Məhkəmə qərarları › İş №2(103)-1678/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1678/2025

30.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1678/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi 1saylı Publik Hüquqi şəxsinə və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: irsi transmissiya üzrə vərəsəliyin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2406/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan "xxxx" ASC-nin abunə haqqında məlumat vərəqəsindən görünür ki, Bakı şəhəri Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən 21 nömrəli evin elektrik enerjisi üzrə abunə kodu X9 adınadır. - iddia ərizəsindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

2. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC tərəfindən verilmiş 3-27-110/2-1259/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Şüvəlan qəsəbəsi İlqar Muradov küçəsi 21 saylı evə ***-**-** saylı telefon nömrəsi xx.xx.1995-ci il tarixdə çəkilərək Məryəm Babayevanın adına rəsmiləşdirilmişdir. Kompüter bazasında olan məlumata əsasən ***-**-** saylı telefon nömrəsi 19 noyabr 2008-ci il tarixdə vərəsəlik şəhadətnaməsi əsasında X26 adına keçirilmiş və xx.xx.2016-cı il tarixdən aylıq borca görə çıxarılmışdır.

3. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 13-13/2-1/16- 2234/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin elektronməlumat bazasında ünvan 3 saylı ev üzrə xx.xx.2000-cı il tarixdən X9 **********10000 nömrəli abunə kodu ilə istehlakçı kimi qeydiyyata alınması barədə məlumat vardır. "xxxx" ASC-nin məlumat bazasında xx.xx.2000-ci ilədək olan dövrdə həmin mənzil üzrə kimin istehlakçı olaraq qeydə alınması barədə məlumat yoxdur.

4. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 13-16/2-07/07- 3/2/4521/2023 nömrəli xx.xx.2023- cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən 21 saylı fərdi yaşayış evi ilə bağlı cəmiyyətin elektron abonent bazasında heç bir məlumat aşkarlanmamışdır. Eyni zamanda, təqdim edilən sayğac "xxxx" ASC-nin abonent bazasında qeydiyyatda deyildir.

5. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 13-16-511/2-xxxx/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şüvəlan qəsəbəsi İ.Muradov 21 ünvanına aid şəxslərdən İddiaçı və Cavabdeh2 aid məlumat aşkarlanmadı.

6. İş materiallarında olan ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1994-cü il tarixdə ölmüş X19 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikasının MM-nin 1252- ci maddəsinə əsasən mərhumun nəvəsi olan Cavabdeh2 tam hissəyə xx.xx.2021-ci il tarixdə 2V-206 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsə Cavabdeh2 iddiaçının barəsində notariat ofisinə məlumat vermədiyi üçün, həmçinin “Elektron Notariat X3”ndən iddiaçının barəsində məlumat əldə edilmədiyi üçün onun adı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməmişdir. Odur ki, iddiaçıya məhkəməyə müraciət etməsi bildirilmişdir.

7. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət edərək, xx.xx.1994-cü il tarixdə ölmüş babası X19 miras qalmış əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.

8. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 37 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında mərhum atası X1 və onun ölümündən sonra da həmin ünvanda yaşamışdır.

9. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın sürətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında tplanmış 541/22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

10. İş materiallarında olan **********00470 saylı abonent saldosunun sürətindən görünür ki, istehlakçı X77 2013-cü il üçün sərfiyyatı yoxdur.

11. İş materiallarında olan Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş 15 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 Şüvəlan qəsəbəsi İ.Muradov küçəsi 21 ünvanında yerləşən torpaq sahəsinin vergisini 2023-cü ilin sonuna qədər bələdiyyəyə ödəmişdir, borcu yoxdur.

12. İş materiallarında olan “Azəriqaz” İB tərəfindən verilmiş 14-2-2/2-1512/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanına uyğun **********00000 saylı abonent kodu təbii qaz istehlakçısı kimi İB-nin məlumatlar bazasında Məryam Babayevanın adına qeydiyyatdadır.

13. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-12-2xxxx/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, nümayəndəlik tərəfindən vətəndaş İddiaçı 37 nömrəli xx.xx.2022-ci il tarixdə verilən arayış Bakı şəhəri 40 saylı notariat ofisindən qonşular tərəfindən imzalanmış akta əsasən verilmişdir. Aktda göstərilənlərə əsasən Bakı şəhəri Şüvəlan qəsəbəsi İ.Muradov küçəsi 21 saylı evdə qeydiyyatsız yaşayan İddiaçı mərhum atası X2 və onun ölümündən sonra orada yaşayıb.

14. İş materiallarında olan X28, X97 və X42 tərəfindən yazılmış və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı atası X2 və onun ölümündən sonra onlarla qonşuluqda ünvan 4 ünvanında yaşayır.

15. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 1026/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş. Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X53 tərəfindən verilmiş reyestrdə 2V-206 nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evinin və ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsinin Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməsi qət edilmişdir.

16. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6211/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı və üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə (üçüncü şəxslər: Cavabdeh2, X14, X43, X24, X20, X54) qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi və s. tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir.

17. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 708/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6211/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 36 nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov (M.Qorki) küçəsi 21 saylı ev təsərrüfat kitabında yoxdur.

19. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

20. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X14 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X13 (xx.xx.1928, vəfat edib), X7 (xx.xx.1930, vəfat edib), qardaşı X54 (xx.xx.1955), qardaşı X44 (xx.xx.1956, vəfat edib), bacısı İddiaçı (xx.xx.1959), bacısı X20 (xx.xx.1961), bacısı X10 (xx.xx.1963, vəfat edib), bacısı X24 (xx.xx.1965), bacısı X43 (xx.xx.1967), qızı X56 (xx.xx.1990).

21. İş materiallarında olan Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən 2V-206 reyestr nömrəsi ilə verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X27 vərəsəsi oğlu X57 idi, lakin onun xx.xx.2020-ci il tarixdə ölməsi ilə əlaqədar ünvan 6 ünvanında qeydiyyatda olan nəvəsi Cavabdeh2dır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 80.8 kv.m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0.06402 ha olan torpaq sahəsindən ibarətdir. - İİ-ЖГ seriyalı 485655 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X55 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölmüşdür.

22. İş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Şüvəlan qəsəbəsi Qorki küçəsində yerləşən 21 nömrəli ev X36 məxsusdur.

23. İş materiallarında olan “Elektron notariat” X3 vasitəsilə “X33” AQİS-dən çıxarışdan görünür ki, X57 xx.xx.1956-cı il tarixdə doğulmuş, xx.xx.2020-ci il tarixdə ölmüşdür. X25, anası X29r. X57 xx.xx.1989-cu il tarixdə X78 ilə nikah bağlamışdır, həmin nikahdan xx.xx.1992-ci il tarixdə X71 doğulmuşdur.

24. İş materiallarında olan AZ-İİ seriyalı 079128 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X57 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür.

25. İş materiallarında olan AZ seriyalı 022795 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində ölmüşdür.

26. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/69-166 nömrəli xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, X62 xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X63, X7dır.

27. İş materiallarında olan ИЕ seriyalı 219402 nömrəli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X55 ilə X35 xx.xx.1954-cü il tarixdə evlənmişlər.

28. İş materiallarında olan AZ-İ seriyalı 716387 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X79 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölmüşdür.

29. İş materiallarında olan AZ-İİ seriyalı 095896 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə3 ilə X64 xx.xx.2016-cı il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir.

30. İş materiallarında olan XVİİ-ЖГ seriyalı 297305 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X64 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X57, anası X65r.

31. İş materiallarında olan İV-ЖГ seriyalı 462388 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X57 ilə X79 xx.xx.1989-cu il tarixdə nikah bağlamışlar xx.xx.2021-ci il tarixli tədiyyə bildirişinin və xx.xx.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanı üzrə xx.xx.2021-xx.xx.2021-ci il tarixləri üzrə Şüvəlan Bələdiyyəsinə 8.32 manat torpaq vergisi ödəmişdir.

32. İş materiallarında olan V-ЖГ seriyalı 385650 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X45 ilə X37 xx.xx.1990-cı il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir.

33. İş materiallarında olan AZ-İ seriyalı 499860 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində ölmüşdür.

34. İş materiallarında olan AZ-T seriyalı 190348 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X58, X7dır.

35. İş materiallarında olan AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X46 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, X13, X7dır.

36. İş materiallarında olan X28, X42 və X11 tərəfindən yazılmış və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 31 saylı notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə mərhum X13na məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır.

37. İş materiallarında olan AZ-T seriyalı 190346 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, X13, X7dır.

38. İş materiallarında olan İX-ЖГ seriyalı 394171 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X47 xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, X13, X7dır.

39. İş materiallarında olan AZ-İİ seriyalı 289149 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində ölmüşdür.

40. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evi və ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsi xx.xx.2021-ci il tarixdə X27 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

Birinci instansiya məhkəməsində icraat

41. İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi 1saylı Publik Hüquqi şəxsinə və Cavabdeh2 qarşı “irsi transmissiya üzrə vərəsəliyin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X55 vəfat edərkən mülkiyyətində olan ünvan 2 ünvanında 10 sot torpaq sahəsinə və bu torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi yaşayış sahəsi 100 kv.m olan daşınmaz əmlaka (mənzil), Cavabdeh2 verilmiş tam hissəyə xx.xx.2021-ci il tarixdə 2V-206 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və müvafiq daşınmaz əmlaka Cavabdeh2 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, qanunla müəyyən olunmuş müddət ərzində mirasa faktiki sahiblik etməsini nəzərə alaraq, onun adına (İddiaçı) vərəsəlik şəhadətnaməsinin verilməsi, ödənilmiş 110,0 manat dövlət rüsumunun və 1000,0 manat məhkəmə xərclərinin qarşı tərəfdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

42. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Ailəsi 10 nəfərdən ibarət olmuşdur. X13 (1928-ci il doğumlu) və X7 (1930-cu il doğumlu) 1950-ci ildə nikaha daxil olmuşlar. Bu nikahdan 6 nəfər qız, 2 nəfər oğul övladları dünyaya gəlmişdir. X20 (xx.xx.1961 doğumlu, qeydiyyat ünvanı Bakı şəhəri Şüvəlan qəsəbəsi Füzuli küçəsi ev 50), X30 (xx.xx.1965 doğumlu, Bakı şəhəri Şüvəlan qəsəbəsi Əncirli küçəsi ev 7), X43 (xx.xx.1967 doğumlu, Bakı şəhəri Şüvəlan qəsəbəsi Nizami küçəsi ev 32), X57 (xx.xx.1956 doğumlu, vəfat edib), X10 (xx.xx.2011-ci ildə vəfat edib), İddiaçı (xx.xx.1959 doğumlu, Bakı şəhəri Qala qəsəbəsi Sülh küçəsi ev 26), X14 (xx.xx.1958 doğumlu, Bakı şəhəri Şüvəlan qəsəbəsi Nərimanov küçəsi ev 1), X54. X13 xx.xx.1994-cü ildə vəfat etmişdir. X55 vəfat edərkən ünvan 2 ünvanında yaşamışdır. Eyni zamanda, X55 vəfat edərkən mülkiyyətində ünvan 2 ünvanında sot torpaq sahəsində 3 otaqlı, ümumi sahəsi 100 kv.m olan daşınmaz əmlakı (mənzil) olmuşdur. X13 “Əzizbəyovneft” Neft Mədən İdarəsinin 2-ci neft mədənində neftqaz operatoru vəzifəsində çalışmışdır. 1961-ci ildə atasının işlədiyi “Əzizbəyovneft” Neft Mədən İdarəsinin ayırdığı ssuda ilə ünvan 2 ünvanında 9 sot torpaq sahəsində 3 otaqlı, ümumi sahəsi 100 kv.m olan daşınmaz əmlak (mənzil) atası tərəfindən tikilmişdir. Müvafiq daşınmaz əmlak (torpaq sahəsi) Əzizbəyov Rayon İcra hakimiyyəti deputatları Sovetinin qərarı ilə ayrılmış və tikilinin tikintisinə icazə verilmişdir. X13 vəfat edərkən müvafiq mənzildə onunla birlikdə o, X7, həyat yoldaşı X88, oğlu X105, qızı X72 yaşamışlar. Atası vəfat etdikdə onun adına olan əmlak ilə bağlı heç bir notariat orqanında vərəsəlik işi açılmamış, vərəsəlik şəhadətnaməsi verilməmişdir. O və anası faktiki olaraq X5 mülkiyyətində ünvan 2 ünvanında sot torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 100 kv.m olan daşınmaz əmlakı (mənzil) miras olaraq qəbul etmişlər. X7 1999-cı ildə vəfat etmişdir. Anası vəfat edərkən onunla birlikdə ünvan 2 ünvanında sot torpaq sahəsində yerləşən 3 otaqlı mənzildə o, həyat yoldaşı X88, oğlu X105, qızı X72 yaşamışlar. Onlar bu mənzildə X7nın vəfatından sonra 2015-ci ilədək yaşamışlar. Bu faktı bütün qohumlar və qonşular təsdiq edirlər. Eyni zamanda, bütün kommunal ödənişlər onlar tərəfindən həyata keçirilmişdir. Eyni zamanda, X7 bütün qızı-zinət əşyalarını ona bağışlamışdır. Bu faktı bütün qohumları təsdiq edirlər. 2022-ci il tarixdə tarixdə mirasın faktiki sahibliyi ilə bağlı ərizə ilə Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət etmişlər. Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin 25 iyul 2022-ci il tarixli cavab məktubunda irsi transmissiya üzrə, yəni xx.xx.1994-cü il tarixdə ölmüş X19 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikasının MM-nin 1252-ci maddəsinə əsasən mərhumun nəvəsi olan Cavabdeh2 tam hissəyə xx.xx.2021-ci il tarixdə 2V-206 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, vərəsə Cavabdeh2 “vərəsələr” barəsində notariat ofisinə məlumat vermədiyi üçün, həmçinin Elektron Notariat X3ndən “vərəsələr” barəsində məlumat əldə edilmədiyi üçün, 8 övlad, bir ananın adı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməmişdir. İş materiallarına əlavə edilmiş X12, X23, X4 notarial qaydada təsdiq olunmuş ərizəsi (İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşaması barədə) təsdiq edir ki, müvafiq mənzildə valideynlərinin son ölüm tarixinə qədər o, müvafiq mənzildə yaşamış, mirası faktiki olaraq qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Elektron Notariat X3ndən çıxarılmış forma 2 saylı arayışdan görünür ki, 7 saylı xüsusi notariat ofisinin notariusu X53 xüsusi qərəzlilik göstərərək bilərəkdən müvafiq arayışı əldə etməmiş, notariusun özünün də qeyd etdiyi kimi mirasa heç bir haqqı çatmayan nəvənin varislər barədə heç bir məlumat verməməsinə əsaslanaraq 6 bacı, 2 qardaşın mirasını aidiyyəti olmayan şəxsin sərəncamına vermişdir. Digər tərəfdən isə 7 saylı xüsusi notariat ofisinin notariusu X31 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 tam hissəyə xx.xx.2021ci il tarixdə 2V-206 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün istinad etdiyi Azərbaycan Respublikasının MM-nin 1252-ci maddəsinə əsasən vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. Müvafiq iş üzrə isə vərəsəlik vərəsələr müraciət etdikdən sonra açıla bilərdi. İşin hallarından görünür ki, o, qanunla müəyyən olunmuş müddət ərzində mirasa faktiki sahiblik etməklə mirası qəbul etmişdir.

43. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2406/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Tağıyev Zaur) iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X53 tərəfindən verilmiş reyestrdə 2V-206 nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evinin və ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsinin Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.

44. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4 maddələrinə, 2000-ci ilin sentyabrın 1-dək qüvvədə olan Mülki Məcəllənin 217.2, 528, 532, 552, 554, 561, 562, 566-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

45. Qətnamədən İddiaçıapellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

46. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq mənzilə və torpaq sahəsi olan mirasımən faktiki qəbul etmişəm. Qeyd edim ki, bu Torpaq sahəsinə 7 saylı xüsusi natarat ofisinin xx.xx.2021-ci il tarixli 2V-206 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə Cavabdeh2 qeyri qanuni formada verilmişdir. 7 saylı xüsusi notariat ofisinin xx.xx.2021-ci il tarixli 2V-206 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi əsassızdır. Cünki, 7 saylı xüsusi notariat ofisinin notariusu X31 ünvan 8 ünvanında yerləşən torpaq sahəsinə fərdi yaşayış evinə dair Cavabdeh2 tam hissəyə xx.xx.2021-ci il tarixdə 2V-206 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün istinad etdiyi Azərbaycan Respublikası MM-nin 1252-ci maddəsinə əsasən, vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. Müvafiq iş üzrə isə vərəsəlik vərəsələr müraciət etdikdən sonra açıla bilərdi. Hansı ki, X57 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Abgül Babayevin qız övladı Cavabdeh2 7 saylı notariat ofisinə vərəsəliyin acılması ilə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir ki, bu da Azərbaycan Respublikasının MM-nin 1252-ci maddəsinə ziddir. X73 Məmmədovanın mirası qəbul etməsi üçün atası öz sağlığında vərəsəliyi açılmalı və ya mirası qəbul etməli idi. Hansı ki bu hal baş verməmiş, qarşı tərəf bununla bağlı heç bir sübut təqdim etməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Əmlak Məsələləri Dovlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin hüquqların dövlət Qeydiyyatı haqqında Əmlak Dövlət Reyestrindən X27 adına vermiş olduğu çıxarış xx.xx.2021-ci il tarixində qeydiyyat düşmüsdür və verilmişdir. Hansı ki, Bakı şəhər 7 saylı notariat ofisinin notariusu Nadir Vədətov Azərbaycan Respublikasının MM-nin 1252-ci maddəsinə istinad edərək X32 vərəsəsi oğlu X38, xx.xx.2020 ci il tarixdə vəfat etdiyindən nəvəsi Cavabdeh2 tam hissədə pay almaq üçün xx.xx.2021-ci il tarxdə qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə vermişdir. Nadir Mədətovun vermiş olduğu Şəhadətnamədə də göstərdiyi kimi X57 xx.xx.2020 ci tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhdətnamə verilmsi üçün ərizə Abgül Babayevin ölümündən 8 ay 15 gun sonra müraciət edilmişdir ki, bu da nadir Mədətovun istinad etdiyi Azərbaycan Respublikasının MM-nin 1252-ci maddəsinə ziddir. Cavabdeh2 ilk olaraq xx.xx.2021-ci il tarixdə vərəsəliyin açılması ilə bağlı ərizə ilə 7 saylı notariat ofisinə müraciət etmişdir. Bundan sonra 7 saylı natariat ofisinin natariusu Nadir Vədətov müddəti gözləmədən Azərbaycan Respublikasının MM-nin 1322–ci (Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir) maddəsinin tələbini pozaraq 2 ay müddətinə Cavabdeh2 vərəsəlik şəhadətnaməsi vermişdir. Hansı ki, 7 saylı notariat ofisinin natariusu Nadir Vədətov “Elektron “ X3 vasitəsilə “ X41” AQİS-dən cıxarşı atamX32 adına yox məhs X6 cıxarmışdır. Hansı ki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylıBakı “ Asan xidmət” mərkəzində Qeydiyyat şəbəsi tərəfindən xx.xx.2022-ci il tarixli 05/09/S/014738-22 saylı arayışda görünür ki, X48, həyat yoldaşı X49 və 8 ovladı olmuşdur. Bundan əlavə Cavabdeh2 başqa vərəsələrin olduğunu bilə-bilədigər vərəsələrin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməmiş, qeyri qanuni yollarla mirasa bir başa sahiblik hüququ qazanaraq əsassız varlanmışdır. Onlar ailədə ata, ana və 8 övlad olublar. Hal hazırda həmin övladlardan 6 nəfəri ( X34, X30, X43, X17, X54 və İddiaçı) yaşayır. Qalan 2 nəfər isə ( X61 və Fərzəliyev (Babayev) Məlahət Hacıbaba qızı) vəfat etmişdir. X18 vəfat edərkən müvafiq mənzildə onunla birlikdə o, İddiaçı, X7, həyat yoldaşı X88, oğlum X105, qızı X72 yaşamışıq. Atası vəfat etdikdə onun adına olan əmlak ilə bağlı heç bir notariat orqanında vərəsəlik işi açılmamış, vərəsəlik şəhadətnaməsi verilməmişdir. O, və anası faktiki olaraq X5 mülkiyyətində ünvan 9 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 100 kv.m. olan daşınmaz əmlakı(mənzil) miras olaraq qəbul etmişik. X7 1999-cı ildə vəfat etmişdir. Anası vəfat edərkən onunla birlikdə ünvan 10 ünvanında yerləşən 3 otaqlı mənzildə o, İddiaçı, həyat yoldaşı X88, oğlu X105, qızı X72 yaşayıblar. Onlar bu mənzildə X7nın vəfatından sonra 2015-ci ilədək yaşamışıq. Sonra isə 2019-cu ilədək həmin mənzilə gedib gəliblər. Bu faktı onların bütün qohumları və qonşuları təsdiq edirlər. Eyni zamanda bütün kommunal ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Bundan əlavə onların övladlarının toy məclisi həmin ünvanda kecirilmişdir. Eyni zamanda qeyd edir ki, X7 bütün qızıl-ziynət əşyalarını cehizlərini, xalcalarını, təltif olunmuş medallarını ona bağışlamışdır. Anası vəfat edərkən bütün dəfin xərcləri onun tərəfindən cəkilmişdir. Bu faktı bütün qohumları təsdiq edirlər. Bundan əlavə X7 vəfat etdikdən sonra 2015-ci il tarixə dək məzilin təmir işlərini həyata keçirmisəm. Belə ki, 2003cü ildə mətbəxtin, aynəbəndin, tövəlin və hamamın dam ortukləri yenidən dəyişdirilmişdir. Aynabəndin tavanı yenidən dəyişdirilmişdir. Əlavə olaraq oğlum Ramin həyətdə olan qarajı təmir edərək orada avtomobil təmiri ilə məşqul olmusdur. Bununla bağlı sübutlar məhkəməyə təqdim edilmişdir.

47. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

48. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ konstitusiya ilə təminat altına alınmış fundamental hüquqlardan biridir və bu hüququn məhdudlaşdırılması və yaxud ondan məhrumetmə legitim və zəruri səbəblərdən irəli gəlməli, məhrumetmə və məhdudlaşdırma qanuni olmalıdır. Lakin iddiaçı tərəfindən iddia ərizəsinə dair təqdim edilmiş hazırki əsaslar üzrə iddianın təmin edilməsi və mübahisəli əmlakın növbəti mərhələ üçün iddiaçının mülkiyyətinə verilməsi cavabdehin qanunla müəyyən edilmiş mülkiyyət hüququndan vəhəmin hüququn predmeti olan əmlakdan əsassız və qanunsuz olaraq məhrum edilməsi ilə nəticələnmişdir. Bu baxımdan hesab edirik ki, mübahisələndirilən qətnamə apellyasiya qaydasında ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. İşdən görünür ki, iddiaçının təqdim etdiyi əsas ondan ibarətdir ki, o, miras qalmış əmlakı miras qoyanlar vəfat etdikdən sonra faktiki olaraq qəbul edərək ona sahiblik etmişdir. Məhkəmə iddianı təmin etməklə həmin əsasları qəbul etmişdir. Lakin işin müəyyən edilmiş və məhkəmə araşdırması zamanı ortaya çıxmış halları iddianın həmin əsasla təmin edilməsini istisna edir. Nəticə etibarilə məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Miras əmlakın faktiki qəbuluna dair qanunvericiliyin göstərişləri, eyni zamanda Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqelər aydın olmaqla qətidir və həmin göstərişlər və hüquqi mövqelərin hər bir mübahisəyə düzgün tətbiqi məhz düzgün qətnamə çıxarılmasına səbəb olmalıdır. Lakin belə görünür ki, məhkəmə ya işin hallarının düzgün müəyyən edilməsində, ya da müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verilməsində çətinlik çəkmişdir. Əks təqdirdə iddianın rədd edilməsinə dair nəticəyə gəlmək əvəzinə, iddianı təmin etməzdi. Yuxarıda qeyd olunduğu kimi qanunvericiliyin göstərişləri və Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqelər ondan ibarətdir ki, miras əmlakın faktiki qəbulu elə formada həyata keçirilməlidir ki, bu digər vərəsələrə və başqa şəxslərə aşkar şəkildə məlum olsun miras faktiki qəbul edən bunu açıq şəkildə göstərsin. Mirasın faktiki qəbulu bir neçə formada təzahür edir və bunlar əmlak sahiblik etmək, yəni əmlakdan istifadə onu saxlamaq, yaxşılaşdırmaq, əmlaka baxmaq və söhbət daşınmaz əmlakdan, xüsusilə də mənzil sahəsindən gedirsə, həmin mənzildə qalmaqda ehtiva olunmalıdır. Lakin hazırki mübahisə üzrə iddiaçı tərəfindən əmlaka sahiblik edildiyini mübahisəsiz şəkildə təsdiq edən sübutlar mövcud deyil. Bu aşağıdakılarlar əsaslandırılır: Əvvəla, iddiaçı tərəfindən təqdim edilən şahidlər, onunla birbaşa qohumluq münasibətlərində olan şəxslərdir, yalnız bir nəfər şahid iddiaçının qonşusudur ki, həmin şəxs də iddiaçının oğlunun dostdur. Bu baxımdan şahidlərin ifadələrinin mötəbərliyi ciddi şübhə doğurur, çünki həmin şəxslər iddiaçının xeyrinə maraqlı şəxslər olmaqla onunla yaxın münasibətdədirlər və iddiaçının mənafeyinə uyğun izahat və ifadə verəcəkləri şübhə doğurmur. Nəzərə almaq lazımdır ki, iddiaçının həmin şəxslər qarşısında yaratdığı mənzərə ondan ibarətdir ki, miras əmlaka miras buraxanın qızı olmaqla o, deyil, tamamilə yad adam sahiblik edir, dolayısı ilə miras əmlakı onların əlindən almaq lazımdır. Yəni, şahidlər bu işin tərəfi kimi iddiaçını və onun mərhum qardaşı Abgülü görmürlər, onlar üçün əvvəldən tanıdıqları Xədicəxanım və Abgül var, hazırki mülkiyyətçini yad adam hesab etməklə yaşayış sahəsinin onlarda qalmasını qəbul etmirlər. Bu kimi fikilərin şahidlərə aşılandığı onların izahatlarından aydın olmaqla bariz şəkildə görsənir. İkincisi, həminşahidlərin obyektiv və tərəfsiz ifadə verməsi mümkün olmamaqla yanaşı, şahidlərin verdiyi ifadələr də qeyri-müəyyən və ziddiyətlidir. Məhkəmə iclas protokollarının diqqətli təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki, şahidlər öydərilmiş şəxslərdir. Belə ki, onların istinad etdiyi tarixlər üzrə belə dəqiq və detallı məlumat verməsi üçün həmin şəxslərin fundamental yaddaşa malik olmaları lazımdır. Lakin həmin şəxslərdə bunu müşahidə etmək mümkün olmadı. Üçüncüsü, iddiaçınınmiras əmlakı faktiki qəbul etməsini təsdiq edən digər hər hansı mötəbər sübut təqdim edilməmişdir. Əksinə iddiaçının miras əmlakı qəbul etməsinə dair təqdim etdikləri mənşəyi və mənbəyi məlum olmayan məlumatlar və sənədlərdir ki, həmin hallar iddianın əsasına qoyula bilməz. Dördüncüsü, məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı ailəsi ilə birlikdə başqa yaşayış sahəsində yaşamışdır. Dolayısı ilə onun başqa yaşayış sahəsinin olmamasına dair irəli sürdüyü dəlil uydurma olmaqla öz təsdiqini tapmır. Diqqətə çatdırmaq istəyirəm ki, iddiaçının miras əmlakla bağlım iki mülki işdə təqdim etdiyi şahidlərlə yanaşı, iddianın əsasları da dəyişdirilmişdir. Dolayısı ilə iddiaçı məhkəmənin gedişində aşkara çıxan halları ört-basdır etmək üçün hər icraat üzrə yeni şahidlər və xüsusatlara istinad etmişdir. Lakin məhkəmə buna diqqət yetirməmiş və əsassız iddianı təmin etmişdir. Əgər həqiqət də iddiaçımiras əmlakı qəbul etmiş olsaydı, həmin əmlakdan istifadəni təsdiq edəcək cari sənədlər təqdim etməli, eyni zamanda mübahisəli əmlaka dair sənədlər onda olmalı idi. Lakin nə məhkəmə aydınlaşdırmamış, nə də iddiaçı açıqlıq gətirməmişdir ki, əgər həqiqətən də uzun müddət həmin sahədən istifadə etdiyi halda sahədən istifadəni təsdiq edən sənədlər və əmlaka sahiblik etmişdirsə, əmlaka dair sənədlər niyə iddiaçıda yoxdur. Bu hal iddinın həllində əhəmiyyət kəsb etsə də məhkəmə bunu nəzərə almamışdır. Bundan başqa, məhkəmə araşdırmamışdır ki, əgər həqiqətən də iddiaçı miras əmlakı qəbul etmiş və digər vərəsələr də bununla razılaşmışdırlarsa, niyə o, yaşayış sahəsinə dair sənədləşmə işlərini vaxtında həll etməmişdir. Digər tərəfdən, iddiaçının təqdim etdiyi xüsusatlarda da ziddiyyət mövcuddur. O, iddia edir ki, atası və anası vəfat edərkən orada olmuş, lakin 2015-ci ildə oranı tərk etmiş, 2019-cu ilədək gəlibgetmişdir. İddiaçının niyə belə etdiyini də məhkəmə aydınlaşdırmamışdır. Bundan başqa, iddiaçıtərəfindən miras əmlaka dair sənədləşmə işlərinin aparılması, miras əmlakın qəbulunun təsdiq edilməsinə dair hərəkətlərin vaxtında edilməməsi qanunla müəyyən edilmiş müddət çərçivəsində baş verməmiş, nəticə etibarilə müddət də ötürülmüşdür. Digər tərəfdən, nəzərə alınmalıdır ki, bu ikinci mülki işdir və iddiaçının eyni tələbi üzrə işə artıq məhkəmələr bir dəfə baxıblar. İddiaçının iddiasının təmin edilməsinə dair rayon məhkəməsinin qətnaməsi yuxarı isntansiya məhkəmələri tərəfindən ləğv edilməklə iddianın rədd edilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərarların preyudisiyallığı ilə yanaşı həmin işlər üzrə fərqli izahatların verilməsi, fərqli şahidlərin təqdim edilməsi də məhkəmənin diqqətindən yayınmışdır. Belələliklə, bu və digər işinmüəyyən edilmiş hallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməsi öz təsdiqini tapmır, mötəbər və yetərli sübutlar təqdim edilməmişdir, ona görə iddianın təmin edilməsi və işin bu formada həll edilməsi qanunsuz olmuşdur. Bu baxımdan hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassız olduğundan, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmalıdır.

49. Cavabdeh2 apellyasiya şikayətinə əlavə təqdim edərək göstərmişdir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən yekun məhkəmə aktı çıxarılana qədər məhkəmə tərəfindən ciddi prosessual pozuntulara yol verilmiş, ən əsası iddiaçının iddia ərizəsinin tərtibindən, sübutların təqdim edilməsi və digər məsələlər üzrə prosessual qaydalara uyğun davranmamasına şərait yaradılmışdır. İlk növbədə qeyd olunmalıdır ki, iddia ərizəsi MPM-nin 149, 150, 151-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmiş və əsaslandırılmamışdır. Bu hal iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Belə ki, iddia ərizəsində iddiaçının tələbi düzgün müəyyən edilməmiş və irəli sürülən tələblərə dair müvafiq sübutlara istinad olunmamışdır. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsində mübahisə predmet əmlaka dair düzgün olmayan məlumatlar qeyd edilmiş, üstəlik mübahisə predmeti əmlaka dair müvafiq təsdigedici sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. İşin qəribə tərəfi odur ki, məhkəmə iddia ərizəsini icraata qəbul edərkən mübahisələndirilən əmlakın ümumiyyətlə mövcud olub-olmadığını müəyyən etməmiş, işin daha sonrakı mərhələsində belə iddiaçı və yaxud onun vəkili həmin sənədləri məhkəməyə təqdim etməmişdir. Mülki işin materiallarında mübahisəli sahənin çıxarışı və həmin sahəyə dair vərəsəlik işinin açılmasına dair notariat qovluğu mövcud deyil. Baxmayaraq ki, məhkəmə sonrakı mərhələdə notariat qovluğunun əldə edilməsini təmin edəcəyini bildirsə də, məhkəmə tərəfindən də bu təmin edilməmişdir. Digər tərəfdən məlum deyil ki, mülki icraat qaydasına görə tərəf sübutu məhkəməyə təqdim edə bilmədiyini əsaslandırmamış və yaxud əsaslandıra bilməmişdir, belə olan halda məhkəmə hansı əsasla tərəfin, yəni iddiaçının əvəzindən həmin sübutu əldə etməyə çalışmışdır. Məhkəmə tərəfindən iş icraata qəbul edildikdən və onlar bu barədə məlumat aldıqdan sonra dərhal işin icraata xitam verilməsinə dair yazılı qaydada məhkəməyə müraciət edərək sübutlarını təqdim etdik və iş üzrə ilk iclasda vəsatətlərini müdafiə edərək göstərdik ki, hazırki iddia tələbinin məhkəmə icraatı mümkün deyil, iddia icraata götürülməməli idi, götürülmüşdürsə, icraatına xitam verilməlidir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd edilən tələbi üzrə artıq bir dəfə işə baxılmış və kassasiya instansiyası məhkəməsinin yekun qərarı mövcuddur. Həmin qərar üzrə iddiaçının xeyrinə çıxmış qətnamə ləğv edilmiş və iddia tələbləri rədd edilmişdir. Lakin məhkəmə hazırki iş üzrə vəsatətə əhəmiyyət verməmiş, onu təmin etməmiş, işə baxmağa davam etmiş, nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. İş üzrə tərəflərindən verilmiş apellyasiya şikayətində qeyd edilən məsələni qaldırmışıq və bir daha vurğulamaq istəyirik ki, hazırki işə məhkəmə tərəfindən baxıla bilməzdi. Onun əlində hazırda eyni məsələ ilə bağlı iki qərar mövcuddur, birinci qərarda iddiaçının iddiası rədd edilmiş və gəmin qərar qanuni güvvəsni almışdır, lakin eyni məsələ ilə bağlı ikinci qərarda iddiaçının iddiası qismən təmin edilir. Bu anlaşılmazdır, ən əsası isə qanuni deyil, prosessual qanunvericiliyin tələblərinə də uyğun deyildir. Apellyasiya şikayətləri üzrə mübahisələndirilən qətnamə lazımi qaydada əsaslandırılmamışdır. Qətnamədən müəyyən olunur ki, hakim iş üzə iddiaçının həqiqətə uyğun olmayan izahatına və qondarma şahidlərin ifadələrinə əsaslanmış, onları işin həqiqi halı kimi qəbul edərək qiymət vermiş, lakin cavabdeh tərəfin təqdim etdikləri sübutlara və iddiaya dair təqdim etdikləri etiraza ümumiyyətlə əhəmiyyət verməmişdir. Halbuki iki ildən çoxdur davam edən proses üzrə istənilən məsələyə tam aydınlıq gətirilməli, bütün dəlillərə hüquqi qiymət verilməli, hər bir məsələ tam və hərtərəfli araşdırılmalıdır. Lakin belə görünür ki, hazırki iş üzrə məhkəmə eyni məzmunlu əvvəlki iş üzrə hakimin gəldiyi nəticədən özünü asılı hesab etmiş və onun nəticəsinə bağlılığın nümayiş etdirmişdir. Şahid ifadələrində olan kəskin ziddiyətlər və uyğunsuzluqlara şikaytə əlavənin birinci fəslində detallı şəkildə münasibət bildirilmişdir, hazırda yenidən həmin məsələyə toxunmaq istəmirəm. Hesab edirəm ki, şahid ifadələrinə əsaslanmaqla hazırki iddianın təmin edilməsi kobud qanun pozuntusuna bərabər olmuşdur, çünki şahid ifadələri uydurmadır, şahidlər iddiaçının verdiyi məlumatlar əsasında ifadə vermişlər və hər hansı müstəqil fikirə sahib olmayan şəxslərdir, ən əsası isə onlar işin nəticəsində maraqlı olan şəxslədir. Məhkəmə tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməməsinə dair apellyasiya şikayətində olan mövqeyimizi müdafiə etməklə əlavə olaraq qeyd etməliyik ki, ilk növbədə şahid ifadələrinə tənqidi yanaşmalı olan məhkəmə bunu etməyərək, iddiaçı tərəfindən sübut adı ilə təqdim edilmiş digər sənədləri və yaxud sübutları da qiymətləndirməmiş, onların mənşəyini müəyyən etməmiş, işə aidiyyətini yoxlamamış, hansı informasiya yükü daşıdığını müəyyən etməmiş, nəticə etibarilə məsələyə aid olmayan müəyyən fikir yaratmaq üçün təqdim edilmiş sübutlar qəbul edilməklə işin əsasına qoyulmuşdur. Sübutların mümkünlüyünün yoxlanılmaması, işə aidiyyətinin müəyyən edilməməsi həmin iş üzrə qanuni qətnamənin çıxarılması ilə nəticələnə bilməz. Məhkəmə tərəfindən iş üzrə maddi və prosessual hüquq normalarının tətbiqində də səhvə yol verilmişdir. Düzdür iddiaçı tərəf eyni iddianı iki dəfə verməsinə baxmayaraq iddianın hüquqi əsasını tapmaqda çətinlik çəkir, baxmayaraq ki, peşəkar hüquqi yardımla təmin olunur, eyni səhvlər təkrarlanır və işə aidiyyəti olmayan maddi hüquq normalarına istinad olunur. Lakin çox təəssüflə qeyd olunmalıdır ki, məhkəmə tərəfindən də maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iş üzrə düzgün olmayan maddi hüquq normalarına istinad olunmuş, ən əsası isə iddiaçının tələbinə mübahisənin yarandığının iddia olunduğu vaxtda qüvvədə olan mülki məcəllənin müddəaları düzgün tətbiq edilməklə, iddiaya müddət tətbiq edilməli və onun rədd edilməsinə dair qətnamə çıxarılmamışdır. İddiaçı mirası faktiki qəbul etdiyini iddia etsə də mirasın qəbulu və ona sahibliyin nədə ifadə olunması açıq şəkildə göstərilməmiş və yaxud bu iddiası lazımi qaydada əsaslandırılmamışdır. İddiaçının dedikləri mülahizədən o tərəfə getmir və hər hansı mötəbər sübutla təsdiq edilmir. Məhkəmə əmlaka dair mübahisəni mülahizə əsasında həll edə bilməz. Ümumilikdə hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən ciddi prosessual pozuntulara yol verilmişdir, işin keçirilməsi, iclas qaydasında əməl olunması, tərəflərin izahatlarının alınması, sübutların tədqiq edilməsi və sair kimi bu tələblərə əməl edilməmiş, iddiaçının izahatı alınmamış, birbaşa çıxışlara keçilmiş, iddiaçıya suallar vermək imkanı təmin olunmamış, nəticə etibarilə ciddi qanun pozuntularına yol verilmişdir. Bu baxımdan çıxarılmış qətnamə qanuni hesab edilə bilməz, qanuni olmayan qətnamə qüvvədə qala bilməz, hüquq yarada bilməz..

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

50. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

51. Məhkəmə iclasında iştirak edən İddiaçı tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

52. Məhkəmə iclasının əvvəlki iclaslarında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə3 və nümayəndəsi və vəkili Nümayəndə1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

53. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

2000-ci ilin sentyabrına 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

54. Maddə 527. vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

55. Maddə 528. vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

56. Maddə 532. qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.

57. Maddə 552. vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

58. Maddə 554. mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər.

59. Maddə 561. qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

60. Maddə 337.1 bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

61. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

66. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

67. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

68. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırki halda, qətnamə həm iddiaçı həm də cavabdeh tərəfindən mübahisələndirildiyindən bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də hər iki apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2406/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin. b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

71. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

72. İddiaçının hazırkı tələbi ondan ibarətdir ki, sözügedən miras əmlak barədə qanun üzrə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, nəticədə isə o, atasına çatası miras payından məhrum edilmişdir.

73. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlər 1964-cü ildə qəbul edilmiş Mülki Məcəlləsinin müddəalarını tətbiq edilməsi barədə gəlmiş olduğu nəticə düzgün olmuşdur. Belə ki, miras açılan zaman, yəni 1994-cü ildə vərəsəliklə bağlı münasibətləri 2000-ci ilin sentyabrına 1dək qüvvədə olan Mülki Məcəllə tənzimləmişdir.

74. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

75. İddiaçı Xədicəxanım atasının ölümündən uzun müddət əvvəldən 2015-ci ilədək fasiləsiz olaraq miras əmlakda yaşamış, bu fakt işin mübahisələndirilməyən halına çevrilmişdir.

76. Belə ki, həm birinci instansiya, həm də apellyasiya icraatı zamanı aparılmış məhkəmə araşdırmasında tərəflərin izahatları, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, miras qoyan X55 xx.xx.1994-cü ildə ölmüşdür. İddiaçı miras qoyan - atası X2 və onun ölümündən sonra əri, uşaqları ilə birlikdə miras əmlakda yaşamış, qanunla nəzərdə tutulmuş qaydada mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə ilə müraciət etməsə də, mübahisəli miras əmlak olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evini və ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsini miras kimi faktiki qəbul etdiyini nümayiş etdirmiş və həmin mirasın qəbulundan imtina etməmişdir. Bundan başqa, evin təsərrüfat və təmir işləri, о cümlədən, kommunal xərclər üzrə ödənişlər iddiaçı və onun ailə üzvləri tərəfindən həyata keçirilmişdir. Başqa sözlə, İddiaçı mirası qəbul etməsi üçün mütləq notariat ofisinə müraciət etməsi məcburi şərt olmamışdır.

77. Lakin iddiaçının mərhum qardaşı X26 qızı Cavabdeh2 miras əmlakı qəbul edən zaman birinci növbə vərəsələrin olmasına dair notariat ofisinə ərizə verərkən bu barədə məlumat verməmiş, yəni digər vərəsələrin olduğunu gizlətmişdir. Notariat ofisi isə digər vərəsələrin olduğunu müəyyən etmədən miras əmlaka dair yalnız Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bu fakt ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla da təsdiq olunur.

78. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

79. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

80. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

81. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

82. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X53 tərəfindən verilmiş reyestrdə 2V-206 nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evinin və ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsinin Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir.

83. Məhkəmə kollegiya iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iddianın “miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 7 saylı notariat kontorunun notariusunun üzərinə vəzifə qoyulması”na dair hissəsinə münasibətdə birinci instansiya məhkəməs haqlı olaraq hesab etmişdir ki, iddia tələbi göstərilən hissədə əsassızdır. Belə ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi notariat kontorlarının vəzifələrindən biridir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

84. Məhkəmə kollegiyası cavabdehin apelliyasiya şikayətinin iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələrinin mötəbər olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, hazırki iddia tələbi üzrə dinidirilmiş şahidlərin ifadləri işin digər halları ilə təsdiq olunduğundan, apellyasiya şikayətinin qeyd edilən dəlili əsassız olmaqla təmin edilə bilməz. Belə ki, PM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Hazırki iddia tələbi üzrə dindirilmiş şahidlər yalnız mübahisə predmeti olan əmlakın yerləşdiyi yerə yaxınlıqda yaşamaqla iş üçün əhəmiyyətli olan hallar barədə vermiş olduqları ifadələri işin digər halları ilə təsdiq olunur.

85. Kollegiya cavabdehin apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavasində qeyd edilən dəlillərini münasibətdə əlavə olaraq qeyd edir ki, qeyd edilən dəlillər qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6211/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi və həmin qətnamənin dəyişdirilmədən saxlayan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-708/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilir ki, ....Hazırkı iş üzrə iddia tələbinə münasibətdə iddiaçının məhkəmə müdafiəsi hüququna malik olması mübahisəsizdir. İşə baxan məhkəmənin vəzifəsi cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmadığını müəyyən etməkdən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tələb vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi olduğundan mirasa sahiblənməklə adına vərəsəlik şəhadətnaməsi və çıxarış verilmiş Cavabdeh2 bu tələbə cavab verməli şəxs, yəni cavabdeh ola bilər. Lakin Cavabdeh2 iş üzrə cavabdeh qismində göstərilməmiş və ona qarşı tələb irəli sürülməmişdir.

86. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən göründüyü kimi, tələb düzgün olmayan cavabdehə qarşı yönəlməsi əsası ilə iddia rədd edildiyindən, iddiaçının Cavabdeh2 qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və onun bu huququ məhdudlaşdırıla bilməz.

87. Kollegiya həmçinin qeyd edilməsinin zəruri hesab edir ki, iddiaçı iddia tələbinin xahiş etdi hissəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tələbin xahiş etdi hissəsinə dəqiqləşdirmə aparılmasını iddiaçıya təklif etməli olduğu halda bunu etməsə də bu halı prosessual qənaətlilik prinsipi baxımından, həmçinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, iddia tələbinin əsaslanıdırılması və işin halları tələbin əsası məhz qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsinə dəalət edir.

88. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətlərində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

89. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

90. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

91. Məhkəmə kollegiyasının yuxarıda qeyd edilən mövqeyindən göründüyü kimi, hər iki apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir.

92. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2406/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərələrin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar