Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-161/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6794/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vətəndaş Cavabdeh ona məxsus olan 650 kv metr torpaq sahəsindən çıxarılması və yardımçı tikilinin, meyvə ağaclarının məhv edilməsinə, idman ləvazimatlarını məhv edilməsinə və hasarın sökülməsi ilə bağlı ona dəymiş 10000 manat pulun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayonu İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0,1 ha torpaq sashəsi ayrılmışdır. Həmin sərəncama əsasən Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X2 Təsərrüfatı İstehsal müəssisəsinin 06 saylı xx.xx.2000-ci il tarixli əmrinin 159-cu bəndinə əsasən yuxarıda göstərilən torpaq sahəsi bir daha iddiaçının adına rəsmiləşdirilmişdir. O, həmin torpaq sahəsində fərdi ev inşa edərək, bugünədək ailəsi ilə birlikdə orada yaşayır. Yaşadıqları evdən savayı həyətyanı torpaq sahəsində yardımçı tikililər də inşa etmişdir və həyətini tam şəkildə hasara almışdır. 2020-ci ildə o qonşusu Cavabdeh ilə qarşılıqlı razılaşma əldə etmişlər ki, onun faktiki sahəsində olan 1000 kv metr torpaq sahəsinin 650 kv torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehlak etmək üçün birgə təsərrüfat yaradaraq o, öz tərəfindən həmin 650 kv metr torpaq sahəsini təqdim etməli, cavadeh isə maddi təminat ödəməyi öhdəsinə götürmüşdür. Bu məqsədlə o, cavabdehə xx.xx.2020-ci il tarixində həmin 650 kv metr torpaq sahəsilə bağlı notariat qaydada etibarnamə vermişdir. Lakin cavabdeh qarşılıqlı razılaşmada əldə olunmuş öhdəliklərinə əməl etmədi. İddiaçı belə olan halda onun adına verdiyi etibarnaməyə xx.xx.2021-ci ildə notariat qaydada xitam vermişdir. Bundan sonra cavabdeh özbaşına şəkildə onun həyətyanı sahəsində olan hasarını, tikdiyi 70 kv metr idman zalını sökərək zalın içərisində olan avadanlıqlarını məhv edərək ona 10000 manat dəyərində ziyan vurmuşdur. Ona məxsus torpaq sahəsini zəbt etmişdir, meyvə ağaclarını qırıb məhv etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6794/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iddianın rədd edilməsi qət edilmişdir (Sədrlik edən: Adilə Paşayeva). Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddiadan imtina barədə ərizə təqdim edərək onun qəbul edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbindən imtina edilməsi barədə ərizə təmin edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6794/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın Mülki Prosessual Məcəllənin digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən iddiaçının iddiadan imtina edilməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin halları məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, iddiadan imtina etmə əsası ilə icraata xitam verilməsinə dair hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264, 370, 391, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6794/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-161/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-161/2023
11.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver