Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1764/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı (digər iddiaçının nümayəndəsi) İddiaçı2, Maraqlı şəxs3 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 noyabr 2022-ci il tarixli 2(003)-1449/2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 53 saylı Notariat Ofisinə, maraqlı şəxslər Maraqlı şəxs1, Talibova Təranə Bəşir qızı və Maraqlı şəxs3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 53 saylı Notariat ofisinin 06 fevral 2019-cu il tarixli AN-İ 592521 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılmaqla ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1449/2021 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən üçüncü şəxs Talibova Təranə Bəşir qızı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(103)- 5255/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1449/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmiş və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-978/2023 saylı qərardadı ilə kassasiya şikayətinə vəkilin səlahiyyətini təsdiq edən order əlavə edilmədiyindən kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Hazırda İddiaçı1 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayət vermişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1449/2021 nömrəli qərardadı ilə İddiaçı1 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı1 şikayət verərək qərardadının ləğv edilməsi xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-1449/2021 nömrəli qərardadı ilə məhkəməni 18 may 2022-ci il tarixli qərardadı ləğv edilmiş və 26 noyabr 2021-ci il tarixli qətnamədən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasında iştirak edən iddiaçı (digər iddiaçının nümayəndəsi) İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasında iştirak edən Maraqlı şəxs3 apellyasiya şikayətinə etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı1 apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə diqqət yetirdikdə görünür ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilən məhkəmə aktı artıq apellyasiya instansiyası məhkəməsində mübahisələndirilmiş və qətnamə ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Kollegiya hesab edir ki, hazırkı halda yuxarı instansiya məhkəməsi tərəfindən ləğv olunmuş birinci instansiya məhkəməsiin qətnaməsindən yenidən şikayətin verilməsi prosessual qanunvericiliyin tələbləri baxımından yol verilən deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış və apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 noyabr 2022-ci il tarixli 2(003)-1449/2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400, 402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 noyabr 2022-ci il tarixli 2(003)-1449/2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1764/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1764/2024
28.02.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver