Məhkəmə qərarları › İş №2(103)-18/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-18/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-18/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, x9 və x1 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İlk iddia üzrə iddiaçı “xxxxxxx” ASC-nin nümayəndəsi x5 İlk iddia üzrə Cavabdeh4 iştirakı ilə İlk iddia üzrə iddiaçı “xxxxxxx” x7 cavabdehlər “Cavabdeh5.LTD” x4, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi və açıq hərrac vasitəsilə satılması, məhkəmə xərclərinin ödənilməsi” və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 “xxxxxxx” x6rşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmeti olan əmlakın ipotekadan azad edilmiş hesab edilərək ipoteka qeydiyyatının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1261/2019 saylı 26 iyul 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək,06 may 2009-cu il tarixli K-002/OPEC saylı kredit müqaviləsi üzrə 3.526,56 ABŞ dolları məbləğində faiz borcu və 10 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumilikdə 3.536,56 ABŞ dolları (üç min beş yüz otuz altı dollar əlli altı sent) məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdeh “Cavabdeh5.LTD” MMC-dən tutularaq “xxxxxxx” x10 ödənilməsi, 06 may 2009-cu il tarixli K- 002/OPEC saylı kredit müqaviləsi üzrə tələb “Cavabdeh5.LTD” x3 məxsus və 06 may 2009-cu il tarixli G‑002/OPEC saylı girov müqaviləsinə 2 saylı Əlavədə sadalanmış tibb və məişət avadanlığına yönəldilməsi, avadanlığın açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsatin 3.536,56 ABŞ dolları (üç min beş yüz otuz altı dollar əlli altı sent) məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla miqdarı “xxxxxxx” x7 hesabına ödənilməsi, qalan məbləğin “Cavabdeh5.LTD” x3 verilməsi, 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə 344.081,38 ABŞ dolları əsas borc, 46.382,13 ABŞ dolları faiz borcu və 1.000 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumilikdə 391.463,51 ABŞ dolları (üç yüz doxsan bir min dörd yüz altmış üç dolları əlli bir sent) məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla miqdarı Cavabdeh3, “Cavabdeh5.LTD” x4 və Cavabdeh4 müştərək qaydada tutularaq “xxxxxxx” x10 ödənilməsi qət edilmişdir.İlkin iddia qalan hissədə rədd edilmişdir. Qarşılıqlı iddia təmin edilərək, “xxxxxxxxxxxx” (“xxxxxxx”) x12 ilə Cavabdeh4 arasında bağlanmış 22 aprel 2005-ci il tarixli G-10/SKMF nömrəli ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmeti olan Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335.71 kv.m, yaşayış sahəsi 179.32 kv.m sahədən ibarət fərdi yaşayış evi ipotekadan azad edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335.71 kv.m, yaşayış sahəsi 179.32 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair ipoteka qeydiyyatının ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı “xxxxxx” ASC və ilk iddia üzrə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri vermişlər. Mülki işə kollegiyanın iclasında baxılarkən, Cavabdeh4 nümayəndəsi vasətət verərək hazırki mülki işin dayandırılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının «20» aprel 2017-cı il tarixli qərardadı ilə iddiaçı Cavabdeh4 cavabdehlər “xxxxxxx” ASC və Cavabdeh3 qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə üzrə yekun qərar qəbul edilib və həmin qərar qanuni qüvvəyə minənədək, “xxxxxxx” ASC-nin cavabdehlər “Cavabdeh5.LTD” MMC-yə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu və sair, Cavabdeh4 “xxxxxxx” ASC-nə qarşı ipoteka müqaviləsinə xitam verilməsi və sair tələbinə dair iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının «30» yanvar 2019-cu il tarixli qərardadı ilə “xxxxxxx” ASC-nin cavabdehlər “Cavabdeh5.LTD” MMC-yə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu və sair, Cavabdeh4 “xxxxxxx” ASC-nə qarşı ipoteka müqaviləsinə xitam verilməsi və sair tələbinə dair mülki işin icraatı təzələnmişdir. Cavabdeh4 nümayəndəsi tərəfindən mülki işin icraatının dayandırılması barədə vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının «21» fevral 2019-cu il tarixli qərardadı ilə iddiaçılar x11 və Cavabdeh4 cavabdeh “xxxxxx” ASC-nə qarşı kredit, ipoteka və zaminlik müqavilələlərinin etibarsız hesab olunması tələbinə dair mülki işə üzrə yekun qərar qəbul edilib və həmin qərar qanuni qüvvəyə minənədək, “xxxxxxx” ASC-nin cavabdehlər “Cavabdeh5.LTD” MMC-yə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu və sair, Cavabdeh4 “xxxxxxx” ASC-nə qarşı ipoteka müqaviləsinə xitam verilməsi və sair tələbinə dair iş üzrə icraat dayandırılmışdır. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh3 ilə “xxxxxx” ASC arasında bağlanmış 29 may 2012-ci il tarixli kredit, ipoteka müqaviləsinə 29 may 2012-ci il tarixli 9 aylı əlavə razılıq və “Cavabdeh5.LTD” MMC ilə bağlanmış 29 may 2012-ci il tarixli zaminlik müqavilələri etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-493/2020 saylı 31.01.2020-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının “12” mart 2020-ci ilqərardadı ilə hazırkı mülki işin icraatı təzələnmişdir. İş materiallarından görünür ki, “xxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Cavabdeh5.LTD” MMC-dən 06 may 2009-cu il tarixli K-002/OPEC saylı kredit müqaviləsi üzrə 16 dekabr 2014-cü il tarixə olan 0.01 ABŞ dolları əsas borc, 27.501,11 ABŞ dolları faiz borcu, 47,34 ABŞ dolları artırılmış faiz borcu olmaqla, cəmi 27.501,11 ABŞ dolları məbləğində borcun tutulması, “Cavabdeh5.LTD” MMC-dən 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə 17 dekabr 2014-cü il tarixə olan 428.920,75 manat əsas borc, 153.746,84 manat faiz borcu, 53.758,08 manat artırılmış faiz borcu olmaqla, cəmi 636.425,67 manat məbləğində borcun tutulması, “Cavabdeh5.LTD” MMC-dən 16 aprel 2010-cu il tarixli 2290 saylı kredit müqaviləsi üzrə 18 dekabr 2014-cü il tarixə olan faiz borcu olaraq 55.164,49 manat məbləğində pulun tutulması, habelə Cavabdeh3, Cavabdeh4 və “Cavabdeh5.LTD” MMC‑dən 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 saylı kredıt müqaviləsi üzrə 07 yanvar 2015-ci tarixə olan 347.506,04 ABŞ dolları əsas borc, 46.382,13 ABŞ dolları faiz borcu, 3.565,37 ABŞ dolları artırılmış faiz borcu olmaqla, cəmi 397.453,54 ABŞ dolları məbləğində borcun tutulması, 06 may 2009‑cu il tarixli G-002/OPEC saylı girov müqaviləsinə 1 saylı Əlavədə əks olunmuş avadanlığın açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin “Cavabdeh5. LTD” MMC-nin 06 may 2009-cu il tarixli K-002/OPEC saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi, Cavabdeh4 məxsus ünvan 2 ünvanmda yerləşən ümumi sahəsi 335.71 kv.m, yaşayış sahəsi 179.32 kv.m sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən olunması, evin açıq hərracdan satılması, evinin boşaldılması, satışdan əldə olunmuş pul vəsaitinin “Cavabdeh5.LTD” MMC-nin 06 may 2009-cu il tarixli K-002/OPEC saylı, 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı 16 aprel 2010-cu il tarixli 2290 saylı və 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə borcların ödənilməsinə yönəldilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 14 saylı meyvə-tərəvəz mağazası ümumi sahəsi 90.4 kv.m, əsas sahəsi 38.8 kv.m, köməkçi sahəsi 51.6 kv.m ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən olunması, əmlakın açıq hərracdan satılması, boşaldılması, satışdan əldə olunmuş pul vəsaitinin “Cavabdeh5.LTD” MMC-nin 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı və 16 aprel 2010‑cu il tarixli 2290 saylı kredit müqavilələri üzrə borcun ödənilməsinə yönəldilməsi, habelə dövlət rüsumu olaraq ödənilmiş 30 manat, xidmət haqqı olaraq ödənilmiş 1 manat, notariat xərclərinə ödənilmiş 143 manat, ümumilikdə 174 manat məbləğində xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdeh “xxxxxxx” x6rşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək 22 aprel 2005-ci il tarixli G-10/skmf saylı ipoteka müqaviləsinə xitam verilməklə, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335.71 kv.m, yaşayış sahəsi 179.32 kv.m sahədən ibarət fərdi yaşayış evinin ipotekadan azad edilmiş hesab edilərək, həmin əmlaka dair ipoteka qeydiyyatının ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli qətnaməsindən “xxxxxxx” ASC-nin səlahiyətli nümayəndəsi apellyasiya şikayəti verərək, qətnaməni qismən, iddianın 16.04.2010-cu il tarixli 2290 saylı və 06.05.2009-cu il tarixli K-002/OPEC saylı kredit münavilələri üzrə borcun tutulması hissədə ləğv edilmiəsi, həmin hissədə iddia tələbinin tam təmin edilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, iş mahiyyəti üzrə tam şəkildə araşdırılmamış və işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır, əsassız ekspert rəyini mütləq sübut kimi qəbul edərək iddianı qismən təmin edən məhkəmə digər sübutlara ümumiyyətlə qiymət verməmişdir.Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Öz növbəsində qeyd olunan qətnamədən ilk iddia üzrə Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnmənin qismən, iddia tələbinin 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə 344.081,38 ABŞ dolları əsas borc, 46.382,13 ABŞ dolları faiz borcu və 1.000 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumilikdə 391.463,51 ABŞ dolları (üç yüz doxsan bir min dörd yüz altmış üç dolları əlli bir sent) məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla miqdarı Cavabdeh3, “Cavabdeh5.LTD” x4 və Cavabdeh4 müştərək qaydada tutularaq “xxxxxxx” x10 ödənilməsi hissədə qismən, ondan, digər cavabdehlərdən müştərək qaydada tutulması hissəsində ləğv edilməsi və zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə “Cavabdeh5.LTD” MMC-nin nümayəndəsi, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, şikayətlərini müdafiə edərək təmin olunmasını və qarşı tərəfin apellyasiya şikayətinin rədd olunmasını xahiş edən ilk iddia üzrə iddiaçının nümayəndəsinin, kollegiyanın əvvəlki iclaslarında iştirak edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və qarşı tərəfin apellyasiya şikayətinin rədd olunmasını xahiş edən ilk iddia üzrə Cavabdeh4 izahatlarıını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İşə əlavə edilmiş Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxxxxxxxxxx” ASC-nin adı 2012-ci il tarixdə “xxxxxx” ASC-yə dəyişdirilmişdir. İş materiallarında olan, 22 aprel 2005-ci il tarixli G-10/SKMF saylı ipoteka müqaviləsinin və müqaviləyə 1 saylı Əlavənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Cavabdeh5.LTD” x4 ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış SKMF/10 saylı 22.04.2005-ci il tarixli kredit müqaviləsinə əsasən verilən kredit və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335.71 kv.m, yaşayış sahəsi 179.32 kv.m sahədən ibarət fərdi yaşayış evi “xxxxxxxxxxxx” ASC-yə ipotekaya qoyulmuş, ipoteka predmeti 235.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. 06 may 2009-cu il tarixli K-002/OPEC nömrəli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Cavabdeh5.LTD” Məhdud Məsuliyyətli ilə “xxxxxxxxxxxx” ASC arasında illik faiz dərəcəsi 20% olmaqla 60 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kreditin götürülməsi rəsmiləşdirilmişdir. 06 may 2009-cu il tarixli G-002/OPEC nömrəli girov müqaviləsi və müqaviləyə 2 saylı Əlavənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Cavabdeh5.LTD” x4 K- 002/OPEC saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin təminatı kimi müqaviləyə 2 saylı əlavədə adları sadalanmış tibb və məişət avadanlığını “xxxxxxxxxxxx” x8rşısında girov ilə yüklü etmişdir. G-10/SKMF saylı ipoteka müqaviləsinə 06 may 2009-cu il tarixli 5 saylı əlavə razılıq müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Cavabdeh5.LTD” x4 ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış SKMF/10 saylı 22.04.2005-ci il tarixli (illik faiz dərəcəsi 6% olmaqla 60 ay müddətinə 98.000 manat məbləğində), 1283 saylı 22 may 2008-ci il tarixli (illik faiz dərəcəsi 24% olmaqla 24 ay müddətinə 200.000 manat məbləğində) və K-002/OPEC saylı 06 may 2009-cu il tarixli (illik faiz dərəcəsi 20% olmaqla 60 ay müddətinə 500.000 ABŞ dolları məbləğində) kredit müqavilələrinə əsasən verilən kredit və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335.71 kv.m, yaşayış sahəsi 179.32 kv.m sahədən ibarət fərdi yaşayış evi “xxxxxxxxxxxx” ASC-yə ipotekaya qoyulmuşdur. 16 aprel 2010-cu il tarixli 2290 nömrəli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Cavabdeh5.LTD” Məhdud Məsuliyyətli ilə “xxxxxxxxxxxx”ASC arasında illik faiz dərəcəsi 22% olmaqla 24 ay müddətinə 250.000 manat məbləğində kreditin götürülməsi rəsmiləşdirilmişdir. G-10/SKMF saylı ipoteka müqaviləsinə 16 aprel 2010-cu il tarixli 7 saylı əlavə razılıq müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Cavabdeh5.LTD” x4 ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış 2290 saylı 16.04.2010-cu il tarixli (illik faiz dərəcəsi 22% olmaqla 24 ay müddətinə 98.000 manat məbləğində), 2201 saylı 17 fevral 2010-cu il tarixli (illik faiz dərəcəsi 20% olmaqla 24 ay müddətinə 210.000 manat məbləğində) və K-002/OPEC saylı 06 may 2009-cu il tarixli (illik faiz dərəcəsi 20% olmaqla 60 ay müddətinə 500.000 ABŞ dolları məbləğində) kredit müqavilələrinə əsasən verilən kredit və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335.71 kv.m, yaşayış sahəsi 179.32 kv.m sahədən ibarət fərdi yaşayış evi “xxxxxxxxxxxx” ASC-yə ipotekaya qoyulmuşdur. 21 aprel 2010-cu il tarixli İ-2290/a saylı ipoteka müqaviləsinin və müqaviləyə 1 saylı Əlavənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Cavabdeh5.LTD” x4 ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış 2290 saylı 21.04.2010-cu il tarixli kredit müqaviləsinə əsasən verilən kredit və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh1 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küəsində istifadədə olan 0,01054 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90,4 kv.m, əsas sahəsi 38,8 kv.m və köməkçi sahəsi 51,6 kv.m-dən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (14 saylı meyvə-tərəvəz mağazası) “xxxxxxxxxxxx” ASC-yə ipotekaya qoyulmuş, ipoteka predmeti 55.000 manat məbləğində qiymətləndirilmişdir. 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Cavabdeh5.LTD” Məhdud Məsuliyyətli ilə “xxxxxxxxxxxx” ASC arasında illik faiz dərəcəsi 16% olmaqla 24 ay müddətinə 455.000 manat məbləğində kreditin götürülməsi rəsmiləşdirilmişdir. 21 aprel 2010-cu il tarixli İ-2290/a saylı ipoteka müqaviləsinə 05 mart 2012-ci il tarixli 2 saylı əlavə razılıq müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Cavabdeh5.LTD” x4 ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış 2290 saylı 16.04.2010-cu il tarixli (illik faiz dərəcəsi 22% olmaqla 24 ay müddətinə 98.000 manat məbləğində), və 100.LN.2005.050312.00002 saylı 05 mart 2012-ci il tarixli (illik faiz dərəcəsi 16% olmaqla 24 ay müddətinə 455.000 manat məbləğində) kredit müqavilələrinə əsasən verilən kredit və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh1 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küəsində istifadədə olan 0,01054 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90,4 kv.m, əsas sahəsi 38,8 kv.m və köməkçi sahəsi 51,6 kv.m-dən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (14 saylı meyvə-tərəvəz mağazası) “xxxxxxxxxxxx” ASC-yə ipotekaya qoyulmuşdur. G-10/SKMF saylı ipoteka müqaviləsinə 05 mart 2012-ci il tarixli 8 saylı əlavə razılıq müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Cavabdeh5.LTD” x4 ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış 2290 saylı 16.04.2010-cu il tarixli (illik faiz dərəcəsi 22% olmaqla 24 ay müddətinə 98.000 manat məbləğində), 2201 saylı 17 fevral 2010-cu il tarixli (illik faiz dərəcəsi 20% olmaqla 24 ay müddətinə 210.000 manat məbləğində), RSK-002/OPEC saylı 06 may 2009-cu il tarixli (illik faiz dərəcəsi 20% olmaqla 60 ay müddətinə 500.000 ABŞ dolları məbləğində) və 100.LN.2005.050312.00002 saylı 05 mart 2012-ci il tarixli (illik faiz dərəcəsi 16% olmaqla 24 ay müddətinə 455.000 manat məbləğində) kredit müqavilələrinə əsasən verilən kredit və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335.71 kv.m, yaşayış sahəsi 179.32 kv.m sahədən ibarət fərdi yaşayış evi “xxxxxxxxxxxx” ASC-yə ipotekaya qoyulmuşdur. 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 ilə “xxxxxxx” ASC arasında illik faiz dərəcəsi 16% olmaqla 36 ay müddətinə 374.000 ABŞ dolları məbləğində kreditin götürülməsi rəsmiləşdirilmişdir. G-10/SKMF saylı ipoteka müqaviləsinə 29 may 2012-ci il tarixli 9 saylı əlavə razılıq müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış 2290 saylı 16.04.2010‑cu il tarixli (illik faiz dərəcəsi 22% olmaqla 24 ay müddətinə 98.000 manat məbləğində), 2201 saylı 17 fevral 2010-cu il tarixli (illik faiz dərəcəsi 20% olmaqla 24 ay müddətinə 210.000 manat məbləğində), RSK-002/OPEC saylı 06 may 2009-cu il tarixli (illik faiz dərəcəsi 20% olmaqla 60 ay müddətinə 500.000 ABŞ dolları məbləğində), 100.LN.2005.050312.00002 saylı 05 mart 2012-ci il tarixli (illik faiz dərəcəsi 16% olmaqla 24 ay müddətinə 455.000 manat məbləğində) və 100.LN.2105.290512.00001 saylı 29 may 2012-ci il tarixli (illik faiz dərəcəsi 16% olmaqla 36 ay müddətinə 374.000 ABŞ dolları məbləğində) kredit müqavilələrinə əsasən verilən kredit və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335.71 kv.m, yaşayış sahəsi 179.32 kv.m sahədən ibarət fərdi yaşayış evi “xxxxxxxxxxxx” ASC-yə ipotekaya qoyulmuşdur. 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001/c nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 100.LN.2105.290512.00001 saylı 29 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001/c nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, “Cavabdeh5.LTD” MMC 100.LN.2105.290512.00001 saylı 29 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 90,4 kv.m ümumi, 38,8 kv.m əsas, 51,6 kv.mköməkçi sahədən ibarət 1 mərtəbəli qeyri‑yaşayış binası (14 saylı meyvə-tərəvəz mağazası) tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 1433 nömrəli vərəqində 17.05.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 90,4 kv.m ümumi, 38,8 kv.m əsas, 51,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (14 saylı meyvə-tərəvəz mağazası) 2290 KM nömrəli 16.04.2010-cu il tarixli kredit müqaviləsi üzrə 24 ay müddətinə “xxxxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 1433 nömrəli vərəqində 30.04.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin FM seriyalı 013636 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335.71 kv.m, yaşayış sahəsi 179.32 kv.m sahədən ibarət fərdi yaşayış evi Cavabdeh4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 246 saylı reyestr kitabında 17043-cü səhifədə 30/17043 nömrəsi ilə 29 mart 2003cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2016-cı il tarixli 19486 nömrəli ekspertiza rəyindən görünür ki, 06 may 2009-cu il tarixli K-002/OPEC saylı kredit müqaviləsi üzrə 07.05.2014-cu il tarixə 9.108,14 ABŞ dolları əsas və 3.526,56 ABŞ dolları faiz borcunun, 16.04.2010-cu il tarixli 2290 nömrəli kredit müqaviləsi üzrə 17.04.2012-ci il tarixə 67.095,10 manat əsas və 738,05 manat faiz borcunun, 05.03.2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsi üzrə 06.03.2014-cü il tarixə 428.798,59 manat əsas və 106.139,68 manat faiz borcunun, habelə 29.05.2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsi üzrə 08.01.2015-ci il tarixə 347.494,09 ABŞ dolları əsas və 46.020,88 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2016-cı il tarixli 15814 nömrəli əlavə ekspertiza rəyindən görünür ki, iş üzrə əlavə materialların təqdim edilməsi ilə əlaqədar olaraq 26.07.2016-cı il tarixdə vəsatət verilmiş, vəsatətdə 06.05.2009, 16.04.2010, 05.03.2012 və 29.05.2012-ci il tarixli kredit müqavilələri üzrə kassa məxaric orderlərinin təqdim edilməsi istənilmişdir. Lakin qeyd olunan kredit müqavilələri üzrə kassa məxaric orderləri ekspertiza tədqiqatına təqdim olunmamışdır. Hazırkı ekspertiza tədqiqatı hesabdan çıxarış və maliyyə arayışları əsasında aparılmışdır. 06 may 2009-cu il tarixli K- 002/OPEC saylı kredit müqaviləsi üzrə 9.108,14 ABŞ dolları əsas və 3.526,56 ABŞ dolları faiz borcunun, 16.04.2010-cu il tarixli 2290 nömrəli kredit müqaviləsi üzrə 20.655,4 manat əsas və 0,00 manat faiz borcunun, 05.03.2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsi üzrə 428.798,59 manat əsas və 106.139,68 manat faiz borcunun, habelə 29.05.2012ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqaviləsi üzrə 08.01.2015-ci il tarixə 344.081,38 ABŞ dolları əsas və 49.418,76 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır); 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir; 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır; 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur; 10.4-cü maddəsinə əsassən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir; 14.3-cü maddəsinə əsasən ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti dəyişdikdə, ipoteka predmeti dəyişdirildikdə və ya özgəninkiləşdirildikdə müvafiq olaraq ipoteka kağızında dəyişikliklər aparılır və əlavə qeydiyyata alınır; 14.4-cü maddəsinə əsasən ipoteka kağızı ilə rəsmiləşdirilən ipotekanın əlavə qeydiyyatı ipoteka kağızının qeydə alındığı müvafiq reyestrdə aparılır; 14.5-ci maddəsinə əsasən ipotekanın əlavə qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızı üzərində isə müvafiq qeydin edilməsi ilə təsdiq edilir; 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı “xxxxxxx” ASC (“xxxxxxxxxxxx” ASC) ilə cavabdeh “Cavabdeh5.LTD” x4 arasında bağlanmış 06 may 2009-cu il tarixli K-002/OPEC nömrəli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20% olmaqla 60 ay müddətinə 500.000 ABŞ dolları məbləğində, 16 aprel 2010-cu il tarixli 2290 nömrəli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 22% olmaqla 24 ay müddətinə 250.000 manat məbləğində, 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 16% olmaqla 24 ay müddətinə 455.000 manat məbləğində, habelə iddiaçı “xxxxxxx” ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 16% olmaqla 36 ay müddətinə 374.000 ABŞ dolları məbləğində kreditin götürülməsi rəsmiləşdirilmişdir. Sadalanan kreditlərin təminatı üsulu kimi müvafiq olaraq 06.05.2009-cu il tarixli K-002/OPEC nömrəli kredit müqaviləsi üzrə 06 may 2009-cu il tarixli G-002/OPEC nömrəli girov müqaviləsi və müqaviləyə 2 saylı Əlavə, 16.04.2010-cu il tarixli 2290 nömrəli kredit müqaviləsi üzrə 21 aprel 2010-cu il tarixli İ‑2290/a nömrəli ipoteka müqaviləsi və müqaviləyə 1 saylı Əlavə, habelə bütün kredit müqavilələri üzrə eyni ipoteka predmetini özündə əks etdirən 22 aprel 2005-ci il tarixli G- 10/SKMF saylı ipoteka müqaviləsinə 5, 7, 8 və 9 saylı Əlavələr göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2016-cı il tarixli 15814 nömrəli əlavə ekspertiza rəyinə əsasən cavabdeh “Cavabdeh5.LTD” MMC-nin 06 may 2009-cu il tarixli K-002/OPEC saylı kredit müqaviləsi üzrə 9.108,14 ABŞ dolları əsas və 3.526,56 ABŞ dolları faiz borcu, 16.04.2010-cu il tarixli 2290 nömrəli kredit müqaviləsi üzrə 20.655,4 manat əsas və 0,00 manat faiz borcu, 05.03.2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsi üzrə 428.798,59 manat əsas və 106.139,68 manat faiz borcu, habelə Cavabdeh3 29.05.2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqaviləsi üzrə 344.081,38 ABŞ dolları əsas və 49.418,76 ABŞ dolları faiz borcu yaranmışdır. İddiaçı cavabdeh “Cavabdeh5.LTD” MMC-dən 06 may 2009-cu il tarixli K‑002/OPEC saylı kredit müqaviləsi üzrə 0.01 ABŞ dolları əsas borc, 27.501,11 ABŞ dolları faiz borcu, 47,34 ABŞ dolları artırılmış faiz borcu olmaqla, cəmi 27.501,11 ABŞ dolları məbləğində borcun, 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə 428.920,75 manat əsas borc, 153.746,84 manat faiz borcu, 53.758,08 manat artırılmış faiz borcu olmaqla, cəmi 636.425,67 manat məbləğində borcun, 16 aprel 2010-cu il tarixli 2290 saylı kredit müqaviləsi üzrə faiz borcu olaraq 55.164,49 manat məbləğində pulun, habelə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və “Cavabdeh5.LTD” MMC-dən müştərək qaydada 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 saylı kredıt müqaviləsi üzrə 347.506,04 ABŞ dolları əsas borc, 46.382,13 ABŞ dolları faiz borcu, 3.565,37 ABŞ dolları artırılmış faiz borcu olmaqla, cəmi 397.453,54 ABŞ dolları məbləğində borcun ödənilməsini tələb edir. Məhkəmə xərcləri 30 manat dövlət rüsumu və 100 manat ekspertiza tədqiqatlarının dəyərindən ibarətdir. “xxxxxxxxxxxx” ASC-nin adı “xxxxxx” ASC-yə dəyişdirilmişdir. Bundan başqa, 22 aprel 2005-ci il tarixli G-10/SKMF saylı ipoteka müqaviləsi və müqaviləyə 1 saylı Əlavəyə əsasən “Cavabdeh5.LTD” x4 ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış SKMF/10 saylı 22.04.2005-ci il tarixli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh4 məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 335.71 kv.m, yaşayış sahəsi 179.32 kv.m sahədən ibarət fərdi yaşayış evi “xxxxxxxxxxxx” ASC-yə ipotekaya qoyulmuş, 22.04.2005-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklər icra edildiyi üçün həmin müqavilə üzrə ilkin iddia üzrə iddiaçı “xxxxxxx” ASC tərəfindən cavabdehlərə qarşı tələb irəli sürülməmişdir. Həmçinin, hazırkı iş üzrə ilkin iddia tələbində göstərilən kredit müqavilələri üzrə eyni ipoteka predmetini özündə əks etdirən 22 aprel 2005-ci il tarixli G-10/SKMF saylı ipoteka müqaviləsinə 5, 7, 8 və 9 saylı Əlavələr göstərilsə də, ipoteka müqaviləsinə həmin əlavələr ilə bağlı əlavə qeydiyyat aparılmamış, belə bir əlavə qeydiyyatın mövcud olmaması ilkin iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilməyərək müvafiq sübutlar təqdim edilməmişdir. Bundan əlavə, 21 aprel 2010-cu il tarixli İ-2290/a saylı ipoteka müqaviləsi və müqaviləyə 1 saylı Əlavəyə əsasən “Cavabdeh5.LTD” x4 ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanmış 2290 saylı 16.04.2010-cu il tarixli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küəsində istifadədə olan 0,01054 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90,4 kv.m, əsas sahəsi 38,8 kv.m və köməkçi sahəsi 51,6 kv.m-dən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (14 saylı meyvə-tərəvəz mağazası) “xxxxxxxxxxxx” ASC‑yə ipotekaya qoyulmaqla müvafiq olaraq ipotekanın dövlət qeydiyyatına alınmasını təsdiq edən Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarış məhkəməyə təqdim edilsə də, 05.03.2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı adıçəkilən ipoteka predmeti üzrə bağlanmış İ-2290/a saylı ipoteka müqaviləsinə 05 mart 2012-ci il tarixli 2 saylı əlavə razılıq müqaviləsinin əlavə qeydiyyatı aparılmamış, belə bir əlavə qeydiyyatın mövcud olmaması ilkin iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilməyərək müvafiq sübutlar təqdim edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, 06 may 2009-cu il tarixli K‑002/OPEC nömrəli, 16 aprel 2010-cu il tarixli 2290 nömrəli, 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli və 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqavilələri üzrə müvafiq kredit məbləğlərinin kreditor tərəfindən borcalana faktiki olaraq ödənilməsini təsdiq edə biləcək kassa məxaric orderi və ya ödəniş tapşırığının təqdim edilməsi tələb olunsa da, ilkin iddia üzrə iddiaçı “xxxxxxx” ASC-nin nümayəndəsi tərəfindən məhkəmə sorğusuna əsasən yalnız 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqaviləsi üzrə kreditin verilməsini təsdiq edən kassa məxaric orderi təqdim edilmiş, digər müqavilələr üzrə isə hüquqi şəxs olan “Cavabdeh5.LTD” MMC-yə kreditin verilməsini təsdiq biləcək ödəniş tapşırıqları təqdim edilməmişdir. İlkin iddia üzrə iddiaçı “xxxxxxx” ASC-nin nümayəndəsi adıçəkilən 06 may 2009-cu il tarixli K‑002/OPEC nömrəli, 16 aprel 2010-cu il tarixli 2290 nömrəli, 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqavilələri üzrə kredit ödənişlərinin həyata keçirilməsini təsdiq edən sənədlərin təqdim oluna bilməməsinin səbəbi kimi, həmin sənədlərin müddət keçməsi ilə bağlı məhv edildiyini göstərsə də, 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli müqavilə ilə eyni ildə bağlanan 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli müqavilə üzrə ödəniş tapşırığının məhv edilməsinin səbəbini izah edə bilməmiş, habelə 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsinin əvvəlki kredit öhdəlikləri üzrə restruktarizasiya məqsədi ilə bağlandığını bildirmişdir. Qeyd olunan hallara istinad edərək sadalanan kredit müqavilələri üzrə müvafiq kreditin verilmədiyi ilkin iddia üzrə Cavabdeh4 nümayəndəsi tərəfindən bildirilsə də, məhkəmə 06 may 2009-cu il tarixli K-002/OPEC nömrəli və 16 aprel 2010-cu il tarixli 2290 nömrəli kredit müqavilələri üzrə əsas borcun mövcud olmamasını (ilkin iddia tələbində göstərildiyi kimi) nəzərə alıb belə qənaətə gəlir ki, borclu tərəfindən bu müqavilələr üzrə ödənişlər həyata keçirilmiş, belə olduğu təqdirdə isə müqavilələr üzrə kredit borcun faktiki olaraq götürülməsi mübahisə doğurmur. Eyni zamanda 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli müqaviləsi üzrə demək olar ki, borcun ödənilməsi halı təsdiq olunmadığından və müqavilə üzrə borc ödənilmədiyi halda bir neçə ay sonra 29 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə kreditin verilməsinin mümkünlüyü inandırıcı hesab edilmədiyindən, həmin 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsi üzrə faktiki olaraq kreditin verilmədiyi qənaətinə gəlməyə imkan verir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia ərizəsinə əlavə edilmiş 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsinin cavabdeh “Cavabdeh5.LTD” x4 tərəfindən imzalanması mübahisə doğurmasada, iddiaçının məhkəməyə həmin pulun cavabdehə verilməsini təsdiq edən hər hansı əlavə sübütları təqdim edə bilməməsi, habelə cavabdehin həmin pulu almasını inkar etməsi kredit məbləğinin borcalana ödənilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda kredit müqaviləsinin imzalanması tərəflər arasında şərtləşdirilmiş öhdəlikləri nəzərdə tutan müqavilənin bağlanmasını təsdiq etsədə, kredit məbləğinin borcalana verilməməsindən ibarət işin faktiki halları borcverən tərəfindən kredit müqaviləsi üzrə götürülmüş ilkin öhdəliyin icra edilməməsinə dəlalət etməklə, borcalan “Cavabdeh5.LTD” MMC-nin 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə pulun qaytarılmasından ibarət öhdəliyinin yaranmasını və icrasını istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı “xxxxxxx” ASC-nin 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulmasına dair hissədə iddianı haqlı olaraq təmin etməmişdir. Göründüyü kimi, cavabdehlər “Cavabdeh5.LTD” x4 və Cavabdeh3 müddəti başa çatmış 06 may 2009-cu il tarixli K‑002/OPEC nömrəli, 16 aprel 2010-cu il tarixli 2290 nömrəli və 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqavilələri ilə müvafiq olaraq götürdükləri öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borclarını müqavilələrdə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, “Cavabdeh5.LTD” x4 06 may 2009-cu il tarixli K-002/OPEC nömrəli və 16 aprel 2010-cu il tarixli 2290 nömrəli, Cavabdeh3 isə 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqaviləsi üzrə özlərinin risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müvafiq müqavilələr üzrə kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidirlər. Eyni zamanda, cavabdehlər Cavabdeh4 və “Cavabdeh5.LTD” x4 zamin kimi Cavabdeh3 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərindən, 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Bundan başqa, məhkəmə kollegiyası 06 may 2009-cu il tarixli K-002/OPEC nömrəli, 16.04.2010-cu il tarixli 2290 nömrəli və 29.05.2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqavilələri üzrə əsas və faiz borcunun həcmini müəyyən edərkən ekspert rəyinin rəhbər tutulmasını əsaslı hesab edir. Kollegiya qeyd edir ki, 06 may 2009-cu il tarixli K-002/OPEC nömrəli kredit müqaviləsi üzrə əsas borcun həcmi ekspertiza rəyinə nisbətən ilkin iddia ərizəsində daha aşağı məbləğdə tələb edildiyindən, 16.04.2010-cu il tarixli 2290 nömrəli kredit müqaviləsi üzrə isə ümumiyyətlə əsas borc tələb olunmadığından və iddia tələbinin artırılması ilə bağlı ilkin iddia üzrə iddiaçı tərəfindən ərizə verilmədiyindən adıçəkilən kredit müqavilələri üzrə əsas borclar iddia tələbinin həddində, faiz borcları isə ekspertiza rəyində göstərilən həcmdə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İlkin iddia tələbinin 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı hissədə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 mülkiyyət hüququ üzrə məxsus olan müvafiq daşınmaz əmlaklara yönəldilməsinə dair məsələ ilə əlaqədar işə baxan məhkəmə haqlı olaraq qeyd etmişdir ki, qeyd olunan kredit müqaviləsi üzrə kredit ödənişinin faktiki olaraq kreditor tərəfindən borcluya verilməsi təsdiq olunmadığından və bu əsasla qeyd olunan kredit müqaviləsi üzrə borcun tutulması istisna olunduğundan, 05 mart 2012ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsi üzrə irəli sürülmüş ilkin iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh4 mülkiyyətlərində olan daşınmaz əmlaklara yönəldilməsi hissəsi də təmin edilməmişdir. Həmçinin, 06 may 2009-cu il tarixli K-002/OPEC nömrəli, 16.04.2010-cu il tarixli 2290 nömrəli və 29.05.2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqavilələri üzrə ilkin iddia tələbinin Cavabdeh4 mülkiyyət hüququ üzrə məxsus olan müvafiq daşınmaz əmlaka yönəldilməsinə dair hissəsi ilə bağlı qeyd etmək lazımdırdir ki, Cavabdeh4 öz mülkiyyətində olan əmlakı hazırki iş üzrə cavabdeh “Cavabdeh5.LTD” x2 06 may 2009-cu il tarixli K-002/OPEC nömrəli, 16.04.2010‑cu il tarixli 2290 nömrəli və 29.05.2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqavilələri üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq deyil, 22 aprel 2005-ci il tarixli SKMF/10 saylı kredit müqaviləsinə əsasən “xxxxxxx” x7 xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alındığından və hazırki mülki iş üzrə irəli sürülmüş tələblərə görə məsuliyyət daşımadığından ilkin iddia tələbi Cavabdeh4 mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi hissəsi də təmin edilməmişdir. Bununla yanaşı, göstərilən kredit müqavilələrindən yalnız 06 may 2009-cu il tarixli K- 002/OPEC saylı kredit müqaviləsi üzrə yaranmış borc 06 may 2009-cu il tarixli G‑002/OPEC saylı girov müqaviləsinə 2 saylı Əlavədə sadalanmış tibb və məişət avadanlığına yönəldilmişdir. 16.04.2010-cu il tarixli 2290 nömrəli kredit müqaviləsi üzrə isə ekspertiza rəyi ilə təsbit olunmuş əsas borc və cərimə borcu ilə bağlı ilkin iddia ərizəsində tələb irəli sürülmədiyindən, faiz borcunun isə 0,00 manat olması müəyyən olunduğundan adıçəkilən kredit müqaviləsi üzrə borcun tutulması qeyri-mümkün hesab edilməklə, mövcud olmayan borcun Cavabdeh1 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsində istifadədə olan 0,01054 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90,4 kv.m, əsas sahəsi 38,8 kv.m və köməkçi sahəsi 51,6 kv.m-dən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına (14 saylı meyvə-tərəvəz mağazası) yönəldilməsi də yolverilməzdir. İşə baxan birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq, 06 may 2009-cu il tarixli K‑002/OPEC nömrəli kredit müqaviləsi üzrə 47,34 ABŞ dolları miqdarda artırılmış faiz borcu (cərimə, dəbbə pulu) əsas borc kimi iddia edilən 0,01 ABŞ dolları məbləğinə münasibətdə tənasübsüz surətdə yüksək hesab etmişdir və həmin məbləğ 10 ABŞ dollarınadək azaltmışdır. Məhkəmə həmçinin 29.05.2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqaviləsi üzrə 3.565,37 ABŞ dolları miqdarda artırılmış faiz borcu (cərimə, dəbbə pulu) məbləğini də əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksək hesab edərək həmin məbləğin 1.000 ABŞ dollarınadək azaltmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335.71 kv.m, yaşayış sahəsi 179.32 kv.m sahədən ibarət fərdi yaşayış evi “xxxxxxxxxxxx” (“xxxxxxx”) ASC-yə yalnız 22 aprel 2005-ci il tarixli SKMF/10 saylı kredit müqaviləsinə əsasən ipotekaya qoyulması qeydiyyata alındığından, habelə məhkəmənin tələb etməsinə baxmayaraq həmin müqavilə üzrə öhdəliyin hələ də mövcud olması ilə bağlı qarşılıqlı iddia tələbi üzrə cavabdeh “xxxxxxx” x12 tərəfindən zəruri olan sənədlər təqdim edilmədiyindən, qeyd olunan öhdəliklər icra olunmuş hesab olunmaqla qarşılıqlı iddia ərizəsi təmin edib, 22 aprel 2005-ci il tarixli G-10/SKMF nömrəli ipoteka müqaviləsinə xitam verilməklə, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335.71 kv.m, yaşayış sahəsi 179.32 kv.m sahədən ibarət fərdi yaşayış evinin ipotekadan azad edilmiş hesab edilərək, həmin əmlaka dair ipoteka qeydiyyatı ləğv edilməsini qət etməklə işə baxan birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “xxxxxxx” ASC və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli qətnaməsinin ləğvi üçün əsaslar vermir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı “xxxxxxx” ASC və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar