Məhkəmə qərarları › İş №2(103)-158/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-158/2025

09.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(103)-158/2025 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili vəkil1, Cavabdeh Cavabdeh iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh və Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ evin və torpaq sahəsinin boşaldılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0.06 ha topraq sahəsi və onun üzərində fərdi yaşayış evi mövcuddur. Cavabdehin anasının yaşadığı digər Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə ** saylı evin ** saylı mənzili 9 mərtəbəli binada olduğuna görə mənzilə qalxıbdüşmə çətin olduğu üçün iddiaçı müvəqqəti olaraq əvvəllər yaşamalarına icazə vermişdir. Həmin torpaq sahəsindən iddiaçı oğluna 0,03 ha torpaq sahəsi bağışlamışdır. Buna baxmayaraq cavabdeh qeyri-qanuni olaraq əngəllər törədərək daşınmaz əmlak nümayəndəsinin torpağın faktiki ölçülərinin aparılmasına şərait yaratmamışdır. Bir neçə aydır ki, iddiaçı cavabdeh Cavabdeh və onunla birgə yaşayan digər şəxslərə mülkiyyətindən çıxması və ona təhvil verilməsi barədə dəfələrlə bildirsə də heç bir nəticəsi olmamış, nəticədə iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Sözügedən torpaq sahəsi iddiaçıya Qarabağ müharibəsi veteranı olduğuna görə mənzil şəratinin yaxşılaşdırılmasına ehtiyac olduğu üçün Bakı şəhəri Binəqədi rayonu Icra Hakimiyyətinin Başçısının ##.##.2000-ci il tarixli *** №-li sərəncamı ilə ayrılmışdır. Ona görə də, ünvan 1 ünvanında yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin boşaldılmasına, həmin torpaq sahəsindən və onun üzərində yerləşən tikililərdən (fərdi yaşayış evi, qaraj və s.) cavabdehin və digər şəxslərin çıxarılmasına, həmin torpaq sahəsinin və onun üzərində olan tikililərin boş vəziyyətdə iddaçıya təhvil verilməsinə, dövlət rüsumu olaraq ödənilmiş 100 manatın və vəkil xərcinə görə 200 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə (hakim S.R.Səlimova) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən, həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evindən və tikililərdən çıxarılması, Cavabdeh məhkəmə xərclərinə görə 300 manatın İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini, iddia tələbinin təmin edilməyən hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi) Akif Isgəndərov və Vahid Sadıqov) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair *(***)-****/**** nömrəli üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır. Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Məmmədov Pərviz) ilə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair iddiası qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair *(***)-****/**** saylı mülki iş, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı evin və torpaq sahəsinin boşaldılmasına dair *(***)-***/**** saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Vəkil bildirdi ki, tərəflər arasında barışıqla bağlı danışıqlar aparılır. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, eyni zamanda da bildirdi ki, tərəflər arasındakı mübahisənin barışıq yolu ilə həllinin tərəfdarıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil1 barışıq sazişi verərək, mübahisəni barışıq yolu ilə həll etdiklərini və barışıq sazişindən irəli gələn hüquqi nəticələrin onlara aydın olduğunu, buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin məzmununa görə: 2.1. Tərəflər razılaşırlar ki, ümumi sahəsi 600 (altı yüz) kv.m torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış binasının ön divarından 1,5 metr məsafə enində giriş yolu müəyyən edilir. 2.2. Yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 18,8 kv.m olan avtomobil qarajının yerləşməsi nəzərə alınır. 2.3. Ümumi sahəsi 600 (altı yüz) kv.m torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış binasının ön divarından 1,5 metr məsafədə olmaqla yan hasarlar arasında bölgü xətti müəyyən edilir. 2.4. Bölgü xəttinə əsasən yaşayış binası tərəfdə qalan hissədə, bölgü xətti ilə qarşı hasar arasında qalan, binanın sol tərəfində (avtomobil qarajına əks tərəfdə) yerləşən otağın pəncərəsinin önündəki ümumi sahəsi 64,8 kv.m olan torpaq sahəsi istirahət və oyun sahəsi kimi istifadə edilməsi məqsədilə yaşayış binasına ayrılır. 2.5. Bölgü xəttinin sol tərəfi - üzərində yaşayış binasının yerləşdiyi torpaq sahəsi, yan hasarlara qədər olan uzunluqda və həmin binanın ön divarından 1,5 metr enində giriş yolu kimi müəyyən edilmiş torpaq sahəsi, həmin binanın sol yan sahəsində qalan istirahət və oyun sahəsi kimi müəyyən edilən 64,8 kv.m ölçüdə torpaq sahəsi, həmin binanın sağ yan sahəsində giriş yolu kimi müəyyən edilən torpaq sahəsi, ümumi sahəsi cəmi 232 (iki yüz otuz iki) kv.m olan torpaq sahəsi mülkiyyətçi İddiaçı tərəfindən yaşayış binasının faktik istifadəçisi Cavabdeh verilir. 2.6. Bölgü xəttinin sağ tərəfində qalan torpaq sahəsi Cavabdeh və onun ailə üzvləri tərəfindən boşaldılaraq mülkiyyətçi İddiaçı verilir. 2.7. Tərəflər razılaşırlar ki, qeyd edilən bölgü tərəflərin imzaladığı və bu sazişə əlavə edilən cizgi-sxemə uyğundur. 2.8. Cavabdeh həmin torpaq sahəsi üzərində inşa etdiyi yaşayış yerinə çəkdiyi xərcin ödənilməsi tələbindən imtina edir, İddiaçı mülkiyyətçisi olduğu ümumi sahəsi 600 (altı yüz) kv.m torpaq sahəsinin 232 (iki yüz otuz iki) kv.m ölçüdə olan hissəsindən Cavabdeh xeyrinə imtina edir. 2.9. Tərəflər razılaşırlar ki, hazırkı sazişdə nəzərdə tutulmuş şərtlər yerinə yetirildikdən sonra bir-birlərinə qarşı mübahisə predmetinə aid hər hansı əmlak, kompensasiya, istifadə hüququ, maddi zərər, mənəvi zərər və sair tələbləri qalmayacaqdır. 2.10. Tərəflər iddiadan imtinanın və barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrini tam anladıqlarını və qəbul etdiklərini təsdiq edirlər. Məhkəmə barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi qanuna zidd deyildir, eləcə də hər hansı şəxsin hüquqları və mənafelərini pozmur, ona görə də, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir: iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişinin təsdiq olunması barədə ərizə qəbul olunmalı, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbulqərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Bununla bağlı Məhkəmə qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, tərəflərin barışıq sazişi bağlaması əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “evin və torpaq sahəsinin boşaldılmasına dair” və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin. 2.1. Tərəflər razılaşırlar ki, ümumi sahəsi 600 (altı yüz) kv.m torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış binasının ön divarından 1,5 metr məsafə enində giriş yolu müəyyən edilir. 2.2. Yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 18,8 kv.m olan avtomobil qarajının yerləşməsi nəzərə alınır. 2.3. Ümumi sahəsi 600 (altı yüz) kv.m torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış binasının ön divarından 1,5 metr məsafədə olmaqla yan hasarlar arasında bölgü xətti müəyyən edilir. 2.4. Bölgü xəttinə əsasən yaşayış binası tərəfdə qalan hissədə, bölgü xətti ilə qarşı hasar arasında qalan, binanın sol tərəfində (avtomobil qarajına əks tərəfdə) yerləşən otağın pəncərəsinin önündəki ümumi sahəsi 64,8 kv.m olan torpaq sahəsi istirahət və oyun sahəsi kimi istifadə edilməsi məqsədilə yaşayış binasına ayrılır. 2.5. Bölgü xəttinin sol tərəfi - üzərində yaşayış binasının yerləşdiyi torpaq sahəsi, yan hasarlara qədər olan uzunluqda və həmin binanın ön divarından 1,5 metr enində giriş yolu kimi müəyyən edilmiş torpaq sahəsi, həmin binanın sol yan sahəsində qalan istirahət və oyun sahəsi kimi müəyyən edilən 64,8 kv.m ölçüdə torpaq sahəsi, həmin binanın sağ yan sahəsində giriş yolu kimi müəyyən edilən torpaq sahəsi, ümumi sahəsi cəmi 232 (iki yüz otuz iki) kv.m olan torpaq sahəsi mülkiyyətçi İddiaçı tərəfindən yaşayış binasının faktik istifadəçisi Cavabdeh verilir. 2.6. Bölgü xəttinin sağ tərəfində qalan torpaq sahəsi Cavabdeh və onun ailə üzvləri tərəfindən boşaldılaraq mülkiyyətçi İddiaçı verilir. 2.7. Tərəflər razılaşırlar ki, qeyd edilən bölgü tərəflərin imzaladığı və bu sazişə əlavə edilən cizgi-sxemə uyğundur. 2.8. Cavabdeh həmin torpaq sahəsi üzərində inşa etdiyi yaşayış yerinə çəkdiyi xərcin ödənilməsi tələbindən imtina edir, İddiaçı mülkiyyətçisi olduğu ümumi sahəsi 600 (altı yüz) kv.m torpaq sahəsinin 232 (iki yüz otuz iki) kv.m ölçüdə olan hissəsindən Cavabdeh xeyrinə imtina edir. 2.9. Tərəflər razılaşırlar ki, hazırkı sazişdə nəzərdə tutulmuş şərtlər yerinə yetirildikdən sonra bir-birlərinə qarşı mübahisə predmetinə aid hər hansı əmlak, kompensasiya, istifadə hüququ, maddi zərər, mənəvi zərər və sair tələbləri qalmayacaqdır. 2.10. Tərəflər iddiadan imtinanın və barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrini tam anladıqlarını və qəbul etdiklərini təsdiq edirlər. Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi və Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunur ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Eyni zamanda da izah olunur ki, barışıq sazişinin şərtləri könüllü icra edilmədikdə, o, məcburi icraya yönəldilə bilər. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar