/4800 saylı ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq müəyyən edilməlidir. 61.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 62.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-312/2022 nömrəli, 3 noyabr 2022-ci il tarixli qətnaməsi qismən – apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin. Həmin hissədə mülki iş üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə qismən təmin edilsin. İddiaçı Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlunun və Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evinin altındakı və həyətyanı torpaq sahəsindən istifadə qaydası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-10/4800 saylı ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq müəyyən edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaitinin əvəzi kimi 25 manat Qaraqurbanlı (Musayev) Həmzə Bəhlul oğlundan, 25 manat Cavabdeh tutularaq tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova