Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-182/2025 02.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı, Cavabdeh İddiaçı (Xəzər rayon İcra Hakimiyyəti, Xəzər rayon Binə Bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı işi üzrə Açar sözlər: (“mülkiyyətin müdafiəsi, qeyri-yaşayış sahəsinin boşaldılması”) hakimlər X8 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətin müdafiəsi, qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı (Xəzər rayon İcra Hakimiyyəti, Xəzər rayon Binə Bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-39/2023 saylı (birləşdirilmiş icraat) işi üzrə 18 may 2023-cü il tarixli qətnaməsindən (ilk iddia tələbinə dair hissədə) Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən "A” tikilisinin ümumi sahəsi 68.3 kv.metr olan təsərrüfat otağının Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması, həmin təsərrüfat otağının boşaldılaraq ona təhvil verilməsi və həmin təsərrüfat otağından istifadə edilməsinə yaradılan maneələrin Cavabdeh qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi və ona aid bütün tikililər 1932-ci ildən onun babası X5 məxsus olmuş və babası 24 oktyabr 1980ci ildə vəfat etmişdir. Babası vəfatından sonra vərəsəlik qaydasında ünvan 1 ünvanında yerləşən yaşayış evini o və digər vərəsələr qəbul etmişdir. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən “A” yaşayış evi 2 yaşayış otağı-37.55 kv.metr, köməkçi sahə -43.4 kv.metr, torpaq sahəsində təsərrüfat otağı 19.8 kv.metr, ayaqyolu-tövlə-14.8 kv.metr, təsərrüfat otağı - 68.3 kv.metr, cəmi torpaq sahəsi 419.2 kv.metrdən ibarət 1 saylı mülkün ilkin hüquqi qeydiyyata alınması, həmin mülkə mərhum Dadaşov Ağa-Əli Ağadadaş oğlunun adına reyestrdən çıxarışın verilməsi, əlavə və dəyişikliklərin mülkün texniki pasportunda qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsindən xx.xx.2019-cu il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində sahəsi 67.50 kv.metr olan ev onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və hazırda İddiaçı mülkiyyətindədir. Çıxarışda əks olunmuş torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib edilmişdir. O, ünvan 2 ünvanında yerləşən yaşayış evinin “A” tikilisində yerləşən evin hasarına bitişik, ümumi sahəsi 68.3 kv.metr olan təsərrüfat otağını ( Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamında öz əksini tapmışdır) həmin evdə yaşayan X2 qardaşı Cavabdeh dükan kimi işlətmək üçün xahiş etmiş və sonuncu müvəqqəti olaraq həmin təsərrüfat otağından istifadə etməsinə razılıq vermişdir. Lakin cavabdeh həmin təsərrüfat otağından mülkiyyətçi olaraq İddiaçı iradəsi əleyhinə istifadə edir və orada internet klub açaraq, həm iddiaçının həm də ətrafda yaşayan insanların narahatlığına səbəb olan hərəkətlərə yol verir. Dəfələrlə cavabdehə “A” tikilisində yerləşən evin hasarına bitişik, ümumi sahəsi 68.3 kv.metr olan təsərrüfat otağını boşaldılaraq təhvil verməsini tələb etməyinə baxmayaraq tikilini boşaltmaqdan və təhvil verməkdən imtina edir. Bu isə onun mülkiyyət hüquqlarını pozur. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o xüsusi mülkiyyətində olan təsərrüfat otağından istədiyi kimi istifadə edə, ona sahiblik edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
2. İddiaçı Cavabdeh Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adına verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli qeydiyyat çıxarışının etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında Dadaşova X20 mülkiyyətində olan fərdi ev olmuşdur. Həmin evə bitişik olan istifadəyə yararsız vəziyyətdə mübahisəli tikili mövcud olmuşdur. 1994-1995-ci illərdə həmin yararsız tikilinin Lalə Dadaşovanın evinə hər hansı bir aidiyyatı olmasa da o, Lalə Dadaşovanın da razılığı ilə həmin tikilinin yerində 68.3 kv.m təşkil edən bina tikmiş, tam təmir etdirmiş və onu dükan kimi işlətməyə başlamışdır. 2000-ci ildə Lalə Dadaşova vəfat etmişdir. Onun vəfatından sonra bacısı övladları Xatirə və X17 evini İddiaçı nümayəndəsi X10 əri X1. Mübahisəli tikili həmin vaxtı alqı-satqının predmeti belə olmamış, onların arasında belə bir razılıq olmamış, yalnız həyət evini və torpaq sahəsini Əlibaxış Məmmədova satmışdır. Bundan sonra onun tərəfindən tikilmiş, təmir olunmuş, hazıradək istifadəsində və sahibliyində olan tikilini sənədləşdirmək istəyəndə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin Bakı şəhəri Xəzər rayonu (Əzizbəyov) Binə bələdiyyəsinin mülkiyyətində olduğu ona məlum oldu. Baki şəhəri Əzizbəyov (Xəzər) rayon, Binə Bələdiyyəsinə müraciət etdi. Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon, Binə Bələdiyyəsi ilə aralarında xx.xx.2004-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon, Binə Bələdiyyəsinin 02 iyul 2004-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon, Binə Bələdiyyəsinin 02 iyul 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən torpaq sahəsi ona satılmışdır. Ona alqısatqı müqaviləsinin bir nüsxəsi, Binə qəsəbəsində Cavabdeh ayrılmış torpaq sahəsinin cizgi xəritədən çıxarışı, Əzizbəyov (Xəzər) rayonu Binə Bələdiyyəsinin 84 Sayli, xx.xx.2004-cü il tarixli sərəncamı təqdim olunmuşdur. Cavabdeh tərəfindən Bakı şəhəri Xəzər rayon məhkəməsində özgənin qanunsuz sahibliyindan mulkiyyətin müdafiəsi, qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia qaldırılmış, həmin məhkəmə prosesində ona məlum olmuşdur ki, Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu, Binə Bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsinin üzərində onun tərəfindən tikilmiş, təmir olunmuş, onun istifadəsində, sahibliyində olan 68.3 kv.m olan tikilinin bir hissəsinə Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsindan İddiaçı adına Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışa əsas kimi Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyət Başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamı göstərilmişdir. Məhkəmə mülki işi araşdırarkən ekspertiza təyin etmişdir. Mütəxəssis rəyindən da aydın olur ki, İddiaçı adına qeydiyyatdan keçmiş torpaq sahəsinin bir hissəsi onun istifadəsində və sahibliyində olan, Binə Bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsinin ərazisi ilə üst-üstə düşür. Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının 18 noyabr 2008-cı il tarixli sərəncamına əsasən Dadaşov Ağa-Əli Ağadadaş oğluna məxsus Binə qəsəbəsi, N.Abbasov küçəsi ünvanında qeydə alınması nəzərdə tutulmuş ünvanla onun istifadəsində olan mülkiyyət ilə eyni deyildir, bu tikilinin Dadaşov Ağa- Əli Ağadadaş oğluna yaşayış evinə hər hansı bir aidiyyatı yoxdur. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adına verilmiş ********** nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış etibarsız hesab edilməlidir. Belə ki, 2008-ci ildə Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 861 saylı sərəncam verməsi qanuna uyğun deyil, çünki mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Həmin mülkiyyət üzərində sərəncam vermək hüququ da mülkiyyətçiyə məxsus ola bilər. Dadaşov Ağa-Əli Ağadadaş oğluna məxsus Binə qəsəbəsi, N.Abbasov küçəsi ünvanında qeydə alınması nəzərdə tutulmuş ünvanla onun istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin üst-üstə düşməsi tamamilə absurddur, qanuna uyğun sənədləşdirilməmişdir.
3. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3936/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “özgənin qanunsuz sahibliyindən mülkiyyətin müdafiəsi, qeyriyaşayış sahəsinin boşaldılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə e-2(003)-3936/2022 saylı mülki iş birləşdirilmiş, həmin işlərə bir icraatda baxılması və mülki işə 2(003)-39/2023 nömrəsi verilməsi qərara alınmışdır.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-39/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, İddiaçı Cavabdeh qarşı “özgənin qanunsuz sahibliyindən mülkiyyətin müdafiəsi, qeyri-yaşayış sahəsinin boşaldılması” tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən “A” tikilisinin ümumi sahəsi 32 kv.metr olan təsərrüfat otağının xəritədə qeyd edilən hissəsi Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılmış və həmin təsərrüfat otağının boşaldılaraq iddiaçıya təhvil verilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən “A” tikilisinin ümumi sahəsi 32 kv.metr olan təsərrüfat otağından istifadə ilə bağlı İddiaçı maneələrin yaradılmasının qadağan olunması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29- cu, Mülki Məcəllənin 148.2-ci, 152ci, 157-ci, 337-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi 1 saylı fərdi yaşayış evində xüsusi mülkiyyətində olan 68,3 kv.m. təsərrüfat otağından istədiyi kimi istifadə edə, ona sahiblik edə bilmir. Cavabdeh isə həmin mülkdən çıxmaqdan imtina edir. Cavabdeh mübahisəli torpaq sahəsinin ona bələdiyyə sənədi ilə ayrıldığını bildirsə də, öz etirazını əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, beləliklə onun bu dəlili məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Məhkəmə bundan başqa qeyd etmişdir ki, qeyd olunan əmlakın xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla cavabdehin mübahisəli təsərrüfat otağından istifadə hüququ olmadığından Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, 1 saylı fərdi yaşayış evinin 32 kv.m. təsərüfat otağından çıxarılmalı, həmin əmlakı boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə qeyd etmişdir ki, mübahisəli əmlakın Cavabdeh bələdiyyə tərəfindən ayrıldığını bildirsə də, iddiaçı öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, İddiaçı həmin mülkə dair çıxarış və texniki pasport məxsusdur.
5. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 861 saylı sərəncamına əsasən Binə qəsəbəsi, N.Abbasov küçəsində yerləşən “A” yaşayış evi 2 yaşayış otağı - 37,55 kv.m, köməkçi sahə-43,4 kv.m, torpaq sahəsində təsərrüfat tağı-19,8 kv.m, ayaqyolu-tövlə14,8 kv.m, təsərrüfat otağı-68,3 kv.m,. cəmi torpaq həsi-419,2 kv.m-dən ibarət olan 1 saylı mülk ilkin hüquqi qeydiyyata alınması, həmin mülkə mərhum Dadaşov Ağa-Əli Ağadadaş oğlunun adına reyestrdən çıxarışın verilməsi, əlavə və dəyişikliklərin mülkün texniki pasportunda qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsindən xahiş edilməsi qərara alınmışdır; - xx.xx.1993-cü il tarixli, 569 saylı sərəncama əsasən Binə qəsəbəsi, Karqanov küçəsində yerləşən mülk Bakı şəhəri tikinti inventarlaşdırma bürosundan Dadaşov Ağa-Əli Ağadadaş oğlunun ilkin qeydiyyat vəsiqəsi verilməsinə icazə verilməsi və əlavə tikinti texniki pasportda qeydə alınması qərara alınmışdır; - Bakı şəhəri 31-ci dövlət notariat kontorunun xx.xx.1993-cü il tarixli KN-1-116 reyesir nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvanı Binə qəsəbəsi, Karqanov küçəsi, ev 1 olan şəxsi ev X11 adına qeydiyyatdan keçmişdir; - İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, ünvan 7 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir; - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, ünvan 7 və evə aid 0,04192 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir; - Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 2(003)- 136/2009 saylı, xx.xx.2019-cu il tarixli qətnamə ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir; - Texniki pasportun sürətindən görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir; - xx.xx.2004-cü il tarixli Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinin sürətinə əsasən, Cavabdeh fərdi ev tikilməsi məqsədi ilə Binə qəsəbəsində torpaq sahəsi satılmışdır; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, 1 saylı fərdi yaşayış evi xx.xx.1993-cü il tarixdə Dadaşov Ağa- Əli Aqadadaş oğlunun adına ilkin qeydiyyatdan keçmişdir, 91 saylı DNK-nin xx.xx.1993-cü il tarixli, KN-1-116 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X11 adına qeydiyyatdan keçmişdir, 7 saylı DNK-nin 2v-310 reyesir nömrəli, xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və həmin şəxsin hazırda mülkiyyətindədir; - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnaməyə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, 1 saylı fərdi yaşayış evinin 1/1 hissəsinə vərəsəlik hüququ tanınmışdır; - xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, elektron kadastr məlumat bazasına əsasən **********66-10301 reyestr nömrəli 10 fevral 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 419 kv.m torpaq sahəsinin cənub-şərq istiqaməti tərəfdən 32 kv.m hissəsi Cavabdeh faktiki istifadəsində olan 63 kv.m qeyri-yaşayış sahəsi ilə üst-üstə düşür; - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, 1 saylı fərdi yaşayış evinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi, lakin elektrik verilişi xəttinə texniki xidmət göstərilməsinə heç bir maneə törətməməsi öz təsdiqini tapmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək onun qətnamənin ləğv edilməsini, İddiaçı iddiasının rədd, özünün iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini özünün iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, Bakı şəhər İcra Hakimiyyətinin Xatirə Məmmədovaya verilmiş xx.xx.2022-ci il tarixli çıxarış üçün əsas təşkil edən sərəncamı vermək səlahiyyətinə sahib olub-olmadığını araşdırmadığını, bununla bağlı verdiyi sorğulara cavab almadan əsassız qərar çıxardığını, İddiaçı məxsus əmlakla onun istifadəsində olan əmlakın eyni olmadığını nəzərə almadığını irəli sürmüşdür.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5094/2023 nömrəli mülki iş üzrə 5 oktyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-39/2023 saylı iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi “Cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilmişdir. Cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbi üzrə icraata xitam verilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5094/2023 nömrəli mülki iş üzrə 5 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-39/2023 saylı iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi “ilkin iddia tələbinin qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən “A” tikilisinin ümumi sahəsi 32 kv.metr olan təsərrüfat otağının xəritədə qeyd edilən hissəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması və həmin təsərrüfat otağının boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh ünvan 2 ünvanında yerləşən “A” tikilisinin ümumi sahəsi 32 kv.metr olan təsərrüfat otağından istifadə ilə bağlı İddiaçı maneələrin yaradılmasının qadağan olunması” hissələrində dəyişdirilmədən saxlanılmışdır. (müvafiq qərardadla apellyasiya şikayətinin qismən təmin olunduğu və birinci instansiya məhkəməsinin qətnaməsinin “Cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilərək Cavabdeh həmin iddia tələbi üzrə icraata xitam verildiyi nəzərə alınmaqla).
9. Cavabdeh kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 512/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5094/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda Mülki Məcəllənin 16,135.4, 135.10, 152.5, 157.2, 157.4, 157.6, 157.7, 180.1, 180.4, 425.1, 560.1, 560.2, 560.3.4, 562.1, 1091.1, 1092.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 407.2, 416.1, 416.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi və ona aid bütün tikililər 1932-ci ildən onun babası X5 məxsus olmuş və babası 24 oktyabr 1980-ci ildə vəfat etmişdir. Babası vəfatından sonra vərəsəlik qaydasında ünvan 1 ünvanında yerləşən yaşayış evini o və digər vərəsələr qəbul etmişdir. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən "A” yaşayış evi 2 yaşayış otağı-37.55 kv.metr, köməkçi sahə-43.4 kv.metr, torpaq sahəsində təsərrüfat otağı 19.8 kv.metr, ayaqyolu-tövlə-14.8 kv.metr, təsərrüfat otağı - 68.3 kv.metr, cəmi torpaq sahəsi 419.2 kv.metrdən ibarət 1 saylı mülkün ilkin hüquqi qeydiyyata alınması, həmin mülkə mərhum Dadaşov Ağa-Əli Ağadadaş oğlunun adına reyestrdən çıxarışın verilməsi, əlavə və dəyişikliklərin mülkün texniki pasportunda qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsindən xx.xx.2019-cu il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində sahəsi 67.50 kv.metr olan ev onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Çıxarışda əks olunmuş torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib edilmişdir. O, ünvan 2 ünvanında yerləşən yaşayış evinin "A” tikilisində yerləşən evin hasarına bitişik, ümumi sahəsi 68.3 kv.metr olan təsərrüfat otağını həmin evdə yaşayan X2 qardaşı Cavabdeh dükan kimi işlətmək üçün xahiş etmiş və sonuncu müvəqqəti olaraq həmin təsərrüfat otağından istifadə etməsinə razılıq vermişdir. Hazırda cavabdeh "A” tikilisində yerləşən evin hasarına bitişik, ümumi sahəsi 68.3 kv.metr olan təsərrüfat otağını boşaldılaraq təhvil verməsini tələb etməyinə baxmayaraq tikilini boşaltmaqdan və təhvil verməkdən imtina edir. Cavabdeh tərəf qarşılıqlı iddiasında və etirazında göstərir ki, 1994-1995-ci illərdə mübahisəli tikilin yerində yararsız tikili olmuş, Lalə Dadaşovanın evinə hər hansı bir aidiyyatı olmasa da o, Lalə Dadaşovanın da razılığı ilə həmin tikilinin yerində 68.3 kv.m təşkil edən bina tikmiş, tam təmir etdirmiş və onu dükan kimi işlətməyə başlamışdır. 2000-ci ildə Lalə Dadaşova vəfat etmişdir. Onun vəfatından sonra bacısı övladları Xatirə və X17 evini İddiaçı nümayəndəsi X10 əri X1. Bundan sonra onun tərəfindən tikilmiş, təmir olunmuş, hazıradək istifadəsində və sahibliyində olan tikilini sənədləşdirmək istəyəndə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin Bakı şəhəri Xəzər rayonu (Əzizbəyov) Binə bələdiyyəsinin mülkiyyətində olduğu ona məlum olmuş, Binə Bələdiyyəsi ilə aralarında xx.xx.2004-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan məlum olmuşdur ki, Binə Bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsinin üzərində onun tərəfindən tikilmiş, təmir olunmuş, onun istifadəsində, sahibliyində olan 68.3 kv.m olan tikilinin bir hissəsinə Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsindan İddiaçı adına Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışa əsas kimi Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyət Başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamı göstərilmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş mütəxəssis rəyindən aydın olur ki, 10 fevral 2022-ci il tarixli çıxarışla İddiaçı Mirbəhir qızının mülkiyyətində olan 419 kv.m torpaq sahəsinin cənub-şərq istiqaməti tərəfdən 32 kv.m hissəsi Cavabdeh faktiki istifadəsində olan 63 kv.m qeyri-yaşayış sahəsi ilə üst-üstə düşür. Mülki qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Baxılan iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətindədir və o, mülkiyyətində olan Bakı şəhəri Xəzər rayon Binə qəsəbəsi N.Abbasov küçəsi 1 saylı fərdi yaşayış evində xüsusi mülkiyyətdə olan 68.3 kv.m təsərrüfat otağından istədiyi kimi istifadə edə, ona sahiblik edə bilmir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin müəyyən etdiyi həmin hallara istinad edərək belə nəticəyə gəlmişdir ki, ilk iddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olduğundan, əmlak hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı əmlakını qeyri-qanuni sahiblikdən geri qaytarılmasını tələb edə bilər. Daha sonra məhkəmələr nəticəyə gəlir ki, cavabdeh iddiaçya məxsus 32 kv.m ölçüdə olan təsərrüfat otağından qanunsuz istifadə edir. Mübahisəli əmlak hazırda cavabdehin qanunsuz sahibliyndə olduğundan cavabdeh Bakı şəhəri Xəzər rayon Binə qəsəbəsi N.Abbasov küçəsi 1 saylı fərdi yaşayış evinin 32 kv.m təsərrüfat otağından çıxarılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi Əzizbəyov Rayon İcra hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamından görünür ki, mübahisəli 68,3 kvm sahəsi olan təsərrüfat otağı və 419,2 kv.m torpaq sahəsi daxil olmaqla digər sahələrin Dadaşov Ağa-Əli Ağadadaş oğlunun adına mülki kimi qeydə alınması qərara alınmışdır. Həmin sərəncamın verilməsindən sonra iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində üç dəfə qeydiyyat aparılmışdır. xx.xx.2019-cu il tarixli qeydiyyat zamanı mübahisəli ünvan üzrə daşınmaz əmlakın ölçüsü 67,50 kv.m, torpaq sahəsinin ölçüsü göstərilməmiş (həmin tarixli digər çıxarışda torpaq sahəsinin ölçüsü 0,0099 ha göstərilir), torpaq sahəsinin istifadədə olması qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli qeydiyyat üzrə daşınmaz əmlakın ölçüsü 67,50 kv.m, mülkiyyətdə olan torpaq sahəsinin ölçüsü isə 0,032740 ha, xx.xx.2022-ci il tarixli qeydiyyat üzrə daşınmaz əmlakın ölçüsü 67,5 kv.m, torpaq sahəsinin ölçüsü isə 0,04192 ha olaraq müəyyən edilir. İddiaçı mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsini və tikilini vərəsəlik qaydasında əldə etmiş, mirasın qəbulu haqqında şəhadətnamə verilərkən X12 aid olan xx.xx.2019-cu il tarixli çıxarışa istinad edilmişdir. Həmin çıxarışla isə müəyyən olunur ki, miras qoyanın istifadəsində 0,0099 ha olan torpaq sahəsi, mülkiyyətində isə 67,5 kv.m tikili olmuşdur. Həmin ünvan üzrə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş texniki pasportda "A” tikilsinin 1932-ci ildə tikilməsi, ümumi sahəsinin 67,5 kv.m, yaşayış sahəsinin 37,6 kv.m, köməkçi sahəsinin 29,9 kv.m olması, ümumi tikinti altı sahənin 0,99 kv.m, "B” tikilisinin 19,6 kv.m olması göstərilmişdir.Beləliklə müəyyən olunur ki, İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli sərəncamında sahəsi 68,3 kv.m olan təsərrüfat otağının vahid mülki kimi qeydə alınması ilə bağlı qərar olsa da, daşınmaz əmlakın dövlət reyestrində həmin tikili iddiaçının adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmamışdır. Daşınmaz əmlakın ilkin qeydiyyat anından sonra reyestrdə edilmiş dəyişikliklər tikililərlə deyil, torpaq sahəsi ilə bağlı olmuşdur. Belə olan halda həmin tikilinin iddiaçının mülkiyyətində olmasına (hətta "A” tikilisinin bir hissi olması da təkzib olunur) dair məhkəmələrin gəlmiş olduğu nəticəsi işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. Digər tərəfdən həmin tikilinin iddiaçının sahiblik və istifadəsində olması da müəyyən olunmur. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyi ilə İddiaçı mülkiyyətində olan 419 kv.m torpaq sahəsinin cənub- şərq istiqaməti tərəfdən 32 kv.m hissəsinin Cavabdeh faktiki istifadəsində olan 63 kv.m qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İşə baxan məhkəmələr isə belə nəticəyə gəlirlər ki, iddiaçının mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən "A” tikilisinin ümumi sahəsi 32 kv.m olan təsərrüfat otağının xərtiədə qeyd edilən hissəsi cavabdehin qanunsuz sahibliyindən alınaraq qaytarılsın və həmin təsərrüfat otağı boşaldılaraq iddiaçıya təhvil verilsin. Bu zaman isə Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinə istinad etmişlər. Məhkəmələrin müəyyən ediyi hallar baxımından ilkin olaraq qeyd edilməlidir ki, mübahisəli təsərrüfat otağı "A” tikilsinin bir hissəsi deyildir, həmin tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının adına mülkiyyət hüququ əsasında qeydiyyata alınsa da, daşınmaz əmlakın bir hissəsi olaraq qeydə alınmamışdır. Həmin ünvanda 32 kv.m təşkil edən ayrıca təsərrüfat otağı mövcud deyildir. 32 kv.m hissənin ayrılıb verilməsi zamanı isə sahəsi 68.3 kv.m olan qeyri-yaşayış sahəsinin təyinatı üzrə istifadə edilməsini mümkünsüz edir. O da nəzərə alınmalıdır ki, cavabdeh göstərir ki, təsərrüfat otağı kimi istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsini bələdiyyə ilə bağlanan alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. İddianın qismən təmin olunması nəticəsinə gələn apellyasiya instansiya məhkəməsi ilkin olaraq tikilinin nə vaxtdan tikilməsi, məhz kimin tərəfindən tikilməsi, cavabdehin həmin torpaq sahəsindən və tikilidən hansı vaxtdan etibarən istifadə və sahiblik etməsi, tikintinin aparılması zamanı mülkiyyətçinin kim olması və onun razılığının olması, ilk iddiaçının adına daşınmaz əmlakın qeydiyyatı aparılarkən tikilinin mövcud olub-olmaması, icra hakimiyyətinin sərəncamında tikilinin mülkiyyət hüququ əsasında qeydə alınması göstərildiyi halda hansı səbəbdən həmin tikili üzrə reyestr qeydinin aparılmaması, tikilinin yerləşdiyi torpaq sahəsinin məhz cavabdehin göstərdiyi kimi bələdiyyə ilə bağlanmış alğı-satqı müqaviləsi ilə müəyyən edilən koordinatlar daxilində yerləşibyerləşməməsi aydınlaşdırılmalı idi. İşdə olan Əzizbəyov rayon məhkəməsinin 17 fevral 2009cu il tarixli qətnaməsi ilə müəyyən edilir ki, eyni tərəflər arasında eyni predmetlə (68,3 kv.m olan tikili ilə) bağlı (tikilidən çıxarma) mübahisə olmuş, həmin vaxt iddiaçı olan İddiaçı yalnız Əzizbəyov rayon İH-in sərəncamına istinad etmiş, lakin həmin vaxt iddia rədd olunmuşdur ki, iddiaçının iddia tələbinin irəli sürülməsi üçün subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri - mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin maddi marağı, tikilinin inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin hər hansı məqsədlə qeyri-yaşayış sahəsindən yararlanması, istifadə və sahiblik etməsi və s.). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş binaların sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, binalar sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı və tikintinin sökülməsi zamanı isə ümumi əmlakından təyinatı üzrə istifadəsinin mümkün olmayacağı və cəkilmiş xərc həddində zərərə məruz qalacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, oxşar mübahisələrin qanuni həlli baxımından mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında ədalətli balansın təmin olunması vacib əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, şəxsin əvvəl (hətta əmlakı yüklü qəbul edən şəxsdən əvvəl mülkiyyət hüququ olan şəxsin verdiyi razılıq daxil olmaqla) verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün torpağa mülkiyyət hüququna istinadən tikilidən çıxarılmasını (məhkəmələrin göstərdiyi sahədən çıxarılmanı təmin etmək üçün sökülmə ilə bağlı işlərin görülməsi zəruridir) tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Lakin hazırkı işin üzrə məhkəmələr tərəfindən yuxarıda istinad olunan maddi hüquq normalarının tələbləri nəzərə alınmadan, tərəflərin izahatları, təqdim etdikləri sübutlar və işdəki digər məlumatlar əsasında cavabdeh tərəfindən mübahisəli tikili inşa edilərkən iddiaçının və ondan əvvəl mövcud olan mülkiyyətçinin buna açıq və ya qapalı şəkildə razılıq verib-verməməsi barədə məsələyə aydınlıq gətirilmədən iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilmişdir. Beləliklə müəyyən edilmiş halların məcmusu o nəticəyə gəlməyə əsas verir ki, məhkəmələr tərəfindən mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, habelə qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
Apellyasiya icraatında müəyyən edilən hallar
10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə qarşı “18 noyabr 2008-ci il tarixli 861 saylı sərəncamının etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5656/2024 saylı işi üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək mülki iş üzrə icraat dayandırılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-263/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadına əsasən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5656/2024 saylı qərardadı ilə qeyri-mümkün sayılmış, Bakı Apeliyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-3074/2024 saylı qərardadı ilə iddiaçının həmin qərardaddan verdiyi apeliyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 5656/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)- 263/2025 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
11. Apellyasiya icraatı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədov X21 ünvan 2 ünvanında yerləşən əmlakı alaraq ona mülkiyyət hüququ əldə etdiyindən İddiaçı prosessual hüquqi varisi kimi tanınmışdır.
12. Apellyasiya İcraatı zamanı Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdirlər.
13. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 67,5 m2 olan fərdi yaşayış evi və ümumi sahəsi 0,041920 ha olan torpaq sahəsini ünvan 8 ünvanında yaşayan X6 satması faktı müəyyən olunmuşdur. Eyni zamanda, Binə qəsəbəsi Hərbi şəhərcik ev 22 ünvanında yaşayan Cavabdeh Binə Bələdiyyəsi tərəfindən fərdi ev tikmək xx.xx.2024-cü il tarixli 84 saylı sərəncam verilməmişdir.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə və Binə bələdiyyəsinin 84 nömrəli qərarı ilə Cavabdeh verilmiş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən ümumi sahəsi 65 kv.m olan torpaq sahəsinə dair müvafiq məlumatın təqdim edilməsi barədə məktubunuza aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq X4 adına qeydiyyatdan keçmişdir. Lakin Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1993-cü il tarixli, kn-116 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1994-cü il tarixində X11 adına qeydiyyatdan keçmişdir. Daha sonra Bakı şəhəri 7 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 2V-310 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2019-cu il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evi və evin yerləşdiyi 0,04192 ha torpaq sahəsi vahid daşınmaz əmlak kimi xx.xx.2022-ci il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir.Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə- 223 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 14.11,2023-cü İl tarixində Məmmədov X14 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Həmçinin bildiririk ki, Cavabdeh adına Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmişdir.
15. Birinci instansiya məhkəməsində icraat zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən qeyd edilmişdir ki, 1. Bakı şəhəri, Əzizbəyov rayonu, X18 02 iyul 2004-cü il tarixli sərəncamı ilə Cavabdeh istifadəsinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə dair sözügedən sərəncam və torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini müəyyən etməyə imkan verən miqyaslı, koordinatlı, hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş cizginin təqdim olunmaması səbəbindən ona ayrılmış torpaq sahəsinin faktiki istifadəsində olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. 2. Bakı şəhəri, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 18 noyabr 2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən, Dadaşov Ağa-Əli Ağadadaş oğluna məxsus torpaq sahəsinə dair sərəncam və torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini etməyə imkan verən miqyaslı, koordinatlı, hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş cizginin təqdim olunmaması səbəbindən Cavabdeh sözügedən torpaq sahəsinin hansı hissəsindən istifadə edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. 3. Elektron kadastr məlumat bazasına əsasən **********66-10301 reyestr nömrəli 10 fevral 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 419 kv.m torpaq sahəsinin cənub-şərq istiqaməti tərəfdən 32 kv.m hissəsi Cavabdeh faktiki istifadəsində olan 63 kv.m qeyri-yaşayış sahəsi ilə üst-üstə düşür. 4. Əzizbəyov rayonu, X18 02 iyul 2004-cü il tarixli sərəncamı ilə Cavabdeh ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi ilə Bakı şəhəri, Əzizbəyov rayon icra Hakimiyyəti Başçısının 18 noyabr 2008-ci il tarixli sərəncamına əsasən Dadaşev Ağa-Əli Ağadadaş oğluna məxsus Binə qəsəbəsi, N.Abbasov küçəsi ünvanında yerləşən torpaq sahələrinin ayrılmasına dair sərəncamlar və koordinatlı, miqyaslı, hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş cizgilərin təqdim olunmaması səbəbindən üst-üstə düşmə faktını müəyyən etmək mümkün olmamışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsindən mütəxəssislər cəlb edilməklə, mülki iş üzrə məhkəmə tikinti -texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 17 oktyabr 2025-ci il tarixli məlumatına əsasən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə görə qərardad icra edilmədən geri qaytarılmışdır.
17. Əzizbəyov rayon Binə Bələdiyyəsinin sədri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 84 nömrəli vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında məktuba əsasən müəyyən edilir ki, ünvan 11 ünvanında yaşayan Cavabdeh Binə Bələdiyyəsi tərəfindən fərdi ev tikmək üçün 65 kv.m torpaq sahəsi ayrılmışdır.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (oğlu) X13 yazılı izahat təqdim edərək öz izahatında bildirmişdir ki, iddiaçının istinad etdiyi Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamından görünür ki, mübahisəli 68,3 kvm sahəsi olan təsərrüfat otağı və 419,2 kv.m torpaq sahəsi daxil olmaqla digər sahələrin Dadaşov Ağa-Əli Ağadadaş oğlunun adına mülki kimi qeydə alınması qərara alınmışdır. Həmin sərəncamın verilməsindən sonra iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində üç dəfə qeydiyyat aparılmışdır. xx.xx.2019-cu il tarixli qeydiyyat zamanı mübahisəli ünvan üzrə daşınmaz əmlakın ölçüsü 67,50 kv.m, torpaq sahəsinin ölçüsü göstərilməmiş (həmin tarixli digər çıxarışda torpaq sahəsinin ölçüsü 0,0099 ha göstərilir), torpaq sahəsinin istifadədə olması qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli qeydiyyat üzrə daşınmaz əmlakın ölçüsü 67,50 kv.m, mülkiyyətdə olan torpaq sahəsinin ölçüsü isə 0,032740 ha, xx.xx.2022-cı il tarixli qeydiyyat üzrə daşınmaz əmlakın ölçüsü 67,5 kv.m, torpaq sahəsinin ölçüsü isə 0,04192 ha olaraq müəyyən edilir. İddiaçı mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsini və tikilini vərəsəlik qaydasında əldə etmiş, mirasın qəbulu haqqında şəhadətnamə verilərkən X12 aid olan xx.xx.2019-cu il tarixli çıxarışa istinad edilmişdir. Həmin çıxarışla isə müəyyən olunur ki, miras qoyanın istifadəsində 0,0099 ha olan torpaq sahəsi, mülkiyyətində isə 67,5 kv.m tikili olmuşdur. Həmin ünvan üzrə xx.xx.2022-ci ı tarixdə tərtib edilmiş texniki pasportda “A” tikilsinin 1932-ci ildə tikilməsi, ümumi sahəsinin 67,5 kv.m, yaşayış sahəsinin 37,6 kv.m, köməkçi sahəsinin 29,9 kv.m olması, ümumi tikinti altı sahənin 0,99 kv.m, “B” tikilisinin 19,6 kv.m olması göstərilmişdir. Beləliklə müəyyən olunur ki, İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli sərəncamında sahəsi 68,3 kv.m olan təsərrüfat otağının vahid mülk kimi qeydə alınması ilə bağlı qərar olsa da, daşınmaz əmlakın dövlət reyestrində həmin tikili iddiaçının adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmamışdır. Daşınmaz əmlakın ilkin qeydiyyat anından sonra reyestrdə edilmiş dəyişikliklər tikililərlə deyil, torpaq sahəsi ilə bağlı olmuşdur. Belə olan halda həmin tikilinin iddiaçının mülkiyyətində olmasına (hətta “A” tikilisinin bir hissi olması da təkzib olunur) dair məhkəmələrin gəlmiş olduğu nəticəsi işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. Digər tərəfdən həmin tikilinin iddiaçının sahiblik və istifadəsində olması da müəyyən olunmur. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyi ilə İddiaçı mülkiyyətində olan 419 kv.m torpaq sahəsinin cənub-şərq istiqaməti tərəfdən 32 kv.m hissəsinin Cavabdeh faktiki istifadəsində olan 63 kv.m qeyri - yaşayış sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmələrin müəyyən ediyi hallar baxımından ilkin olaraq qeyd edilməlidir ki, mübahisəli təsərrüfat otağı “A” tikilsinin bir hissəsi deyildir, həmin tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının adına mülkiyyət hüququ əsasında qeydiyyata alınsa da, daşınmaz əmlakın bir hissəsi olaraq qeydə alınmamışdır. Həmin ünvanda 32 kv.m təşkil edən ayrıca təsərrüfat otağı mövcud deyildir. 32 kv.m hissənin ayrılıb verilməsi zamanı isə sahəsi 68.3 kv.m olan qeyri-yaşayış sahəsinin təyinatı üzrə istifadə edilməsini mümkünsüz edir. O da nəzərə alınmalıdır ki, cavabdeh göstərir ki, təsərrüfat otağı kimi istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsini bələdiyyə ilə bağlanan alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. İddianın qismən təmin olunması nəticəsinə gələn apellyasiya instansiya məhkəməsi ilkin olaraq tikilinin nə vaxtdan tikilməsi, məhz kimin tərəfindən tikilməsi, cavabdehin həmin torpaq sahəsindən və tikilidən hansı vaxtdan etibarən istifadə və sahiblik etməsi, tikintinin aparılması zamanı mülkiyyətçinin kim olması və onun razılığının olması, ilk iddiaçının adına daşınmaz əmlakın qeydiyyatı aparılarkən tikilinin mövcud olub-olmaması, icra hakimiyyətinin sərəncamında tikilinin mülkiyyət hüququ əsasında qeydə alınması göstərildiyi halda hansı səbəbdən həmin tikili üzrə reyestr qeydinin aparıİmaması, tikilinin yerləşdiyi torpaq sahəsinin məhz cavabdehin göstərdiyi kimi bələdiyyə ilə bağlanmış alğı-satqı müqaviləsi ilə müəyyən edilən koordinatlar daxilində yerləşib - yerləşdirilməməsi aydınlaşdırılmalı idi. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən əmlak Əlibaxış Məmmədova satılmışdır. Ona görə də apellyasiya məhkəməsindən xahiş edir ki apellyasiya şikayəti təmin edilsin və Xəzər Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək ilkin iddia təmin edilməsin.
19. Məhkəmə kollegiyasının xx.xx.2026-cı il tarixli iclasında iştirak edən iddiaçının prosessual hüquqi varisi Məmmədov X14 vəkili Vəkil4 bildirmişdir ki, texniki pasport və çıxarış alınanda torpaq sahəsi sənədləşmədə öz əksini tapıb, belə ki, texniki pasportda nəzər yetirsək görərik ki, mübahisəli hissə texniki pasportda öz əksini tapıb və həmin hissə çıxarışda da torpaq sahəsinin ümumi hissəsinə daxil edilib, sadəcə olaraq həmin hissənin təsərrüfat otağı olaraq qeydiyyatı olmayıb, sənədləşmədə bu hissədə səhvlik olub.
20. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Xəzər rayon İcra Hakimiyyəti, Xəzər rayon Binə Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən apellyasiya şikayəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-39/2023 saylı işi üzrə 18 may 2023-cü il tarixli qətnaməsi ilk iddia tələbinə dair hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Azərbaycan Respublikası Konstitusiyasının Konstitusiyanın 29-cu maddəsinə əsasən: İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
24. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hanı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 148.1. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır; 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir; 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).
25. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. 9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. 9.2-1. Hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir. 9.3. Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır. Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 9.4. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. 9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
26. Mülki Prosessual Məcəllənin aşağıdakı maddələri nəzərdən keçirilməlidir: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən (kassasiya instansiya məhkəməsinin müəyyən etdiyi) hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi yalnız ziddiyyətli dəlillərə və mötəbərliyi təsdiq edilməyən sübutlara əsaslanaraq (müəyyən edilməmiş hallardan irəli gələrək) və çəkişmə prinsipini pozmaqla səhv nəticəyə gəlmişdir.
28. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, mübahisəli təsərrüfat otağı “A” tikilsinin bir hissəsi deyildir, həmin tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının adına mülkiyyət hüququ əsasında qeydiyyata alınsa da, daşınmaz əmlakın bir hissəsi olaraq qeydə alınmamışdır.
29. Birinci instansiya məhkəməsində icraat zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə Bakı şəhəri, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 18 noyabr 2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, ünvan 12 ünvanında yerləşən, Dadaşov Ağa-Əli Ağadadaş oğluna məxsus torpaq sahəsinə dair sərəncam və torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini müəyyən etməyə imkan verən miqyaslı, koordinatlı, hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş cizginin təqdim olunmaması səbəbindən Cavabdeh sözügedən torpaq sahəsinin hansı hissəsindən istifadə edibetməməsini müəyyən etmək mümkün olmadığı və Elektron kadastr məlumat bazasına əsasən **********66-10301 reyestr nömrəli 10 fevral 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 419 kv.m torpaq sahəsinin cənub-şərq istiqaməti tərəfdən 32 kv.m hissəsinin Cavabdeh faktiki istifadəsində olan 63 kv.m qeyri-yaşayış sahəsi ilə üstüstə düşdüyünü qeyd etməklə ziddiyətli nəticəyə gəlmiş, təkrar apellyasiya icraatı zamanı isə ziddiyətli halın müəyyən edilməsi (üçün ekspertizanın aparılmasından imtina edildiyindən) mümkün olmamışdır. Kollegiya hesab edir ki, öz əmlak mənafelərinin müəyyən edilməsi iddiaçı tərəfindən inzibati icraat qaydasında müraciət əsasında araşdırma aparılmaqla texniki sənədlərin tərtibi (təftişi) həyata keçirilməlidir.
30. Əlavə olaraq məkhəmə kollegiyası qeyd edir ki, binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir. Ali məhkəmənin mövqeyinə əsasən, şəxsin əvvəl (hətta əmlakı yüklü qəbul edən şəxsdən əvvəl mülkiyyət hüququ olan şəxsin verdiyi razılıq daxil olmaqla) verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün torpağa mülkiyyət hüququna istinadən tikilidən çıxarılmasını (məhkəmələrin göstərdiyi sahədən çıxarılmanı təmin etmək üçün sökülmə ilə bağlı işlərin görülməsi zəruridir) tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir.
31. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
32. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin qismən təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə ilkin iddiaçının iddiası rədd edilməlidir.
33. Tələb olmadığından apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir.
34. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 39/2023 saylı iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi qismən - “ilkin iddia tələbinin qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən “A” tikilisinin ümumi sahəsi 32 kv.metr olan təsərrüfat otağının xəritədə qeyd edilən hissəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması və həmin təsərrüfat otağının boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh ünvan 2 ünvanında yerləşən “A” tikilisinin ümumi sahəsi 32 kv.metr olan təsərrüfat otağından istifadə ilə bağlı İddiaçı maneələrin yaradılmasının qadağan olunması” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək İddiaçı (hüquq varisi Məmmədov X14) iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.