Məhkəmə qərarları › İş №2(103)-15374/2019

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-15374/2019

26.12.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-15374/2019 26.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, Cavabdehin vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bаkı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаriхli 2(010)- 4330/2019 saylı qətnаməsi ilə iddia qismən təmin edilərək, VAZ 21074 markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə Cavabdeh və İddiaçı hər birinin ½ pay hüquqlarının müəyyən edilməsi, Mitsubishi Pacero markalı ** CB *** dövlət qeydiyyat nişanlı və Mitsubishi Pacero markalı **-XG-*** dövlət qevdiyyat nişanlı avtomobillərə münasibətdə Cavabdeh və İddiaçı hər birinin ½ pay hüquqları müəyyən edilməklə, bu avtomobillərin açıq hərracdan satılaraq, əldə edilən pul məbləğinin tərəflərin paylarına uyğun olaraq onlara arasında bölünməsi, tərəflərin birgə nikah dövründə əldə edilən mebel əşyaları - divan-kreslo dəsti və mətbəx mebeli İddiaçı, stol-stul dəsti və telefon altlığı Cavabdeh verilməsi, Koridor mebeli, Samsung Televizor, televizor altdığı, jurnal stolu, 3 ədəd pərdə, 24 ədəd boşqab, 24 nəlbəki, çəngəl-qaşıq dəsti, 2 ədəd meyvə qabı, 2 ədəd padnos, 4 ədəd qazan, 8 ədəd yataq dəsti, 5 ədəd süfrə, xalça, 4 ədəd yastıq, 4 ədəd yorğan, 4 ədəd döşək İddiaçı verilməsi qət edilmişdir. İddia qalan hisədə təmin edilməmişdir. Cavabdeh Bаkı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnаməsindən аpеllyаsiyа şikаyəti vеrərək qətnamənin ləğv edilməsi, iddia tələbinin VAZ 21074 markalı **-LG-*** dövlət qeydiyyat nişanlı Mitsubishi Pacero markalı ** CB *** dövlət qeydiyyat nişanlı və Mitsubishi Pacero markalı **-XG-*** dövlət qevdiyyat nişanlı avtomobillərə münasibətdə rədd olunması barədə yeni qətnamə çıxarılasını xahiş еtmişdir. Apellyasiya şikayətinə baxılarkən iş üzrə İddiaçı tərəfindən notarial qaydada təsdq olunmuş ərizə daxil olmuşdur. Ərizədə İddiaçı iddiasından imtina etdiyini bildirərək, Cavabdeh qarşı heç bir şikayət və tələbinin olmadığını,onunla barışdığını nəzərə alıb icraata xitam verilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, İddiaçı iddia tələbindən imtina ərizəsi qəbul edilməliSuraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаriхli qətnаməsi ləğv edilməklə, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddiaanı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçıiddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 191.2, 263, 264, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə İddiaçı iddia tələbindən imtina edilməsinə dair ərizəsi qəbul edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cuil tarixli qətnaməsi ləğv edilməklə, mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar