Məhkəmə qərarları › İş №2(103)-1608/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1608/2024

16.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1608/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın naturada ayrılması, torpaq sahəsinin boşaldılması və əlaqəli tələblərinə” dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2352/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın naturada ayrılması, torpaq sahəsinin boşaldılması və əlaqəli tələblərə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 429.2 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsində payının ayrılması və həmin hissədə torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, mülkiyyətinə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2352/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 429.2 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsi, Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və qeydiyyata alınma nömrəsi ********** olan bağ evi və 0,06 ha torpaq sahəsindən naturada ayrılması (bu zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2742 №-li rəyi və ona əlavə edilmiş torpaq sahəsinin bölgü-plan sxemi nəzərə alınsın), ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 429.2 kv.m olan bağ evinin 0.36 ha torpaq sahəsinin 0.30 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq, İddiaçı təhvil verilməsi və həmin torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılması, iddianın qaldırılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərə aid edilməklə, onlardan iddiaçının xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehlərin nümayəndəsi-vəkili Vəkil2 elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək bildirmişdir ki, tərəflər arasında olan mübahisə üzrə barışıq əldə edilmişdir. Bu səbəbdən hazırda apelyasiya şikayətindən imtina edilməsi və apelyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-2352/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Abdula oğlu tərəfindən verilmiş apelyasiya şikayətindən imtina edilməsi və apelyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, cavabdehlər tərəfindən apellyasiya şikayətindən imtina qəbul edilməli və hazırki apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göründüyü kimi istinad edilən maddədə apellyasiya şikayətindən imtinanı iddia tələbindən imtinaya, apellyasiya şikayətinin etiraf edilməsini isə iddia tələbinin etiraf edilməsinə bərabər tutur. Belə olan halda, Məhkəmə kollegiyası MPM-nin “İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi” adlı 52-ci maddəsinə nəzər salmağı vacib bilir və qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir (maddə 52.5). İş materiallarından görünür ki, apellyasiya şikayətindən imtina qanuna zidd deyil. İmtina hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın naturada ayrılması, torpaq sahəsinin boşaldılması və əlaqəli tələblərinə” dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2352/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edilməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369,400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın naturada ayrılması, torpaq sahəsinin boşaldılması və əlaqəli tələblərinə” dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2352/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etmələri qəbul olunsun və iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar