Məhkəmə qərarları › İş №2(103)-1707/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1707/2022

31.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1707/2022 31.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 İsmail oğluna, Cavabdeh9, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 qarşı “fərdi yaşayış evindən çıxarılma, istifadə hüququnun itirilməsi və boşaldılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9272/2021 saylı işi üzrə 15.12.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh7 yetkinlik yaşına çatmayan övladları X2, X3 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 4, 48 saylı fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin tamamilə boşaldılması, mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi və Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh1, Cavabdeh7 yetkinlik yaşına çatmayan övladları X5, X3 ilə birlikdə və Cavabdeh3 yetkinlik yaşına çatmayan övladı X4 fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9272/2021 saylı 15.12.2021-ci il tarixli qərardadında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3, 59.4-cü maddələrinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6-cı maddələrinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 İsmail oğluna, Cavabdeh9, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 qarşı “fərdi yaşayış evindən çıxarılma, istifadə hüququnun itirilməsi və boşaldılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9272/2021 15.12.2021-ci il tarixli qərardadının ləğv edilməsi xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtinanı “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. Halbuki “kredit borcunun tutulması tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması” barədə iddia tələbi üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3001/2021 saylı, 23.04.2012-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minməsindən sonra “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsi yeni dəyişikliklə “İpoteka haqqında” Qanuna əlavə edilmişdir. Bu səbəbdən də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3001/2021 saylı, 23.04.2021-ci il tarixli qətnaməsində “kredit borcunun tutulması tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması” barədə iddia tələbinə baxan zaman ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqdan sonra ipoteka predmetinin boşaldılması hissəsinin “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə uyğun olaraq icra ediləcəyinə dair qeydi olmamışdır; hesab edilmişdir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsindən imtina barədə qərardada qeyd etdiyi hüquqi mövqeyi “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətiniaradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir; Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir; həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdətutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər; həmin Məcəllənin 7.3.-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Bu baxımdan birinci instansiyası məhkəməsi Bankın “fərdi yaşayış evindən çıxarılma, istifadə hüququnun itirilməsi və boşaldılma” barədə iddia tələbinə dair “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsini hazırki mübahisəyə tətbiq etməklə maddi və prossesual hüququ normalarının tələblərini pozmuşdur; ipoteka predmetinin hərracdan satın alınmasına əsas olan ilkin icra sənədi əsasında Binəqədi rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında 02.03.2016-cı il tarixli qərar qəbul edilərək icra sənədi üzrə icraata başlanılmış və icra vərəqəsində qeyd edilən icra hərəkətləri icra məmuru tərəfindən tam icra edilmişdir. Daha sonra bank mülkiyyətində olan daşınmaz əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə icra şöbəsinə rəsmi müraciətlər ünvanlayaraq tələb etsədə, bugünədək icra şöbəsi daşınmaz əmlakı boşaldaraq mülkiyyətçi banka təhvil verməmişdir. Boşaltmanı icra etməməsinə əsas kimi isə icra vərəqəsində ipoteka premetinin boşaldılması kimi bir qeydin olmamasını əsas gətirmişdir; məhkəməyə ünvanlanmış iddia ərizəsində boşaldılmasını tələb etdikləri daşınmaz əmlakın hərracın yekunlarına dair alqı satqı müqaviləsi əsasında bank tərəfindən satın alındığını birinci instansiya məhkəməsi bildiyi halda iddia ərizəsinin icraata qəbul edərək məhkəmə araşdırması aparmadan prossesual pozuntuya yol verərək iddia ərizəsinin icraata qəbul edilməsindən imtinaya dair qərardad qəbul etmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləninn 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadəetmək və ona dair sərəncamvermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9272/2021 saylı 29.12.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 149, “İpoteka haqqında” Qanunun 59, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 149-153, 385.2, 387.1, 395- 397 -ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, icra sənədi üzrə qərarın hazırki hallara dair nəticəsiz qalması, qanunvericiliyin zamana görə tətbiqi mümkünlüyünün müzakirə edilməməsi və mübahisənin məhkəmədən kənar həllinin mümkünsüz olması formal baxımdan tələbin mahiyyəti üzrə əsassız olaraq baxılmaması qənaətini formalaşdırır, tərəflərin hüquqlarının pozuntusuna, habelə hüquqdan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradır. Qeyd edilən xüsusatlar baxımından iddianın mümkünlüyü birinci instansiya məhkəməsində yenidən (zərurət yarandığı təqdirdə çəkişmə şəraitində) müzakirə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9272/2021 saylı işi üzrə 15.12.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar