Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1840/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili İsmayılov Ceyhun Zöhrab oğlunun, İlk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili X6, İlk iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “əmlakın qaytarılması, vurulmuş zərərin əvəzinin ödənilməsi və xüsusi qərardadın çıxarılması” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh4 və Cavabdeh5 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin qəbul etdiyi 2(009)-1914/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 603427 nömrəli gömrük vəsiqəsi əsasında ona məxsus olan yarımqoşqunun (soyuducu tipli yarımyedək: Schmitz) Cavabdeh2 adına dövlət qeydiyyatına alınması ilə əlaqədar bütün cavabdehlərin əməllərinin qanunsuz hesab edilməsi, həmin yarımqoşqunun Cavabdeh2 adına dövlət qeydiyyatının aparılmasının və daimi uçota alınmasının və “Schmitz” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı həmin yarımqoşquya dair Cavabdeh2 adına xx.xx.2018-ci il tarixdə verilmiş AD420221 nömrəli nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsinin ləğv edilməsi, həmin yarımqoşqunun Cavabdeh2 adına alınmış dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması və yarımqoşqunun cavabdeh Şəhanə Novruz qızından alınaraq ona verilməsi, həmin yarımqoşqunun Cavabdeh2 tərəfindən qanunsuz istifadəsi nəticəsində vurulmuş ziyanın əvəzinin həmin yarımqoşqunun əvvəlki vəziyyətə gətirilməsi üçün tələb olunan 5000 manat təmir xərci məbləğinin və 20000 manat məbləğində əldən çıxmış faydanın, cəmi 25000 manat məbləğində pulun birgə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını və həmin yarımqoşqunun Cavabdeh2 adına qanunsuz olaraq dövlət qeydiyyatına alınmasında təqsiri olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsi haqqında xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Sonradan ilk iddia üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 603427 nömrəli gömrük vəsiqəsi əsasında ona məxsus olan yarımqoşqunun (“soyuducu tipli yarimyedək- schmitz”) Cavabdeh2 adına dövlət qeydiyyatına alınması ilə əlaqədar bütün cavabdehlərin əməllərinin qanunsuz hesab edilməsi, həmin yarımqoşqunun Cavabdeh2 adına dövlət qeydiyyatının aparılmasının və daimi uçota alınmasının və “Schmitz” markalı, “99ZD387” dövlət qeydiyyat nişanlı həmin yarımqoşquya dair Cavabdeh2 adına xx.xx.2018-ci il tarixində verilmiş AD420221 nömrəli “nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi”nin və dövlət qeydiyyat nişanının verilməsinin ləğv edilməsi; həmin yarımqoşqunun Cavabdeh2 adına alınmış dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması, həmin yarımqoşqunun Cavabdeh2 alınaraq ona verilməsi (qaytarılması), həmin yarımqoşqunun Cavabdeh2 tərəfindən qanunsuz istifadəsi nəticəsində ona vurulmuş ziyanın əvəzinin həmin yarımqoşqunun əvvəlki vəziyyətinə gətirilməsi üçün tələb olunan 6520 manat təmir xərci məbləğinin və həmin əmlakı icarəyə verdiyi halda orta hesabla 51030 manat (9ayX5670 AZN =51030 manat) məbləğində əldən çıxmış faydanın, cəmi 57550 (51030+6520=57550) manat məbləğində pulun birgə cavabdehlər-Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq ona verilməsi haqqında qətnamə çıxarılması və həmin yarımqoşqunun Cavabdeh2 adına qanunsuz olaraq dövlət qeydiyyatına alınmasında təqsiri olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsi haqqında xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh4 və Cavabdeh5 qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdehlərdən aldığı “DAF XF 105” yük maşınına və “Schmitz” markalı, “99ZD387 dövlət qeydiyyat nişanlı yarımqoşquya təmir üçün cavabdehlər tərəfindən götürülmüş öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş 12.700 manat maddi zərərin, 20.000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər İddiaçı, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ilk iddia üzrə Cavabdeh2 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 “DAF FTX 105.460T” yük maşının təmiri üçün tərəfindən götürülmüş öhdəliyinin yerinə yetirilməməsi nəticəsində dəymiş 5500 manat maddi zərərin, cavabdeh İddiaçı “Schmitz” markalı, “99ZD387 dövlət qeydiyyat nişanlı yarımqoşquya təmir üçün onun tərəfindən götürülmüş öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş 6700 manat maddi zərərin, cavabdehlər Cavabdeh4, Cavabdeh5 və İddiaçı Fləsən qızından müştərək qaydada 20.000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1914/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 2003-cü il buraxılışlı, ağ rəngli, şassi №-si WSMS**********647 olan “Schmitz” markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşquya dair Cavabdeh2 adına verilmiş AD420221 nömrəli xx.xx.2018-ci il tarixli “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi”nin ləğv edilməsi, həmin yarımqoşqunun Cavabdeh2 adından dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması, 2003-cü il buraxılışlı, ağ rəngli, şassi №-si WSMS**********647 olan “Schmitz” markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun Cavabdeh2 alınaraq İddiaçı qaytarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh4 və Cavabdeh5 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır və qətnamə ləğv edilərək iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə qeyd etmişdir ki, İddiaçı razılığı və iradə ifadəsi olmadan, pul alınmadan yarımqoşqu onun adına qanunsuz olaraq rəsmiləşdirilmişdir. Onlar arasında nəqliyyat vasitələrinin satılması barədə hər hansı qiymət söhbətləri və danışıqlar olmamışdır. Nəqliyyat vasitələrinin alqı-satqısı onun qardaşları Cavabdeh3 və Ümid İmanov ilə Cavabdeh4 arasında olmuşdur. Razılaşma əsasında 27000 manata “DAF FTX 105.406T” yük maşınını və 28000 manata “Schmitz” markalı qoşqu-soyuducunun qiyməti razılaşdırılmış və ümumilikdə Cavabdeh4 55000 manat pul ödənilmişdir ki, nəqliyyat vasitələrinin razılaşdırılmış qiyməti ödənilmiş və borcu olmamışdır. Hətta nəqliyyat vasitələrinin satılmasında iddia ərizəsində də ilk iddiaçının ifadələrindən aydın olur ki, ona məxsus “Schmitz” markalı qoşqu-soyuducunun satılmasından xəbərdar olmuş, hətta qiymətini 28000 manata razılaşaraq Cavabdeh4 bildirmiş və həmin pul vəsaiti tam olaraq Cavabdeh4 ödənilmişdir. Lakin o, pul vəsaitini bilərəkdən mənimsəmiş və onu iddiaçıya çatdırmamışdır. Məhkəmə tərəfindən isə ümumiyyətlə buna qiymət verilməmiş və nəticədə Cavabdeh4 əməlində cinayət tərkibi yaranmışdır. Cavabdeh olaraq onun nəqliyyat vasitəsini almasında heç bir qanunsuz əməli olmamışdır. O, vicdanlı alıcıdır. Qətnamədə qeyd edilmişdir ki, iddiaçı tərəfindən verilmiş etibarnamədə bilavasitə yarımqoşqu sözü yazılmamışdır. Yalnız avtomaşın sözü yazılmış və etibarnamədə olan səlahiyyətlərin yarımqoşquya aidiyyəti olmamışdır. Əgər həmin etibarnamədə yarımqoşqu sözü yazılmamışdırsa, onda Cavabdeh4 hansı səlahiyyətlərlə yarımqoşqunu ölkə xaricindən gətirmiş və ölkə daxilində idarə etmişdir. Həmçinin məhkəmənin qarşılıqlı iddiaya münasibətdə də gəldiyi nəticə əsassız olmuşdur. Məhkəmə qarşılıqlı iddianı rədd edərkən ona istinad etmişdi ki, təmir xərclərini sübuta yetirən hər hansı əsas olmamışdır. Lakin məhkəməyə təqdim edilmiş cinayət işinin rədd edilməsi haqqında qərarda və şahid qismində məhkəməyə ifadə vemiş Nasim Orucov ifadəsində mübahisə edilən nəqliyyat vasitələrinin üzərində təmir işləri apardığını bildirmiş və özünə aid alınmış pul vəsaitlərini göstərmişdir. Məhkəmə isə bunları sübut hesab etməmişdir. Həmçinin qətnamədən narazı qalan ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, ilk iddianın qalan – vurulmuş ziyanın və əldən çıxmış faydanın tutulması barədə tələbinin təmin edilməməsi hisəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, məhkəmə iddianın vurulmuş zərərin əvəzinin ödənilməsi hissəsində hüququn tətbiq edilməsində səhv buraxaraq və tətbiq edilməli olan qanuni və digər normativ hüquqi aktı tətbiq etməyərək, qanunu səhv təfsir edərək maddi hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə “vurulmuş zərərin əvəzinin ödənilməsi" hissəsində iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni belə əsaslandırır ki, “...İlkin iddia üzrə iddiaçı iddianın "yarımqoşqunun Cavabdeh2 tərəfindən qanunsuz istifadəsi nəticəsində ona vurulmuş ziyanın əvəzini (həmin yarımqoşqunun əvvəlki vəziyyətinə gətirilməsi üçün tələb oilman 6520 manat təmir xərci məbləğinin və həmin əmlakı icarəyə verdiyi halda orta hesabla 51030 manat məbləğində pulun ödənilməsini cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq ona verilməsini tələb etsə də, ona dəymiş maddi ziyanı və əldən çıxmış faydanı təsdiq edəcək kifayət qədər mötəbər və ya tutarlı sübutları məhkəməyə təqdim etməmişdir. Hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbinin maddi zərərin və əldən çıxmış faydanın məbləği hissəsinə dair hər hansı sübutla əsaslandırmamışdır...” Məhkəmənin gəldiyi bu nəticədən fərqli olaraq, o, öz iddiasının həmin hissədə qanuni və əsaslı olduğunu təsdiq edən ən mötəbər sübutu-mütəxəsis (ekspert) rəyi hesab edilən Azərbaycan Respublikası “xxxxxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən “2003-cü il buraxılışlı, tam normal və işlək vəziyyətdə olan ‘'SCHMİTZ” markalı Yarımqoşqunun (soyuducu tipli yarımyedək) istifadəsində yaranmış məhdudiyyətin nəticəsində əldən çıxmış faydanın bazar dəyərinin müəyyən edilməsi üzrə" MB-12/826 №li qiymətləndirmə hesabatını məhkəməyə təqdim etmiş və həmin sübut vasitəsi ilə də öz iddia tələbinin “maddi zərərin və əldən çıxmış faydanın məbləği” hissəsini əsaslandırmışdır. xx xxxxxx 2018-ci il tarixindən bu günədək olan müddətdə onun mülkiyyətində olan əmlakdan-yarımqoşqudan məhrum olmağı və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin yarımqoşqudan ölkə daxilində və xarici ölkələrə təyinatı üzrə (yük daşıma) qanunsuz istifadə etməsi işin mübahisəsiz halıdır. Həmin yarımqoşqudan təyinatı üzrə istifadə edildiyi halda vurulmuş zərər və qazanıla biləcək ən minimal məbləğ təqdim etdiyi sübut ilə mötəbər şəkildə təsdiq edilmişdir. Qeyd edilən müddət ərzində mülkiyyətində olan əmlakdan-yarımqoşqudan məhrum olunması nəticəsində həmin əmlakı ona məxsus nəqliyyat vasitəsilə birlikdə icarəyə verdiyi halda orta hesabla 51030 manat, həmin əmlakı ona məxsus nəqliyyat vasitəsilə birlikdə özü istifadə edəcəyi halda isə orta hesabla 87043.41 məbləğində qazancdan (əldən çıxmış faydadan) məhrum olmuşdur. Hər iki apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə son olaraq baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, məhkəmə qətnaməsinin elan edilməsi isə xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Cavabdeh5 nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə həmin cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsinin və Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili X11 öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, tərəflər arasında yarımqoşqu ilə bağlı qiymət barədə heç bir razılaşma olmamış, razılaşmalar Cavabdeh3la Cavabdeh4 arasında olmuş, pulu da Cavabdeh4 almışdı. 55000 manat məbləğində pul vəsaiti Şəhanənin qardaşı Vüqar tərəfindən Cavabdeh4 verilmiş, o da pulu özündə saxlamış, iddiaçıya verməmişdir. Bu səbəbdən də pul ondan alınmalıdır. Bununla bağlı ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili öz apellyasiya şikayətinin təmin olunmasını, ilk iddia üzrə iddiaçının apellyasiya şikayətini isə qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili İsmayılov Ceyhun Zöhrab oğlu öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, Cavabdeh3la İddiaçı arasında 28000 manat məbləğində pul nagd qaydada verildiyi zaman alqı-satqı olacağı barədə razılaşma olmuş, Cavabdeh4 maşını satan zaman Cavabdeh3 qoşqunu da istədiyindən bunun İddiaçı ilə razılaşdırılması deyilmişdir. Lakin qiymətlə bağlı razılıq əldə olunmasa da, yarımqoşqu cavabdehin adına rəsmiləşdirilmiş, bundan sonra cavabdeh tərəf həmin yarımqoşqudan qanunsuz olaraq istifadəni davam etdirmiş və bunun nəticəsində də xeyli qazanc əldə etmişdir. Lakin birinci instansiya məhkəməsi ilk iddianı dəymiş ziyanın ödənilməsi və əldən çıxmış faydanın tutulması hissələrində əsassız olaraq rədd etmişdir. Bununla bağlı ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili öz apellyasiya şikayətinin təmin olunmasını, ilk iddia üzrə cavabdehin apellyasiya şikayətini isə qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, ilk iddianın təmin edilmədiyi hissədə ləğv edilərək ilk iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh4 izahatında Cavabdeh3 yalan danışdığını bildirmiş, qeyd etmişdir ki, dekabr ayının təxminən 25-26 tarixində Cavabdeh3 ona zəng edəndə Almaniya Federasiyasında olduğunu, 4 gündən sonra gələcəyini, maşının qiymətinin nağd şəkildə 34000, nisyə olacağı halda isə 38000 manat olacağını, Cavabdeh3 da nağd alacağını, maşının ona aid olduğunu, qoşqunun isə ona aid olmadığını, Cavabdeh3 ona qoşqunu almaq üçün sahibi ilə danışmasını xahiş etdiyini, o da İddiaçı oğlu ilə danışdığını demişdir. Həmin maşını Ramiz də yeddi ay sürmüşdü. Ustaya bərabər getmişlər, maşın komputerə salındıqda onda problemin olmadığı, həmçinin həmin vaxt polisə getdiklərini, Cavabdeh3 ona polis işçisi olduğunu və hər şeyi özü həll edəcəyini, hər şeyi də Vüqarın özünün həll etdiyini, onun ancaq imza etdiyini bildirmişdi. Sonra isə ona 44000 manat pul verildiyini, qalan 18000 manat məbləğində pulun isə 1 ay müddətində veriləcəyini bildirmişdi. Vüqar hətta özü sürdüyü Range Rover maşınının açarını ona verərək 1 ay sonra pulu verən zaman maşınının geri qaytaracağını bildirsə də, o, buna razı olmamışdır. 1 ay sonra isə o, Fransada olmuş, oğlu ona zəng vuraraq Vüqar tərəfindən 11000 manat pulun gətirildiyini demiş, bundan sonra o, Vüqarla danışaraq borcunun 11000 manat deyil, 18000 manat olduğunu bildirmiş, lakin həmin məbləğ ödənilməmişdir. Bununla bağlı Cavabdeh4 ilk iddia üzrə Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını, ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinin isə təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh3 izahatında bildirdi ki, qarşı tərəf maşın alveri ilə məşğuldur, Cavabdeh4 maşının və yarımqoşqunun ona aid olduğunu bildirmiş, onlar da qiymətlə razılaşaraq maşınla Meyvəli bazarına getmişlər, yarımqoşqunu bacısı üçün aldığı üçün bacısı maşında oturub ona 45000 manat məbləğində pul vermiş, o da həmin pulu Əfqana vermiş, maşınla birgə yarımqoşqunu da almış, maşını ustaya göstərəndə usta maşının həm qabaq, həm də arxa hissəsində xərclərə ehtiyacının olduğunu bildirmiş, buna münasibətdə Əfqan ona “xərcini çək sonra haqq-hesab edərik” demiş, bundan sonra o, ustaya 10000 manat pul vermişdir. Bununla bağlı Cavabdeh3 ilk iddia üzrə cavabdehin apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, ilk iddia üzrə iddiaçının apellyasiya şikayətini isə qəbul etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, hər iki apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdə apellyasiya şikayəti ilk iddia üzrə iddiaçı tərəfindən verilərək, məhkəmə qətnaməsi ilk iddianın “vurulmuş ziyanın və əldən çıxmış faydanın tutulması” barədə tələblərin təmin olunmaması hissəsində, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən isə məhkəmə qətnaməsi ilk iddianın təmin edildiyi, qarşılıqı iddianın rədd edildiyi hissələrdə mübahisələndirildiyindən məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı məhz həmin hissələrdə yoxlanılır. Belə ki, məhkəmə qətnaməsi ilk iddianın digər tələblərinin təmin olunmaması ilə bağlı hissələrdə mübahisələndirilməmişdir. İşin faktiki hallarına görə, İddiaçı mərhum həyat yoldaşının qohumu Cavabdeh4 satmaq üçün Almaniya Fedarativ Respublikasından öz oğlu Cavabdeh5 adına “yəhərli dartıcı DAF XF 105” markalı nəqliyyat vasitəsini gətirmiş, xx.xx.2018-ci il tarixdə digər Cavabdeh3 həmin nəqliyyat vasitəsini almaq istəmiş, Əfqan Vüqarla görüşüb 38000 manata satmaq istədiyi həmin nəqliyyat vasitəsinin 34000 manata satılması barədə razılığa gəlmiş, həmçinin Vüqar Əfqanın nəqliyyat vasitəsinin arxasında olan İddiaçı məxsus “Schmitz” markalı “Soyuducu tipli yarımyedək” yarımqoşqunu da almaq istəmiş, həmin yarımqoşqunun satış qiymətinin 32000 manat olduğu ona bildirilmiş, lakin yekun olaraq yarımqoşqunun satış qiymətinin 28000 manat olması barədə tərəflər razılığa gəlmişlər. Lakin ilk iddia üzrə iddiaçının deməsinə görə yarımqoşqu üçün hər hansı məbləğ ona ödənilməmiş, həmin yarımqoşqunun sənədləri və yarımqoşqu yoxlanılmaq üçün Vüqara verilsə də, bir müddətdən sonra ona məlum olmuşdur ki, yarımqoşqu ondan xəbərsiz, onun iştirakı və razılığı olmadan qohumu Əfqanın adına verdiyi etibarnamədən istifadə edilməklə, qanunsuz yolla Vüqarın bacısı Cavabdeh2 adına keçirilmişdir. Halbuki sözügedən etibarnamədə yarımqoşqu ilə bağlı Əfqana hər hansı hüquqların verilməsi göstərilməmişdi. Buna görə də İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə Cavabdeh2 ilk iddiaya etiraz edərək bildirmişdir ki, tərəflər arasında həm maşın, həm də yarımqoşquya görə razılaşdırılmış 55000 manat qardaşı Vüqar tərəfindən Əfqana ödənilmiş, “Schmitz” markalı qoşqu-soyuducu və “DAF FTX 105.460T” yük maşınını alanda “Utep” deyilən qarajda yoxlatdırarkən avtomaşının yüngül nasazlığının olması və bunun üçün 12700 manat xərcinin olmasını bilmiş, buna görə də həmin pulun qardaşı tərəfindən ustaya ödənildiyinə istinad edərək həmin yük maşının təmiri üçün götürülmüş öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş 5500 manat maddi zərərin, cavabdeh İddiaçı “Schmitz” markalı, “99ZD387 dövlət qeydiyyat nişanlı yarımqoşquya təmir üçün onun tərəfindən götürülmüş öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş 6700 manat maddi zərərin, cavabdehlər Cavabdeh4, Cavabdeh5 və İddiaçı Fləsən qızından müştərək qaydada 20.000 manat mənəvi zərərin tutulması barədə qarşılıqlı iddia vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X5 bildirmişdi ki, Xırdalan şəhərində “ot bazarı” deyilən ərazidə avtoçilingər kimi fəaliyyət göstərir. Cavabdeh3 2019-cu ilin yanvar ayında onun işlədiyi yerə gələrək “DAF” markalı avtomobil və “SCHMİTZ” markalı qoşqu-soyuducusu gətirmişdir. Vüqar ona həmin yük maşınına və onun qoşqu-soyuducusuna baxmağı xahiş etmişdir. O da həmin “SCHMİTZ” markalı soyuducuya baxmış və onun hava yastığını dəyişmişdir, zəhmət haqqı kimi 10 manat almış, hava yastığını isə Vüqar özü almış, qiyməti təxminən 70 manat olardı. Bundan bir neçə gün sonra, yəni “DAF” markalı avtomobil və “SCHMİTZ” markalı qoşqusoyuducu uzun məsafə qət etdiyindən təkrarən onun yanına gətirilmiş və hər iki nəqliyyat vasitəsinin əyləc sistemini təmir etmişdir. Təmirə görə ümumilikdə Cavabdeh3 150 manat almış, lakin ehtiyat hissələrini Vüqar özü alıb gətirmiş, dəqiq qiyməti barədə məlumatı yoxdur, lakin təxminən əyləc sisteminin ehtiyat hissələrinə 350 manat vəsait sərf olunduğunu söyləmişdir. İkinci dəfə nəqliyyat vasitələrini Ramiz adlı sürücü gətirərək bildirmişdi ki, xarici ölkəyə mal aparacaq, maşına və yarımqoşquya ətraflı baxmağı ondan xahiş etmişdir ki, maşın yolda xarab olmasın və o yolda qalmasın. Nəqliyyat vasitələri ikinci dəfə təmirə gətirildikdə ondan başqa digər ustalar da onları təmir etmiş, lakin nə qədər vəsait sərf olunduğunu bilmir. Nasim Orucov qeyd etmişdir ki, həm “DAF” markalı avtomobil, həm də “SCHMİTZ” markalı yarımqoşqu hər dəfə uzun məsafə gedib gəldikdən sonra texniki baxışdan keçirilməlidir, çünki nəqliyyat vasitəsi istifadə olunduqca nasazlıqlar baş verə bilər və həmin nasazlıqları aradan qaldırmaq lazımdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirildiyi hissələrdə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli 603428 №-li Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitəsi üçün vəsiqədən görünür ki, “DAF XF 105” markalı yük maşını Cavabdeh5 adına rəsmiləşdirilmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli 603427 №-li Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitəsi üçün vəsiqədən görünür ki, “Schmitz” markalı soyuducu tipli yarımyedək İddiaçı adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X13 tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli arayışa əsasən “Schmitz” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu və “DAF FTX 105.460T” markalı, ** SC *** dövlət nömrə nişanlı yük maşını Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Nəqliyyat vasitələri barədə məlumatların kompyuter çıxarışına əsasən “SCHMİTZ” markalı, “** ZD ***” dövlət qeydiyyat nişanlı YARİMQOŞQU xx.xx.1985-ci ildə anadan olmuş Cavabdeh2 adına xx.xx.2018-ci ildə verilmiş, AD420221 nömrəli “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi” əsasında (Qeydiyyat üçün əsas: Gömrük vəsiqəsi: 603427; “xxxxxxxxxxxxxxx” MMC; Hesab/Arayış-776786) dövlət qeydiyyatından keçirilmiş və dövlət qeydiyyatı üzrə uçota alınmışdır. Həmin sənədlərə əsasən xx.xx.2018ci il tarixdə Cavabdeh2 tərəfindən X2 (ünvan: Naxçıvan MR Şərur r-nu, Məmmədsabir kəndi) həm nəqliyyat vasitəsi, həm də yarımqoşquya dair etibarnamə (müddəti: xx.xx.2018-xx.xx.2023) verilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən nəqliyyat vasitəsi- yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, habelə onun qoşqusudur (nəqliyyat vasitələri mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinə bölünür). Qoşqu-mexaniki nəqliyyat vasitəsi ilə yedəyə alınmaq üçün nəzərdə tutulan hər hansı nəqliyyat vasitəsidir. Yarımqoşqu- avtomobillərə birləşdirilmək üçün nəzərdə tutulan, bir hissəsi avtomobilə söykənərək özünün və yükün kütləsinin xeyli hissəsini onun üstünə salan hər hansı qoşqudur. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda yol hərəkətində olan nəqliyyat vasitəsi və onun sahibi haqqında məlumatları təsdiq edən vahid sənəddir (1.17, 1.21, 1.22, 27-ci maddələr). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması” haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən bu əsasnamə Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının (bundan sonra "nəqliyyat vasitələri") dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra "qeydiyyat") qaydalarını müəyyən edir. Həmin əsasnamənin 1.2-ci bəindinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: - mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınırlar. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. Həmin Əsasnamənin 5-ci bəndində deyilir ki, nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda, nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə və nəqliyyat vasitələri çıxdaş edildikdə bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılır. Nəqliyyat vasitələri məhkəmələrin, yaxud mövcud qanunvericilik aktlarına müvafiq olaraq digər səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxslərinin cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə qəbul etdiyi qərar əsasında uçotdan çıxarıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması” haqqında qaydaların 1.1 və 1.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının (bundan sonra "nəqliyyat vasitələri") özgəninkiləşdirilməsi və girov qoyulması qaydalarını müəyyən edir. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanır. Həmin qaydaların 2.1 və 2.2-ci bəndlərinə əsasən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs (bundan sonra "ərizəçi") müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün onu ərizə ilə birlikdə qeydiyyat məntəqəsinə təqdim etməlidir. Qeydiyyat məntəqəsi ərizəni xüsusi kitabda qeydə almaqla nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış verir. Ərizəçi tərəfindən bir neçə nəqliyyat vasitəsi təqdim edildikdə hər bir nəqliyyat vasitəsi üçün ayrıca arayış verilir. Nəqliyyat vasitəsinin mülkiyyətçisi (mülkiyyətçinin nümayəndəsi) - nəqliyyat vasitəsinin sahibi olan fiziki, yaxud hüquqi şəxs və ya qüvvədə olan qanunvericilik aktları əsasında və hüdudunda nəqliyyat vasitəsinə malik olan, yaxud ondan istifadə edən və ya onun sərəncamçısı olan şəxsdir. Qeyd olunan maddi hüquq normalarının tələblərinə görə yarımqoşqu “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada ayrıca nəqliyyat vasitəsi kimi dövlət qeydiyyatından keçirilərək uçota alınır, bundan sonra həmin yarımqoşquya dair dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı verilir. Qoşquların və yarımqoşquların özgəninkiləşdirilməsi qaydası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması” haqqında qaydalara uyğun həyata keçirilir ki, həmin Qaydalara əsasən də yarımqoşqunun özgəninkiləşdirilməsi ilə bağlı mütləq qaydada tərəflər arasında əqd bağlanması və həmin əqdin bağlanmasından əvvəl hansı prosedur qaydalara riayət edilməli olması əks olunmuşdur. Hazırki işdən müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli 603427 №-li nəqliyyat vasitəsi üçün vəsiqəyə əsasən mübahisəli “Schmitz” markalı soyuducu tipli yarımyedək (yarımqoşqu) əvvəlcə İddiaçı adına olmuş, sonradan mübahisəli yarımyedək sonuncunun adından çıxarılaraq Cavabdeh2 adına keçirilmişdir. Sözügedən Qaydalara görə avtomobil ilə yarımqoşqu tamamilə fərqli anlayışlardır və buna görə də müvafiq qanunvericilik onların hər birinə ayrı-ayrılıqda “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi” verilməli olduğunu müəyyən etmişdir. Buna görə də yarımqoşqu nəqliyyat vasitəsi kimi ayrıca qeydiyyatdan keçib uçota alınmalı olduğu üçün Cavabdeh2 adına xx.xx.2018-ci il tarixdə həm “DAF FTXF 105.460T YÜK” markalı nəqliyyat vasitəsinə, həm də SCHMİTZ” markalı, “** ZD ***” dövlət qeydiyyat nişanlı yarımqoşquya dair ayrı-ayrılıqda AD420221 nömrəli və AD420222 nömrəli “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnamə”ləri verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X13 tərəfindən Cavabdeh4 müraciətinə verilmiş xx xxxxx 2019-cu il tarixli cavab məktubundan görünür ki, "Schmitz" markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə yol hərəkəti haqqında qanunvericiliyin tələblərinə müvafiq qaydada gömrük vəsiqəsi əsasında “xxxxxxxxxxxxxxx” MMC-nin 776786 nömrəli arayış-hesab ilə Cavabdeh2 adına dövlət qeydiyyatına alınaraq AD 420221 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Qeydiyyat hərəkətləri Bakı şəhəri “xxxxxxxxxx” MMC-nin Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli 776786 nömrəli arayış-hesab əsasında həyata keçirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı tərəfindən Bakı şəhəri 15 saylı notariat kontorunda təsdiq edilmiş AR-İ № 645807, reyestr 7E-20352 nömrəsi ilə xx.xx.2021-ci il tarixədək qüvvədə olan xx.xx.2018-ci il tarixdə Cavabdeh4 verilmiş mülki etibarnamə əsasında onun adından istənilən ölkələrdən istənilən avtomaşını almağı, yükü qəbul etməyi, sürücülük hüququ olduğu halda idarə etməyi, sürüb Azərbaycan Respublikasına gətirməyi, Gömrük orqanlarında nümayəndəsi olmağı, AR DYPİ və gömrük idarələrində qeydiyyata salmağı, onu təmsil etməyi, əvəzindən imzalar etməyi, həmin nəqliyyat vasitəsinə qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı almağı, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, adından ərizələr imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün işləri görməyi etibar etmiş və bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən məhkəmə sorğusuna verilmiş xx xxxxx 2019-cu il tarixli 319 №-li cavab məktubunda bildirilmişdir ki, xx.xx.2018-ci il tarixdə İddiaçı notariat kontoruna müraciət edərək etibar edilən Cavabdeh4 7E-20352 reyestr ilə etibarnamə rəsmiləşdirilmiş, etibarnamənin məzmunu etibar edənin sözlərinə uyğun olaraq hazırlanmışdır: - "mənim adımdan istənilən ölkələrdən istənilən markalı maşını almağı, yükü qəbul etməyi, sürücülük hüququ olduğu halda idarə etməyi, sürüb Azərbaycan Respublikasına gətirməyi, Gömrük orqanlarında nümayəmdəm olmağı, AR DYPİ və gömrük idarələrində qeydiyyata salmağı, məni təmsil etməyi, əvəzimdən imzalar etməyi, həmin nəqliyyat vasitəsinə qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı almağı, qeydiyyatdan çıxarmağı, adımdan ərizələr imzalamağı və bu tapşırığın yerinə yetrilməsi ilə əlaqədar bütün işləri görməyi etibar edirəm.” Etibarnamənin məzmununda etibar edənin adına gətirilmiş nəqliyyat vasitəsinin onun qoşqusunun üzərində sərəncam vermək, satmaq, başqa bir qaydada özgəninkiləşdirmək barədə ifadələr işlədilməmişdir. Bu ifadələr işlədilmədiyi üçün qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq sözləri də başqa şəxsə aid deyildir. Apellyasiya baxışı zamanı mübahisəli yarımqoşqunun Cavabdeh2 adına keçirilməsi üçün əsas olmuş sənədlərin təqdim olunması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X12 sorğu verilmiş və həmin sorğuya cavab olaraq verilmiş 016- 81412-1220 saylı xx.xx.2020-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdu ki, 2003-cü il buraxılışlı, ağ rəngli, şassi nömrəsi WSMS**********647 olan “Schmitz” markalı yarımqoşqu Cavabdeh2 adına onun sahibi ilə bağlanmış hər hansı əqd əsasında deyil, yanız xx.xx.2018-ci il tarixli 776786 nömrəli arayış-hesab əsasında qeydiyyatdan keçirilmişdir. Beləliklə, hazırki işdən müəyyən olunur ki, İddiaçı yarımqoşquya görə pul almadan, onun icazəsi olmadan, həmçinin İddiaçı ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmadan yarımqoşqu Cavabdeh2 adına qanunsuz olaraq qeydiyyatdan keçmişdir. İddiaçının adından verilmiş etibarnamədən isə görünür ki, həmin etibarnamədə iddiaçıya məxsus olan yarımqoşqu barədə hər hansı məlumat verilməmiş və ona dair hər hansı bir səlahiyyət nəzərdə tutulmamışdır, həmin etibarnamədə yalnız avtomobil ilə bağlı olan səlahiyyətlər, özü də avtomaşının sürücülük hüququ olduğu halda idarə edilməsi, sürüb Azərbaycan Respublikasına gətirilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən səlahiyyətlərin əks olunduğu cümlədə yalnız avtomaşın nəzərdə tutulduğu üçün digər səlahiyyətlər də, yəni həmin nəqliyyat vasitəsinə dair qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı alınması, qeydiyyata salınması və qeydiyyatdan çıxarılması ilə bağlı səlahiyyətlər də yalnız avtomaşın üçün, özü də bu səlahiyyətlərin yalnız iddiaçının adına həyata keçirilməsi şərti ilə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan əmlakını geri tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə İddiaçı ona məxsus “SCHMİTZ” markalı, “99ZD387” dövlət qeydiyyat nişanlı yarımqoşquya dair Cavabdeh2 adına xx.xx.2018-ci il tarixdə verilmiş “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi”nin ləğv edilməsi, həmin yarımqoşqunun Cavabdeh2 adından uçotdan çıxarılması və yarımqoşqunun Cavabdeh2 alınaraq ona qaytarılması ilə bağlı iddia verməkdə haqlı olmuş və onun bu tələbləri birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. İlkin iddia üzrə iddiaçının “yarımqoşqunun Cavabdeh2 tərəfindən qanunsuz istifadəsi nəticəsində ona vurulmuş ziyanın əvəzinin (həmin yarımqoşqunun əvvəlki vəziyyətinə gətirilməsi üçün tələb olunan 6520 manat təmir xərci məbləğinin və həmin əmlakı icarəyə verdiyi halda orta hesabla 51030 manat (9ayX5670 AZN=51030 manat) məbləğində əldən çıxmış faydanın, cəmi 57550 manat (51030+6520=57550) məbləğində pulun) ödənilməsinin cavabdehlər- Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq ona verilməsinə dair iddia tələblərinə münasibətdə Kollegiya qeyd edir ki, əvvəla iddiaçı yarımqoşqunun əvvəlki vəziyyətinə gətirilməsi üçün tələb etdiyi 6520 manat təmir xərcinin çəkilməsi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən, iddiaçı əmlakı icarəyə verdiyi halda əldən çıxmış fayda ilə bağlı tələbini “xxxxxxx” MMCnin xx xxxxxxx 2019-cu il tarixli MB-12/826 №-li qiymətləndirmə hesabatı ilə əsaslandırmışdır. Belə ki, həmin hesabata əsasən 2003-cü il buraxılışlı, tam normal və işlək vəziyyətdə olan “Schmitz” markalı yarımqoşqunun (soyuducu tipli yarımyedək) xx xxxxxx 2019-cu il tarixindən xx xxxxxxx 2019-cu il tarixinədək olan müddətdə ölkə daxilində və xarici ölkələrə təyinatı (yük daşınması) üzrə istifadə etməklə orta aylıq gəlir məbləği 9671.49 manat müəyyən edilmişdir. 2003-cü il buraxılışlı, tam normal və işlək vəziyyətdə olan “Schmitz” markalı yarımqoşqunun (soyuducu tipli yarımyedək) xx xxxxxx 2019-cu il tarixindən xx xxxxxxx 2019-cu il tarixinədək olan müddətdə hər ay üzrə orta hesabla aylıq icarə haqqının məbləği 5670 manat təşkil edir. Həmin yarımqoşqudan təyinatı üzrə istifadə edilməklə ölkə daxilində və xarici ölkələrə təyinatı yük daşınması zamanı hər 1 (bir) kilometr üzrə daşınma xərcinin orta məbləği 0.66 AZN müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və yaçəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. İşdən görünür ki, iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbinin qanuni əsasını Mülki Məcəllənin 443.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin hazırki işdə ilk iddia üzrə iddiaçının yarımqoşqu ilə bağlı tələb etdiyi əldən çıxmış faydanın tutulması üçün əsas olan hallar, yəni həmin faydanı əldə etmək üçün iddiaçının tədbirlər gördüyü və bu məqsədlə hazırlıq işlərini apardığı müəyyən olunmur, belə ki, iddiaçı ona məxsus yarımqoşqunu icarəyə verməsini və ya ondan istifadə edərək hər ay nə qədər gəlir əldə etməsini əsaslandıra bilməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən sübut etmə yükü iddia edən şəxsin üzərinə düşsə də, iddiaçı maddi ziyan olaraq ödənilməsini tələb etdiyi məbləğdə cavabdehin ona ziyan vurması və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) barədə mötəbər sübutları nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 14.2, 217.4 və 218.3). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona dəymiş maddi ziyan və əldən çıxmış faydanı təsdiq edə biləcək kifayət qədər mötəbər və ya tutarlı sübutları məhkəməyə təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi ilkin iddia üzrə həmin tələbləri rədd etməkdə haqlı olmuşdur. Qarşılıqlı iddia tələbinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələblərinin rədd edilməsi ilə bağlı gəldiyi nəticə də qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı “Schmitz” markalı, “99ZD387 dövlət qeydiyyat nişanlı yarımqoşquya təmir üçün onun tərəfindən götürülmüş öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş 6700 manat, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 “DAF FTX 105.460T” yük maşının təmiri üçün tərəfindən götürülmüş öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş 5500 manat məbləğində maddi ziyan vurmasını sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdi ki, “SCHMİTZ” markalı soyuducuya baxmış və onun hava yastığını dəyişmiş, zəhmət haqqı kimi 10 manat almış, hava yastığını isə Vüqar özü almış, qiyməti təxminən 70 manat olardı. Bundan bir neçə gün sonra “DAF” markalı avtomobil və “SCHMİTZ” markalı qoşqu-soyuducunun əyləc sistemini təmir etmiş, buna görə ona Cavabdeh3 150 manat pul vermişdi, lakin ehtiyat hissələrini Vüqar özü alıb gətirmişdi, onların dəqiq qiymətini bilmir, əyləc sisteminin ehtiyat hissələrinə təxminən 350 manat vəsait sərf olunduğunu söyləmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdi ki, dekabr ayının axırlarında Cavabdeh3 qardaşı kimi təqdim etdiyi Ümid adlı şəxslə onun yanına təmir üçün bir maşın gətirmişdi. Həmin maşını yoxlayanda kompressorunda, sökdükdən sonra isə yağ nasoslarında problem olduğu məlum olmuşdu. Ona ehtiyat hissələrini gətizdirmək tapşırılmışdı, hansı ki, həmin ehtiyat hissələrinin qiyməti 3000 ABŞ dollarından çox edirdi. Həmin pulu ona Cavabdeh3 vermişdi. Pulun verilməsi zamanı Cavabdeh3 tək ya da qardaşı kimi təqdim etdiyi Ümid adlı şəxslə olması isə dəqiq yadında deyil. Ona həm zəhmət haqqı, həm də ehtiyat hissələrinin alınması müqabilində 3000 ABŞ dollarından çox pul verilmişdi. Ehtiyat hissələrini X1 vilayətindən gətizdirmişdi. Lakin bu barədə hər hansı sübutu yoxdur. Təmir işlərini gördükdən sonra Cavabdeh4 təxminən 3-4 ay sonra onun yanına gəlmiş və Vüqar tərəfindən onun yanına təmir üçün gətirilmiş maşının markası və ona çəkilən xərclə bağlı maraqlanmışdır. O, yanına təmir üçün gətirilmiş maşınların kimə məxsus olması, maşının markası və xərcləri ilə bağlı qeydiyyatını apardığı kitabçanı açmış və məlumatları yoxlamışdır. Bundan sonra şahid Rasim Aslanov məhkəmə prosesində ona ünvanlanmış “Kitabçadakı məlumatlara əsasən Vüqarın gətirdiyi maşının markası kitabçada qeyd olunan maşın markası ilə eyni idimi?” sualına “xeyr” cavabını vermişdi. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı yük maşını və yarımqoşquya tələb etdiyi məbləğdə təmir xərclərinin çəkilməsi ilə bağlı mötəbər yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir. MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işin müəyyən edilmiş halına görə ilk iddia üzrə iddiaçıya məxsus yarımqoşqu Cavabdeh2 adına qanunsuz olaraq rəsmiləşdirilmiş, Cavabdeh2 yarımqoşqunun İddiaçı məxsus olduğunu bildiyi halda həmin yarımqoşquya görə pulu ona deyil, qardaşı Vüqarın vasitəsilə iddiaçının qohumu Cavabdeh4 vermiş, iddiaçının Cavabdeh4 adına verdiyi etibarnamənin məzmununda səlahiyyətlərin yalnız avtomobillə bağlı olub, yarımqoşquya aid olmadığını bilsə də, bunun fərqinə varmamışdır, belə olan halda sonuncu vicdanlı alıcı olmadığı üçün onun təmir xərci ilə bağlı tələbləri də təmin oluna bilməz. Belə ki, Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Qarşılıqlı iddia tələbinin “cavabdehdən mənəvi ziyanın tutulması” barədə hissəsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X8 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlərin əsassız şikayətləri əsasında dəfələrlə polis idarəsinə çağırıldığını, bununla da psixoloji sarsıntı, əsəb və stress keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə məhkəmə qarşılıqlı iddia tələbini mənəvi ziyan hissəsində də rədd etməkdə haqlı olmuşdur. Beləliklə, yuxarıda qeyd olunan iddia tələblərinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır və hər iki tərəfin ayrıayrılıqda verdiyi apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə hesab edir ki, həmin dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas yaratmır. Belə ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən hər iki apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, hər iki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyantlara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1914/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- ilk iddia üzrə “vurulmuş ziyanın və əldən çıxmış faydanın tutulması” barədə tələblərin təmin olunmadığı və qarşılıqlı iddianın təmin edilmədiyi hissələrdə dəyişdirilmədən saxlanılsın. Hər iki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyantlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2(103)-1840/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1840/2020
24.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver