Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1922/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5391/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı «əmrin ləğv edilməsi və sairə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli , 1286 Ş/H saylı işdən azad edilmə barədə verilmiş əmrin ləğv edilməsi, iddiaçının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 rayon Mühafizə Şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi vəzifəsinə bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən işə bərpa olunacaq günədək məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının məhkəmə tərəfindən qanuna uyğun hesablanaraq cavabdehdən tutulması, cavabdehin iddiaçıya töhmət verilməsinə dair xx.xx.2020-ci il tarixli 52 nömrəli əmrin ləğv edilməsi, iddiaçının üzrəindən həmin töhmətin götürlüməsi, işin faktiki hissəsində qeyd edilən əmək haqqlarının yenidən hesablanmaqla ödənilməmiş məbləğlərin iddiaçıya geri ödənilməsi, əmrin ləğvi və s. hərəkətlərin qanuniliyinin yoxlanılaraq qərar qəbul edilməsini, əlavə məsuliyyət tədbiri görülməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5391/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı «əmrin ləğv edilməsi və sairə» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qət edilmiş, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilmişdir (sədrlik edən: Ramin Xəlilov). Həmin qərardaddan iddiaçı şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5391/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5391/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi işin hallarını şikayətin dəlilləri ilə birgə araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia ərizənin tələb hissəsində 3 və 4-cü bəndlərdəki tələblər aydın və dəqiq göstərilməmişdir. Həmin bəndlərdə qeyd edilir ki, “işin faktiki hissəsində qeyd etdiyim əmək haqlarım, yenidən hesablanmaqla ödənilməmiş məbləğlərin mənə geri ödənilməsi barəsində qərar qəbul edəsiniz” ; “mənim aşkarlaya bildiyim qüsurlar faktiki hissədə qeyd edilənlərdən ibarətdir, lakin siz daha yaxşı bilirsiniz, odur ki xahiş edirik iddia tələbinə dair əmrin ləğvi və s. hərəkətlərin qanuniliyin hərtərəfli yoxlayaraq qanuni qərar qəbul edəsiniz. Qeyd edilən tələblərə dair əlavə məsuliyyət tədbiri görülməsinə dair qərar qəbul edilsin.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Şərh olunanlara əsasən, qeyd edilən halları və hüquq normalarının tələblərini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5391/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5391/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1922/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1922/2021
12.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver