Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1733/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə olan maneələrə son qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun həyata keçirilməsinə olan maneələrə son qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2(001)-5904/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış kompleksində dəyərini tam ödəməklə iddia ərizəsində sadalanan 11 ədəd mənzil almışdır. 2.Hazırda həmin mənzillərdən istifadəyə MTK rəhbərliyi tərəfindən maneə yaradıldığını, cavabdeh MTK isə belə bir maneənin mövcud olmadığını bildirir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəyişməklə, məhkəmədən mülkiyyətində olan mənzillərə daxil olmasına Cavabdeh MTK tərəfindən olan maneələrin aradan qaldırılması və həmin maneələrin MTK-ya qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə, Heydər Hüseynov küçəsi 37 A-da fəaliyyət göstərən Cavabdeh Mənzil Tikinti Kooperativinin (VÖEN:**********) qanuni təmsilçi X5, 14 may 2024-cü il tarixli Dərnəgül Mənzil Tikinti Kooperativinin üzvlərinin X2 Çıxarışa əsasən kooperativə üzv qəbul edilib əldə etdiyi aşağıda qeyd olunan ünvanlardakı mənzillərə onu buraxmamağa qərar vermişdir. Qeyd olunanlara əsasən, vəziyyəti belə görüb başa düşmüşdür ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə, Heydər Hüseynov küçəsi 37 A-da fəaliyyət göstərən Cavabdeh Mənzil Tikinti Kooperativinin qanuni təmsilçi X5 mənim xəbərim olmadan 14 may 2024-cü il tarixli Dərnəgül Mənzil Tikinti Kooperativinin üzvlərinin X2 Çıxarışa əsasən kooperativə üzv qəbul edilib əldə etdiyi aşağıda qeyd olunan mənzilləri: 1.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 6, mərtəbə 9, mənzil 37, 3 otaqlı, ümumi sahəsi 135.6 kv.m; 2.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 6, mərtəbə 10, mənzil 42, 3 otaqlı, ümumi sahəsi 135.6 kv.m; 3.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 6, mərtəbə 8, mənzil 32, 3 otaqlı, ümumi sahəsi 135.6 kv.m; 4.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgülqəsəbəsi 3095-cü məhəllə, bina 3, mərtəbə 16, mənzil 74, 3 otaqlı, ümumi sahəsi 129.4 kv.m; 5.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 3, mərtəbə 15, mənzil 69, 3 otaqlı, ümumi sahəsi 129.4 kv.m; 6.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 3, mərtəbə 14, mənzil 64, 3 otaqlı, ümumi sahəsi 129.4 kv.m; 7.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 7, mərtəbə 15, mənzil 69, 2 otaqlı, ümumi sahəsi 110.5 kv.m; 8.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 7, mərtəbə 16, mənzil 74, 2 otaqlı, ümumi sahəsi 110.5 kv.m; 9.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 7, mərtəbə 16, mənzil 75, 2 otaqlı, ümumi sahəsi 105.9 kv.m; 10.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 7, mərtəbə 15, mənzil 70, 2 otaqlı, ümumi sahəsi 105.9 kv.m; 11.Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə, bina 7, mərtəbə 16, mənzil 73, 1 otaqlı, ümumi sahəsi 62.8 kv.m. digər şəxslərin adlarına rəsmiləşdirmək istəyir. Hal-hazırda Cavabdeh Mənzil Tikinti Kooperativinin qanuni təmsilçi X3 qanunsuz göstərişi ilə onun öz mənzillərinə getməyinə maneələr yaradılır. Bu onun hüquqlarını pozur. Hesab edir ki, mülkiyyətində olan qeyd olunan əmlakdan istifadə olunmasına və həmin mənzillərə daxil olmağına Cavabdeh Mənzil Tikinti Kooperativinin qanuni təmsilçi X5 tərəfindən olan maneələr aradan qaldılmalı və həmin maneələrin olunması ona qadağan edilməlidir. 5.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının mənzillərindən sərbəst istifadə etmək imkanı olmuş olsaydı, bu gün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmazdı. Hazırda məhkəmədə Nəbiyev Cəbrayılın digər bacısı və qardaşının ona qarşı qaldırdıqları eyni məzmunlu iddiaları vardır. Qarşı tərəfin bildirdiyi kimi vəkil olaraq onun iştirakı ilə binaya daxil olarkən hər hansı maneə yaradılmasa belə, bu yalnız görüntü üçün ola bilər. Bu halda cavabdehi hər zaman müşayiət etməsi mümkünsüzdür. Digər tərəfdən bu maneənin sonradan yaradılmayacağına əsas vermir. Əgər cavabdeh tərəf iddia edirsə ki, hər hansı maneə mövcud deyil, o zaman iddianın təmin edilməsinə etirazının olmadığını demək olar. Məsələ iddiaçının MTK-ya gəlməsi ilə bağlı deyil. İddiaçı MTK-ya gəlsə də, mənzillərinin təmirinə, satışına, istifadəsinə MTK rəhbərliyi tərəfindən maneələr yaradılır. 6.Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçı ilə Cəbrayıl Nəbiyev qardaşdırlar. İddiaçının atası bu yaxınlarda vəfat etmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativinin rəhbəri əvvəllər iddiaçının atası olmuşdur. Cəbrayıl Nəbiyev MTK-nın direktorudur, iddiaçı və digər şəxslər isə MTK-nın üzvləridirlər. Cəbrayıl Nəbiyev iddiaçının iddia ərizəsində qeyd etdiyi 11 mənzilə daxil olmasına maneələr yaradır. Halbuki həmin mənzillər iddiaçının mülkiyyətindədir və iddiaçı öz mülkiyyətində olan mənzillərə sərbəst daxil olmaq istəyir. Cavabdeh Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi X4r. İddiaçının Cavabdeh Mənzil Tikinti Kooperativində payı vardır. 7.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddianın rədd edilməsini xahiş edir. Belə ki, ortada heç maneə mövcud deyildir. Hətta iddiaçı bu yaxınlarda həmin binada olan iki mənzilini satmışdır. Vaxt verilərsə, iddiaçının MTK-ya sərbəst giriş və çıxışına dair videoları təqdim edə bilər. İddia ərizəsi belə formal olaraq tərtib edilmiş, maneə dedikdə nəyin nəzərdə tutulduğu məlum deyil.Təqdim edilmiş fotoşəkillər iddia edildiyi kimi mövcud olan maneəni hər hansı formada təsdiq etmir. Belə ki, əgər şəxs döyülübsə bu barədə polisə şikayət edə bilər. Heç bilinmir ki, şəxs həqiqətən döyülüb, yoxsa özünə xəsarət yetirib, döyülübsə kim döyüb.Bütün bu məqamları mülki məhkəmə icraatı qaydasında araşdırılması mümkünsüzdür və hazırki mübahisəyə aidiyyəti şübhə doğurur. Digər tərəfdən bu iddianın qaldırılmasının əsas məqsədi, iddiaçının evinə qətnamə və icra məmuru ilə daxil ola bildiyini göstərməyə nail olmaqdır. Belə ki, tərəflərin vərəsəlik üzrə məhkəmə mübahisələri davam edir. İndiki qətnamə digər hakimin daxili inamının formalaşmasına təsir edə bilər. 8.Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçı üçün hər hansı bir maneə yoxdur. İddiaçı mülkiyyətində olan əmlaklardan rahat şəkildə istifadə edə bilər. Onda olan məlumat əsasən əmlakların açarları da iddiaçıdadır. Bundan başqa bildirmək istəyir ki, iddiaçı ilə “Dərnəgül2 Mənzil-Tikinti Koorperativinin sədri qardaşdırlar. Qardaşlar arasında hər hansı bir mübahisə olsa belə hazırda iddiaçının əmlaklarından istifadəsinə heç bir maneə yoxdur. Cəbrayıl müəllimlə iddiaçı arasında ailə daxili mübahisə olsa da, Cəbrayıl müəllim iddiaçıya öz əmlaklarından istifadəyə heç bir maneə törətmir. İddiaçı istədiyi vaxt öz əmlaklarından rahat şəkildə istifadə edə bilər. 9.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim-İlkin Əliyev) 06 dekabr 2024-cü il tarixli, 2(001)-5904/2024 saylı qətnaməsi ilə (bundan sonra-məhkəmə) iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3095-cü məhəllə ünvanında yerləşən Cavabdeh Mənzil Tikinti Kooperativində olan mənzillərinə daxil olmağına maneə törədilməsinin Cavabdeh Mənzil Tikinti Kooperativinə qadağan edilməsi qət edilmişdir. İş materiallarında olan: 10.Cavabdeh MTK tərəfindən verilən 430 №-li maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 6, mərtəbə 9, mənzil №37, otaq sayı 3, ümumi sahəsi 135,6 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur. 11.Cavabdeh MTK tərəfindən verilən 434 №-li, xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 7, mərtəbə 16, mənzil №75, otaq sayı 2, ümumi sahəsi 105,9 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur. 12.Cavabdeh MTK tərəfindən verilən 431 №-li, xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 6, mərtəbə 10, mənzil №42, otaq sayı 3, ümumi sahəsi 135,6 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur. 13.Cavabdeh MTK tərəfindən verilən 433 №-li, xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 7, mərtəbə 16, mənzil №74, otaq sayı 2, ümumi sahəsi 110,5 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur. 14.Cavabdeh MTK tərəfindən verilən 433 №-li, xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 3, mərtəbə 14, mənzil №64, otaq sayı 3, ümumi sahəsi 129,4 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur. 15.Cavabdeh MTK tərəfindən verilən 435 №-li, xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 7, mərtəbə 15, mənzil №69,otaq sayı 2, ümumi sahəsi 110,5 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur. 16.Cavabdeh MTK tərəfindən verilən 435 №-li, xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 6, mərtəbə 8, mənzil №32, otaq sayı 3, ümumi sahəsi 135,6 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur. 17.Cavabdeh MTK tərəfindən verilən 428 №-li, xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 3 mərtəbə 16, mənzil №74, otaq sayı 3, ümumi sahəsi 129,4 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur. 18.Cavabdeh MTK tərəfindən verilən 435 №-li, xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 3, mərtəbə 15, mənzil №69, otaq sayı 3, ümumi sahəsi 129,4 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur. 19.Cavabdeh MTK tərəfindən verilən 436 №-li, xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 7, mərtəbə 15, mənzil №70, otaq sayı 2, ümumi sahəsi 105,9 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur. 20.Cavabdeh MTK tərəfindən verilən 432 №-li, xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış komplesində bina 7, mərtəbə 16, mənzil №73, otaq sayı 1, ümumi sahəsi 62,8 kv.m, ümumi dəyər məbləğini tam ödəmişdir və kooperativə borcu yoxdur. 21.Cavabdeh MTK üzvlərinin X2 olan çıxarışlardan görünür ki, İddiaçı Cavabdeh MTK-ya üzv qəbul edilmişdir. 22.Məhkəmə işin faktiki halları kimi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış kompleksində dəyərini tam ödəməklə iddia ərizəsində sadalanan 11 ədəd mənzil almışdır. Hazırda həmin mənzillərdən istifadəyə MTK rəhbərliyi tərəfindən maneə yaradıldığını iddia edir. Məhkəmə mübahisəsi dövründə müəyyən edildi ki, iddiaçı ilə MTKnin icraçı direktoru X5 qardaşdırlar və aralarında ailə münasibətlərindəm irəli gələn gərginlik var. Cavabdehin nümayəndəsi və vəkili isə iddiaçının mənzillərinə daxil olmağına, istifadə etməsinə, satışına MTK tərəfindən hər hansı maneə törədilmədiyini və hazırki mübahisənin əsassız olduğunu, hətta cavabdeh tərəfindən özünə məxsus mənzillərdən ikisinin artıq satışının baş tutduğunu bildirməklə iddiaya etiraz edir. İddiaçı tərəf isə MTK-nın qardaşı olan rəhbərinin ailə daxili mübahisəyə əsaslanaraq, səlahiyyətlərindən istifadə edərək onun mülkiyyət hüquqlarını həyata keçirməsinə suni maneələr yaratdığını bildirməklə cavabdehin mülahizələrinə etiraz edir. 23.Məhkəmə iddianın təmin edilməsi üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mülkiyyətçi isə qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 24.İddia ərizəsində göstərilən mənzillərin iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəf də həmin mənzillərin iddiaçıya məxsusluğunu mübahisələndirmir, bununla belə iddiaçının mülkiyyətində olan mənzillərdən istifadəsi ilə bağlı hər hansı maneənin törədilmədiyini bildirərək, iddiaya etiraz edir. Eyni zamanda hər iki tərəf iddiaçı ilə Kooperativin sədri arasında vərəsəliklə bağlı ailədaxili mübahisələrinin olduğunu qəbul edirlər. 25.Məhkəmə işin mübahisələndirilən halı ilə bağlı qeyd etmişdir ki, maneənin mövcudluğu, maneə anlayışı ümumiyyətlə özündə bir çox subyektiv və obyektiv amilləri ehtiva edir. Misal üçün Kooperativin hər hansı nümayəndəsinin sözlə və ya hərəkətsizliklə müşayət edilən mövqeyi subyektə görə maneə kimi qiymətləndirilə bilər. Həmin halın sübut edilməsinin çətinliyi isə anlaşılandır. Məhz bu səbəbdən də iddiaçının üzərinə həmin halın təsdiqi ilə bağlı konkret sübutun təqdim edilməsi barədə vəzifənin qoyulması prosessual qanunvericiliyin prinsiplərinə uyğun deyildir. Bununla belə, iş halları ilə müəyyən edilmişdir ki, cavabdeh kooperativin sədri ilə iddiaçı arasında şəxsi münasibətlər zəminində mübahisə vardır və həmin hal maneənin mövcudluğu kimi qiymətləndirilə bilər. Eyni zamanda cavabdehin göstərilənləri təsdiq edərək iddiaya etiraz etməsi də maneənin mövcudluğunu dolayı yolla sübut edir. 26.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.5, 157.4, 157.8, 164.1, 165.1, 226.1, 226.2, 227.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1, 112.2, 113.2, 113.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 27.Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.Apellyasiya şikayətində qeyd olunur ki, iddia ərizəsi formal olaraq tərtib edilmişdir, maneə dedikdə nəyin nəzərdə tutulduğu məlum deyil. Çünki ortada heç bir maneə mövcud deyildir. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, iddia tələbini əsaslandırdığı halları sübut etməlidir. Lakin, İddiaçı Cavabdeh MTK tərəfindən onun mənzillərinə dair yaradılmış maneələrin mövcud olması ilə bağlı hər-hansı sübut əlavə etməmişdir. Həmçinin tərəflərindən məhkəmə iclası zamanı da heç bir maneənin mövcud olmadığı və iddiaçının mənzillərinə maneəsiz daxil olması və istifadə etməsi şəraiti yaradılmışdır. Bundan əlavə olaraq, iddiaçı bu yaxınlarda həmin binada ona məxsus iki mənzili satmışdır. Bu fakt isə ona dəlalət edir ki, Cavabdeh MTK iddiaçıya məxsus mənzillərə daxil olma, onlardan istifadə etməyə hər hansı maneə yaratmır. Belə olan halda, birinci instansiya məhkəməsi ilkin olaraq araşdırmalı olduğu məsələ iddiaçıya qarşı hər hansı hüquq pozuntusunun olub-olmamasını müəyyən etməkdir. Qeyd edir ki, pozuntu olmadığı halda iddiaçının iddia qaldırmaq hüququ belə yoxdur. Məhkəmə qətnaməsində istinad edir ki, cavabdeh kooperativin sədri ilə iddiaçı arasında şəxsi münasibətlər (vərəsəliklə bağlı ailədaxili mübahisələr) zəminində mübahisə vardır və həmin hal maneənin mövcudluğu kimi qiymətləndirilə bilər. Lakin, şəxsi münasibətlər və ya mübahisələrin olması mülkiyyət hüququnun pozulduğunu göstərən faktiki əsas deyil. Mülkiyyət hüququnun pozulması yalnız əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək imkanlarının qanunsuz məhdudlaşdırılması ilə bağlı ola bilər. Belə bir hal isə mövcud deyildir. Belə ki, cavabdeh MTK-nın qanuni təmsilçisi Nəbiyev Cəbrayıl iddiaçıya öz əmlaklarından istifadəyə heç bir maneə törətmir. İddiaçı istədiyi vaxt öz əmlaklarından rahat şəkildə istifadə edə bilir, onlarda olan məlumat əsasən əmlakların açarları da iddiaçıdadır. Hətta iddiaçı ona məxsus 2 əmlak barəsində sərəncam verərək həmin mənzilləri satmışdır. Belə olan hada hansı mülkiyyət hüququnun pozuntusundan danışmaq olar. Birinci instansiya məhkəməsi iş üzrə faktiki hallara yetərincə diqqət ayırmadan və hərtərəfli araşdırma aparmadan, yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışlarının surətləri və onun izahatına əsaslanaraq qətnamə qəbul etmişdir. Halbuki, Cavabdeh Mənzil Tikinti Kooperativi faktiki olaraq iddiaçının heç bir hüququnu məhdudlaşdırmamışdır. İddiaçı azad şəkildə kooperativ ərazisinə daxil olmuş, mənzillərdən istifadə etmişdir. Hətta o, bu yaxınlarda ona məxsus olan 2 mənzili də satmışdır. Sözügedən satış belə göstərir ki, iddiaçın heçbir hüququ məhdudlaşdırılmamışdır. Beləliklə, məhkəmə tərəfindən ədalət mühakiməsi işin faktiki halları əsasında keçirilməmişdir. Məhkəmə iş üzrə iddiaçının irəli sürdüyü tələbləri hərtərəfli araşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə yalnız tərəflər arasındakı münasibətə istinad edərək qətnamə qəbul edir. Lakin, bu münasibətlər normal olaraq baş verir, iddiaçı və qardaşı atalarını yeni itirmiş, bundan sonrakı proseslər onlar üçün ailə daxili bir mübahisələrə zəmin ola bilər. Bu o demək deyil ki, cavabdeh iddiaçının mülkiyyət hüququndan istifadəsinə hər hansısa bir maneə yaradır. Tərəflər arasında ailədaxili mübahisə olsa da, Cavabdeh MTK-nın qanuni təmsilçisi NəbiyevCəbrayıl Akif oğlu iddiaçıya öz əmlaklarından istifadəyə heç bir maneə törətmir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 29.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 30.İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 31.12-ci maddəsinin İİ hissəsinə görə, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 32.13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
33. 29-cu maddəsinin İ-İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 34.Maddə 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 35.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimisahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 36.Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqicəhətdən təmin edilmiş imkanıdır. 37.Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasiletməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 38.Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 39.Maddə 157.4.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 40.Maddə 157.8.Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 41.Maddə 164.1.Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 42.Maddə 165.1.Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 43.Maddə 226.1.Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. 44.Maddə 226.2. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir. 45.Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariyatexniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsiümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 46.Maddə 112.1.Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 47.Maddə 112.2.Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir. 48.Maddə 113.2.Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 49.Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 50.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 51.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri 52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 53.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 55.İş materillarına əsasən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə yerləşən 16 mərtəbəli, 525 mənzilli yaşayış kompleksində dəyərini tam ödəməklə iddia ərizəsində sadalanan 11 ədəd mənzil almışdır. Hazırda həmin mənzillərdən istifadəyə MTK rəhbərliyi tərəfindən maneə yaradıldığını iddia edir. Məhkəmə mübahisəsi dövründə tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı ilə MTK-nin icraçı direktoru X5 qardaşdırlar və aralarında ailə münasibətlərindən irəli gələn gərginlik var. 56.Cavabdeh tərəf də həmin mənzillərin iddiaçıya məxsusluğunu mübahisələndirmir, bununla belə iddiaçının mülkiyyətində olan mənzillərdən istifadəsi ilə bağlı hər hansı maneənin törədilmədiyini bildirərək, iddiaya etiraz edir. Eyni zamanda hər iki tərəf iddiaçı ilə Kooperativin sədri arasında vərəsəliklə bağlı ailədaxili mübahisələrinin olduğunu qəbul edirlər. 57.Qanunun tələbinə görə Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mülkiyyətçi isə qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 58.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılarşaq qeyd edir ki, maneənin mövcudluğu həm subyektiv, həm də obyektiv amillərin birgə qiymətləndirilməsini tələb edir. 59.Kollegiya qeyd edir ki, törədilməsi iddia olunan maneənin spesivik xüsusiyyətləri maneənin mövcudluğunun sübut edilməsini çətinləşdirsə də, işin ümumi hallarından- iddiaçı ilə Kooperativin sədri arasında vərəsəliklə bağlı ailədaxili mübahisələrinin mövcudluğu, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi, eləcə də cavabdeh MTK-nın öz maliyyə və zaman resurslarından istifadə edərək qətnaməni mübahisələndirməsi onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının öz mülkiyyət hüququnun həyata keçirlməsinə qarşı hansısa formada maneələr yaradılır. 60.Cavabdehin mənzilərdən 2-sinin iddiaçı tərəfindən satılması ilə bağlı dəlilini əsasssız hesab edən kollegiya qeyd edir ki, mənzilərin satışı iddiaçının mülkiyyət hüququnun ümumi şəkildə məhdudlaşdırılmadığını sübut etmir. Satış, ancaq konkret əmlak üzrə sərəncam hüququnu əks etdirməklə, MTK-nın digər mənzillər üzrə iddiaçının mülkiyyətinə müdaxilə riskini aradan qaldırmır. 61.Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci maddəsi, İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. 62.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 63.Həmçinin Konstitutsiyanın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. 64.Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. 65.Öz növbəsində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. 66.Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri(ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 67.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mülkiyyət hüquqlarının müdafiəsi baxımından iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. 68.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. 69.Beləliklə, işin müəyyən edilmiş fakitki hallarına və qanunvericiliyin qeyd olunan normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2(001)-5904/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 70.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 71.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 72.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 73.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 74.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2(001)-5904/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov