Məhkəmə qərarları › İş №2(103)-1822/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1822/2022

11.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1822/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" MMC, İddiaçı2 Cavabdeh qarşı “əmlak” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2607/2021 saylı, 23.11.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı "xxxx" MMC, İddiaçı2 Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 754213 manat məbləğində olan əmlakın-avtomat 1000A 1 ədəd (dəyəri 900 manat), avtomat 800A 2 ədəd (dəyəri 1400 manat), dizel generator Tİ 518DM5A 1 ədəd (dəyəri 37.500 manat), Forklift LiuGong CLG2035H 1 ədəd (dəyəri 20.000 manat), Notbook HP g6 2379 1 ədəd (dəyəri 535 manat), Polisterolbeton istehsal edən avadanlıqlar və istehsal xətti 1 komplekt (270.348 ABŞ dolları), Panno paylayıcı 1 ədəd (dəyəri 950 manat), Qızdırcı fen 2 ədəd (dəyəri 1346,40 manat), sement çəni 1 ədəd 50 tonluq (dəyəri 12.500 manat), elektron tərəzi 1 ədəd, 50 tonluq (dəyəri 2650 manat), Mikser Detro 460/300 1 ədəd (dəyəri 3000 manat), Transformator 400 kvt 1 ədəd (dəyəri 7.500 manat), müxtəlif qəliblər aliminiumdan 1 dəst (dəyəri 14.267 manat), konteyner dəmirdən 1 ədəd (dəyəri 2500 manat), elektron tərəzi 2 ədəd (dəyəri 6 manat), generator kiçik həcmli 10 kv-lıq 1 ədəd (dəyəri 342,50 manat), laqonda 1 ədəd (dəyəri 100 manat), laqonda 230 (ed) 1 ədəd (dəyəri 60 manat), laqonda BOSH 230 (ed) 1 ədəd (dəyəri 85 manat), laqonda 1 ədəd (dəyəri 75 manat), lom 3 ədəd (dəyəri 8 manat), möhür 1 ədəd (dəyəri 32 manat), nümunə qutusu balaca 15 ədəd (dəyəri 195 manat), nümunə qutusu böyük 15 ədəd (dəyəri 225 manat), odun sobası 1 ədəd (dəyəri 46 manat), “Perforator BOSH 2” 10 ədəd (dəyəri 3220 manat), “Perforator BOSH 4” 1 ədəd (dəyəri 420 manat), Pilvizator 1 ədəd (dəyəri 35 manat), plastik qayçısı 1 ədəd (dəyəri 4,50 manat), Projektor HL-131 xor (ed) 2 ədəd (dəyəri 92 manat), generatorun işə salanı (puskatel) 1 ədəd (dəyəri 5 manat), qayçı ağac üçün 2 ədəd (dəyəri 20 manat), qaz balonu 1 ədəd (dəyəri 4 manat), qaz piltəsi stolüstü 1 ədəd (dəyəri 28 manat), reduktor qaz üçün 1 ədəd (dəyəri 5 manat), odun sobası 1 ədəd (dəyəri 46 manat), dəmir seyf 1 ədəd (dəyəri 150 manat), ştamp 1 ədəd (dəyəri 32 manat), stol 2 ədəd (dəyəri 44 manat), stul 4 ədəd (dəyəri 8 manat), su şlanqı 20 metr (dəyəri 33 manat), taxta kəsən avadanlıq BOSH 1 ədəd (dəyəri 120 manat), telfer (yükqaldırıcı) 2 ədəd (dəyəri 250 manat), tərəzi 0-0,5 kq-lıq 1 ədəd (dəyəri 15 manat), tərəzi 40 kq-lıq 1 ədəd (dəyəri 26 manat), 250 w civə buxarlı S3 arm. 18 ədəd (dəyəri 536,40 manat), 400w metal projektor 6 ədəd (dəyəri 221,22 manat), 400w metal SS2 armatur 24 ədəd (dəyəri 979,20 manat), 4x14w tavan üçün armatur (spot) 51 ədəd (dəyəri 1679,94 manat), additive ZJ-C 16200 ədəd (dəyəri 8262,50 manat), additive ZJ-F2 2700 ədəd (dəyəri 8156,50 manat), müxtəlif meyvə və dekorativ ağaclar 466 ədəd (dəyəri 2668 manat), alçipan 3 ədəd (dəyəri 36 manat), alçipan 100 ədəd (dəyəri 1000 manat), alçipan 153 ədəd (dəyəri 1611 manat), aliminum qapi 3,88m.kv (dəyəri 319,90 manat), aliminum vitraj 30 kv.m. (dəyəri 2190 manat), amerikanka 20 ədəd (dəyəri 66,70 manat), anker bolt 107 ədəd (dəyəri 75 manat), anker bolt 10-luq 10 ədəd (dəyəri 25 manat), anker bolt 12-lik 10 ədəd (dəyəri 30 manat), anker bolt 24-liik 10 ədəd (dəyəri 90 manat), antena kabeli Rusiya istehsalı 100 metr (dəyəri 40 manat), əqrəb 100 ədəd (dəyəri 15 manat), aralıq novça 4 ədəd (dəyəri 11,20), araba 16 ədəd (dəyəri 323 manat), armatur 12 mm-lik 8530 kq (dəyəri 5924,10 manat), armatur 14 mm-lik 1170 kq (dəyəri 1080 manat), armatur 16 mmlik 9600 kq (dəyəri 8840,30 manat), armatur 25 mm-lik 650 kq (dəyəri 600 manat), atsep 10 kub.m. (dəyəri 380 manat), atsep 100 kub.m. (dəyəri 2100 manat), baçonka 25 litrlik 1 ədəd (dəyəri 4.8 manat), bak 11 ədəd (dəyəri 285 manat), bolt 40 ədəd (dəyəri 40 manat), bolt-qayka 33 ədəd (dəyəri 26,50 manat), bolt-qayka 101X24 q 200 ədəd (dəyəri 200 manat), səki daşı (bordyur) 478 metr (dəyəri 1912 manat), səki daşı (bordyur) 33 metr (dəyəri 99 manat), səki daşı (bordyur) mermerdən 12 metr (dəyəri 72 manat), boru f 20 90 metr (dəyəri 81 manat), plastik boru f 100 12 metr (dəyəri 30 manat), plastik boru f 150 6 metr (dəyəri 27 manat), plastik boru £32 200 metr (dəyəri 270 manat), plastik boru 18 mmlik 10 metr (dəyəri 160 manat), kabel üçün boru (yanmaz)f 25 100 metr (dəyəri 100 manat), çınqıl 25 kub.metr (dəyəri 235 manat), damcılı suvarma sistemi 3219 metr (dəyəri 914,20 manat), dəmir darvazalar 5 ədəd (dəyəri 12000 manat), dəmir turba 159 mm 18 metr (dəyəri 162 manat), dəmir turba 25 mm 120 metr (dəyəri 186 manat), dikt 566 ədəd (dəyəri 3975 manat), dirsək 33 ədəd (dəyəri 42 manat), əks klapan f32 1 ədəd (dəyəri 3.80 manat), elektrik kabeli 981metr (dəyəri 1199,90 manat), EPS 4300 kq (dəyəri 10879 manat), dikt 0,5X30x150 50 ədəd (dəyəri 350 manat), kabel 1x1,5 6 bağlama (dəyəri 78 manat), kabel 1x6 4 bağlama (dəyəri 256 manat), kabel 1x2,5 13 bağlama (dəyəri 209 manat), kabel 1x4 13 bağlama (dəyəri 463 manat), kabel 1x2,5 6 bağlama (dəyəri 208 manat), kabel 3x2,5 22 metr (dəyəri 30,80 manat), kabel 3x4 30 metr (dəyəri 43,50 manat), kabel 4x2,5 100 metr (dəyəri 150 manat), kabel 4x3,5 40 metr (dəyəri 540 manat), kabel 4x4 44,20 metr (dəyəri 334,20 manat), kabel 4x6 100 metr (dəyəri 280 manat), kafel 167,9 kv.m. (dəyəri 2343 manat), kağız rulon 2 bağlama (dəyəri 460 manat), konyok 96 ədəd (dəyəri 344,40 manat), kapron boru flOO 18 m. (dəyəri 36 manat), kapron boru £32 200m. (dəyəri 220 manat), karniz 4 m. (dəyəri 14 manat), karniz 18/20 180 m. (dəyəri 684 manat), karniz əyri 58 ədəd (dəyəri 220.40 manat), Kat5 internet kabeli Türkiyə istehsalı 1 bağlama (dəyəri 40 manat), katinka məftili 901 kq (dəyəri 812 manat), keçid (perixadnik) 11 ədəd (dəyəri 12 manat), kəndir 1 bağlama (dəyəri 20 manat), sintetik kəndir 130 metr (dəyəri 18 manat), kəndir 2 bağlama (dəyəri 24 manat), kislarod balonu 2 ədəd (dəyəri 140 manat), kislarod balonunun başlığı 3 ədəd (dəyəri 45 manat), kislarod balonunun reduktoru 1 ədəd (dəyəri 45 manat), elektrik qutusu klipsal 60 ədəd (dəyəri 15 manat), krant 7 ədəd (dəyəri 36,50 manat), lambir 25 ağ rəngdə 45 metr (dəyəri 144 manat), lambir kantı 30 metr (dəyəri 6 manat), elektrik lampası (müxtəlif) 51 ədəd (dəyəri 114 manat), lapotka 32 ədəd (dəyəri 137 manat), lopatkanın sapı 9 ədəd (dəyəri 11 manat), linenum 14 metr (dəyəri 50 manat), dəmir listi 45,9 kv.metr (dəyəri 1541,40 manat), dəmir listi 15x6x20metr (dəyəri 1150 manat), dəmir listi 1x2x4 4 ədəd (dəyəri 200 manat), dəmir listi 3x1x2 1 ədəd (dəyəri 27manat), dəmir listi 5x1x2 65 ədəd (dəyəri 422,50 manat), dəmir listi 600x600 2607 kq (dəyəri 2991,50 manat), su mühərriki qol 1 ədəd (dəyəri 50 manat), metlax 77 kv.m. (dəyəri 985,60 manat), müxtəlif ölçülü metrə 6 ədəd (dəyəri 19,30 manat), mixser 1 ədəd (dəyəri 2 manat), mişar (sadə) 4 ədəd (dəyəri 15 manat), mişar BOSH 1 ədəd (dəyəri 9 manat), mişar daşı 99893 ədəd (dəyəri 41786,53 manat), 32/25 mufta 111 ədəd (dəyəri 43,70 manat), 25/32/40 mufta 110 ədəd (dəyəri 49 manat), nakaneçnik 10 ədəd (dəyəri 4 manat), nəfəslik 5 ədəd (dəyəri 125 manat), nov sadə 100 metr (dəyəri 160 manat), nov orjinal 238 metr (dəyəri 595 manat), nov qapağı sağ-sol 4 ədəd (dəyəri 2 manat), nov xamutu 363 ədəd (dəyəri 281,75 manat), dəmir panel 37 ədəd (dəyəri 4198 manat), patron 2 ədəd (dəyəri 0,90 manat), penoplast 1x0,45x0,6 140 ədəd (dəyəri 448 manat), petlə 14 ədəd (dəyəri 49 manat), plastik dirsək 5 ədəd (dəyəri 7,50 manat), plastik nəfəslik 0,72 kv.m. (dəyəri 47 manat), plastik pəncərə 316 kv.m. (dəyəri 15985 manat), plastik pəncərə şüşəsiz 63 kv.m. (dəyəri 2205 manat), plastik qapı 1 ədəd (dəyəri 125 manat), elektrik qızdırıcısı 1 ədəd (dəyəri 7 manat), su pompası 1 ədəd (dəyəri 150 manat), poplovok 40 mm 1 ədəd (dəyəri 28 manat), propka 3 ədəd (dəyəri 1,80 manat), profil 231 metr (dəyəri 701,60 manat), profil 100x50x3 108 metr (dəyəri 388,80 manat), profil 120x80 12 metr (dəyəri 109,20 manat), profil 20x40x2 627 metr (dəyəri 731,94 manat), profil 20x20 144 metr (dəyəri 125,28 manat), profil 20x40x3 24 metr (dəyəri 45,60 manat), profil 40x40 16 metr (dəyəri 44 manat), profil 40x40x4 48 metr (dəyəri 168 manat), profil 80x40 18 metr (dəyəri 72 manat), profil 40x60x3 1248 metr (dəyəri 4874,40 manat), profil 30 metr (dəyəri 84 manat), profil mastar 6 ədəd (dəyəri 45 manat), profnastil (70) 1375 kv.metr (dəyəri 9214.48 manat), pofnastil (dam örtüyü) 1417 kv.metr (dəyəri 5827,73 manat), projektor 2 ədəd (dəyəri 50 manat), projektor lanpası 2 ədəd (dəyəri 6 manat), projektor 1500 w 5 ədəd (dəyəri 150 manat), propka 5 ədəd (dəyəri 3,5 manat), qapı petləsi 5 ədəd (dəyəri 7 manat), qapı əlcəyi 2 ədəd (dəyəri 1 manat), qayka 4 ədəd (dəyəri 8 manat), qayka M42 64 ədəd (dəyəri 192 manat), qayka-şayba ilə birlikdə 140 ədəd (dəyəri 14 manat), qazan 74 ədəd (dəyəri 167 manat), polad rels 1 ton (dəyəri 3171 manat), reyka 3x5x4 1200 metr (dəyəri 480 manat), reyka 5x5x4 670 metr (dəyəri 402 manat), santexnika materiallları (dəyəri 672 manat), şeben 150 kub.metr (dəyəri 1220 manat), setka 79,5 kv.metr (dəyəri 404,50 manat), setka (aliminum)lx50 4 kv.metr (dəyəri 64 manat), setka 3-lük dəmir 80 metr (dəyəri 368 manat), stka 4-lük dəmir 10 metr (dəyəri 90 manat), setka kapron 2 metr (dəyəri 70 manat), kabel 350 metr (dəyəri 480 manat), stiker etiket 1 bağlama (dəyəri 200 manat), stiker plakat 2 ədəd (dəyəri 700 manat), striç plyonka 65,6 kv.metr (dəyəri 164 manat), su mühərriki 1 ədəd (dəyəri 42 manat), paket şüşə 126,9 kv.metr (dəyəri 3407,70), paket şüşə 36 kv.metr (dəyəri 900 manat), qaynaqçı eynəyi 1 ədəd (dəyəri 3 manat), şiveller 12 metr (dəyəri 90 manat), şiveller 10-luq 2484 metr (dəyəri 23389,80 manat), şiveller 18-lik 12 metr (dəyəri 145,20 manat), şiveller 20-lik 58 metr (dəyəri 899 manat), şiveller 8-lik 42 metr (dəyəri 198,66 manat), TAD-17 (dəyəri 10 litirlik) 1 ədəd (dəyəri 25 manat), TAD-17 (1 litiıiik) 2 ədəd (dəyəri 6 manat), böyük tal üçün qarmaq 1 ədəd (dəyəri 9 manat), tamet 50 kv.metr (dəyəri 450 manat), təhlükəsizlik kəməri 4 ədəd (dəyəri 80 manat), televizor kabeli 100 metr (dəyəri 13 manat), tikanlı məftil 10 bağlama (dəyəri 180 manat), elektrik üçlüyü 6 ədəd (dəyəri 20 manat), elektrik üçlüyü 32 mm-lik 10 ədəd (dəyəri 6,60 manat), telfer trosu 110 metr (dəyəri 38 manat), tros sıxan 2 ədəd (dəyəri 1 manat), dəmir boru 20-lik 210 metr (dəyəri 564 manat), dəmir boru 50-lik 13 metr 1 ədəd (dəyəri 68 manat), xamut 40 ədəd (dəyəri 40 manat), kabel ucluğu 2 ədəd (dəyəri 2 manat), dəmir uqolnik 137 metr (dəyəri396,50 manat), dəmir uqolnik 25 mm-lik 50527 metr (dəyəri 12,547 manat), uqolnik 32 mm-lik 30 ədəd (dəyəri 9 manat), uqolnik 32x45 6 ədəd (dəyəri 1,80 manat), uqolnik 32x90 6 ədəd (dəyəri 2,80 manat), uqolnik mm çöl 1 ədəd (dəyəri 3 manat), uqolnik 50-lik 200 ədəd (dəyəri 390 manat), üst qapama 25 sm (konyok) 100 ədəd (dəyəri 135 manat), üst qapama 8 ədəd (dəyəri 22,40 manat), vintel (böyük) 2 ədəd (dəyəri 54 manat), vintel f20 1 ədəd (dəyəri 5 manat), vintel f25 3 ədəd (dəyəri 29,40 manat), vintel f32 13 ədəd (dəyəri 43 manat), vetravik 64 ədəd (dəyəri 140 manat), elektrik vilkası 5 ədəd (dəyəri 4 manat), vintil (kiçik) 2 ədəd (dəyəri 7,60 manat), elektrik açarı 3 ədəd (dəyəri 2,80 manat), xamut 30 ədəd (dəyəri 6 manat), zajim 10 ədəd (dəyəri 100 manat), qapı zamoku 7 ədəd (dəyəri 229 manat), zazemlennik 1x35 100 ədəd (dəyəri 350 manat), zəncir 136 metr (dəyəri 174 manat) və istehsal olunmuş 4600 kv.metr polisterolbeton inşaat materialı 1 kv.m x 12 manat (dəyəri 55,429 manat) qaytarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, həmin əmlaklar olmadığı halda olmayan əmlakların dəyərinin hazırkı bazar qiymətinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2009-cu ildən başlayaraq Cavabdeh və əri Hikmət Xəlilovun sifarişləri əsasında "xxxx" MMC ailələrinə, dostlarına və yaxın insanlara məxsus Bakı şəhəri və Abşeron rayonu ərəzisində müxtəlif yaşıyış və qeyri yaşayış sahələrini inşa və ya təmir edib təhvil vermişdir. "xxxx" MMC-yə növbəti sifarişləri şəxsən Cavabdehn mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsində Abşeron rayon İcra Hakimiyyəti başçısının 18.06.2013-cü il tarixli 420 saylı Sərəncamı əsasında anbar binası, ofis binası, yeməkxana binası, transformator binası, işçilər üçün sanitar qovşağı, təhlükəsizlik binası və DEPO inşa edilməsi olmuşdur. Onun şifahi sifarişi əsasında həmin torpaq sahəsində inşa olunmuş anbar binasında polisterolbeton istehsal edən istehsal xətti qurulmuş və polisterolbetonu istehsal edən avadanlıqlar orda yerləşdirilmiş və hətta 4600 kv.metr polisterolbeton istehsal olunmuşdur. Həmin inşaat materiallarını, avadanlıqları və sairi "xxxx" MMC və onun təsisçiləri şəxsi vəsaiti hesabına almışdır. Yuxarıda qeyd olunan tikililərin tikilməsi və həmin tikililərdə olan avadanlıqların quraşdırılması xərclərini də "xxxx" MMC və onun təsisçilərinin şəxsi vəsaiti hesabına həyata keçirmişdir. Görülmüş işlərlə bağlı "xxxx" MMC-yə və onun təsisçilərinə yaranmış 1.251.000 manat borcu əri Hikmət Xəlilovdan tələb etdikdə, Cavabdeh onlara olan borcunu ödəməkdən yayınmaq üçün "xxxx" MMC-yə və onun təsisçilərinə qarşı Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilmiş, onun mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.973 ha torpaq sahəsində "xxxx" MMC, X9 və İddiaçı2 Vahid oğlu tərəfindən qanunsuz inşa edilmiş tikili cavabdehlər "xxxx" MMC-nin, X9 və İddiaçı2 Yusif oğlunun hesabına sökülərək, torpaq sahəsi ilkin vəziyyətinə qaytarılması, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsi cavabdehlər "xxxx" MMC-nin, X9 və İddiaçı2 Yusif olunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlər "xxxx" MMC, X9 və İddiaçı2 Yunis oğlundan müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cii ilin aprel ayında verilmiş 200.000 manat, 05.11.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi 1.710 600 manat pul tutularaq iddiaçı Cavabdeh verilməsi qət edildi. Həmin qətnamə ilə iş üzrə məhkəmə-əmtəəşiinaslıq ekspertizasının dəyəri 100 manat cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iddia qalan hissədə əsassız olduğundan və iddiaya verməli olamayan şəxslərə qarşı yönəldiyindən rədd olunması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər "xxxx" MMC və həmin MMC-nin təsisçisi İddiaçı2 Yusif oğlu (birlikdə) və X9 apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.01.2019-cu il tarixli, 2( 105)- 329/2019 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı2 Yusif oğlu və X6 apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.973 ha torpaq sahəsində "xxxx" MMC, X9 və İddiaçı2 Vahid oğlu tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC-nin, X9 və X2 hesabına sökülərək, torpaq sahəsi cavabdehlər "xxxx" MMC-nin, X9 və İddiaçı2 Yusif olunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər "xxxx" MMC, X9 və İddiaçı2 Yusif oğlundan müştərək qaydada 500.000 (beş yüz) manat tutularaq iddiaçı Cavabdeh verilməsi, iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər "xxxx" MMC, X9 və İddiaçı2 Yusif oğlundan müştərək qaydada alınaraq iddiaçıya verilməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət olunmuşdur. Həmin qətnamədən iddiaçı Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli, 2( 102)-4676/2019 nömrəli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.01.2019-cu il tarixli, 2( 105)-329/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmin qətnamədən cavabdehlər "xxxx" MMC və İddiaçı2 Yusif oğlu Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08.09.2020-ci il tarixli qərarı ilə həmin Məhkəmənin 02.06.2020-ci il tarixli, 2(102)- 3603/2020 nömrəli qərarı cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətinin icraata qəbul hissəsində ləğv edilmiş, cavabdeh "xxxx"MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.01.2019- cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi qismən, yəni iddianın cavabdeh İddiaçı2 Yusif oğluna münasibətdə təmin edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.03.2021-ci il tarixli, 2(105)- 407/2021 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı2 Vahid oğluna münasibətdə təmin olunmuş hissələrdə, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsində İddiaçı2 Vahid oğlu tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdeh İddiaçı2 Yusif oğlunun hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytaralması, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsinin cavabdeh İddiaçı2 Vahid oğlunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdeh İddiaçı2 Yusif oğlundan müştərək qaydada 2013-ci ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, 05.11.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi ******* manat pul tutularaq iddiaçı Cavabdeh verilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Hazırda həmin qətnamələr qanuni qüvvəsini almış, həmin mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi icra vərəqəsi vermiş və həmin icra sənədi üzrə tələbkar Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.973 ha torpaq sahəsində "xxxx" MMC və X9 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC və X6 hesabına sökülərək, torpaq sahəsi ilkin vəziyyətinə qaytarılması hissəsi istisna olmaqla, qalan hissələri icra olunmuşdur. Həmin icra sənədinin yuxarıda qeyd olunan hissəsinin icra olunmamasının səbəbi onunla bağlı olmuşdur ki, 16.10.2019-cu il tarixdə tələbkar Cavabdeh Abşeron rayon İcra və Probasiya söbəsinə ərizə ilə müraciət edərək, Abşeron rayonu Qobu qəsəbəsindəki 5.973 ha torpaq sahəsində "xxxx" MMC və X9 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC və X6 hesabına sökülərək, torpaq sahəsi ilkin vəziyyətinə qaytarılması hissəsində icraatın dayandırılmasını xahiş etmiş və Abşeron rayon İcra və Probasiya söbəsinin rəisinin 21.10.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)329/19 saylı 05.08.2019-cu il tarixli icra sənədinin icrasının dayandırılması bərədə qərar qəbul etmişdir. Göründüyü kimi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin bu iş üzrə verdiyi icra sənədi, yuxarıda qeyd olunan hissə istisna olmaqla tam icra olunmuş, lakin həmin torpaq sahəsində olan dəyəri milyon manatdan çox olan çoxsaylı (mişar daşı, dəmir darvaza, plastik qapı-pəncərlər, dəmir borular, dam örtüyləri, dəmir fermalar, kafel-metlax, həyətə döşənmiş daşlar, həmin tikililərin və daş hasarın bünövrəsinə işlənmiş polad armaturlar, polisterolbeton istehsal edən avadanlıq, istehsal xətti, istehsal olunmuş 4600 kv.metr hazır məhsul, həmin torpaq sahəsini elektirik enerjisi, su və sairlə təchiz etmək üçün istifadə olunmuş dəmir borular (elektrik dirəkləri), elektirik naqilləri, plastik borular və sair avadanlıqlar) əmlakları öz hesablarına sökərək götürməkləri hissədə isə cavabdehin Abşeron rayon İcra və Probasiya söbəsinə göndərdiyi ərizəsi nəzərə alınmaqla icra işinin icrası dayandırılmışdır. Bu səbəbdən həmin əmlakların təhvil verilməsi ilə bağlı “əmlak tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2607/2021 saylı, 23.11.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Şəhla Süleymanova).

4. Həmin qətnamədən narazı qalan iddiaçı iddia tələbinin məzmununa uyğun apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-cu ildən başlayaraq cavabdeh və onun əri Hikmət Xəlilovun sifarişləri əsasında cavabdehə, onun ailə üzvlərinə, dostlarına və onlara yaxın insanlara məxsus Bakı şəhəri və Abşeron rayonu ərəzisində müxtəlif yaşıyış və qeyri yaşayış sahələrini inşa və ya təmir edib təhvil vermişdir. Cavabdehin "xxxx" MMC-yə növbəti sifarişi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsində Abşeron rayon İcra Hakimiyyəti başçısının 18.06.2013-cü il tarixli 420 saylı Sərəncamı əsasında anbar binası, ofis binası, yeməkxana binası, transformator binası, işçilər üçün sanitar qovşağı, təhlükəsizlik və DEPO binası inşa edilməsi olmuşdur. Eyni zamanda cavabdehin şifahi sifarişi əsasında həmin torpaq sahəsində inşa olunmuş anbar binasında polisterolbeton istehsal edən istehsal xətti qurulmuşdur (polisterolbetonu istehsal edən avadanlıqlar alınaraq orda yerləşdirilmiş və hətta 4600 kv.metr polisterolbeton istehsal olunmuşdur). Yuxarıda qeyd olunan tikililərin inşa edilməsi və həmin tikililərdə olan avadanlıqların quraşdırılması xərcləri də "xxxx" MMC və onun təsisçilərinin şəxsi vəsaiti hesabına həyata keçirilmişdir. Görülmüş işlərlə bağlı yaranmış 1.251.000 manat borcu cavabdehdən (onun əri Hikmət Xəlilovdan) tələb etdikdə, cavabdeh iddiaçlara olan borcu ödəməkdən yayınmaq üçün "xxxx" MMC-yə və onun təsisçilərinə qarşı Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilmiş, onun mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.973 ha torpaq sahəsində "xxxx" MMC, X9 və İddiaçı2 Vahid oğlu tərəfindən qanunsuz inşa edilmiş tikili cavabdehlər "xxxx" MMC-nin, X9 və İddiaçı2 Yusif oğlunun hesabına sökülərək, torpaq sahəsi ilkin vəziyyətinə qaytarılması, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsi cavabdehlər "xxxx" MMCnin, X12 və İddiaçı2 Yusif olunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlər "xxxx" MMC, X9 və İddiaçı2 Yunis oğlundan müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, 05.11.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi 1.710 600 manat pul tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər "xxxx" MMC və həmin MMC-nin təsisçisi İddiaçı2 Yusif oğlu (birlikdə) və X9 apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.01.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı2 Yusif oğlu və X6 apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.973 ha torpaq sahəsində "xxxx" MMC, X9 və İddiaçı2 Vahid oğlu tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC-nin, X9 və X3 hesabına sökülərək, torpaq sahəsi cavabdehlər "xxxx" MMC-nin, X9 və İddiaçı2 Yusif olunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər "xxxx" MMC, X9 və İddiaçı2 Yusif oğlundan müştərək qaydada 500.000 (beş yüz) manat tutularaq iddiaçı Cavabdeh verilməsi, iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumu 30 (otuz) manat cavabdehlər "xxxx" MMC, X9 və İddiaçı2 Yusif oğlundan müştərək qaydada alınaraq iddiaçıya verilməsi... və iddia tələbinin qalan hissədə rədd olunması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08.09.2020-ci il tarixli qərarı ilə həmin Məhkəmənin 02.06.2020-ci iltarixli, 2(102)-3603/2020 nömrəli qərarı cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətinin icraata qəbul hissəsində ləğv edilmiş, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.01.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi qismən, yəni iddianın cavabdeh İddiaçı2 Yusif oğluna münasibətdə təmin edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.03.2021-ciil tarixli, 2(105)- 407/2021 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı2 Vahid oğluna münasibətdə təmin olunmuş hissələrdə, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsində İddiaçı2 Vahid oğlu tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdeh İddiaçı2 Yusif oğlunun hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytaralması, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsinin cavabdeh İddiaçı2 Vahid oğlunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdeh İddiaçı2 Yusif oğlundan müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, 05.11.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi ******* manat pul tutularaq iddiaçı Cavabdeh verilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamələr qanuni qüvvəsini almış, həmin mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi icra vərəqəsi vermiş və həmin icra sənədi üzrə tələbkar Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsində "xxxx" MMC və X9 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC və X6 hesabına sökülərək, torpaq sahəsi ilkin vəziyyətinə qaytarılması hissəsi istisna olmaqla, qalan hissələri icra olunmuşdur. Həmin icra sənədinin yuxarıda qeyd olunan hissəsinin icra olunmamasının səbəbi onunla bağlı olmuşdur ki, 16.10.2019-cu il tarixdə tələbkar Cavabdeh Abşeron rayon İcra və Probasiya söbəsinə ərizəilə müraciət edərək, Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsində "xxxx" MMC və X9 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC və X6 hesabına sökülərək, torpaq sahəsi ilkin vəziyyətinə qaytarılması hissəsində icraatın dayandırılmasını xahiş etmiş və Abşeron rayon İcra və Probasiya söbəsinin rəisinin 21.10.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)329/19 saylı 05.08.2019-cu il tarixli icra sənədinin icrasının dayandırılması bərədə qərar qəbul etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin buiş üzrə verdiyi icra sənədi, yuxarıda qeyd olunan hissə istisna olmaqla tam icra olunmuş, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş 500.000 manat cavabdehə ödənilmiş, lakin həmin torpaq sahəsində olan dəyəri milyon manatdan çox olan çoxsaylı əmlakların öz hesabına sökərək götürməsi hissədə isə cavabdehin Abşeron rayon İcra və Probasiya söbəsinə ünvanladığı ərizəsi nəzərə alınaraq, həmin icra işinin icrası dayandırılmışdır. Probasiya söbəsinə ünvanladığı ərizəsi nəzərə alınaraq, həmin icra işinin icrası dayandırılmışdır. Bu səbəbdən də adları iddia ərizəsində sadalanan əmlakların qaytarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, həmin əmlaklar olmadığı halda, olmayan əmlakların dəyərinin hazırkı bazar qiymətinə uyğun olaraq cavabdehdən alınaraq bizə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbini təmin etməyən məhkəmə qətnaməsini aşağıdakı kimi əsaslandırmışdır: “... mülki iş üzrə mübahisə predmeti olan əmlakların bir hissəsinin barəsində artıq qanuni qüvvəyə minmiş qətnaməsi vardır... Buna görə də iddia tələbinin söküntü nəticəsində əldə olunacaq, tikinti materiallarının, eləcə də mal-məmulatların geri qaytarılmasına dair hissəsinin təmin olunması hüquqi müəyyənlik prinsipinin pozulması ilə yanaşı, mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin yaranmasına səbəb olur”. İşə baxan məhkəmənin qeyd edilən dəlili yanlışdır. Belə ki, “söküntü” ilə bağlı iddiaçının tələbi olmamışdır. “... iddia predmetini təşkil edən əmlakların icra üzrə icraatın dayandırılması... icra məmurunun qanunsuz hesab etdikləri qərarından (hərəkət və ya hərəkətsizliyindən) məhkəməyə şikayət etməli olmalarına baxmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər”. İddia ərizəsində icra məmurunun qanunsuz qərarı (hərəkət və ya hərəkətsizliyindən) ilə bağlı heç bir fikir yoxdur. Hazırkı iddia tələbi ilə məhkəməyə vermək tərəfin hüququdur. “... iddiaçlar mülki iş üzrə mübahisə predmeti olan əmlakların digər hissəsi, .... digər əşayaların cavabdehdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. ...” Məhkəmənin qeyd edilən dəlilində cavabdehə məxsus torpaq sahəsindəki tikililərdə olan iddia ərizəsində adları sadalanmış avadanlıqlarla bağlıdır. Qeyd edilən avadanlıqların cavabdehə məxsus torpaq sahəsində inşa olunmuş tiklilərdə olması qanuni qüvvəsini almış məhkəmə qətnamələri, hazırkı iş üzrə Cavabdeh tərəfindən (həmin qətnamə üzrə iddiaçı) iddiaçıya qarşı olan iddia ərizəsi ilə tam sübuta yetrilir. Cavabdehə məxsus torpaq sahəsindəki tikililər hamısı hazırkı iş üzrə ərizəçilər və cəmiyyətin digər təsisçisi Vahid Xələfov tərəfindən inşa olunmuşdur. Həmin tikililərdə istifadə olunmuş inşaat materialları və avadanlıqların kimin hesabına alınması, həmin inşaat materiallarının və avadanlıqlara dair sənədlərin ərizəyə əlavə edilməməsi dəlilini iddiaçı əsassız hesab edir. Ona görə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, həmin inşaat işlərinin aparılmasına və avadanlıqların alınmasına Cavabdeh tərəfindən cəmi 500.000 manat cavabdehlərə verilmişdir ki, həmin 500.000 manat məhkəmə qərarının icrası qaydasında Cavabdeh qaytarılmışdır. Sadə bir məntiqdir, Cavabdeh tərəfindən həmin tikililərin inşası üçün ərizəçilərə verilmiş pul məbləği, ərizəçilər tərəfindən məhkəmə qərarının icrası qaydasında cavabdehə qaytarıldığı halda, həmin tikililərdə istifadə olunmuş inşaat materialları və avadanlıqlar ərizəçilərə deyil, kimə məxsus ola bilər? Apellyasiya şikayətinə əlavə edilən 12 noyabr 2016-cı il tarixli və 28 avqust 2017-ci il tarixli ekspertiza rəylərində cavabdehə məxsus tiklidə olan avadanlıqların çox hissəsi əksini tapmışdır. Eyni zamanda iş materialına əlavə olunmuş icra sənədlərinin surətindən göründüyü kimi, iş Abşeron rayon İcra və Probasiya söbəsinin icraçısı İlyas Həsənovun icratında olarkən tələbkarın (hazırkı iş üzrəCavabdeh) ərizəsiilə cavabdehə məxsus torpaq sahəsində olan tikililərə və avadanlıqlara baxış keçirilmiş, bununla bağlı müvafiq akt tərtib olunmuş, inşa olunmuş tikililərin və avadanlıqların hər-hansı birinin sökülməməsi müəyyən olunmuşvə həmin tikililər və avadanlıqlar həmin vaxtdan tələbkara təhvilverilmişdir. Həmin zamandan həmin tikililər və tikililərdə olan avadanlıqlar cavabdehin nəzarəti altındadır. İşə baxan birinci instansiya məhkəməsi qeyd edilən torpaq sahəsində olan tikililərə yerli baxış keçirməklə iddia ərizəsində adları göstərilən avadanlıqların mövcud olmasını müəyyən edə bilərdi, yerli baxış nəticəsində tikililərdə olmayan avadanlıqlarla bağlı sübut təqdim edilmədiyi əsası ilə iddia tələbini rədd edə bilərdi. “...İddiaçı2 həmin cəmiyyətin təsisçilərindən biridir və iddiaçılar öz iddia tələblərində göstrəilən əmlakın "xxxx" MMC-yə məxsus olduğunu bildirirlər. Belə olan halda isə İddiaçı2 "xxxx" MMC-yə, "xxxx"MMC-nin isə Cavabdeh qarşı iddia qaldırmaq hüququ vardır”. İşə baxan məhkəmənin qənaətinə görə, İddiaçı2 Cavabdeh qarşı bu iddianı vermək üçün subyektiv hüququ olmamışdır. İşə baxan məhkəmə yenə də yanlışlığa yol vermişdir. İddiaçlar qeyd olunan əmlakların "xxxx" MMC-yə məxsus olaması barədə fikir söyləməmişlər, əksinə iddia ərizəsində qeyd olunan tikililərin inşa edilməsi və həmin tikililərdə olan avadanlıqların quraşdırılması xərclərini "xxxx" MMC və onun təsisçilərinin şəxsi vəsaiti hesabına həyata keçirməsi göstərilmişdir. Qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, cavabdehə məxsus torpaq sahəsində inşa olunmuş tikililər hazırkı iş üzrə iddiaçılar və "xxxx" MMC-nin digər təsisçisi, Vahid Xələfov tərəfindən inşa olunmuş, həmin tikililərdə istifadə olunmuş tikinti materilaları və həmin tikililərdə olan avadanlıqlar da həmin şəxslərin vəsaiti hesabına alınaraq, tikililərdə quraşdırılmışdır. Qeyd olunan hal hazırkı iş üzrə Cavabdeh tərəfindən (əvvəlki mübahisə üzrə iddiaçı) iddiaçılara qarşı olan iddia ərizəsi və hazırkı işdə verdiyi ifadəsi ilə təsdiq olunur. Belə ki, məhkəmə baxışı zamanı Cavabdeh nümyəndəsi qeyd olunan tikililərin vətikililərdə olan avadanlıqların mövcudluğu və cavabdehin istifadəsində olmasını mübahisələndirməmişdir. İşin yuxarıda göstərilən halları ilə tam sübuta yetirilir ki, iddia ərizəsində adları sadalanan əmlaklar iddiaçılara məxsusdur. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verirki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Normanın mənasından göründüyü kimi, şəxsin əsassız varlanmasını müəyyən etmək üçün üç şərt müəyyən olunmuşdur: 1). Əsassız varlanan şəxs (cavabdeh)əmlak əldə edir; 2). Həmin əmlakları məhrum olanların (iddaçıların) hesabına əldə edir; 3). Bu cür varlanmaya haqq qazandıran qanuni hüquq və ya müqavilə mövcud olmur. Göründüyü kimi, cavabdeh iddiaçıların hesabına adları iddia ərizəsində sadalanmış əmlakları əsassız əldə etmişdir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Normanın mənasından göründüyü kimi, iddiaçıların (mərhum olan) tələbi ilə cavabdeh (varlanmış şəxs) əldə etdiklərini geri qaytarmalı, bu mümkün olmadıqda, onların dəyəri ödəməlidir. İddia ərizəsindən göründüyü kimi, iddiaçılar adları iddia ərizəsində sadalanan əmlakların qaytarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, həmin əmlaklar olmadığı halda, olmayan əmlakların dəyərinin hazırkı bazar qiymətinə uyğun olaraq cavabdehdən alınaraq onalara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iş materialına iddiaçılar tərəfindən əlavə olunmuş sübutları, məhkəmə qərarlarını, icra işi üzrə sənədləri, 500000 manatın cavabdehə ödənilməsini təsdiq edən aktı, Abşeron rayon Məhkəsinin ödənilməsini təsdiq edən aktı, Abşeron rayon Məhkəsinin 10.02.2016-cı il tarixli qərardadını tam, obyektiv və hərtərfli araşdırmamışdır ki, bu da nəticə etibarı ilə yanlış qətnamə qəbul olunmasına səbəb olmuşdur. Eyni zamanda iş materialına əlavə olunmuş icra sənədlərinin surətindən göründüyü kimi, iş Abşeron rayon İcra və Probasiya söbəsinin icraçısı İlyas Həsənovun icratında olarkən tələbkarın (hazırkı iş üzrə Cavabdeh) ərizəsi ilə cavabdehə məxsus torpaq sahəsində olan tikililərə və avadanlıqlara baxış keçirilmiş, bununla bağlı müvafiq akt tərtib olunmuş, inşa olunmuş tikililərin və avadanlıqların hər hansı birinin sökülməməsi müəyyən olunmuş və həmin tikililər və avadanlıqlar həmin vaxtdan tələbkara təhvil verilmişdir. Həmin zamandan həmin tikililər və tikililərdə olan avadanlıqlar cavabdehin nəzarəti altındadır. İddiadan göründüyü kimi cavabdehdən tələb etdiyimiz əmlaklar, ona məxsus torpaq sahəsində inşa etdilmiş tikililərdə olan inşaat materiallarından və həmin tikililərdə quraşdırılmış avadanlıqlardan ibarətdir. İddia ərizəsinə əlavə olunmuş qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunur ki, həmin tikililərin inşa olunması iş üzrə iddiaçılar və cəmiyyətin digər təsisçisi Vahid Xələfov tərəfindən həyata keçirilmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə, tikililərdə istifadə olunmuş inşaat-tikinti işlərinin qanuni qüvvədə olan məhkəmə qərarlarına əsasən tərəfimizdən həyata keçirilməsi sübuta yetirilsə də, iddia ərizəsində adları göstərilən avadanlıqların mövcudluğu tərəfimizdən sübuta yetirlə bilməmişdir. İş materiallarına əlavə olunmuş ekspertiza rəyləri, iş Abşeron rayon İcra və Probasiya söbəsinin icraçısı İlyas Həsənovun icratında olarkən tələbkarın (hazırkı iş üzrəCavabdeh) ərizəsi iləcavabdehə məxsus torpaq sahəsində olan tikililər və avadanlıqların mövcud olaması ilə bağlı tərtib olunmuş akt iddia ərizəsində göstərilən avadanlıqların cavabdehin istifadəsində olan tikililərdə olması sübuta yetirilir. Məhkəmənin qənaətinə görə, iddiaçılar cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə müraciət etmələri əvəzinə, icra məmurunun qanunsuz hesab etdikləri icra işinin dayandırılması barədə qərarından (hərəkət vəya hərəkətsizliyindən) məhkəməyə şikayət etməli idilər. İcra məmurunun yuxarıda qeyd olunan dayandırma barədə qərarında hər-hansı qanununsuzluğa yol verilməmişdir. Həmin qərar qanunsuz olsa belə, iddiaçılar özlərinə məxsus əmlakları cavabdehdən tələb etməsində haqlı olmuşlar. əmlakları cavabdehdən tələb etməsində haqlı olmuşlar. İşə baxan məhkəmənin qənaətinə görə, İddiaçı2 Cavabdeh qarşı bu iddianıvermək üçün subyektiv hüququ olmamışdır. Məhkəmənin qeyd edilən dəlilini qanuni qüvvədə olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.03.2021-ci il tarixli, 2(105)-407/2021 nömrəli qətnaməsi iləəsaslandırır. Qeyd edilən qətnamədə ilə bağlı bildiririk ki, həmin qətnaməyəəsasən İddiaçı2 Cavabdeh iddia tələbi üzrə mülki məsuliyyətin olmadığı müəyyən olunmuşdur. Apellyasiya şikayətinə 12 noyabr 2016-cı il tarixli və 28 avqust 2017-ci il tarixli ekspertiza rəylərinin əlavə edirik. Həmin rəyləri birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbi onunla bağlı olmuşdur ki, iddiaçılar birinci instansiya məhkəməsinə 01.10.2021-ci il tarixdək qüvvədə olan Mülki Prosessual Məcəllənin tələbinə uyğun olaraqmüraciət etmiş, iddia ərizəsində adları sadalanan inşaat materiallarının üzərinə üzərinə həbs qoyulması və tikililərin, avadanlıqların sökülməsinin cavabdehəvə digər şəxslərə qadağan edilməsi barədə ərizə ilə 23.11.2021-ci il tarixdə Səbail rayon Məhkəməsinə müraciət etmiş, həmin ekspertiza rəylərini də ərizəyə əlavə edilmişdir. 01.10.2021-ci il tarixdək olan MPM-nin tələbinə görə müvəqqəti təminat tədbiri barədə ərizələrə mülki işlə birlikdə baxıldığından, qeyd olunan ekspertiza rəylərinə mülki işə (iddia ərizəsinə) əlavə etməyə zəruri olduğunu bilməmişik. Eyni zamanda nəzərinə çatdırmaq istəyitik ki, müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilən gün, yəni 23.11.2021-ci il tarixdəişə mahiyyəti üzrə baxılıb qətnamə qəbul olunduğundan qeyd edilən rəylər iş materilallarına əlavə etmək imkanımız olmamışdır. 12 noyabr 2016-cı il tarixli və 28 avqust 2017-ci il tarixli ekspertiza rəylərindəcavabdehə məxsus tiklidə olan avadanlıqların çox hissəsi əksini tapdığından və işin obyektiv həlli üçün həmin rəyləri şikayətə əlavə etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları:

6. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

7. Kollegiya iclasında iştirak edən iddiçının nümayəndəsi və vəkili R.Zülfüqarov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

9. Belə ki, iş materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilmiş, onun mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.973 ha torpaq sahəsində "xxxx" MMC, X9 və İddiaçı2 Vahid oğlu tərəfindən qanunsuz inşa edilmiş tikili cavabdehlər "xxxx" MMC-nin, X9 və İddiaçı2 Yusif oğlunun hesabına sökülərək, torpaq sahəsi ilkin vəziyyətinə qaytarılması, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsi cavabdehlər "xxxx" MMC-nin, X9 və İddiaçı2 Yusif olunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlər "xxxx" MMC, X9 və İddiaçı2 Yunis oğlundan müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cii ilin aprel ayında verilmiş 200.000 manat, 05.11.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi 1.710 600 manat pul tutularaq iddiaçı Cavabdeh qızma verilməsi qət edilmişdir. Həmin qətnamə ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iddia qalan hissədə əsassız olduğundan və iddiaya verməli olamayan şəxslərə qarşı yönəldiyindən rədd olunması qət edilmişdir.

10. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.01.2019-cu il tarixli, 2( 105)-329/2019 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı2 Yusif oğlu və X6 apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.973 ha torpaq sahəsində "xxxx" MMC, X9 və İddiaçı2 Vahid oğlu tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC-nin, X9 və X2 hesabına sökülərək, torpaq sahəsi cavabdehlər "xxxx" MMC-nin, X9 və İddiaçı2 Yusif olunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər "xxxx" MMC, X9 və İddiaçı2 Yusif oğlundan müştərək qaydada 500.000 (beş yüz) manat tutularaq iddiaçı Cavabdeh verilməsi, iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumu 30 (otuz) manat cavabdehlər "xxxx" MMC, X9 və İddiaçı2 Yusif oğlundan müştərək qaydada alınaraq iddiaçıya verilməsi, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu isə cavabdehlərin özlərinə aid edilməsi, iş üzrə məhkəmə-əmtəəşünaslıq və xətşünaslıq ekspertizalarının dəyəri 200 (ik yüz) manat cavabdehlər "xxxx" MMC, X9 və İddiaçı2 Yusif oğlundan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizas Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22,) hesabına köçürülməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət olunmuşdur. Qətnamə üzrə icra vərəqəsi 05.08.2019-cu il tarixdə verilmişdir.

11. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08.09.2020-ci il tarixli qərarı ilə həmin Məhkəmənin 02.06.2020-ci il tarixli, 2(102)-3603/2020 nömrəli qərarı cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətinin icraata qəbul hissəsində ləğv edilmiş, cavabdeh "xxxx"MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.01.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi qismən, yəni iddianın cavabdeh İddiaçı2 Yusif oğluna münasibətdə təmin edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qət olunmuşdur.

12. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.03.2021-ci il tarixli, 2(105)-407/2021 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı2 Vahid oğluna münasibətdə təmin olunmuş hissələrdə, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsində İddiaçı2 Vahid oğlu tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdeh İddiaçı2 Yusif oğlunun hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytaralması, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsinin cavabdeh İddiaçı2 Vahid oğlunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdeh İddiaçı2 Yusif oğlundan müştərək qaydada 2013-ci ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, 05.11.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi ******* manat pul tutularaq iddiaçı Cavabdeh verilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

13. İş materiallarına əlavə edilmiş 10.11.2009-cu il tarixli, ********** nömrəli "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, İddiaçı2 və X10 "xxxx" MMC-nin təsisçiləridir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinin rəisinə ünvanlanmış 16.10.2019-cu il tarixli icra icraatının dayandırılası barədə ərizəsidən görünür ki, Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.01.2019-cu il tarixli, 2(105)- 329/2019 saylı icra sənədi üzrə icra icraatının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İş materiallarına əlavə edilmiş Cavabdeh etibarnamə üzrə nümayəndəsi X11 tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinin rəisinə ünvanlanmış 17.10.2019-cu il tarixli ərizəsidən görünür ki, X14 tərəfindən əraziyə yerləşdirilmiş mühafizəsinin və digər şəxslərin ordan uzaqlaşdırmaq və Cavabdeh əraziyə sərbəst giriş və çıxışına şərait yaradılmasını, həmçinin dəymiş maddi və mənəvi ziyanın ödənilməasinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin 21.10.2019-cu il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.08.2019-cu il tarixli, 2( 105)-329/2019 saylı icra sənədi “İcra haqqında” Azərbaycan Respubl8ikası Qanunun 17.1.10-cu maddəsini rəhbər tutaraq icra sənədinin icasının dayandırılması qərara alınmışdır.

15. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 10.01.2016-cı il tarixli, 2(012)-174/2016 saylı iddianın təmin tədbiri barədə qərardadından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışına əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayon Qobu qəsəbəsində yerləşən 5,975 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən tikililərin üzərinə həbs qoyulmuşdur.

16. İş materiallarına əlavə edilmiş 29.04.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh, X15, X7, X9 və X16 tələbkar Cavabdeh, borclu X9 və şahidlər X15, X7, X16, X4 bu aktı tərtib etmişdir ondan ötrü ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icraatında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı, 05.08.2019-cu iln tarixli icra sənədi üzrə borclular X9 və "xxxx" MMC tərəfindən tələbkar Cavabdeh ödənilməli olan 500.000 manat məbləğində pul vəsaitini 290.000 ABŞ dolları və 7.000 AZN olmaqla 29.04.2021-ci il tarixli borclu X10 tələbkar şahidlərin iştirakı ilə Cavabdeh həmin pul vəsaitini qəbul etmişdir. Tələbkar Cavabdeh qəbul edir ki, borclu şəxslərə qarşı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-329/2019 saylı 05.08.2019-cu il tarixli icra sənədi üzrə heç bir iddiası, tələbi yoxdur və gələcəkdə olmayacaqdır. Eyni zamanda tələbkar icra icraatına xitam verlməsinə dair ərizə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə müraciət etməyi öz öhdəsinə götürmüşdür. Hüquqi dəyərləndirmə:

17. İş materiallarından görünür ki, tərəflər arasında əvvəllər mülki hüquq münasibətlərindən yaranan məhkəmə mübahisələri olmuş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(105)- 407/2021 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsi İddiaçı2 Vahid oğluna münasibətdə təmin olunmuş hissələrdə, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində İddiaçı2 Vahid oğlu tərəfindən qanunsuz inşa edilmiş tikilinin İddiaçı2 Yusif oğlunun hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsinin İddiaçı2 Vahid oğlunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi, "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən, X5 və İddiaçı2 Yusif oğlundan müştərək qaydada 500.000 manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, 2(102)- 3603/2020 saylı qərarı ilə İddiaçı2 Yunis oğlunun kassasiya şikayəti təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsi İddiaçı2 dair hissədə ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(105)-407/2021 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsi İddiaçı2 münasibətdə təmin olunmuş hissədə ləğv edilmişdir. Qeyd olunan məhkəmə qərarları qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 14 oktyabr 2019-cu il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Göstərilən xüsusatlar mülki işin mübahisə edilməyən halllarıdır. "xxxx" məhdud məsuliyyətli cəmiyyəti və İddiaçı2 isə məhkəməyə müraciət etdikləri hazırki iddia ərizəsini yuxarıda göstərilən icra sənədi üzrə icra işinin icraatının dayandırılmasına görə həmin icra sənədinin dəyəri milyon manatdan çox olan çoxsaylı əmlakların götürülməsi hissəsində icrasının mümkün olmaması ilə əsaslandırmış, iddia tələbinin təmin edilməli olduğunu göstərmişdir.

18. Kollegiya qeyd edir ki, mülki iş üzrə mübahisə predmeti olan əmlakların bir hissəsi barəsində məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi vardır və həmin qətnamə ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin və X6 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması qət olunmuşdur.

19. Göründüyü kimi tikililərin SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin hesabına sökülməsi və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəbəsindəki 5,975 hektar həmin torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətinə keçməsi ilə nəticələnəcəkdir. Buna görə də iddia tələbinin söküntü nəticəsində əldə olunacaq, tikinti materiallarının, eləcə də mal-məmulatların geri qaytarılmasına dair hissəsinin təmin olunacağı təqdirdə hüquqi müəyyənlik prinsipinin pozulması ilə yanaşı, mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin yaranmasına səbəb olacaqdır.

20. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində və apellyasiya şikayətində iddia predmetini təşkil edən əmlakları məhz icra üzrə icraatın dayandırılması ilə əlaqədar əldə edə bilməmələri ilə əsaslandırmalarına və həmin əmlakı əldə etmələri üçün məhz icra üzrə icraatın dayandırılmasına dair icra məmurunun qanunsuz hesab etdikləri qərarından (hərəkət və ya hərəkətsizliyindən) məhkəməyə şikayət etməli olmalarına baxmayaraq, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

21. Bundan başqa, iddiaçı mülki iş üzrə mübahisə predmeti olan əmlakların digər hissəsi, yəni Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilidə olan onlara məxsus tikinti məhsulu olmayan digər əşyaların cavabdehdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, iddiaçılar həmin əmlakların mövcudluğunu, onların qanuni mülkiyyətində olduğunu və cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin əmlaklara sahibliyi həyata keçirə bilmədiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Cavabdeh kollegiya iclasında verdiyi izahatında da əmlakın ona məxsus olub-olmaması halına aydınlıq gətirə bilməmişdir.

22. Cavabdeh apellyasiya şikayətində mübahisəli əmlakların iddiaçıya məxsus ərazidə olmasının aydınlaşdırılması məqsəliə yerli baxışın keçirilməli olmasını qeyd edir.

23. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh mübahisəli əmlakların onun mülkiyyətində olmasını sübuta yetirə bilmədiyinə görə, hətta həmin əmlakların iddiaçıya məxsus ərazidə olub-olmasına dair yerli baxışın keçirilməsi əhəmiyyətsizdir. Çünki, əmlakların cavabdehə məxsus yerdə olması özlüyündə o əmlakların "xxxx" MMC-nin sahibliyindən qanunsuz olaraq çıxarılması faktını sübut etmir.

24. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

27. Digər tərəfdən, işdə olan "xxxx" MMC-nin 10 noyabr 2009-cu il tarixli nizamnaməsindən görünür ki, İddiaçı2 həmin cəmiyyətin təsisçilərindən biridir və iddiaçılar öz iddia tələblərində göstərilən əmlakın "xxxx" MMC-yə məxsus olduğunu bildirirlər. Belə olan halda isə İddiaçı2 "xxxx" MMC-yə, "xxxx" MMC-nin isə Cavabdeh qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli Qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə... ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

29. Habelə, mülki iş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(105)-407/2021 saylı qətnaməsində məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının onun öhdəlikləri üzrə daşımadığından və cəmiyyətiin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıdığından İddiaçı2 "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi və rəhbəri olsa da, cəmiyyət tərəfindən vurulmuş zərərə görə məsuliyyət daşımadığı, İddiaçı2 fiziki şəxs kimi Cavabdeh ilə şifahi podrat müqaviləsi bağlaması, Cavabdeh zərər vurması və Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən fiziki şəxs kimi istifadə etməsi də öz təsdiqini tapmamışdır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

31. Beləliklə, kollegiya hesab edir ki, iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

32. Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan ləğv edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

35. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2607/2021 saylı, 23.11.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar