Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-172/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Tikinti-Quraşdırma ANKZ-2 ASC-nin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)- 5882/2019 saylı, 15.08.2019 tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. Tikinti-Quraşdırma ANKZ-2 ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunmuş ünvan 1 ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarında ifadə edilən mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və sözügedən qeyri-yaşayış sahəsinin üzərində onun sahiblik və istifadə hüquqlarının maneəsiz həyata keçirilməsinə şərait yaradılması məqsədi ilə qeyri-yaşayış sahəsinin "xxxx" ASC-nin əməli istifadəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. 25.07.2019-cu il tarixdə "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci və 2-ci oxları arasında C və Ç xətləri üzrə 32.4 kv.m sahəsindən Cavabdeh və digər şəxslərin çıxarılaraq, həmin sahənin boşaldılıb "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. 31.07.2019-cu il tarixdə "xxxx" ASC yenidən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci və 2-ci oxları arsında C, Ç, D və E xətləri üzrə 119.74 kv.m, 2-ci oxla 3-cü ox arası Ç, D, E, oxları arası 143.64 kv.m, 8-ci oxla 9-cu ox arasında D və E oxları arası 26.5 kv.m sahələrdən Cavabdeh və digər şəxslərin çıxarılaraaq, həmin sahənin boşaldılıb "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.05.2013-cü il tarixli qərardadı ilə həmin Məhkəmənin 15.02.2012-ci il tarixli, 2iqt(81)780/2012 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi, "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında tikilmiş binanın 670 254 manat dəyərində hissəsinin üzərinə həbs qoyulması, həmin əmlakın hərrac yolu ilə satılması və əldə olunmuş pul vəsaiti hesabına qətnamənin icrasının təmin edilməsi qərara alınmışdır, həmin qərardad əsasında verilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.10. 2013-cü il tarixli, 8(81)201/2013 saylı icra vərəqəsi əsasında keçirilmiş hərrac nəticəsində "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A saylı ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən müvafiq sənədlərə əsasən 1-ci oxla 2-ci ox arası A.B.C.Ç.D.E oxları üzrə - 155,52 kv.m; 2-ci oxla 3-cü ox arası A.B.C və 2-ci oxla 3-cü ox arası Ç.D.E arasında - 143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A.B.C.Ç oxları arası - 113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A.B.C.Ç oxları arasında - 113,4 kv.m; 7-ci oxla 8-ci ox arası A.B.C və 7-ci oxla 8-ci ox arası Ç.D.E oxları arasında - 143,64 kv.m; 8-ci oxla 9-cu ox arası A.B.C.Ç.D.E oxları arasında - 155,52 kv.m; ümumi sahəsi 825,12 kv.m qeyri-yaşayış sahəsi "xxxx" ASC-yə satılmışdır, həmin qeyri-yaşayış sahəsinin "xxxx" ASC-yə satılması Hərrac təşkilatının açıq hərrac nəticələri haqqında 73/01 №-li, 25.08.2014-cü il tarixli Protokol və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 25.08.2014cü il tarixli Müqavilə ilə rəsmiləşdirilmişdir, lakin hərrac yolu ilə alınmış əmlak iddiaçının əməli istifadəsinə təqdim edilməmiş və həmin əmlakın istifadə edilməsi ilə bağlı "xxxx" MMC və onun təyin etdiyi nümayəndələri tərəfindən maneə və çətinliklər yaradılmışdır, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 16.01.2015-ci il tarixli, 2iqt(81)-268/2015 saylı qətnaməsi əsasında verilmiş icra vəqərəsi ilə ünvan 2 ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən müvafiq sənədlərə əsasən, 1-ci oxla 2-ci ox arası A.B.C.Ç.D.E oxları üzrə - 155,52 kv.m; 2-ci oxla 3-cü ox arası A.B.C və 2-ci oxla 3-cü ox arası Ç.D.E arasında - 143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A.B.C.Ç oxları - 113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A.B.C.Ç oxları arasında- 113,4 kv.m; 7-ci oxla 8-ci ox arası A.B.C və 7-ci oxla 8-ci ox arası Ç.D.E oxları arasında - 143,64 kv.m; 8-ci oxla 9-cu ox arası A.B.C.Ç.D.E oxları arasında155,52 kv.m; ümumi sahəsi 825,12 kv.m qeyri-yaşayış sahəsi Xətai Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 31.08.2017-ci il tarixli AKT əsasında "xxxx" ASCyə (keçmiş "xxxx" ASC) qismən təhvil verilmişdir, təhvil verilməyən hissə isə hal-hazırda Cavabdeh tərəfindən zəbt olunan hissədir, həmçinin Cavabdeh əmlakın qaytarılmasının uzadılması məqsədi ilə bir neçə dəfə "xxxx" ASC-yə qarşı iddialar qaldırmış, lakin həmin iddialar məhkəmələr tərəfindən təmin edilməmişdir, Cavabdeh ilk iddia tələbini hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və hərrac protokolunun etibarsız hesab edilməsi ilə bağlı irəli sürmüş, həmin iddia tələbini əsaslandırarkən hazırkı mübahsiə predmeti olan qeyri-yaşayış sahəsinin guya müqavilə əsasında aldığını və onun mülkiyyətçisi olduğunu qeyd etmişdir, lakin məhkəmələr tərəfindən aparılan araşdırma nəticəsində müqavilənin əsassız və qanunsuz olduğu müəyyən edilmişdir, daha sonra Cavabdeh Xətai rayon Məhkəməsində mübahisəli qeyri-yaşayış sahəsinin bina sakini kimi yenidən iddia qaldıraraq guya bina sakinlərinin razılığı olmadan zirzəmi hissəsinin satılmasının qanunsuz olmasını əsas gətirərək, hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbini irəli sürmüş, lakin bu iddia tələbi də Xətai rayon Məhkəməsinin qanuni qüvvəsini almış 26.04.2018-ci il tarixli, 2(011)- 3249/2018 saylı qətnaməsi ilə rədd edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə Cavabdeh mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə hüququnun olması təsdiqini tapmamışdır, iddiaçı tərəfindən dəfələrlə cavabdehə müraciət olunsa da, buna heç bir münasibət göstərilməmiş, qeyri-yaşayış sahəsinin təhvil verilməsinə dair heç bir tədbir görülməmişdir. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5882/2019 saylı, 15.08.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A saylı ünvandakı binanın zirzəmi hissəsində yerləşən 1-ci və 2-ci oxları arasındakı C,Ç,D,E oxları üzrə 119.74 kv.m, 2-ci oxla 3-cü ox arası Ç,D,E oxları arası 143.64 kv.m, 8-ci oxla 9-cu ox arasında D və E oxları arası 26.5 kv.m sahələrdən Cavabdeh çıxarılması, və həmin sahələrin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Şəhriyar Əliyev).
6. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti və dəlilləri:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkməsi ekspertiza təyin etmədən iddiaçının sözləri əsasında qətnamə qəbul etmişdir. ünvan 3 ünvandakı binanın zirzəmi hissəsində yerləşən 1-ci və 2-ci oxları arasındakı C,Ç.D,E oxları üzrə 119.74 kv.m., 2-ci oxla 3-cü ox arası Ç,D,E oxları arası 143.64 kv.m., 8-ci oxla 9-cu ox arasında D və E oxları arası 26.5 kv.m sahələrdən çıxarılma barədə qətnmənin qəbul edilməsi üçün sübutlar kifayət qədər deyil. Hakimin hər hansı sahəyə yerində baxması yetərli yetərli sübut təşkil etmir. Bu işdə xüsusi biliyə malik olan ekspertin tədqiqat aparması və sahələrin üst-üstə düşüb-düşməməsini, əgər üstü-üstə düşürsə, həmin yeri dəqiq müəyyənləşdirməsi vacibdir. Cavabdeh istifadəsində olan sahəyə səlahiyyəti olmayan şəxs deyildir. Xətai rayon Məhkəməsinin qiyabi qətnaməsi ilə cavabdeh "xxxx" MMC-yə qarşı iddia təmin edilərək, 21.09.2006 və 19.05.2007-ci il tarixli müqavilələrə əsasən, tikilməsi üçün dəyərləri ödənilmiş Bakı şəhəri, Gəncə prospektindəki 2935A ünvanında inşa ediləcək yaşayış binasının 2-ci girişinin 6-cı mərtəbəsində 3 otaqlı mənzil və binada olan qaraj onun sahibliyinə və istifadəsinə verilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 30.11.2015ci il tarixli qətnməsi ilə qüvvəyə minmişdir. Tərəflərin izahatları:
8. Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi.
9. Kollegiya iclasında iştirak edən iddiaçının vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
11. Belə ki, iş materiallarından görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil, ərizə ilə müraciət edərək, Tikinti-Quraşdırma ANKZ-2 ASC-nin hüquqi varisinin hal-hazırda "xxxx" ASC olduğu, bu barədə sənədlərin iş materiallarına əlavə olunduğu, ona görə də iddiaçı qismində Tikinti- Quraşdırma ANKZ-2 ASC əvəzinə "xxxx" ASC-nin qəbul edilməsini xahiş etmişdir.
12. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 10.02.2017-ci il tarixli **********982400 saylı Çıxarışa əsasən təşkilati hüquqi forması üzrə ASC olan "xxxx" 07.11.2001-ci il tarixdə № ********** ilə dövlət qeydiyyatına alınmışdır.
13. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.11.2017-ci il tarixli 2(011)-9855/2017 saylı Qətnaməsindən görünür ki, iddiaçılar X4, X7, X3, X8 və Cavabdehlər "xxxx" MMC-yə və Tikinti-Quraşdırma ANKZ-2 ASC-yə (hazırda "xxxx" ASC) qarşı cavabdeh "xxxx" tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsi adı altında həmin binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinə dair “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 25.08.2014-cü il tarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 73/01 saylı, 25.08.2014-cü il tarixli protokolun etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir.
14. Həmin Qətnamə ilə müəyyən olunmuş hallardan görünür ki, Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC-nin 73/01 saylı, 25.08.2014-cü il tarixli protokol, “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” protokol və 25.08.2014-cü il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqaviləyə əsasən "xxxx" MMC-yə məxsus ünvan 3 məhəllədə tikilmiş binanın zirzəmi hissəsində yerləşən, müvafiq sənədlərə əsasən 1-ci oxla 2-ci ox arası A, B, C, Ç, D, E oxları üzrə 155,52 kv.m; 2-ci oxla 3-cü ox arası A, B, C və 2-ci oxla 3-cü ox arası C, D, E oxları arasında 143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A, B, C, Ç oxları arasında 113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A, B, C, Ç oxları arasında 113,4 kv.m; 7-ci oxla 8-ci ox arası A, B, C və 7-ci oxla 8-ci ox arası Ç, D, E oxları arasında 143,64 kv.m; 8-ci oxla 9-cu ox arası A, B, C, Ç, D, E oxları arasında 155,52 kv.m; ümumi sahəsi 825,12 kv.m qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə 537328 manata hərracın qalibi olan “Tikinti-X12 Kimya Zavod-2” ASC-nin nümayəndəsi X1.
15. Həmçinin həmin Qətnamə ilə müəyyən olunmuş hallardan və iş materiallarında olan 16.01.2015-ci il tarixli, 2 iqt(81)-268/2015 saylı icra vərəqəsinin surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-268/2015 saylı, 16.01.2015-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı iddiası təmin edilərək, "xxxx" MMC-yə məxsus ünvan 3 məhəllədə tikilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci oxla 2-ci ox arası A, B, C, Ç, D, E oxları üzrə 155,52 kv.m; 2-ci oxla 3-cü ox arası A, B, C və 2-ci oxla 3-cü ox arası C, D, E oxları arasında 143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A, B, C, Ç oxları arasında 113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A, B, C, Ç oxları arasında 113,4 kv.m; 7-ci oxla 8-ci ox arası A, B, C və 7-ci oxla 8-ci ox arası Ç, D, E oxları arasında 143,64 kv.m; 8-ci oxla 9-cu ox arası A, B, C, Ç, D, E oxları arasında 155,52 kv.m; ümumi sahəsi 825,12 kv.m qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarında ifadə edilən mülkiyyət hüquqlarını pozan hərəkətlər qanunsuz hesab edilmiş və göstərilən qeyriyaşayış sahəsi üzərində "xxxx" ASC-nin sahiblik və istifadə hüquqlarının maneəsiz həyata keçirilməsinə şərait yaradılması məqsədi ilə qeyri-yaşayış sahəsinin "xxxx" ASC-nin əməli istifadəsinə verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir.
16. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.04.2018-ci il tarixli 2(011)-3249/2017 saylı Qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh və qeyrilərinin cavabdehlər "xxxx" MMC-yə və Tikinti-Quraşdırma ANKZ-2 ASC-yə (hazırda "xxxx" ASC) qarşı “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 25.08.2014-cü il tarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 73/01 saylı, 25.08.2014-cü il tarixli protokolun etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir.
17. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.02.2014-ci il tarixli 2(011)-404/2014 saylı qiyabi Qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MMC ilə iddiaçı Cavabdeh arasında bağlanmış 165 saylı və 19.05.2007-ci il tarixli 01 saylı müqavilələrə əsasən tikilməsi üçün dəyərləri iddiaçı tərəfindən tam ödənilmiş ünvan 5 ünvanda inşa edəcəyi yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində 3 otaqlı (127.65 kv.m) mənzil və binada olan qaraj iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilmişdir, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.11.2015-ci il tarixli 2(103)-6978/2015 saylı Qətnaməsi ilə həmin Qətnamə mübahisələndirilən hissədə X5 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hüquqi dəyərləndirmə:
18. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
19. Həmin Konstitusiyanın 29.3-cü maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
22. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
23. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
24. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
26. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə, eləcə də cavabdehin apellyasiya şikayətində qeydiyini nəzərə alaraq, 2(103)-573/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və tədqiqat aparılması üçün mülki iş materialları Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.
29. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə 30 iyun 2021-ci il tarixində daxil olmuş ekspert rəyində belə nəticəyə gəlinmişdir ki, ünvan 3 məhəllədə inşa edilmiş yaşayış binasının zirzəmi hissəsində Cavabdeh sahibliyində olan qeyri-yaşayış sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsinin, ölçülərinin və ümumi sahəsinin həmin sahənin satılmasına dair tərtib edilmiş müqavilədə və müqaviləyə əlavə edilmiş layihə sənədində qeyd olunan məlumatlara uyğun olmaqla, tədqiq olunan binanın zirzəmi mərtəbəsində Ç-C və 1-2 oxları arasındakı sahədə yerləşdiyi müəyyən edilmişdir. "Prot"xxxx" ASC-yə (əvvəlki Tikinti-Quraşdırma ANKZ-2) məxsus qeyri-yaşayış sahələrinin yerləşməsinə dair layihə sənədləri və ya hər hansı təsdiq olunmuş sxem tərtib edilmədiyindən, həmin sahələrin konkret olaraq binanın hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün deyildir. Lakin hərrac təşkilatının açıq hərrac nəticələri haqqında 73/01 №-li, 25 avqust 2014-cü il tarixli Protokolun və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 25 avqust 2014-cü il tarixli müqavilənin məlumatlarına əsasən Xətai rayonu, Gəncə prospekti 2935A saylı məhəllə ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci oxla 2-ci ox arası A,B,C,Ç,D,E oxları üzrə qeyri-yaşayış sahəsinin "xxxx" ASC-yə satıldığı nəzərə alındıqda, iş materiallarındakı layihə üzrə həmin sahənin Ç-C oxları arasındakı hissəsinin Cavabdeh sahibliyində olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur.
30. Kollegiya iş materiallarına, tərəflərin izahatlarına və ekspert rəyinə əsasən qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A saylı ünvanındakı binanın zirzəmi hissəsindəki ümumilkdə 825,12 kv.m qeyri-yaşayış sahəsinə dair əmlakın 1-ci oxla 2-ci ox arası A.B.C.Ç.D.E oxları üzrə - 155,52 kv.m; 2-ci oxla 3-cü ox arası A.B.C və 2-ci oxla 3-cü ox arası Ç.D.E arasında - 143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A.B.C.Ç oxları arası - 113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A.B.C.Ç oxları arasında- 113,4 kv.m; 7-ci oxla 8-ci ox arası A.B.C və 7-ci oxla 8-ci ox arası Ç.D.E oxları arasında- 143,64 kv.m; 8-ci oxla 9-cu ox arası A.B.C.Ç.D.E oxları arasında -155,52 kv.m hissəsi istifadə və sahiblik hüququ ilə "xxxx" ASC-yə məxsusdur. "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır. Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A saylı ünvandakı binanın zirzəmi hissəsində yerləşən 1-ci və 2-ci oxları arasındakı C,Ç,D,E oxları üzrə 119.74 kv.m, 2-ci oxla 3-cü ox arası Ç,D,E oxları arası 143.64 kv.m, 8-ci oxla 9cu ox arasında D və E oxları arası 26.5 kv.m sahədə tikinti işləri aparmaqla onun mülkiyyətində olan əmlakdan istifadə etməsinə maneçilik törədir.
31. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-268/2015 saylı, 16.01.2015-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı iddiası təmin edilərək, "xxxx" MMC-yə məxsus ünvan 3 məhəllədə tikilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci oxla 2ci ox arası A, B, C, Ç, D, E oxları üzrə 155,52 kv.m; 2-ci oxla 3-cü ox arası A, B, C və 2-ci oxla 3-cü ox arası C, D, E oxları arasında 143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A, B, C, Ç oxları arasında 113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A, B, C, Ç oxları arasında 113,4 kv.m; 7-ci oxla 8-ci ox arası A, B, C və 7-ci oxla 8-ci ox arası Ç, D, E oxları arasında 143,64 kv.m; 8-ci oxla 9-cu ox arası A, B, C, Ç, D, E oxları arasında 155,52 kv.m; ümumi sahəsi 825,12 kv.m qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarında ifadə edilən mülkiyyət hüquqlarını pozan hərəkətlər qanunsuz hesab edilmiş və göstərilən qeyriyaşayış sahəsi üzərində "xxxx" ASC-nin sahiblik və istifadə hüquqlarının maneəsiz həyata keçirilməsinə şərait yaradılması məqsədi ilə qeyri-yaşayış sahəsinin "xxxx" ASCnin əməli istifadəsinə verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir.
32. Qeyd edilən hallardan görünür ki, hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsi iddiaçı "xxxx" ASC-nin mülkiyyətindədir və Cavabdeh iddiaçının mülkiyytindən sahiblik və istifadə hüquqlarını pozması halı ekspert rəyi ilə öz təsdiqini tapdığından cavabdehin həmin ərazidən çıxarılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
33. Beləliklə, sadalanan xüsusatlara əsasən, kollegiya iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək, qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, Tikinti-Quraşdırma ANKZ-2 ASC-nin Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və sair tələbinin qismən təmin edilməsi, Cavabdeh ünvan 1də tikilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci və 2-ci oxları arasında C,Ç,D və E xətləri üzrə 119.74 kv.m, 2-ci oxla 3-cü ox arası Ç,D,E, oxları arası 143.64 kv.m, 8-ci oxla 9-cu ox arasında D və E oxları arası 26.5 kv.m sahələrdən çıxarılması, həmin sahələrin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.
34. Kolegiya hesab edir ki, iddia tələbinin mübahisəli sahədən digər şəxslərin çıxarılması hissəsinə münasibətdə qeyd edir ki, tələbin yönəldiyi digər şəxslər məlum olmadığından birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd etməkdə haqlı olmuşdur.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
37. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-5882/2019 saylı, 15.08.2019 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev