Məhkəmə qərarları › İş №2(103)-1884/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1884/2023

06.03.2023 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1884/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, Cavabdeh2 və digər cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(005)-3- 3003/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya baxışından çıxarılması barədə Nəsimi Rayon Məhkəməsinin müraciətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi üçüncü şəxs qismində cəlb edilməklə) “müəlliflik hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(005)-3-3003/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı həmin qətnamədən şikayət vermişdir. İş apellyasiya icraatında olan zaman Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi müraciət edərək Cavabdeh1 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qətnaməsindən şikayət verdiyini bildirmiş və bununla əlaqədar olaraq mülki işin Nərimanov Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Cavabdeh və nümayəndə mülki işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədilər. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və 25 noyabr 2022-ci il tarixli qətnamədən Cavabdeh1 tərəfindən verilmiş şikayətlə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(005)-3- 3003/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılsın və həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar