Məhkəmə qərarları › İş №2(103)-1578/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1578/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1578/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatının etibarnamə əsasında nümayəndəsi X2, İlk iddia üzrə Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili X3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-20/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatının nümayəndəsi X4 və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh3 Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi və ilk iddia üzrə Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatı cavabdehlər Cavabdeh1, “Cavabdeh3 Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin ipoteka predmetinə və digər əmlaklara yönəldilməsi, əmlakların iddiaçının mülkiyyətinə keçməsi və əmlaklar üzərində hüquqların qeydiyyatı tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 cəmi 13.247.202,28 manat (əsas borc 11.510.713,50 manat; faiz borcu 1.736.488,78 manat) kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatının xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında 7-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinə (59, 37, 36 və 19 saylı ofislər) və Cavabdeh3-nin mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən sahəsi 23.811,50 kv.m olan qeyri-yaşayış sahəsinə (zirzəmi) yönəldilməsi, yuxarıda qeyd edilən əmlaklar üzərində Cavabdeh2 və Cavabdeh3-nin mülkiyyət hüquqlarına xitam verilməsi və İddiaçı QSC X11 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə İddiaçı QSC X11 Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, əmlaklar borcun ödənilməsi üçün kifayət etmədikdə yerdə qalan borc məbləğinin Cavabdeh1 məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi, Cavabdeh1 həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı QSC X11 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə ”İddiaçı” QSC X11 Təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması barədə öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-nə keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı “xxxx” ASC-nin Cavabdeh1 qarşı öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx.xx.2016-cı il tarixli, 211 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC X11 Təşkilatına təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “xxxx” ASC-nə 11.549.751,00 manat əsas, 1.736.488,78 manat faiz borcu olmaqla, cəmi 13.286.239,78 manat məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə “xxxx” ASC arasında 2012-2013-cü illər ərzində bağlanmış 9 (doqquz) ədəd kredit müqavilələrinə (xx.xx.2012-ci il tarixli 6543 saylı; xx.xx.2012-ci il tarixli 6543A saylı; xx.xx.2013-cü il tarixli 6654 saylı; xx.xx.2013-cü il tarixli 6652 saylı; xx.xx.2013-cü il tarixli 6651 saylı; xx.xx.2013cü il tarixli 6650 saylı; xx.xx.2013-cü il tarixli 6649 saylı; xx.xx.2013-cü il tarixli 6648 saylı və xx.xx.2013-cü il tarixli 6647 saylı kredit müqavilələri) əsasən yaranmışdır. xx.xx.2017-ci il tarixə Cavabdeh1 qeyd olunan kredit müqavilələri üzrə borcu 11.510.713,50 manat əsas, 1.736.488,78 manat faiz borcu olmaqla, cəmi 13.247.202,28 manat məbləğində təşkil edir. Bu borcun təminatı olaraq Cavabdeh2 ilə “xxxx” ASC arasında xx.xx.2016-cı il tarixli 4 (dörd) ədəd ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında yerləşən qeyriyaşayış sahələri (59, 37, 36 və 19 saylı ofislər) Cavabdeh1 xx.xx.2013-cü il tarixli 6654 saylı; xx.xx.2013-cü il tarixli 6652 saylı; xx.xx.2013-cü il tarixli 6651 saylı; xx.xx.2013-cü il tarixli 6650 saylı; xx.xx.2013-cü il tarixli 6649 saylı; xx.xx.2013-cü il tarixli 6648 saylı və xx.xx.2013-cü il tarixli 6647 saylı kredit müqavilələrindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Eyni zamanda həmin borcun təminatı olaraq Cavabdeh3 ilə “xxxx” ASC arasında xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh3-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən sahəsi 23.811,50 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) Cavabdeh1 xx.xx.2012-ci il tarixli 6543 saylı və xx.xx.2012-ci il tarixli 6543A saylı redit müqavilələrindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən yayınır. Bu səbəbdən, qanunla müəyyən olunmuş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3-nə bildirişlər verilmişdir. Eyni zamanda reyestr orqanına müvafiq ərizələr göndərilmiş və həmin orqan tərəfindən qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdehlər bildirişə münasibətini bildirməmişlər. Cavabdeh1 ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd olunan borcun iddiaçıya qaytarılması mümkün deyil. Buna görə də qeyd edilən borcun ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahələrinə (59, 37, 36 və 19 saylı ofislər) və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən sahəsi 23.811,50 kv.m olan qeyri-yaşayış sahəsinə (zirzəmi) yönəldilməsi, həmin əmlaklar borcun ödənilməsi üçün kifayət etmədikdə yerdə qalan borc məbləğinin Cavabdeh1 məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh3 Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-na və cavabdeh “xxxx” ASC-ə qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” QSC tərəfindən “Cavabdeh3.” MMC-nin mülkiyyəti olan girov qoyulmuş zirzəmini qeyri-qanuni olaraq idarə etməsinə son qoyularaq idarə etmənin “Cavabdeh3.” MMC-ə qaytarılması, girov qoyulmuş zirzəmidə saxlanılan “xxxx” ASC tərəfindən müsadirə edilmiş avtomaşınların saxlanılmasına görə 8.712.000 (səkkiz milyon yeddi yüz on iki min) manat “xxxx” ASC-nin varisi olan “xxxx” QSC-dən tutularaq kreditlərin ödənilməsinə yönəldilməsi, “xxxx” ASC və “xxxx” QSC-nin qeyri-qanuni olaraq girov qoyulmuş zirzəmini idarə etməsi zamanı istismar qaydalarının pozulması nəticəsində vurulmuş ziyanın miqdarı 50.000.000 (əlli milyon) manat İddiaçı QSC-dən tutularaq kreditlərin ödənilməsinə yönəldilməsi, girov qoyulmuş ərazidə yerləşən “Cavabdeh3.” Ticarət Mərkəzinin işlək vəziyyətdə olan təsərrüfatına və həmin ərazidə yerləşən anbarlarında olan ehtiyat hissələri və təsərrüfat mal-materiallarının su basması nəticəsində məhv olmuş əşyalarına görə 5.000.000 (beş milyon) manat İddiaçı QSC-dən tutularaq kreditlərin ödənilməsinə yönəldilməsi, “Cavabdeh3.” MMC-nin mülkiyyətində olan girov qoyulmuş zirzəminin qeyri-qanuni idarə etməklə cəmiyyət arasında nüfuzunun aşağı salınmasına, işgüzar nüfuzuna xələl gətirdiklərinə, dövlət qarşısında olan öhdəliklərinin yerinə yetirə bilməməsinə səbəb olduqlarına görə İddiaçı QSC-dən 10.000.000 (on milyon) manat tutularaq kreditlərin ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh3 Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyəti qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı QSC X11 Təşkilatının cavabdehlər Cavabdeh1, “Cavabdeh3 Holdinq” MMC-nə və Cavabdeh2 qarşı kredit üzrə borcun tutulması, borc tələbinin ipoteka predmetinə və digər əmlaklara yönəldilməsi, əmlakların iddiaçının mülkiyyətinə keçməsi və əmlaklar üzərində hüquqların qeydiyyatı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1, “Cavabdeh3 Holdinq” MMC-nin üzərinə götürdüyü öhdəliklərini yerinə yetirə bilməməsinin səbəbi olaraq bildirirlər ki, 2011-ci ildə “xxxx” ASC ilə “Cavabdeh3 Holdinq” MMC arasında danışıqlar yolu ilə razılaşma əldə olunmuşdur ki, “Cavabdeh3 Holdinq” MMC ümumi mülkiyyətinin idarə olunmasını müqavilə əsasında “xxxx” ASC vəriləcək, idarəetməyə nəzarəti “Cavabdeh3 Holdinq” MMC həyata keçirəcək. Bu razılaşmaya əsasən “xxxx” ASC “Cavabdeh3 Holdinq” MMC-yə kredit verəcəkdir. “xxxx” ASC Cavabdeh3-nin mülkiyyətində monitorinq keçirərək gəlirləri barədə məlumat əldə etdikdən sonra götürülmüş kreditlərin ödənilməsinin əldə olunmuş gəlirlər hesabına “xxxx” ASC tərəfindən ödəniləcəyini öhdəsinə götürmüşdür. Lakin “xxxx” ASC kredit müqavilələri bağlandıqdan sonra təəssüf ki, Cavabdeh3-nin mülkiyyətini idarə edilməsi barədə müqavilə imzalamadan qeyri-qanuni olaraq idarəetməni həyata keçirməyə başlamışdır. 2011-ci ildən 2016-cı ilin iyun ayına qədər Cavabdeh3-nin mülkiyyətini idarə etmişdir. “xxxx” ASC və İddiaçı QSC 2011-ci ildən bu günə qədər ipoteka qoyulmuş zirzəminin nəinki 23.811,50 kv.m sahəsini, həmçinin əlavə xidmət sahələrini eləcə də Cavabdeh3-nin bütün mülkiyyətini qeyri-qanuni olaraq idarə etmiş, idarə etməni 2016-cı ilin iyun ayında İddiaçı QSC-nə təhvil vermiş və bu gündə idarə etməni İddiaçı QSC heç bir hüquqi əsası olmadan, müqavilə və yaxud hüquqverən sənədləşdirmə aparılmadan davam etdirir. Sözügedən zirzəmidən və Cavabdeh3-nin mülkiyyətində olan sahələrində bütün gəlirləri İddiaçı QSC əldə edir. Dəfələrlə əldə olunan gəlirlər və kreditlərin ödənilməsi barədə hesabatlar tələb edilsə də, onlara heç bir məlumat verilməmişdir. “xxxx” ASC yuxarıda göstərilən müddətlərdə zirzəmini (girov qoyulmuş sahəni) kredit müqaviləsində heç bir müddəa nəzərdə tutulmadığı halda istifadə etmiş heç bir kredit öhdəliyi yerinə yetirməmiş, əldə olunan gəlirlər barədə və həmin gəlirlərin hansı məqsədlər üçün istifadə etmələri barədə Cavabdeh3-nə heç bir məlumat və ya hesabat verməməklə mülki qanunvericiliyin bir sıra tələblərini pozmuşdur. İddiaçı QSC isə kredit portvelini təhvil götürdükdən sonra dəflərlə tələb olunmasına baxmayaraq onlara heç bir hesabat verməmiş, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanını əsas gətirərək özünün haqlı göstərməyə çalışmışdır. “xxxx” ASC və İddiaçı QSC heç bir sənədləşmə aparmadan idarə etməni həyata keçirdiyinə görə vergi öhdəliklərini yerinə yetirməmiş, beləliklə dövlətə külli miqdarda ziyan dəymişdir. “xxxx” ASC və İddiaçı QSC-nin rəhbərlərinə dəfələrlə rəsmi şəkildə Cavabdeh3-nin mülkiyyətini qeyri-qanıni idarə etmələrinə son qoymalarını və idarəetməni Cavabdeh3-nə qaytardıqları halda kreditlərin ödəniləcəyini bildirsələr də, heç bir rəsmi cavab verilməmişdir. Girov qoyulmuş zirzəmidə 2011-ci ildən “xxxx” ASC tərəfindən müsadirə edilmiş 550 ədəd avtomaşın saxlanılmış, lakin həmin avtomaşınların girov qoyulmuş sahədə saxlanıldıqlarına görə əldə olunmuş gəlirlərdən kreditlərin ödənilməsinə yönəldilməmişdir. Girov qoyulmuş zirzəminin yerləşdiyi ərazidə olan digər zirzəmi tipli avtodayanacaqlarda bir avtomaşın üçün günlük dayanacaq haqqı təxminən 7- 10 manat arasında dəyişir. Təxminən bu dövr ərzində “xxxx” ASC və İddiaçı QSC tərəfindən 8.712.000 mant gəlir götürülmüş, lakin kreditlərin ödənişi həyata keçirilməmişdir. Bundan başqa həmin girov qoyulmuş ərazidən günlük olaraq ticarət mərkəzində işləyənlərin və ticarət məqsədilə gələnlərin təxminən 500 ədəd avtomaşını dayandığı nəzərə alınsa və hər bir avtomaşının 8 saat dayanarsa, bir avtomaşın üçün hesabı ilə 1.680.000 manat vəsait “xxxx” ASC və İddiaçı QSC tərəfindən əldə olunduğu aşkar olunur. Sadə bir hesablama aparılsa ərazi üzrə digər zirzəmi tipli avtodayanacaqların hər kv.m üçün aylıq icarə haqqı 10 manatdır. Zirzəminin girov qoyulmuş 23.811,50 kv.m sahəsi üçün hər kv.m-nin aylıq 5 manat dəyəri ilə hesablansa, aylıq 119.057,5 manat, illik 1.428.690 manat, onların istifadə müddətində 7.857.795 manat gəlir götürdükləri görünür. Beləliklə girov qoyulmuş zirzəminin istifadəsindən “xxxx” ASC və İddiaçı QSC tərəfindən əldə olunmuş gəlir 7.857.795 manat təşkil edir. Lakin əldə olunmuş gəlir “xxxx” ASC və İddiaçı QSC tərəfindən kreditlərin ödənilməsinə yönəldilməmişdir. Bundan başqa girov qoyulmuş zirzəmidən “xxxx” ASC və İddiaçı QSC istifadə etdikləri müddətdə istismar qaydaları kobud şəkildə pozulmuş, zirzəmidən keçən kanalizasiya və su xətlərindən sızan sular zirzəmidə göllənərək binanın özülünü zəiflətmiş, dəyəri milyard manata bərabər olan Cavabdeh3 Ticarət Mərkəzinin binasının dağılmasına, gələcəkdə istifadə üçün təhlükəli vəziyyətə düşməsinə, binanın divarlarının aşılanmasına, salt örtüyünün dağılmasına səbəb olmuş, istifadə müddətində heç bir təmir işləri aparılmamışdır. “xxxx” ASC və İddiaçı QSC girov qoyulmuş ərazidən istifadə zamanı yalnız gəlir götürməklə məşğul olmuş, halbuki hər bir istifadə olunan binanı cari təmiri və əsaslı təmiri mütəmadi olaraq aparılmalıdır. 7 il müddətində girov qoyulmuş zirzəminin idarə olunması “xxxx” ASC və İddiaçı QSC tərəfindən həyata keçirildiyi üçün dəymiş ziyan onlar tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Bundan sonra cvabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh3 Holdinq” MMC-nin səlahiyyətli nümayəndəsi və ilk iddia üzrə Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkil X6 iddia müddətinin tətbiq olunması haqqında ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı-nın cavabdehlər Cavabdeh1, “Cavabdeh3 Holdinq” MMC-nə və Cavabdeh2 qarşı kredit üzrə borcun tutulması, borc tələbinin ipoteka predmetinə və digər əmlaklara yönəldilməsi, əmlakların iddiaçının mülkiyyətinə keçməsi və əmlaklar üzərində hüquqların qeydiyyatı tələbinə dair iddiasına iddia müddətinin tətbiq olunmasını və iddiaçı “xxxx” QSC X11 Təşkilatı tərəfindən iddia müddəti ötürüldüyündən ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırilmışdır ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu baxımdan iddiaçı “xxxx” QSC BOKT-nın iddiasına ilk növbədə, onun həmin tələbi irəli sürmək hüququna sahib olub-olmadıqları kontekstində qiymət verilməli və bununla bağlı gəlinən nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hesab edir ki, iddiaçı “xxxx” QSC BOKT hazırki iddia tələbini irəli sürməyə imkan verən subeyktiv hüququn sahibi kimi qəbul etmək olmaz. Çünki iddiaçı mübahisəli mənzil üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Çünki müvafiq kredit müqaviləsi “xxxx” QSC BOKT ilə deyil “xxxx” ASC ilə Cavabdeh1, Cavabdeh2 və “Cavabdeh3 Holdinq” MMC arasında bağlanmışdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındıqda isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki prosessual qanunvericilikdən (MPM-nin 14.2 və 77.1-ci maddələri) irəli gələn tələblərinin tətbiqi baxımından görünür ki, iddiaçı mübahisəli mənzilin ona məxsus olmasını kifayətedici aydınlıqla sübut edə bilməmişdir. Buna görə də hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində göstərilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsində göstərilir ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəflərin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hesab edir ki, iddiaçı icarə müqaviləsinin etibarsız saylıması barədə tələb irəli sürmək üçün iddia müddətini də buraxmışdır. Məhz bu səbəbdən hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini buraxdığı üçün də onun iddia tələbləri təmin oluna bilməz. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC X11 Təşkilatı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 - xx.xx.2012-ci il tarixli, 6543 saylı kredit müqaviləsi üzrə 1.490.579,50 (bir milyon dörd yüz doxsan min beş yüz yetmiş doqquz manat 50 qəpik) manat əsas, 433.750,00 (dörd yüz otuz üç min yeddi yüz əlli) manat faiz borcu olmaqla, müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərər xx.xx.2016-xx.xx.2016-cı il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.500.000,00 manat, 5 faiz dərəcəsi ilə gecikdirilmiş 13 günə hesablanmış 2.708,33 manat, xx.xx.2016-xx.xx.2016-cı il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.498.339,50 manat, 7 faiz dərəcəsi ilə gecikdirilmiş 97 günə hesablanmış 28.260,35 manat, xx.xx.2016-xx.xx.2017-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.494.739,50 manat, 9,5 faiz dərəcəsi ilə gecikdirilmiş 318 günə hesablanmış 125.433,56 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.493.732,50 manat, 15 faiz dərəcəsi ilə gecikdirilmiş 235 günə hesablanmış 146.261,31 manat, xx.xx.2018xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.126,50 manat, 13 faiz dərəcəsi ilə gecikdirilmiş 57 günə hesablanmış 30.712,94 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.126,50 manat, 11 faiz dərəcəsi ilə gecikdirilmiş 65 günə hesablanmış 29.635,29 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.126,50 manat, 10 faiz dərəcəsi ilə gecikdirilmiş 138 günə hesablanmış 57.198,18 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.491.096,50 manat, 9,75 faiz dərəcəsi ilə gecikdirilmiş 94 günə hesablanmış 37.960,83 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.491.096,50 manat, 9,25 faiz dərəcəsi ilə gecikdirilmiş 42 günə hesablanmış 16.091,42 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.490.579,50 manat, 9 faiz dərəcəsi ilə gecikdirilmiş 27 günə hesablanmış 10.061,41 manat olmaqla cəmi 2.408.653,11 (iki milyon dörd yüz səkkiz min altı yüz əlli üç manat 11 qəpik) manat; - xx.xx.2012-ci il tarixli, 6543 A saylı kredit müqaviləsi üzrə əsas borcu 990.580,00 (doqquz yüz doxsan min beş yüz səksən) manat, faiz borcu 289.166,67 (iki yüz səksən doqquz min yüz altmış altı manat, 67 qəpik) manat olmaqla, müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəs: ilə hesablanmış zərər xx.xx.2016-xx.xx.2016-cı il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.000.000,00 manat, 5 faiz dərəcəsi ilə gecikdirilmiş 13 günə hesablanmış 1.805,56 manat, xx.xx.2016-xx.xx.2016-cı il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 998.340,00 manat, 7 faiz dərəcəsi ilə gecikdirilmiş 97 günə hesablanmış 18.829,80 manat, xx.xx.2016-xx.xx.2017ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 994.740,00 manat, 9,5 faiz dərəcəsi ilə gecikdirilmiş 318 günə hesablanmış 83.475,27 manat, xx.xx.2018xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 993.740,00 manat, 15 faiz dərəcəsi ilə gecikdirilmiş 235 günə hesablanmış 97.303,71 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 992.240,00 manat, 13 faiz dərəcəsi ilə gecikdirilmiş 57 günə hesablanmış 20.423,61 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 992.240,00 manat, 11 faiz dərəcəsi ilə gecikdirilmiş 65 günə hesablanmış 19.706,99 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 992.240,00 manat, 10 faiz dərəcəsi ilə gecikdirilmiş 138 günə hesablanmış 38.035,87 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 991.200,00 manat, 9,75 faiz dərəcəsi ilə gecikdirilmiş 94 günə hesablanmış 25.234,30 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 991.200,00 manat, 9,25 faiz dərəcəsi ilə gecikdirilmiş 42 günə hesablanmış 10.696,70 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 990.580,00 manat, 9 faiz dərəcəsi ilə gecikdirilmiş 27 günə hesablanmış 6.686,42 manat olmaqla cəmi 1.601.944,88 (bir milyon altı yüz bir min doqquz yüz qırx dörd manat 88 qəpik) manat; - xx.xx.2013-cü il tarixli, 6647 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.490.580,00 (bir milyon dörd yüz doxsan min beş yüz səksən) manat, faiz borcu 168.000,00 (yüz altmış səkkiz min) manat olmaqla, müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərər xx.xx.2016-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.536,00 manat, 12 faiz dərəcəsi ilə gecikdirilmiş 643 günə hesablanmış 319.900,22 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.240,00 manat, 15 faiz dərəcəsi ilə gecikdirilmiş 20 günə hesablanmış 12.435,33 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.194,00 manat, 13 faiz dərəcəsi ilə gecikdirilmiş 57 günə hesablanmış 30.714,33 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.491.772,00 manat, 11 faiz dərəcəsi ilə gecikdirilmiş 65 günə hesablanmış 29.628,25 manat, xx.xx.2018xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.491.182,00 manat, 10 faiz dərəcəsi ilə gecikdirilmiş 138 günə hesablanmış 57.161,18 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.491.040,00 manat, 9,75 faiz dərəcəsi ilə gecikdirilmiş 94 günə hesablanmış 37.959,39 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.490.664,00 manat, 9,25 faiz dərəcəsi ilə gecikdirilmiş 42 günə hesablanmış 16.086,75 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.490.580,00 manat, 9 faiz dərəcəsi ilə gecikdirilmiş 27 günə hesablanmış 10.061,42 manat olmaqla cəmi 2.172.527,66 (iki milyon yüz yetmiş iki min beş yüz iyirmi yeddi manat 66 qəpik) manat; - xx.xx.2013-cü il tarixli, 6648 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.490.580,00 (bir milyon dörd yüz doxsan min beş yüz səksən) manat, faiz borcu 168.000,00 (yüz altmış səkkiz min) manat olmaqla, müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərər xx.xx.2016-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.536,00 manat, 12 faiz dərəcəsi ilə gecikdirilmiş 643 günə hesablanmış 319.900,22 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.240,00 manat, 15 faiz dərəcəsi ilə gecikdirilmiş 20 günə hesablanmış 12.435,33 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.194,00 manat, 13 faiz dərəcəsi ilə gecikdirilmiş 57 günə hesablanmış 30.714,33 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.491.772,00 manat, 11 faiz dərəcəsi ilə gecikdirilmiş 65 günə hesablanmış 29.628,25 manat, xx.xx.2018xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.491.182,00 manat, 10 faiz dərəcəsi ilə gecikdirilmiş 138 günə hesablanmış 57.161,18 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.491.040,00 manat, 9,75 faiz dərəcəsi ilə gecikdirilmiş 94 günə hesablanmış 37.959,39 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.490.664,00 manat, 9,25 faiz dərəcəsi ilə gecikdirilmiş 42 günə hesablanmış 16.086,75 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.490.580,00 manat, 9 faiz dərəcəsi ilə gecikdirilmiş 27 günə hesablanmış 10.061,42 manat olmaqla cəmi 2.172.527,66 (iki milyon yüz yetmiş iki min beş yüz iyirmi yeddi manat 66 qəpik) manat; - xx.xx.2013-cü il tarixli, 6649 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.490.580,00 (bir milyon dörd yüz doxsan min beş yüz səksən) manat, faiz borcu 168.000,00 (yüz altmış səkkiz min) manat olmaqla, müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərər xx.xx.2016-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.536,00 manat, 12 faiz dərəcəsi ilə gecikdirilmiş 643 günə hesablanmış 319.900,22 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.240,00 manat, 15 faiz dərəcəsi ilə gecikdirilmiş 20 günə hesablanmış 12.435,33 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.194,00 manat, 13 faiz dərəcəsi ilə gecikdirilmiş 57 günə hesablanmış 30.714,33 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.491.772,00 manat, 11 faiz dərəcəsi ilə gecikdirilmiş 65 günə hesablanmış 29.628,25 manat, xx.xx.2018xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.491.182,00 manat, 10 faiz dərəcəsi ilə gecikdirilmiş 138 günə hesablanmış 57.161,18 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.491.040,00 manat, 9,75 faiz dərəcəsi ilə gecikdirilmiş 94 günə hesablanmış 37.959,39 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.490.664,00 manat, 9,25 faiz dərəcəsi ilə gecikdirilmiş 42 günə hesablanmış 16.086,75 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.490.580,00 manat, 9 faiz dərəcəsi ilə gecikdirilmiş 27 günə hesablanmış 10.061,42 manat olmaqla cəmi 2.172.527,66 (iki milyon yüz yetmiş iki min beş yüz iyirmi yeddi manat 66 qəpik) manat; - xx.xx.2013-cü il tarixli, 6650 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.490.580,00 (bir milyon dörd yüz doxsan min beş yüz səksən) manat, faiz borcu 168.000,00 (yüz altmış səkkiz min) manat olmaqla, müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərər xx.xx.2016-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.536,00 manat, 12 faiz dərəcəsi ilə gecikdirilmiş 643 günə hesablanmış 319.900,22 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.240,00 manat, 15 faiz dərəcəsi ilə gecikdirilmiş 20 günə hesablanmış 12.435,33 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.194,00 manat, 13 faiz dərəcəsi ilə gecikdirilmiş 57 günə hesablanmış 30.714,33 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.491.772,00 manat, 11 faiz dərəcəsi ilə gecikdirilmiş 65 günə hesablanmış 29.628,25 manat, xx.xx.2018xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.491.182,00 manat, 10 faiz dərəcəsi ilə gecikdirilmiş 138 günə hesablanmış 57.161,18 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.491.040,00 manat, 9,75 faiz dərəcəsi ilə gecikdirilmiş 94 günə hesablanmış 37.959,39 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.490.664,00 manat, 9,25 faiz dərəcəsi ilə gecikdirilmiş 42 günə hesablanmış 16.086,75 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.490.580,00 manat, 9 faiz dərəcəsi ilə gecikdirilmiş 27 günə hesablanmış 10.061,42 manat olmaqla cəmi cəmi 2.172.527,66 (iki milyon yüz yetmiş iki min beş yüz iyirmi yeddi manat 66 qəpik) manat; - xx.xx.2013-cü il tarixli, 6651 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.490.580,00 (bir milyon dörd yüz doxsan min beş yüz səksən) manat, faiz borcu 168.000,00 (yüz altmış səkkiz min) manat olmaqla, müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərər xx.xx.2016-xx.xx.2018-ci iİ tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.536,00 manat, 12 faiz dərəcəsi ilə gecikdirilmiş 643 günə hesablanmış 319.900,22 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.240,00 manat, 15 faiz dərəcəsi ilə gecikdirilmiş 20 günə hesablanmış 12.435,33 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.194,00 manat, 13 faiz dərəcəsi ilə gecikdirilmiş 57 günə hesablanmış 30.714,33 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.491.772,00 manat, 11 faiz dərəcəsi ilə gecikdirilmiş 65 günə hesablanmış 29.628,25 manat, xx.xx.2018xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.491.182,00 manat, 10 faiz dərəcəsi ilə gecikdirilmiş 138 günə hesablanmış 57.161,18 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.491.040,00 manat, 9,75 faiz dərəcəsi ilə gecikdirilmiş 94 günə hesablanmış 37.959,39 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.490.664,00 manat, 9,25 faiz dərəcəsi ilə gecikdirilmiş 42 günə hesablanmış 16.086,75 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.490.580,00 manat, 9 faiz dərəcəsi ilə gecikdirilmiş 27 günə hesablanmış 10.061,42 manat olmaqla cəmi cəmi 2.172.527,66 (iki milyon yüz yetmiş iki min beş yüz iyirmi yeddi manat 66 qəpik) manat; - xx.xx.2013-cü il tarixli, 6652 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.490.580,00 (bir milyon dörd yüz doxsan min beş yüz səksən) manat, faiz borcu 168.000,00 (yüz altmış səkkiz min) manat olmaqla, müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərər xx.xx.2016-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.536,00 manat, 12 faiz dərəcəsi ilə gecikdirilmiş 643 günə hesablanmış 319.900,22 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.240,00 manat, 15 faiz dərəcəsi ilə gecikdirilmiş 20 günə hesablanmış 12.435,33 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.492.194,00 manat, 13 faiz dərəcəsi ilə gecikdirilmiş 57 günə hesablanmış 30.714,33 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.491.772,00 manat, 11 faiz dərəcəsi ilə gecikdirilmiş 65 günə hesablanmış 29.628,25 manat, xx.xx.2018xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.491.182,00 manat, 10 faiz dərəcəsi ilə gecikdirilmiş 138 günə hesablanmış 57.161,18 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.491.040,00 manat, 9,75 faiz dərəcəsi ilə gecikdirilmiş 94 günə hesablanmış 37.959,39 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.490.664,00 manat, 9,25 faiz dərəcəsi ilə gecikdirilmiş 42 günə hesablanmış 16.086,75 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 1.490.580,00 manat, 9 faiz dərəcəsi ilə gecikdirilmiş 27 günə hesablanmış 10.061,42 manat olmaqla cəmi 2.172.527,66 (iki milyon yüz yetmiş iki min beş yüz iyirmi yeddi manat 66 qəpik) manat; - xx.xx.2013-cü il tarixli, 6654 saylı kredit müqaviləsi üzrə əsas borcu 40.326,00 (qırx min üç yüz iyirmi altı) manat, faiz borcu 5.572,11 (beş min beş yüz yetmiş iki manat, 11 qəpik) manat olmaqla, müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərər xx.xx.2016-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 42.282,00 manat, 12 faiz dərəcəsi ilə gecikdirilmiş 643 günə hesablanmış 9.062,44 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 41.986,00 manat, 15 faiz dərəcəsi ilə gecikdirilmiş 20 günə hesablanmış 349,88 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 41.935,00 manat, 13 faiz dərəcəsi ilə gecikdirilmiş 57 günə hesablanmış 863,16 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 41.512,00 manat, 11 faiz dərəcəsi ilə gecikdirilmiş 65 günə hesablanmış 824,47 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 40.922,00 manat, 10 faiz dərəcəsi ilə gecikdirilmiş 138 günə hesablanmış 1.568,68 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 40.774,00 manat, 9,75 faiz dərəcəsi ilə gecikdirilmiş 94 günə hesablanmış 1.038,04 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 40,395,00 manat, 9,25 faiz dərəcəsi ilə gecikdirilmiş 42 günə hesablanmış 435,93 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixə Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən əsas borc 40.326,00 manat, 9 faiz dərəcəsi ilə gecikdirilmiş 27 günə hesablanmış 272,20 manat olmaqla, cəmi 60.312,92 (altmış min üç yüz on iki manat 92 qəpik) manat; ümumilikdə 9 (doqquz) kredit müqaviləsi üzrə 17.106.076,87 (on yeddi milyon yüz altı min yetmiş altı manat, 87 qəpik) manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSCnin xeyrinə ödənilməsi;

2. Borc tələbinin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında 7-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələrinə (59, 37, 36 və 19 saylı ofislər) və Cavabdeh3-nin mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən sahəsi 23.811,50 kv.m olan qeyri-yaşayış sahəsinə (zirzəmi) yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilməsi;

3. Yuxarıda qeyd edilən əmlaklar borcun ödənilməsi üçün kifayət etmədikdə yerdə qalan borc məbləğinin Cavabdeh1 tutularaq İddiaçı QSC X11 Təşkilatının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-20/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh1: - xx.xx.2012-ci il tarixli, 6543 saylı kredit müqaviləsi üzrə 1.490.579,50 (bir milyon dörd yüz doxsan min beş yüz yetmiş doqquz manat 50 qəpik) manat əsas, 433.750,00 (dörd yüz otuz üç min yeddi yüz əlli) manat faiz, müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 484.323,62 (dörd yüz səksən dörd min üç yüz iyirmi üç manat 62 qəpik) manat zərər olmaqla cəmi 2.408.653,11 (iki milyon dörd yüz səkkiz min altı yüz əlli üç manat 11 qəpik) manat; - xx.xx.2012-ci il tarixli, 6543A saylı kredit müqaviləsi üzrə 990.580,00 (doqquz yüz doxsan min beş yüz səksən) manat əsas, 289.166,67 (iki yüz səksən doqquz min yüz altmış altı manat, 67 qəpik) manat faiz, müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 322.198,23 (üç yüz iyirmi iki min yüz doxsan səkkiz manat 23 qəpik) manat zərər olmaqla, cəmi 1.601.944,88 (bir milyon altı yüz bir min doqquz yüz qırx dörd manat 88 qəpik) manat; - xx.xx.2013-cü il tarixli, 6647 saylı kredit müqaviləsi üzrə 1.490.580,00 (bir milyon dörd yüz doxsan min beş yüz səksən) manat əsas, 168.000,00 (yüz altmış səkkiz min) manat faiz, müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 513.946,87 (beş yüz on üç min doqquz yüz qırx altı manat 87 qəpik) manat zərər olmaqla, cəmi 2.172.527,66 (iki milyon yüz yetmiş iki min beş yüz iyirmi yeddi manat 66 qəpik) manat; - xx.xx.2013-cü il tarixli, 6648 saylı kredit müqaviləsi üzrə 1.490.580,00 (bir milyon dörd yüz doxsan min beş yüz səksən) manat əsas, 168.000,00 (yüz altmış səkkiz min) manat faiz, müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 513.946,87 (beş yüz on üç min doqquz yüz qırx altı manat 87 qəpik) manat zərər olmaqla, cəmi 2.172.527,66 (iki milyon yüz yetmiş iki min beş yüz iyirmi yeddi manat 66 qəpik) manat; - xx.xx.2013-cü il tarixli, 6649 saylı kredit müqaviləsi üzrə 1.490.580,00 (bir milyon dörd yüz doxsan min beş yüz səksən) manat əsas, 168.000,00 (yüz altmış səkkiz min) manat faiz, müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 513.946,87 (beş yüz on üç min doqquz yüz qırx altı manat 87 qəpik) manat zərər olmaqla, cəmi 2.172.527,66 (iki milyon yüz yetmiş iki min beş yüz iyirmi yeddi manat 66 qəpik) manat; xx.xx.2013-cü il tarixli, 6650 saylı kredit müqaviləsi üzrə 1.490.580,00 (bir milyon dörd yüz doxsan min beş yüz səksən) manat, 168.000,00 (yüz altmış səkkiz min) manat faiz, müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 513.946,87 (beş yüz on üç min doqquz yüz qırx altı manat 87 qəpik) manat zərər olmaqla, cəmi 2.172.527,66 (iki milyon yüz yetmiş iki min beş yüz iyirmi yeddi manat 66 qəpik) manat; - xx.xx.2013-cü il tarixli, 6651 saylı kredit müqaviləsi üzrə 1.490.580,00 (bir milyon dörd yüz doxsan min beş yüz səksən) manat əsas, 168.000,00 (yüz altmış səkkiz min) manat faiz, müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 513.946,87 (beş yüz on üç min doqquz yüz qırx altı manat 87 qəpik) manat zərər olmaqla, cəmi 2.172.527,66 (iki milyon yüz yetmiş iki min beş yüz iyirmi yeddi manat 66 qəpik) manat; - xx.xx.2013-cü il tarixli, 6652 saylı kredit müqaviləsi üzrə 1.490.580,00 (bir milyon dörd yüz doxsan min beş yüz səksən) manat əsas, 168.000,00 (yüz altmış səkkiz min) manat faiz, müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərər 513.946,87 (beş yüz on üç min doqquz yüz qırx altı manat 87 qəpik) manat zərər olmaqla, cəmi 2.172.527,66 (iki milyon yüz yetmiş iki min beş yüz iyirmi yeddi manat 66 qəpik) manat; - xx.xx.2013-cü il tarixli, 6654 saylı kredit müqaviləsi üzrə 40.326,00 (qırx min üç yüz iyirmi altı) manat əsas, 5.572,11 (beş min beş yüz yetmiş iki manat 11 qəpik) manat faiz, müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 14.414,8 (on dörd min dörd yüz on dörd manat 80 qəpik) manat olmaqla, cəmi 60.312,92 (altmış min üç yüz on iki manat 92 qəpik) manat; - ümumilikdə 9 (doqquz) kredit müqaviləsi üzrə 17.106.076,87 (on yeddi milyon yüz altı min yetmiş altı manat 87 qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulması, xx.xx.2012-ci il tarixli, 6543 saylı və 6543A saylı kredit müqavilələri üzrə tutulan məbləğ (4.010.597,99 manat) cavabdeh “Cavabdeh3 Holdinq” MMC-nə məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (zirzəmi) ilkin satış qiyməti 21.430.350 (iyirmi bir milyon dörd yüz otuz min üç yüz əlli) manat məbləğində müəyyən edilməklə; xx.xx.2013-cü il tarixli, 6647 saylı, 6648 saylı, 6649 saylı, 6650 saylı, 6651 saylı, 6652 saylı və 6654 saylı kredit müqavilələri üzrə tutulan məbləğ (13.095.478,88 manat) Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın 7-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinə (59 saylı ofis) ilkin satış qiyməti 349.560 (üç yüz qırx doqquz min beş yüz altmış) manat məbləğində müəyyən edilməklə; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın 7-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinə (19 saylı ofis) ilkin satış qiyməti 322.320 (üç yüz iyirmi iki min üç yüz iyirmi) manat məbləğində müəyyən edilməklə; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın 7-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinə (36 saylı ofis) ilkin satış qiyməti 571.560 (beş yüz yetmiş bir min beş yüz altmış) manat məbləğində müəyyən edilməklə; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın 7-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinə (37 saylı ofis) ilkin satış qiyməti 221.640 (iki yüz iyirmi bir min altı yüz qırx) manat məbləğində müəyyən edilməklə yönəldilməsi, ipoteka predmetləri olan daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı QSC-nə olan cəmi 17.106.076,87 (on yeddi milyon bir yüz altı min yetmiş altı manat səksən yeddi qəpik) manat məbləğində kredit borcunun ödənilməsi, Satışdan götürülən və ya əldə edilən məbləğlər göstərilən məbləğlərdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsinin müvafiq olaraq mülkiyyətçilər “Cavabdeh3 Holdinq” MMC-nə və Cavabdeh2 qaytarılması, ilk iddianın qalan hissədə rədd edilməsi, “Cavabdeh3 Holdinq” MMC-nin cavabdehlər “xxxx” ASC-nə və “xxxx” QSC BOKT-na qarşı zirzəminin qeyri-qanuni idarə edilməsinə son qoyulması, pulun və vurulmuş ziyanın tutularaq kreditlərin ödənilməsinə yönəldilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, ekspertiza xərci cəmi 1.200 (min iki yüz) manatın ilk iddiada Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatının nümayəndəsi X4, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh3 Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi, həmçinin ilk iddia üzrə Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili X6 ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh3 Holdinq” MMC-nin etibarnamə əsasında nümayəndəsi, həmçinin ilk iddia üzrə Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili X6 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıdakı əsaslara görə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-20/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və ilk iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməsinə, qarşılıqlı iddia tələbinin isə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, hazırki işə baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə mürcaiət edərək, ilk İddiaçı-nın iddiasına iddia müddətinin tətbiq olunmasını və ilk iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən onun iddia müddətinin tətbiq olunması barədə ərizəsi təmin edilməmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirik ki, sözügedən kredit müqavilələri üzrə nə kredit müqavilələri müddətində, nə də kredit müqavilələri üzrə müddət başa çatdıqdan sonra cavabdeh olaraq, yəni Cavabdeh1 tərəfindən heç bir ödəniş edilməmişdir. Məhkəmənin hansı ödənişə və maliyyə arayışına istinad etməsi və həmin ödənişlərin kimin tərəfindən edilməsi məlum deyil. Bundan əlavə məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirik ki, iddiaçı kredit müqavilələri üzrə əsas borclara faiz borclarını həddən artıq hesablamış, bu azmış kimi, hətta müqavilələr başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış cərimə də tələb etmiş, məhkəmə isə onsuz da kifayət qədər hesablanmış faiz borcundan əlavə iddiaçının cərimə tələblərini də təmin etmişdir. Həmçinin onu da məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirik ki, ipoteka predmeti olan əmlakların qiymətləri hazırki bazar dəyərindən olduqca aşağı qiymətləndirilmişdir. Odur ki, hazırki işə apelyasiya qaydasında baxılarkən, həm iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək, əsas borca hesablanmış faiz məbləğrinin və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərərin məbləğləri dəqiqləşdirilməli, həmçinin ipoteka predmetləri olan əmlaklarını hazırki real bazar dəyərlərinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-20/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatının nümayəndəsi X4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıda göstərilənlərə əsasən sözügedən qətnamə qismən dəyişdirilməlidir. Belə ki, işin hallarından müəyyən olunur ki, “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 86, 86/1, 86/2, 86/3 86/4 saylı hesabatlarda göstərilir ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın 7-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinə (59 saylı ofis) ilkin satış qiyməti 349.560 (üç yüz qırx doqquz min beş yüz altmış) manat, qeyri yaşayış sahəsinə (19 saylı ofis) ilkin satış qiyməti 322.320 (üç yüz iyirmi iki min üç yüz iyirmi) manat, qeyri yaşayış sahəsinə (36 saylı ofis) ilkin satış qiyməti 571.560 (beş yüz yetmiş bir min beş yüz altmış) manat, qeyri yaşayış sahəsinə (37 saylı ofis) ilkin satış qiyməti 221.640 (iki yüz iyirmi bir min altı yüz qırx) manat və “Cavabdeh3 Holdinq” MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (zirzəmi) ilkin satış qiyməti 21.430.350 (iyirmi bir milyon dörd yüz otuz min üç yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Hesabatlarda qeyd olunan qeyri-yaşayış sahələrinin ilkin satış qiyməti real bazar qiymətlərinə uyğun deyil və əmlaklar bazar qiymətindən yüksək məbləğdə müəyyən edilmişdir. Çünki hal-hazırda Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın 7-ci mərtəbəsində, həmçinin zirzəmidə yerləşən qeyri-yaşayış sahələri təmirsiz olmaqla yanaşı yararsız vəziyyətdədir. Qeyd edək ki, əvvəlki illərdə həmin qeyri-yaşayış sahələrindən ticarət obyekti kimi istifadə edilirdisə, lakin hazırda bu sahədən istifadə olunmur və istifadəsiz qalmışdır. “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 86, 86/1, 86/2, 86/3 86/4 saylı hesabatlarda göstərilən məbləğlər hazırki əmlaklara uyğun deyildir. Birinci insatnsiya məhkəməsi ekspertiza rəyinə əsaslanmaqla kifayətlənmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-20/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh3 Holdinq” MMC-nin etibarnamə əsasında nümayəndəsi, həmçinin ilk iddia üzrə Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili Şahin Rəfiyev verdiyi apelyasiya şikayətini müdafiə etdiyini, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərə və verdiyi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, verdiyi apelyasiya şikayətinin təmin edilməsini, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-20/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nın etibarnamə əsasında nümayəndəsi Ayaz Məmmədzadə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh3 Holdinq” MMC-nin etibarnamə əsasında nümayəndəsi, həmçinin ilk iddia üzrə Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili Şahin Rəfiyev tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, iddiaçı “Cavabdeh3 Holdinq” MMC-nin etibarnamə əsasında nümayəndəsi, həmçinin ilk iddia üzrə Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili Şahin Rəfiyev tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-20/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh3 Holdinq” MMC-nin etibarnamə əsasında nümayəndəsi, həmçinin ilk iddia üzrə Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili Şahin Rəfiyev apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nın etibarnamə əsasında nümayəndəsi Ayaz Məmmədzadə isə qətnamədən narazı qaldığını bildirərək qətnamənin dəyişdirilməsini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəflərin apelyasiya şikayətlərində göstərdikləri dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, “X7 Edilməsi Agentliyi” MMC-də yığım üzrə mütəxəssis vəzifəsində işləyir. İpoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahələri Cavabdeh2 məxsus olsa da, aralarında olan şifahi razılaşmaya əsasən onların icarəyə verilməsindən əldə olunan pul vəsaitinin bir hissəsi Cavabdeh1 kredit borcunun ödənilməsinə yönəlirdi. İş matеriallarında olan, xx.xx.2012-ci il tarixli 6543 saylı kredit müqaviləsinin surətindən görünür ki, “xxxx” ASC-nin “Mərkəzi” filialı Cavabdeh1 illik 15% hesablanmaqla 12 aylıq müddətə 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində kredit vermişdir. İş matеriallarında olan, xx.xx.2012-ci il tarixli 6543A saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “xxxx” ASC-nin “Mərkəzi” filialı Cavabdeh1 illik 15% hesablanmaqla 12 aylıq müddətə 1.000.000 (bir milyon) manat məbləğində kredit vermişdir. İş matеriallarında olan, xx.xx.2013-cü il tarixli 6647 saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “xxxx” ASC-nin “Mərkəzi” filialı Cavabdeh1 illik 12% hesablanmaqla 60 aylıq müddətə 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində kredit vermişdir. İş matеriallarında olan, xx.xx.2013-cü il tarixli 6648 saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “xxxx” ASC-nin “Mərkəzi” filialı Cavabdeh1 illik 12% hesablanmaqla 60 aylıq müddətə 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində kredit vermişdir. İş matеriallarında olan, xx.xx.2013-cü il tarixli 6649 saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “xxxx” ASC-nin “Mərkəzi” filialı Cavabdeh1 illik 12% hesablanmaqla 60 aylıq müddətə 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində kredit vermişdir. İş matеriallarında olan, xx.xx.2013-cü il tarixli 6650 saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “xxxx” ASC-nin “Mərkəzi” filialı Cavabdeh1 illik 12% hesablanmaqla 60 aylıq müddətə 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində kredit vermişdir. İş matеriallarında olan, xx.xx.2013-cü il tarixli 6651 saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “xxxx” ASC-nin “Mərkəzi” filialı Cavabdeh1 illik 12% hesablanmaqla 60 aylıq müddətə 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində kredit vermişdir. İş matеriallarında olan, xx.xx.2013-cü il tarixli 6652 saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “xxxx” ASC-nin “Mərkəzi” filialı Cavabdeh1 illik 12% hesablanmaqla 60 aylıq müddətə 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində kredit vermişdir. İş matеriallarında olan, xx.xx.2013-cü il tarixli 6654 saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “xxxx” ASC-nin “Mərkəzi” filialı Cavabdeh1 illik 12% hesablanmaqla 60 aylıq müddətə 49.751,00 (qırx doqquz min yeddi yüz əlli bir) manat məbləğində kredit vermişdir. İş matеriallarında olan, xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 borc alan Cavabdeh1 ilə borc verən “xxxx” ASC-nin “Mərkəzi” filialı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 6543 saylı və 6543 A saylı kredit müqavilələrinin təminatı olaraq Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın zirzəmisində yerləşən 23.811,50 kv.m qeyri-yaşayış sahəsini “xxxx” ASC-nin “Mərkəzi” filialına ipotekaya qoymuşdur. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 7.143.300,00 (yeddi milyon yüz qırx üç min üç yüz) manat məbləğində qiymətləndirilmişdir. İş matеriallarında olan, RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (zirzəmi) Cavabdeh3-nin mülkiyyətindədir və “xxxx” ASC-nin “Mərkəzi” filialında ipoteka ilə yüklü edilmişdir. İş matеriallarında olan, xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 borc alan Cavabdeh1 ilə borc verən “xxxx” ASC-nin “Mərkəzi” filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 6647 saylı, 6648 saylı, 6649 saylı, 6650 saylı, 6651 saylı, 6652 saylı və 6654 saylı kredit müqavilələrinin təminatı olaraq Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsini (59 saylı ofis) “xxxx” ASC-nin “Mərkəzi” filialına ipotekaya qoymuşdur. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 183.519,00 (yüz səksən üç min beş yüz on doqquz) manat məbləğində qiymətləndirilmişdir. İş matеriallarında olan, RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında yerləşən qeyriyaşayış sahəsi (59 saylı ofis) Cavabdeh2 mülkiyyətindədir və “xxxx” ASC-nin “Mərkəzi” filialında ipoteka ilə yüklü edilmişdir. İş matеriallarında olan, xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 borc alan Cavabdeh1 ilə borc verən “xxxx” ASC-nin “Mərkəzi” filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 6647 saylı, 6648 saylı, 6649 saylı, 6650 saylı, 6651 saylı, 6652 saylı və 6654 saylı kredit müqavilələrinin təminatı olaraq Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsini (37 saylı ofis) “xxxx” ASC-nin “Mərkəzi” filialına ipotekaya qoymuşdur. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 116.361,00 (yüz on altı min üç yüz altmış bir) manat məbləğində qiymətləndirilmişdir. İş matеriallarında olan, RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında yerləşən qeyriyaşayış sahəsi (37 saylı ofis) Cavabdeh2 mülkiyyətindədir və “xxxx” ASC-nin “Mərkəzi” filialında ipoteka ilə yüklü edilmişdir. İş matеriallarında olan, xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 borc alan Cavabdeh1 ilə borc verən “xxxx” ASC-nin “Mərkəzi” filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 6647 saylı, 6648 saylı, 6649 saylı, 6650 saylı, 6651 saylı, 6652 saylı və 6654 saylı kredit müqavilələrinin təminatı olaraq Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsini (36 saylı ofis) “xxxx” ASC-nin “Mərkəzi” filialına ipotekaya qoymuşdur. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 300.069,00 (üç yüz min altmış doqquz) manat məbləğində qiymətləndirilmişdir. İş matеriallarında olan, RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında yerləşən qeyriyaşayış sahəsini (36 saylı ofis) Cavabdeh2 mülkiyyətindədir və “xxxx” ASC-nin “Mərkəzi” filialında ipoteka ilə yüklü edilmişdir. İş matеriallarında olan, xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 borc alan Cavabdeh1 ilə borc verən “xxxx” ASC-nin “Mərkəzi” filialı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 6647 saylı, 6648 saylı, 6649 saylı, 6650 saylı, 6651 saylı, 6652 saylı və 6654 saylı kredit müqavilələrinin təminatı olaraq Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsini (19 saylı ofis) “xxxx” ASC-nin “Mərkəzi” filialına ipotekaya qoymuşdur. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 169.218,00 (yüz altmış doqquz min iki yüz on səkkiz) manat məbləğində qiymətləndirilmişdir. İş matеriallarında olan, RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 ünvanında yerləşən qeyriyaşayış sahəsi (19 saylı ofis) Cavabdeh2 mülkiyyətindədir və “xxxx” ASC-nin “Mərkəzi” filialında ipoteka ilə yüklü edilmişdir. İş matеriallarında olan, xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Azərbaycan Respublikası Pezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə bağlı “xxxx” ASC ilə İddiaçı QSC arasında imzalanmış xx.xx.2016-cı il tarixli təhviltəslim aktı əsasında “xxxx” ASC-dən İddiaçı QSC-nin idarəetməsinə verilmiş Cavabdeh1 borcu aşağıdakılardan ibarətdir: İddiaçı QSC-nin idarəetməsinə verilmiş borc: 11.549.751,00 manat əsas, 1.736.488,78 manat faiz borcu olmaqla, cəmi 13.286.239,78 manatdır. İddiaçı QSC tərəfindən idarəetməyə götürüldükdən sonra 39.037,00 manat əsas borcdan ödənilmiş, borcun qalığı 11.510.713,50 manat əsas, 1.736.488,78 manat faiz borcu olmaqla, cəmi 13.247.202,28 manatdır. İş matеriallarında olan, bildiriş və xəbərdarlıqların surətindən görünür ki, İddiaçı QSC X11 Təşkilatı cavabdehləri kredit müqaviləsi üzrə banka olan borcun ödənilməsi, əks təqdirdə kredit borcunun ödənilməsi təmin edilməzsə ümumi borcun məcburi, o cümlədən təminat və digər əmlak hesabına ödənilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi, eləcə də kredit müqavilələri üzrə öhdəlikləri yerinə yetirmədikləri üçün tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi haqda bildiriş göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaması barədə xəbərdar etmişdir. İş matеriallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti tərəfindən İddiaçı QSC X11 Təşkilatına ünvanlanmış xx.xx.2017-ci il tarixli, **********71 nömrəli məktubdan görünür ki, yuxarıda qeyd olunan daşınmaz əmlaka dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş matеriallarında olan, “Cavabdeh3 Holdinq” MMC tərəfindən İddiaçı QSC X11 Təşkilatına ünvanlanmış xx.xx.2012-ci il tarixli, 53/04-12 nömrəli məktubdan görünür ki, istismar qaydalarının pozuntusu qısa müddət ərzində aradan qaldırılmadığı təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş matеriallarında olan, “Cavabdeh3 Holdinq” MMC tərəfindən İddiaçı QSC X11 Təşkilatına ünvanlanmış xx.xx.2017-ci il tarixli, 20/02-17 nömrəli məktubdan görünür ki, İddiaçı QSC-nin əməkdaşlarının Cavabdeh3 Ticarət Mərkəzində idarəetmə adı altında etdiyi qanunsuzluqlar və hüquqa-zidd hərəkətləri barədə Ölkə Başçısına və aidiyyəti dövlət qurumlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş matеriallarında olan, “Cavabdeh3 Holdinq” MMC tərəfindən İddiaçı QSC X11 Təşkilatına ünvanlanmış xx.xx.2017-ci il tarixli, 56/04-17 nömrəli məktubdan görünür ki, İddiaçı QSC-nin əməkdaşlarının Cavabdeh3 Ticarət Mərkəzində idarəetmə adı altında etdiyi qanunsuzluqlar və hüquqa-zidd hərəkətləri barədə Ölkə Başçısına və aidiyyəti dövlət qurumlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş matеriallarında olan, “Cavabdeh3 Holdinq” MMC tərəfindən Azərbaycan Respublikası Maliyyə naziri Samir Şərifova ünvanlanmış xx.xx.2017-ci il tarixli, 63/06-17 nömrəli məktubdan görünür ki, istismar qaydalarının pozuntusunu aradan qaldırmaq üçün dəfələrlə şifahi və yazılı surətdə İddiaçı QSC-nə müraciət edilməsinə baxmayaraq, heç bir tədbir görülməmiş. Yuxarıda göstərilənlərə əsasən İddiaçı QSC-nə göstəriş verilməsi xahiş edilmişdir. İş matеriallarında olan, xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Azərbaycan Respublikası Pezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə bağlı “xxxx” ASC ilə İddiaçı QSC arasında imzalanmış xx.xx.2016-cı il tarixli təhviltəslim aktı əsasında “xxxx” ASC-dən İddiaçı QSC-nin idarəetməsinə verilmiş Cavabdeh1 borcu aşağıdakılardan ibarətdir: İddiaçı QSC-nin idarəetməsinə verilmiş borc: 11.549.751,00 manat əsas, 1.736.488,78 manat faiz borcu olmaqla, cəmi 13.286.239,78 manatdır. İddiaçı QSC tərəfindən idarəetməyə götürüldükdən sonra 55.444,50 manat əsas borcdan ödənilmiş, borcun qalığı 11.494.306,50 manat əsas, 1.736.488,78 manat faiz borcu olmaqla, cəmi 13.247.202,28 manatdır. İş matеriallarında olan, “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanına uyğun olaraq “xxxx” ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etmişdir. İş matеriallarında olan, İddiaçı QSC X11 Təşkilatı ilə “X7 Edilməsi Agentliyi” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli xidməti müqavilədən görünür ki, “X7 Edilməsi Agentliyi” MMC İddiaçı QSC-yə onun “xxxx” ASC-dən qəbul etdiyi problemli aktivlərlə bağlı idarəetmə və hüquq xidmətlərini göstərməyi, xidmət nəticəsində yığılan vəsaitin tam və ya razılaşdırılmış hissəsini İddiaçı QSC-yə ödəməyi, İddiaçı QSC isə həmin xidmətlərin həyata keçirilməsi ilə əlaqədar “X7 Edilməsi Agentliyi MMC yaranmış xərclərini ödəməyi və fəaliyyəti üçün lazımi şərait yaratmağı öhdələrinə götürmüşlər. İş matеriallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 12442 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş, ödəniş qəbzlərinə, hesabdan çıxarış məlumatları, “xxxx” ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında xx.xx.2012-ci il tarixli 6543 saylı, xx.xx.2012-ci il tarixli 6543A saylı, xx.xx.2013-cü il tarixli 6647 saylı, xx.xx.2013-cü il tarixli 6648 saylı,xx.xx.2013-cü il tarixli 6649 saylı,xx.xx.2013-cü il tarixli 6650 saylı,xx.xx.2013-cü il tarixli 6651 saylı, xx.xx.2013-cü il tarixli 6652 saylı, xx.xx.2013-cü il tarixli 6654 saylı kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2016-cı il tarixə (maliyyə arayışında göstərilən tarixə) “xxxx” ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: - xx.xx.2012-ci il tarixli 6543 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 1.500.000 manat əsas borc, 398.541,67 manat faiz borcu: - xx.xx.2012-ci il tarixli 6543A saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 1.000.000 manat əsas borc, 265.694.44 manat faiz borcu: xx.xx.2012-ci il tarixli 6654 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 49.751,00 manat əsas borc, 19.353,14 manat faiz borcu: - xx.xx.2012-ci il tarixli 6652 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 1.500.000 manat əsas borc, 583.500,00 manat faiz borcu: - xx.xx.2012-ci il tarixli 6651 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 1.500.000 manat əsas borc, 583.500,00 manat faiz borcu: - xx.xx.2012-ci il tarixli 6650 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 1.500.000 manat əsas borc, 583.500,00 manat faiz borcu: -xx.xx.2012-ci il tarixli 6649 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 1.500.000 manat əsas borc, 583.500,00 manat faiz borcu: - xx.xx.2012-ci il tarixli 6648 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 1.500.000 manat əsas borc, 583.500,00 manat faiz borcu: -xx.xx.2012-ci il tarixli 6647 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 1.500.000 manat əsas borc, 583.500,00 manat faiz borcu. İş matеriallarında olan, xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı QSC-yə ötürülən xx.xx.2016-cı il tarixə Cavabdeh1 xx.xx.2012-ci il tarixli 6543 saylı kredit müqaviləsi üzrə, 1.500.000 manat əsas, 433.750,00 manat faiz borcu vardır. Arayışdan həmçinin görünür ki, “X7 Edilməsi Agentliyi” MMC tərəfindən Mərkəzi Bankın uçot dərəcəsi ilə 484.323,61 manat dəymiş zərər hesablanmışdır. İş matеriallarında olan, xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı QSC-yə ötürülən xx.xx.2016-cı il tarixə Cavabdeh1 xx.xx.2012-ci il tarixli 6543A saylı kredit müqaviləsi üzrə, 1.000.000 manat əsas, 289166,67 manat faiz borcu vardır. Arayışdan həmçinin görünür ki, “X7 Edilməsi Agentliyi” MMC tərəfindən Mərkəzi Bankın uçot dərəcəsi ilə 322.198,21 manat dəymiş zərər hesablanmışdır. İş matеriallarında olan, xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı QSC-yə ötürülən xx.xx.2016-cı il tarixə Cavabdeh1 xx.xx.2013-cü il tarixli 6647 saylı kredit müqaviləsi üzrə, 1.500.000 manat əsas, 168.000,00 manat faiz borcu vardır. Arayışdan həmçinin görünür ki, “X7 Edilməsi Agentliyi” MMC tərəfindən Mərkəzi Bankın uçot dərəcəsi ilə 513.947,66 manat dəymiş zərər hesablanmışdır. İş matеriallarında olan, xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı QSC-yə ötürülən xx.xx.2016-cı il tarixə Cavabdeh1 xx.xx.2013-cü il tarixli 6648 saylı kredit müqaviləsi üzrə, 1.500.000 manat əsas, 168.000,00 manat faiz borcu vardır. Arayışdan həmçinin görünür ki, “X7 Edilməsi Agentliyi” MMC tərəfindən Mərkəzi Bankın uçot dərəcəsi ilə 513.947,66 manat dəymiş zərər hesablanmışdır. İş matеriallarında olan, xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı QSC-yə ötürülən xx.xx.2016-cı il tarixə Cavabdeh1 xx.xx.2013-cü il tarixli 6649 saylı kredit müqaviləsi üzrə, 1.500.000 manat əsas, 168.000,00 manat faiz borcu vardır. Arayışdan həmçinin görünür ki, “X7 Edilməsi Agentliyi” MMC tərəfindən Mərkəzi Bankın uçot dərəcəsi ilə 513.947,66 manat dəymiş zərər hesablanmışdır. İş matеriallarında olan, xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı QSC-yə ötürülən xx.xx.2016-cı il tarixə Cavabdeh1 xx.xx.2013-cü il tarixli 6650 saylı kredit müqaviləsi üzrə, 1.500.000 manat əsas, 168.000,00 manat faiz borcu vardır. Arayışdan həmçinin görünür ki, “X7 Edilməsi Agentliyi” MMC tərəfindən Mərkəzi Bankın uçot dərəcəsi ilə 513.947,66 manat dəymiş zərər hesablanmışdır. İş matеriallarında olan, xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı QSC-yə ötürülən xx.xx.2016-cı il tarixə Cavabdeh1 xx.xx.2013-cü il tarixli 6651 saylı kredit müqaviləsi üzrə, 1.500.000 manat əsas, 168.000,00 manat faiz borcu vardır. Arayışdan həmçinin görünür ki, “X7 Edilməsi Agentliyi” MMC tərəfindən Mərkəzi Bankın uçot dərəcəsi ilə 513.947,66 manat dəymiş zərər hesablanmışdır. İş matеriallarında olan, xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı QSC-yə ötürülən xx.xx.2016-cı il tarixə Cavabdeh1 xx.xx.2013-cü il tarixli 6652 saylı kredit müqaviləsi üzrə, 1.500.000 manat əsas, 168.000,00 manat faiz borcu vardır. Arayışdan həmçinin görünür ki, “X7 Edilməsi Agentliyi” MMC tərəfindən Mərkəzi Bankın uçot dərəcəsi ilə 513.947,66 manat dəymiş zərər hesablanmışdır. İş matеriallarında olan, xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı QSC-yə ötürülən xx.xx.2016-cı il tarixə Cavabdeh1 xx.xx.2013-cü il tarixli 6654 saylı kredit müqaviləsi üzrə, 49.751,00 manat əsas, 5.572,11 manat faiz borcu vardır. Arayışdan həmçinin görünür ki, “X7 Edilməsi Agentliyi” MMC tərəfindən Mərkəzi Bankın uçot dərəcəsi ilə 14.414,81 manat dəymiş zərər hesablanmışdır. İş matеriallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 13341 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, “xxxx” ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında xx.xx.2012-ci il tarixli 6543 saylı, xx.xx.2012-ci il tarixli 6543A saylı, 23.01. 2013cü il tarixli 6647 saylı, xx.xx.2013-cü il tarixli 6648 saylı, xx.xx.2013-cü il tarixli 6649 saylı, xx.xx.2013-cü il tarixli 6650 saylı, xx.xx.2013-cü il tarixli 6651 saylı, xx.xx.2013-cü il tarixli 6652 saylı, xx.xx.2013-cı il tarixli 6654 saylı kredit müqavilələrinin eləcə də Mərkəzi Bankın uçot faiz dərəcəsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2019-cu il tarixə “xxxx” ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir,o cümlədən: - xx.xx.2012-ci il tarixli 6543 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 1.500.000 manat əsas borc, 878.093,75 manat faiz borcu: - xx.xx.2012-ci il tarixli 6543A saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 1.000.000 manat əsas borc, 585.395,83 manat faiz borcu: - xx.xx.2012-ci il tarixli 6654 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 49.751,00 manat əsas borc, 36.250,86 manat faiz borcu: - xx.xx.2012-ci il tarixli 6652 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 1.500.000 manat əsas borc, 1.092,968,75 manat faiz borcu: xx.xx.2012-ci il tarixli 6651 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 1.500.000 manat əsas borc, 1.092.968,75 manat faiz borcu: - xx.xx.2012-ci il tarixli 6650 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 1.500.000 manat əsas borc, 1.092.968,75 manat faiz borcu: - xx.xx.2012-ci il tarixli 6649 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 1.500.000 manat əsas borc, 1.092.968,75 manat faiz borcu: - xx.xx.2012-ci il tarixli 6648 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 1.500.000 manat əsas borc, 1.092.968,75 manat faiz borcu: - xx.xx.2012-ci il tarixli 6647 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 1.500.000 manat əsas borc, 1.092.968,75 manat faiz borcu manat faiz borcu. Aparılmış ekspertiza tədqiqatının dəyəri 600 (altı yüz) manat təşkil edir. İş matеriallarında olan, “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli 86 saylı hesabatdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın 7-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinin (59 saylı ofis) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 349.560 (üç yüz qırx doqquz min beş yüz altmış) manat təşkil edir. İş matеriallarında olan, “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli 86/1 saylı hesabatdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın 7-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinin (19 saylı ofis) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 322.320 (üç yüz iyirmi iki min üç yüz iyirmi) manat təşkil edir. İş matеriallarında olan, “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli 86/2 saylı hesabatdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın 7-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinin (36 saylı ofis) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 571.560 (beş yüz yetmiş bir min beş yüz altmış) manat təşkil edir. İş matеriallarında olan, “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli 86/3 saylı hesabatdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı binanın 7-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinin (37 saylı ofis) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 221.640 (iki yüz iyirmi bir min altı yüz qırx) manat təşkil edir. İş matеriallarında olan, “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli 86/4 saylı hesabatdan görünür ki, Cavabdeh3-nə məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 saylı ünvanda yerləşən qeyri yaşayış sahəsinin (zirzəmi) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 21.430.350 (iyirmi bir milyon dörd yüz otuz min üç yüz əlli) manat təşkil edir. Məhkəmə kоllеgiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsi cavabdehin kredit müqavilələri üzərə öhdəliyi vaxtında icra etməməsini, borcu müqavilələrdə nəzərdə tutulan vaxtda və qaydada ödəməməklə müqavilələrin şərtlərini pozmasını və buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit borcunu ödəməli olduğunu qeyd etməklə, iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fıziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasmı tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 39.3 və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Bundan başqa məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh3 Holdinq” MMC-nin etibarnamə əsasında nümayəndəsi və ilk iddia üzrə Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili Şahin Rəfiyevin hazırki mübahisəyə iddia müddətinin tətbiq olunması barədə apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 kredit müqavilələrinin müddətləri başa çatdıqdan sonra müəyyən ödənişlər etməsini və həmin ödənişlərin edilməsi borcun etiraf olunması mənasına gəlməklə iddia müddətinin axımının kəsilməsinə səbəb olmasını və nəticədə iddia müddətinin axımının yenidən başlanmasını əsas gətirərək iddia müddətinin tətbiq olunması barədə ərizənin təmin edilməməsi nıticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına; borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Bundan başqa məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh3 Holdinq” MMC-nin etibarnamə əsasında nümayəndəsi və ilk iddia üzrə Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili X3 iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilərək, əsas borca hesablanmış faiz məbləğlərinin və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış zərərin məbləğlərinin dəqiqləşdirilməsi, həmçinin ipoteka predmetləri olan əmlakların hazırki real bazar dəyərlərinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilərək ekspert rəyləri alındığından və həmçinin ipoteka predmetlərinin qiymətləndirilməsi aparılaraq müvafiq hesabatlar alındığından təkrar ekspertizanın keçirilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası həmçinin, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC X11 Təşkilatının apelyasiya şikayətinin ipoteka predmetləri olan qeyri-yaşayış sahələrinin ilkin satış qiymətlərinin real bazar qiymətlərinə uyğun olmaması və əmlakların qiymətlərinin bazar qiymətindən yüksək məbləğdə müəyyən edilməsinə dair dəlilləri ilə bağlı da qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən ipoteka predmetlərinin qiymətləndirilməsi aparılaraq müvafiq hesabatlar alındığından təkrar qiymətləndirmənin aparılmasına zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətlərində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, tərəflərin apelyasiya şikayətlərində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-20/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apelyasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi:

İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatının nümayəndəsi X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh3 Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi, həmçinin ilk iddia üzrə Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-20/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar