Məhkəmə qərarları › İş №2(103)-1812/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1812/2025

08.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1812/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil1, cavabdehin nümayəndəsi (vəkil) Vəkil3 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6228/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətin apellyasiya baxışından çıxarılmasına dair Sabunçu Rayon Məhkəməsinin müraciətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədli oğlu cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X2maqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin işdən azad olunmağı barədə xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxmağa görə əmək haqqının və əmək haqqının ödənilməsi, mediasiya xərclərinə görə ödədiyi 60 manat, hüquqi xidmət göstərilməsi üçün ödədiyi 300 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6228/24 saylı iş üzrə 27 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva) iddia qismən təmin edilmişdir. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə işə həmin apellyasiya şikayəti əsasında baxılması mümkün hesab edilmişdir. İş apellyasiya icraatında olan zaman Sabunçu Rayon Məhkəməsi müraciət edərək qətnamədə olan yanlışlığın aradan qaldırılması ilə əlaqədar işin həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslər işin məhkəmə baxışından çıxarılmasına etiraz etmədilər. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş apellyasiya baxışından çıxarılmalı və müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6228/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılsın və iş qətnamədə yanlışlığın düzəldilməsi məsələsinə baxılması ilə əlaqədar olaraq həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar