Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1898/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-230/2021 saylı, 28 iyul 2021-ci il tarixli “pilləkanların tikilməsinə qoyulmuş qadağanın götürülməsinə” və eyni saylı və tarixli “qeyriyaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə” dair qərardadlarından maraqlı şəxs X2 tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(006)-230/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı «pilləkən tikilməsinin qeyri-qanuni hesab edilməsi, pilləkənin sökülməsi, binanın pilləkən qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Eyni zamanda, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(006)-230/2021 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(006)-1672/2020 saylı qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, ev 251 ünvanında yerləşən binanın pilləkən qəfəsinin ikinci mərtəbəsində yerləşən hissəsini qeyri-qanuni sökərək qarşı binanın üçüncü mərtəbəsindən həyətin ortasından keçməklə həmin pilləkən qəfəsinə birləşən pilləkənin tikilməsinə dair qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır. Hazırda maraqlı şəxs X3 tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-230/2021 saylı, 28 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-230/2021 saylı, 28.12.2021-i il tarixli qərardadı ilə maraqlı şəxs R.Rəhimovun ərizəsi təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(006)-230/2021 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(006)-1672/2020 saylı qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, ev 251, texniki mərtəbə, qapı 1 ünvanda yerləşən, ümumi sahəsi 919.7 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Maraqlı şəxs X3 tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(006)-230/2021 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-230/2021 saylı, 28.12.2021-ci il tarixli qərardadı ilə maraqlı şəxs R.Rəhimovun həmin ərizəsi təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası prosessual qənaət prinsipinə əsasən, həmin şikayətlərə bir məhkəmə aktı ilə münasibət bildirilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 şikayətlərin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 şikayətlərin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Şikayətlər ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, yalnız iddiaçının nümayəndəsi və vəkili Nümayəndə səhhəti ilə əlaqədar məhkəmə iclasında iştrak edə bilməyəcəyini, bu səbəbdən, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində vəkillərin iştirakı məcburi olmadığından, tərəflərin şəxsən iştirak etmək imkanı olduğu halda, onlar məhkəmə iclasına gəlməmiş və iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən hazırkı məsələyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya maraqlı şəxs R.Rəhimovun “pilləkanların tikilməsinə qoyulmuş qadağanın götürülməsinə” dair və “qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə” dair qərardadlardan verdiyi şikayətlərinə əsasən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinin tələbinə görə, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə görə, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Kollegiya hesab edir ki, rayon məhkəməsi maraqlı şəxsin qərardadlardan verdiyi şikayətlər yetərincə əsaslandırılmadığından şikayətləri təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 230/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı «pilləkən tikilməsinin qeyri-qanuni hesab edilməsi, pilləkənin sökülməsi, binanın pilləkən qəfəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Maraqlı şəxs X2 tərəfindən verilmiş şikayətlər verilmiş şikayətlər təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-230/2021 saylı, 28 iyul 2021-ci il tarixli qərardadları onun şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1898/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1898/2022
10.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver