Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1719/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxxxx” İKB ASC-nin nümayəndəsi X3, Cavabdehin Cavabdeh1 nümayəndəsi və vəkili (eyni zamanda digər cavabdeh X1 nümayəndəsi) X5 iştirakları ilə, İddiaçı “xxxxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və X7 qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2797/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq Müəyyən etdi: İddiaçı “xxxxxx” İKB ASC cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və X7 qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli 17-G-1- 0-20-14 saylı kredit müqaviləsi üzrə 6482,53 ABŞ dolları əsas borc, 11791,77 ABŞ dolları faiz borcu, 1545,02 ABŞ dolları cərimə olmaqla, cəmi 19819,32 ABŞ dolları məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tutmanın X8 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 53 saylı mənzilə yönəldilərək ilkin satış qiyməti 40000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin iddiaçının xeyrinə ödənilməsi, Cavabdeh1, X2, Cavabdeh3 və X6 istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları və mənzilin boşaldılmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2797/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi iləiddia qismən təmin edilmiş, cavabdeh X4 xx.xx.2014-cü il tarixli 17-G-1 -0-20-14 saylı kredit müqaviləsi üzrə 6482,53 ABŞ dolları əsas borc, 11791,77 ABŞ dolları faiz borcu, 45,02 ABŞ dolları cərimə olmaqla, cəmi 18319,32 ABŞ dolları məbləğində borcun və 55,20 manat məhkəmə xərclərinin “xxxxxx” İKB ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, cavabdeh X8 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 53 saylı mənzilə yönəldilərək ilkin satış qiymətinin 90.000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 2 otaqlı 53 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və X6 mənzildən çıxarılmaları və mənzilin boşadılması qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, mühasibatlıq ekspertizasının rəyinə əsasən yeni qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. Bununla belə, Bakı şəhəri Xətai Rayon Məhkəməsindən daxil olmuş məktubda, qətnamədən cavabdeh X1 apellyasiya şikayəti ilə müraciət etdiyi bildirilmiş, həmin şikayətin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2797/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindənverilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın vəhəmin qətnamədən i cavabdeh X1 verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1719/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1719/2020
12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver