Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1840/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli, 2(010)-2671/2014 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, məhkəmə aktı ilə maraqlarına toxunduğunu bildirən şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıə Nofər qızı iddia ərizəsi ilə Saruxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 tərəfindən ona məxsus Bakı şəəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sassivində inşa edilən yaşayış binasında yerləşən 1 otaqlı 67,8 kv.m, 217 saylı mənzildən istifadə hüququna törədilən maneənin aradan qaldırılması, binaya sərbəst giriş çıxışın təmin edilməsi və "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində inşa edilən yaşayış binasında yerləşən 1 otaqlı 67,8 kv.m, 217 saylı mənzildə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini və cavabdeh X2 barəsindəə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli, 2(010)-2671/2014 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər "xxxx" MTK və X2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2015-ci il tarixli, 2(103)-193/2015 saylı qətnaməsi ilə təmin olunmamış, qətnamə cavabdehlərin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2015-ci il tarixli, 2(103)-193/2015 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli, 2(010)-2671/2014 saylı qətnaməsi tam olaraq yoxlanılmışdır. Hazırda işdə iştirak etməyə cəlb edilməyən, məhkəmə aktı ilə maraqlarına toxunduğunu bildirən şəxs Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli, 2(010)- 2671/2014 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiyası şikayətini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə aşağıdakılar qərara alınmışdır: -Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. -Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. -Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Həmin Qərardadın 41-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Həmin Qərardadın 42-ci bəndində qeyd olunmuşdur ki, şikayətin bu əsasla geri qaytarılması apelyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir. İş materiallarının araşdırılması ilə müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli, 2(010)-2671/2014 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər "xxxx" MTK və X2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2015-ci il tarixli, 2(103)-193/2015 saylı qətnaməsi ilə təmin olunmamış, qətnamə cavabdehlərin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2015-ci il tarixli, 2(103)-193/2015 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli, 2(010)-2671/2014 saylı qətnaməsi tam olaraq yoxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadında şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli, 2(010)-2671/2014 saylı qətnaməsi cavabdeh tərəfin apellyasiya şikayəti üzrə yoxlanılmış, həmin qətnamənin işdə iştirak etməyə cəlb edilməyən, məhkəmə aktı ilə maraqlarına toxunduğunu bildirən şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında təkrar yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməklə geri qaytarılmalıdır. Kollegiya həmçinin hesab edir ki, işdə iştirak etməyə cəlb edilməyən, məhkəmə aktı ilə maraqlarına toxunduğunu bildirən şəxs Maraqlı şəxs izah olunmalıdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli, 2(010)-2671/2014 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, məhkəmə aktı ilə maraqlarına toxunduğunu bildirən şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. İşdə iştirak etməyə cəlb edilməyən, məhkəmə aktı ilə maraqlarına toxunduğunu bildirən şəxs Maraqlı şəxs izah olunsun ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət edə bilər. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1840/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1840/2024
05.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver