Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1832/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “protokolun və müqavilənin etibarsız hesab edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə qarşı “protokolun və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəsinin e-2(006)-1958/2024 nömrəli 23 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 3 evin, 1 saylı mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-454/2023 nömrəli icra vərəqəsindən görünür ki, cavabdeh İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 163/18 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi uzrə xx.xx.2022-ci il tarixə yaranmış 89656,39 manat əsas borc, 3382,11 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 370 manat, ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumu, cəmi 93453.5 manat məbləğində pulun tutulması, həmin tutma cavabdeh İddiaçı mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 3 evin 1 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlak ilkin satış qiyməti 340.000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması qət edilmişdir.
3. Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin xx.xx.2023- cü il tarixli tərəflərə ünvanlanan məktubdan görünür ki, icra sənədində qeyd edilən tələb könüllü icra müddəti ərzində borclular tərəfindən təmin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq icra sənədi üzrə borclu İddiaçı məxsus ünvan 3 evin, 1 saylı mənzilin satışının təmin olunması xahiş edilmişdir. Göstərilən əmlakın ilkin satış qiyməti 340.000 manat müəyyöən edilmişdir. İş materiallarına əlavə olunmuş 281/23 nömrəli xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ünvan 3 evin, 1 saylı mənzilinə dair 30 noyabr 2023-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şössesi 27 ünvanında hərracın keçiriləcəyi barədə məlumat göndərilmişdir.
4. 281/23 nömrəli xx.xx.2023-cü il tarixli bildirişinin göndərilməsi barədə 104339 №-li qəbzin üzərində aparılmış qeydlərdən görünür ki, Bakı Hərrac Mərkəzi" MMC tərəfindən İddiaçı ünvan 3 evin, 1 saylı ünvanına göndərilmiş bildiriş qapı bağlı olduğundan iddiaçıya təqdim olunmamışdır. İş materiallarına əlavə olunmuş 281/23 nömrəli xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ünvan 3 evin, 1 saylı mənzilinə dair 19 dekabr 2023-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şössesi 27 ünvanında hərracın keçiriləcəyi barədə məlumat göndərilmişdir.
5. 281/23 nömrəli xx.xx.2023-cü il tarixli bildirişinin göndərilməsi barədə 105909 №-li qəbzin üzərində aparılmış qeydlərdən görünür ki, Bakı Hərrac Mərkəzi" MMC tərəfindən İddiaçı ünvan 3 evin, 1 saylı ünvanına göndərilmiş bildiriş iddiaçı köçdüyündən ona təqdim olunmamışdır.
6. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 281/23 saylı protokoldan və xx.xx.2024-cü il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Müqavilədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-454/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi və Səbail rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında, İddiaçı məxsus ünvan 3 evin, 1 saylı mənzilin 216750 manata “İpoteka Haqqında” Azərbaycan Respublikası 43.7-ci maddəsinə əsasən "xxxx" ASC-yə satılmışdır.
7. "xxxx" MMC-nin arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən, əla təmirli mənzillərin 1 kv.m.-nin bazar dəyəri mənzillərin mərtəbəliliyindən, təmirliliyindən və təchizatından asılı olaraq xx.xx.2024-cü il tarixə: 3500-4000 manat təşkil edir.
8. ünvan 3 evin, 1 saylı mənzilinə dair hərracın keçirlənməsi barədə qəzetdə elanlar verilmişdir
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh "xxxx" ASC-yə, "xxxx" MMC-yə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 evin, 1 saylı mənzilinin ipoteka saxlayan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə satılmasına dair "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 281/23 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokolun və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Müqavilənin etibarsız hesab edilməsi və bunun nəticəsində Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin adına “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində mülkiyyət hüquqlarına dair aparılan reyestr qeydlərinin ləğv edilməsi və daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialı ilə onun arasında bağlanmış 163/18 saylı, 18 iyul 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" ASC-nin “Mərkəz” filialı ona ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın alınması üçün, illik faiz dərəcəsi 7% olmaqla, 211 ay müddəti ilə aylıq 825,19 manat ödəmək şərti ilə 100.000 (bir yüz min) manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzili ipotekaya götürülmüş və bununla bağlı xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. İpoteka ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 2898 nömrəli reyestr kitabının 270362 nömrəli vərəqində (reyestr nömrəsi **********5- 05301-093018, qeydiyyat nömrəsi **********) xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Qeyd olunmalıdır ki, “Kreditor-İpoteka saxlayan” qismində Cavabdeh1 ASC ilə “Alıcı-İpoteka qoyan” qismində o və “Satıcı” qismində X2 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, “Satıcı” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakı onun mülkiyyətinə vermiş, daşınmaz əmlakın satış qiyməti 160.000 manat təşkil edirdi və o mənzilin dəyərinin 60.000 manat məbləğində olan hissəsini özü ödəmiş, 100.000 manat məbləğində olan hissəsini isə “Kreditor-İpoteka saxlayan” tərəfindən xx.xx.2018-ci il tarixli, 163/18 saylı kredit müqaviləsinə əsasən verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Sonra aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, 163/18 saylı kredit müqaviləsinin təminatı kimi o mülkiyyətində olan ünvan 3 evin 1 nömrəli mənzili ipoteka ilə yüklü etmişdir. Bildirmək istəyir ki, maddi sıxıntıları olduğundan, banka olan kredit borcunu bir neçə ay ödəyə bilməmişdir. Lakin, sonradan tərəfindən ödəniş edilməsinə baxmayaraq, bank həmin ödənişi faizə silərək onu məhkəməyə vermişdir. Belə ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti mənə qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, məndən Cavabdeh1 ASC-nin xeyrinə 89.656,39 manat əsas, 3.382,11 manat faiz, cəmi 93.038,5 manat pulun, iddia ərizəsinə görə ödənilmiş 370 manat dövlət rüsumunun və bildirişin ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi qeydiyyatı ilə bağlı 45 manat ödənişin tutulması, ipoteka predmeti olan ona məxsus Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsi, tutmanın Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılması və bankın kredit tələbi satılmış əmlakın hesabına ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 18 saylı evin, 1 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və digər şəxslər 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1034/2022 saylı, 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 163/18 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 89.656,39 manat əsas borcun, 3.382,11 manat faiz borcunun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 370 manatın, ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun, cəmi 93.453,5 (doxsan üç min dörd yüz əlli üç manat, əlli qəpik) manat məbləğində pulun tutulması, həmin tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 3 evin 1 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin (likvid dəyəri) 215.000 (iki yüz on beş min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması, ipoteka predmeti olan əmlak açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, cavabdeh İddiaçı həmin mənzilindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermişdi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)-454/23 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyun 2022- ci il tarixli, e-2(009)-1034/2022 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən, ipoteka predmetinin ilkin satış qiymətinin 215000 manat məbləğində müəyyən edilməsi hissədə dəyişdirilmiş, ipoteka predmeti olan, ünvan 3 evin, 1 saylı mənzilinin likvid dəyəri 340000 manat həddində müəyyən edilmiş, qətnamə cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti versə də, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra mənzili barəsində aparılan hərəkətlərdən məlumatsız olmuşdur. Bu yaxınlarda ona məlum olmuşdur ki, onun mənzili "xxxx" MMC-i tərəfindən hərraca çıxarlmış və alıcı olmadığından, həmin mənzil 25% aşağı qiymətlə tələbkara təklif edilmişdir. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti həmin məzili qəbul etmiş və buna dair cavabdehlə onun arasında ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 281/23 saylı xx.xx.2024-cü il tarixli protokol və müqavilə tərtib edilmişdir. Hesab edir ki, aparılmış hərrac qanunsuz olmuş və bu hərracın keçirilməsinə dair ona heç bir məlumat verilməmişdir. Qeyd olunmalıdır ki, mənzili Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə keçməsinə dair məlumatı aldıqdan dərhal sonra o cavabdehə müraciət etmişdir və əməkdaşlarından soruşmuşdu ki, hansı əsaslarla ona hərracın keçirilməsi barəsində məlumatı verməmişlər. Onlar isə bildirmişlər ki, bu barədə məlumat onlar tərəfindən onun ünvanına göndərilmiş, lakin ona çatdırılmamışdır. Qeyd etmək istər ki, cavabdehin təqdim etdiyi sənədlərə baxdığı zaman, ona məlum olmuşdu ki, cavabdeh ona xx.xx.2023-cü il tarixində “MPS” surətli poçtla 104339 saylı bildirişlə nəisə göndərmiş və bildirişdə 06.11.23 göstərməklə qeyd olunmuşdur ki, “qapı bağlıdır”. Cavabdehin təqdim etdiyi “MPS” 105909 saylı bildirişdə isə 03.12.23 tarix göstərilməklə guya ona yenə nəisə göndərmiş və bildirişdə 06.11.23 göstərməklə qeyd olunmuşdur ki, “köçüb”. Bildirmək istərdi ki, cavabdehin təqdim etdiyi bu bildirişlərdən də görünür ki, cavabdeh “MPS” şirkətinin əməkdaşları ilə hansısa sövdələşmənin nəticəsində bu bildirişləri onlardan götürmüşdür. Belə ki, bildirişlərdən də göründüyü kimi, cavabdeh reallıqda ona heç bir sənəd-bildiriş göndərməmişdir. Bildirişlərə nəzər yetirdikdə həmin “MPS” şirkətinin verdiyi bildirişlərdə məktubun qəbul edilmə və geri qaytarılma tarixlər göstərilsə də, həmin bildirişlərdə saatlar qeyd olunmamışdır. Digər tərəfdən bildirişlərdə hansı sənədin ümumiyyətlə nəyin göndərilməsi də öz əksini tapmır. Halbuki, hamımız surətli poçtla kifayət qədər çoxsaylı sənədlər göndərmiş və göndərməyə dair bildirişlərdə mütləq şəkildə hansı sənədin göndərilməsi və göndərmə tarixi ilə yanaşı sənədin göndəricidən qəbul edilməsinə dair saat da göstərilir. Göründüyü kimi, bu bildirişlər formal olaraq cavabdeh tərəfindən özünün iş materiallarına əlavə edilmişdir. Başqa sözlə, təqdim olunan bildirişlərin surətlərindən görünür ki, hərracın təşkilatçısı hərracların keçirilməsi barədə onu məlumatlandırmamış və məlumatlandırmaq niyyətində də olmamışdır. Qeyd olunduğu kimi, o, ipoteka predmeti olan həmin əmlakın açıq hərracdan satışı ilə bağlı heç bir məlumat əldə edə bilməmiş, nə icra qurumu, nə də hərrac təşkilatı ona bu barədə rəsmi və s. qaydada məlumatlandırmamışdır. Halbuki, həmin mənzilin açıq hərracdan satışı ilə bağlı keçirilən hərraclar barədə məlumatı olsaydı mülkiyyətindəki ipoteka predmeti olan mənzilin açıq hərracdan özü alıcı qismində iştirak edərək əldə edəcəkdi və belə olan halda icra sənədi üzrə ilkin satış qiyməti 340.000 manat müəyyən edilmiş mənzilin tələbkar tərəfindən hətta likvid qiymətindən də xeyli aşağı qiymətə - 216.750 manata eldə edilməsi üçün şərait yaranmayacaqdı. O da qeyd olunmalıdır ki, hərracın formal olması və reallıqda heç bir hərracın keçirilməməsi onunla da sübuta yetirilir ki, ona məxsus olan mənzil 4 otaqdan ibarət olmaqla, İçəri şəhər metrostansiyasının yanında yerləşir və çıxarışda mənzilinin ümumi sahəsi 155,1 kv.m. göstərilsə də, texniki pasportuna uyğun olaraq faktiki sahəsi 178 kv.m. ibarətdir, mənzil tam yüksək şəkildə təmir olunmuş və maraqlıdır ki, belə bir mənzilin, mənzil bazarında olan iki otaqlı mənzilin satış qimətinə uyğun qiymətə satılığı təqdirdə onun alıcısı olmamışdır. Halbuki, həmin ərazidə yeni tikilmiş eyni binada ümumi sahəsi 70-80 kv.m. olan 2 otaqlı mənzilin qiyməti 300.000 manatdan artıqdır. Göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlə əlbir olaraq onun mənzilinə sahiblənmək istəmişdir ki, buna da nail olmuşdur.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəsinin e-2(006)-1958/2024 nömrəli 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X3)
12. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, İddiaçı ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi barədə hələ 2022-ci ildə müvafiq məhkəmə qətnaməsinin çıxarılmasından, həmin qətnamənin 2023-cü ildə apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilərək, qalan hissədə isə qüvvədə saxlanılmasından, kassasiya instansiyası məhkəməsi tərəfindən isə qüvvədə saxlanılmasından məlumatlı olsa da, Banka olan borcun ödənilməsi və mənzilə tutma yönəldilməməsi istiqamətində heç bir addım atmamışlar. Halbuki, o, hərracın nəticələri ilə maraqlanmaq barədə subyektiv öhdəlik daşımışdır. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ünvan 3 evin, 1 saylı mənzilinin ipoteka saxlayan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə satılmasına dair "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 281/23 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokolun və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Müqavilənin etibarsız hesab edilməsi tələbi rədd edildiyindən, iddianın “Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin adına “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində mülkiyyət hüquqlarına dair aparılan reyestr qeydlərinin ləğv edilməsi və daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbləri ilk tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla rədd edilməlidirlər.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci, 414-cü, 415-ci, 416-cı maddələrinə, Azərbaycan Respublikasının "İcra haqqında” Qanununun 53-cü, 62-ci maddələrinə, Azərbaycan Respublikası Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 41-ci, 42-ci, 43-cü maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
17. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
18. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
319.5-ci maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur; 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir; 416.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
20. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun:
41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir; 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir; 41.5-ci maddəsinə əsasən hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur; 43.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə və ya hərracın iştirakçısı olmadıqda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir; 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir; 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun; 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir; 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir; 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
e) Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və iş materiallarına istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanununun yuxarıda sadalanan və digər aidiyyət müddəalarında hərracın təşkili və keçirilmə qaydası dəqiq müəyyən edilmiş, habelə Konstitusiya məhkəməsinin plenum qərarında bununla bağlı aidiyyəti məsələlərə aydınlıq gətirilmişdir. Bu sahəni tənzimləyən qanunvericilkdə mediada və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildirişin göndərilməsi, hərracın sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməsi, birinci elan və bildirişin hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış veriməsi, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərracın keçirilməsi, habelə elanda və bildirişdə hərrac barədə əks olunmalı məlumatların dairəsi imperativ qaydada müəyyən edilmişdir.
27. Hazırki işin faktiki hallarına əsasən cavabdeh İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 163/18 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi uzrə xx.xx.2022ci il tarixə yaranmış 89656,39 manat əsas borc, 3382,11 manat faiz j borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 370 manat, ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumu, cəmi 93453.5 (doxsan üç min dörd yüz əlli üç manat, əlli qəpik) manat məbləğində pulun tutulması, həmin tutma cavabdeh İddiaçı mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 3 evin 1 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlak ilkin satış qiyməti 340.000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması qət edilmişdir. İcra sənədi üzrə borclu İddiaçı məxsus ünvan 3 evin, 1 saylı mənzilin satışının təmin olunması xahiş edilmişdir. Göstərilən əmlakın ilkin satış qiyməti 340.000 manat müəyyən edilmişdir.
28. Sözügedən hərrac sifarişi “Bakı Hərrac Mərkəzi" MMC-yə daxil olduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan mənzilə dair ilkin hərracın keçirilməsi 05 oktyabr 2022-ci il tarixə saat (növbəlik qaydasında) təyin edilmişdir. 281/23 nömrəli xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ünvan 3 evin, 1 saylı mənzilinə dair 19 dekabr 2023-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şössesi 27 ünvanında hərracın keçiriləcəyi barədə məlumat göndərilmişdir. 281/23 nömrəli xx.xx.2023-cü il tarixli bildirişinin göndərilməsi barədə 105909 №-li qəbzin üzərində aparılmış qeydlərdən görünür ki, Bakı Hərrac Mərkəzi" MMC tərəfindən İddiaçı ünvan 3 evin, 1 saylı ünvanına göndərilmiş bildiriş iddiaçı köçdüyündən ona təqdim olunmamışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 281/23 saylı protokoldan və xx.xx.2024-cü il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-454/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi və Səbail rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında, İddiaçı məxsus ünvan 3 evin, 1 saylı mənzilin 216750 manata “İpoteka Haqqında” Azərbaycan Respublikası 43.7-ci maddəsinə əsasən "xxxx" ASC-yə satılmışdır.
29. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və hərracların keçirilməsi ilə bağlı elanlar “Market” qəzetində dərc olunmuş və sifariş olunan əmlaka dair hərracların keçirilməsinin bildirişləri hərracın sifarişçisinə, icra sənədi üzrə tərəflərə poçt vasitəsilə göndərilmişdir. Nəticədə hərraca çıxarılmış mənzil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" ASC-yə satılmışdır. Belə olan halda hərraca çıxarılmış əmlak “İpoteka haqqında”, “İcra haqqında” AR qanunlarının və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir.
30. Beləliklə, hazırkı mübahisə üzrə isə “Bakı Hərrac Mərkəzi" MMC-nin xx.xx.2024cü il tarixli, 281/23 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. “Bakı Hərrac Mərkəzi" MMC-nin ünvan 3 evin, 1 saylı mənzilinə dair keçirdiyi hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir.
31. Bundan əlavə apelyatorun şikayətdə irəli sürdüyü dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmeti olan ünvan 3 evin, 1 saylı mənzilinin qiymətləndirilməsinə dair birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqeyi ilə razılaşır təkrar qiymətləndirmə keçirilməsinə hər hansı bir zərurət görmür. O cümlədən, işdən göründüyü kimi, qanunvericiliyin tələbləri pozulmamaqla hərrac həyata keçirilmiş, vaxtları və yerləri barədə icra işi üzrə tərəflərə məlumatlar verilmişdir.
32. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəsinin e-2(006)-1958/2024 nömrəli 23 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.