Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1683/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil3, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3003/21 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı iddia edir ki, mülkiyyətində olan maşınlar-**-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobil, **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobil, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobil, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobil və **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobil-Cavabdeh1 tərəfindən Cavabdeh2 Razim oğluna satılmış və alğı-satqıdan əldə olunan pul ona ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2019-cu il tarixli alğı-satqı müqavilələrinə əsasən “Mitsubishi Pajero” markalı" **-LL-*** dövlət nömrə nişanlı, Mitsubishi Pajero markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı 99-LL294 dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı və Toyota Prado markalı 99LL286 dövlət nömrə nişanlı avtomobillərə görə ödənilməli olan 96.000 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 96310 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə uyğun iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2019-cu il tarixli alğı-satqı müqavilələrinə əsasən “Mitsubishi Pajero” markalı" **-LL-*** dövlət nömrə nişanlı, Mitsubishi Pajero markalı **-LL- *** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı və Toyota Prado markalı 99LL286 dövlət nömrə nişanlı avtomobillərə görə ödənilməli olan 96.000 manat, iki il müddətinə ödənilməyən məbləğə illik beş faizlə hesablanmış 9.600 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 105.910 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 2013-cü ildən tanıyır. Uzun müddət tanışlıqları dostluğa çevrildiyinə görə, 2018-ci ilin yaz aylarında onun təklifi ilə birgə biznes fəaliyyətinə başlamağı qərara almışlar və avtomobil alğı-satqısı ilə məşğul olmaq razılığına gəlmişlər. Bunun üçün 27.000 manat ödəyərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində təşkil olunmuş hərracdan o 8 avtomobil və cavabdeh olan Cavabdeh1 da 25.100 manata 8 avtomobil almışdır. Hərracdan alınmış **-LL-*** dövlət nişanlı Mitsubishi Pajero markalı, **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobillər və daha 3 üç avtomobil, X21, X21 Prado və Mitsubishi Pajero xx.xx.2018-ci il tarixdə X6 adına qeydə alınaraq, həmin avtomobillərə dair adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Qeyd edilən 3 avtomobil birgə satılıb və onlarla bağlı mübahisə yoxdur. xx.xx.2019-cu il tarixində Cavabdeh1 ona bildirmişdir ki, “alıcı var, sənə aid olan 5 avtomobili 80.000 manata almaq istəyir.” Ona bildirmilşdir ki, “o qiymətə satsaq gəlir əldə etmərik”.Ona görə də maşınların qiymətini bir qədər artırmışdır. Avtomobilləri satmaq üçün danışıq apardığı günün axşamı qardaşı vəfat etmiş, yas mərasiminə başı qarışdığı üçün alğı-satqıya gedə bilməmişdir. Cavabdeh1 2 gün sonra, yəni mayın 7-də səhər ona bildirmişdir ki, maşınları alan şəxs, yəni hazırda digər cavabdeh olan Cavabdeh2 maşınların pulunu verib, pul evdədir, təcili gedib Yol Polisində alğı-satqını rəsmiləşdirmək lazımdır. Aralarında etibar olduğundan ona inanmış və xx.xx.2019-cu il tarixdə cavabdeh N. Dadaşov ilə aralarında **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobilə dair 18000 manata, **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobilə dair 18000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilə dair 20000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilə dair 20000 manata və **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilə dair 20000 manata alğı-satqı müqavilələri bağlanmışdır. Alğı-satqı müqavilələrinə əsasən nəinki satılmış avtomobillərin müqavilələrdə nəzərdə rutulmuş dəyəri olan 96000 manat, hətta ilkin olaraq Ramazan tərəfindən vəd edilmiş 80000 manat pul cavabdehlər tərəfindən BDYPİ-də ona ödənilməmişdir. Həmin gün axşam Cavabdeh1 onu haqq-hesab etmək üçün evinə dəvət etmişdir. Qardaşı Babəklə birlikdə onun evinə getmiş, digər Cavabdeh2 da orada olmuşdur. Cavabdeh1 həmin şəxslərin yanında ona bildirmişdir ki, “mənə borcunuz var, maşınları borca görə səni aldadaraq Nazimin adına keçirmişəm, nə vaxt borcunuzu qaytarsanız maşınları qaytaracam.” Burada ona məlum olmuşdur ki, Cavabdeh1 avtomobilləri satmaq üçün ona alıcı tapması adı ilə aldadaraq avtomobilləri qohumu olan digər Cavabdeh2 adına keçirilməsinə nail olmuşdur. Dəfələrlə məsələni sülh yolu ilə həll etməyə çalışsa da, buna nail olmadığı üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərdən müəyyən edilir ki, cavabdehlər qabaqcadan əlbir olub, onu aldadaraq mülkiyyətində olan avtomobillərə dair alğı-satqı müqavilələrinin bağlanmasına nail olmuş, beləliklə də müqavilələrə görə hər hansı pul məbləğini ödəməməklə öhdəliyini yerinə yetirməmişdir. Göstərilən avtomobillərin alğısatqısına dair müqavilələr xx.xx.2019-cu il tarixdə bağlansa da, həmin müqavilələr üzrə ödənilməli olan 96.000 manat pul vəsaiti cavabdehlər tərəfindən ödənilməmişdir. Müqavilənin bağlanma tarixindən, yəni müqavilələr üzrə ödənilməli olan 96.000 manat pul vəsaitinin cavabdehlər tərəfindən ödənilməli olan vaxtdan 2 ildən artıq müddət keçmişdir. Odur ki, iki ildən artıq bir müddət ərzində ödənilməli olan 96.000 manat ödənilmədiyindən və daha üstün mövqedən çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən cavabdehlər tərəfindən əlavə olaraq tələb olunan 96.000 manat pul vəsaitinə illik beş faiz də ödəmələrini tələb etmək hüququ vardır. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə cavabdehlərə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırılması ilə əlaqədar vəkillik qurumu ilə bağlanmış müqavilə üzrə xx.xx.2021-ci il tarixli, 16748 nömrəli bank qəbzi ilə həmin quruma 310 manat ödənilmişdir. Eyni zamanda 30 manat dövlət rüsumu ödənilərək bank qəbzi iddia ərizəsinə əlavə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3003/21 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 xx.xx.2019-cu il tarixli alğı-satqı müqavilələrinə əsasən “Mitsubishi Pajero” markalı **-LL-*** dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı **-LL-*** dövlət nömrə nişanlı, “Toyota Prado” markalı **-LL-*** dövlət nömrə nişanlı, “Toyota Prado” markalı **-LL-*** dövlət nömrə nişanlı və “Toyota Prado” markalı **-LL-*** dövlət nömrə nişanlı avtomobillərə görə ödənilməli olan 96.000 manat, iki il müddətinə ödənilməyən məbləğə illik beş faizlə hesablanmış 9.600 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 105.910 (yüz beş min doqquz yüz on) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqısına əsasən İddiaçı Cavabdeh2 **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobili 18.000 manata, **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobili 18.000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20000 manata və **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20000 manata satmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-7256/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 Razim oğluna və Cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi və avtomobillərin qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqavilələri üzrə tərəf olmadığından, iddiaçı tərəfindən avtomobillərə görə ona pul verilməsi kifayət qədər əsaslandırılmadığından, iddia tələbi digər cavabdehə münasibətdə təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.3, 385.1, 425.1, 442, 443.4, 445.1, 445.7-ci, Mülki Prosessual Məcəlləsinin 121.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə heç bir hüquqi əsas olmadan 07 may 2019-cu il tarixli müqavilələrə əsaslanaraq cavabdehin öz öhdəliklərini yerinə yetirmədiyini bildirmişdir. Belə ki, həmin müqavilələrə baxış keçirilən zaman hər bir müqavilənin 2-ci bəndinin də məzmunundan görünür ki, nəqliyyat vasitələri 20.000 (20.000, 20.000, 18.000, 18.000) manata satılıb və bu məbləği satıcı alıcıdan alıb” qeydi vardır. Əvvəlki iş üzrə icraat aparılan zaman şahid qismində dindirilmiş X7, X2, X3, X10, X11 və X8 öz ifadələrində maşınların məhz Ramazana aid olduğunu təsdiqləmişlər. Onlar mübahisəli avtomobillərin dəyərinin əvvəlcədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verildiyini ifadələrində göstərmişlər. Bu sübutlar məhkəmə tərəfindən mötəbər sayılmış və Ali Məhkəməyə qədər bu sübutların mötəbərliyi öz təsdiqini tapmışdır. Tam şəkildə sübut olunur ki, cavabdehin iddiaçıya ödəməli olduğu hər hansı pul ödənişi və ya yerinə yetirilməli digər öhdəliyi yoxdur. Bunlar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Müqavilələr, şahid ifadələri və digər bütün sübutlarla iddiaçının iddiasının təmin edilməsi üçün əsaslar olmadığı görünür. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8120/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 14 iyun 2021- ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, alğı-satqı müqavilələri rəsmiləşdirilərkən müqavilə məbləğlərinin iddiaçıya ödənilmədiyinin cavabdeh tərəfindən məhkəmə iclasında təsdiq edilməsi ilə müqavilələrdə həmin məbləğlərin satıcı tərəfindən alınmasına dair qeyd öz mötəbərliyini itirir. Belə ki, cavabdeh apellyasiya şikayətində müqavilədəki həmin qeydə istinad etsə də, birinci instansiya məhkəməsində izahat verərkən alğı-satqı vaxtı pul ödəmədiyini, avtomobilləri öz adına pulsuz keçirdiyini bildirmişdir (i.v.72). Alğı-satqı müqavilələrinin etibarsız hesab olunması tələbinə dair iddianın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd olunmasına gəldikdə, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı həmin işdə də müqavilə məbləğlərinin ona ödənilmədiyini göstərmiş, lakin bu hal müqavilənin etibarsızlığı üçün əsas vermədiyinə görə iddia təmin olunmamışdır. Ali Məhkəmənin həmin iş üzrə xx.xx.2021-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, əşyanın dəyərinin ödənilməməsi alğı-satqı müqavilələrinin etibarsızlığı üçün deyil, Mülki Məcəllənin 421.2-ci maddəsinin tələbinə uyğun olaraq müqavilənin ləğvi və ya alğı-satqı üzrə ödənilməli olan pul vəsaitinin tutulması üçün əsas ola bilər. İddiaçı məhz bu halı nəzərə alıaraq hazırkı iddianı qaldırmışdır. Avtomobillərin iddiaçının mülkiyyətində olması X18 verdiyi müvafiq sənədlərlə, eləcə də alğı-satqı müqavilələri ilə təsdiq olunur. Müqavilə məbləğlərinin ödənilmədiyini isə cavabdeh təkzib etməmiş, avtomobilləri mülkiyyətinə pulsuz keçirdiyini təsdiq etmiş və bununla da iddiaçını həmin faktı sübut etmək vəzifəsindən azad etmişdir. Məhkəmə mübahisəli avtomobillərinin cavabdehin vəsaiti hesabına alınması ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh avtomobillərin hərracdan onun vəsaiti hesabına alındığını, iddiaçının adına formal qeydiyyatdan keçdiyini göstərsə də, həmin halları təsdiq edən hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. Apellyasiya baxışı zamanı isə o, cəmi 10.000 manat pulu əvvəlcədən Cavabdeh1 verdiyini göstərmişdir. Halbuki, avtomobillərin alınması üçün daha çox vəsait xərclənmiş və sonradan müvafiq təmir işləri aparıldıqdan sonra satılmışdır. Göründüyü kimi, Cavabdeh2 avtomobillərə görə nə alğı-satqı vaxtı, nə də ondan əvvəl İddiaçı hər hansı məbləğ ödəməmişdir. Cavabdeh2 Cavabdeh1 pul verməsinə gəldikdə isə onun hazırkı iş üzrə İddiaçı aidiyyəti yoxdur. O, Cavabdeh1 verdiyi məbləği geri tələb etmək hüququnu özündə saxlayır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1319/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8120/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən eilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. İddiaçı ilə Cavabdeh1 arasında «Azfen» şirkətindən istifadə müddəti bitmiş maşınların alınaraq, təmir edildikdən sonra satışının həyata keçirilməsi ilə bağlı birgə fəaliyyət haqqında razılaşma olmuş və bu məqsədlə onlar 16 ədəd avtomaşın almışlar. Həmin maşınlardan 8 ədədi İddiaçı qalan 8 ədədi isə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixli müqavilələrlə iddiaçı eyni gündə beş avtomobili Cavabdeh2 satmışdır. Qeyd edilən hallarla yanaşı işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı həmin avtomobilləri Cavabdeh2 məhz Cavabdeh1 təklifi ilə satmışdır. Belə ki, iddiaçı bildirmişdir ki, avtomobillərə alıcı olan Cavabdeh2 ona Cavabdeh1 təqdim etmiş və o da sonuncunun təklifi ilə avtomobilləri pul almadan Cavabdeh2 adına keçirtmişdir. Alğı-satqı müqaviləsi bağlandığı günün axşamı ona məlum olmuşdur ki, Cavabdeh1 onu aldatmışdır. Cavabdeh bildirmişdir ki, 16 ədəd avtomobilin alınmasına görə xərclənən 61.500 manat pul vəsaiti onun tərəfindən ödənilmiş, məqsədləri bu avtomobilləri sataraq gəlir əldə etmək olmuşdur. Bu avtomobillər alındıqdan sonra iddiaçı və onun qardaşı ilə ikinci partiya avtomobil almaq qərarına gəlmiş və onlara yenidən bu məqsədlə 56.500 manat pul vermişdir. İkinci partiya avtomobilləri almaq üçün 56.500 manat pulları verdikdən sonra iddiaçı tərəfindən aldadıldığını başa düşərək əldə olunmuş şifahi razılaşmadan imtina etmiş və 16 ədəd avtomobilin alınmasına görə çəkilən xərcləri qaytarmaq üçün avtomobilləri əvəzsiz olaraq Cavabdeh2 adına keçirilməsini tələb etmişdir. İddiaçı könüllü olaraq 16 ədəd avtomobilin alınması ilə bağlı onun qarşısında olan öhdəliyi icra etmək üçün avtomobilləri pul tələb etmədən Cavabdeh2 adına keçirmişdir. Kassasiya instansiya məhkəməsi daha sonra qeyd etmişdir ki, iddiaçının göstərdiyi hallar Bakı şəhəri Yasamal RPİ-nin cinayət işinin rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarı və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təsdiq edilir. Cinayət işinin rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarla müəyyən edilir ki, iddiaçı mübahisə predmeti olan avtomobillərlə bağlı Cavabdeh2la alğı-satqı müqaviləsi bağlandıqdan dörd gün sonra yəni xx.xx.2019-cu ildə iddiaçı Cavabdeh1 56.500 borclu olduğunu və həmin məbləği 1 ay müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. Bundan başqa Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Sövdəyər oğlu və onun qardaşı X5 alğı-satqı müqavilələri bağladıqdan dörd gün sonra, yəni xx.xx.2019-cu ildə Cavabdeh1 56.500 manat borclu olduqları və həmin borcu xx.xx.2019-cu ilədək qaytaracaqları barədə qəbz vermişlər. İddiaçı bu məbləği şəxsi ehtiyacları üçün cavabdehdən aldığını göstərsə də Cavabdeh1 izahatından görünür ki, sonuncu bu məbləği iddiaçıya məhz ikinci partiya avtomobillərin alınması üçün vermişdir. Qərarda daha sonra qeyd edilir ki, iddiaçı bu məbləği geri qaytarmadığı üçün Cavabdeh1 Yasamal RPİ-yə müraciət etmiş və həmin orqanın cinayət işinin rədd edilməsi haqqında qərarının qəbul edildiyi vaxtda, yəni xx.xx.2019-cu ildə iddiaçı Cavabdeh1 borcundan 25.000 manat qaytarmaqla 31.500 manat borclu olduğunu etiraf etmişdir. Yəni avtomobillər satıldığı vaxt iddiaçının cavabdehə 56.500 manat borclu olduğu Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2019-cu il tarixli qətnaməsi ilə də təsbit edilir. İşin yuxarıda göstərilən hallarına istinad edərək kassasiya məhkəməsi mövqeyini belə formalaşdırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin qeyd edilən hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış və məhkəmə kollegiyası alğı-satqı müqavilələri bağlanan vaxt Cavabdeh1 onu aldatdığına, avtomobillərə görə pul ödəmədiyinə dair iddiaçının izahatını nəzərə almış, əslində isə iddiaçının pul almadan alğısatqı müqavilələri bağlamaqla 16 ədəd avtomobilin alınmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi ilə bağlı onun qarşısında yaranmış öhdəliklərin icra edilməsi ilə bağlı cavabdehin dəlillərini nəzərə almamış, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8120/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsini göstərilşlərinə uyğun olaraq qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli alğı-satqı müqavilələrinə əsasən avtomobillər Cavabdeh2 tərəfindən əldə edilmiş və sonuncu özünün də qeyd etdiyi kimi, müqavilə məbləğlərini təşkil edən 96000 manat pul vəsaitini nə alğı-satqı vaxtı, nə də ondan əvvəl İddiaçı ödəməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, kassasiya instansiya məhkəməsinin göstərişdən iddiaçının Cavabdeh1 31500 manat borclu olduğunu etiraf etdiyini və bu halın yoxlanılmalı olduğunu qeyd etmişdir. Bu hal təkrar apellyasiya icraatı zamanı iddiaçı da təsdiq etmişdir. Xüsusi olaraq nəzərə alınmalıdır ki, iddiaçının Cavabdeh1 qarşı iddiası təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh2 apellyasiya şikayəti əsasında yoxlanılmışdır. Yəni artıq cavabdeh R.Əhmədəova aid hissədə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Çünki apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, alğı-satqı müqavilələri rəsmiləşdirilərkən müqavilə məbləğlərinin iddiaçıya ödənilmədiyinin cavabdeh tərəfindən məhkəmə iclasında təsdiq edilməsi ilə müqavilələrdə həmin məbləğlərin satıcı tərəfindən alınmasına dair qeyd öz mötəbərliyini itirir. Belə ki, cavabdeh apellyasiya şikayətində müqavilədəki həmin qeydə istinad etsə də, birinci instansiya məhkəməsində izahat verərkən alğı-satqı vaxtı pul ödəmədiyini, avtomobilləri öz adına pulsuz keçirdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirərək avtomobilləri Cavabdeh2 mülkiyyətinə versə də, sonuncu həmin avtomobillərin dəyərini ödəməmiş və bununla da müqavilə öhdəliklərini lazımınca icra etməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.4, 445.1, 445.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Həmin qətnamədən Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5518/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2(103)- 4358/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini pozaraq, kassasiya məhkəməsi tərəfindən əvvəlki qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam araşdırılması, məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilməli olmasına dair göstərişləri tam və lazımınca yerinə yetirilməmişdir. Kassasiya məhkəməsinin əvvəlki icraatında qeyd edildiyi kimi, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Sövdəyər oğlu və onun qardaşı X5 alğı-satqı müqavilələri bağladıqdan dörd gün sonra, yəni xx.xx.2019-cu ildə Cavabdeh1 56.500 manat borclu olduqları və həmin borcu xx.xx.2019-cu ilədək qaytaracaqları barədə qəbz vermişlər. İddiaçı bu məbləği şəxsi ehtiyacları üçün cavabdehdən aldığını göstərsə də Cavabdeh1 izahatından görünür ki, sonuncu bu məbləği iddiaçıya məhz ikinci partiya avtomobillərin alınması üçün vermişdir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı bu məbləği geri qaytarmadığı üçün Cavabdeh1 Yasamal RPİ-nə müraciət etmiş və həmin orqanın cinayət işinin rədd edilməsi haqqında qərarının qəbul edildiyi vaxtda, yəni xx.xx.2019-cu ildə iddiaçı Cavabdeh1 borcundan 25.000 manat qaytarmaqla 31.500 manat borclu olduğunu etiraf etmişdir. Göründüyü kimi, avtomobillər satıldığı vaxt iddiaçının cavabdehə 56.500 manat borclu olduğu Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2019-cu il tarixli qətnaməsi ilə də təsbit edilir. Kassasiya instansiyası məhkəməsi həmin halların məcmusu olaraq qeyd etmişdir ki, alğı-satqı müqavilələri bağlanan vaxt Cavabdeh1 onu aldatdığına, avtomobillərə görə pul ödəmədiyinə dair iddiaçının izahatını nəzərə almış, əslində isə iddiaçının pul almadan alğı-satqı müqavilələri bağlamaqla 16 ədəd avtomobilin alınmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi ilə bağlı onun qarşısında yaranmış öhdəliklərin icra edilməsi ilə bağlı cavabdehin dəlillərini nəzərə almamışdır. Hazırki mübahisə üzrə işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, nəqliyyat vasitələri iddiaçının adına qeydiyyatdan keçmiş, iddiaçı məhz cavabdehlərdən biri olan Cavabdeh1 təkidi ilə nəqliyyat vasitələrini digər Cavabdeh2 satmış, iddiaçı göstərir ki, məhz Cavabdeh1 tərəfindən aldadılmış və müvafiq olaraq iddia tələbini cavabdehlərə yönəltmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin göstərişlərinin icrası ilə bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, yalnız Cavabdeh1 qarşı iddia tələbinin təmin olunmaması, Cavabdeh2 alğı-satqı dəyərinin ödəmədiyinə dair izahatına istinad etmişdir. Halbuki, kassasiya instansiyası məhkəməsinin göstərişlərindən birinin məhz «iddiaçının pul almadan alğı-satqı müqavilələri bağlamaqla 16 ədəd avtomobilin alınmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi ilə bağlı onun qarşısında yaranmış öhdəliklərin icra edilməsi ilə bağlı cavabdehin dəlillərinə» qiymət verilməsi ilə bağlı olmuşdur. Lakin apellyasiya məhkəməsi təkrar baxışda işdə olan sübutları sadalasa da, Mülki Prosessual Məcəllənin 218.1 və 420-ci maddələrinin tələblərini pozaraq qeyd olunan sübutlar əsasında iş üçün əhəmiyyətli olan istinad edilən və digər halları müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki hazırki icraat Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh1 və onun nümayəndəsi-vəkili Vəkil3 ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil1 ayrıayrılıqda apellyasiya şikayətinin dəlillərini etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdirlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin (üçüncü baxış) mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi rədd edilməli, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Hazırki işin mübahisəsiz halları aşağıdakılardan ibarətdir: - xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqavilələrinə əsasən İddiaçı Cavabdeh2 **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobili 18.000 manata, **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobili 18.000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20.000 manata, **- LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20.000 manata və **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20.000 manata satmışdır. - Hazırki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2 Razim oğluna və Cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi və avtomobillərin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, apellyasiya məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Hazırda iddiaçı göstərilən müqavilələrə istinad etməklə, avtomobillərə görə ödənilməli olan 96000 manat, iki il müddətinə ödənilməyən məbləğə illik beş faizlə hesablanmış 9600 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 105910 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsasları ondan ibarət olmuşdur ki, cavabdehlər qabaqcadan əlbir olub, onu aldadaraq mülkiyyətində olan avtomobillərə dair alğı-satqı müqavilələrinin bağlanmasına nail olmuş, beləliklə də müqavilələrə görə hər hansı pul məbləğini ödəməməklə öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri və kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında yenidən yoxlayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Sövdəyər oğlu və onun qardaşı X5 avtomobillərə dair alğı-satqı müqavilələri bağladıqdan dörd gün sonra, yəni xx.xx.2019-cu ildə Cavabdeh1 56.500 manat borclu olduqları və həmin borcu xx.xx.2019-cu ilədək qaytaracaqları barədə qəbz vermişlər. İddiaçı bu məbləği şəxsi ehtiyacları üçün cavabdehdən aldığını göstərsə də Cavabdeh1 izahatından görünür ki, sonuncu bu məbləği iddiaçıya məhz avtomobillərin alınması üçün vermişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Cavabdeh1 qarşı iddiası təmin edilməməsinə və birinci instansiya məhkəməsi Cavabdeh1 tərəfindən mübahisələndirilməsə də ona münasibətdə işin müəyyən edilmiş halları iş üçün əhəmiyyət kəsb edir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı borclu olduğu məbləği geri qaytarmadığı üçün Cavabdeh1 Yasamal RPİ-yə müraciət etmiş və həmin orqanın cinayət işinin rədd edilməsi haqqında qərarının qəbul edildiyi vaxtda, yəni xx.xx.2019-cu ildə iddiaçı Cavabdeh1 borcundan 25.000 manat qaytarmaqla 31.500 manat borclu olduğunu etiraf etmişdir. Göründüyü kimi, avtomobillər satıldığı vaxt iddiaçının cavabdehə 56.500 manat borclu olduğu Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2019cu il tarixli qətnaməsi və Cavabdeh1 Yasamal RPİ-yə müraciəti əsasında həmin orqanın cinayət işinin rədd edilməsi haqqında qərarının məzmunu ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqavilələrinə əsasən cavabdehin iddiaçı qarşısında pulun ödənilməsi ilə bağlı hər hansı bir öhdəliyi olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş halları nəzərə almamış və həmin qətnamənin hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etməsinə də düzgün hüquqi qiymət verməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqavilələrinə əsasən cavabdehin iddiaçı qarşısında pulun ödənilməsi ilə bağlı hər hansı bir öhdəliyi olmadığından iddiaçının müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, Cavabdeh2 hərəkətlərinin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli olmasına dair birinci instansiyası məhkəməsi yanlış nəticəyə gəlmişdir.. Məhkəmə kollegiya həmçinin qeyd edir ki, işin hallarına əsasən avtomobillər Cavabdeh2 tərəfindən əldə edilərək və o özünün də qeyd etdiyi kimi, müqavilə məbləğlərini təşkil edən 96000 manat pul vəsaitini nə alğı-satqı vaxtı, nə də ondan əvvəl İddiaçı ödəməməsi faktının olması iddianın əsaslı olmasına dəlalət etmir və alğı-satqı müqavilələri rəsmiləşdirilərkən müqavilə məbləğlərinin iddiaçıya ödənilmədiyini cavabdeh tərəfindən məhkəmə iclasında təsdiq edilməsi ilə müqavilələrdə həmin məbləğlərin satıcı tərəfindən alınmasına dair qeydi öz mötəbərliyini itirmir. Belə ki, həmin müqavilələrin 2-ci bəndinin də məzmunundan görünür ki, nəqliyyat vasitələri 20.000 (20.000, 20.000, 18.000, 18.000) manata satılıb və “bu məbləği satıcı “alıcı”dan alıb” qeydi vardır. Əvvəlki iş üzrə icraat aparılan zaman şahid qismində dindirilmiş X7, X2, X3, X10, X11 və X8 öz ifadələrində maşınların məhz Ramazana aid olduğunu təsdiqləmişlər. Onlar mübahisəli avtomobillərin dəyərinin əvvəlcədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verildiyini ifadələrində göstərmişlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddia tələbinin əsasları öz təsdiqini tapmadığından apellyasiya şikayəti təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməklə həmin hissədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3003/21 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul” tələbinə dair iddiası həmin hissədə də təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Xumar Mərdanova Hakimlər imzalar: Elnur Həsənov Sabit Bəhrəmzadə
Əsli ilə düzdür. Hakim: Xumar Mərdanova