Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1903/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Əkbərov Kamran Hüseyn oğlunun ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, e-2(005)-3004/2024 nömrəli qətnaməsindən Cavabdeh MTK-nın verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 35 saylı evin 24 saylı mənzilinin əvəzinə cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi və Ə.Əlizadə küçələrinin kəsişməsində inşa edilmiş yaşayış binalarının birindən 84.67 kv.m-dən ibarət təmirli mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, e- 2(005)-3004/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Cavabdeh MTK qətnamədən şikayət verərək, ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər.
Apellyasiya instansiyası məhkəməsində icraat
4. İşə apellyasiya qaydasında baxılarkən tərəflər İddiaçı və Cavabdeh MTK məhkəməyə aralarında bağlanmış 14 aprel 2025-ci il tarixli barışıq sazişini təqdim edərək, təsdiq edilməsini xahiş etmişlər.
5. Barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: “1. Bu Razılaşma ilə İddiaçı və Cavabdeh MTK arasında Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 35 saylı evin 24 saylı mənzilinə dair bu razılaşma imzalanana qədər 9 ay və bu razılaşmadan sonra 24 ay, xx.xx.2021-ci il tarixdə bağlanmış Əvəzləşmə müqaviləsi üzrə müəyyən edilmiş 400 manat olmaqla, ümumi 33 ay kirayə müqaviləsinə görə 13200 manat məhkəmədə qaldırılmış iddiaya görə isə 100 manat dövlət rüsumu Cavabdeh MTK tərəfindən xx.xx.2025-ci il tarixə qədər ödəniləcəkdir.
2. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 35 saylı evin 24 saylı mənzillə bağlı mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 35 saylı evin 24 saylı mənzilin əvəzinə Bakı şəhəri Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şixəliyev küçəsi və Ə.Əlizadə küçələrinin kəsişməsndə inşa edilmiş yaşayış binalarının birindən 84,67 kv.m-dən ibarət təmirli mənzil iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qaldırılmış iddiadan imtina edir.”
3. Tərəflərin arasında bağlanmış xx.xx.2021-ci il tarixli Əvəzləşmə müqaviləsində nəzərədə tutulmuş hər bəndlə razıyam və onları gələcəkdə mübahisələndirməyəcəm.”
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası barışıq sazişini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, saziş qanunauyğun olduğu və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq edilməli, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
8. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı və Cavabdeh MTK arasında bağlanmış aşağıdakı məzmunda olan 14 aprel 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin:
“1. Bu Razılaşma ilə İddiaçı və Cavabdeh MTK arasında Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 35 saylı evin 24 saylı mənzilinə dair bu razılaşma imzalanana qədər 9 ay və bu razılaşmadan sonra 24 ay, xx.xx.2021-ci il tarixdə bağlanmış Əvəzləşmə müqaviləsi üzrə müəyyən edilmiş 400 manat olmaqla, ümumi 33 ay kirayə müqaviləsinə görə 13200 manat məhkəmədə qaldırılmış iddiaya görə isə 100 manat dövlət rüsumu Cavabdeh MTK tərəfindən xx.xx.2025-ci il tarixə qədər ödəniləcəkdir.
2. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 35 saylı evin 24 saylı mənzillə bağlı mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 35 saylı evin 24 saylı mənzilin əvəzinə Bakı şəhəri Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şixəliyev küçəsi və Ə.Əlizadə küçələrinin kəsişməsndə inşa edilmiş yaşayış binalarının birindən 84,67 kv.m-dən ibarət təmirli mənzil iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qaldırılmış iddiadan imtina edir.”
3. Tərəflərin arasında bağlanmış xx.xx.2021-ci il tarixli Əvəzləşmə müqaviləsində nəzərədə tutulmuş hər bəndlə razıyam və onları gələcəkdə mübahisələndirməyəcəm.”
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, e-2(005)- 3004/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.