Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1712/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X9 hüquqi varisi X12 qarşı mülki iş üzrə (Açar sözlər: ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X21 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X9 hüquqi varisi X12 qarşı "ilkin alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, mənzilin (otağın) boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3183/2024 saylı 12 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdeh X15 digər şəxslərlə yanaşı ünvan 1 ünvanında qeydiyyatdadırlar.
2. X15 (Satıcı) ilə Cavabdeh2 Vaqif qızı (Alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən bu müqavilənin predmeti- Bakı şəhəri, Yasamal rayonu, 9-cu Vıyezdnoy, ev 14 ünvanında yerləşən, mətbəx 5,64 kv.m, s/q 3,25 kv.m və zal 16,29 kv.m olan 1 otaqlı (ü/s 25,18 kv.m olan) fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləridir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin predmeti olan əmlakın qiyməti 20.000 manat məbləğində müəyyən olunmuşdur.
3. Cavabdeh2 Vaqif qızı (Satıcı) ilə Cavabdeh1 (Alıcı) arasında bağlanmış xx.xx.2021ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən bu müqavilənin predmeti- Bakı şəhəri, Yasamal rayonu, 9-cu Vıyezdnoy, ev 14 ünvanında yerləşənümumi sahəsi 20,38 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləridir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin predmeti olan əmlakın qiyməti 19.000 manat məbləğində müəyyən olunmuşdur.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1038/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X12 qarşı cavabdehin ona aid qanunsuz zəbt etdiyi Bakı şəhəri, Yasamal rayonu, 9-cu Vıyezdnoy, ev 14 ünvanında yerləşən təxmini 25 kv.m. sahəsi olan 1 otaqlı mənzildən özünə aid əşyalarla birlikdə çıxarılması və həmin otağın ona təhvil verilməsi tələbinə dair iddiası rədd edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4328/2022 nömrəli işüzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-311/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2939/2023 nömrəli işüzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, cavabdeh X9 Bakı şəhəri, Yasamal rayonu, 9-cu Vıyezdnoy, ev 14 ünvanında yerləşən təxmini 25 kv.m. sahəsi olan otaqdan əşyaları ilə birlikdə çıxarılması və həmin otağın İddiaçı təhvil verilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X9 Cavabdeh2 Vaqif qızı və Cavabdeh2 Vaqif qızının Cavabdeh1 ilə bağladıqları müvafiq olaraq xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə təsdiq olunan və baxış keçirməklə yerləşdiyi yeri müəyyən edilmiş Bakı şəhəri, Yasamal rayonu, 9-cu Vıyezdnoy, ev 14 ünvanında ümumi girişi olan həyətin sonunda yerləşən və ayrı girişi olan təxminən 25 kvadratmetr sahəsi olan mənzilin (otaq) boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, X16 xx.xx.2003-cü il tarixdə yazdığı və iltizam adlandırılan notarial təsdiqi əlyazısında göstərmişdir ki, o, İddiaçı 2700 ABŞ dolları alaraq əvəzində sonuncuya Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 9-cu Vıyezdnoy, ev 14 ünvanında olan 1 otaqlı evi satmışdır. İddiaçı xx.xx.2003-cü il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 9-cu Vıyezdnoy, ev 14 ünvanında pasport qeydiyyatındadır və 2015-ci ilin sonların qədər həmin evdə yaşamışdır. Bütün kommunal sayğaclar öz adına olmuş və kommunal xərcləri də ödəmişdir. Lakin, xəstəliyi və evin şəraitsizliyi səbəbi ilə sonradan həmin evdə yaşamağı mümkün olmamış və qızı ilə birlikdə yaşamaq üçün bacısının evinə köçmüşdür. İddiaçı vaxtaşırı öz evini yoxlamaq üçün gedibgəldiyi vaxtların birində, 21 fevral 2021-ci il tarixdə bacısı ilə birlikdə evin qapısının söküldüyü və başqa qapı qoyulduğunu görüb. Evin əvvəlki sahibi X10 oğlu Cavabdeh3 ona bu evin özünə məxsus olduğunu bildirərək, onu evinə buraxmayıb. Analoji hal bacısı X3 da başına gəlib. Belə ki, bacısı X10 qaynı X6 2300 ABŞ Dolları müqabilində notarial iltizam yolu ilə mənzil satın-almış və illər sonra öz evinə girməsi Cavabdeh3 tərəfindən maneələr yaradılaraq mümkünsüz hala gətirilmişdir. Cavabdeh3 ünvan 2 ünvanında pasport qeydiyyatındadır. Lakin əvvəllər də həmin mənzildə yaşamamışdır. Onun evi İddiaçı məxsus olan evin yanında yerləşir. O, Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz olaraq zəbt etdiyi və ona özünə aid olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 9-cu Vıyezdnoy, ev 14 ünvanında olan 1 otaqlı mənzildən əşyaları ilə birlikdə çıxarılması və həmin otağın ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli qətnamə ilə iddia təmin edilməmiş və iddiaçının həmin mənzilə mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınmaması və naturada bölgü aparılmadığı səbəbi ilə rədd edilmişdir. Oxşar əsaslarla eyni şəxsdən, eyni notarial qaydada ev almış, iddiaçı X3 iddiası isə təmin edilmişdir. Qətnamədən tərəfindən şikayət verilərək mübahisə mənzilin ümumiyyətlə DƏDRX-də qeydiyyatda olmadığını və bu səbəbdən də mülkiyyət hüquqlarının qeydə alınmasının mümkünsüz olduğunu, həmin mənzilə sahiblik, istifadə hüququ olan şəxs olduğunu və mübahisəli yaşayış sahəsinin eyni ünvanda ayrı giriş qapısı olan bir otaq olduğu üçün də naturada bölgüyə ehtiyac olmadığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya instansiyası məhkəməsi işə baxan aşağı instansiya məhkəmələrinin iddianı rədd edərkən mübahisəyə aidiyyəti olmayan maddi hüquq normalarına istinad etdiklərini, iddia tələbinin hüquqi əsasının, müvafiq olaraq onun subyektiv hüququnun olmaması kimi işin hallarına uyğun olmadığı qənaətinə gəlmələrinin əsassız olduğu mövqeyini bildirmişdir. Bundan başqa, mübahisəli mənzilin həyətin hansı hissəsində yerləşməsi və otağın neçə kvadrat metr sahədən ibarət olması faktını müəyyən etmək üçün məhkəmə tərəfindən yerində baxış keçirtməklə həqiqətə nail olmağın mümkünlüyünü qeyd edərək, bildirilmişdir ki, məhkəmələr onun bu hüquqlarının həyata keçirilməsinə köməklik göstərməmişdir. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunaraq işə yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı, kassasiya məhkəməsinin qərarındakı göstərişə uyğun olaraq məhkəmə kollegiyası mübahisəli mənzilə baxış keçirtmiş və baxış zamanı müəyyən olunmuşdur ki, həmin mənzil ayrı girişi olan bir otaqdır və müxtəlif şəxslərin yaşadığı, ümumi girişi olan həyətin sonunda yerləşir. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi dövlət reystrində qeydiyyatdan keçməyən, hüquqi statusu etibari ilə özbaşına tikili hesab edilən evlə bağlı olsa da, həmin tikiliyə öz əmlakı qismində sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunmaq hüququ vardır. Əlavə olaraq, mübahisəli mənzil Cavabdeh3 anası X1 olmuş və 2003-cü ildə 2700 ABŞ Dolları müqabilində notarial qaydada iltizam əsasında sahiblik hüququ ona verilmişdir və cavabdehin həmin mənzilə dair hər-hansı hüququ müəyyən edilməmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2939/2023 nömrəli qətnaməsinə əsasən onun Cavabdeh3 qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 1038/2022 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbuledilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2939/2023 nömrəli Qətnaməsi qanuni qüvvəyə minmiş və qətnamə icrta edilməsi üçün Yasamal Rayon İcra şöbəsinə göndərilmiş, Yasamal rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədi üzrə icraata başlanılmışdır. Lakin, adı sonradan məlum olan X14 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2939/2023 nömrəli qətnaməsindən, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs qismində cəlb edilməsinə dair ərizə ilə Ali Məhkəməyə müraciət etmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-1165/2024 nömrəli Qərardadı ilə ərizəçinin ərizəsi təmin edilməmişdir. Kassasiya instansiyası məhkəməsi mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2939/2023 nömrəli qətnaməsində Cavabdeh1 adı keçmir, onunla bağlı hər hansı əmlak mübahisəsi həll edilmir və üzərinə vəzifə qoyulmur. Odur ki, qətnamə və qətnamə əsasında verilmiş icra sənədi ona münasibətdə məcburiliyə malik deyil. Bu əsasdan ərizəçinin cəlb olunma ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 2939/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh3 ünvan 2 ünvanında yerləşən, təxminən 25 kvadratmetr sahəsi olan 1 otaqlı mənzildən əşyaları ilə birlikdə çıxarılması və həmin otağın İddiaçı təhvil verilməsi qət edilmişdir. Lakin, sonradan, cavabdehin maraqlarına toxunulan şəxs qismində ərizə verdiyi vaxt məlum olmuşdur ki, əslində sözügedən mübahisəli mənzil xx.xx.2020-ci il tarixdə dırnaqarası“alqı-satqı müqaviləsi” əsasında Cavabdeh3 tərəfindən Cavabdeh2, xx.xx.2021-ci il tarixdə isə yenidən etibarsız “alqı-satq ımüqaviləsi” ilə Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmışdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Yasamal rayon Məhkəməsinə ünvanladığı məktubdan da aydın olduğu kimi mübahisəli evin ümumiyyətlə dövlət reystrində qeydiyyatı aşkar edilmir. Dövlət reyestrində qeydiyyata alınmamış əmlaka dair alqı-satqı müqaviləsinin bağlanması isə qanunun tələbinə ziddir və bağlandığı andan etibarsızdır. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2939/2023 nömrəli qətnaməsi üzrə Apellyasiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 9-cu Vıyezdnoy, ev 14 ünvanında yerləşən mənzilə sahiblik hüququnun ona məxsusdur. X9 həmin mübahisəli mənzilə dair hər hansı bir hüququnun olduğu müəyyən edilmir. Daxili İşlər Nazirliyinin ******* nömrəli arayışından da göründüyü kimi onun sahibi olduğu ünvan 4 ünvanında qeydiyyatda olanlar arasında nə Cavabdeh2, nə də, Cavabdeh1 adı yoxdur. Təqdim edilmiş sübutlardan və Apellyasiya Məhkəməsinin mövqeyindən bəlli olur ki, xx.xx.2003-cü il tarixdə X10 notarial qaydada yazdığı və iltizam adlandırılan notarial təsdiqi əlyazısında göstərdiyi qaydada 2700 ABŞ dolları alaraq mübahisəli mənzili ona satdığı işin mübahisəsiz halıdır. Təkrar apellyasiya baxışı zamanı, kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişə uyğun olaraq məhkəmə kollegiyası mübahisəli mənzilə baxış keçirtmiş və baxış zamanı müəyyən olunmuşdur ki, həmin mənzilayrı girişi olan bir otaqdır və müxtəlif şəxslərin yaşadığı, ümumi girişi olan həyətin sonunda yerləşir. Bununla da mübahisəli evin faktiki olaraq yerləşdiyi yer və sahəsi barədə mübahisələr aradan qalxmışdır. Mübahisəli evin yerləşdiyi ərazidə heç bir evin çıxarışı yoxdur və dövlət reystrində qeydiyyatı yoxdur. Həmin ərazidə alqı-satqı müqaviləsiz qaydada, notariat qaydasında iltizam əsasında həyata keçirilir. Həmin mənzilin ona satılması, mənzilin ona məxsus olaraq həmin mənzilə köçürülməsinin zəruri olması və X9 isə ümumiyyətlə həmin mənzilə hər hansı bir hüququnun olmaması öz təsdiqini tapmışdır. Mənzilin sonrada qeyri-qanuni yolla tanımadığı iki nəfərə satılması ilə bağlı məlumatı olmayıb. X9 mübahisəli mənzilə dair hər-hansı hüquq təsdiqedici sənədlərinin olmaması və qanunvericiliyin tələbinə əsasən dövlət reystrində qeydə alınmamış daşınmaz əmlaka dair notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması qanunsuzdur və həmin əqdlər etibarsızdır.
10. Mübahisəli əmlaka yerli baxış prosessual hərəkətinin keçirilməsi barədə protokol əlavə edilmişdir. Protokola əsasən müəyyən edilmişdir ki, mübahisəli əmlak Bakı şəhəri, Yasamal rayonu, 9-cu Vıyezdnoy, ev 14 ünvanında ümumi girişi olan həyətin sonunda yerləşən və ayrı girişi olan təxminən 25 kvadratmetr sahəsi olan mənzildir (ən sonda, girişdən sol əl istiqamətində küncə doğru yerləşən tək otaq).
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3183/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2939/2023 nömrəli qətnaməsində müəyyən edilmiş xüsusatları və həmin mülki iş üzrə həyata keçirilmiş yerli baxış prosessual hərəkəti əsasında tərtib edilmiş protokolu preyudisiallıq baxımından əsas götürülməlidir. Belə ki, dövlətin adından qərar qəbul edən orqan olaraq eyni məsələyə dair 2 (iki) müxtəlif əks mövqe müəyyən etmək yolverilməzdir. Əks halda, həmin qərarlardan ikisindən birinin icrası mümkünsüz olacaqdır ki, bu da dövlətin, məhkəmə hakimiyyətinin nüfuzuna zərərdir, “hüquqi müəyyənlik” prinsipinə ziddir. Nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 2939/2023 nömrəli qətnaməsi kifayət qədər əsaslı, qanuni, ədalətli qərardır.
13. Cavabdehlər X9 Cavabdeh2 Vaqif qızı və Cavabdeh2 Vaqif qızının Cavabdeh1 ilə bağladıqları müvafiq olaraq xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqavilələri notarial qaydada təsdiq edilmədiyindən forma şərtinə cavab verməməklə etibarsız hesab edilməlidir.
14. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf müvafiq otağın 2020-ci il tarixdə onun tərəfindən tikildiyini bildirsə də, məhkəmə həmin dövrün pandemiya dövrü (tətbiq edilmiş məhdudiyyətlər baxımından) olduğunu nəzərə alır. Həmçinin, o da nəzərə alınır ki, apellyasiya instansiyası məhkəməsinin müvafiq qətnaməsi məhz 2023-cü ilin iyun ayında, yəni, hazırki mübahisə üzrə iddia ərizəsi məhkəməyə daxil olduqdan cəmi bir neçə ay əvvəl qəbul edilmiş, hətta həmin otağa, həyətə yerli baxış keçirilmiş, cavabdeh Cavid Hüseynov da həmin mülki işdən məlumatlı olmuşdur. Cavid Hüseynovun bu barədə mənzili satdığı hazırki iddia tələbi üzrə digər cavabdehlərə məlumat vermək imkanı olmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 144.1, 157.2, 157.4, 157.8, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 560.1, 560.2 və 1091-ci maddələrinə; Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3183/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə edilən mənzil dövlət reystrində qeydiyyatdan keçməyən, hüquqi statusu etibarı ilə özbaşına tikili hesab edilən ev olsa da, həmin tikiliyə öz əmlakı qismində sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunmaq hüququ vardır. Onun notarial qaydada təsdiq edilmiş ilkin alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi həmin tikili üzərində hüquqları yaranır və eyni məzmunlu notarial ilkin alqı-satqı müqaviləsi ilə də Cavabdeh1 satılmışdır. Bu işin mübahisəsiz halıdır və qətnamə hər iki şəxsin konstitusion hüququnu pozur və qanunsuz olaraq mənzildən məhrum edilir. Cavabdeh3 və onun arasında bağlanmış, həmçinin onun və Cavabdeh1 arasında bağlanmış ilkin alqı-satqı müqavilələri notarial qaydada bağlandığından və qanunvericiliyin tələblərinə uyğun gəldiyindən etibarsız əqd hesab edilə bilməz. Məhkəmə öz qətnaməsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2939/2023 nömrəli qətnaməsinə istinad edib. Ancaq həmin qətnamədə mübahisələndirilən evin – iddiaçının 2003-cü ildə aldığı evin onun 2020-ci ildə tikdiyi mənzillə eyni olmasını təsdiq edən heç bir xüsusat yoxdur və ümumiyyətlə həmin qətnamədə onun adı keçmir. Həmin məhkəmənin keçirdiyi yerli baxışda da bu iş üzrə mübahisəli mənzil ilə eyni olmasını təsdiq edən heç bir fakt yoxdur. İddiaçı tərəf Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2939/2023 nömrəli qətnaməsinə əsasən ona verilməli olan mənzilin məhz onun 2020-ci ildə tikdiyi mənzil olduğu barədə heç bir sübut təqdim edə bilmir.
18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3183/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qətnaməsindən həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2939/2023 nömrəli qətnaməsində müəyyən edilmiş xüsusatları və həmin mülki iş üzrə həyata keçirilmiş yerli baxış prosessual hərəkəti əsasında tərtib edilmiş protokolu preyudisiallıq baxımından əsas götürür. Məhkəmə nəzərə alır ki, dövlətin adından qərar qəbul edən orqan olaraq eyni məsələyə dair 2 (iki) müxtəlif əks mövqe müəyyən etmək yolverilməzdir. Əks halda, həmin qərarlardan ikisindən birinin icrası mümkünsüz olacaqdır ki, bu da dövlətin, məhkəmə hakimiyyətinin nüfuzuna zərərdir, “hüquqi müəyyənlik” prinsipinə ziddir (səhifə 6, abzas 3). Göründüyü kimi birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2939/2023 nömrəli qətnaməsinin hazırki iş üzrə preyudisial əhəmiyyət daşıdığına istinad edir. Qeyd edir ki, məhkəmə burada səhv nəticəyə gəlmişdir. Çünki Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2939/2023 nömrəli qətnaməsi üzrə işə baxılarkən, o, hazırki iş üzrə cavabdeh tərəf qismində iştirak etməmişdir. Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Hazırki işdə istinad olunan mülki iş üzrə mübahisə hazırki işdəki mübahisədən fərqli tərəflərin arasında və başqa predmet barəsində olmuşdur. Bu baxımdan hesab edir ki, iddiaçının istinad etdiyi mülki iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 2939/2023 nömrəli qətnamənin hazırki işdə preyudisiallığından söhbət gedə bilməz. Çünki hazırki işdə keçən Cavabdeh1 həmin işdə tərəf kimi keçmir. Hətta hazırda qüvvədə olan Ali Məhkəmənin 2(102)-1165/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının 17-ci bəndində qeyd edilir ki, qanunvericiliklə (§11,12) məhkəmələrin qanuni qüvvəyə minmiş qərarlarının bütün şəxslər üçün məcburi və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalı olduğu, habelə, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar və şəxslər üçün məcburi olduğu, eləcə də, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı təsbit edilsə də, qeyd olunan tələblər Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2939/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası məqsədilə başlanmış icra icraatında ərizəçi Cavabdeh1 münasibətdə tətbiq edilə bilməz. Belə ki, ərizəçi həmin icraatda borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətləri etməli olan, yaxud etməkdən çəkinməli olan şəxs sayılmır, o, borclu Cavabdeh3 vərəsəsi yaxud hüquq varisi də deyil. Odur ki, ərizəçi Cavabdeh1 2(103)-2939/2023 nömrəli mülki iş üzrə verilmiş icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda borclu qismində “İcra haqqında” Qanunla nəzərdə tutulan məsuliyyət tədbirlərinə də cəlb oluna bilməz. Daha sonra 18-ci bənddə qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2939/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizəçi Cavabdeh1 ilə bağlı hər hansı əmlak mübahisəsi həll edilmədiyi, sonuncunun üzərinə heç bir vəzifə qoyulmadığı üçün, sözügedən qətnamə, o cümlədən həmin qətnamə əsasında verilmiş icra sənədi ərizəçiyə münasibətdə məcburiliyə malik deyil, xx.xx.2023-cü il tarixli qətnamə ərizəçinin maraqlarına toxunmadığı üçün onun bu barədə ərizəsi təmin olunmamalıdır. Odur ki, birinci instansiya məhkəməsinin preyudisiallıq baxımından mövqeyi tamamilə absurddur. Bundan başqa, məhkəmə qətnaməsində qeyd edilir ki, cavabdehlər X9 Cavabdeh2 Vaqif qızı və Cavabdeh2 Vaqif qızının onunla bağladıqları müvafiq olaraq xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqavilələri notarial qaydada təsdiq edilmədiyindən forma şərtinə cavab verməməklə etibarsız hesab edilməlidir (səhifə 6, abzas 6). Hesab edir ki, işə baxan birinci instansiya məhkəməsinin notarial qaydada təsdiq edilmiş müqavilələrə bu cür qiymət verməsi cavabdehlərə qarşı qərəzli münasibəti nəticəsidir. Belə ki, xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ilkin alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 9-cu keçid küçəsi ev 14 ünvanında yerləşən ümumi sahəsi 25.18 kv metr olan fərdi yaşayış evi Cavabdeh3 tərəfindən Cavabdeh2 satılmışdır (müqavilə əlavə olunur). Daha sonra, xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ilkin alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 9-cu keçid küçəsi ev 14 ünvanında yerləşən ümumi sahəsi 20.38 kv metr olan fərdi yaşayış evi Cavabdeh2 tərəfindən ona satılmışdır (müqavilə əlavə olunur). Həmin dövrdən etibarən o, həmin ünvanda yaşayır və bütün kommunal müqavilələr onunla bağlanmışdır (kommunal müqavilələr və ödəniş qəbzləri əlavə olunur). xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən isə mübahisəli əmlak kirayəyə vermişdir (müqavilə əlavə olunur). Hətta sonradan yeni ünvan alınmış və yeni ünvan ünvan 5ardan da görmək mümkündür (arayışlar əlavə olunur). İddia ərizəsində qeyd edilir ki, mübahisəli mənzil Cavabdeh3 anası X1 olmuş və 2003-cü ildə 2700 ABŞ dolları müqabilində notarial qaydada iltizam əsasında sahiblik hüququ İddiaçı verilmişdir və cavabdehin həmin mənzilə dair hər hansı hüququ müəyyən edilməmişdir. Hesab edir ki, bunun heç bir hüquqi əsası yoxdur. Çünki mübahisəli mənzil Cavabdeh2 tərəfindən 2020-ci ildə Cavabdeh3 notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən alındıqdan sonra, həmin yerdə yeni ev tikilmişdir. Yəni 2020-ci ildə tikilmiş evə dair 17 il əvvəl, yəni 2003-cü ildə cavabdehin anası tərəfindən hər hansı iltizam verilə bilməz. Hətta belə bir iltizam verilsə belə heç bir əsası yoxdur, çünki daşınmaz əmlakın alqısatqısı notarial qaydada həyata keçirilir, hər hansı iltizam əsasında deyil. Hazırki halda məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını, cavabdeh tərəfindən onların subyektiv hüququn pozulub-pozulmadığını müəyyən etmədən qərar çıxara bilməz. Beləliklə, hesab edir ki, cavadehlər tərəfdən iddiaçının hər hansı hüququnun pozulması halı müəyyən edilmədiyindən, İddiaçı hazırki iddia tələbini irəli sürmək üçün müvafiq subyektiv hüququ mövcud deyildir. Belə olan halda iddiaçı digər Cavabdeh3 qarşı iddia qaldıraraq anasına iltizam əsasında verdiyi pulu tələb etməlidir. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələbini pozmuş və iddianı təmin etməklə əsassız nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Cavabdeh3lə Anabəyim xanım arasında alğı-satqının predmeti olan həmin mənzilin hal-hazırda Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış mənzilə aidiyyəti müəyyən olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarında həmin mənzilin Cavabdeh1 yaşadığı mənzil olması barədə fakt yaxud təsdiqedici əlamət yoxdur. Apellyasiya Məhkəməsinin qətnaməsində də qeyd edilir ki, həyətin sonundakı mənzil. Həyətin sonunda sağda da mənzil vardır. Həmin mənzil 2020ci ildə tikilmişdir. 2003-cü ildə Cavidlə Anabəyim arasında mövcud olan alğı-satqı və s. bu mənzilə aidiyyəti yoxdur. Anabəyim xanımın göstərdiyi ev onların iddia etdiyi evdir. 2003-cü ildə satılmış mənzil 2020–ci ildə ərsəyə gələ bilməz. Onlar oranın faktiki olaraq eyni ev olduğunu qəbul etmir. Orada alğı-satqı müqaviləsində sahələrdə fərqlər vardır. Tamamilə ayrı-ayrı ərazilərdən söhbət gedir. İcra zamanı Cavabdeh3 məxsus ola evi təhvil verilməsi məsələsində müəyyən olunmuşdur ki, həmin ev Cavabdeh1 məxsusdur. 22.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onlar oranı alanda çox pis gündə idi, oranı sıfırdan söküb tikmişdir. Cavidin orada 3 evi vardır. O, evi 2020-ci ildə tikmişdir. İlkin alğı-satqı müqaviləsi tərəflərin iradəsidir. Həmin ev dörd divardan ibarət idi, hər tərəf bağlı idi. O, damı yuxarı qaldırdı. O, Cavidlə danışdı, 10 min manat beh verdi. O, alğı-satqı müqaviləsini bağlayan zaman məhkəmə mübahisəsi olmasından məlumatsız idi. 23.İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, işə baxan Bakı Apellyasiya Məhkəməsi yerli baxış zamanı müəyyən etmişdir ki, iddiaçının tələb etdiyi fərdi yaşayış evi hal-hazırda mübahisəli olan fərdi yaşayış evidir və bundan sonra iddia tələbi təmin edilmiş, Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul etmişdir. Nə Cavabdeh1, nə də Cavabdeh2 bundan məlumatları olmamış və iş üzrə tərəf kimi iştirak etməmişlər. Və sonra qətnamə icra şöbəsinə göndəriləndə icra sənədi əsasında icra məmuru Cavabdeh3 oradan çıxarmaq istəyəndə həmin fərdi yaşayış evində Cavabdeh1 yaşadığına görə artıq bəlli olmuşdur ki, belə bir qətnamə mövcuddur. Bu qətnamə qüvvəyə mindiyinə görə Ali Məhkəməyə müraciət edərək maraqlarına toxunan şəxs kimi müvafiq təqdimat verməsini xahiş etmişdir. Ali Məhkəmə hesab etmişdir ki, qətnamə həmin şəxsin maraqlarına toxunmur. Məhkəmə qərardadı belə əsaslandırılmışdır ki, Cavabdeh3 çıxarılması tələb olunan fərdi yaşayış evi Cavabdeh1 hal-hazırda yaşadığı və sahibliyində olan fərdi yaşayış evinə aidiyyəti yoxdur. Bu əsasla icra məmuru icraata xitam verir. Bundan sonra Anabəyim xanım hazırkı iddianı qaldırır. Məhkəmə qətnaməsində qeyd edilir ki, məhkəmə qərar qəbul edərkən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2939/2023 nömrəli qətnaməsində müəyyən edilmiş xüsusatları və həmin mülki iş üzrə həyata keçirilmiş yerli baxış prosessual hərəkəti əsasında tərtib edilmiş protokolu preyudisiallıq baxımından əsasdır. Hesab edir ki, Konstitusiya Məhkəməsinin bununla bağlı qərarı vardır və hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən kobud şəkildə pozulmuşdur. Cavabdeh1 və Cavabdeh2 həmin mülki işdə ümumiyyətlə iştirak etməmiş və mübahisə tərəfi olmamışdır. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 2939/2023 nömrəli qətnaməsinin hazırki işdə preyudisiallığından söhbət gedə bilməz. Hətta hazırda qüvvədə olan Ali Məhkəmənin 2(102)-1165/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının 17-ci bəndində bu qeyd edilmişdir. Bundan başqa, məhkəmə qətnaməsində qeyd edilir ki, cavabdehlər X9 Cavabdeh2 Vaqif qızı və Cavabdeh2Vaqif qızının Cavabdeh1 ilə bağladıqları müvafiq olaraq xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqavilələri notarial qaydada təsdiq edilmədiyindən forma şərtinə cavab verməməklə etibarsız hesab edilməlidir. Halbuki hər iki ilkin alğı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmuş və müqavilədə göstərilən məbləğ də depozitdən depozitə köçürülmüşdür, nağd şəkildə də verilməmişdir. İddia ərizəsində qeyd edilir ki, mübahisəli mənzil Cavabdeh3 anası X1 olmuş və 2003-cü ildə 2700 ABŞ dolları müqabilində notarial qaydada iltizam əsasında sahiblik hüququ İddiaçı verilmişdir və cavabdehin həmin mənzilə dair hər-hansı hüququ müəyyən edilməmişdir. 2003-cü ildə həmin fərdi yaşayış evi ümumiyyətlə mövcud deyildi, olmayan şey necə verilə bilər. İddia ərizəsində qeyd edilir ki, iddiaçı 2015-ci ilə qədər həmin ünvanda yaşamışdır, əgər elə idisə nəyə görə kommunal xidmətlərlə bağlı müqavilə təqdim edə bilmir. Əgər fərdi yaşayış evinə sağac qoyulmuşdursa, o zaman başqa bir şəxs müraciət edən zaman ikinci bir sayğac qoyula bilməz. Apellyasiya şikayətinə əlavə edilmiş “Azəriqaz”, “Azərsu” və “ Azərişıq” la bağlanmış kommunal müqavilələr təsdiq edir ki, müqavilələr əvvəlcə Cavabdeh2 ilə bağlanmış, daha sonra hüquqlarını müdafiə etdiyi şəxslə alğı-satqı müqaviləsi bağlandıqdan sonra müqavilələr Cavabdeh1 adına bağlanmışdır. Digər tərəf isə bunu təqdim edə bilmir. 2020-ci ildə Cavabdeh3 və Cavabdeh2 həmin fərdi yaşayış evini alarkən, fərdi yaşayış evi çox yarasız vəziyyətdə olmuşdur, 4 divardan ibarət olmuş, üstü köhnə şiferlələrlə örtülmüş, içi isə zibillik olmuşdur. Cavabdeh2 oranı alandan sonra tikintiquraşdırma və təmir işləri görülmüşdür. Bundan başqa iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur, iddiaçı bildirir ki, 2700 ABŞ dolları Cavabdeh3 anasına ödəmiş və guya bu fərdi yaşayış evini almışdır. Əgər pul ödənilmişdirsə, belə olan halda pulu Cavabdeh3 anası və ya vərəsələrindən tələb eləsin. Notarial qaydada qəbz əsasında alğısatqı olarmı? Qətnamədə qeyd edilmişdir, ki, həmin dövrdə nə Cavabdeh1, nə də Cavabdeh2 orada olmamışdır. Cavabdeh2 ora da qeydiyyatda olmaya bilər. Cavabdeh2 orada qeydiyyatda olmaya bilər, onun başqa yerlərdə də evləri ola bilər. Cavabdeh1 isə alğı-satqıdan sonra həmin ünvana qeydiyyata düşmüşdür. Qeydiyyata düşdükdən sonra həmin ünvan dəyişilərək 14/3 olmuşdur. Cavabdeh3 bu işin gedişində rəhmətə getmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Cavabdeh3 həmin ərazidə özünün də evi vardır. İddiaçının tələb etdiyi fərdi yaşayış evinin hansı olması məhkəmə tərəfindən araşdırılmalıdır. İltizamla fərdi yaşayış evinin alınması absurddur. 20 il bundan qabaq iltizamla mənzilin alınması mümkün deyildir. İddiaçının sahiblik hüququnun hara olması məlum deyildir. Anabəyim xanım öz yerinin hara olmasını sübuta yetirməlidir. 24.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X9 prosessual hüquqi varisi (qardaşı) X19 bildirmişdir ki, X9 ondan yaxın qohumu yoxdur. Ata və anası rəhmətə getmişdir. X9 rəsmi arvadı yoxdur, uşaqları yoxdur. 6 qardaşdırlar. Cavid rəhmətə getdiyindən 5 nəfər qalmışlar, hamısı sağdır. 25.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətini əsassız hesab edərək bildirmişdir ki, bu məsələ ilə bağlı Ali Məhkəməyə ərizə ilə müraciət ediləndə Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, şəxsin oraya sahiblik hüququ varsa subyektiv hüququnun olması üçün əsasdır. Subyektiv hüquq Ali Məhkəmədə tanınmışdır. Əvvəlki instansiya məhkəmələrində iddianın təmin olunmamasının səbəbi ondan ibarət olmuşdur ki, özbaşına tikilidir və yeri müəyyən etmək mümkün olmur. Ali Məhkəmənin mövqeyi ondan ibarətdir ki, əgər reyestrlə müəyyən etmək mümkün olmursa bu yerində baxışla müəyyən edilməlidir. Bu iki nüans Ali Məhkəmənin qərarında öz əksini tapır və iş apellyasiya instansiyası məhkəməsinə yenidən araşdırılması üçün göndərilir. Apellyasiya instansiyası məhkəməsində 3 hakimdən ibarət tərkibdə yerli baxış təşkil olunur. İddiaçı evi Gülzar xanımdan almışdır. Həmin vaxt Cavabdeh3 həbsdə idi. Onlar evi 2003-cü ildə almışlar. Bu vaxt tərəflərin arasında sənəd var idi. Məhkəmə təsdiq etmişdir ki, həqiqətən bu ev 2003-cü ildə Gülzar xanım tərəfindən iddiaçıya satılmışdır. Digər bir məsələ isə burada preyudisiallıq ondan ibarətdir ki, bu ev iddiaçıya məxsusdur və Cavabdeh3 oradan çıxarılmalıdır. Baxış zamanı istinad olunan ev orada idi. Orada müəyyən təmir işləri görülmüşdür. Təmir işlərinin kim tərəfindən görülməsi onlara məlum deyildir. Baxış zamanı ev boş idi. Yerli baxış zamanı mübahisəli mənzil müəyyən olundu. Preyudisiallığa istinad olunması düzgündür. Çünki iddiaçının subyektiv hüquqları tanınmışdır. Bundan başqa yerli baxış zamanı qarşı tərəfə və onlar eyni mənzili göstərmişdir. Koridorun sonunda bir ev vardır. Onlar burada müqavilələrin etibarsızlığını qoymuşlar, çünki həmin evin reystrdə qeydiyyatı yoxdur. İddia ərizəsinin xahiş etdi hissəsində “....mənzilin boşaldılaraq təhvil verilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, mövqeyin bu formada formalaşmasının səbəbi ondan ibarət olmuşdur ki, bu ev özbaşına tikili olduğu üçün bugünkü günü həmin ev Cavabdeh1 tərəfindən başqa birisinə satıla bilər. Hər dəfə bunlar kiməsə satıldığı halda onlar yeni ərizələrlə məhkəməyə müraciət edəcəklər. 26.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab edərək bildirmişdir ki, 2020-ci ildə pandemiya dövründə onun səhhətində problemlər yarandı. 2020-ci ildə o, həmin evə gəlmədi. Daha sonra gəlib gördü ki, evin qapısı dəyişmişdir, bununla bağlı polisə müraciət etmişdir. Daha sonra isə məhkəməyə müraciət etdi. Cavid yerli baxış zamanı evi ona satdığını bildirmişdir. Evdə yaşayan zaman işıq və su var idi. Qaz isə daha sonra çəkildi. Əvvəllər orada qaz xətti yox idi. Kommunallarla bağlı ödənişlər edilirdi, bununla bağlı sübutlar iş materiallarında vardır. Ən sonda 401 manat pul ödəmişdir. Ali Məhkəmədə qərar qəbul olunana qədər burada artıq bir neçə məhkəmə prosesləri olmuşdur. Məhkəmə prosesləri həm Ali Məhkəmədə, həm də apellyasiya instansiyaları məhkəmələrində olmuşdur. Tərəflər bildirirlər ki, söhbət həmin evdən getmir, lakin söhbətin həmin evdən getməsi işin mübahisəsiz halıdır. Çünki apellyasiya instansiyası məhkəməsi kollegial tərkibdə baxış keçirmişdir. Cavid və o eyni mənzili göstərmişdir. 27.Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X11 bildirmişdir ki, Sovetskidəki evi almamışdan qabaq Buzovnada yaşayırdılar. Daha sonra anası həmin evi satdı və Sovetskidəki evi aldı. Həmin evi 2004-cü ildə almışdılar. İddiaçı isə söhbət əsnasında öz evini 1 il əvvəl aldığını bildirmişdi. Ünvan 9-cu keçid ev 14 adlanır. Küçənin adını dəqiq bilmir, Qədirli küçəsi deyəsən daha sonradan oldu. Həyətə girən kimi birinci onların evidir, sol tərəfdə isə iddiaçının evidir. Əvvəlcə ev baxımsız idi, daha sonra o, anasıgilə gedib-gələndə əl gəzdirildiyini gördü. Ev baxımsız idi, lakin yaşamaq olardı. Cavidi tanıyırdı, Rəhimin qardaşıdır. Onlar oranı alan zaman iddiaçı da orada idi. İddiaçıya evi Gülzar xanım satmışdı. Gülzar xanım rəhmətə getdikdən sonra onun oğlanları evləndikcə ev tikirdilər. Onlar ora köçəndə Cavid cəzaçəkmə müəssisəsində idi, lakin anası orada yaşayırdı. Rəhim və Vüqar anası ilə birgə yaşayırdı. O, 2014-cü ildə həmin evdən ailə quraraq köçmüşdür. Anasıgilə gəlib-gedən zaman görürüdü ki, evlərinin üstündə Cavidgil artırmalar edir. İddiaçı orada yaşayırdı, 2003-cü ildən 2014-cü ilə qədər orada görürdü. 2014-cü ildən sonra isə gəlib-getdikcə görürdü. Daha sonra isə gəlin köçmüşdür. O, iddiaçın evinin içərisində olmamışdır, lakin qapıları açıq olan zaman oradan keçəndə görmüşdür. İddiaçı orada yaşayan zaman qaz pulunun kim tərəfindən ödənilməsindən məlumatı yoxdur. O, ailə qurduqdan sonra oraya gəlib-gedən zaman evin təmir olunduğunu gördü, lakin təmirin kim tərəfindən edilməsi barədə məlumatı yoxdur. İddiaçı söhbət əsnasında öz evini onlardan qabaq alıdğını bildirmişdir. Dəqiq yadında deyil söhbətin necə olduğu, lakin bir il əvvəl aldığını bildirmişdi. 28.Məhkəmə kollegiyasının iclasında ifadə verən şahid X7 bildirmişdir ki, o, iddiaçının doğma bacısıdır. Onlar bu evi alan zaman o biri bacısı da həmin - 14-cü məhəllədə idi. Onlar da dedi ki, burada belə bir ev vardır. Onlar hərəsi bir ev aldı. O, evi Əliyev İlqarın atası Əliyev Kamaldan almışdır. Bacısı isə onun qardaşı arvadı, Əliyev Güləsərdən almışdı. Onlar orada 2015-ci ilə qədər yaşadılar, daha sonra çıxdılar. Orada-burada qalırdılar, lakin arada gəlib baxırdılar. Ora nəmişlik idi, onlar hər ikisi şəkər olduğu üçün çıxdılar. Ev yaşanmalı vəziyyətdə idi, evin divarları, mətbəxi var idi, qapısı bağlı idi. Pandemiya dövründə ayağı bir az kəsildi. Bu söhbətlər pandemiya dövründə oldu. Onun öz evi ilə bağlı da məhkəmə mübahisəsi olmuşdur, o, məhkəməni udmuşdur. İcra mərhələsindədir. Onun evi Anabəyimin evində 100 m aralıdadır. O da evi 2016-cı ildə tərk elədi. Anabəyimin evinə gediş-gəlişi var idi. 2016-cı ildə evdən çıxandan sonra evə həftədə bir, iki həftədə bir gedib-gəlirdi. Pandemiya dövründə isə gedə bilmədi. Evdən çıxandan sonra həm öz evinə, həm də bacının evinə gəlib baxırdı. Hər iki evin sayğacı var idi. Evin qapısı var idi, evin qapısı kəsilmişdi, bununla bağlı polisə şikayət vermişdilər. Anabəyim evinin açarını ona vermişdi. O, evin Təranə xanım tərəfindən alındıqdan sonra onun tərəfindən evdə təmir işləri görüldüyünü görmüşdü, o, onlara təmiri dayandırmalı olduqları bidirdi və onlar dayandırdı. Təmirlə bağlı Anabəyimə məlumat vermişdi. Anabəyimin evində şəkil çəkdirməmişdir. Anabəyimin evində sobanın harada olmasını dəqiq bilmir. Evin giriş hissəsində sağ tərəfdə “umıvalnik” var idi. Ev alınan zaman X20 həbsdə idi. Evi onun atasından almışdır. 29.Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X13 bildirmişdir ki, iddiaçını sakin qismində görməmişdir. O, Cavidin həyat yoldaşıdır. Cavidlə onun rəsmi nikahı yoxdur. Onun qayınları da təsdiq edir ki, iddiaçı ilə heç bir alğı-satqı müqaviləsi olmamışdır. Həmin vaxt o ünvanda yaşamamışdır. O, 6 ildir ki, orada yaşayır, lakin iddiaçını iki-üç dəfə orada görmüşdür. İddiaçı yoldaşının yanına gələrək bildirirdi ki, guya onun burada mənzili vardır. Yoldaşı da iddiaçını tanımırdı. İddiaçı guya ev alğı-satqısı edən zaman onun yoldaşı həbsdə idi. Alğı-satqı olunan ev Cavidin anasına məxsus idi. İddiaçının harada yaşamasını bilmir. İddiaçı bir il bundan qabaq gələrək evlə bağlı alğısatqı olduğunu bildirmişdir. Cavabdeh2 evi onun yoldaşından almışdır. Yaqut xanım isə Təranə xanımdan almışdır. İddiaçının bacılarını tanımır. Alğı-satqı olunduğu deyilən ev, ev deyildi, bərbad gündə idi, hamısı ora zibil atırdılar. Oranın sayğacı da yox idi. Təranə xanım oranı aldıqdan sonra orada təmir işləri görüldü, iki-üç maşın zibil çıxarıldı. Daha sonra ora Yaqut xanıma satıldı. Yaqut xanım həmin ünvanda yaşayırdı, hamısı təsdiqləyə bilərlər. Yaqut xanım hazırda Türkiyədə yaşayır. Bakıda olan zaman həmin ünvanda yaşayır. Yaqut xanım Təranə xanımdan evi alandan bugünə qədər həmin ünvanda yaşayır. O, 6 ildir həmin ünvanda yaşayır. Məhkəmə yerli baxış edən zaman o da orada idi. 30.Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X20 bildirmişdir ki, O, Elşən müəllimlə qonşudur. Anadan olandan orada yaşayır. O vaxt ora Cavabdeh3 məxsus idi. Daha sonra Cavabdeh3 həmin yeri Təranə xanıma satdı. Cavid özü orada yaşamırdı, ora zibillik idi. İddiaçını və Yusubova Reyhanı tanımır. İddiaçını tanımır. Onun harada yaşaması barədə məlumatı yoxdur. O, həmin həyətdə yaşamışdır, qeydiyyatı hal-hazırda oradır. İddiaçının oraya gəlib-getdiyini görməmişdir, evlər söküləndən sonra ortaya çıxıblar. Onun qohumlarının da oraya gəlib-getdiyini görməmişdir. Cavid özü orada yaşayırdı. Hazırda Cavabdeh3 rəhmətə getmişdir. Cavid həyətdə başqa evdə yaşayırdı. Həmin ev təmirsiz idi, zibillik idi. Ev Cavid tərəfindən Cavabdeh2 satılan zaman damı falan yox idi, yarımçıq vəziyyətdə idi. Oranın qaz, işıq və su ilə bağlı sayğacları yox idi, sonralar qoyulmuşdur. Cavid oranı satan zaman istifadəyə yarasız idi, zibillik idi. Cavid evi satan zaman kommunal xidmətlərlə bağlı heç nə yox idi, qaz, işıq və su yox idi. Ev Təranə xanıma satılandan sonra mənzilin Elşən tərəfindən tikilməsinin şahidi olmuşdur. Tikinti gedən ərəfədə başqa kiminsə gəlməsinin şahidi olmamışdır. Tikinti usta tərəfindən aparılırdı və rəhbərliyi Elşəngil edirdi. Orada ev var idi, ev iki divardan ibarət idi. O, Yaqut xanımı tanıyır. Orada yaşamışdır, biraz orada yaşadıqdan sonra oradan çıxdı. 2-3 gün yaşadıqdan sonra getdi. X4 tanımır. Onunla aralarında bugünə qədər mübahisə olmamışdır
Apellyasiya baxışının hədləri
31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 32.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 34.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdirlər. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin
35.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 36.11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 37.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 38.139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 39.146.1-146.3-cü maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 40.159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 41.164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 42.164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 43.165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.
44. 166.3-cü maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrum edilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 45.180.1-180.3-cü maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 46.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 47.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 48.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 49.394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 50.402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 51.402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 52.402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 53.402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 54.402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 55.402.6-cı maddəsinə əsasən niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. 56.404.1-ci və 404.2-cü maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcəmüqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 57.567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
58.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, “ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
60.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
61.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən edilməlidir.
62. İlk öncə qeyd edilməlidir ki, mülki işin materiallarına əsasən, Cavabdeh3 xx.xx.2025-ci il tarixində öldüyü müəyyən edilmişdir. Mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyindən cavabdehin qardaşı X19 hüquqi varis qismində işə cəlb edilmişdir. Belə ki, barəsində mübahisə edilən hüquq münasibəti maddi dəyərlərə malik olmaqla şəxsi xarakter daşımır və gələсəkdə müvafiq hüquq və vəzifələrin yaranmasına zəmin yarada bilər. 63.Mübahisələndirilən qətnamədən göründüyü kimi, birinci instansiya məhkəməsi, İddiaçı Cavabdeh3 qarşı “evdən çıxarılması və evin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli mülki iş üzrə çıxardığı xx.xx.2023-cü il tarixli qətnaməsinin baxılan iş üçün preyudisial xarakter daşıdığını, həmin qətnamə ilə müəyyən edilmiş xüsusatların preyudisiallıq baxımından əsas götürülməli olduğunu, əks halda məhkəmənin, dövlətin adından qərar qəbul edən orqan olaraq eyni məsələyə dair 2 (iki) müxtəlif əks mövqe müəyyən etməsinin yolverilməz və “hüquqi müəyyənlik” prinsipinə zidd olduğunu qeyd etməklə prosessual qanunvericiliyin tətbiqində səhvə yol vermişdir. 64.Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 65.Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 66.Məcəllənin bu normalarının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. 67.Bununla belə, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. 68.Konstitusiya Məhkəməsi Plenumunun preyudisiallığın hədləri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən də, preyudisiallıq prinsipinin yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edildiyi müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). 69.Beləliklə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. 70.Mülki prosessual qanunvericiliyə və Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq məsələyə dair mövqeyinə əsaslanmaqla məhkəmə kollegiyası qeyd edir ki, sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilmiş olmasına istinad edə bilməz. 71.Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin baxılan iş üzrə preyudisial əhəmiyyətə malik olmasının işin bütün tərəflərinə aid etdiyi qənaətinə gəlməklə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərini düzgün təfsir etməmiş və bununla bağlı müvafiq qanunvericiliyi, habelə Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeləri nəzərə almamışdır. 72.Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən hazırkı mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməli idi. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutları müəyyən etməli idi. 73.Belə olan halda ilk öncə aydınlaşdırılmalı olan məsələ - iddia ərizəsində etibarsız hesab edilməsi tələb olunan ilkin alqı-satqı müqavilələrinin predmeti olan, cavabdehlərin məcburi qaydada çıxarılması xahiş edilən fərdi yaşayış evinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli mülki iş üzrə çıxardığı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçıya qaytarılmış fərdi yaşayş evi ilə eyni ev olub-olmamasından ibarətdir. Qeyd edilən məsələnin həllindən iddiaçının sözügedən əqdləri mübahisələndirmək, cavabdehlərin yaşayış sahəsindən çıxarılmasını tələb etmək üzrə subyektiv hüququnun təsbit edilməsi üçün əhəmiyyətli rol oynayır. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evinə iddiaçının hər hansı hüquqa malik olması halı öz təsdiqini tapmadığı təqdirdə, iddia ərizəsində qeyd olunan tələblər üzrə araşdırmaya keçilməsi zərurəti aradan qalxacaqdır. 74.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarının məzmunundan göründüyü kimi pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. 75.İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-2939/2023 nömrəli mülki iş üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli yerli baxış protokolunda əks olunan hallardan görünür ki, mübahisə predmeti olan “tikili qeyd edilən ünvanda (ünvan 7əlif şəxslərin yaşadığı və ümumi girişi olan həyətin sonunda yerləşir. Cavabdeh həyətin girişindəki otaqlardan birində yaşayır və deməsinə görə iddiaçının tələb etdiyi otağı artıq başqa bir şəxsə satmışdır. Mübahisəsi gedən otağın qapısını açmaq cavabdehə təklif olunsa da, o, açarın onda olmadığını bildirərək bundan imtina etmişdir.” 76.Eyni zamanda hazırkı mülki iş üzrə xx.xx.2023-cü il tarixində keçirilmiş yerli baxış protokolundan müəyyən edimişdir ki, mübahisəli tikili iddia ərizəsində qeyd olunan ünvanda ayrı girişi olan bir otaqdır, müxtəlif şəxslərin yaşadığı və ümumi girişi olan həyətin sonunda yerləşir. Cavabdehlərdən Cavabdeh1 həmin otaqda yaşayır və bu otağı Cavabdeh2, onun isə öz növbəsində X8 aldığını bildirir. X2 faktiki nikah münasibətlərində olduğu arvadı mübahisəli evin yerləşdiyi həyətin girişindəki otaqlardan birində yaşayır. 77.İş materiallarından həmçinin müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evini sonuncu alan - Cavabdeh1 Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2939/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə maraqlarına toxunan, lakin işdə iştirak etməyə cəlb olunmayan şəxs qismində tanınmasını xahiş etmişdir. 78.Cavabdeh1 mövqeyini onunla əsaslandırmışdır ki, təxminən xx.xx.2023-cü il tarixdə borclu X15 mübahisəli evi satdığı Cavabdeh2 hazırki mübahisə barədə məlumat vermiş, Cavabdeh2 isə bu barədə evin sonuncu satıldığı şəxsə – ona məlumat vermişdir. xx.xx.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 9cu keçid küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 25.18 kv.metr olan fərdi yaşayış evi X15 tərəfindən Cavabdeh2, xx.xx.2021-ci il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 9-cu keçid küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 20.38 kv.metr olan fərdi yaşayış evi Cavabdeh2 tərəfindən ona satılmışdır. Həmin dövrdən etibarən, o, həmin ünvanda yaşamış və bütün kommunal müqavilələr onunla bağlanmışdır. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən isə mübahisəli əmlakı kirayəyə vermişdir. Hətta sonradan yeni ünvan alınmış və yeni ünvan ünvan 8dan da görmək mümkün olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsində X9 ünvan 9 ünvanında yerləşən təxminən 25 kv.metr sahəsi olan otaqdan əşyaları ilə birlikdə çıxarılması tələb olunsa da, mübahisəli ərazi xx.xx.2020-ci il tarixdə X15 tərəfindən Cavabdeh2, xx.xx.2021-ci il tarixdə isə Cavabdeh2 tərəfindən ona satılmışdır. Yəni çıxarılması tələb olunan otaq X9 faktiki sahibliyi və istifadəsində deyil, onun faktiki sahibliyi və istifadəsində olmuşdur. Deməli bu hal qətnamənin onun hüquqlarını pozduğunu, onun maraqlarına toxunduğunu təsdiq etmişdir. 79.Beləliklə də, Cavabdeh1 Azərbaycan Respublikası Ali Məhkəməsinə - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2939/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə maraqlarına toxunan, lakin işdə iştirak etməyə cəlb olunmayan şəxs qismində tanınması barədə müraciətinin əsaslandırılmasından müəyyən edilir ki, Cavabdeh1 özü də hazırkı mülki işin başlanmasına əsas olmuş iddia ərizəsində etibarlılığı mübahisələndirilən ilkin alqı-satqı müqavilələrinin predmeti olan, cavabdehlərin məcburi qaydada çıxarılması xahiş edilən fərdi yaşayış evinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli mülki iş üzrə çıxardığı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçıya qaytarılması qət edilmiş fərdi yaşayş evi ilə eyni ev olmasını qəbul edir. Qeyd olunan xüsusat hər iki mülki iş üzrə tərtib edilmiş yerli baxış protokolu ilə də öz təsdiqini tapmışdır. 80.Cavabdehlər tərəfindən ev şəraitinin yaxşılaşdırılması məqsədilə edilmiş təmir işləri, kommunal xidmətlərə dair adlarına bağlanmış müqavilələr, dindirilmiş şahidlərin ifadələri də müəyyən edilən bu halın mövcudluğunu aradan qaldırmır. 81.Beləliklə də iddia ərizəsində mübahisələndirilən fərdi yaşayış evi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli mülki iş üzrə çıxardığı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçıya qaytarılmış fərdi yaşayş evi ilə eyni ev olması halı iş materiallarına əsasən öz təsdiqini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə də mübahisəli evə münasibətdə iddiaçının statusu aşağıdakı kimi müəyyən edilmişdir. 82.İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır, xx.xx.2003-cü il tarixli iltizama əsasən həmin ünvanda bir otaq Cavabdeh3 anası X27 tərəfindən iddiaçıya 2700 ABŞ dollarına satılmış, o da 2015-ci ilin axırlarına kimi həmin ünvanda yaşamış, mənzilin elektrik enerjisi, kommunal və sair xərcləri onun tərəfindən ödənilmişdir. 83.Mülki işə baxan məhkəmələr işdə olan sübutlara qiymət verərək, fərdi yaşayış evinin əmlak kimi iddiaçının sahibliyində olması və cavabdeh tərəfindən özbaşınalıq yolu ilə həmin sahibliyin pozulması, bu pozuntulara son qoyulmasının iddiaçının iddia vermək hüququnun olmasını təsdiq etmişdir. 84.Beləliklə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2939/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh3 qarşı “evdən çıxarılma və s.” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X9 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 9-cu Vıyezdnoy, ev 14 ünvanında yerləşən 25 kv.m. sahəsi olan 1 otaqdan əşyaları ilə birlikdə çıxarılması və həmin otağın İddiaçı təhvil verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minməklə icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş, İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, icra sənədi üzrə icraata başlanılmış, lakin məhkəmə qətnaməsini icra etmək mümkün olmamışdır. 85.İcra işinin gedişatında müəyyən edilmişdir ki, X15 notarial qaydada bağlanmış xx.xx.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 9-cu Vıyezdnoy, ev 14 ünvanında yerləşən ümumi sahəsi 25.18 kv.metr olan fərdi yaşayış evi Cavabdeh2, o isə öz növbəsində xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən - Cavabdeh1 satmışdır. 86.Hazırda Cavabdeh1 verdiyi apellyasiya şikayətində mübahisəli mənzilin Cavabdeh2 tərəfindən 2020-ci ildə Cavabdeh3 notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən alındıqdan sonra, həmin yerdə yeni evin tikildiyini, yəni 2020-ci ildə tikilmiş evə dair 17 il əvvəl, 2003-cü ildə Cavabdeh3 anası tərəfindən hər hansı iltizam verilə bilmədiyini, hətta belə bir iltizam verilsə idi bunun heç bir əsası olmadığnı, çünki daşınmaz əmlakın alqı-satqısı hər hansı iltizam əsasında deyil, notarial qaydada həyata keçirildiyini qeyd edir. 87.Cavabdeh2 isə verdiyi apellyasiya şikayətində Cavabdeh3 və onun arasında bağlanmış, həmçinin onun və Cavabdeh1 arasında bağlanmış ilkin alqı-satqı müqavilələrinin, notarial qaydada bağlandığından və qanunvericiliyin tələblərinə uyğun gəldiyindən etibarsız əqd hesab edilə bilmədiyini, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2939/2023 nömrəli qətnaməsində mübahisələndirilən evin, yəni iddiaçının 2003-cü ildə aldığı evin onun 2020-ci ildə tikdiyi ev ilə eyni olmasını təsdiq edən heç bir xüsusatın olmadığını, məhkəmənin keçirdiyi yerli baxışında da mübahisəli ev ilə aldığı evin eyni olmasının müəyyən edilmədiyini, iddiaçı tərəfin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2939/2023 nömrəli qətnaməsinə əsasən ona verilməli olan evin məhz onun 2020-ci ildə tikdiyi ev olduğu barədə heç bir sübut təqdim etmədiyini göstərir. 88.Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, qanunvericikdə ilkin alqı-satqı müqaviləsi deyil, ilkin müqavilə anlayışı mövcuddur. 89.Belə ki, Mülki Məcəllənin 402.1-ci və 402.2-ci maddələrinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 90.Göründüyü kimi, əsas müqavilə hansı formada bağlanmalıdırsa, ilkin müqavilə də həmin formada bağlanmalıdır, bu qaydaya əməl edilməməsi isə ilkin müqaviləni əhəmiyyətsiz edir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən müqavilələrin predmeti daşınmaz əmlak olduğundan barəsində bağlanılan müqavilə Mülki Məcəllənin tələblərinə görə, notariat qaydasında təsdiqlənməlidir (maddə 394.). Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə isə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır (maddə 146.3.). 91.İş materiallarından müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmin əmlak barəsində alqı-satqı müqaviləsinin (əsas müqavilənin) notariat qaydasında bağlanması qeyri-mümkündür, belə olan halda isə bu əmlak barəsində ilkin müqavilənin bağlanması da yolverilən deyildir. 92.Bundan başqa gələcəkdə satılacaq əmlakın dəyərinin bəri başdan alınması da ilkin müqavilənin nizamlama predmeti ola bilmədiyindən, bu hal da müqavilələrin qanunvericiliyə zidd şəkildə bağlandığını təsdiq edən hallardan biridir. Belə ki, ilkin müqavilə əsas müqavilənin gələcəkdə bağlanmasına dair öhdəlik razılaşmasıdır və bu cür müqavilə əsasında əmlakın dəyərinin ödənilməsi istisna edilir. 93.Kollegiya həmçinin cavabdehlərin, müqavilələrin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 9-cu Vıyezdnoy, ev 14 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinin vicdanlı əldə edən olmasına dair dəlillərə qiymət verərək qeyd etməyi zəruri sayır ki, iddianın bu əsas ilə rədd edilməsi mülki qanunvericiliyə ziddir. Belə ki, mübahisəli ev özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdehlər o zaman vicdanlı alıcı hesab oluna bilərlər ki, həmin tikili rəsmi reyestrdə qeydə alınmış olsun, onu satmış 3-cü şəxs (müvafiq olaraq X15 və Cavabdeh2) də reyestrdə mülkiyyətçi kimi qeydə alınmış olsun. Göründüyü kimi bu hallar müəyyən olunmur. 94.Yuxarıda qeyd edilənlərə əsasən də belə nəticəyə gəlmək olar ki, ünvan 10 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evi barəsində bağlanmış ilkin alqı-satqı müqavilələrinin mövcudluğu işin həlli üçün hər hansı hüquqi əhəmiyyət kəsb etmir, bu evin təyinatını, nə də ki müqavilə tərəflərinin statusunu dəyişdirmir, habelə cavabdehlərə vicdanlı əldə edən statusnunu qazandırmır, həmin evə münasibətdə onların iddiaçıya nisbətdə hər hansı üstünlük hüququnun əmələ gəlməsinə də əsas yaratmır. Əks yanaşma mülki qanunvericiliklə müəyyən edilən qaydaların pozulmasına gətirib çıxarar. 95.Bununla belə qeyd edilməlidir ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı). 96.Məhkəmə kollegiyası yuxarıda göstərilənləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, cavabdehlər X15 ilə Cavabdeh2 Vaqif qızı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsi və ondan sonra Cavabdeh2 Vaqif qızı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. 97.İddianın ikinci hissəsinin təmin edilməsi üçün əsasların mövcudluğu bu iddia tələbinə uyğun gələn qanun normalarının şərtləri əsasında yoxlanılmalıdır. İddiaçının mübahisəli fərdi yaşayış evi üzərində sahibliyi məhkəmə tərəfindən müəyyən olunduğu üçün bu iddia tələbi sahibliyin müdafiəsinə dair normalar çərçivəsində dəyərləndirilməlidir. 98.Belə ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. 99.Sahiblik bir vəziyyət olaraq qanunla qorunur. Mülki Məcəllənin 164.1-ci maddəsisahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. Mülki Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuzsahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
100. İddia tələbi məhkəmə tərəfindən Mülki Məcəllənin 164 və ya 165-ci maddələrinə əsasən yoxlanılan zaman, iş üzrə aşağıdakı şərtlərin mövcudluğu müəyyən edilməlidir: 1) iddiaçı əvvəlki sahib olmalı; 2) iddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməli; 3) cavabdehin hazırkı sahibliyi qanunsuz olmalı; 4) sahiblik iddiasını istisna edən hallar olmamalı (MM-in 164.2-ci maddəsinin ikinci cümləsində və 165.2-ci maddəsindəki qaydalar). Bu şərtlərdən hər hansı birinin müəyyən edilməməsi sahibliyin müdafiəsi çərçivəsində iddianın təmin olunmasını istisna edir və sonrakı şərt(lər)in yoxlanılmasına gərək qalmır.
101. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi sahibliyin müdafiəsinə dair normalar çərçivəsində əsaslıdır.
102. Beləliklə də məhkəmə kollegiyası tərəfindən iddiaçının mübahisəli fərdi yaşayış evinin əvvəlki sahibi olduğu, onun bu statusunun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edildiyi, pozuntulara son qoyulması ilə əlaqədar iddia vermək hüququnun olmasının təsdiq edildiyi, hazırkı halda isə onun bu hüququnun cavabdehlər tərəfindən qadağan edilmiş özbaşınalıq törədilməsi ilə pozulduğu, cavabdehlərin hazırkı sahibliyinin qanunsuz olduğu, iddiaçının isə onlara qarşı sahiblik iddiasını istisna edən halların olmadığı müəyyən edilmişdir.
103. Bununla belə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, “Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təsdiq olunan və baxış keçirməklə yerləşdiyi yeri müəyyən edilmiş Bakı şəhəri, Yasamal rayonu, 9-cu Vıyezdnoy, ev 14 ünvanında ümumi girişi olan həyətin sonunda yerləşən və ayrı girişi olan təxminən 25 kvadratmetr sahəsi olan mənzilin (otaq) boşaldılaraq ona təhvil verilməsi”nə dair iddia tələbi əsaslı olsa da, tələbin yönəldiyi şəxslər baxımından dəqiqləşdirilməlidir. Bu halın müəyyən edilməsi vacib əhəmiyyətə malikdir. Belə ki, qeyrimüəyyən şəxslərə yönəldilən iddia tələbinin təmin edilməsi gələcəkdə qətnamənin icrası zamanı müvafiq çətinliklərin yaranmasına zəmin yarada bilər .
104. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
105. Beləliklə də, ünvan 11 ünvanında yerləşən mənzil (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təsdiq olunmuş və baxış keçirilməklə yerləşdiyi yeri müəyyən edilmiş, ümumi girişi olan həyətin sonunda yerləşən və ayrı girişi olan təxminən 25 kv.m sahəsi olan otaq) cavabdehlər Cavabdeh2 Vaqif qızı ilə Cavabdeh1 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir
106. Göründüyü kimi yuxarıda qeyd edilənlər ona dəlalət edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətlərini tənzimləyərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir.
107. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
108. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
109. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalıdır.
110. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
111. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3183/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilməsin. X15 ilə Cavabdeh2 Vaqif qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli ilkin alqısatqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh2 Vaqif qızı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. ünvan 11 ünvanında yerləşən mənzil (Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2939/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təsdiq olunmuş və baxış keçirilməklə yerləşdiyi yeri müəyyən edilmiş, ümumi girişi olan həyətin sonunda yerləşən və ayrı girişi olan təxminən 25 kv.m sahəsi olan otaq) cavabdehlər Cavabdeh2 Vaqif qızı ilə Cavabdeh1 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin eilməsin Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev