Məhkəmə qərarları › İş №2(103)-1707/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1707/2025

18.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1707/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(002)-3189/2024 saylı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 02 dekabr 2024-cü il tarixli qərardaddan Cavabdeh2 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı irəli sürdüyü “əmlak tələbi barədə” iddiasına baxmış Qaradağ Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin olunmasını qət etmişdir Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. O, eyni zamanda ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasını xahiş etmişdir. “Prosessual müddətin bərpası barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla ərizənin təmin edilməməsini, apellyasiya şikayətinin geri qaytarılmasını qərara almışdır. Cavabdeh2 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini, “prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini və qətnamədən verdiyi apellyasiya şikayətinin qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxılmasının yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən Cavabdeh2 rəsmi qaydada məlumat verilməmişdir. Belə ki, o, qeydiyyatda olan ünvanda deyil, başqa ünvanda qeydiyyatsız yaşayır. Məhkəmə bildirişləri isə Cavabdeh2 qeydiyyatda olduğu ünvana göndərilmişdir. Sonradan, yəni xx.xx.2022-ci il tarixdə Cavabdeh2 həbs olunmuş və cəzasını çəkib qurtardıqdan sonra, yəni xx.xx.2024cü il tarixdə İcra Şöbəsinə çağırılmış və orada həmin qətnamədən xəbər tutmuşdur. Lakin “prosessual müddətin bərpası barədə” ərizəyə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsi və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında (səhvə 72-də) olan sifarişli xəbərnamədən görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1812/2021 saylı qətnaməsi xx.xx.2021-ci il tarixdə Cavabdeh2 qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş və xx.xx.2021-ci il tarixdə isə həmin məhkəmə aktı Cavabdeh2 tərəfindən, poçt bildirişinə şəxsən imza etməklə qəbul edilmişdir. Həmçinin mülki işin 41-ci səhifəsində olan sifarişli xəbərnamədən görünür ki, Cavabdeh2 məhkəmə baxışı iclasının yeri və vaxtı barədə bildiriş göndərilmiş və o, bildirişə şəxsən imza etməklə bildirişi qəbul etmişdir. Göstərilənləri nəzərə almış Rayon Məhkəmə qeyd edilən bildirişlərdəki imzaların Cavabdeh2 tərəfindən icra edilib-edilməməsini yoxlamaq üçün iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli, 4/1610 saylı rəyində qeyd edilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin icraatında olmuş 2(002)-1812/2021 saylı mülki işin 41-ci vərəqində olan xx.xx.2021-ci il tarixli və 72-ci səhifədə olan xx.xx.2021-ci il tarixli xəbərnamələrdə “şəxsən” qrafalarındakı imzalar- Cavabdeh2 tərəfindən icra olunmuşdur. Rəyi nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 tərəfindən verilmiş “prosessual müddətin bərpası barədə” ərizədə göstərilənlər öz təsdiqini tapmır və buna görə də ərizə təmin edilməmlidir. Bundan başqa Rayon Məhkəməsi bir sıra məsələlərə aydınlıq gətirərək qeyd etmişdir ki, yuxarıda qeyd edilən qətnamə əsasında verilmiş “icra vərəqəsinin” icranın uzanması məsələsi icra məmurunun səhvi olmuşdur. Belə ki, Cavabdeh2 adlı başqa bir şəxs də olmuş, o isə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İcra məmuru da elə hesab etmişdir ki, hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh2 həmin azadlıqdan məhrumetmə cəzasına məhkum olan şəxsdir. Ona görə də icra tədbirlərini davam etdirməmişdir. Hazırkı iş üzrə cavabdeh olan Cavabdeh2 barəsində də hökm olmuş, lakin onun cəzası azadlığın məhdudlaşdırılması cəzası olmuşdur. Rayon Məhkəməsinin qeyd etdiyi halların iş materialları ilə təsdiq olunduğunu nəzərə alan Məhkəmə bildirir ki, Cavabdeh2 apellyasiya şikayətinin müəyyən edilmiş müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilmədiyi üçün müddətin buraxılması Məhkəmə tərəfindən üzrlü hesab edilə bilməz. Şikayətin dəlilləri əsassızdır. MPM-nin tələblərinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1.). Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.). Beləliklə də qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi Cavabdeh2 tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəni təmin etməməkdə, onun tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması barədə qərardad qəbul etməkdə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayət əsassızdır. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh2 şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 02 dekabr 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar