Məhkəmə qərarları › İş №2(103)-1940/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1940/2024

08.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1940/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, ərizəçi X2 “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamədən iş üzrə tərəf olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs2 verdiyi apellyasiya şikayətinin icraata qəbul edilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X2 “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsinə dair mülki işə baxmış Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə ərizənin təmin edilməsini, ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-00647 nömrəli “Barışıq sazişini”, “Sazişdə” göstərilən şərtlər ilə təsdiq edilməsini qət etmişdir. İş üzrə tərəf olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs2 MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. MMC eyni zamanda “qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə” ərizə vermişdir. “Buraxılmış prosessual müddətin bərpası barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla, prosessual müddətin MMC tərəfindən ötürülməmiş hesab edilməsini və xx.xx.2023-cü il tarixli qətnamədən MMC-nin verdiyi apellyasiya şikayətinə baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Mülki iş Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Lakin xx.xx.2024-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinə sorğu ilə müraciət edərək, iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardaddan ərizəçi X2 verdiyi şikayətə baxılması üçün mülki işin qaytarılmasını xahiş etmişdir. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 358, 366 və 384-cü maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Ərizəçi X2 “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar