Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1790/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehna qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının, müavinət və sairə pul məbləğinin ödənilməsi" tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2585/2021 nömrəli işi üzrə 20.04.2021-ci il tarixli, qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh ARDNŞ-nin Cavabdehna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Neftqazelmitədqiqatlayihə” İnstitutunun 01 oktyabr 2020-ci il tarixli, SOCAR**********00070020B00194 nömrəli əmrinin ləğv edilməsi, Cavabdeh Neft və qaz yataqlarının işlənməsinin layihələndirilməsi və təhlili laboratoriyasının 16-cı dərəcəli aparıcı elmi işçisi vəzifəsinə bərpa edilməsi, 01 oktyabr 2020-ci il tarixdən başlayaraq əvvəlki vəzifəsinə bərpa ediləcəyi günədək ödənilməli olan məcburi iş buraxma müddəti üçün əmək haqqının (tarif maaşı və bütün əlavələr daxil olmaqla) hesablanaraq ödənilməsi, ona vurulmuş mənəvi ziyana və şirkətin daxili qanunlarına əsasən əmək haqqının 5 misli qədər müavinətin (pul vəsaitinin) ödənilməsi, mənəvi sarsıntıya görə əlavə 50000 manat pul vəsaitinin ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Birinci instasniya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14.08.2009-cu il tarixli, 110 nömrəli əmək müqaviləsinə əsasən, İddiaçı 14.08.2009-cu il tarixdə Cavabdeh böyük elmi-işçi vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqaviləyə edilmiş 3 və 5 saylı əlavələrə əsasən sonuncu ilə bağlanmış əmək müqaviləsi 01.10.2020-ci il tarixədək uzadılmışdır (səh.42); ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitunun S0CAR**********00070020B00194 nömrəli, 01.10.2020-ci il tarixli əmrinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığına əsasən ƏM-nin 75.2-ci maddəsinin “a” bəndi əsasında 01.10.2020-ci il tarixdə xitam verilməsi qərara alınmışdır (səh.49); 18.11.2020-ci il tarixli, SACAR**********300070020B00209 nömrəli əmrə əsasən, İnstitut üzrə icra olunmuş Əmək müqaviləsinə xitam verilməsi haqqında 01.10.2020-ci il tarixli, SOCAR**********00070020B00194 nömrəli əmrə qismən dəyişiklik edilərək, müqaviləyə xitam verilməsi üçün əsasda götürülmüş AR ƏM-nin 75.2a maddəsi, tərəflərin qarşılıqlı razılığı sözləri ƏM-in 75.2d maddəsi, bu maddənin tələblərinə əməl edilməklə, tərəflərin müəyyən etdiyi digər hallar sözləri ilə əvəz edilmişdir (səh.48). Cavabdeh tərəf yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2585/2021 nömrəli 20.04.2021-ci il il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.Qətnamədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73, 75, 296; «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına; Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına; Azərbaycan Respublikasının MPM-nin 14, 77.1 217-ci maddələrinə; «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, Məhkəmə baxışı zamanı cavabdeh tərəf yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçı 5 aydan artıq müddət keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməlidir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14.08.2009-cu il tarixli, 110 nömrəli əmək müqaviləsinə əsasən, iddiaçı Cavabdeh böyük elmi-işçi vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqaviləyə edilmiş 3 və 5 saylı əlavələrə əsasən sonuncu ilə bağlanmış əmək müqaviləsi 01.10.2020-ci il tarixədək uzadılmışdır. ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitunun SOCAR**********00070020B00194 nömrəli, 01.10.2020-ci il tarixli əmrinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-in 75.2-ci maddəsinin “a” bəndi əsasında 01.10.2020-ci il tarixdə xitam verilmişdir. Daha sonra 18.11.2020-ci il tarixli, SACAR**********300070020B00209 nömrəli əmrə əsasən, İnstitut üzrə icra olunmuş Əmək müqaviləsinə xitam verilməsi haqqında 01.10.2020-ci il tarixli, S0CAR**********00070020B00194 nömrəli əmrə qismən dəyişiklik edilərək, müqaviləyə xitam verilməsi üçün əsasda götürülmüş ƏM-nin 75.2a maddəsi, tərəflərin qarşılıqlı razılığı sözləri ƏM-in 75.2d maddəsi, bu maddənin tələblərinə əməl edilməklə, tərəflərin müəyyən etdiyi digər hallar sözləri ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddia müddətinin buraxılmasını səbəbini müxtəlif qurumlara müraciət etməsi ilə əsaslandırmışdır. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 20 aprel 2021ci il tarixli 2(004)-2585/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsini, "Neftqazelmitədqiqatlayihə" İnstitutunun 01 oktyabr 2020-ci il tarixli, SOCAR**********00070020B00194 nömrəli əmri ləğv edilməsi, "Neftqazelmitədqiqatlayihə" İnstitutunun Neft və qaz yataqlarının işlənməsinin layihələndirilməsi və təhlili laboratoriyasının 16-cı dərəcəli aparıcı elmi işçisi vəzifəsinə bərpa edilməsini, 01 oktyabr 2020-ci il tarixdən başlayaraq əvvəlki vəsifəmə bərpa ediləcəyi günədək ödənilməli olan məcburi iş buraxma müddəti üçün əmək haqqının (tarif maaşı və bütün əlavələr daxil olmaqla) hesablanaraq ödənilməsini, vurulmuş mənəvi ziyana və şirkətin daxili qanunlarına əsasən əmək haqqının 5 misli qədər müavinətin (pul vəsaitinin) ödənilməsini,mənəvi sarsıntıya görə əlavə 50000 manat pul vəsaitinin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6329/2021 saylı, 07.07.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2585/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti verilmişdir, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 26.11.2021-ci il tarixli, 2(102)-6841/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6329/2021 saylı iş üzrə 7 iyul 2021-ci il tarixli qətnaməsi müavinətin və mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77,88, 217, 218, 407, 416-418-ci maddələrə istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14.08.2009-cu il tarixli, 110 nömrəli əmək müqaviləsinə əsasən, iddiaçı Cavabdeh böyük elmi-işçi vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqaviləyə edilmiş 3 və 5 saylı əlavələrə əsasən sonuncu ilə bağlanmış əmək müqaviləsi 01.10.2020ci il tarixədək uzadılmışdır. ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitunun SOCAR**********00070020B00194 nömrəli, 01.10.2020-ci il tarixli əmrinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 75.2-ci maddəsinin “a” bəndi əsasında 01.10.2020-ci il tarixdə xitam verilmişdir. Daha sonra 18.11.2020-ci il tarixli, SACAR**********300070020B00209 nömrəli əmrə əsasən, İnstitut üzrə icra olunmuş Əmək müqaviləsinə xitam verilməsi haqqında 01.10.2020-ci il tarixli, S0CAR**********00070020B00194 nömrəli əmrə qismən dəyişiklik edilərək, müqaviləyə xitam verilməsi üçün əsasda götürülmüş ƏM-in 75.2a maddəsi, tərəflərin qarşılıqlı razılığı sözləri ƏM-in 75.2d maddəsi, bu maddənin tələblərinə əməl edilməklə, tərəflərin müəyyən etdiyi digər hallar sözləri ilə əvəz edilmişdir. Məhkəmə baxışı zamanı cavabdeh tərəf yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş etmişdir. Apellyasiya kollegiyası iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 5 aydan artıq müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən, yəni iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci bəndində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində rədd edildiyindən, iddianın mənəvi ziyanın tutulması hissəsi də rədd edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyası iddia tələbinin əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsinin rədd edilməsi barədə aşağı instansiya məhkəmələrinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülməklə məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh tərəf yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbi üzrə müavinətin və mənəvi zərərə görə pulun ödənilməsi hissəsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edildiyindən, qətnamə həmin hissədə ləğv edilməli, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilməlidir. Aylıq əmək haqqının beş mislində müavinətin və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə iddiaçının iddia tələblərinin Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti tətbiq edilməklə rədd edilməsi qanuni olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 384.0.1-ci maddəsinə əsasən şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri- maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələblərinə münasibətdə maddi hüquq normasını düzgün tətbiq etsə də, müavinətin və mənəvi ziyanın tutulması tələblərinə münasibətdə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün nəzərdə tutulmuş iddia müddətini düzgün müəyyən etməmişdir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddiaçı apellyasiya şikayətində iddia müddətləri ilə bağlı Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad edərkən, həmin məcəllənin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçinin hüquqlarının pozulduğunu aşkar etdiyi gündən etibarən bir il ərzində məhkəməyə müraciət edilə bildiyini qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilinə münasibət bildirməmiş, şikayətin dəlilinin məhkəmə tərəfindən nə üçün təmin edilmədiyini əsaslandırmamışdır. Halbuki, "Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 17-ci bəndində qeyd edilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Həmin qərarın birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yekun qərarın qəbul edilməsi üçün müavinətin və mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbi üzrə halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, müavinət və mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviriəsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməli, Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyən normalara istinad edərək hazırki mübahisəni həll etməlidir. İddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək bildirir ki, pandemiya dövründə evdə yıxılaraq ayağından və gözündən ağır zədə aldığı üçun müalicə almışdır. Bununla əlaqədar olaraq xəstəlik vərəqəsi bacısı tərəfindən iş yerinə təqdim edilmişdir. Belə ki, əmək qabiliyyəti və özü tam sağlam olduğu üçün 01 oktyabr 2020-ci il tarixində işə çıxmışdır. İş yerində olduğuna baxmayaraq qanunsuz və əsassız olaraq 01 oktyabr 2020ci il tarixli SOCAR **********00070020B00194 nömrəli əmr ilə guya Azərbaycan Respublikasının 75.2a maddəsinə (tərəflərin qarşılıqlı razılığı) əsasən işdən çıxarılmasına xitam verilmişdir.Cavabdeh tərəfindən verilmiş həmin əmri tam qanunsuz və əsassız hesab edirəm. Belə ki, əmr verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Əmrdən məlum olur ki, guya onunla olan əmək müqaviləsinə işəgötürənlə qarşılıqlı razılaşma əsasında xitam verilmişdir. Əslində belə olmamış, işəgötürən tərəfindən onunla olan əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinə əməl edilməmiş, işdən azad olunmağı barədə ərizə yazmağa məcbur edilmişdir. O, ərizə yazmayıb. 29 ilə yaxındır cavabdeh olan təşkilatda nöqsansız işləmiş, bu müddətdə heç bir intizam tənbehi almamışdır. Xəstə olduğu müddətdə SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılov tərəfindən 19 may 2020-ci il tarixli bildirişdə göstərilir ki,"Sizin qanunvericilik də müəyyən olunmuş pensiya yaşına çatmağınızla əlaqədar olaraq sizin, öz təşəbbüsünüz ilə əmək müqavilənizə xitam verilməsi üçün müraciət müddətiniz 30 may 2020-ci il tarixində bitir.Məktub məhkəmə işinə əlavə edilmişdir.Eyni zamanda həmin məktubunda bildirir ki,müraciət müddəti bitdikdən sonra orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti almaq hüququnuzu itirəcəksiniz. Bundan əlavə, sizinlə bağlanmış əmək müqaviləsinin 9.5.1 maddəsinin d bəndinə əsasən işçi təqaüd yaşına çatdıqda onunla bağlanmış əmək müqaviləsinə 1(ay)müddətində xitam verilə bilər. Bununla bağlı üzürlü səbəbdən əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar olaraq xəstəlik vərəqəsi bacısı tərəfindən iş yerinə təqdim edilməsi barədə direktorun adına məktub yazılmışdır. Xəstəlik vərəqəsni məhkəmə işinə əlavə edilmişdir, cavabdeh SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılova məktub göndərilmişdir. Göründüyü kimi həmin dövürdə xəstə olmuş,işə gələ bilməmişdir.İşdən çıxmağı barədə razılığı olmamışdır, nə də bununla bağlı işdən çıxmaq haqqında ərizə verməmişdir.Üzürlü səbəbdən14.04.2020-ci tarixindən 30.09.2020-ci il tarixinədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar olaraq əmək fəaliyyətini davam etdirə bilməmişdir. 01 oktyabr 2020-ci il tarixindən əmək fəaliyyətinə davam etdirb. Xəstə olmuş, 14 avqust 2009 -cu il tarixində bağlanmış 110 nömrəli əmək müqaviləsinin 9.5.1 maddəsinin d bəndinə əsasən Əmək müqaviləsinə əsasən işə götürən tərəfindən ən azı bir ay müddətinə və ya iki ay ona vaxt verilməli idi.Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi Maddə 75-də göstərilmişdir.İddiaçı kimi bildirir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (keçmiş Azərbaycan Dövlət Neft Akademiyası) Qaz-Neft-Mədən fakültəsinin "Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi" ixtisası üzrə bitirmişdir. 28 ildən artıq fasiləsiz və qüsursuz "Neftqazelmitədqiqatlayihə" İnstitutunun Neft və qaz yataqlarının işlənməsinin layihələndirilməsi və təhlili laboratoriyasının 16-cı dərəcəli aparıcı elmi işçi, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent, 45-dən çox elmi məqalələrin, neftin artıması üzrə altı ixtiranın müəllifi olmuşdur. Beynəlxalq, respublika elmi konfranslarında, simpoziumlarda və elmi serpinarlarda dəfələrlə məruzələrlə çıxış etmişdir. Yeni Azərbaycan Partiyasının üzvü olmaqla bərabər keçirilən Dövlət tədbirlərində dəfələrlə prezident, parlament,bələdiyyə seçkilərində və referendumda müşahidəçi kimi fəal iştirak etmişdir. X6 Komitəsinin bu günə kimi seçilmiş nümayəndəsi olmuşdur.Uzun illər işlədiyim institutunun rəhbərliyinin adından ona qarşı olan hörmətsizlik nəticəsində mənəvi sarsıntı keçirib.Onun kimi dövlətinə sədaqətlə xidmət edən və işinə məsuliyyətlə yanaşan bir işçiyə haqsızlıq olunmuşdur. Belə ki, onun razılıq ərizəsi olmadan, onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 75.2a ona yersiz və əsassız iradlar tutmağa başlayaraq ondan əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi barədə ərizə yazmağı tələb etdilər. Kadrların rəisi bu işlə bağlı hüquqşünası və onun laboratoriya müdirini dəvət edərək, ona öz xoşu ilə işdən çıxmağı barədə ərizə yazmağını, əmək kitabçasına qol çəkib, götürməyini tələb etdilər. Əks halda sənə əmək haqqının 5 misli olan müavinəti, əmək haqqı və sığorta verilməyəcək. Kadrların rəisi Murad müəllimin bu qanunsuz tələbi onun tərəfindən rədd edildikdən sonra ona qarşı qərəzli davranış göstərməklə yanaşı ,əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam veriləcəyini bildirdilər. Belə ki, ona qarşı açıq-aşkar ayrı-seçkiliyə yol verməklə yanaşı, ona qarşı qərəzli münasibət göstərildi.Cavabdeh tərəfindən Həmkarlar İttifaqına müraciət olunmamış, onunla bağlanmış əmək müqaviləsinə ,Əmək Məcəlləsinin guya75-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsinə münasibət bildirilməməsi, həmin tarixdə keçirilən iclasın olmaması,Həmkarlar İttifaqının onun işdən azad edilməsinə etiraz etmədiyi və həmin protokolu və qərarı cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.Belə ki, iddiaçı kimi onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir.Cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi riəticəsində fiziki və mənəvi sarsıntılar keçirib.Sonradan poçt vasitəsi ilə Baş mühəndis-direktorun 1-ci müavinin imzası ilə məktub göndərilərək, əmək kitabçasını məcburi götürməyi bildirir.O, işdən çıxmağı barədə ərizə yazmayıb, ona öz etirazını bildirib.Cavabdeh SOCARm"Neftqazelmitədqiqatlayihə”lnstitutunun səlahiyyətli nümayəndəsi X7 tərəfindən 06.04.2021-ci il tarixində Yasamal rayon Məhkəməsinə verdiyi etirazında yalandan işə adiyyatı olmayan sonuncu guya haqq-hesab vərəqəsini məhkəməı işinə əlavə etmişdir.Həqiqətə uymayan ifadələr və sənədlər vermişdir. Həmin Haqq-hesab vərəqəsində yazır ki, guya əmək haqqı dövrü 01.10.2020-31.10.2020 -ci il,qrafik üzrə iş günləri 22 ,qrafik üzrə iş saatı 176, tutmalar ilə birlikdə cəmi —pul məbləği 1.867,55 təşkil edir.Sənədlərdəndə göründüyü kimi cavabdeh yalan danışır,həmin Haqq- hesab vərəqəsi saxtadır."Neftqazelmitədqiqatlayihə” İnstitutu 01 oktyabr 2020-ci il tarixli, SOCAR**********00070020B00194 nömrəli əmri ilə onun razılıq ərizəsi olmadan, onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 75.2a maddəsinə əsasən xitam verilmişdir.Bu barədə əmri Baş mühəndis-direktorun birinci müavini Fazil Həsənov vermişdir.Onu məcburi işə buraxmadılar. Sonradan cavabdeh etdiyi qanunsuz hərəkətlərini ört-basdır etmək üçün həmin sənədləri saxta tərtib etmişlər. Yeni dəlil və sübut almış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi filialına ərizə ilə müraciət etmiş ödənilən müavinətlərin aybaay ödənilməsi barədə arayış verilməsini xahiş etmişdir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət haqqında 08 iyul 2021-ci il tarixli, **********0 saylı sənədi məhkəmə işinə əlavə edir beş ay üzrə. Axırıncı 01.09.2020-ci ildən - 30.09.2020-ci ilə dək Əməkqabiliyyətinin olmaması vərəqəsinin əhətə etdiyi dövr,ödənilən məbləğ 2160.87 manat və gəlir vergisi 353,08 manat göstərilmişdir. Sənəd işə əlavə edilmişdir.İddiaçı kimi bildirir ki, razılıq ərizəsi olmadan,qanunsuz və əsassız olaraq onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2a maddəsinə əsasən Baş mühəndis-direktorun birinci müavini Fazil Həsənovun 01 oktyabr 2020-ci il tarixli,SOCAR**********00070020B00194 nömrəli əmri ilə xitam verilmişdir.Əmək müqaviləsinə xitam verilmədən öncə cavabdeh "Neftqazelmitədqi qatlayihə" İnstitutunun direktoru tərəfindən işçiyə ödənilməmiş əmək haqqının məbləği üzrə son haqq-hesab aparılması və həmin güh üçün işəgötürən tərəfindən ona nə qədər məbləğində pulun ödənilməli olduğu müəyyən edilməlidir.Bu barədə onlar tərəfindən akt (“açıklama”) tərtib edilərək, onunla imzalanmalıidi.Belə ki, həmin son haqq-hesab imzalanmamış akt isə cavabdeh tərəfin dən mənə verilməmiş, əmək haqqının 5 misli isə ödənməmişdir.Qətnamədə göstərilən cavabdeh tərəfindən son haqq-hesab vərəqəsi göründüyü kimi həqiqəti əks etdirmir.Birinci instansiya və ikinci instansiya məhkəmələri tərəfindən işi düzgün araşdırılmamış, göstərilən ona ödənilən məbləğ isə xəstəlik vərəqəsinə əsasən 01 sentyabr 2020-ci il tarixdən 01 oktyabr 2020-ci il tarixədək olan müddət üzrə ona ödənilməli olan pul manatla təşkil etmişdir. Həmin 2160.87 manat pul məbləği ödənilmiş, qalan pullar ödənilməmişdir. Odur ki, işəgötürənlə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh hüquqlarını pozmuşdur,müqavilədə göstərilən bır ay və iki ay müddətini ona verilməmişdir. Əmək haqqının 5 misli 2333,00 x 5= 11665,00 (on bir min altı yüz altmış beş ) manat edir. 1 faizi edir 116,65x30 günə=3499,5 x 14 aya =48993, əlavə dosent və alimliyə görə aylıq 150 manat x 5 aya =750 manat x 14(ay)= 10500(on min beş yüz) manat , cəmi= 11665 +48993+10500 =71158 (yetmiş bir min yüz əlli səkkiz ) manat pul təşkil edir, buraxılmış müddət 71158 manat təşkil edir. Odur ki, bununla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İşəgötürən tərəfindən əmək haqqının 5 misli və əmək haqqı və digər ödəmələr vaxtında ödənilməməsi həyatında ciddi maddi və mənəvi problemlərin yaranmasına səbəb olmuşdur. Belə ki, işəgötürən tərəfindən qanunsuz olaraq işinə xitam verilməsi, həyatında gərgin narahatlıq və stress yaşadı, mənəvi sarsıntı və iztirab keçirdi, bu isə ona mənəvi ziyan vurmuşdur. Bununla yanaşı, işəgötürən tərəfindən işinə xitam verilməsi, əmək haqqının ödənilməsinin qanunsuz olaraq verilməməsinə görə hər gecikdirilmiş gün üçün ödənc verilməlidir.Eyni zamanda mənəvi sarsıntıya görə əlavə 50000 manat pul vəsaitinin ödənilməsini xahiş edir.Yəni 2020-ci ilin oktyabr ayından başlayaraq ödənilməmiş 2333 x 14(ay)= 32662(otuz iki min altı yüz)altmış iki) manat əmək haqqının 2022-ci ilin fevral aymadək gecikdirilməsinə görə hər gün üçün 1 jfaiz hesablanmaqla yəni 32662 x 1 faizi = 326,62 x 30 günə = 97986 ,00 manat x 14 aya = 137180.40 manat + 32662 = 169842,40 (yüz altmış doqquz min səkkiz yüz qırx iki ) manat 40 qəpik təşkil edir.Əmək haqqının 5 misli cəmi= 11665 +48993+10500 =71158 (yetmiş bir min yüz əlli səkkiz ) manat, dosent və alimliyə görə aylıq 150 manat x 5 aya =750 manat x 14(ay)= 10500(on min beş yüz) manat birlikdə ,ödənilməmiş əmək haqqı 169842,40 (yüz altmış doqquz min səkkiz yüz qırx iki ) manat 40 qəpik təşkil edir. Ümumi cəmi Əmək haqqının 5 misli cəmi= 11665 +48993+10500 =71158 (yetmiş bir min yüz əlli səkkiz ) manat + ödənilməmiş əmək haqqı 169842.40(yüz altmış doqquz min səkkiz yüz qırx iki ) manat 40 qəpik =241000,40(iki yüz qırx bir min)manat 40 qəpik pulu cavabdeh tərəfindən alınaraq ona ödənilməsini xahiş edir. Eyni zamanda mənəvi sarsıntıya görə əlavə 50000 manat pul vəsaitinin ödənilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddaçının xəstə olduğu dövrdə ərizə yazmış olduğu halda ona institut tərəfindən müavinət veriləcəyini, qarşı tərəfin iddiaçıya qanunla nəzərdə tutulan 1 aylıq müddəti vermədiyini, direktor Fəxrəddin bəyin iddiaçıya bildiriş ünvanlayaraq may ayın 30-na qədər ərizə yazmadığı halda ona müavinət verilməyəcəyini qeyd etdiyini, iddiaçının onları poçt vasitəsilə xəstə olduğu barədə məlumatlandırdığını və kadrlar şöbəsi tərəfindən telefon vasitəsilə işə gələnə qədər gözləyəcəklərini bildirdiklərini, rəsmi şəkildə cavab verilmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Hüseynova Rita Kərim qızı apellyasiya şikayətini müdafiə edərək,həmin institutda 28 il fasiləsiz işlədiyini,institutun elmi və ictimai işlərində iştirak etdiyini,aprel ayında ayağından ciddi zədə aldığını,işə çıxa bilmədiyini, bülitenləri təqdim etdiyini, aprel ayının 30-da ona institutdan kadrlar şöbəsindən zəng gəldiyini, gəlib öz xoşu ilə işdən azad olma haqqında ərizə yazmalı olduğunu bildirdiklərini, öz xoşu ilə ərizə yazmaq istəmədiyini bildirdiyini, xəstəliyinin uzandığını,instituta gedə bilmədiyini,lakin buna baxmayaraq institutdan dəfələrlə ona işə gəlib öz xoşu ilə işdən azad olma haqqında ərizə yazmalı olduğunu bildirdiklərini, oktyabr ayının birində işə çıxdığını, ona dərhal ərizəsini yazmalı olduğunu dediklərini, işlərini qaydaya salmağa belə vaxt verilmədiyini, əmək kitabçasını götürmədiyini, ərizəyə qol çəkmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 həmkarlar İttifaqı ilə olan birgə əmr-qərarını təqdim edərək, bu birgə əmrin pensiyaya yaşına çatan şəxsin özü-öz xoşu ilə 1 ay müddətinə ərizə yazıb işdən çıxırsa ona əmək haqqının 5 misli miqdarında müavinət verilməsini barədə olduğunu, pensiya yaşına çatmış şəxsləri işə götürənin bir ay müddətinə işdən azad etmək hüququnun olduğunu, 1 ay ərzinə bunu istənilən vaxt həyata keçirməyə hüququnun olduğunu, iddiaçıya gəlib öz razılığı ilə ərizə yazmasının təklif olunduğunu, pensiya yaşına çatmış işçilərə əmək haqqının 5 misli miqdarında müavinətin verilməsi institunun öz işçilərinə bir jesti olduğunu, bunun normativ xarakter daşımadığını bildirmişdir. İlk olaraq qeyd etmək lazımdır ki, hazırki icraat müavinətin və mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilərək, iş həmin hissədə yeni apellyasiya baxışına göndərildiyindən, apellyasiya baxışı məhz qeyd edilən hədlərdə müəyyən edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən və baxılan hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2, 7 -11, 68, 71- 73, 76, 79, 80, 83, 84, 182-184, 296, 300; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-23,372-384, 560; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385-390, 420-cı maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarına istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən yoxlanılan hissədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) tam uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş və bununla da qismən yanlış nəticə hasil olunmuşdur. Ona görə, kassasiya instansiyası məhkəməsi tərəfindən baxılaraq yenidən araşdırılması müəyyən edilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni əsaslarla - mahiyyəti üzrə tələbin sübuta yetirilməməsi əsası ilə - müavinətin və mənəvi zərərin ödənilməsi tələbi rədd edilməlidir. Belə ki, Müavinətə dair qeyd edilməlidir ki, Azərbaycan Neft və X9 Həmkarlar İttiafı Respublika Komistəsinin 22.04.2009-cu il tarixli əmr qərarı və həmin əmr qərara edilmiş 14.08.2009-cu il tarixli dəyişikliyə əsasən 4-cü bənddə qeyd edilmişdir ki, bu əmr qərar verildiyi tarixdən bir təvqim ayı ərzində eləcə də bu əmr qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgütürənin qərarı olduğu tarixdən habelə 22 may 2009-cu il tarixdən etibarən qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir ay müddətinə işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgütürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq razılaşma imzalanır. Lakin iddiaçı qeyd edilən şərtlərlə və müəyyən edilən müddətlərdə razılıqla işdən azad olunmasına etirazını bildirmiş və bununlada qərarın qeyd edilən müddəaların təsiri altında müavinatın verilməsi imkanından məhrum olunmuşdur. Mənəvi zərərlə bağlı isə qeyd edilməlidir ki, iddiaçının pensiya yaşına çatması haqqında məlumatlı olması və cavabdehin hərəkətlərinin qanun çərçivəsində olduğu, əlaqəsi işəgötürənin hərəkətləriylə olmalı olan və sübuta yetirilməyən sarsıntılara dair sonuncunun mülki məsuliyyəti müəyyən edilmir. Qeyd edilənlərlə yanaşı diqqətə çatdırılmalıdır ki, iddiaçının mübahisələndirdiyi əmr işəgötürənin özü tərəfindən ləğv edilərək, əmək münasibətlərinə başqa əsaslarla xitam verilməsi müəyyən edilmiş, lakin iddiaçı sonuncu qeyd edilən əmri mübahisələndirməmişdir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edisin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2585/2021 nömrəli işi üzrə 20.04.2021-ci il tarixli qətnaməsi baxılan (müavinətin və mənəvi zərərin ödənilməsi) hissədə ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1790/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1790/2022
25.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver