Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-174/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə İş № 2(103)-174/2023 Açar sözlər:(kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə yönəltmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" QSC Kommersiya Bankının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci tarixli, 2(005)-493/2021 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı LPO "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 arasında 21 sentyabr 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/129717/15 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank cavabdehə illik 20 (iyirmi) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsi 22 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir.Bundan əlavə kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsi 22 sentyabr 2015-ci l tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 2.Cavabdeh1 kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyin şərtlərini pozduğu üçün, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2015-ci il tarixli, 1xx/xx/129717/15 saylı kredit müqaviləsi üzrə 49197,91 (qırx doqquz min yüz doxsan yeddi ABŞ dolları, doxsan bir sent) ABŞ dolları məbləğində əsas borc, 21278,68 (iyirmi bir min iki yüz yetmiş səkkiz ABŞ dolları, altmış səkkiz sent) ABŞ dolları məbləğində faiz borcu, 15668,76 (on beş min altı yüz altmış səkkiz ABŞ dolları, yetmiş altı sent) ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 86145,35 (səksən altı min yüz qırx beş ABŞ dolları, otuz beş sent) ABŞ dolları məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 60 (altmış) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 90 (doxsan) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin ümumilikdə 131000 (yüz otuz bir min) manat məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan borc məbləği Bank qarşısında ipoteka ilə yüklü Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi /0,06 ha torpaq sahəsinə və Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986 a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinə yönəldilməsinə və ipoteka predmetlərinin açıq hərracdan satılması, ipoteka predmetlərinə tutma yönəldildikdən və o satıldıqdan sonra satışdan əldə olunmuş məbləğin cavabdehin banka olan borcuna sərf edilməsinə, borcun ödənilməmiş qalan hissəsinin Cavabdeh1 tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 arasında 21 sentyabr 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/129717/15 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank cavabdehə illik 20 (iyirmi) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986 a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsi 22 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986 a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsi 22 sentyabr 2015-ci l tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri cavabdeh tərəfindən pozulmuş, kredit ödənişləri müqaviləyə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bunun nəticəsində cavabdehin banka 49197,91 (qırx doqquz min yüz doxsan yeddi ABŞ dolları, doxsan bir sent) ABŞ dolları məbləğində əsas borc, 21278,68 (iyirmi bir min iki yüz yetmiş səkkiz ABŞ dolları, altmış səkkiz sent) ABŞ dolları məbləğində faiz borcu, 15668,76 (on beş min altı yüz altmış səkkiz ABŞ dolları, yetmiş altı sent) ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 86145,35 (səksən altı min yüz qırx beş ABŞ dolları, otuz beş sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Kredit müqaviləsinin 5.4.5-ci bəndində göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək «Borc alan»ın vəzifəsidir. Həmin müqavilənin 5.4.9-cu bəndinə əsasən müqavilə şərtlərini tam və vaxtında icra etmək «Borc alan»ın vəzifəsidir.Həmin müqavilənin 5.1.6-cı bəndinin tələbinə görə «Kreditor»un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. 5.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 22 sentyabr 2021-ci tarixli, 2(005)-493/2021 saylı qətnaməsi (hakim-Aytən Novruzova) ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" KB QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/129717/15 saylı kredit müqaviləsi üzrə 49197,91 ABŞ dolları məbləğində əsas borc, 21278,68 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 70976,59 (yetmiş min doqquz yüz yetmiş altı dollar, əlli doqquz sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, 60 (altmış) manat ipotekanın qeydə alınması üçün ödənilmiş məbləğin Cavabdeh1 iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının xeyrinə ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi /0,06 ha torpaq sahəsinə və Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986 a saylı bağ sahəsinin bir hissəsinin /0,06 ha torpaq sahəsinə yönəldilməsi, açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borcun "xxxx" KB QSC-yə ödənilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi /0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti-likvid dəyəri 146000 manat məbləğində, Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi /0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti-likvid dəyərinin 228000 manat müəyyən edilməsi qət edilmişdir. 6.İş materiallarında olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/129717/15 nömrəli müqavilənin məzmunundan görünür ki, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdeh şəxsə illik 20 (iyirmi) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 50.000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. 7.İş materiallarındaolan Cavabdeh1, Cavabdeh2 ilə Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli 1xx/xx/129717/15 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsi və Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsi "xxxx" KB QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 8.Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “X6” MMC-nin tərəfindən hazırlanmış xx.xx.2015-ci il tarixli qiymətləndirmə aktlarına əsasən ipoteka predmetinin dəyəri ümumilikdə 131000 manat məbləğində müəyyən edilir. 9.İş materiallarındaolan20 avqust 2019-cu il tarixli, 271021-1-34661 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlinin surətindən görünür ki, müqavilə üzrə verilmiş pul məbləğinin cəmi 5000 manat olmaqla 36 ay ərzində ödənilməsi müəyyən edilmişdir. 10.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının notarialqaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə "xxxx" KB QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 11.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə "xxxx" KB QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 12.İş materiallarındaolan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının 15..2019-cu il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 xx.xx.2019-cu il tarixə cavabdeh şəxsin banka 49197,91 ABŞ dolları məbləğində əsas borc, 21278,68 ABŞ dolları məbləğində faiz borcu, 430,32 15668,76 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 86145,35 manat məbləğində borcu qalmışdır. 13.İş materiallarındaolanAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/5429 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatarı və 21 sentyabr 2015-ci il tarixliŞ 1xx/xx/129717/15 №-li kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 xx.xx.2019-cu il tarixə (müqavilə müddətinin sonuna) "xxxx" KB QSC-yə olan borcu 86903,46 ABŞ dolları məbləğində müəyyən olunmuşdur, o cümlədən: əsas borc üzrə 49197,91 ABŞ dolları, faiz borcu üzrə 37705,55 ABŞ dolları təşkil edir. 14.İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli ƏEM/F 07-090/21 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, RX № ******* reyestr nömrəsi **********75 olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinin likvid dəyəri 153000 manat, RX № ******* reyestr nömrəsi **********74 olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinin likvid dəyəri 234000 manat müəyyən edilmişdir. 15.İş materiallarındaolan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 01/21-426 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, RX № ******* reyestr nömrəsi **********75 olan Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinin likvid dəyəri 146000 manat təşkil edir. 16.İş materiallarındaolan"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 01/21-425 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, RX № ******* reyestr nömrəsi **********74 olan Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinin likvid dəyəri 228000 manat təşkil edir. 17.Məhkəmə müəyyn etmşdir ki, "xxxx" KB QSC ilə borcalan Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 1xx/xx/129717/15 saylı kredit müqaviləsinə əsasən 48 (qırx səkkiz) ay müddətinə illik 20% ödənişlə 50000 (əlli min) ABŞ dolları məbləğində əsas borcun ödənişinə kredit verilmişdir. Həmçinin, Cavabdeh1, Cavabdeh2 ilə Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli 1xx/xx/129717/15 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsi və Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsi "xxxx" KB QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 18.Məhkəməsi hesab etmişdir ki,Cavabdeh1 kredit müqaviləsinə əsasən götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı "xxxx" KB QSC-yə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, müəyyən edilmiş kredit borcunu iddiaçı "xxxx" KB QSC-yə ödəməlidir. Buna görə də qeyd etmişdir ki, iddia tələbi əsas və faiz hissəsində əsaslı olduğundan təmin edilməlidir. 19.Məhkəmə iddianın xx.xx.2015-ci il tarixli 1xx/xx/129717/15 saylı kredit müqaviləsi üzrə üzrə əsas borca hesablanmış 15668,76 ABŞ dolları məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 500 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 20.Məhkəmə hesab etmişdir ki, tutma Bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi /0,06 ha torpaq sahəsinə və Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986 a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinə yönəldilməli, əmlaklar açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borc "xxxx" KB QSC-yə ödənilməlidir. 21.Məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu müqavilə üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququyaranmışdır. İddiaçı (ipoteka saxlayan) "xxxx" KB QSC hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. 22.Məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi /0,06 ha torpaq sahəsinə və Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinə yönəldilməli, açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borc "xxxx" KB QSC-yə ödənilməlidir. 23.Məhkəmə"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.07 2021-ci il tarixli qiymətləndirmə hesabatlarını əsas götürərək hesab etmişdir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 146000 manat məbləğində, Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 228000 manat məbləğində müəyyən edilməlidir. 24.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 443.1, 445.2, 448.1, 448.2, 465.2, 467, 269.1, 269.7, 269.4, 317.1, 319.1 və 319.4;“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3, 39.3.3, 47.4 və 59.3.1;“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7 və 8; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 25.İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci tarixli, 2(005)- 493/2021 saylı qətnaməsini ipoteka predmetlərinin yüksək qiymətləndirilməsi hissəsində ləğv edilməsini, həmin hissədə ipoteka predmetlərinin ümumi dəyərinin 131000 (yüz otuz bir min) manat olmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 26.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə tərəfindən ekspert rəyinə əsaslanmaqla ipoteka predmetlərinin üç dəfə artıq qiymətlə qiymətləndirilməsi əsaslı hesab edilə billməz, buna görə də, iş üzrə təkrar ekspertiza keçirilməli, əmlakların hazırkı bazar qiyməti barədə ətraflı izah və sübutlara əsaslanılmalı idi. Digər tərəfdən ekspert rəyi məhkəmə üçün qətnamənin çıxarılması zamanı məcburi xarakter daşımır. Nərimanov Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 493/2021 saylı qətnaməsi mənzillərin real bazar qiymətini nəzərə almadan və ipoteka müqaviləsində ikitərəfli razılaşılmış məbləğə zidd olaraq qəbul edilmişdir. Bundan əlavə ipoteka predmetlərinin qiymətinin şişirdilmiş olduğu "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyi ilə “X6” MMC tərəfindən hazırlanmış xx.xx.2015-ci il tarixli qiymətləndirilmə aktı arasında kəskin fərq olmasına baxmayaraq məhkəmə niyə məhz "xxxx" MMC-nin rəyini əsas götürməsi barədə əsaslandırmasını, hansı səbəbdən təkrar ekspertiza təyin edilərək ziddiyyətlərin açıqlanmadığını qətnamədə göstərməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 27.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 28.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, cavabdehlər bağ sahəsinin torpaq hissəsini ipoteka ilə yüklü etmişlər. Reyestrdə yüklülükdə də 0,06ha torpaq sahəsi yüklü edilmişdir. Bundan əlavə ipoteka müqaviləsinin 2.1-ci bəndində qeyd olunmuşdur ki, hər iki ipoteka predmetinin ümumilikdə dəyəri 131000 manat tərəflərin razılaşması ilə müəyyən olunmuşdur. Əgər cavabdehlər müqavilədən sonra orada hər hansı tikili tikiblərsə, buna görə ipoteka saxlayanın razılığı alınmalı idi. Cavabdehin nümayəndəsi hazırda deyir ki, guya tikiliyə Bank tərəfindən razılıq verilmişdir. Əgər belə bir razılıq olubsa, qoy həmin razılığı təqdim etsinlər. Əksinə cavabdehlər ipoteka müqaviləsinin 1.6-cı bəndinin tələblərini pozublar. Belə ki, həmin bəndə əsasən ipoteka qoyan ipoteka ilə yüklü edilmiş əmlakın bu müqavilənin müddəti bitənədək müqavilə bağlanan ana olan vəziyyətində saxlanılmasını təmin etməlidir. Hazırda keçirilmiş ekspert rəyini mötəbər sübut hesab edir. Həmin rəy Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən müvafiq araşdırılma aparılmaqla verilmişdir. 29.Məhkəmə kollegiyasını iclasənda Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədu, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında qeyd etdi ki, ipoteka müqaviləsi bağlanandan sonra cavabdehlər orada tikinti işlərini iddiaçının razılığı əsasında aparıblar. Bununla bağla cavabdehlər iddiaçıdan razılıq alıblar. Bunu sübut etmək vəzifəsi iddiaçının üzərindədir. Xahiş etdi ki, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışının hədləri 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 31.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsəində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni həmin hissələrdə mübahisələndirmiş, cavabdeh isə apellyasiya şikayəti verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 32.Maddə 6.2.Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 33.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 34.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 35.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 36.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 37.Maddə445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 38.Maddə448.1.Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunu: 39.Maddə 1.0.9. İlkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 40.Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 41.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 43.Maddə115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 44.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 45.Maddə 384.0.3.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 46.İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda, öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. 47.Kollegiya qeyd edir ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu müqavilə üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququyaranmışdır. İddiaçı (ipoteka saxlayan) LPO "xxxx" KB QSC hazırda ipoteka predmetlərinin ilkin satış qiymətinin şişirdilmiş olduğunu bildirərək qətnaməni həmin hissələrdə mübahisələndirmişdir. 48.Məhkəmə kollegiyası “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini müqayisəli təhlil edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 49.Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirildiyindən, "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilən rəylər arasında kəskin fərq olduğundan, məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 50.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4956 nömrəli ekspert rəyinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 986a saylı bağ sahəsinin bir hissəsi 0,06 ha torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 94080 manat (6,0x15680) məbləğində, 10% azalma əmsalı tətbiq etməklə həmin torpaq sahəsinin likvid dəyəri təqribən 84672,0 manat məbləğində; X4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 986a saylı bağ sahəsinin bir hissəsi 0,06 ha torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 94080 manat (6,0x15680) məbləğində, 10% azalma əmsalı tətbiq etməklə həmin torpaq sahəsinin likvid dəyəri təqribən 84672,0 manat məbləğində müəyyən edilir. 51.Kollegiya hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin rəyi kifayət qədər əsaslandırılmış, əmlakın mövcud likvid dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaka baxış keçirilməklə) müəyyən olunmuşdur. 52.Buna görə də, kollegiya hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4956 nömrəli ekspert rəyi əsas götürülməklə qətnamə mübahisələndirilən-ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməli, ipoteka predmetlərinin hər birinin ilkin satış qiyməti 84672,0 manat müəyyən olunmalıdır. 53.Kollegiya cavabdeh tərəfin həmin torpaq sahəsində olan tikililərin nəzərə alınması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, ipoteka müqaviləsi və reyestrdə olan yüklülükdə 0,06 ha torpaq sahələri ipoteka ilə yüklü edilmiş, tikilinin olması müəyyən edilmir. 54.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi ipoteka müqaviləsi bağlanandan sonra torpaq sahəsində tikiliyə Bank tərəfindən razılıq verilməsini, həmin razılığın olmasının sübut etmə yükünün Banka aid olmasını qeyd etmişdir. 55.Kollegiya bununla bağlı cavabdeh tərəfin dəlilini əsassız hesab edərək, qeyd edir ki, ipoteka müqaviləsinin 1.6-cı bəndinin tələbinə görə ipoteka qoyan ipoteka ilə yüklü edilmiş əmlakın bu müqavilənin müddəti bitənədək müqavilə bağlanan ana olan vəziyyətində saxlanılmasını təmin etməlidir. 56.Göründüyü kimi, cavabdeh olan ipoteka qoyan torpaq sahəsini müqavilədən əvvəlki vəziyyətdə saxlamaq barədə öz üzərinə öhdəlik götürmüşdür. Əgər tikinti işləri aparmışdırsa, bununla bağlı ipoteka saxlayanın razılığını almalı idi. Lakin cavabdeh bununla bağlı sübut təqdim edə bilməmişdir. 57.Digər tərəfdən ipoteka müqaviləsinin 2.1-ci bəndində qeyd olunmuşdur ki, hər iki ipoteka predmetinin ümumilikdə dəyəri 131000 manat tərəflərin razılaşması ilə müəyyən olunmuşdur. Göründüyü kimi, hətta müqavilə bağlanarkən, cavabdehlər razılaşmışlar ki, hər iki torpaq sahəsinin bazar dəyəri 131000 manat müəyyən olunur. 58.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatı dəyəri olan 100 manatın 54 manatı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 46 manatı iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankından alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 59.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406cımaddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayətiqismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci tarixli, 2(005)-493/2021 saylı qətnaməsi mübahisələndirilən- ipoteka predmetləri olan torpaq sahələrinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilsin. Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti 84672 (səksən dörd min altı yüz yetmiş iki) manat məbləğində, Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti 84672 (səksən dörd min altı yüz yetmiş iki) manat məbləğində müəyyən edilsin. Apellyasiya mərhələsində keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatı dəyəri olan 100 (yüz) manatın 54 (əlli dörd) manatı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 46 (qırx altı) manatı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankından alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-174/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-174/2023
08.02.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver