Məhkəmə qərarları › İş №2(103)-1653/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1653/2020

13.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1653/2020 13.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsilə Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, Ərizəçi X4, onun nümayəndəsi-vəkil X5, Maraqlı şəxs Ərizəçi2 nümayəndəsi-vəkil X1 iştirakı ilə Ərizəçi X4 “qohumluq və mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Ərizəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2165/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, ərizəçi X4 anası Heybətova Ana xanım Həsən qızının xx.xx.1945-ci ildə vəfat etmiş nənəsi X3 doğma qızı olması, Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov (keçmişAşağı Naqornıy) küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin mərhumHeybətova Ana xanım Həsən qızından və X2 miras qalmış paylarının ərizəçi X6 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin qət edilmişdir. Həmin qətnamədən narazı qalan maraqlı şəxs Ərizəçi2 apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, X4 “qohumluq və mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikyayəti onunla əsaslandırılmışdır ki, X6 hazırkı iddia tələbində qəsdən onun və digər vərəsələrin olduğunu gizlədərək qanunsuz və hüquqa zidd vasitələrlə əmlak hüquqlarına sahib çıxmışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək, təmin olunmasını xahiş edən maraqlı şəxs Ərizəçi2 və nümayəndəsinin, şikayəti qəbul etməyərək rədd olunmasını, Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirılmədən saxlanılmasını xahiş edən ərizəçinin və onun nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməklə X4 “qohumluq və mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsində göstərilir ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, işin hallarından görünür ki, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair işə baxmışdır. Eyni zamanda, müəyyən edilir ki, tərəflər arasında məhkəməyə aid hüquq haqqında mübahisə vardır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən Apellyasiya Məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 365, 259.0.10, 391-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l d ı: Ərizəçi2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin hazırkı iş üzrə olan xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. X4 “qohumluq və mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə” ərizəsi baxılmamış saxlanılsın. Qərardadan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar