Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1950/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Qanuni nümayəndə və X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və mənzilə köçürülmə tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili X8, habelə nümayəndəsi, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçün şəxs Qanuni nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 iştirakı ilə İddiaçı Cavabdeh qarşı (Qanuni nümayəndə və X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5566/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) 1980-ci ildən başlayaraq, Bakı Elektron hesablayıcı maşınları zavodunda nəzarətçi vəzifəsində çalışmışdır. O, 6 nəfərdən (özü, əri, 3 qızı və 1 oğlu) ibarət ailə tərkibi ilə birlikdə mənzil növbəsinə dayanmış və Nizami Rayon İcra Hakimiyyəti Başçısının “Bakı Elektron hesablayıcı maşınları zavodunun işçisi vətəndaş İddiaçı mənzil verilməsi haqqında” 1229 saylı, xx.xx.1995-ci il tarixli Sərəncamı ilə ona və ailə üzvlərinə Bakı şəhəri, Yasamal rayonu, Yeni/Yasamal-1 ünvanında yerləşən 14 saylı binanın 183 saylı mənzilinə (mübahisəli mənzil) köçmək üçün orderin verilməsi və həmin orderə iddiaçının və onun ailə üzvü olan digər 5 nəfərin daxil edilməsi qərara alınmışdır. X11 Nizami rayon İcrayə Komitəsinin Yaşayış sahəsinin uçotu və bölüşdürülməsi idarəsi tərəfindən verilmiş 027082 nömrəli, xx.xx.1995-ci il tarixli orderə əsasən mübahisəli mənzil yaşamaq üçün iddiaçının və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. Cavabdeh (bundan sonra cavabdeh), habelə onun uşaqları olan üçüncü şəxslər Qanuni nümayəndə və X2 rayonunda pasport qeydiyyatında olmaqla həmin rayonda yaşamışdılar. Həmin ərazilərin erməni işğalından sonra onlar 1992-ci ildə məcburi köçkün kimi mübahisəli mənzildə məskunlaşmışdılar və həmin vaxtdan da orada yaşayırlar. Azərbaycan Respublikası Qaçqınların və X12 Üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən cavabdeh, habelə üçüncü şəxslər Qanuni nümayəndə və X14 ailə üzvləri ilə birgə məcburi köçkün olaraq sıx məxkunlaşma obyekti olan mübahisəli mənzildə məskunlaşmışlar. Hazırda komitə tərəfindən tərtib edilmiş işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahıları üzrə X7 və Qanuni nümayəndə adı ailə üzvləri ilə birgə məskunlaşdıqları üznvan üzrə qeydiyyata alınmışdır. Lakin Cavabdeh adı mülkiyyətində olduğu Abşeron rayonu, Masazır kəndi ərazisində X35 küçəsi 53 ünvanı üzrə qeydiyyatı aparılmışdır. Böyük qayıdışla bağlı Laçın şəhərindən məcburi köçkün Cavabdeh öz doğma yurdu Laçın şəhərində özlərinə məxsus fərdi yaşayış evi bərpa olunmadığı üçün köçürülməsi həyata keçirilməmişdir. Onun mülkiyyətində Abşeron rayonu, Masazır kəndi ərazisində X35 küçəsi 53 ünvanında 0,1068 ha torpaq sahəsində yerləşən 206,6 kv.metr fərdi yaşayış evi ilə yanaşı, həmçinin Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsində yerləşən 26 saylı evin, 8 nömrəli, sahəsi 48,08 kv.metr mənzilin də olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunla Təsərrüfat Birliyinin 19 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Laçın rayonundan məcburi köçkün olan olan Cavabdeh ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə məskunlaşmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni/Yasamal-1 ünvanında yerləşən 14 saylı binanın 183 saylı mənzilindən ailə üzvləri ilə birlikdə (X9, X14, X23, X19, X24, X15) çıxarılaraq onun ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəlidir, 5 nəfər ailə üzvü ilə birlikdə kirayə əsaslarla başqa mənzildə yaşayır. O və həyat yoldaşı Nümayəndə 1980-1990-cı illərdə Bakı Elektron hesablayıcı Maşınlar zavodunda işləmişdilər. Həmin iş yerindən onlara Bakı şəhəri, Yasamal rayonu, Y/Yasamal-1, 14 saylı evin 183 saylı mənzili verilmişdir. Onlar ailəliklə həmin mənzil üzrə pasport qeydiyyatına alınmışdılar. Lakin həmin dövrdə Laçın rayonundan məcburi köçkün olan X16 (1939-cu il tarixdə dünyasını dəyişibdir), Cavabdeh, X10, X17, X20, X19 iş yerindən “order” əsasında ona verilmiş həmin mənzili zəbt etmişdilər. Həmin vaxt bu şəxslərin mənzildən çıxarılması üçün aidiyyəti qurumlara müraciət etsə də, ona torpaqlarımızın tezliklə erməni işğalından azad olunacağı bildirilmiş və bununla bağlı bir qədər gözləmək tövsiyyə olunmuşdur. Artıq Laçın rayonu işğaldan azad edilmişdir. O da ailəsi ilə birlikdə qanunla ona verilmiş mənzilə köçmək istəyir.
4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, hazırda Laçın rayonuna hissə-hissə qaçqınların qayıdışı başlamışdır, onlar da öz növbəsini gözləyir. Bundan başqa onların yaşadığı mənzilə iddiaçı 1995-ci ildə qeyri-qanuni order almışdır və hazırda qanunsuz olaraq onları mənzildən çıxarmaq istəyir. Halbuki, həmin mənzilin hansı şəxsin balansında olduğu məlum deyil. Göstərilənlərin nəzrə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5566/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən 183 saylı mənzildən çıxarılması, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən 183 saylı mənzilə köçürülməsi qət edilmişdir. (X3 qızı)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa İnsan hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Bu səbəbdən məhkəmə iddia ərizəsini əsaslı hesab etmiş və təmin edilməsi qənatəinə gəlmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 43-cü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının xx.xx.1952-ci il tarixli 1 saylı protokolunun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.5-ci, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və icraata xitam verilməsini, habelə qanunsuz və əsassız qətnamə qəbul etmiş hakim barədə xüsusi qərardad qəbul etməklə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına göndərilməsini xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, həmin binanın orderi olsa da, onlar 1992-ci ildə öz vəsaitləri hesabına doqquz mərtəbəli binanı inşa edərək, həmin mənzilə köçmüşdülər. Ən vacib məqam ondan ibarətdir ki, birinci instansiya məhkəməsi ölkə başçısının xx.xx.2004cü il tarixli Sərəncamının tələblərinə riayət etmədən (həmin sərəncamın 2-ci bəndinə əsasən məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan sonra, həmin mənzillər boşaldılır), bu barədə məhkəmələrdə minlərlə qətnamələr olduğu halda, qanunsuz və əsassız qətnamə qəbul etməklə, qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında Cavabdeh vəkili X21 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddiaya qarşı etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı mübahisəli mənzilin ona məxsus olmasını təsdiq edən orderi qanunsuz olaraq əldə etmiş və bu səbəbdən həmin order hazırda cavabdehin oğlu tərəfindən Bakı İnzibati Məhkəmədə mübahisələndirilir. Belə bir halın mövcudluğu hazırki iş üzrə icraatın dayandırılmasını şərtləndirir. Göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraatın dayandırılmasını, əks halda apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi, eyni zamanda məhkəmə kollegiyasının təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçün şəxs qismində cəlb edilmiş Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddiaya qarşı etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onlar ilk olaraq ailəliklə başqa bir mənzildə sıxınmışdılar. Bundan sonra onlara həmin mənzilin başqa bir şəxsin mülkiyyətində olması barədə məlumat verilmiş və hazırda mübahisələndirilən mənzilin hər hansı bir şəxsin mülkiyyətində olmaması, yəni sahibsiz olması səbəbindən onlar bu mənzilə köçürülmüşdür. Həmin mənzil faktiki olaraq yarımtikili vəziyyətdə olmuş və onlar öz vəsaiti hesabına həmin mənzili tam inşa edərək, hazırki vəziyyətə çatdırmışdılar. İddiaçı hazırda istinad etdiyi orderi sonradan, qanunsuz yollarla əldə etmişdir. Bu səbəbdən order onun tərəfindən hazırda Bakı İnzibati Məhkəməsində mübahisələndirilir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında məhkəmə kollegiyasının təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X14 hazırda ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşadığını, həmin mənzilə köçən zaman onun yarımtikili vəziyyətdə olduğunu, tikinti işlərinin onlar tərəfindən başa çatdırıldığını bildirmiş və həmin mənzildən çıxarılmamasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X12 Üzrə Dövlət Komitəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
16. 01 oktyabr 2009-cu il tarixədək qüvədə olan Mənzil Məcəlləsinin: 48-ci maddəsinin 1-ci hissəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır; 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər; 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 54-cü maddəsinin 1-ci maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir; 54-cü maddəsinin 3-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 79-cu maddəsinə əsasən yaşayış sahəsinin icarədarı və onunla yaşayan ailə üzvləri, qarşılıqlı razılığa əsasən, istifadələrində olan yaşayış sahəsində başqa vətəndaşlarla (müvəqqəti sakinlərlə) əsas icarədardan icarəyə götürmə müqaviləsi bağlamadan və sahədən istifadə haqqı almadan onların müvəqqəti yaşamasına icazə verə bilərlər. Müvəqqəti sakinlərin bir ay yarımdan artıq müddətə köçməsinə yalnız bu Məcəllənin 40-cı maddəsinin birinci hissəsində müəyyən olunmuş mənzil sahəsi normasına əməl etmək şərtilə yol verilir. Müvəqqəti sakinlər icarədarın və ya onunla yaşayan ailə üzvlərinin tələbi ilə yaşayış sahəsini dərhal boşaltmalıdırlar. Müvəqqəti sakinlər imtina etdikdə başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında çıxarılmalıdırlar.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx.xx.1999-cu il tarixli Qanun 5-ci maddəsinə görə məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”nın 4-cü bəndinə əsasasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin hüquqlarını pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.
20. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir.
21. “Akimova Azərbaycana qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1950/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5566/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi “Cavabdeh ailə üzvlərinin mənzildən çıxarılması və İddiaçı ailə üzvlərinin həmin mənzilə köçürülməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır.
25. Bununla belə, hazırkı apellyasiya şikayəti yalnız “Cavabdeh mübahisəli mənzildən çıxarılması və İddiaçı həmin mənzilə köçürülməsi” hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, X11 Nizami rayon İcrayə Komitəsinin Yaşayış sahəsinin uçotu və bölüşdürülməsi idarəsi tərəfindən verilmiş 027082 nömrəli, xx.xx.1995-ci il tarixli orderə əsasən mübahisəli mənzil yaşamaq üçün iddiaçının və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. Cavabdeh (bundan sonra cavabdeh), habelə onun uşaqları olan üçüncü şəxslər Qanuni nümayəndə və X2 rayonunda pasport qeydiyyatında olmaqla həmin rayonda yaşamışdılar. Həmin ərazilərin erməni işğalından sonra onlar 1992-ci ildə məcburi köçkün kimi mübahisəli mənzildə məskunlaşmışdılar və həmin vaxtdan da orada yaşayırlar. Bu baxımdan mənzil qeyd edilən sənəd üzrə məhz iddiaçıya məxsusdur və onun mənzilə münasibətdə mülkiyyət hüququnun əldə edilməsi üçün hüquqi gözləntisi var.
28. Cavabdeh iddiaçının ailə üzvü deyil, bu mənzilə iddiaçının və ya onun ailə üzvlərinin razılığı ilə köçməmiş, mənzil üzrə onunla ümumi təsərrüfat aparmamışdır. Cavabdeh faktiki olaraq mənzili özbaşına tutmaqla 1992-ci il tarixdən etibarən hər hansı hüquqi əsas olmadan orada yaşayır. Bu hal iddiaçıya məlum olduqdan sonra cavabdehin mənzildə müvəqqəti olaraq qalmasına etiraz etməməsi onun mənzilə münasibətdə hər hansı hüququnun yaranmasına əsas ola bilməz. Ən yaxşı nəticədə, cavabdeh müvəqqəti sakin kimi qiymətləndirilə bilər və belə olan halda da cavabdeh iddiaçının tələbi ilə mənzili dərhal boşaltmalıdır. İddiaçı da hazırda məhz bunu tələb edir.
29. Hüquqi nəticə etibarı ilə iddiaçının order əsasında ona məxsus olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə sərbəstdir. Həmin mənzildə hazırda cavabdeh yaşayır, mənzil onun istifadə və sahibliyindədir. Cavabdehin bu mənzildə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onunla iddiaçı arasında kirayə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Cavabdehin iddiaçıya məxsus olan mənzildə məskunlaşması və məskunlaşmanın qeyrimüəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə iddiaçının həmin mənzilə olan bütün hüquqlarının pozulmasına səbəb olur. İstifadə və sahiblik hüququnun olmasına baxmayaraq, iddiaçı hazırda qeyd edilən mənzilə sahiblik və ondan istifadə edə bilmir. Bu əmlak onun iradəsindən asılı olmayaraq istifadə və sahibliyindən çıxmışdır.
30. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, Abşeron rayonu, Masazır kəndi, X35 küçəsi 53 ünvanında olan 0,1068 ha torpaq sahəsi üzərində yerləşən 206,6 kv.metr ölçüdə fərdi yaşayış evi və Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsində yerləşən 26 saylı evin, 8 saylı mənzili hazırda cavabdehin mülkiyyətindədir. Bu baxımdan qanuniliyindən asılı olmayaraq, cavabdehin 1992-ci ildə mübahisəli mənzildə məskunlaşmasının əsasında onun yaşayış sahəsinə olan ehtiyacının aradan qaldırılması dururdusa, hazırda bu ehtiyac da aradan qalxmışdır.
31. Bununla belə, məhkəmə kollegiyası cavabdehin öz doğma yerlərinə qayıtdıqdan sonra mənzili boşaltmalı olması barədə dəlillərini tamamilə əsassız hesab edir və qeyd edir ki, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşaması iddiaçının hazırda da qüvvədə olan order əsasında ona məxsus olan bu əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu məhdudlaşdırmaqla, pozur. Bu səbəbdən iddiaçının həmin əmlaka olan hüquqlarının qorunması və bərpa edilməsi, o cümlədən cavabdehin onun hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır.
32. Məhkəmə kollegiyası cavabdehin digər dəlili ilə bağlı qeyd edir ki, cavabdeh 1992-ci ildən həmin mənzildə qanunsuz əsaslarla yaşayır və hər hansı təmir-tikinti işləri görmüşdürsə də, bu işləri özbaşına və özünün qanunsuz yaşayışının təmin edilməsi (yaxşılaşdırılması) məqsədi ilə görmüşdür. Digər tərəfdən bu halın mövcudluğu belə hazırki iddianın rədd edilməsi üçün əsas ola bilməz.
33. Məhkəmə iddia tələbinin “mənzilə köçürülmə” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bu mənzili daimi əsaslarla tərk etməmiş, onun öz iradəsinə zidd olaraq mənzilə olan fiziki bağlılığı kəsilmişdir. Lakin qeyd edilən order mənzilin ona məxsus olduğunu təsdiq etməklə, bu tələbin digər tələbdən asılı olmayaraq əsaslı olduğunu təsdiq edir. Həmin mənzildə cavabdehdən başqa hazırda onun ailə üzvlərinin (iddiaçı onlara qarşı hər hansı tələb irəli sürməmişdir) yaşaması da bu tələbin rədd edilməsi üçün əsas ola bilməz. Eyni zamanda, məhkəmə kollegiyası cavabdehin oğlu tərəfindən Bakı İnzibati Məhkəməsində mübahisəli mənzillə bağlı iddiaçıya verilmiş orderin ləğv edilməsi barədə iddia qaldırılmasını da hazırki iş üzrə icraatın dayandırılması üçün əsas hesab etmir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin hakimi barədə xüsusi qərardad çıxarılması tələbi ilə bağlı qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir. Lakin məhkəmə kollegiyası bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması halını aşkar edərsə, kobud pozuntuya yol vermiş hakim barəsində öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz və bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz.
35. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılmasını nəzərə alıb hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5566/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.