Məhkəmə qərarları › İş №2(103)-1823/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1823/2025

12.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1823/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə ərazi aidiyyatının müəyyən edilməsi barədə məhkəmələr arası fikir ayrılığına dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiаçı İddiaçı cavabdeh X2 qarşı torpaq sahəsindən çıxarılma və özbaşına tikililərin sökülməsi tələbinə dаir iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, iddiaçının xeyrinə icarə hüququ əsasında yüklü edilmiş Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsində mövcud olan tikililərin və qurğuların cavabdeh tərəfindən öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iş icraata xx.xx.2021-ci ildə daxil olub) Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinin tələblərinə əsasən, cavabdehin əsl cavabdehlərlə əvəz olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 əsl cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-141/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmış, mülki iş üzrə icraat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə əsasən, dayandırılmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/7452 saylı xx.xx.2023-cü il tarixli məktubu Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-17/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-17/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmış, mülki iş üzrə icraat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə əsasən, dayandırılmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/5514 saylı xx.xx.2024-cü il tarixli rəyi xx.xx.2024-cü il tarixində Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-17/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-17/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanımnda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-32/2-17524/2024 saylı xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan göründüyü kimi aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş Ramana südçülük sovxozunun hüdudları daxilində yerləşir və inzibati olaraq Bakı şəhərinə (Xəzər rayonu) aid edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1270/2025 saylı xx.xx.2025-ci il il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddia tələbi Mülki Prosessual Məcəllənin 39.1ci maddəsinə uyğun olaraq torpaq sahəsinin yerləşdiyi ərazi üzrə məhkmədə baxılmalıdır. Lakin iş materialları ilə müəyyən edilir ki, torpaq sahəsi Ramana südçülük sovxozunun hüdudları daxilində yerləşir və inzibati olaraq Ramana qəsəbəsi Xəzər rayonuna aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə, iş materiallarını araşdıraraq və qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, məhkəmələr arasında ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Beləliklə, mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mövcud iddia ərizəsi Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.3-ci maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 31.2-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 45.4-cü maddəsinə əsasən, məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiаçı İddiaçı cavabdeh X2 qarşı torpaq sahəsindən çıxarılma və özbaşına tikililərin sökülməsi tələbinə dаir iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2102/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün hesab edilməklə icraata qəbul edilmişdir. Mülki iş üzrə uzun müddət ərzində məhkəmə iclasları keçirilmiş izahatlar alınmış, sorgular verilmiş, dəfələrlə ekspertizalar keçirilməklə 2024-cü ilin sentyabr ayında ekspert rəyi də alınmışdır. Lakin bundan 3 ay sonra məhkəmə işin prosessual qanunvericiliyin 39.1-ci maddəsinə, yəni müstəsna aidiyyət qaydalarına istinad etməklə mülki işin baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilmişdir. Halbuki, sözügedən torpaq sahəsi ümumiyyətlə Xəzər rayon inzibati ərazisinə də daxil deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarına münasibətdə qeyd edildiyi kimi qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağılabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Hazırki halda isə kollegiya qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin gəldiyi qənaət işin baxılmağa başlanarkən müəyyən edilməli, prosesssual qanunvericiliyin təməl prinsipinə və normalarının tələblərinə əsaslanmaqla müstəsna aidiyyət qaydalarına əsasən işə torpaq sahəsinin yerləşdiyi yer üzrə məhkəmədə baxılmasının təmin edilməsinə xidmət etməli idi. Lakin işin hallarından göründüyü kimi, 4 il ərzində işə baxılmaqla artıq müstəsna aidiyyət qaydalarına əsasən işin torpaq sahəsinin yerləşdirdiyi yer üzrə baxılmasının səmərəliliyini gərəktirən bütün halları araşdırmış, hətta işin həlli baxımından sübut qismində əhəmiyyət kəsb edən müvafiq ekspert rəyini də almaqla işin yekunlaşma mərhələsinə çatmışdır. Bundan sonra işin başqa bir məhkəməyə, hətta işin müstəsna aidiyyət qaydalarına əsasən aidiyyətinin olmadığı bir məhkəməyə göndərilməsi (belə ki, torpaq sahəsi məhz inzibati ərazi olaraq Sabunçu rayonunun ərazisindədir), iş üzrə tərəfin əldə etmək istədiyinə çatımlılığını mücərrəd etməklə süründürməçiliyə gətirib çıxarır, o cümlədən vətəndaşlar arasında ədalət mühakiməsinin həyata keçirilməsinə işlərə ağlabatan müddətdə baxılması baxımından inamını azaltmaqla yanaşı, prosessual qənaət prinsipini də pozur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin baxılması üçün başqa bir məhkəməyə göndərilməsi barədə Abşeron Rayon Məhkəməsinin qənaəti düzgün hesab edilə bilməz və mülki iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 45-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiаçı İddiaçı cavabdeh X2 qarşı “torpaq sahəsindən çıxarılma və özbaşına tikililərin sökülməsi” tələbi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində baxılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar