Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1649/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Hüseynin sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7666/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-də çilingər vəzifəsinə bərpa olunmağı, ona məcburi işdən çıxarıldığı xx.xx.2019-cu il tarixindən başlanaraq əmək haqqı və həmin əmək haqqının 1 faizi həcmində ödənc hesablanması və ona vululan mənəvi ziyana görə 3.000 manat məbləğində vəsaitin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-2743/2019 saylı qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7666/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilə qədər “xxxx” MMC-də fəhlə vəzifəsində işləmişdir. Qeyd olunan şirkətdə fəhlə vəzifəsində işləməyinə baxmayaraq çilingər vəzifəsini yerinə yetirmişdir. xx.xx.2019-cu il tarixində şirkətin rəhbərliyi elektrik və çilingər işini yerinə yetirən işçilərin işdən azad olunmaları haqqında ərizə yazmalı olduğunu və əmək fəaliyyətini Cavabdeh MMC-də davam etdirəcəyini bildirmişdilər. O da qeyd olunanları nəzərə alaraq ona heç bir fərq olmadığını bildirərək “xxxx” MMC-dən öz xahişi ilə işdən azad olunmağı haqqında ərizə verərək işdən azad olunmuşdur. xx.xx.2019-cu il tarixindən “xxxx” MMC-də çilingər vəzifəsinə işə qəbul olunmuşdur. İşlədiyi müddət ərzində xidməti vəzifəni icra etməklə bərabər rəhbərlik tərəfindən tapşırılan ona aid olmayan tapşırıqları da yerinə yetirmişdir. xx.xx.2019-cu il tarixdə şirkətdə anbardan sarımsaq məhsulunun yeşiklərə doldurulması və daşınmalı olduğunu bildirirdi. O, göstəriş verən şəxsə sarımsağa allergiyası olduğu və onu yeşiklərə doldura bilməyəcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə ƏM-in 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq onunla bağlanan əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2019-cu il tarixdə X7 Xidmətinin 6 saylı region üzrə X6 müraciət etmişdir. xx.xx.2019-cu il tarixli məktubla onun məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İşdən çıxarılma barədə əmrdən çıxarışı istəməyinə baxmayaraq hal-hazırkı müddətə kimi əmrin ona verilməsindən imtina edilmişdir. İşlədiyi müddət ərzində ona ümumiyyətlə töhmət verilmədiyi halda xx.xx.2019-cu il tarixində şirkət daxili nizam-intizam qaydalarını pozduğu üçün töhmət verildiyini bildirmişdir. Sözegedən 08 nömrəli əmrin sonradan məhkəmədə cavabdehin haqsız mövqeyinə qanuni don geyindirmək məqsədilə verilməsi istisna olunmur. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından aşağıdakılar müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 6 saylı region üzrə X4 xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, müraciətin baxılmasının obyektivliyini təmin etmək məqsədi ilə xx.xx.2019-cu il tarixli **********3 saylı məktubla İddiaçı məxsus əlavə sənədləri təqdim etmək üçün Cavabdeh MMC-yə müraciət ünvanlanmış, lakin müəssisə məktubu qəbul etməyib imtina etmişdir. Həmçinin İddiaçı qanunvericiliyə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-yə çilingər işinə qəbul edilmiş, xx.xx.2019cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu peşədən azad edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 08 nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-nin çilingər peşəsində çalışan İddiaçı xx xxxx 2019-cu il tarixdə şirkət daxili nizam-intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmiş, həmçinin xx.xx.2019-cu il tarixli 24/K nömrəli əmrinə əsasən, əmək funksiyasını pozduğuna görə əvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün akt tərtib edilərək əmək müqaviləsinə xitam verilməsi haqqında əmr imzalanmışdır. İş materillarına əlavə edilmiş intizam qaydalarının pozulması haqqında təqdimatdan görünür ki, İddiaçı direktorun qanuni göstərişini yerinə yetirməkdən imtina etmiş və icazəsiz proqula çıxmışdır. Bir neçə dəfə direktorun iş otağına dəvət olunsa da getməmiş, izahat tələb olunduğu halda izahat verməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, aktı imza edənlər Soltanov E.F, Cəfərov M.H və Eyvazlı E.Q İddiaçı əvvələr intizam qaydalarını pozduğunu, direktorun iş otağına dəvət olunsa da getmədiyini, nizam intizam qaydalarının pozulması ilə bağlı izahat tələb olunsa da, sonuncunun izahat verməkdən imtina edilməsini imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan cavadehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin və digər normativ hüquqi aktların tələblərini nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi ilə bağlı müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, o, iddiaçını tanıyır, onlar 2 ay birlikdə işləyiblər. O, orada fəhlə, İddiaçı isə çilingər işləyirdi. Həmçinin İddiaçı onlara da kömək edirdi. İşlədiyi müddətdə İddiaçı kiminləsə söz-söhbətini eşitmədiyini, lakin gözlənilmədiyi halda sahə rəisinin üstünə qışdırdığının şahidi olub. O, həmçinin İddiaçı işə dəfələrlə gecikdiyini bildirdi. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 10-cu, 186-cı maddəsinin 2-ci hissəsinə, 70-ci maddəsinin “ç” bəndinə və 71-ci maddəsinin 2-ci bəndinə istinad edərək belə qənaətə gəlmişdir ki, İddiaçı mövcud Əmək Məcəlləsinə və bağladığı əmək müqaviləsinə uyğun olaraq öz işinə məsuliyyətsiz yanaşması, habelə əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində əmək və icra intizamını pozmuşdur. Buna görə də işəgötürən tərəfindən, İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qanuni və əsaslı olaraq ləğv edilmişdir. İddia müddəti İddiaçı tərəfindən ötürülməmişdir. Sözügedən əmrin surətinin iddiaçıya rəsmi qaydada təqdim edilməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7666/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-1649/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1649/2020
08.06.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Maddi zi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver