Məhkəmə qərarları › İş №2(103)-1889/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1889/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1889/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(005)-3197/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı-nin xeyrinə 2006-ci il 16 iyun tarixli kredit müqaviləsi üzrə 434,94 ABŞ dollan faiz, 5233,06 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 5668 ABŞ dollan borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən, 3 otaqlı, 47 kv.m yaşayış sahədən ibarət 54 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən, 3 otaqlı, 47 kv.m yaşayış sahədən ibarət 54 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən, 3 otaqlı. 47 kv.m yaşayış sahədən ibarət 54 nömrəli mənzili yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin Bakı şəhəri, Yasamal rayonu. Məhəmməd Xiyabani küçəsində yerləşən, 3 otaqlı, 47 kv.m yaşayış sahədən ibarət 54 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-ci il 16 iyun tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “2 saylı” filialından illik 26%-lə, 12 ay müddətinə 35000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminalı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xıyabani küçəsində yerləşən 3 otaqlı, 47 kv.m yaşayış sahədən ibarət 54 nömrəli mənzili 2006-ci il 16 iyun tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2006-ci il 16 iyun tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş ödilmədikdə, müqavilənin 6.1-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 26 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il mayın 16-dək Cavabdeh1 2006-ci il 16 iyun tarixli kredit müqaviləsi üzrə banka 434,94 ABŞ dollan faiz, 5233,06 ABŞ dollan cərimə borcu olmaqla ümumilikdə cəmi 5668 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə həmin orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra elmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(005)-3197/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(005)-3197/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, 16.05.2021-ci il tarixli maliyyə arayışından göründüyü kimi cavabdehin banka qalıq borcu 434,94 ABŞ dolları faiz borc və 5233,06 ABŞ dolları cərimə borcundan ibarətdir. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə iddia tələbinin rədd edərək, kreditorun bu hüququnu qanunsuz olaraq məhdudlaşdırıb. Belə ki , məhkəmə ekspert rəyinə əsaslanaraq bankın iddia tələbini rədd edərək səhv nəticəyə gəlmişdir. Lakin ,ekspert rəy verərkən Cavabdeh1 16 iyun 2006-cu iltarixli kredit müqaviləsinə əsasən 08 oktyabr 2021-ci il tarixə olan borcunu tam ödənildiyi nəticəsinə gəlməklə səhv rəy vermişdir. Təkrar ekspertiza təyin edilməli, ödənilmiş məbləğlərin güzəşt olunaraq əsas borcdan silinmələrini və dəbbə borcuna silinmələri də nəzərə alaraq, təqdim edilən digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Həmdə bankın təqdim etdiyi sübutlar da ekspert rəyi ilə qarşılıqlı şəkildə analiz edildiyində yekun nəticəyə gəlmək mümkündür. Birinci instansiya məhkəməsi İddiaçı ilə Cavabdeh1 arasında 16 iyun 2006-cı il tarixdə bağlanmış kredit müqaviləsi üzrə təyin olunmuş ekspertizanın rəyinə istinad edərək əsassız və qanunsuz qətnamə qət etmişdir. Göründüyü kimi, ekspert rəyi məhkəmə üçün məcburi olmamaqla birlikdə digər sübutlarla birlikdə qiymətləndirilməldir. Yəni ekspert rəyi sübutlardan sadəcə biridir və həmin rəyə əsasən qətnamə qəbul edilməsi əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmişlər və gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya iş materiallarını, apellyasiya şikayətini tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: 16.05.2021-ci il tarixə tərtib edilmiş maliyyə arayışıdan görünür ki, Cavabdeh1 16.06.2006-cı il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə qalıq məbləğ 0 manat, faiz borcu üzrə qalıq məbləğ 434,94 manat, cərimə borcu üzrə qalıq məbləğ 5233,06 manat müəyyən edilmişdir. 16.06.2006-cı il tarixli 156F saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 1 il müddətinə illik 26%-lə 35000 manat məbləğində kredit verilmişdir. 16.06.2006-cı il tarixli 156F nömrəli İpoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla borcalan arasında bağlanmış 16.06.2006-cı il tarixli 156F nömrəli kredit müqaviləsinə əsasən 35000 ABŞ dolları məbləğində 1 il müddətinə verilən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsindəki 6 saylı evin, 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 54 saylı mənzili ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İddiaçı tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı Ərazi İdarəsinə ünvanlanmış 26.04.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizədən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi 6, mənzil 54 tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh2 göndərilmiş bildirişin 22.04.2021-ci il tarixdə ünvana çatdırılmasını diqqətə çatdıraraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi qeydə alınmasını xahiş etmişlər. Cavabdeh1 ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək digər daşınar və daşınmaz əmlaklara yönəldilərək həmin əmlaklar satılacaqdır. Notariusun icra qeydi qaydasında notairat kontoruna və ya məhkəməyə müraciət olduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacaqdır. DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanındakı əmlak Nikoyl İKB/2 saylı filialın xeyrinə yüklü edilmiş və 27.06.2006-cı il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.10.2021-ci il tarixli, 9/5692 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 16.06.2006-cı il tarixli 156F saylı kredit müqaviləsi şərtləri əsas götürməklə Cavabdeh1 16.06.2007-ci il tarixədək (müqavilənin bitmə tarixi) banka olan borcu 41299,86 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən 16.06.2007-ci il tarixə əsas borc üzrə 35000 ABŞ dolları, faiz borcu üzrə 6299,86 ABŞ dolları. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 16.06.2006-cı il tarixli 156F saylı kredit müqaviləsi şərtləri əsas götürməklə Cavabdeh1 08.10.2021-ci il (rəyin verildiyi tarix) tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5%-lə hesablanmaqla banka olan borcunun tam ödənildiyi və 6896,67 ABŞ dolları məbləğində artıq ödəniş müəyyən olunur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.2-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.10.2021-ci il tarixli, 9/5692 nömrəli ekspert rəyindən göründüyü kimi, Cavabdeh1 16.06.2006-cı il tarixli 156F saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam və lazımi dərəcədə icra etmiş, həmin kredit müqaviləsi üzrə borcu qalmamışdır. Odur ki, iddiaçının cəriməyə dair tələbinə münasibətdə məhkəmə qeyd edir ki, həmin cərimə məbləği iddiaçının əsas borcu olmadğından, əlavə tələblərə münasibtədə də iddia rədd olunmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya ekspert rəyinin mötəbər sübut kimi qəbul olunmaması ilə bağlı iddiaçının dəlilini əsassız hesab edərək, qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, ekspert rəyi iddiaçı tərəfindən təqdim olunmuş pul vəsaitlərinin ödənilməsinə dair hesabdan çıxarış məlumatları və 16.06.2006-cı il tarixli, 156F saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə verilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(005)-3197/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar