Məhkəmə qərarları › İş №2(103)-1918/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1918/2025

20.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1918/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: əmlak tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2680/2022 saylı işi üzrə xx.xx.2022-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı ASC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx.xx.2017-ci il tarixli, 04 №-li protokoluna əsasən, «X16 (CDB)» ASC-nin İddiaçı ASC-yə qoşulması şəklində İddiaçı ASC-nin yenidən təşkil edilməsi, «X16 (CDB)» ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı ASC-yə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən İddiaçı ASC «X16 (CDB)» ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. «X16 (CDB)» ASC ilə Cavabdeh arasında 25 yanvar 2017-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə Müqaviləsinin 4.7-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin dəyişdirilməsinə, ona əlavələr edilməsinə tərəflərin qarşılıqlı razılığı əsasında, yazılı formada tərtib edilməklə yol verilir. Bundan sonra tərəflər arasında 25 yanvar 2017-ci il tarixli «İcarə müqaviləsi»nə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli «Razılaşma» imzalanmışdır. «Razılaşma»nın 3.1-ci bəndinə əsasən bu Müqavilə üzrə «İcarəçi» icarə obyektindən istifadəyə gorə «İcarəyə verən»ə ödəniləcək bütün vergilər də daxil olmaqla, hər ay 8.280 manat icarə haqqı ödəyir. «Razılaşma»ya əsasən xx.xx.2017ci il tarixli «İcarə müqaviləsi»nə 8.10. bəndi əlavə edilərək, tərəflər razılaşırlar ki, ödəniləcək aylıq icarə haqqı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)- 2803/2016 nömrəli Qətnaməsinin icrası üçün Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 14 aprel 2020-cı il tarixli Razılaşmaya əsasən İddiaçı ASC-yə ödənilməsinə yönəldilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli 2- 3(103)-129/2020 saylı qərarı ilə İddiaçı ASC müflis elan edildiyindən banka Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilmişdir. Bu səbəbdən də icarəçi İddiaçı ASC ilə icarəyə verən Cavabdeh arasında bağlanan 25 yanvar 2017-ci il tarixli «İcarə müqaviləsi»nə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli «Razılaşma»ya müqavilənin 4.5-ci bəndinin tələbinə əsasən birtərəfli qaydada xitam verilmişdir. Müqavilənin 4.5-ci bəndinə əsasən İcarəçi İcarəyə verənə 30 (otuz) təqvim günü əvvəlcədən yazılı xəbərdarlıq verməklə bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İcarə müqaviləsinə xitam verilməmişdən əvvəl Cavabdeh xx.xx.2020-ci il tarixli **********077 nömrəli məktubla, LPO İddiaçı ASC ilə bağlanan 25 yanvar 2017-ci il tarixli «İcarə müqaviləsi»nə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli «Razılaşma»ya 01 iyun 2020-ci il tarixdən etibarən xitam veriləcəyi bildirilmişdir. Əmanətlərin Sığortalanması Fondunun İnformasiya Texnalogiyaları və Təhlükəsizlik Departamentinin təhlükəsizlik şöbəsinin müdiri X19, LPO İddiaçı ASC-in X4 şöbə rəisi X12, Əmanətlərin Sığortalanması Fondunun Ümumi İşlər Departamentinin təsərrüfat şöbəsinin müdiri X13, QSC Bank Standard KB-nin İnzibati Departamentinin təsərrüfattəchizat şöbəsinin mütəxəssisi X14 və LPO Texnikabank ASC-in təhlükəsizlik şöbəsinin mühafizəçisi X18 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli 2- 3(103)-129/2020 saylı qərarı ilə İddiaçı ASC müflis elan edildiyindən, banka Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edildiyindən və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli “Razılaşma”ya müqavilənin 4.5-ci bəndinin tələbinə əsasən xitam verildiyindən,Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbəsində yerləşən LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda, ümumilikdə qiymətləndirmə rəyinə əsasən 75.250 manat qiymətləndirilimiş inventarlar icarəyə verən Cavabdeh gələcəkdə dəyərini ödəməklə almaq təklifi əsasında ayrı-ayrıqda barkotlanmaqla Cavabdeh saxlancında qalmışdır. Aktdan daha sonra müəyyən olunur ki, akt 3 nüsxədə tərtib olunmuş, nüxsələrdən biri LPO İddiaçı ASC-in İnzibati İşlər Departamentinin şöbə rəisi X8, ikisi isə Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun Təsərrüfat şöbəsinin rəisi X1, Cavabdeh aktın bir nüsxəsini Ləğvedici Əmanətlərin Sığortalanması Fondundan götürülməsi bildirilmişdir. Cavabdeh ilə İddiaçı ASC tərəflərin təsdiq edilmiş 27 mart 2013-cü il tarixli təhviltəslim aktından görünür ki, xx.xx.2013-cü il tarixli əmlakın icarəyə verilməsi haqqında müqaviləyə əsasən, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən ümumi sahəsi 200 kv.m. olan qeyri-yaşayış sahəsində və onun alt hissəsində yerləşən ümumi sahəsi 180 kv.m. olan zirzəmisində quraşdırılan aşağıda qeyd edilən ləvazimatlar istifadə üçün İddiaçı ASC-yə təhvil verilmişdir: kondisioner (ümumi 24) 11 ədəd; əmanət saxlanc yeri seyf 2 ədəd; 1-ci mərtəbə rəis otağı seyf 1 ədəd; mətbəx mebeli tam komplekt 2 ədəd; soyuducu 2 ədəd; görüntülü kamera sistemi 1 dəst; kameralar 46 ədəd; yanğın mühafizə sistemi zirzəmi daxil olmaqla bütün bina üzrə 6 dəst; UPS sistemi akumulyator dəsti 2 ədəd; işıq tənzimləyici zirzəmi hissəsində (2-ci mərtəbədə işıq tənzimləyici ofislərə aid, AtaBanka aid deyil) 1 dəst; kassa otağı və seyf 1-ci mərtəbə 1 ədəd; generator ümumi bütün bina üzrə 1 dəst. (cild 1.iş.v.72) X20 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, o, "xxxx" ASC-in nümayəndəsi olaraq xx.xx.2022-ci il tarixli aktda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin MTT(006)-120/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqində qeyd olunan əmlaklardan 67 sayda saxlanca qəbul etmiş və ona CM-in 303-cü maddəsinin tələbi izah edilib xəbərdarlıq edilmişdir. (cild 1. İş.v. 148-151) "xxxx" ASC-in xx.xx.2023-cü il tarixli AS-23/1378 saylı məktubundan müəyyən olunur ki, Cavabdehun müraciətinə əsasən, bildirilmişdir ki, Cəmiyyətlə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, Cəmiyyətin istifadəsinə verilmiş Bakı şəhəri Azadlıq prospekti 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsində LPO İddiaçı ASC-yə məxsus hər-hansı əmlak mövcud deyildir. Belə ki, LPO İddiaçı ASC-yə məxsus Cəmiyyətin istifadəsində olan 27.900.00 manat dəyərində olan 22 ədəd müxtəlif əşya və avadanlıq "xxxx" MMC tərəfindən keçirilmiş açıq hərracın nəticələrinə dair protokola əsasən Cəmiyyət tərəfindən alınmış və mülkiyyətinə keçirilmişdir. Əlavə olaraq bildirilir ki, Bakı şəhəri Azadlıq prospekti 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsində 2,3,4 və 5-ci mərtəbələrində, qismən zirzəmisində olan LPO İddiaçı ASC-yə məxsus digər mebel və avadanlıqlar LPO İddiaçı ASC-nin əməkdaşları tərəfindən təhvil alınaraq 166 yükdaşıma xidmətinə məxsus yükmaşınları vasitəsi ilə daşınmışdır. (şəkillər məktuba əlavə edilmişdir) (cild 2, iş.v.16) Satıcı LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF ilə alıcı "xxxx" ASC arasında xx.xx.2022ci il tarixdə bağlanmış A070/22 saylı müqavilədən müəyyən olunur ki, qiyməti 27.900 manat olan, müqaviləyə əlavə olunan siyahıda adları qeyd olunan 22 adda əşyaları satıcı alıcıya hərrac vasitəsi ilə satmışdır. (cild 2, iş.v. 19-23) Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 124 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbəsində yerləşən LPO İddiaçı ASC-yə məxsus - 1. Stellaj dəmir 8 hissəli 9 ədəd x 200 AZN = 1800 AZN; 2. tumba 19 ədəd x 30 AZN = 570 AZN; 3. UPS UPSET 2 ədəd x 900 AZN = 1800 AZN; 4. UPS Kanina 1 ədəd x 1500 AZN = 1500 AZN; 5. Kassa otağı şüşəsi bron 2 ədəd x 150 AZN = 300 AZN; 6. kondisioner fujitsu 1 ədəd = 800 AZN; 7. kondisioner mitsubishi 2 ədəd x 350 AZN = 700 AZN; 8. kondisioner toshiba 3 ədəd x 350 AZN =1050 AZN; 9. Elektrik tənzimləyici Çətinkaya 1 ədəd = 2000 AZN; 10. seyf 1 ədəd x 500 AZN = 500 AZN; 11. seyf qapı 2ədəd x 500 AZN = 1000 AZN; 12. qapı dəmir barmaqlığı 2 ədəd x 120 AZN = 240 AZN; 13. sənəd dolabı üstü rəfli 13 ədəd x 80 AZN = 1040 AZN; 14. dolab divar içi sürgülü = 200 AZN; 15. Portret 2 ədəd x 50 AZN = 100 AZN; 16. turniket 2ədəd x 600 AZN =1200 AZN; 17. soyuducu 250 AZN; 18. sənəd dolabı 1 m 4 ədəd x 60 AZN = 240 AZN; 19. UPS kambina 2 ədəd x 750 AZN = 1500 AZN; 20. su dispenseri 100 AZN;

21. müdir otağı dəsti 800 AZN; 22. kreslo müdir 80 AZN; 23. dolab divar içi 2 ədəd x 350 AZN = 700 AZN; 24. geyim dolabı 3ədəd x 60 AZN =180 AZN; 25. yan dolab 140 AZN; 26. dolab sadə divar içi 2 ədəd x 60 AZN = 120 AZN; 27. dolab 80 AZN; 28. masa kassa otağı 5 ədəd x 100 AZN = 500 AZN; 29. polis masası 150 AZN; 30. müştəri qəbulu masası 12 ədəd x 100 AZN = 1200 AZN; 31. masa 3 ədəd x 80 AZN = 240 AZN; 32. masa 70 AZN;

33. jurnal masası 120 AZN; 34. kreslo 2 ədəd x 50 AZN =100 AZN; 35. kreslo 2 ədəd x 80 AZN =160 AZN; 36. şüşə arakəsmə 600 AZN; 37. mətbəx mebeli 2 dəst x 300 AZN = 600 AZN; 38. QMatic (12 ədəd tablo) 1500 AZN; 39. kassa pul ötürmə qabı 3 ədəd x 40 = 120 AZN; 40. siqnalizasiya paneli (6 ədəd) 200 AZN; 41. pul presləyən 1000 AZN; 42. DVR 600 AZN; 43. Prosessor Case 40 AZN; 44. Stellad 4 hissəli 150 AZN; 45. reseption masası 200 AZN; 46. jalüz 1.6 x 2 m 40 ədəd x 50 AZN = 2000 AZN; 47. kondisioner mitsubishi 21 ədəd x 350 AZN = 7350 AZN; 48. kondisioner EURO2 1 ədəd = 200 AZN;

49. kondisioner GREE 2 ədəd x 180 AZN = 360 AZN; 50. jalüz 0.6 x 2 m 21 ədəd x 30 = 630 AZN; 51. ara kəsmə sistemi aluminium 5 pm 2 ədəd x 300 AZN = 600 AZN; 52. ara kəsmə sürgülü 4.4 pm 2 ədəd x 500 AZN = 1000 AZN; 53. kondisioner fujitsu lədəd = 800 AZN; 54. kondisioner Samsung 1 ədəd = 250 AZN; 55. tavan kondisioneri 2 ədəd x 1200 AZN = 2400 AZN; 56. şüşə arakəsmə 3 ədəd x 600 AZN = 1800 AZN; 57. soyuducu indesit 295L 1 ədəd = 250 AZN; 58. mətbəx mebeli 2 p/m 3 ədəd x 150 AZN = 450 AZN;

59. mətbəx masası 3 ədəd x 20 AZN = 60 AZN; 60. sənəd dolabı 2.5 m 7 ədəd x 200 AZN = 1400 AZN; 61. sənəd dolabı 1.5 m 20 ədəd x 100 AZN = 2000 AZN; 62. tumba 21 ədəd x 30 AZN = 630 AZN; 63. kreslo göy 18 ədəd x 30 = 390 AZN; 64. işçi masası dəmir ayaqlı 35 ədəd x 140 AZN = 4900 AZN; 65. sənəd dolabı üstü rəfli 14 ədəd x 80 = 1120 AZN; 66. rack şkafı 3 ədəd x 400 AZN = 1200 AZN; 67. müdir masası sadə dəst 1 ədəd = 300 AZN; 68. işçi masası laminant sadə 2 nəfərlik 4 x 100 AZN = 400 AZN; 69. işçi masası laminant sadə 1 nəfərlik 4 x 60 AZN = 240 AZN; 70. kreslo ağ 32 ədəd x 40 AZN = 1080 AZN; 71. sənəd dolabı 2 m 1 ədəd = 180 AZN; 72. soyuducu hoffman 1 ədəd = 200 AZN;

73. tablo abstrakt çərçivəli 1 ədəd = 400 AZN; 74. switch catalyst 2960 3 ədəd x 500 AZN = 1500 AZN; 75. asılqan 3 ədəd x 20 AZN = 60 AZN; 76. soyuducu biryusa 1 ədəd = 180 AZN; 77. mətbəx masası 1 ədəd 40 AZN; 78. sənəd dolabı uzun 1 ədəd = 180 AZN; 79. müdir masası dəsti sadə 1 ədəd = 200 AZN; 80. soyuducu indesit 1 ədəd = 200 AZN; 81. sədr otağı dəsti 1 ədəd = 6000 AZN; 82. divan dəri 2 nəfərlik 2 ədəd x 250 AZN = 500 AZN; 83. seyf 1 ədəd = 350 AZN; 84. printer hp m281 1 ədəd = 600 AZN; 85. soyuducu Toshiba 1 ədəd = 250 AZN; 86. divan dəri 3 nəfərlik 1 ədəd = 600 AZN; 87. kresol iclas zalı 9 ədəd x 110 AZN = 990 AZN; 88. iclas zalı masası 1 ədəd = 800 AZN; 89. müdir dəsti 1 ədəd = 400 AZN; 90. müdir masası dəsti 1 ədəd = 150 AZN; 91. müdir masası 5 ədəd x 120 AZN = 600 AZN; 92. paltar dolabı 3 ədəd x 100 AZN = 300 AZN; 93. şüşəli dolab 1 ədəd x 120 AZN = 120 AZN olmaqla, ümumilikdə 93 çeşiddə, 425 sayda inventarların cavabdehdən alınaraq təhvil verilməsi, mövcud olmadıqda isə qiymətləndirmə rəyinə əsasən ümumilikdə onların dəyərini təşkil edən 75.250 manat pulun və iş üzrə ödənilmiş 315,75 manat dövlət rüsumunun Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx.xx.2017-ci il tarixli, 04 №-li protokoluna əsasən, «X16 (CDB)» ASC-nin İddiaçı ASC-yə qoşulması şəklində İddiaçı ASC-nin yenidən təşkil edilməsi, «X16 (CDB)» ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı ASC-yə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən İddiaçı ASC «X16 (CDB)» ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. «X16 (CDB)» ASC ilə Cavabdeh arasında 25 yanvar 2017-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə Müqaviləsinin 4.7-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin dəyişdirilməsinə, ona əlavələr edilməsinə tərəflərin qarşılıqlı razılığı əsasında, yalnız yazılı formada tərtib edilməklə yol verilir. Bundan sonra tərəflər arasında 25 yanvar 2017-ci il tarixli «İcarə müqaviləsi»nə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli «Razılaşma» imzalanmışdır. «Razılaşma»nın 3.1-ci bəndinə əsasən bu Müqavilə uzrə «İcarəçi» icarə obyektindən istifadəyə gorə «İcarəyə verən»ə ödəniləcək bütün vergilər də daxil olmaqla, hər ay 8.280 (səkkiz min iki yüz səksən) manat icarə haqqı ödəyir. «Razılaşma»ya əsasən xx.xx.2017-ci il tarixli «İcarə müqaviləsi»nə 8.10. bəndi əlavə edilərək, tərəflər razılaşırlar kı, ödəniləcək aylıq icarə haqqı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2803/2016 nömrəli Qətnaməsinin icrası üçün Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 14 aprel 2020-cı il tarixli Razılaşmaya əsasən İddiaçı ASC-yə ödənilməsinə yönəldilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli 2-3(103)-129/2020 saylı qərarı ilə İddiaçı ASC müflis elan edildiyindən banka Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilmişdir. Bu səbəbdən də icarəçi İddiaçı ASC ilə icarəyə verən Cavabdeh arasında bağlanan 25 yanvar 2017-ci il tarixli «İcarə müqaviləsi»nə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli «Razılaşma»ya müqavilənin 4.5-ci bəndinin tələbinə əsasən birtərəfli qaydada xitam verilmişdir. Müqavilənin 4.5-ci bəndinə əsasən İcarəçi İcarəyə verənə 30 (otuz) təqvim günü əvvəlcədən yazılı xəbərdarlıq verməklə bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İcarə müqaviləsinə xitam verilməmişdən əvvəl Cavabdeh xx.xx.2020-ci il tarixli **********077 nömrəli məktubla, LPO İddiaçı ASC ilə bağlanan 25 yanvar 2017-ci il tarixli «İcarə müqaviləsi»nə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli «Razılaşma»ya 01 iyun 2020-ci il tarixdən etibarən xitam veriləcəyi bildirilmişdir. İcarə müqaviləsinə birtərəfli qaydada xitam verildikdən sonra Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 124 ünvanda yerləşən qeyri-yaşyış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5ci mərtəbəsində yerləşən LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda, ümumilikdə qiymətləndirmə rəyinə əsasən 75.250 (yetmiş beş min ik yüz əlli) manat qiymətləndirilmiş inventarlar 30 iyun 2020-ci il tarixli akt əsasında icarəyə verən Cavabdeh gələcəkdə dəyərini ödəməklə almaq təklifi əsasında ayrı-ayrılıqda barkodlanmaqla Cavabdeh saxlancında qalmışdır. İddiaçı tərəfindən dəfələrlə şifahi müraciət edilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 124 ünvanda yerləşən qeyri-yaşyış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbələrində yerləşən LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda inventarları geri təhvil verməmiş və yaxud onların dəyərini bu günə kimi Əmanətlərin Sığortalanması Fonduna ödəməmişdir. LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda inventarlar bu günə kimi qanunsuz olaraq cavabdehin sahibliyində qalmaqdadır. İcarə Müqavilənin 6.2-ci bəndinə əsasən tərəflərdən biri digər tərəfin əmlakına, istehsal və kommersiya maraqlarına ziyan vurarsa, zərər vurmuş tərəf digər tərəf qarşısında tam həcmdə maddi məsuliyyət daşıyır. Hesab edirlər ki, LPO İddiaçı ASC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus olan 93 çeşiddə 425 sayda inventarlar, mövcud olmadıqda isə onalrın dəyəri cavabdehdən alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməlidir. İddiaçının nümayəndəsi X15 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf etdi və izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(006)-4167/2020 saylı qərardadından və tərəflərin təsdiq etdikləri 27 mart 2013-cü il tarixli təhvil-təslim aktından görünür ki, 2 ədəd mətbəx otağı və orada olan mətbəx mebelləri, soyuducular 02 ədəd 1ci mərtəbədə və zirzəmi hissəsinə aid, ümumi bina üzrə 6 komplekt mətbəx mebeli, kassa otağı, seyf 1-ci mərtəbədə 2 ədəd, yanğından mühafizə sistemi həm daxili, həm xarici bütün bina üzrə 6 komplekt, mərkəzləşdirilmiş təhlükəsizlik görüntülü kamera sistemi 1 komplekt, kameraların sayı 46 ədəd, zirzəmidə bunker vəsait saxlama otağı, 01 ədəd seyf, 24 ədəd kondisioner, depozit vəsaiti saxlanc otağı daxilində 01 ədəd seyf, generator 01 ədəd, zirzəmi və ikinci mərtəbədə işıq tənzimləyici 02 ədəd, UPS sistemi akkumulyator 2 komplekt zirzəmi və ikinci mərtəbədə, sözügedən binanın zirzəmi və müəyyən mərtəbələrində qalan ofis mebelleri onun mülkiyyətindədir. O vaxtilə - 27 mart 2013-cü il tarixli təhvil-təslim aktına əsasən həmin əşyaları iddiaçının istifadəsinə vermişdir. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2680/2022 saylı işi üzrə xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında təsdiq edilmiş 27 mart 2013-cü il tarixli təhvil-təslim aktında qeyd edilən əşyalar çıxılmaq şərti ilə, iddia ərizəsində qeyd olunan digər əşyaların, həmin əşyalar mövcud olmadıqda isə dəyərinin, Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi, dövlət rüsumunun 157 manat 85 qəpik hissədə iddiaçıya, 157 manat 90 qəpik hissədə cavabdehə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyinə görə iddiaçı iddia tələbində qeyd edir ki, icarə müqaviləsinə birtərəfli qaydada xitam verildikdən sonra Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 124 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbəsində yerləşən LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda, ümumilikdə qiymətləndirmə rəyinə əsasən 75.250 manat qiymətləndirilmiş inventarlar 30 iyun 2020-ci il tarixli akt əsasında icarəyə verən Cavabdeh gələcəkdə dəyərini ödəməklə almaq təklifi əsasında ayrı-ayrılıqda barkodlanmaqla Cavabdeh saxlancında qalmışdır. İddiaçı tərəfindən dəfələrlə şifahi müraciət edilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 124 ünvanda yerləşən qeyri-yaşyış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4- cü və 5-ci mərtəbələrində yerləşən LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda inventarları geri təhvil verməmiş və yaxud onların dəyərini bu günə kimi Əmanətlərin Sığortalanması Fonduna ödəməmişdir. LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda inventarlar bu günə kimi qanunsuz olaraq cavabdehin sahibliyində qalmaqdadır. Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi, iddiaçının iddia tələbində qeyd etdiyi 93 çeşiddə, 425 sayda inventarın hamısı iddiaçıya məxsus deyil, həmin inventarların bir hissəsi cavabdehə məxsusdur. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(006)-4167/2020 saylı qərardadından və tərəflərin təsdiq etdikləri 27 mart 2013-cü il tarixli təhvil-təslim aktından görünür ki, 2 ədəd mətbəx otağı və orada olan mətbəx mebelləri, soyuducular 02 ədəd 1-ci mərtəbədə və zirzəmi hissəsinə aid, ümumi bina üzrə 6 komplekt mətbəx mebeli, kassa otağı, seyf 1-ci mərtəbədə 2 ədəd, yanğından mühafizə sistemi həm daxili, həm xarici bütün bina üzrə 6 komplekt, mərkəzləşdirilmiş təhlükəsizlik görüntülü kamera sistemi 1 komplekt, kameraların sayı 46 ədəd, zirzəmidə bunker vəsait saxlama otağı, 01 ədəd seyf, 24 ədəd kondisioner, depozit vəsaiti saxlanc otağı daxilində 01 ədəd seyf, generator 01 ədəd, zirzəmi və ikinci mərtəbədə işıq tənzimləyici 02 ədəd, UPS sistemi akkumulyator 2 komplekt zirzəmi və ikinci mərtəbədə, sözügedən binanın zirzəmi və müəyyən mərtəbələrində qalan ofis mebelleri cavabdehin mülkiyyətindədir (cavabdehə məxsusdur). Cavabdeh vaxtilə - 27 mart 2013-cü il tarixli təhvil-təslim aktına əsasən həmin əşyaları iddiaçının istifadəsinə vermişdir. Cavabdeh iddianı qismən etiraf edərək, digər əşyaların həqiqətən iddiaçıya məxsus olduğunu bildirir və iddianın qismən təmin edilməsini xahiş edir. İddiaçı yuxarıda qeyd olunan əşyalara münasibətdə mülkiyyət hüququnu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, əksinə, cavabdeh həm özünə məxsus olan əşyaların dairəsini, həm də iddiaçıya məxsus əşyaların dairəsini dəqiq göstərmiş, özünə məxsus olan əşyalara dair müvafiq sübutları məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, iddiaçı 27 mart 2013-cü il tarixli təhvil-təslim aktında qeyd olunan əşyalar istisna edilməklə, iddia ərizəsində qeyd olunan digər əşyaları (cavabdehin qanunsuz sahibliyində olan) geri tələb etməkdə haqlıdır. Qətnamədə Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4-cü maddələrinə istinad edilmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-2680/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, icarə müqaviləsinə xitam verilməmişdən əvvəl Cavabdeh xx.xx.2020-ci il tarixli **********077 nömrəli məktubla, LPO İddiaçı ASC ilə bağlanan 25 yanvar 2017-ci il tarixli “İcarə müqaviləsi”nə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli “Razılaşma”ya 01 iyun 2020-ci il tarixdən etibarən xitam veriləcəyi bildirilmişdir. İcarə müqaviləsinə birtərəfli qaydada xitam verildikdən sonra Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbəsində yerləşən LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda, ümumilikdə qiymətləndirmə rəyinə əsasən 75.250 manat qiymətləndirilmiş inventarlar 30 iyun 2020-ci il tarixli akt əsasında icarəyə verən Cavabdeh gələcəkdə dəyərini ödəməklə almaq təklifi əsasında ayrı-ayrılıqda barkotlanmaqla Cavabdeh saxlancında qalmışdır. Dəfələrlə şifahi müraciət edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbələrində yerləşən LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda inventarları geri təhvil verməmiş və yaxud onların dəyərini bu günə kimi Əmanətlərin Sığortalanması Fonduna ödəməmişdir. LPO İddiaçı ASCyə məxsus 93 çeşiddə, 425 sayda inventarlar bugünə kimi qanunsuz olaraq cavabdehin sahibliyində qalmaqdadır. İcarə Müqaviləsinin 6.2-ci bəndinə əsasən tərəflərdən biri digər tərəfin əmlakına, istehsal və kommersiya maraqlarına ziyan vurarsa, zərər vurmuş tərəf digər tərəf qarşısında tam həcmdə maddi məsuliyyət daşıyır. Mülki işin materiallarına nəzər yetirsək görərik ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəyə düzgün hüquqi qiymət verilməmiş və məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin sübut növü olaraq istinad etdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(006)-4167/2020 saylı qərardadından görünür ki, hazırkı iş üzrə cavabdeh Kərimov X3 Sığortalanması Fonduna qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddia tələbi ilə yanaşı ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün aşağıdakı sadalanan və ona məxsus olan: 2 ədəd mətbəx otağı və orada olan mətbəx mebelləri, soyuducular 02 ədəd 1-ci mərtəbədə və zirzəmi hissəyə aid, ümumi bina üzrə 6 komplekt mətbəx mebeli, kassa otağı, seyf 1-ci mərtəbədə 2 ədəd, yanğından mühafizə sistemi həm daxili, həm xarici bütün bina üzrə 6 komplekt, mərkəzləşdirilmiş təhlükəsizlik görüntülü kamera sistemi 1 komplekt, kameraların sayı 46 ədəd, zirzəmidə bunker vəsait saxlama otağı, 1 ədəd seyf, 24 ədəd kondisioner, depozit vəsaiti saxlanc otağı daxilində 1 ədəd seyf, generator 1 ədəd, zirzəmi və ikinci mərtəbədə işıq tənziırıləyici 2 ədəd, UPS sistemi akumlyator 2 komplekt zirzəmi və ikinci mərtəbədə, sözügedən binanın zirzəmi və müəyyən mərtəbələrində qalan ofis mebellərinin üzərinə həbs qoyulmasını, eyni zamanda cavabdeh Əmanətlərin Sığortalanması Fondunun əməkdaşlarının sözügedən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən həmin qeyri-yaşayış sahəsinə giriş-çıxışının qadağan olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(006)-4167/2020 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Bundan sonra qeyd edilən qərardaddan Əmanətlərin Sığortalanması Fondu tərəfindən şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-8342/2020 saylı qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(006)-4167/2020 saylı qərardadı ləğv edilmişdir. Bundan əlavə işin mübahisə edilən halı ondan ibarətdir ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələbi üzrə işə baxarkən məhkəmədə baxılmayan və yekun məhkəmə aktı çıxarılmayan tələb üzrə qərardadı sübut növü kimi qəbul etmişdir. Halbuki, sübutun mötəbərliyi baxımından yanaşsaq görərik ki, birinci instansiya məhkəməsinin sübut növü kimi qəbul etdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(006)-4167/2020 saylı qərardadı ilə iş üzrə iddiaçı Cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(006)513/2021 saylı qərardadı ilə iddiaçının iddia ərizəsi baxılmamış saxlanılmışdır. Halbuki məhkəmə qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır). Həqiqətə nail olmaq üçün ilk növbədə məhkəmə təqdim olunan sübutları, faktları və mübahisə ilə bağlı halları tam dəqiqliklə araşdırmalı, həqiqətə nail olmalıdır. Lakin birinci instansiya məhkəməsi bu hala qiymət verməmiş və mövcud olmayan sübut növlərinə istinad edərək düzgün olmayan nəticəyə gəlmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən istinad etdiyi sübut növündən biri də ksero surət olmaqla əsaslığı şübhə doğuran cavabdehin təqdim etdiyi 27 mart 2013-cü il tarixli təhvil-təslim aktıdır. İlk öncə akta nəzər yetirsək görərik ki, akt kargüzarlığın aparılmasına dair təlimatın 77-ci bəndində nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Eyni zamanda aktda İddiaçı ASCnin nümayəndəsi qrafasında aktı imzalayan şəxsin ad, soyadı və vəzifəsi göstərilməmişdir. Bu da onu deməyə əsas verir ki aktda qeyd edilən əşyaların İddiaçı ASC-yə təhvil verilməsi həqiqəti əks etdirmir. Aktda adları sadalanan əmlaklara gəldikdə isə görərik ki, əmlakların bir qismi elektrik avadanlıqları olmaqla markası aydın şəkildə qeyd edilməmişdir. Halbuki məhkəməyə təqdim etdikləri 30 iyun 2020-ci il tarixli aktdan və eyni zamanda “İnventarların qiymətləndirilməsi barədə” xx.xx.2020-ci il tarixli Qiymətləndirmə rəylərindən görünür ki, cavabdehdən tələb etdikləri əmlakların çeşidi və markası aydın şəkildə qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sübutlar obyektiv, qərəzsiz və hərtərəfli araşdırılmamış, mövcud olmayan sübut növünə istinad edilməklə düzgün olmayan nəticəyə gəlinmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)2680/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin iddia ərizəsində qeyd olunan digər əşyalar, həmin əşyalar mövcud olmadıqda isə dəyəri, Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmənətlərin Sığortalanması Fonduna verilməsi hissəsində qismən ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, o məhkəmədə hansı inventarların ona məxsus olmasını 27 mart 2013-cü il tarixli təhvil-təslim aktına əsasən qeyd etmişdir. 2 ədəd mətbəx otağı və orada olan mətbəx mebelləri, soyuducular 2 ədəd 1-ci mərtəbədə və zirzəmi hissəsinə aid, ümumi bina üzrə 6 komplekt mətbəx mebeli, kassa otağı, seyf 1ci mərtəbədə 2 ədəd, yanğından mühafizə sistemi həm daxili, həm xarici bütün bina üzrə 6 komplekt, mərkəzləşdirilmiş təhlükəsizlik görüntülü kamera sistemi 1 komplekt, kameraların sayı 46 ədəd, zirzəmidə bunker vəsait saxlama otağı, 1 ədəd seyf, 24 ədəd kondisioner, depozit vəsaiti saxlanc otağı daxilində 1 ədəd seyf, generator 1 ədəd, zirzəmi və ikinci mərtəbədə işıq tənzimləyici 2 ədəd, UPS sistemi akkumulyator 2 komplekt zirzəmi və ikinci mərtəbədə, sözügedən binanın zirzəmi və müəyyən mərtəbələrində qalan ofis mebelləri onun mülkiyyətindədir. İddiaçının tələb etdiyi digər inventarlar onun sahibliyində və istifadəsində deyil. İddiaçının ondan tələb etdiyi inventarlar onun saxlancında deyil, həmin obyekti o sadəcə icarəyə vermişdir. Obyektin "xxxx" ASC-yə icarəyə vermişdir. Obyektin ona məxsus olması Əmanətlərin Sığortalanması Fonduna hüquq vermir ki, onun sahibliyində və istifadəsində olmayan əmlakları ondan tələb etsin. Bundan əlavə iddiaçı 61 ədəd pərdəni, su nasosunu, su çənini və şlaqbaumu da satmışdır. İddiaçı ASC-yə məxsus sözügedən inventarlar hazırda "xxxx" ASC-nin sahibliyində və istifadəsindədir. Əmanətlərin Sığortalanması Fondu həmin inventarları ondan yox, "xxxx" ASC-dən tələb etməlidir. Çünki yuxarıda qeyd etdiyi kimi həmin əmlaklar onun sahibliyində və istifadəsində deyil və eyni zamanda, həmin əmlaklar ona məxsus olmadığına görə onun sözügedən inventarları "xxxx" ASC-dən geri tələb etməyə hüququ da yoxdur. Həmin əmlakların "xxxx" ASC-nin istifadəsində olması xx.xx.2022-ci il tarixli aktdan da görünür. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin MTT (006)-120/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ümumilikdə 93 çeşiddə, 425 sayda inventarların istifadəsi cavabdehə və digər 3-cü şəxslərə qadağan edilmiş və həmin əmlakların üzərinə həbs qoyulmuşdur. Həmin qərardadı icra edən icra məmuru Azər Heydərovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, aşağıda qeyd olunan əmlaklar müəyyən edilərək siyahıya alındı və saxlanc üçün "xxxx" ASC-yə təhvil verildi, eyni zamanda CM-in 303-cü maddəsinin tələbi və məsuliyyəti barədə xəbərdar olundu. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3892/2024 nömrəli iş üzrə 15 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və M.Məmmədov) iddiaçı LPO İddiaçı ASC-nin şikayəti təmin edilməmiş, Cavabdeh şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2680/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında icarə üzrə müqavilə münasibətləri mövcud olsa da (iddia edilən əmlakları əks etdirən) icarə obyektinin təhvil-təslim aktı, habelə hüquqi şəxs olaraq əmlakların iddiaçıya məxsusluğunu, təsnifatını, dəyərini müəyyən edən balans-uçot (mühasibat) sənədləri məhkəməyə təqdim edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, sübutetmə vəzifəsinə müvafiq iddiaçı tələb edilən əmlakların ona məxsusluğunu (hüquqi şəxsin balansında olmasını, icarə münasibətləri yaranan zaman müqavilənin tələblərinə əsasən təhvil-təslimin həyata keçirilməsini), icarə obyektində yerləşməsini və buna dair cavabdehin mülki məsuliyyətini müəyyən edən dayanıqlı (təkzibedilməz) sübutlar təqdim etməmişdir. Cavabdehin iştirakı olmadan, sonradan tərtib edilən akt isə cavabdehə münasibətdə onun mülki məsuliyyətini müəyyən edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, hər hansı hüquqi şəxsin maliyyə təsərrüfat fəaliyyəti üzrə ciddi mühasibat-uçotu reqlamentinə uyğun qeydiyyata alınmalı, bu reqistrlərdə onların tarixlər üzrə hərəkəti və balans dəyəri müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.8, 164.2, 165.1, 165.2, 166.1, 166.2-ci maddələrinə, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.6, 2.1.10, 2.1.11, 2.1.12, 3.1, 16.2-ci maddələrini, “Maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 2.1.13, 7.1, 7.2, 7.3, 7.4, 7.7, 7.13, 7.15-ci maddələrinə, MPM-nin 14.2, 77.1, 80, 81, 82.1, 97.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

İddiaçı LPO İddiaçı ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3754/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3892/2024 nömrəli iş üzrə 15 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ərizəsində göstərdiyi əşyaların cavabdehin qanunsuz sahibliyində qaldığını iddia edərək onların geri qaytarılmasını tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, sadalanan bəzi əşyalar onun mülkiyyətindədir. İddiaçının tələb etdiyi digər inventarlar onun deyil, "xxxx" ASC-nin sahibliyində və istifadəsindədir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddia edilən əmlakları əks etdirən icarə obyektinin təhvil-təslim aktı, habelə hüquqi şəxs olaraq əmlakların iddiaçıya məxsusluğunu, təsnifatını, dəyərini müəyyən edən balans-uçot (mühasibat) sənədləri məhkəməyə təqdim edilməmişdir. Sübutetmə vəzifəsinə müvafiq iddiaçı tələb edilən əmlakların ona məxsusluğunu (hüquqi şəxsin balansında olmasını, icarə münasibətləri yaranan zaman müqavilənin tələblərinə əsasən təhvil-təslimin həyata keçirilməsini), icarə obyektində yerləşməsini və buna dair cavabdehin mülki məsuliyyətini müəyyən edən dayanıqlı (təkzibedilməz) sübutlar təqdim etməmişdir. İddiaçı isə kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin iddiaçıdan əşyaların balans-uçot (mühasibat) sənədlərini tələb etməsinə əsas yox idi, çünki həmin əşyaların banka məxsus olması mübahisə predmeti deyil. Bundan əlavə, iddiaçı tərəfindən müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizə verərək mübahisəli - ümumilikdə 93 çeşiddə, 425 sayda inventarların istifadəsinin cavabdehə və digər üçüncü şəxslərə qadağan olunması və həmin əmlakların üzərinə həbs qoyulmasını xahiş etmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MTT(006)120/2022 saylı qərardadı ilə ərizə təmin edilmişdir. İş materillarında olan, Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarının surətindən görünür ki, icra sənədində qeyd olunan tələb xx.xx.2022-ci il tarixli akta əsasən tam şəkildə təmin olunmuşdur. Beləliklə, qeyd olunan əşyaların Cavabdeh məxsus, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsində saxlanıldığı icra məmurunun tərtib elədiyi aktla sübuta yetirilir. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etmir, ona görə ki, əvvəla, iddiaçının tələbinin apellyasiya məhkəməsi tərəfindən hansı qanun normasının (dispozisiya şərtləri) əsasında yoxlanıldığı və həll edildiyini müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, qətnamənin “Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi” bölməsində Mülki Məcəllənin 157.2, 157.8, 164, 165, 166-cı maddələrinin sadəcə olaraq mətni qeyd edilmişdir. Apellyasiya məhkəməsi iddianın sadalanan normalardan hansının dispozisiya şərtləri əsasında yoxlanıldığını, həmin şərtlərə uyğun olaraq işin müəyyən edilməli faktiki hallarının nədən ibarət olduğunu, onlardan hansının mübahisə edilməyən, hansıların isə mübahisəli olmasını, mübahisəli hallar üzrə sübutetmə yükünün tərəflərdən hansının üzərinə düşməsini, həmin tərəfin bu məqsədlə verdiyi sübutların nədən ibarət olmasını, onların qiymətləndirilməsi ilə bütövlükdə iş üzrə gəlinən nəticəni və tətbiq edilən hüququ əsaslandırmamışdır. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması, cavabdehin əşyaya sahibliyinin qanunsuz olması. Baxılan işdə iddiaçının tələbi bu normanın şərtlərinə uyğun gəlsə də, yuxarıda göstərilən qaydalara uyğun bir araşdırma və hüquqi dəyərləndirmə aparılmamışdır. Bundan əlavə, qətnamədə istinad olunan, Mülki Məcəllənin məhdud əşya hüquqlarının müdafiəsinə dair 157.8-ci, sahibliyin müdafiəsinə və sahibliklə bağlı prezupmsiyalara aid 164, 165 və 166-cı maddələrinin hansı əsaslarla hazırkı işə tətbiq olunduğu məlum deyil. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Odur ki, iddia tələbinə aidiyyəti hüquq normasının şərtləri əsasında qiymət vermədən, iddianın həlli barədə ümumi bir qənaəti özündə əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X10 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 23-24). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Təkrar apelyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, bu hallar üzrə sübutetmə yükü, eləcə də tələbin qanuni əsası düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

Apellyasiya instansiya məhkəməsində ikinci icraat

Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin olunan iclasında iştirak edən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddiaçının apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq, iddiaçının apellyasiya şikayətinin məzmununa uyğun izahat verib bu şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 iddiaçının nümayəndəsi Nümayəndə izahatını təsdiq etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh öz apellyasiya şikayətini müdafiə edib, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq, öz apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh 17 aprel 2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi etiraz ərizəsi onunla əsaslandırmışdır ki, AtaBank ASC-nin kasasiya şikayəti əsasında aralarında olan mübahisə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Nəsimi rayon İcra şöbəsinin tərtib etdiyi aktdan 1 il sonra AtaBank ASC tərəfindən 166 xidmət maşınları vasitəsilə orada olan bütün avadanlıq və mebellərin çıxarılması barədə rəsmi sənəd, videogörüntü və şəkillər (82 ədəd) Bakı Apellyasiya Məhkəməsinə, məhkəmə prosesi zamanı onun tərəfindən təqdim olunmuşdur. Əgər bütün əmlaklar rəsmi sənədlərdə göstərildiyi kimi aparıldığı halda əmlakların saxta balans qiyməti kimə lazımdır. Bakı Apellyasiya Məhkəməsi işə baxan zamanı və eyni zamanda birinci instansiya məhkəməsində işə baxılan müddətdə AtaBank ASC 22 adda mebel və avadanlıqları AtaSığorta ASC-yə satmışdır. Əgər məhkəmədə mübahisəsi gedirsə, bu insanlara kim səlahiyyət verib ki, 22 adda olan əşyaların içərisində ona məxsus inzibati binanın pərdələri, su nasosu, su çəni, şlaqbaun və digər əşyalar haqsız olaraq satılmışdır. Üstəlik 22 adda əmlakları sata-sata yenə də Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə müeaciət edirlər ki, 93 adda çeşidimiz qalıb. Necə olur ki, 93-dən 22-ni satasan, yenidən hakimləri rəsmi surətdə aldadasan ki, 93 adda çeşidimiz qalıb. Bu hüququ bunlara kim verib? Rəsmi surətdə hakimləri aldatmağın nəticəsi onlara qarşı məhkəmə tərəfindən xüsusi qərardadın çıxarılmasıdır. Bildirir ki, AtaBank ASC bağlanıb, bu 3-4 hüquqşünas vətəndaşlara böhtan atmaqla süründürməçilik və vaxt udmağa nail olurlar. Çünki bu mübahisələrə son qoyulsa, o insanlar orda işləməyəcək və əmək haqqıda almayacaqlar. Bunların bu dərəcədə planlı, məqsədyönlü addımları vaxt udmaqdan ibarətdir. Bakı Apellyasiya Məhkəməsində ədalətli qərar qəbul edilmiş, onların kasasiya şikayəti əsassız olmuşdur. Belə ki, onun tərəfindən vaxtilə həm AtaBankla, həm də AtaSığorta ilə yəni, hər iki Səhmdar cəmiyyətin bir sahibi ilə sövdələşib müqavilə bağladığı şəxslərə rəsmi müraciət edərək deyib ki, ona rəsmi surətdə və Bakı Apellyasiya Məhkəməsinə onun ərizəsi əsasında həm ona, həm də Bakı Apellyasiya Məhkəməsinə cavablandırma məktubu yazın ki, bu vaxta qədər onların hansı işinə, fəaliyyətinə, istifadəsində olan əşya, mebel və digər avadanlıqlara müdaxilə edib və yaxud nəyisə buradan aparıb aparmadığı barədə rəsmi cavab verin. Bildirir ki, onun AtaBank ASC-nin əməkdaşı barədə 21-ci polis bölməsinə onların orada 46 kamera, kondisioner və digər əşyaların oğurlanması barədə şikayəti olub və eyni zamanda, Nəsimi Rayon Məhkəməsinə də müraciət edib. Bütün bunlara görə onunla şəxsi prinsip aparırlar və üzünə deyirlər ki, səni məhkəmələrdə süründürəcəyik. Bir daha bildirir ki, onunla AtaBank arasında olan borcun hissə-hissə ödənilməsi razılaşması müqaviləsi Ali Məhkəmə tərəfindən tanınmışdır və öz hüquqi əsasını almışdır. Onun AtaSığortadan rəsmi cavablandırma məktubunu göndərməklə onların şikaytətlərinin əsassız və saxta olması № AS-25/699 saylı xx.xx.2025-ci il tarixli məktubda öz təsdiqini tapmışdır. Yuxarda yazılanları nəzərə alıb ədalətli, obyektiv qərar qəbul edilməsi xahiş olunur. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən "xxxx" ASC-yə rəsmi qaydada məlumat verilmiş, "xxxx" ASC-nin nümayəndəsi X7 ərizə ilə məhkəməyə müraciət edərək işə "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. "xxxx" ASC-nin İdarə Heyətinin sədri S.Ə.Əliyev tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan iddia ərizəsinə qarşı xx.xx.2025-ci il tarixli mülahizədən müəyyən olunur ki, Cavabdehla Cəmiyyət arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış İcarə müqaviləsinə əsasən Cəmiyyətin istifadəsinə verilmiş Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsində LPO İddiaçı ASC-yə məxsus hər-hansı əmlak mövcud deyildir. Belə ki, LPO “AtaBank'’ ASC-yə məxsus Cəmiyyətin istifadəsində olan 27.900.00 manat dəyərində olan 22 ədəd müxtəlif əşya və avadanlıq "xxxx" MMC tərəfindən keçirilmiş açıq hərracın nəticələrinə dair protokola əsasən Cəmiyyət tərəfindən alınmış və mülkiyyətinə keçirilmişdir. Sənədlər hazırkı məktuba əlavə edilir. Əlavə olaraq bildirilir ki, İddiaçı ASC-dən aldıqları birja vasitəsi ilə mebel və digər avadanlıqlar kənardan gətirilməmiş, vaxtı ilə “CDP” Bank və İddiaçı ASC-nin bu binada istifadəsində olan mebel və avadanlıqlardır. İstifadə olunmuş otaqlarda yerləri dəyişdirilməmiş, bu gün də onların istifadəsindədir. Bildirilir ki, İddiaçı ASC bağlanan zaman dərhal "xxxx" ASC olaraq bu qeyri-yaşayış sahəsində yerləşiblər. İstifadələrində müvvəqqəti olaraq İddiaçı ASC-dən qalan mebel və avadanlıqlar olub. Bunun bir hissəsini yuxarıda qeyd etdiyi kimi birja vasitəsi ilə alıblar, digər yerdə qalan bütün avadanlıqlar və əşyalar İddiaçı ASC-nin əməkdaşları tərəfindən təhvil alınaraq “166” Yükdaşıma Xidmətinə məxsus yükmaşınları vasitəsilə daşınmışdır. Vətəndaş Cavabdeh İddiaçı ASC-yə və onlara məxsus mebel və digər avadanlıqlara heç bir müdaxilə etməmiş və adı çəkilən qeyri-yaşayış sahəsindən onun tərəfindən heç bir əşya (mebel və avadanlıq) aparılmamışdır. Bütün bu məsələlər ilə əlaqədar Sizin 23 oktyabr 2023-cü il tarixli, AS-23/1378 saylı müraciətinizdə İddiaçı ASC tərəfindən aparılmış əşya (avadanlıq və mebellərin) şəkil və video görüntüləri əlavə olunaraq Sizə təqdim olunmuşdur. Bir daha diqqətinizə çatdırırıq ki, Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsində 2, 3, 4 və 5-ci mərtəbələrində, qismən zirzəmisində olan LPO İddiaçı ASC-yə məxsus digər mebel və avadanlıqlar LPO İddiaçı ASC-nin əməkdaşları tərəfindən təhvil alınaraq “166” yükdaşıma xidmətinə məxsus yükmaşınları vasitəsilə daşınmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia tələbi qismən təmin edildiyindən, iddiaçı apellyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-2680/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini, cavabdeh isə apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilərək iddianın həmin hisədə də təmin edilməməsini xahiş etdiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3754/2024 il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2680/2022 saylı xx.xx.2022-cü il tarixli qətnaməsi iddianın təmin edilən, “tərəflər arasında təsdiq edilmiş 27 mart 2013-cü il tarixli təhviltəslim aktında qeyd edilən əşyalar çıxılmaq şərti ilə, iddia ərizəsində qeyd olunan digər əşyaların, həmin əşyalar mövcud olmadıqda isə dəyərinin, Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi”nə dair hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə də, təmin edilməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Belə ki, iddia tələblərindən müəyyən olunur ki, iddiaçı cavabdehdən icarəyə götürdüyü qeyri-yaşayış sahəsində yerləşdirdiyi özünə məxsus daşınar əşyaların cavabdehin qeyri-qanuni sahibliyindən geri qaytarılmasını, həmin əşyalar aşkar olunmadığı halda isə onların dəyərinin cavabdehdən onun xeyrinə tutulmasına dair məhkəmə aktının çıxarılmasını xahiş edir. Cavabdeh isə iddia tələblərinə qarşı etirazında iddiaçının ondan tələb etdiyi adları xx.xx.2013-cü il tarixli aktda qeyd olunan əşyaların ona məxsus olmasını, iddia tələbində qeyd olunan digər əşyaların isə onda olmadığını, həmin əşyaların bir hissəsinin hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilən "xxxx" ASC tərəfindən İddiaçı ASC-dən hərrac vasitəsi ilə alınaraq mülkiyyətinə keçirilməsini, bir qisminin isə İddiaçı ASC tərəfindən aparılmasını, xx.xx.2020-ci il tarixli akt tərtib edilərkən onun xəbəri olmadığını, iddiaçıya məxsus əşyaları gələcəkdə dəyərini ödəməklə almaq təklifini vermədiyi, müvəqqəti təminat tədbirinin icrası zamanı iştirakının təmin edilmədiyini bildirir. İddiaçı özünə məxsus əşyaların cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etdiyindən onun iddiası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin dispozisiya şərtləri əsasında yoxlanılır. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasına görə iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin mövcud olması zəruridir: iddiaçı əşyanın mülkiyyətçisi olmalı, əşya cavabdehin sahibliyində olmalı, cavabdehin əşyaya sahibliyi qanunsuz olmalıdır. İddiaçı - Əmanətlərin Sığortalanması Fondunun İnformasiya Texnalogiyaları və Təhlükəsizlik Departamentinin təhlükəsizlik şöbəsinin müdiri X19, LPO İddiaçı ASC-in X4 şöbə rəisi X12, Əmanətlərin Sığortalanması Fondunun Ümumi İşlər Departamentinin təsərrüfat şöbəsinin müdiri X13, QSC Bank Standard KB-nin İnzibati Departamentinin təsərrüfat-təchizat şöbəsinin mütəxəssisi X14 və LPO Texnikabank ASC-in təhlükəsizlik şöbəsinin mühafizəçisi X18 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli akta istinad edərək tələb etdiyi əşyaların cavabdehdə olmasını bildirsə də, məhkəmə araşdırması zamanı tədqiq olunan həmin aktın surətindən görünür ki, akt tərtib olunarkən cavabdehin iştirakı belə təmin edilməmiş, aktın surəti cavabdehə təqdim edilməmişdir. Daha sonra, aktda Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbəsində yerləşən LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda, ümumilikdə qiymətləndirmə rəyinə əsasən 75.250 manat qiymətləndirilimiş inventarların icarəyə verən Cavabdeh gələcəkdə dəyərini ödəməklə almaq təklifi əsasında ayrı-ayrıqda barkotlanmaqla Cavabdeh saxlancında qalması qeyd olunsa da, həmin əşyaların cavabdeh tərəfindən iddiaçıdan təhvil alınmasına, cavabdehin iddiaçıya əmlakları almasına dair təklif verməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh isə etirazında iddiaçıya əmlakları almaq barədə təklif vermədiyini, əmlakların ona təhvil verilmədiyini bildirmişdir. Araşdırma zamanı həmçinin müəyyən olunmuşdur ki, Cavabdehla "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə icarə müqaviləsi bağlanaraq cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" AS-in istifadəsinə verildikdən sonra iddiaçının əməkdaşları tərəfindən cavabdehin iştirakı təmin edilmədən, faktiki olaraq "xxxx" ASC-nin sahibliyində və istifadəsində olan qeyriyaşayış sahəsində yerləşən əmlaklara dair xx.xx.2020-ci il tarixdə akt tərtib etmişlər. Araşdırma zamanı tədqiq olunan Cavabdeh ilə İddiaçı ASC arasında tərtib oluna 27 mart 2013-cü il tarixli təhvil-təslim aktından isə müəyyən olunur ki, iddiaçı qeyri-yaşayış sahəsini icarəyə götürərkən Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən ümumi sahəsi 200 kv.m. olan qeyri-yaşayış sahəsində və onun alt hissəsində yerləşən ümumi sahəsi 180 kv.m. olan zirzəmisində quraşdırılan cavabdehə məxsus əşyaların da sonuncudan alınaraq ona verilməsini tələb edir. İddiaçı apellyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-MTT(006)120/2022 saylı qərardadının icrası zamanı ümumilikdə 93 çeşiddə, 425 sayda inventarların Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 124 ünvanında yerləşən qeyri-yaşayış sahəsində saxlanıldığı icra məmurunun tərtib elədiyi aktla sübuta yetirildiyini bildirsə də, mülki işdə olan "xxxx" ASC-in nümayəndəsi X20 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, icra sənədinin icrası zamanı tərtib olunan xx.xx.2022-ci il tarixli aktda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin MTT(006)-120/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqində qeyd olunan əmlaklardan 67 sayda əşyanı o, saxlanca qəbul etmiş və buna görə ona CM-in 303-cü maddəsinin tələbi izah edilib xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli akt tərtib olunarkən isə cavabdehin iştirakı təmin edilməmiş, akt cavabdeh tərəfindən imzalanmamışdır. Təkrar apellyasiya baxışında iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən "xxxx" ASC-nin İdarə Heyətinin sədri S.Ə.Əliyev tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubla müəyyən edilmişdir ki, Cavabdehla "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə icarə müqaviləsi bağlanmış Bakı şəhəri, Azadlıq prospekti 124 ünvanında yerləşən qeyriyaşayış sahəsi Cəmiyyətin istifadəsinə verilmişdir. LPO “AtaBank'’ ASC-yə məxsus "xxxx" ASC-nin istifadəsində olan 27.900 manat dəyərində olan 22 ədəd müxtəlif əşya və avadanlıq "xxxx" MMC tərəfindən keçirilmiş açıq hərracın nəticələrinə dair protokola əsasən Cəmiyyət tərəfindən alınmış və mülkiyyətinə keçirilmişdir. İddiaçı ASC-dən aldıqları birja vasitəsi ilə mebel və digər avadanlıqlar kənardan gətirilməmiş, vaxtı ilə “CDP” Bank və İddiaçı ASC-nin bu binada istifadəsində olan mebel və avadanlıqlardır. İstifadə olunmuş otaqlarda yerləri dəyişdirilməmiş, bu gün də onların istifadəsindədir. İddiaçı ASC bağlanan zaman onlar dərhal "xxxx" ASC olaraq bu qeyri-yaşayış sahəsində yerləşmişlər. İstifadələrində müvvəqqəti olaraq İddiaçı ASC-dən qalan mebel və avadanlıqlar olmuşdur. Həmin əşyaların bir qismini onlar birja vasitəsi ilə almış, digər yerdə qalan bütün avadanlıqlar və əşyalar İddiaçı ASC-nin əməkdaşları tərəfindən təhvil alınaraq “166” Yükdaşıma Xidmətinə məxsus yükmaşınları vasitəsilə daşınmışdır. Cavabdeh İddiaçı ASC-yə və onlara məxsus mebel və digər avadanlıqlara heç bir müdaxilə etməmiş və adı çəkilən qeyri-yaşayış sahəsindən Cavabdeh tərəfindən heç bir əşya (mebel və avadanlıq) aparılmamışdır. Kollegiya tədqiq olunan sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbində istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyan iddiaçı iddia ərizəsində qeyd olunan iddiaçıya məxsus əşyaların cavabdehin sahibliyində olmasını, cavabdehin bu əşyalara sahibliyinin qanunsuz olmasını, tərəflər arasında xx.xx.2013-cü il tarixli təhviltəslim aktında qeyd olunan əşyaların isə ona məxsus olmasını sübuta yetirə bilməmişdir. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdehin mülkiyyətində olan qeyriyaşayış sahəsi xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixdən hal-hazıradək "xxxx" ASC-nin istifadəsindədir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsinə xitam verildikdən sonra iddiaçıya məxsus əşyaların bir qismi hərrac vasitəsi ilə iddiaçının özü tərəfindən "xxxx" ASC-yə satılmış, digər bir qismi isə iddiaçının əməkdaşları tərəfindən cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən aparılmışdır. İddiaçının tələbində istinad etdiyi hallara dair təqdim etdiyi sübutlar isə qeyri-yaşayış sahəsinin "xxxx" ASC-in icarə müqaviləsinə əsasən istifadəsində olan dövrü əhatə edir. xx.xx.2013-cü il aktda qeyd olunan əşyaların isə iddiaçıya deyil, cavabdehə məxsus olması iddiaçının özünün təsdiqi ilə müəyyən olunur. Kollegiya qeyd edir ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Əksi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X10 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). Birinci instansiya məhkəməsi isə iddiaçının iddia tələbini qismən təmin edərkən iddiaçıya məxsus əşyaların cavabdehin qanunsuz sahibliyində olmasını istisna edən mülki işdə olan sübutları araşdırmamış, onlara hüquqi qiymət verməmiş, hansı səbəbdən həmin sübutları qəbul etmədiyini məhkəmə aktında əsaslandırmamış, mülki iş üzrə tərtib olunan məhkəmə iclas protokolunda cavabdeh iddianı qəbul etmədiyini göstərdiyi halda, qətnamədə cavabdehin iddianı qismən qəbul etməsi göstərilmiş, bu zaman iddianın hansı hissədə, hansı formada (yazılı ərizə təqdim etməklə, protokolu imzalamaqla) etiraf olunması qeyd olunmamışdır. İstinad olunanlara əsasən, kollegiya belə nəticəyə gəlir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2680/2022 saylı xx.xx.2022-cü il tarixli qətnaməsi iddianın təmin edilən, “tərəflər arasında təsdiq edilmiş 27 mart 2013-cü il tarixli təhvil-təslim aktında qeyd edilən əşyalar çıxılmaq şərti ilə, iddia ərizəsində qeyd olunan digər əşyaların, həmin əşyalar mövcud olmadıqda isə dəyərinin, Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi”nə dair hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə də, təmin edilməməli, iş üzrə tərəflərin ödədikləri dövlət rüsumları özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2680/2022 saylı xx.xx.2022-cü il tarixli qətnaməsi iddianın təmin edilən, “tərəflər arasında təsdiq edilmiş 27 mart 2013-cü il tarixli təhvil-təslim aktında qeyd edilən əşyalar çıxılmaq şərti ilə, iddia ərizəsində qeyd olunan digər əşyaların, həmin əşyalar mövcud olmadıqda isə dəyərinin, Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi”nə dair hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməsin. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı LPO İddiaçı ASC və Cavabdeh tərəfindən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilən dövlət rüsumları özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar