Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1619/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 Sadiq oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva, iş № 2(006)-681/2021) iddia qismən təmin edilmişdir. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayətinin mümkünlüyü məsələsi yoxlanılarkən məlum olmuşdur ki, Cavabdeh1 da elektron qaydada kassasiya şikayəti təqdim etmişdir. Kassasiya şikayəti birbaşa Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, hazırda cavabdehin apellyasiya şikayəti birbaşa Bakı Apellyasiya Məhkəməsinə təqdim edildiyindən yuxarıdakı maddədə sadalanan prosessual qaydalar pozulmuş, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmamışdır. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mümkün hesab edildiyi təqdirdə həmin şikayət və eləcə də iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 Sadiq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1619/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1619/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver