Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2002/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2017-ci il tarixli, 36/03 nömrəli hərracın yekunları barədə protokolun, həmin hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh3 ASC-yə verilən xx.xx.2017- ci il tarixli, ******* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh3 ASCin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərinə həbs qoyulması, Cavabdeh3 ASC tərəfindən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının özgəninkiləşdirilməsi, o cümlədən bankın və ya digər şəxslərin öhdəliklərinə görə ipotekaya (sonrakı ipotekaya) qoyulması (yüklü edilməsi), istifadə olunmasının, icarəyə verilməsinin, ümumiyyətlə həmin qeyri-yaşayış binasına dair hər hansı bir sərəncam verilməsinin cavabdeh “Turanbank" ASC-nə və başqa şəxslərə qadağan edilməsinə, Cavabdeh3 ASC-yə və başqa şəxslərə ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binasında "xxxx" MMC-yə məxsus əmlakların boşaldılmasının, (çıxarılması), həmin əmlaklara dair qanunsuz hərəkətlərə yol verilməsinin (sökülməsi, sıradan çıxarılması, zədələnməsi, satılması və s.) qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(005)- 932/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilmiş, ərizə qalan hissədə təmin olunmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-932/2021 nömrəli qətnaməsi ilə iddia rədd olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1071/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5140/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Cavabdeh3 ASC iddianın təmin tədbirinin ləğvi barədə ərizə vermiş, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə cavabdehlərə və digər şəxslərə qoyulmuş qadağanın götürülməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək əmlakın özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülmüşdür. İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının sübutlar təqdim etmək imkanı məhdudlaşdırılıb. Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər (maddə 162.1). İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər (maddə 162.3). Göründüyü kimi, iddia rədd edildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Baxılan iş üzrə iddia rədd edilmiş və yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Belə olan halda mübahisəli əmlak üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi qanunun birbaşa göstərişinə əsasən mümkün olmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2002/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2002/2023
22.02.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver