Məhkəmə qərarları › İş №2(103)-1788/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1788/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1788/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”nun nümayəndəsi X2, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iştirakları ilə İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”nun cavabdehlər X1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borc tələbi və girov predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-78/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” cavabdehlər X1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Ağababayeva (Danyalova) Aynisə Məcvəddin qızından və “X10" ASC-dən iddiaçı, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 55.466,66 manat əsas, 38.325,04 manat faiz, 30.170,16 manat cərimə, cəmi 123.961,86 manat kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması; tələbin cavabdeh Ağababayeva (Danyalova) Aynisə Məcvəddin qızının istifadəsində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2 saylı binanın, 1 blok, 2 saylı ümumi sahəsi 82.11 m2 olan 2 (iki) otaqdan ibarət mənzilə "xxxx" ASC-də olan pay hüququna yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, həmin əmlakın açıq hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə “Texnikabank'’ ASC-nin arasında bağlanmış 12.07.2011 -ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh1 239 (iki yüz otuz doqquz) ay müddətinə, illik 12 laiz ödəmək şərtilə 57480.48 (elli yeddi min dörd yüz səksən manat qırx səkkiz qəpik) AZN məbləğində kredit vermişdir. Kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən, Borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. “Texnikabank" ASC ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC arasında 05 mart 2010-cü il tarixində bağlanan birgə fəaliyyət haqqında müqavilənin 2.12-ci maddəsinə qeyd edilmişdir ki, Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 (iyirmi) iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət" öz üzərinə götürür. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləöi və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkətin zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər “Bank" a ödənilənə qədər qüvvədədir.Həmin müqavilənin 3.1-ci maddəsində qeyd edilmişdirfeirBtı müqavilənin şərtlərini pozulması və ya yerinə yetirilməməmsi nəticəsində tərəflər biNbinxJƏ^vurğuqtarı zərərə görə məsuliyyət daşıyırlar.Lakin cavabdeh müqavilə şərtlərim pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında; lazımı qaydada icra etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-78/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh Ağababayeva (Danyalova) Aynisə Məcvəddin qızından 55.466,66 manat əsas, 38.325,04 manat faiz, 1.000 manat cərimə borcu, cəmi 94.791,70 (doxsan dörd min yeddi yüz doxsan bir min yetmiş qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 290 (iki yüz doxsan) manat cavabdeh Ağababayeva (Danyalova) Aynisə Məcvəddin qızından tutulub dövlət büdcəsinə keçirilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə ilə iddia tələbinin “tutmanın ipoteka predmetinə yönəldilməsi”, “borc məbləğinin cavabdeh ASC-dən tutulması” və “cərimə borcu tələbi” hissəsində təmin edilməməsi tamamilə əsassız olmuşdur. Bu səbəbdən, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2260/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-78/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5884/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2260/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi iddianın cavabdeh "xxxx" ASC-yə münasibətdə rədd olunmasına dair hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış və qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...iş materiallarından görünür ki, bankla tikinti şirkəti arasında 05 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanmış və həmin müqavilədə şirkətin inşa etdiyi və verəcəyi yaşayış binalarındakı mənzillərin satışının bank tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. “Birgə fəaliyyət haqqında” müqavilənin məzmunundan görünür ki, onun iştirakçıları arasında müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlanmışdır. Kollegiya hesab edir ki, tərəflər arasında qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Göstərilən müqavilə, işdən göründüyü kimi, yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. “Şirkət” həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına köçürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən və digər şərtlərdən tam xəbərdar olmuş və zamin kimi bank qarşısında öhdəlik daşımışdır. Şirkət birgə fəaliyyət haqqında müqaviləni imzalamaqla eyni zamanda gələcəkdə yarana biləcək öhdəliklərini müəyyən edən müqavilə bağlamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında qanunun tələblərinə uyğun zaminlik müqaviləsinin bağlanmaması əsası ilə şirkətə münasibətdə iddianın rədd olunmasını qanuni hesab edərkən işin yuxarıda göstərilən hallarını nəzərə almamış, onlara Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından qiymət verməmiş və şirkətin zamin kimi məsuliyyət daşıyıb-daşımamasını qanunun tələblərinə uyğun əsaslandırmamışdır” Təkrar apellyasiya baxışı zamanı iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”nun nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, "xxxx" ASC (indi ləğv prosesində olan "xxxx" ASC) ilə "xxxx" ASC arasında 05 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. “Birgə fəaliyyət haqqında" Müqavilənin 2.12-ci bəndinə əsasən, kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda “Bank”ın tələbi ilə 20 (iyirmi) iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər “Bank”a ödənilənə qədər qüvvədədir. Birinci instansiya məhkəməsi isə tərəflər arasında olan münasibətləri düzgün qiymətləndirməmişdir. Təkrar apellyasiya baxışı zamanı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, qanunvericiliyinə əsasən tərəflər arasında zaminlik barədə öhdəlik olması üçün zaminlik müqaviləsinin bağlanması vacib şərt olmuşdur, lakin tərəflər arasında belə bir müqavilə imzalanmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, apellyasiya şikayətini isə iddiaçı verərək qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir, digər tərəfdən qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Bununla yanaşı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5884/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2260/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi - iddianın cavabdeh "xxxx" ASC-yə münasibətdə rədd olunmasına dair hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış və qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi - iddianın cavabdeh "xxxx" ASC-yə münasibətdə rədd olunmasına dair hissəsində yoxlanılmalıdır. İş materiallarında olan Cavabdeh1 ilə “Texnikabank'’ ASC-nin arasında bağlanmış 12.07.2011-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh1 239 (iki yüz otuz doqquz) ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 57480.48 (elli yeddi min dörd yüz səksən manat qırx səkkiz qəpik) AZN məbləğində kredit vermişdir. İmzalanmış həmin kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2 saylı binanın, 1 blok, 2 saylı ümumi sahəsi 82.11 m2 olan 2 (iki) otaqdan ibarət mənzilin alınmasına verilmişdir. İş materiallarında olan “Texnikabank" ASC ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC arasında 05 mart 2010-cu il tarixində birgə fəaliyyət haqqında müqavilə bağlanmış və həmin müqavilənin 2.12-ci maddəsinə qeyd edilmişdir ki, Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 (iyirmi) iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət" öz üzərinə götürür. İş materiallarında olan 12 iyul 2011-ci il tarixli 14226 nömrəli mənzilin alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (satıcı) Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2 saylı binanın, 1 blok, 2 saylı ümumi sahəsi 82.11 m2 olan 2 (iki) otaqdan ibarət 2 nömrəli mənzilini X3 (alıcı) satmağı, sonuncu isə həmin mənzili onun dəyərini ödəməklə almağı öhdəsinə götürmüşdür. Mənzilin dəyəri tərəflərin razılığı ilə 152.051,30 (bir yüz əlli iki min əlli bir manat otuz qəpik) manat olmaqla, 240 (iki yüz qırx) ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Hər ay üçün 633,55 (altı yüz otuz üç manat əlli beş qəpik) manat aylıq ödəniş müəyyənləşdirilmişdir. İş materiallarında olan iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13 iyun 2018-ci il tarixli məktubuna əsasən Cavabdeh1 12.07.2011-ci il tarixli Kredit müqaviləsinə əsasən 55466.66 (əlli beş min dörd yüz altmış altı manat, altmış altı qəpik) AZN əsas, 22923.58 (iyirmi iki min doqquz yüz iyirmi üç manat, əlli səkkiz qəpik) AZN faiz, 15830.17 (on beş min səkkiz yüz otuz manat, otuz on yeddi qəpik) AZN borcu var. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2020-ci il tarixli 9/1923 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Cavabdeh1 12.07.2011-ci il tarixli Kredit müqaviləsinə əsasən 13 iyun 2018-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan əsas borcu 56.409,75 manat əsas, 21.984,95 manar faiz borcu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qırx beş) manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi iddianı - iddia üzrə tələb olunan məbləgin “X10" ASCdən tutulması hissəsində təmin etməməklə belə nəticəyə gəlmişdir ki, “Texnikabank" ASC ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC arasında hər hansı zaminlik müqaviləsi bağlanmamış, onlar arasında müqavilə öhdəliyi yaranmamışdır, belə olan halda tələb olunan məbləgin cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-də tutulması hissəsində tələb rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın cavabdeh "xxxx" ASC-yə münasibətdə rədd olunmasına dair hissədə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, bankla tikinti şirkəti arasında 05 mart 2010cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanmış və həmin müqavilədə şirkətin inşa etdiyi və verəcəyi yaşayış binalarındakı mənzillərin satışının bank tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 2-ci maddəsinə görə şirkət kreditin verilməsi üçün zəruri olan sənədlərin “banka” təqdim olunmasını təmin edir (həmin sənədlərin siyahısı müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuşdur), satışı bank tərəfindən kreditləşdirilən mənzilin alıcısının müvafiq tələblərə cavab verməsini (şəxsiyyət vəsiqəsinin olması, qeydiyyatının olması, 18 yaşına çatması, fəaliyyət və əmək qabiliyyətinin olması, mənzilin bütün bədbəxt hadisələrdən sığortalanması) yoxlayır. Müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən mənzilin satışının kreditləşdirilməsi şərtləri bankın yalnız öz mülahizələrinə əsasən mənzilin alıcısı ilə bağlayacağı kredit müqaviləsi ilə müəyyən olunur və bu zaman bank krediti ən çoxu 20 il müddətinə qədər və kreditin illik istifadə dərəcəsinin 12 faizdən çox olmamaqla verir. Müqavilənin 2.10-cu bəndinə görə kredit müqaviləsinə əsasən mənzilin alıcısına verilən kreditin məbləği təyinatı üzrə istifadə olunmaq üçün alıcının bank hesabından tikinti şirkətinin bankda olan cari hesabına köçürülür. Müqavilənin 2.12-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövrülüyünü ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda bankın tələbi ilə 20 iş günü müddətinə borcalan tərəfindən ödənilmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “şirkət” öz üzərinə götürür. Bu halda “şirkət” borcalanın “bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə görə hesablanmış faizlər “bank”a ödənilənə qədər qüvvədədir. Müqavilənin 2.14-cü maddəsinə əsasən “Şirkət” borcalanın (mənzilin alıcısının) “Bank” qarşısında icra edilməmiş, öhdəliyini zamin kimi tam icra etdikdə kredit müqaviləsi üzrə bütün hüquqlar “Şirkət”ə keçir. Göründüyü kimi “Birgə fəaliyyət haqqında” müqavilə - onun iştirakçıları arasında müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış “Birgə fəaliyyət haqqında” müqavilənin məzmunundan göründüyü kimi müqavilə yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, “Şirkət” həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına köçürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən və digər şərtlərdən tam xəbərdar olmuş və zamin kimi bank qarşısında öhdəlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmçinin qeyd edilməlidir ki, şirkət birgə fəaliyyət haqqında müqaviləni imzalamaqla eyni zamanda gələcəkdə yarana biləcək öhdəliklərini müəyyən edən müqavilə bağlamışdır. Göründüyü kimi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından tərəflər arasında qarışıq müqavilə bağlanmış, orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri öz əksini tapmışdır və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC “birgə fəaliyyət haqqında” müqaviləyə uyğun olaraq zamin kimi məsuliyyət daşımışdır. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın cavabdeh "xxxx" ASC-yə münasibətdə təmin edilməməsi barədə səhv nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti hissəsində maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə həmin hissədə ləğv edilməli və iddia cavabdeh "xxxx" ASC-yə münasibətdə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-78/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti hissəsində ləğv edilsin. Cavabdeh Ağababayeva (Danyalova) Aynisə Məcvəddin qızı ilə yanaşı digər cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən müştərək qaydada 55.466,66 manat əsas, 38.325,04 manat faiz, 1.000 manat cərimə borcu, cəmi 94.791,70 (doxsan dörd min yeddi yüz doxsan bir min yetmiş qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Xumar Mərdanova Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar