Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1961/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia tələbi üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehlərin) nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-27/2021 saylı iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «əmlakın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Bəxtiyar Əliyev küçəsi ev 49-da yerləşən 2 saylı mənzilin real bölünməsinə və uşaqları İddiaçı1 və Eyvazzadə Renat Vaqif oğluna çatan 2/7 hissədə payların naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək,cavabdeh Etvazov Heytdər Vaqif oğluna qarşı iddia tələbini irəli sürərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Bəxtiyar Əliyev küçəsi ev 49-da yerləşən 2 saylı mənzilin onun uşaqları İddiaçı1 və Eyvazzadə Renad Vaqif oğluna çatan 2/7 hissədə payın naturada ayrılmasına dair qətnamə qəbul edilməsinə və ya onun dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Bəxtiyar Əliyev küçəsi ev 49-da yerləşən 2 saylı mənzilin açıq hərracdan satılaraq, əldə olunmuş vəsaitin paylı mülkiyyətçilər arasında paylarına uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Qanuni nümayəndə 1999-cu ildən mərhum Eyvazov Vaqif Heydərqulu oğlu ilə vətəndaş nikahında yaşamış, həmin nikahdan 2002-ci ildə İddiaçı1 və 2004-cü il ildə Eyvazzadə Renad Vaqif oğlu dünyaya gəlmişdir. xx.xx.2016-cı il tarixində isə Eyvazov Vaqif Heydərqulu oğlu vəfat etmişdir. Eyvazov Vaqif Heydərqulu oğlu vəfat etdikdən sonra 1 saylı ASAN xidmət mərkəzində Notariat Kontorunda V-177/2016 saylı vərəsəlik işi açılmış, qeyd olunan vərəsəlik işi üzrə Eyvazov Vaqif Heydərqulu oğlunun adına miras əmlak yalnız ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52,47 kv/m, yaşayış sahəsi 30,15 kv/m olan 2 otaqlı 2 saylı mənzildən ibarət olmuşdur. 1 saylı ASAN xidmət mərkəzində Notariat Kontorunda açılmış V- 177/2Q16 saylı vərəsəlik işi üzrə miras əmlakın (ünvan 2 ünvanında yerləşən 2 saylı mənzil) 1/2 hissəsi Eyvazova Züleyxa Bəylər qızının mülkiyyətinə verilmiş, qalan ½ hissəsi isə 8 vərəsə arasında bölünmüş 8 vərəsədən 6-sı öz paylarından Eyvazova Züleyxa Bəylər qızının xeyrinə imtina etmişdir. Bu əmlakdan yalnız 1/16 hissəsi bir oğlu İddiaçı1 və 1/16 hissəsi digər oğlu Eyvazzadə Renad Vaqif oğluna pay düşmüşdür, Sözügedən miras əmlakın yuxarıdakı kimi bölünməsinə razı olmayaraq Qanuni nümayəndə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə, 1 saylı ASAN xidmət mərkəzində Notariat Kontorunun xüsusi notarisu Tağızadə Bəsdi Əsgər qızına, Eyvazova Züleyxa Bəylər qızına qarşı V-177/2016 saylı vərəsəlik işi üzrə 1 saylı ASAN xidmət mərkəzində Notariat Kontoru tərəfindən verilmiş vərəsəlik şəhadətnamələrinin və Azərbaycan Respublikası Əmlak Məsələləri yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın ləğv olunması və ünvan 3 ünvanında yerləşən əmlakın qanun üzrə vərəsələr arasında yenidən bölünməsi və onların hər birinə düşən pay müəyyən olunmaqla yeni vərəsəlik şəhadətnamələrinin verilməsi, ünvan 3 ünvanında yerləşən əmlaka vərəsələrə düşən payları müəyyən olunmaqla ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən yeni Çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsinin qəbul etdiyi 2(002)-371/2018 saylı, 28 mart 2018-ci il tarixli qətnamə ilə iddia rədd edilmiş, daha sonra iddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti və şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Tofiq Səmədovun sədrlik etdiyi məhkəmə iclasında baxılmış və Qaradağ Rayon Məhkəməsinin 2(002)-371/2018 saylı 28 mart 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasına, iddianın təmin olunmasına dair 2(103)-6993/2018 saylı, 19 iyul 2018-ci il tarixli qətnamə qəbul olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6993/2018 saylı, 19 iyul 2018-ci il qətnaməsi qanuni qüvvəsini almış, qeyd olunan qətnamə əsasında ünvan 3 ünvanında yerləşən əmlak mərhumun vərəsələri arasında yenidən bölünmüş, hər bir vərəsəyə əmlakın 1/7 hissədə pay müəyyən olunmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX tərəfindən yeni RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.Belə ki, ərizəçi ərizəsində qeyd etmişdir ki, qeyd olunan əmlaka uşaqlarınının pay hüququ yaransa da uşaqları həmin əmlakdan istifadə edə bilmirlər. Belə ki, ərizəçi uşaqları ilə birlikdə qeyd olunan mənzilə dəfələrlə getsə də cavabdehlər onları həmin mənzilə buraxmamış nəticədə uşaqlarının Azərbaycan Respublikası Konstitusiyasında və Mülki Məcəlləsində, eyni zamanda digər beynəlxalq normativ hüquqi aktlarda təsbit olunmuş hüquqları pozulmuşdur. Onu da qeyd etmişdir ki, ərizəçinin və onun uşaqlarının mərhumun digər vərəsələri ilə münasibətləri çox pisdir. Belə ki, onlar yeri gəldi-gəlmədi ərizəçini təhqir edir və hədə qorxu gəlirlər. Mərhumun vərəsələri ərizəçinin barəsində dəfələrlə bir çox instansiyalara şikayət etmiş, bütün hallarda araşdırmalar aparılmış, onların şikayətlərinin heç əsası olmadığı onlara sübut olunmuşdur. Belə ki, yuxarıda qeyd olunanlardan tam aydın olur ki, Qanuni nümayəndə uşaqları ilə mərhumun digər vərəsələrinin bir yerdə yaşaması, onların mətbəx və digər vasitələrdən birgə istifadə etməsi mümkün deyildir. Bu onun övladları üçün təhlükə mənbəyi olacaqdır. Ona görə də hesab edirəm ki, ünvan 4 ünvanında yerləşən əmlak real bölünməli və mənim övladlarıma çatan 2/7 hissədə pay naturada ayrılmalıdır. Bu səbəbdən ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Bəxtiyar Əliyev küçəsi ev49-da yerləşən 2 saylı mənzilin real bölünməsinə və uşaqları İddiaçı1 və Eyvazzadə Renat Vaqif oğluna çatan 2/7 hissədə payların naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-27/2021 saylı iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Ümumi paylı mülkiyyətdə olan ünvan 2, 2 saylı mənzili açıq hərracdan satılması, mənzilin satışından əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib, yəni 74\105 hissədə Cavabdeh4, 31\210 hissədə İddiaçı1, 31\210 hissədə Eyvazzadə Renad Vaqif oğluna verilməsi, Ümumi paylı mülkiyyətdə olan ünvan 2, 2 saylı mənzilin ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən olunması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, mənzilin ilkin satış qiyməti yenidən müəyyən edilməklə qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4925/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev № 49-da yerləşən 2 №-li mənzilin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 dekabr 2020-ci il tarixli, 2(102)- 6608/2021 saylı qərarı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4925/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və yenidən baxılması üçün həmin məhkəməyə geri qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında ilkin iddia tələbi üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehlərin) nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-27/2021 saylı iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia üzrə iddiaçıların Cavabdeh4 qarşı “əmlakın açıq hərracdan satılaraq, əldə olunmuş pul vəsaitinin paya uyğun bölünməsi” tələbinə dair ilk iddiası və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh4 cavabdehlə İddiaçı1 və Eyvazzadə Renad Vaqif oğluna qarşı “əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair qarşılıqlı iddiası təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın məzmunundan aydın olur ki, ünvan 2-da yerləşən sahəsi 52.47 kv.m olan 2 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 74\105 hissədə, İddiaçı1 31\210 hissədə, Eyazzadə Renad Vaqif oğlunun 31\210 hissədə payı müəyyən edilməklə, dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Qiymətləndirmə Xidməti Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, QXM 304\M № li ekspert rəyinin məzmunundan aydın olur ki, ünvan 2-da yerləşən sahəsi 52.47 kv.m olan 2 saylı mənzilin bazar dəyəri 50000.0 (əlli min) manat təşkil edir. Aparılmış ekspert tədiqiatının dəyəri 600 manat təşkil edir. İş materiallarında olan 15274 № li 12 sentyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinin məzmunundan aydın olur ki, ünvan 2-da yerləşən sahəsi 52.47 kv.m olan 2 saylı mənzilin naturada paylara uyğun bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş, 1 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 827175 nömrəli ölüm haqqında şəhadətnamənin məzmunundan görünür ki, Eyvazov Vaqif Heydərqulu oğlu 05 iyul 2016-cı il tarixində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubun məzmunundan aydın olur ki, ünvan 2-da yerləşən sahəsi 52.47 kv.m olan 2 saylı mənzil aşağıda qeyd olunanların mülkiyyətindədir: İddiaçı1 31\210 hissədə, Cavabdeh4 74\105 hissədə, Eyvazzadə Renad Vaqif oğlunun 31\210 hissədə mülkiyyətindədir. İş materiallarında olan 1 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin 22 yanvar 2020-ci il tarixli məktubu ilə müəyyən olunur ki, xx.xx.2017-ci ildə vəfat etmiş Cavabdeh5 hüquqi varisinin müəyyən edilməsi ilə bağlı vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyənləşdirilərək xx.xx.2019-cu il tarixdə Cavabdeh1, Eyvazov Namiq, Eyvazov Asif, Talıbova Zəri, Eyvazova Məleykə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Eyvazzadə Renad və xx.xx.2019-cu il tarixdə İddiaçı1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarından müəyyən olunur ki, miras payın bağışlanmasına dair xx.xx.2019cu il tarixli müqavilə ilə müəyyən olunur ki, Cavabdeh1, Eyvazov Namiq, Eyvazov Asif, Talıbova Zəri, Eyvazova Məleykə, Cavabdeh2, Cavabdeh3 miras əmlakdan onlara çatan payı Cavabdeh4 bağışlamışlar. Bundan sonra xx.xx.2019-cu il tarixdə reyestrdə qeydiyyat aparılmış mübahisəli mənzil üzərində paylar aşağıdakı kimi müəyyən edilmşdir. Cavabdeh4 74/105, Cavabdeh5 1/105, Murad Eyavazzadə 15/105, Renad Eyvazzadə 15/105. "xxxx" MMC-in xx.xx.2020-ci il tarixli rəyi ilə müəyyən olunur ki, mübahisəli evin bazar dəyəri 50000 manat müəyyən edilmişdir. Cavabdeh4 xx.xx.2021-ci il tarixdə MPM-in 53-cü maddəsinə əsasən qarşılıqlı iddia tələbini dəqiqləşdirmiş mübahisəli evin açıq hərracda satılması və satışdan əldə olunan pulun mülkiyyətçilərin paylarına mütənasib yəni çıxarışa əsasən 74/105 hissədə onun, 15/105 hissədə Eyvazzadə Renad Vaqif oğlunun, 15/105 hissədə İddiaçı1 və 1/105 hissədə Cavabdeh5 münasibətdə bölünməsini xahiş etmişdir. Eyni zamanda Qanuni nümayəndə da iddia tələbini dəqiqləşdirmiş evin açıq hərracda satılması və əldə olunan pulun çıxarışda göstərilən şəxslər arasında bölünüb verilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Bu zaman isə xx.xx.2019cu ildə aparılmış qeydiyyata əsasən verilmiş çıxarışa istinad etmişdir. Həmin çıxarışda isə paylar aşağıdakı kimi müəyyən edilmişdir. Cavabdeh5 1/7, İddiaçı1 1/7, Renad Eyvazzadə 1/7, Cavabdeh4 4/7 hissə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1.-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.4.-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5.-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6.-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, işin halları ilə müəyyən olunur ki, ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən mübahisəli mənzil üzərində mülkiyyətçilərin sayı 7 olmuş, bundan sonra məhz məhkəmə icraatı dövründə digər mülkiyyətçilər sıradan çıxmış (əmlakın bağışlanması, vərəsələrdən birinin vəfat etməsi, onun əmlakının vərəsələri arasında bölünməsi, miras əmlakın bağışlanması qaydasında) və faktiki olaraq miras əmlak üzərində payı bəlli 3 mülkiyyətçi qalmışdır. Bundan sonra məhkəmələr faktiki olaraq yeni yaranmış paylara uyğun mənzilin naturda ayrılmasının mümkünlüyünü araşdırmamış, məhz əvvəl müəyyən olunmuş paylara münasibətdə bölgünün mümkünsüz olması ilə bağlı rəylə razılaşmışlar. Halbuki Mülki Məcəllənin 220.6-cı maddəsində qeyd edilir ki, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda hərrac vasitəsi ilə əmlakın satılması mümkündür. Baxılan iş üzrə yaranmış vəziyyətdə isə tərəflərin əvvəlki qaydalara əməl edilməsi nəticəsinə gəlmək mümkünsüzdür. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bununla yanaşı nəzərə alınmalı idi ki, həm ilk, həm də qarşılıqlı iddia ərizələri və əlavələr (hərracda satılma və satış pulunun paya uyğun bölünməsi) verilərkən miras əmlak üzərində baxılan iş üzrə tərəf olan mülkiyyətçilərin tam mülkiyyət hüquqları yaranmamışdır. Çünki Cavabdeh5 xx.xx.2017-ci ildə vəfat etmiş, onun payının hazırki mülkiyyətçilər arasında bölünməsi xx.xx.2020-ci ildə başa çatmışdır. Belə olan halda isə baxılan iş üzrə mülkiyyətçilərin payın naturada ayılmasını tələb etmək və müvafiq kompensasiyanın ödənilməsi ilə bağlı təklifi irəli sürmək hüququna məhz miras əmlak üzərinə paylarına uyğun hüquqlarının qeydiyyata alınması anından malik ola bilərdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiya məhkəməsinin yuxarıda göstərilən göstərişləri nəzərə alınmaqla mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki еkspеrtizаsı təyin еdilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 aprel 2022-ci il tarixli, 10/1740 nömrəli rəyi əldə edilmişdir. Həmin rəydən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsi Bəxtiyar Əliyev küçəsi ev 49-da yerləşən 2 saylı mənzili naturada təcrid mənzillər şəkilində 3 hissəyə Murad Eyvazzadı (payl 31/210 hissə), Renad Eyvazzadə (payı 31/210) və Cavabdeh4 (payı 74/105 (148/210) hissə) payların uyğun şəkildə bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9 bəndlərinin və Məhkəmə Tikinti- Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Kollegiya qeyd edir ki, nə qədər ki, yeni qaydada paylar müəyyən olunmuşdur və tərəflərin qarşılıqlı olaraq mənzilin açıq hərracda satılması ilə bağlı tələbləri mövcuddur, bu halda yeni paylara münasibətdə qarşılıqlı olaraq ayrılmaq istəyən mülkiyyətçilər birbirindən payın dəyərini digər mülkiyyətçilərdən tələb etməli və bu təkliflərə digər tərəfin hər hansı münasibət bildirməsi müəyyən olunduqdan sonra 3-cü qaydanın tətbiqi mümkün hesab edilməlidir. Hazırki halda isə göstərilən qaydalara əməl olumadığından mübahisəli əmlakın hərraca çıxarılma və satış pulunun paylara müvafiq olaraq bölünməsi mümkün deyildir. Hətta ona da diqqət yetirilməlidir ki, paylı mülkiyyətçilər əvvəlki paylarına münasibətdə də öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmədiklərindən 3-cü qaydanın (hərracda satılma satış pulunun paylara uyğun bölünməsi) tətbiqi mümkünsüz olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə yekun nəticəyə gələrkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən və yuxarıda qeyd edilən maddi hüquq normasının tələblərini pozduğundan iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, hər iki iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə hər iki iddia ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçılarn özünə aid edilməlidir. Kollegiya qeyd edir ki, hazırki halda hər iki iddia tələbi təmin edilmədiyindən iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 200 manat məbləğində pul vəsaiti ilk iddia və qarşılıqlı iddia tələbi üzrə tərəflərdən bərabər qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmçinin iş üzrə aparılmış qiymətləndirmə ekspertizasının dəyəri olan 600 manat məbləğində pul vəsaiti ilk iddia tələbi və qarşılıqlı iddia tələbi üzrə tərəflərdən bərabər qaydada tutularaq "xxxx" MMC-yə ödənilmidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-27/2021 saylı iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia üzrə iddiaçıların Cavabdeh4 qarşı “əmlakın açıq hərracdan satılaraq, əldə olunmuş pul vəsaitinin paya uyğun bölünməsi” tələbinə dair ilk iddiası və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh4 cavabdehlə İddiaçı1 və Eyvazzadə Renad Vaqif oğluna qarşı “əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair qarşılıqlı iddiası təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-27/2021 saylı iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia üzrə iddiaçıların Cavabdeh4 qarşı “əmlakın açıq hərracdan satılaraq, əldə olunmuş pul vəsaitinin paya uyğun bölünməsi” tələbinə dair ilk iddiası və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh4 cavabdehlə İddiaçı1 və Eyvazzadə Renad Vaqif oğluna qarşı “əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair qarşılıqlı iddiası təmin olunmasın. İş üzrə ilk iddia tələbi üzrə ödənilmiş 10 manat məbləğində və qarşılıqlı iddia tələbi üzrə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu ilk və qarşılıqlı idida tələbi üzrə tərəflərə aid edilsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 200 manat məbləğində pul vəsaiti ilk iddia və qarşılıqlı iddia tələbi üzrə tərəflərdən bərabər qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə aparılmış qiymətləndirmə ekspertizasının dəyəri olan 600 manat məbləğində pul vəsaiti ilk iddia tələbi və qarşılıqlı iddia tələbi üzrə tərəflərdən bərabər qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1961/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1961/2022
22.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver