Məhkəmə qərarları › İş №2(103)-1973/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1973/2020

02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1973/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “xxxxxxxxx” QSC-nin cavabdehlər Cavabdeh2, “xxxxx” MMC və “X1” MMC-yə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Bankın cavabdehlərə qarşı irəli sürdüyü iddianın qismən təmin edilməsini; iddiaçı Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Kredit xətti müqaviləsi” çərçivəsində bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit razılaşması” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 151.924,70 ABŞ dolları, faiz borcunun ödənilməsi məqsədi ilə 48.806,17 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 2000 ABŞ dolları, cəmi isə 202.730,87 ABŞ dolları məbləğində pulun (rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun Cavabdeh2 və zamin olan hər iki MMC-dən müştərək qaydada tutularaq iddiaçı Banka ödənilməsini; tutmanın ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə yönəldilməsini; qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 460.000 manat müəyyən edilməklə açıq hərracdan satılmasını və əldə oluna biləcək pul vəsaiti hesabına qeyd edilən borcun ödənilməsini; borc ödənildikdən sonra artıq qala biləcək pul məbləğinin cavabdeh “xxxxx” MMC-yə ödənilməsini; satıldığı halda qeyri-yaşayış sahəsinin 1 aydan sonra boşaldılmasını; iddianın qalan hissədə təmin edilməməsini; ekspertiza tədqiqatının xərcini təşkil edən cəmi 195 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada dövlət nəfinə tutulmasını qət etmişdir. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı Bank ərizə ilə Məhkəməyə müraciət edərək mövcud mülki mübahisənin cavabdehlər ilə məhkəmədən kənar həll etdiyi və bu səbəbdən də iddiadan imtina etdiyini bildirdi. Göstərilənlər ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. İddiadan imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə MPM-nin 391-ci maddəsinə əsasən ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxxxxxxx” QSC-nin iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar