Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1914/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departementi 1 saylı xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X10 cəlb edilməklə) «mənzilin sökülməsinə görə yeni mənzil və icarə haqqının verilməsi» tələbinə dair 2(007)-3536/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Nazrlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarı ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 11 ünvanda yerləşən yaşayış binalarının lahiyələşdirilməsi və tikintisi üçün "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində yerləşən tikililərdə yəni Nizami rayonu R.Rüstəmov küçəsi ev 11 mənzil 9 ünvanda yerləşən mənzilin order sahibi olaraq, 3 otağlı mənzilin verilməsi, həmçinin icarə haqqı olaraq 2019-cu ilin mart ayından həsablayıb aylıq 300 manat olmaqla, cəmi 8700 manat "xxxx" MMC-nin vəsait hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarı ilə “Pilot layihə” çərçivəsində Bakı Şəhəri Maraqlı şəxs1nə verilmiş əlavə vəzifə və tapşırıqların icrası ilə bağlı işlər 2018-ci ildə də davam etdirilmiş, indiyədək qəzalı vəziyyətdə olmuş onlarla çoxmənzilli yaşayış binası və onların ətrafındakı primitiv tikililər sökülərək yerində müasir tələblərə cavab verən yeni çoxmərtəbəli binalar sakinlərin istifadəsinə verilmişdir. ünvan 1 ünvanda yerləşən ailəvi yataqxana və digər istismar müddətini keçmiş qəzalı yaşayış binaları və qeyri-yaşayış obyektləri mülkiyyətçilərin razılıqları ilə sökülərək, oradakı ailələr kirayə mənzillərlə təmin edilməsi qərara alınmışdır. «Bakı şəhərində dövlət şəhərsalma fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında» 29 noyabr 2019-cu il tarixli, 868 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti, Bakı şəhərinin Maraqlı şəxs1 bu Qərarın 1-ci, 2-ci və 3-cı hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərincən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, qanunvericiliyin tələtlərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini qərara almışdır. Yuxarıda qərara alınmış işlərin görülməsi "xxxx" MTK-ya həvalə edilmişdir. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 11 nömrəli evdə yerləşən ailəvi yataqxananın 9-cu otağı 09 sentyabr 2000-ci il tarixli, 38 saylı orderə əsasən ona verilmişdir. 21 sentyabr 2004-cü il tarixdən o və ailə üzvləri həmin ünvanın qeydiyyatındadırlar. Lakin, iddiaçının ailəsini yaşayış sahəsi ilə təmin etməkdən imtina olunur. Hətta onda olan qeyri-rəsmi məlumata əsasən ona aid olan yaşayış sahəsini başqa nəfərə vermişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli, 322 nömrəli qərarında qeyd olunan ünvanda yerləşən qəza vəziyyətində olan yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi və kompensasiyanın ödənilməsi "xxxx" MTK-ya həvalə edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, onun 5 nəfər ailə üzvü ilə birlikdə sökülmüş yataqxananın yerində "xxxx" Tkinti Şirkəti tərəfindən tikilmiş binada 1 otaqlı mənzillə təmin edilməsi və ləğv edilmiş qeydiyyatlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iclasında onun fikirləri və tələbləri nəzərə alınmamış, sənədlərin ekspertizaya göndərilməsi, imza və möhürlərin saxtalaşdırılması fikirləri nəzərə alınmamış, ekspertizanın keçirilməsi tələbi yerinə yetirilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin səlahiyyətli nümayəndələri iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdirlər. Kollegiya işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən İddiaçı 21 sentyabr 2004-cü ildən ünvan 2 ünvanda qeydiyyatdadır. 09 sentyabr 2000-ci il tarixli, 38 saylı orderin surətinə əsasən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 11 nömrəli evdə yerləşən ailəvi yataqxananın 9-cu otağı İddiaçı verilmişdir. Azərbaycan Respublikası DNŞ-nin «Azərneftyağ» X7 101 saylı Mənzil İstismar Sahəsinə ünvanlanmış 25.12.2003-cü il tarixli, HİK-23/2454 saylı məktubuna əsasən «Azərneftyağ» X10 İddiaçı ağır mənzil şəraitini nəzərə alaraq ona 4 nəfər ailə tərkibi ilə Kaçalov küçəsi 18-də, 9 saylı mənzili müvəqqəti yaşayış sahəsi kimi ayırır. «Azərneftyağ» Neft Emalı müdriyyətinin və HİK-nin Rəyasət Heyətinin 04.06.2004cü il tarixli, 47.1 saylı qərarına əsasən 15 saylı sexdə işləyən 4 nəfər ailə tərkibi olan Şakir Maqsudov 11 ünvanda yerləşən 8-9 saylı mənzillərlə təmin edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azərneftyağ» X7 21.04.2005-ci il tarixli 41 nömrəli orderinin surətinə əsasən X4 və ailə üzvlərinə Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi 11 nömrəli evdə yerləşən ailəvi yataqxananın 8-9-cu otağı verilmişdir. 3 saylı MKTB 141 saylı MKİS-nin balansında olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 11 ünvanda yerləşən yataqxanada yaşayan sakinlərin dislokasiyasına əsasən mənzil 8/9-da X5 və onunla birliikdə 3 nəfər ailə üzvü qeydiyyata düşmüşdür. "xxxx" ASC-nin AB-003348 nömrəli arayışdan və ödəniş qəbzindən görünür ki, X5 ünvan 3 ünvanda abonentdir və həmin otaqlara görə ödənişlər etmişdir. «ASAN Xidmət» mərkəzinin 07.03.2017-ci il tarixli12 nömrəli arayışına əsasən X2 ünvan 2 ünvanda abonent olaraq təbii qazdan stifadəyə görə borcu yoxdur. 141 saylı MKİS-nin 14.02.2017-ci il tarixli 303 saylı arayışına əsasən, X5 həqiqətən ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayır və kommunal borcu yoxdur. "xxxx" ASC tərəfindən verilmiş 25.02.2017-ci il tarixli arayışa əsasən, X3 ünvan 5 ünvanda 25.02.2017-ci il tarixə sudan istifadəyə və çirkab suyun axıdılması xidmətinə görə borcu yoxdur. X5 ilə "xxxx" MMC arasında bağlanmış 02.03.2017-ci il tarixli 22 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi (hazırki adı Məhsəti Cəncəvi 2538 məhəllə) ev 11 yataqxana, 8-9 otaqlarda yaşayan X4 həmin yaşayış sahəsinin sökülməsinə görə yeni mənzil verilməsi barədə tərəflər razılığa gəlmişlər. Birinci instansiya məhkəməsi mübahisəli yaşayış sahəsi ilə bağlı münasibətlərin yarandığı vaxt qüvvədə olan 08.07.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəalarını nəzərə almaqla hüquqi qiymət verilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Həmin Məcəllənin 107-ci maddəsinə görə yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Həmin Məcəllənin 108-ci maddəsinə görə müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25.02.2016-cı il tarixli 86 saylı qərarının 1.1-ci bəndindən görünür ki, Bakı şəhəri Maraqlı şəxs1 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Bakı şəhəri Nizami rayonu üzrə keçən əsrin 50- 60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini həyata keçirməsi qərara alınmışdır. Həmin qərara müvafiq olaraq X5 ilə "xxxx" MMC arasında bağlanılmış 02.03.2017-ci il tarixli, 22 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi (hazırki adı Məhsəti Cəncəvi 2538 məhəllə) ev 11 yataqxana, 8-9 otaqlarda yaşayan X4 həmin yaşayış sahəsinin sökülməsinə görə yeni mənzil verilməsi barədə tərəflər razılığa gəlmişlər. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 11 nömrəli evdə yerləşən ailəvi yataqxananın 9-cu otağı 09 sentyabr 2000-ci il tarixli, 38 saylı orderlə İddiaçı çalışdığı müəssisə «Azərneftyağ» X10 tərəfindən verilmişdir. 21 sentyabr 2004-cü il tarixdən o və ailə üzvləri həmin ünvanda qeydiyyatındadırlar. 2004-cü ildə iddiaçının çalışdığı «Azərneftyağ» X10 tərəfindən onun ağır mənzil şəraitini nəzərə alınmaqla 4 nəfər ailə tərkibi ilə birlikdə Xətai rayonu, Keşlə qəsəbəsi, Kaçalov küçəsində yerləşən 18 saylı evin 9 saylı mənzilinə müvvəqqəti əsaslarla köçürülmüşdür. Hazırda da həmin mənzildə yaşayır. İddiaçı mübahisəli yataqxana otağının açarlarını komendata təhvil vermişdir. O, başqa yaşayış sahəsinə köçürüldükdən sonra 9 saylı otaq 21.04.2005-ci il tarixli, 41 sayl orderlə dörd nəfər ailə üzvi ilə birlikdə X4 verilmişdir. Həmin orderin verilməsinə əsas «Azərneftyağ» Neft Emalı müdriyyətinin və HİK-nin Rəyasət Heyətinin 07.06.2004-cü il tarixli 47.1 saylı qərarı olmuşdur. Cavabdeh "xxxx" MMC tərəfindən haqlı olaraq ona 3 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 141 saylı MKİS-nin balansında olan mübahisəli ünvanda yerləşən yataqxanada yaşayan sakinlərin dislokasiyası, M.Şakirin orderinin əsli, kommunal ödənişlərlə bağlı müvafiq təşkilatlarda qeydiyyatda olmaqla borclarının olmaması barədə sənədlər əsas götürülməklə mübahisəli sahənin sökülməsi və onun əvəzində həmin şəxsə yeni yaşayış sahəsinin verilməsi barədə razılığa gəlinmişdir. Həmçinin, iddiaçı çalışdığı təşkilat tərəfindən mübahisəli yaşayış sahəsindən (yataqxanadan) ağır mənzil şəraitini nəzərə alınmaqla öz razılığı ilə 4 nəfər ailə tərkibi ilə birlikdə başqa yaşayış sahəsinə köçürülmüş və həmin vaxtdan hazırki vaxtadək həmin yaşayış sahəsində yaşayır. İddiaçının və onun ailə üzlərinin 21 sentyabr 2004-cü il tarixdən hazırda sökülmüş mübahisəli ünvanda qeydiyyatında qalması həmin mənzilin ona məxsus olması qənaətinə gəlməyə əsas vermir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçı isə apellyasiya şikayətində sənədlərin ekspertizaya göndərilmədiyi, imza və möhürlərin saxtalaşdırılması fikirlərinin nəzərə alınmadığını, ekspertizanın keçirilməsi tələbinin yerinə yetirilmədiyini bildirir. Kollegiya qeyd edir ki, həmin mənzil «Azərneftyağ» Neft Emalı müdriyyətinin və HİK-nin Rəyasət Heyətinin 07.06.2004-cü il tarixli, 47.1 saylı qərarı əsasında 41 saylı orderlə X4 verilmişdir. İddiaçı tərəfindən mənzilə dair verilmiş order mübahisələndirilməmişdir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi tələblər isə məhz X4 verilmiş orderin qanuna uyğun verilib-verilməməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli, 2(007)-3536/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1914/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1914/2022
12.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver