Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1790/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-12/2019 saylı xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək,Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 22L000005168 saylı kredit xətti müqaviləsinə və onun əsasında bağlanmış xx.xx.2013-cü il tarixli, 22R000006479 saylı və xx.xx.2014-cü il tarixli 22R000011720 saylı kredit razılaşmalarına xitam verilməsi, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 22R000006479 saylı kredit razılaşması üzrə 53402,51 (əlli üç min dörd yüz iki dollar 51 sent) ABŞ dolları əsas, 25028,70 (iyirmi beş min iyirmi səkkiz dollar 70 sent) ABŞ dolları faiz və 10000 (on min) ABŞ dolları cərimə olmaqla, cəmi 88431,21 (səksən səkkiz min dörd yüz otuz bir dollar 21 sent) ABŞ dolları və xx.xx.2014-cü il tarixli 22R000011720 saylı kredit razılaşması üzrə 79144,21 (yetmiş doqquz min yüz qırx dörd dollar 21 sent) ABŞ dolları əsas, 38784,35 (otuz səkkiz min yeddi yüz səksən dörd dollar 35 sent) ABŞ dolları faiz və 15000 (on beş min) ABŞ dolları cərimə olmaqla, cəmi 132928,56 (yüz otuz iki min doqquz yüz iyirmi səkkiz dollar 56 sent) ABŞ dolları, ümumilikdə isə hər iki kredit razılaşması üzrə 221359,77 (iki yüz iyirmi bir min üç yüz əlli doqquz dollar 77 sent) ABŞ dolları məbləğində pul ödəniş vaxtı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin X3 bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 42 (qırx iki) manat xidməti haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 35, 61 saylı mənzilinə, əmlakın ilkin satış qiymətinin 65000 (altmış beş min) manat məbləğində və Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 271T saylı bağ evinə, əmlakın ilkin satış qiymətinin 54000 (əlli dörd min) manat məbləğində müəyyən edilməklə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-nin borc tələbinin ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçilərə qaytarılması, qeyd olunan əmlaklar açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər ipoteka predmeti olan əmlaklardan (mənzildən və bağdan) çıxmazsa, onların məcburi qaydada çıxarılmaları qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı xeyrinə 22R000011720 saylı kredit razılaşması üzrə 95590.61 ABŞ dolları məbləğində kredit borcu, 11068.38 ABŞ dolları məbləğində faiz borcu və 15494.45 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 122153.44 ABŞ dolları məbləğində borcun, 22R000006479 saylı kredit razılaşması üzrə 121009.8 ABŞ dolları məbləğində kredit borcu, 13160.40 ABŞ dolları məbləğində faiz borcu və 19481.38 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 153651.58 ABŞ dolları məbləğində borcun, ümumilikdə cəmi 275805 (iki yüz yetmiş beş min səkkiz yüz beş) ABŞ dolları 02 (sıfır iki) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Nəsimi rayonu, Əliyeva Dilarə küçəsində 124 nömrəli 2 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbədə mülkiyyətdə olan 22.5 kv.m ümumi, 10 kv.m yaşayış sahəsindən 1 otaqlı 8 nömrəli mənzilə, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində xüsusi mülkiyyətdə olan 2 mərtəbədə yerləşən ümumi sahəsi 38.5 kv.m, yaşayış sahəsi 28.3 kv.m, yardımçı sahə 10.2 kv.m, yaşayış otaqlarının sayı 2 olan ev 93, 1 saylı mənzilə; Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 271 T ünvanında xüsusi mülkiyyətdə olan 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 145.4 kv.m, yaşayış sahəsi 78.2 kv.m, yardımçı sahə 67.2 kv.m olan (Qaraj-tikintialtı sahəsi 267.7 kv.m, ayaqyolu-4.2 kv.m, hasar-13.7 kv.m, darvaza daxil olmaqla) bağ evinə; Bakı şəhəri, Səbail rayonu, X5 küçəsində 35 nömrəli 4 mərtəbəli binanın 3-cü girişində 3-cü mərtəbəsində mülkiyyətdə olan 42 kv.m ümumi, 28 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 61 nömrəli mənzilə yönəldilməsinə, həmin mənzillərin və bağ evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 275805 (iki yüz yetmiş beş min səkkiz yüz beş) ABŞ dolları 02 (sıfır iki) sent məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutulması, Bakı şəhəri, Nəsimi rayonu, Əliyeva Dilarə küçəsində 124 nömrəli 2 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbədə mülkiyyətdə olan 22.5 kv.m ümumi, 10 kv.m yaşayış sahəsindən 1 otaqlı 8 nömrəli mənzilə və Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində xüsusi mülkiyyətdə olan 2 mərtəbədə yerləşən ümumi sahəsi 38.5 kv.m, yaşayış sahəsi 28.3 kv.m, yardımçı sahə 10.2 kv.m, yaşayış otaqlarının sayı 2 olan ev 93, 1 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin mənzillərə istifadə hüququnun itirilməsi, mənzildən çıxarılması, həmin mənzillərin boşaldılması və alıcıya təhvil verilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 271 T ünvanında xüsusi mülkiyyətdə olan 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 145.4 kv.m, yaşayış sahəsi 78.2 kv.m, yardımçı sahə 67.2 kv.m olan (Qaraj-tikintialtı sahəsi 267.7 kv.m, ayaqyolu-4.2 kv.m, hasar- 13.7 kv.m, darvaza daxil olmaqla) bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, həmin bağ evinin boşaldılması və alıcıya təhvil verilməsi, Bakı şəhəri, Səbail rayonu, X5 küçəsində 35 nömrəli 4 mərtəbəli binanın 3-cü girişində 3-cü mərtəbəsində mülkiyyətdə olan 42 kv.m ümumi, 28 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 61 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2 həmin mənzilə istifadə hüququnun itirilməsi, mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, məhkəmədən Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 22L000005168 saylı kredit xətti müqaviləsinə, xx.xx.2013-cü il tarixli 22R000006479 saylı, xx.xx.2014-cü il tarixli 22R000011720 saylı kredit razılaşmalarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 22R000011720 saylı kredit razılaşması üzrə 95590.61 ABŞ Dolları kredit borcu, 38784.35 ABŞ Dolları faiz borcu, 73984.63 ABŞ Dolları cərimə olmaqla, cəmi 208359.59 ABŞ dolları; 22R000006479 saylı kredit razılaşması üzrə 53402.51 ABŞ Dolları kredit borcu, 35467.15 ABŞ Dolları faiz borcu, 74749.65 ABŞ Dolları cərimə olmaqla, cəmi 163619.31 ABŞ dolları; hər iki kredit razılaşması üzrə ümumilikdə cəmi 371978 (üç yüz yetmiş bir min doqquz yüz yetmiş səkkiz) ABŞ Dolları 90 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu, 84 manat xidmət haqqının tutulması; tələbin Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 124 nömrəli evin 8 nömrəli mənzilinə, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 271 T saylı bağ evinə, Bakı şəhəri Səbail rayonu X5 küçəsi 35 nömrəli evin 61 nömrəli mənzilinə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılması və ümumilikdə cəmi 371978 (üç yüz yetmiş bir min doqquz yüz yetmiş səkkiz) ABŞ Dolları 90 sent borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulması; Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 271 T nömrəli bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evdən çıxarılması, bağ evinin boşaldılması və alıcıya təhvil verilməsi; Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 124 nömrəli evin 8 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi; Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi 35 nömrəli evin 61 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı dövründə iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə verərək, xx.xx.2013-cü il tarixli 22L000005168 saylı kredit xətti müqaviləsinə, xx.xx.2013-cü il tarixli 22R00006479 saylı, xx.xx.2014-cü il tarixli 22R000011720 saylı kredit razılaşmalarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə - 22R000011720 saylı kredit razılaşması üzrə 79114,21 ABŞ dolları kredit borcu, 38784,35 ABŞ dolları faiz borcu, 73984,63 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 191913,19 ABŞ dolları məbləğində borcun; - 22R000006479 saylı kredit razılaşması üzrə 53402,51 ABŞ dolları kredit borcu, 35467,15 ABŞ dolları faiz borcu, 74749,65 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 163619,15 ABŞ dolları məbləğində borcun; hər iki kredit razılaşması üzrə ümumilikdə 355532,50 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 42 manat xidmət haqqının tutulması, tələbin - Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 271T bağ evinə, - Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, 35 nömrəli evin 61 nömrəli mənzilinə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılması və ümumilikdə 355532,50 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 42 manat xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 271T bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evdən çıxarılması, bağ evinin boşaldılması və alıcıya təhvil verilməsi, Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, 35 nömrəli evin 61 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin evdən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin cərimə və faiz borcunun tutulması hisəsində təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh3 kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə digər Cavabdeh2 xx.xx.2020-ci il tarixində vəfat etməsini, vərəsəliklə bağlı notariat kontoruna müracəit olunduğunu və bununla əlaqədar onun Cavabdeh2 porsessual hüquqi varisi kimi əvəz edilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş 5 saylı Bakı ASAN xidməti mərkəzin qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə digər Cavabdeh2 xx.xx.2020-ci il tarixində “qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməyən insult” səbəbindən ölmüşdür. Kollegiyanın iclasında iştirak edən İddiaçı səlahiyyətli nümayəndəsi Cavabdeh1 Cavabdeh2 porsessual hüquqi varisi kimi əvəz edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, Cavabdeh1 Cavabdeh2 porsessual hüquqi varisi kimi əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1.-ci maddəsinə görə Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh1, apellyasya şıkayətinin rədd olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Cavabdeh1 Cavabdeh2 porsessual hüquqi varisi kimi əvəz edilməklə, qətnamədəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 22L000005168 saylı kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 120 (yüz iyirmi) ay müddətinə xx.xx.2023-ci il tarixə 600000 (altı yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 22R000011720 saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh1 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 22R000011720S saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında xx.xx.2013-cü il tarixli 22L000005168 saylı kredit xəttimüqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 22R000011720 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016-cı il tarixdən 1,4167% dərəcəsi ilə faizlər hesablanır və kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Kredit alan bu saziş bağlandıqdan sonra yenidən cari krediti üzrə restrukturizasiya olunmasını tələb etdikdə və cari kredit restrukturizasiya olunduğu halda kreditin qalıq məbləğinə aylıq 1,5% faiz dərəcəsi ilə faizlər hesablanacaq. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 22R000006479 saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh1 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 220000 (iki yüz iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 22R000006479S saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında xx.xx.2013-cü il tarixli 22L000005168 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixdə bağlanmış 22R000006479 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2015-ci il tarixli ödəniş planına (yeni ödəniş planı) uyğun olaraq dəyişdirilir. Kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azaldılmasından asılı olmayaraq həmin xarici valyutada banka ödəməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 22R000011720SA saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında xx.xx.2013-cü il tarixli 22L000005168 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2013-cü il tarixdə bağlanmış 22R000006479 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016-cı il tarixdən 1,4167% dərəcəsi ilə faizlər hesablanır və kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Kredit alan bu saziş bağlandıqdan sonra yenidən cari krediti üzrə restrukturizasiya olunmasını tələb etdikdə və cari kredit restrukturizasiya olunduğu halda kreditin qalıq məbləğinə aylıq 1,5% faiz dərəcəsi ilə faizlər hesablanacaq. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli 22S000007186 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borc alan Cavabdeh1 ilə borc verən İddiaçı QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 22L000005168 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli 22S000007187 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 borc alan Cavabdeh1 ilə borc verən İddiaçı QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 22L000005168 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli 22S000007188 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh4 borc alan Cavabdeh1 ilə borc verən İddiaçı QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 22L000005168 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2016-ci il tarixli, 26310 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı QSC Cavabdeh1 arasında bağlanmış 22R000011720 saylı xx.xx.2014-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2016-cı il tarixə 95590,61 ABŞ dolları məbləğində əsas, 11068,38 ABŞ dolları faiz, 15494,45 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 122153,44 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2016-ci il tarixli, 26311 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı QSC Cavabdeh1 arasında bağlanmış 22R000006479 saylı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2016-cı il tarixə 121009,8 ABŞ dolları məbləğində əsas, 13160,40 ABŞ dolları faiz, 19481,38 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 153651,58 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş bildiriş və xəbərdarlıqların surətindən görünür ki, İddiaçı QSC cavabdehləri kredit müqaviləsi üzrə banka olan borcun ödənilməsi, əks təqdirdə kredit borcunu ödəməkdən qəsdən yayındıqları üçün cinayət məsuliyyətinin nəzərdə tutulduğu barədə xəbərdar etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli 22M000000375 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 kredit müqaviləsinin təminatı olaraq Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 124, 8 saylı mənzili İddiaçı QSC-yə ipotekaya qoymuşdur. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 16470,30 (on altı min dörd yüz yetmiş manat 30 qəpik) məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 124, 8 saylı mənzil Cavabdeh4 mülkiyyətindədir və İddiaçı QSC-nin Salyan filialında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron portalından çıxarışdan görünür ki, yuxarıda qeyd olunan daşınmaz əmlaka dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli 22M000000376 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 kredit müqaviləsinin təminatı olaraq Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 93, 1 saylı mənzili İddiaçı QSC-yə ipotekaya qoymuşdur. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 75292,80 (yetmiş beş min iki yüz doxsan iki manat 80 qəpik) məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 93, 1 saylı mənzil Cavabdeh4 mülkiyyətindədir və İddiaçı QSC-nin Salyan filialında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron portalından çıxarışdan görünür ki, yuxarıda qeyd olunan daşınmaz əmlaka dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli 22M000000378 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsinin təminatı olaraq Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 271T saylı bağ evini İddiaçı QSC-yə ipotekaya qoymuşdur. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 53959,84 (əlli üç min doqquz yüz əlli doqquz manat 84 qəpik) məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 271T saylı bağ evi Cavabdeh1 mülkiyyətindədir və İddiaçı QSC-nin Salyan filialında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron portalından çıxarışdan görünür ki, yuxarıda qeyd olunan daşınmaz əmlaka dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli 22M000000377 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsinin təminatı olaraq Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 35, 61 saylı mənzilini İddiaçı QSC-yə ipotekaya qoymuşdur. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 43920,80 (qırx üç min doqquz yüz iyirmi manat 80 qəpik) məbləğində qiymətləndirilmişdir İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 35, 61 saylı mənzil Cavabdeh2 mülkiyyətindədir və İddiaçı QSC-nin Salyan filialında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron portalından çıxarışdan görünür ki, yuxarıda qeyd olunan daşınmaz əmlaka dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 766738 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh4 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 27 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş «xxxx» MMC-nin xx.xx.2017-ci il tarixli, 218 nömrəli hesabatından görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 35, 61 saylı mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan likvid qiyməti 65000 (altmış beş min) manat təşkil edir. İş materiallarına əlavə olunmuş «xxxx» MMC-nin xx.xx.2017-ci il tarixli, 218/1 nömrəli hesabatından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 271T saylı bağ evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan likvid qiyməti 54000 (əlli dörd min) manat təşkil edir. İş materiallarına əlavə olunmuş «xxxx» MMC-nin xx.xx.2017-ci il tarixli, 218/2 nömrəli hesabatından görünür ki, Cavabdeh4 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 93, 1 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan likvid qiyməti 130000 (yüz otuz min) manat təşkil edir. İş materiallarına əlavə olunmuş «xxxx» MMC-nin xx.xx.2017-ci il tarixli, 218/3 nömrəli hesabatından görünür ki, Cavabdeh4 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 124, 8 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan likvid qiyməti 33000 (otuz üç min) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 11513 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı QSC Cavabdeh1 arasında bağlanmış 22R000006479 saylı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2018-ci il tarixə 53402,51 ABŞ dolları məbləğində əsas, 35467,15 ABŞ dolları faiz, 74749,65 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 163619,31 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 11514 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı QSC Cavabdeh1 arasında bağlanmış 22R000011720 saylı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2018-ci il tarixə 95590,61 ABŞ dolları məbləğində əsas, 38784,35 ABŞ dolları faiz, 73984,63 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 208359,59 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixdə vəfat etmiş əri Cavabdeh4 vərəsəsi kimi sonuncudan miras qalmış əmlak - Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 124, 8 saylı mənzildən ibarət miras əmlakdan pay almışdır. İş materiallarına əlavə olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixdə vəfat etmiş əri Cavabdeh4 vərəsəsi kimi sonuncudan miras qalmış əmlak - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 93, 1 saylı mənzildən ibarət miras əmlakdan pay almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 11471 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx.xx.2013-cü il tarixli 22R000006479 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə Cavabdeh1 İddiaçı QSC-nə 117782,12 ABŞ dolları məbləğində əsas və 25028,70 ABŞ dolları faiz borcunun; - xx.xx.2014-cü il tarixli 22R000011720 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə Cavabdeh1 İddiaçı QSC-nə 95664,10 ABŞ dolları məbləğində əsas və 42780,45 ABŞ dolları faiz borcunun olması müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 11471 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2013-cü il tarixli 22R000006479 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə Cavabdeh1 İddiaçı QSC-nə 117782,12 ABŞ dolları məbləğində əsas və 25028,70 ABŞ dolları faiz borcunun; - xx.xx.2014-cü il tarixli 22R000011720 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə Cavabdeh1 İddiaçı QSC-nə 95664,10 ABŞ dolları məbləğində əsas və 42780,45 ABŞ dolları faiz borcunun olması müəyyən olunmuşdur İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı QSC yuxarıda qeyd edilən kredit müqavilələrinə əsasən Cavabdeh1 kredit vermişdir. Zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 borc alan Cavabdeh1 ilə borc verən İddiaçı QSC arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İpoteka müqavilələrinə əsasən Cavabdeh4 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 124, 8 saylı mənzil, Cavabdeh4 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 93, 1 saylı mənzil, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 35, 61 saylı mənzil və Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 271T saylı bağ evi Cavabdeh1 kredit müqaviləsinin təminatı olaraq İddiaçı QSC-yə ipotekaya qoymuşdur. Cavabdeh4 xx.xx.2016-cı il tarixdə ölmüş, Cavabdeh2 xx.xx.2016-cı il tarixdə vəfat etmiş əri Cavabdeh4 vərəsəsi kimi sonuncudan miras qalmış əmlaklar - Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 124, 8 saylı mənzildən və Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 93, 1 saylı mənzildən ibarət miras əmlakdan pay almışdır. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən bank məhkəməyə müraciət etmişdir. İş üzrə İddiaçı QSC həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda işdən görünür ki, birinci instansiya məhkəməsi borcun vaxtında ödənilməməsinə görə İddiaçı QSC-nin iddiasının xx.xx.2013-cü il tarixli 22L000005168 saylı kredit xətti müqaviləsinə və onun əsasında bağlanmış xx.xx.2013-cü il tarixli 22R000006479 saylı kredit razılaşması üzrə 74749,65 ABŞ dolları və xx.xx.2014-cü il tarixli 22R000011720 saylı kredit razılaşması üzrə isə 73984,63 ABŞ dolları cərimənin tutulması hissəsinə münasibətdə dəbbə məbləğinin alınması tələbini qismən təmin edərək, tələb olunan cərimə məbləğinin ödənilməsini tənasübsüz hesab edərək, cavabdehlərdən xx.xx.2013-cü il tarixli 22R000006479 saylı kredit razılaşması üzrə cərimə olaraq 10000 ABŞ dolları məbləğində, xx.xx.2014-cü il tarixli 22R00001172 saylı kredit razılaşması üzrə isə 15000 ABŞ dolları məbləğinədək azaldılması qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Kollegıya hesab edir ki, müqavilələrdə nəzərdə tutulan öhdəliklər cavabdeh tərəfindən lazımınca yerinə yetirmədiyindən iddia tələbinı yuxaıda göstərilən qaydada təmin etməkləbirinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi, Cavabdeh1 Cavabdeh2 porsessual hüquqi varisi kimi əvəz edilməklə, dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1790/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1790/2020
05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver