Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1947/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, həmçinin onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh ASC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka bildirişinin və ərizənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin e-2(005)-1977/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin mərhum həyat yoldaşı X7 göndərdiyi xx.xx.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin və Cavabdeh ASC-nin DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xx.xx.2019-cu il tarixli ərizənin etibarsız hesab edilməsi, Cavabdeh ASCnin mərhum həyat yoldaşı X7 göndərdiyi xx.xx.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş və həmin bildirişin qeydə alınmasına dair xx.xx.2019cu il tarixli ərizə əsasında Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, 31 saylı evin 25 saylı mənzilə tutma yönəldilməsinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa zidd hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ona və qeyrilərinə qarşı xx.xx.2019-cu il tarixli iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, 56.444,97 ABŞ dolları kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi “D" yaşayış sahəsində yerləşən 31 nömrəli evin 25 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlak satıldıqdan sonra onun boşaldılması və hərracdan əldə olunan vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ASC həmin iddia ərizəsini onun mərhum həyat yoldaşı X5 xx.xx.2012-ci il tarixdə “Cavabdeh" ASC ilə ona 60 ay müddətində 50.000 ABŞ dolları məbləğində kredit limiti ayrılması barədə 110-12/EBA saylı Baş Kredit müqaviləsi bağlaması, həmin Baş Kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli Tranşların ayrılmasına dair 2 saylı Müqaviləyə əsasən yoldaşına illik 22%-lə 24 ay müddətinə 50.000 ABŞ dollayı kredit verilməsi, onun öz öhdəliklərini lazımi qaydada icra etməməsi, xx.xx.2017-ci il tarixdə onun vəfat etməsi, DİN MAPS şöbəsinin verdiyi arayışdan onun vəfat etməsinin məlum olması, “Cavabdeh" ASC- nin xx.xx.2019-cu il tarixli sorğusuna Bakı şəhəri 9 saylı Notariat Kontorundan verilən cavab məktubundan X8 miras əmlakına dair vərəsəlik işinin açılmamasının məlum olması, buna baxmayaraq, onu və qeyrilərini onun vərəsəsi hesab etməsi və xx.xx.2019-cu il tarixdə bank tərəfindən yoldaşına borcun ödənilməsi ilə bağlı xəbərdarlıq (pretenziya) məktubu və həmin tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilməsi, xx.xx.2019-cu il tarixdə ipoteka bildirişinin qeydə alınması barədə ərizə ilə DƏDRX-nə müraciət olunması və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildirişin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınması ilə əsaslandırmışdır. M.Hüseynovun xx.xx.2017-ci il tarixdə vəfat etməsi faktı həm müvafiq MAPS arayışına, həm də Bakı şəhəri 9 saylı Notariat Kontorunun xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən rəsmi şəkildə Cavabdeh ASC-nə məlum olsa da o, xx.xx.2019-cu il tarixdə məhz yoldaşına ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərmiş və xx.xx.2019-cu il tarixdə həmin bildirişi qeydiyyata aldırmışdır. Bank tərəfindən vəfat etmiş ipoteka qoyana ipoteka bildirişinin göndərilməsi və bu bildirişin qeydiyyata alınması aşağıdakı qanunvericilik normalarının tələblərini pozur. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin e-2(005)-1977/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarına əhəmiyyət vermədiyini və tətbiq edilməli maddi hüquq normalarını tətbiq etmədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, 31 saylı evin 25 saylı mənzilə tutma yönəldilməsi tələbi mövcuddur. Digər tərəfdən bankın Bakı şəhəri 9 saylı notariat ofisinə göndərdiyi xx.xx.2019-cu il tarixli məktubu ilə X5 vəfat etməsi və bununla bağlı ipoteka ilə yüklü edilmiş mənzili ilə bağlı vərəsəlik işinin açılıb açılmaması barədə məlumat verilməsini xahiş olunmuşdur, lakin hazırkı iş üzrə iddiaçı banka rəsmi qaydada müraciət edərək X5 ölməsini bildirməmiş, ölüm haqqında şəhadətnaməni təqdim etməmişdir. Digər tərəfdən, X5 ölümü ilə bağlı Bakı şəhər Səbail rayon prokurorluğunda cinayət işi açılmış, lakin bankın bundan xəbəri olmamışdır. Bank borcalanın ölmüş olmasını yalnız məhkəməyə müraciət edərkən MAPS arayışını almaq istərkən bilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Lənkəran şəhəri “Nikah evi” tərəfindən xx.xx.1983-cü il tarixdə verilmiş İİİ-JQ seriyalı, 276538 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X14 ilə X3 arasında xx.xx.1983-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 34 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir; Bakı 4 saylı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 910118 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X14 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2155 nömrə ilə qeyd edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 31, 25 nömrəli mənzili xüsusi mülkiyyət hüququ kimi X5 adına daşınmaz əmlakın dövlət reyestrində 1300 nömrəli reyestr kitabının 118501 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh ASC-nin cavabdeh X7 ünvanlanmış xx.xx.2017-ci il tarixli, M/11-7875 saylı tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, "xxxx" ASC iiə Hüseynov Maarif ƏH oğlu arasında xx.xx.2012-ci il tarixində 110-12/EBA saylı Baş Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X7 60 (altmış) ay müddətinə 50.000 (əlli min) ABŞ dolları məbləği həddində kredit limiti ayrılmışdır. xx.xx.2012-ci il tarixli 110-12/EBA saylı Baş Kredit Müqaviləsi çərçivəsində Trasnşların ayrılmasına dair xx.xx.2013-cü il tarixində 2 saylı Müqavilə bağlanmışdır. 2 saylı müqaviləyə əsasən, ayrılmış kredit limitindən X9 illik 22% hesablanmaqla, hər ay bərabər hissələrlə ödənilməklə, 24 (iyirmi dörd) ay müddətinə 50 000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. 110-12/EBA saylı Baş Kredit müqaviləsinin təminatı kimi 02,06.2015-ci il tarixində 48-12/EBA saylı ipoteka müqaviləsinə Əlavə bağlanaraq, X9 tam mülkiyyət hüqüqu üzrə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən 31 nömrəli evin 25 saylı mənzili ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX №0677140, reyestr kitabı 1300, vərəq 118501, reyestr nömrəsi **********78- 05301-093054 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 12.06,2015-ci il). Lakin, 110- 12/EBA saylı Baş Kredit müqaviləsinin müddəaları pozularaq, 110-12/EBA saylı Baş Kredit müqaviləsində göstərilən öhdəlikləri 5 (beş) iş günü ərzində icra edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə X7 xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı şəhər Səbail rayon prokurorluğunun xx xxxxxx 2017-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi” haqqında qərarın surətindən görünür ki, ''Cavabdeh" ASC-nin nümayəndəsi X11 ifadəsində bildirmişdir ki, 2008-ci ilin may ayından etibarən o, ''Cavabdeh" ASC-də kredit mütəxəsisi işləməyə başlamışdır. O, mərhum X10 2010-2011-ci illərdən tanıyır. Maarif həmin vaxtlardan etibarən bankdan kredit götürməyə başlamış, çox məsuliyyətli müştəri olmuşdur. ….işdə olarkən xəbər saytından Maarif Hüseynovun özünü dənizə ataraq intihar etməsini eşitmiş və buna çox pis olmuşdur. Anar Zeynalov həmçinin ifadəsində Tural Hüseynovun və onun ailə üzvlərinin düzgün məlumat vermədiklərini, bankın Maarif Hüseynovu incitmədiyini, ona qarşı hər hansı bir qanunsuz hərəkətə yol verilmədiyin göstərmişdir. Maarifin evinə bildiriş göndərilmiş, bu isə rəsmi şəkildə göndərilməklə kreditin ödənilməsi bildirilmişdir. Bank tərəfindən Maarifə qarşı amansız rəftar edilməmiş, ləyaqəti alçaldılmamışdır. Maarif Hüseynova qarşı hər hansı bir şəxs tərəfindən hədə-qorxu gəlinməmişdir. Maarif Hüseynov dollarla krediti götürən zaman dolların kursu 78,60 manat olmuşdur. Ondan sonra isə dolların qiyməti iki dəfə qalxmışdır. Ona görə də artıq pul ödəmiş və Maarif buna görə də 78,60 manatla krediti ödəməyi bildirmiş, bu isə mümkün olmamışdır. İş materiallarında olan Cavabdeh ASC-nin Bakı şəhəri 9 saylı notariat ofisinə xx.xx.2019-cu il tarixli, M/11-4712 saylı ünvanlandığı məktubunun surətinə əsasən ''Cavabdeh" ASC ilə X14 arasında xx.xx.2012-ci il tarixində 110-12/EBA saylı Baş Kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin təminatı kimi xx.xx.2015-ci il tarixində 48- 12/EBA saylı ipoteka müqaviləsinə Əlavə bağlanaraq, Hüseynov Maarif ƏH oğluna tam mülkiyyət hüququ üzrə məxus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən 31 nömrəli evin 25 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015- ci il tarixli ipoteka müqaviləsi Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdıq edilmiş, lakin X14 rəhmətə getmiş və onun tərəfindən ''Cavabdeh” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş mənzili ilə bağlı vərəsəlik işinin açılıb açılmaması barədə məlumat verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat ofisinin Cavabdeh ASC-yə xx.xx.2019-cu il tarixli ünvanlandığı cavab məktubuna əsasən X5 miras əmlakına dair notariat ofisində vərəsəlik işi açılmadığı bildirilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin cavabdeh X7 ünvanlanmış xx.xx.2019-cu il tarixli, M/11-5111 saylı tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, tərəfə yenidən 110-12/EBA saylı Baş Kredit müqaviləsinin müddəaları pozularaq, 110- 12/EBA saylı Baş Kredit müqaviləsində göstərilən öhdəlikləri 5 (beş) iş günü ərzində icra edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə X7 xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixli, M/11-5180 saylı ünvanladığı “Tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması barədə” ərizəsinin surətinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən 31 nömrəli evin 25 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Lakin müqavilə üzrə öhdəliklər lazımınca icra edilmədiyindən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş sürətli poçt daşınma xidmətinin vasitəsilə xx.xx.2019-cu il tarixdə qəbul olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Cavabdeh ASC-yə xx.xx.2019-cu il tarixli, **********34 saylı ünvanlandığı sorğuya cavab məktubunun surətinə əsasən X7 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən 31 nömrəli evin 25 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ''Cavabdeh" ASC ilə X14 arasında xx.xx.2012-ci il tarixində 110-12/EBA saylı Baş Kredit müqaviləsi bağlanmışmışdır. Müqaviləyə əsasən, X7 60 (altmış) ay müddətinə 50.000 (əlli min) ABŞ dolları məbləği həddində kredit limiti ayrılmışdır. xx.xx.2012-ci il tarixli 110-12/EBA saylı Baş Kredit Müqaviləsi çərçivəsində Trasnşların ayrılmasına dair xx.xx.2013-cü il tarixində 2 saylı Müqavilə bağlanmışdır. 2 saylı müqaviləyə əsasən, ayrılmış kredit limitindən X9 illik 22% hesablanmaqla, hər ay bərabər hissələrlə ödənilməklə, 24 (iyirmi dörd) ay müddətinə 50 000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. 110-12/EBA saylı Baş Kredit müqaviləsinin təminatı kimi 02,06.2015-ci il tarixində 48-12/EBA saylı ipoteka müqaviləsinə Əlavə bağlanaraq, X9 tam mülkiyyət hüqüqu üzrə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən 31 nömrəli evin 25 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. ''Cavabdeh" ASC-nin cavabdeh İddiaçı və qeyriləərinə qarşı kredit borcunun ödənilməsi, borcun ipoteka perdmetinə yönəldilməsi və s. barədə iddia tələbi Suraxanı Rayon Məhkəməsində icraatdadır. Digər tərəfdən, iş materialları ilə müəyyyən olunur ki, X14 xx.xx.2017-ci il tarixdə ölmüş, onun ölümü ilə bağlı Bakı şəhər Səbail rayon prokurorluğunda cinayət işi başlanmış və Bakı şəhər Səbail rayon prokurorluğunun xx xxxxxx 2017-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi” haqqında qərar qəbul edilmişdir. X1 vəfat etməsinin banka məlum olması səbəbindən xx.xx.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin və Cavabdeh ASC-nin DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xx.xx.2019-cu il tarixli ərizənin etbarsız sayılmasını tələb edir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən ər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Kollegiya eyni zamanda qeyd edir ki, araşdırma zamanı iddiaçı ipoteka bildirişinin və onun qeydə alınmasının rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Hüquqi nəticə etibarı ilə bank tərəfindən borcalanın ilə üzvləri və onun əvvəl yaşadığı ünvanına bildiriş göndərilmişdir. Bu baxımdan Cavabdeh ASC-nin iddiaçının əri X7 göndərdiyi xx.xx.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin və Cavabdeh ASCnin DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xx.xx.2019-cu il tarixli ərizənin etibarsız hesab edilməsi etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. “İpoteka haqqında” Qanunun “ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsinə görə, İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, 0 cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Qanunun 36.2-ci maddəsində isə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə əks etdirilməli məlumatlar göstərilmiş- 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti. Həmin Qanunun 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsinin ipoteka müqaviləsində nəzərdə tutulduğu və ya ipoteka kağızının verildiyi hallar istisna olmaqla, məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi barədə təklif və ya ipoteka predmetinə notariusun icra qeydi və ya məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Həmin Qanunun 36.3-cü maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4-cü maddəsinin tələbinə görə tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanının dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Yuxarıda qeyd olunduğu kimi, bankla X14 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi ona məxsus olan əmlakı bankın xeyrinə ipoteka ilə yüklü etmiş, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilməmişdir. İş üzrə iddiaçı tərəfin banka müraciət edərək X5 ölümü ilə bağlı müraciət etməsi iş materialları ilə sübut olunmur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından X2 və ipoteka müqaviləsi bağlandığı vaxtdan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivində yerləşən 31 nömrəli evin 25 saylı mənzildə qeydiyyatda olduğu aydın olur, bu baxımdan bank tərəfindən bildiriş borcalan, ipoteka qoyon və onun ailə üzvlərinin yaşadığı həmin ünvana göndərmişdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin e-2(005)-1977/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1947/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1947/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver