Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2025/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti, X12 və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı işi üzrə Q ƏT N A M ƏS İ Açar sözlər: ("maddi və mənəvi zərərin ödənilməsi”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 və X3(eyni zamanda Cavabdeh2 nümayəndəsi) iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti, X12 və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(004)- 5327/2022 saylı işi üzrə 14 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti, X12 və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı “mənzilə görə 36847,06 manat kompensasiya, əşyaların məhv olması nəticəsində dəymiş 9030 manat maddi ziyan və 5000 manat mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5327/2022 saylı işi üzrə 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 10800 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 122,4 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına; Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 152.1, 152.2, 228.2, 1096; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı mübahisə predmeti olan mənzilin mülkiyyətçisi olmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Habelə, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7069/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən də müəyyən olunur ki, işə baxan zaman da ünvan 2 saylı ev Cavabdeh2 mülkiyyətində olmuşdur və qətnamədə qeyd edilmişdir ki, İddiaçı və X15 icarədarın və onun ailə üzvlərinin razılığı ilə ünvan 2 saylı evə köçürülməklə uzun müddət orada yaşamaqla qanuna müvafiq surətdə istifadə hüququ əldə etdikləri təsdiq olunduğundan istifadə hüququna xitam verilməsi barədə iddia tələbi onlara münasibətdə təmin edilməməlidir. Göründüyü kimi, iddiaçının sözügedən mənzildə istifadə hüququ olmuşdur. Daha sonra iddiaçı ölkə hüdudlarından kənarda olmuşdur. Bildirdiyinə görə pandemiya ilə əlaqədar ölkəyə bir müddət qayıda bilməmişdir. Sözügedən mənzilin söküntüsü isə labüd olmuşdur. Hazırda mənzil mövcud deyildir. Söküntü ilə əlaqədar mülkiyyətçi olan Cavabdeh2 kompensasiya ödənilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda iddiaçının mənzilə istifadə hüququ ilə əlaqədar ona kompensasiya ödənilməlidir. Məhkəmə qeyd olunan məbləğləri və oxşar işlərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, cavabdehə aylıq kirayə haqqı 300 manat olmaqla 3 il üzrə kompensasiya hesablanmalıdır. Bu halda cavabdehə 10800 manat (300x12x3=10800) məbləğində kompensasiya Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı əşyalar və onların dəyəri ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bundan əlavə, əşyaların məhv olduğunu bildirsə də, məhkəmə iclas zalında baxış keçirilmiş CD diskdə olan videogörüntüdən müəyyən olunur ki, iddiaçıya məxsus əşyalar hal şahidlərinin iştirakı ilə saxlanca verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mənəvi zərərlə bağlı tələbi əsassızdır.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)- 7069/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək X7, X10 və X11 iddiaçı X1 mülkiyyətində olan ünvan 2 saylı evdən istifadə hüquqlarına xitam verilmişdir. İddiaçı və X8 həmin evə istifadə hüquqlarının olması müəyyən olunduğundan iddia tələbi onalara münasibətdə təmin edilməmişdir.Qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********92 nömrəli məktubuna əsasən xx.xx.2000-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ¼ hissəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Qeyd olunan yaşayış evi sonradan yeni poçt ünvanı alaraq xx.xx.2014-cü il tarixdə ümumi sahəsi 152,2 m2 olan ünvan 2 saylı ev adı altında Cavabdeh2 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-1248 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin 53,6 m2 olan hissəsi X5, 39 m2 olan hissə X3 adına qeydə alınmış, yerdə qalan 59,6 m2 olan hissə isə Cavabdeh2 Çingiz oğlunun adına rəsmiləşdirilmişdir; - "City Life” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 05/3 nömrəli əvəzləşdirmə müqaviləsinin surətinə əsasən mülkiyyətçi - Cavabdeh2 ünvan 2 saylı yaşayış evini "City Life” MMC-yə sökülməsi üçün təhvil verir. "City Life” MMC isə evin hüquqmüəyyənedici sənədlərdə göstərilmiş ümumi sahəsinə 20% əlavə etməklə təmirsiz 84,5 m2 yeni tikilən binadan mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür; - "City Life” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021 -ci il tarixli, 128/3 nömrəli müqavilənin surətinə əsasən "City Life” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əvəzləşdirmə müqaviləsinə xitam verilmiş və ünvan 2 saylı ev üçün mülkiyyətçi Cavabdeh2 125000 manat məbləğində kompensasiya verilməsi razılaşdırılmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 2 saylı ev paylı mülkiyyət hüququ üzrə 39 m2 X6, 59,6 m2 Cavabdeh2 və 53,6 m2 X5 adına qeydə alınmaqla mülkiyyətində olmuş və bu barədə xx.xx.2019-cu il tarixdə qeydiyyat aparılmışdır; - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, İnPro-022/22 saylı rəyə əsasən ünvan 2 ünvanında yerləşən 70 m2 orta təmirli mənzilin orta aylıq kirayə haqqı 450-500 manat təşkil edir; - X18 tərəfindən verilmiş arayışa əsasən Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən iki otaqlı boş mənzilin aylıq kirayə haqqı 250 manat təşkil edir; - "İnter Proper” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, İnPro-022/22 saylı rəyə əsasən ünvan 2 saylı evin 70 kv.m olan orta təmirli mənzilin orta aylıq kirayə haqqı 450-500 manat,digər arayışa əsasən Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən iki otaqlı boş mənzilin aylıq kirayə haqqı 250 manat təşkil edir (iş səh. 9- 23, 24, 29, 33, 34-37, 125-135 ). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-5327/2022 nömrəli qətanməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə istinadən qeyd edilmişdir ki, 421323 saylı, 17 dekabr 1978-ci il tarixli arayışına əsasən Əliyeva (nikaha daxil olduqdan sonra qəbul etdyi soyadı Məmmədova olmuş) Emiliya Şahmar qızı sahəsi 25 kv.m təşkil edən mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır.İddiaçı 31 yanvar 2020-ci il tarixdə X2 yaşayan qızına baş çəkmək məqsədi ilə qısa müddətlik səfərə getmiş, səfəri təxminən 1 (bir) aylıq nəzərdə tutulmuş, lakin dünya səviyyəsində yayılan Koronavirus (COVİD-19)pandemiyası ilə əlaqədar hava və digər nəqliyyat vasitələri üzrə yolların bağlı olması səbəbindən daimi yaşamış olduğu Azərbaycan Respublikasına geri qayıda bilməmiş,10 iyun 2021-ci il tarixdə qayıda bilmişdir. Cavabdeh2 digər cavabdeh ilə birlikdə iddiaçının Azərbaycan Respublikasında olmamasından istifadə edərək əmlakını məhv etmişlər, Cavabdeh2 ümumi sahəsi 25 kv.m təşkil edən mənzilə daxil olaraq həmin mənzil üzrə özünün yaşadığı görünütüsü yaradaraq həmin sahəyə dair cabahdeh Cavabdeh1 ilə müqavilə bağlamışdır. Cavabdeh City Life" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən onun tərəfindən iradə ifadəsini əks etdirməyən, qanunsuz olaraq yaşamış olduğu mənzil sökülmüşdür. İşin mübahisə edilməyə halları ondan ibarətdir ki, iddiaçı mübahisəli mənzil üzrə 1972-ci il tarixdən qeydiyytda olmaqla yaşamışdır, həmin ünvanda yaşamasını və mənzil üzrə istifadə hüququnun olması qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Bundan başqa, iddiaçının istifadə hüququna xitam verilməsi marağı, bunu tələb edən şəxs Cavabdeh2 olmuşdur, işin digər mübahisə edilməyən halı ondan ibarətdir ki, iddiaçının yaşamış olduğu mənzilin ümumi sahəsi 25 kv.m təşkil etmiş, Cavabdeh2 yaşamış olduğu sahəsi isə dövlət reyestrindən çıxarışına sahəsi 59.6 kv.m təşkil emişdir, Cavabdeh2 ili cavabdeh “City Life" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 05/03 saylı,12 avqust 2020-ci il tarixli “Əvəzləşdirmə haqqında" Müqaviləsinin 1.2-ci bəndinə əsasən iddiaçının yaşamış olduğu 25 kv.m-dən ibarət olan sahəsi Cavabdeh2 sahəsinin üzərinə hesablanaraq ümumilikdə faktiki sahə kimi 84.81 kv.m qeyd edilmişdir. İddiaçı 1970-ci ildə X16 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, nikaha daxil olduqdan sonra ünvan 3 ünvanına köçmüşdür. İddiaçı mübahisəli məznildə əri və onun valideyinləri ilə birlikdə yaşamışdır. Həmin ünvanda 50 ildən artıq müddətdir ki, yaşamış və mübahisəli mənzil üzrə 1972-ci il tarixdən qeydiyyatdadır. İddiaçının ərinin ailəsi həmin mübahisəli ünvan üzrə isə 150 ildən artıq müddət yaşamışlar. İddiaçının qaynatası və qaynanası vəfat etməsidən sonrada iddiaçı ailə üzvləri ilə birlikdə yəni qızları ilə birlikdə həmin ünvanda yaşamağa davam etmişdir. Bu halı dolayısı yolu ilə X12 da təsdiqləmişdir. O, məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Emiliya xanım orada təxmini 1972-ci ildən yaşamışdır .Ondan əvvəl Əkrəm valideynləri ilə orada yaşamışdır, Emiliya xanım isə Əkrəmgilə gəlin gəlmişdir. Valideynləri 1930-1935-ci illərdən həmin mənzildə yaşayır. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində bildirmişdir ki, o, 1978-ci ildən həmin ünvanda yaşayır, o gələndə isə Emilya xanımgil orada yaşayırdılar. Pərvizi, Çingizi, Cahangiri tanıyır, onlar da qonşuları olmuşdur. Onlar ikinci, Emiliya xanım isə birinci mərtəbədə yaşamışdır. O isə birinci mərtəbədə üzbəüz yaşamışdır. Pərviz, Çingiz, Cahangir Emiliya ilə bir həyətdə yaşayırdılar, amma qapıları ayrı idi. O, Emiliya xanımı kirayəçi kimi bilməmişdir. Emiliya xanım ora gəlin gəlmişdir. Emiliya xanımın qayınanasını və anasını o görmüşdür. Emiliya xanım pandemiya vaxtına qədər həmin evdə yaşamışdır. Pandemiyadan əvvəl isə qızının yanına getmişdir, yolllar bağlandığı üçün isə gələ bilməmişdir. Söküntü də həmin zaman olmuşdur.Emiliya xanımın otağı və koridoru böyük idi, zal 30 m2, yataq otağı 12 m2 olardı. Əlavə mətbəx və hamam var idi. Emiliya xanım ona və digər qonşulara pis olmamışdır. Hakim iş materiallarında olan tərəflərindən təqdim olunan Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 05/03 saylı, 12 avqust 2020ci il tarixli “Əvəzləşdirmə haqqında” Müqaviləsinin 1.2-ci bəndinə əsasən iddiaçının yaşamış olduğu 25 kv.m- dən ibarət olan sahəsi Cavabdeh2 sahəsinin üzərinə hesablanaraq ümumilikdə faktiki sahə kimi 84.81 kv.m qeyd müqaviləni onlar iddia qaldırdıqdan sonra ləğv edib əqdi pərdələmək üçün mövcud mənzili 59.6 kv.m göstərməklə bağlanan 128/3 saylı, 29 noyabr 2021-ci il tarixli “Kompensasiya Müqaviləsi”nə münasibət bildirməmişdir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı mübahisəli mənzil üzrə 1972-ci il tarixdən qeydiyytda olmaqla yaşamışdır. Cavabdeh2 olmuşdur, işin digər mübahisə edilməyən halı ondan ibarətdir ki, iddiaçının yaşamış olduğu mənzilin ümumi sahəsi 25 kv.m təşkil etmiş, Cavabdeh2 yaşamış olduğu sahəsi isi dövlət reyestrindən çıxarışına sahəsi 59.6 kv.m təşkil etmişdir. Cavabdeh2 ümumi sahəsi 25 kv.m təşkil edən mənzilə daxil olaraq həmin mənzil üzrə özünün yaşadığı görünütüsü yaradaraq həmin sahəyə dair cabahdeh Cavabdeh1 ilə müqavilə bağlamışdır, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 05/O3 saylı, 12 avqust 2020-ci il tarixli "Əvəzləşdirmə haqqında" Müqaviləsinin 1.2-ci bəndinə əsasən iddiaçının yaşamış olduğu 25 kv.m-dən ibarət olan sahəsi Cavabdeh2 sahəsinin üzərinə hesablanaraq ümumilikdə faktiki sahə kimi 84.81 kv.m qeyd edilmişdir. Bundan sonra, cavabdeh həmin sahəyə görə Cavabdeh1 arasında bağlanmış 128/3 saylı, 29 noyabr 2021-c il tarixli "Kompensasiya Müqaviləsi"nə əsasən 125.000,00 manat məbləğində kompensasiya alması nəzərdə tutulmuşdur. Bununla belə aydın olur ki, Cavabdeh1 Cavabdeh2 84.81 kv.m-dən ibarət sahə üçün 125.000,00 manat məbləğində vəsait ödəməsi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətl Cəmiyyəti Cavabdeh2 yaşayış sahəsinin hər bir kv.m üçün 125.000,00 manat/84.81 kv.m=1.473,88 manat ödəməsi nəzərdə tutlmuşdur. Bu səbəbdən iddiaçının faktiki istifadəsində olmuş sahəsinin 25 kv.m-dən ibarət olmasını nəzərə alaraq*1472,88 manat cavabdehlərdən 36.847,06 manat vəsait almalıdır. İddiaçı eyni zamanda mübahisə predmeti olan evdə qalmıs ona məxsus əsyaların məhv olması nətiçəsində ona dəymis maddi ziyanın əvəzi olaraq 9030 manat məbləgində pulun onun xeyrinə tutulmasını xahis edir.Cavabdeh2 digər cavabdeh ilə birlikdə iddiaçının Azərbaycan Respublikasında olmamasından istifadə edərək əmlakını məhv etmişlər.Belə ki, məhkəməyə cavabdehlər tərəfindən təqdim olunan video görüntülərdə görünür ki, mənzilə rahatlıqla daxil olur, aydın şəkildə məlum olur ki, həmin video çəkiliş çəkilməmişdən əvvəl də dəfələrə mənzilə qanunsuz olaraq daxil olmuşdur. Həmçinin, mövcud əşyalarla bağlı məhkəmə qərarı olmadığından qətnamə qanuni qüvvəyə mindikdən sonra onların cavabdehdən alınması qeyri mümkündür. Birinci instansiya məhkəməsi tərəfindən sənədlər ilə müəyyən edilmiş və işin mübahisə edilməyən halı ondan ibarət olmuşdur ki, iddiaçının yaşadığı ünvanın sahəsi 25 kv.m təşkil etmiş, həmin yaşayış sahəsi ünvan 4 ünvanda yerləşmişdir. Cavabdeh2 yaşamış olduğu ünvanın sahəsi dövlət reyestrindən çıxarışa əsasən 59.6 kv.m təşkil emiş, həmin ünvan Sübhü Slayev küçəsi, ev 5 ünvanda yerləşmişdir. Hər iki ünvan bir birinə bitişik olmuşdur, Cavabdeh2 iddiaçının ölkədə olmadığını və yaşlı olmasını fürsət bilərək tikinti şirkətinə hər iki ayrı olan ünvanları bir ünvan kimi göstərək öz real sahəsinin sahəsini faktiki olaraq 84.81 kv.m kimi artırmışdır. Nəticədə cavabdeh subyektiv hüququ, ona məxsus, istifadəsində (istifadə hüququ) və ona aid olmayan sahəyə görə iddiaçının əvəzinə tikinti şirkətindən həmin sahənin kompensasiyanı alaraq mənimsəmişdir. İş materiallarına təqdim olunan sənədlər ilə (kommunal xidmətlər üzrə verilən arayışlar ilə) müəyyən olunur ki, hazırkı mübahisə edilən ünvanlar bir birindən ayrı və fərqli ünvanlardır. Cavabdeh2 nümayəndəsinin, üçüncü şəxsin izahatları və şahid ifadəsi ilə məhkəmə iclasında o halı təsdiq etmişlər ki, iddiaçının yaşamış olduğu sahənin təxmini ölçüləri 25-30 kv.m təşkil etmişdir. Cavabdeh2 nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iddiaçının yaşamış olduğu 25 kv.m-dən ibarət sahə cavabdehin mülkiyyətində olan 59.6 kv.m-dən ibarət sahənin daxilində olmuşdur, onda necə ola bilər ki, tikinti şirkəti cavabdehin faktiki istifadəsində olan sahənin ölçülərini 84.81 kv.m təşkil etmişdir. Bu halı bir daha təsdiq edir ki,iddiaçının istifadəsində olan və cavabdehin mülkiyyətində olan sahələr birlikdə cəmlənəndə 84 kv.m təşkil etmiş olur. Göründüyü kimi, cavabdeh tikinti şirkətinə mülkiyyətindən olan sahədən kənar çıxaraq, eyni zamanda iddiaçının istifadəsində olan sahəni də özünkü kimi təqdim etmişdir. Bundan başqa, cavabdehin nümayəndəsinin izahatında qeyd olunmuşdur ki, o iddiaçıya həmin sahəyə görə 30.000 manat təklif etmişdir, iddiaçıda o halı təsdiq edir ki, həqiqətən də cavabdeh iddiaçının istifadəsində olan sahəni ondan almaq istəmişdir. Bundan başqa, məhkəmə iddianı qismən təmin edərkən o qənaətə gəlmişdir ki, iddiaçının istifadə hüququ olmuşdur. Həmin hüququ cavabdeh tərəfindən kompensasiya verilməklə xitam verilə bilər, məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh iddiaçının yaşamış olduğu sahənin mülkiyyətçisi olmamış, həmin yaşayış sahəsi hüquqi qeydiyyatdan keçməmiş, lakin iddiaçının istifadəsində olan yaşayış sahəsi olmuş, həmin sahənin cavabdehə hər hansı aidiyyəti olmamış, yalnız həmin sahəyə görə tikinti şirkəti tərəfindən ödənilən pul əsassız olaraq cavabdeh sahəni özünkü olaraq təqdim olaraq mənimsəmişdir, həmin kompensasiya məbləği iddiaçıya ödənilməli idi. Hazırda, iddiaçıya ödənilməli olan pul vəsaitini əsassız olaraq cavabdehə ödənilmiş və onun tərəfindən alınmış vəsait ona geri qaytarılmalıdır.
5. Cavabdeh2 nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti tamamilə əsassızdır və təmin edilməməlidir: Belə ki, İddiaçı iddia edir ki, o, xx.xx.2020-ci il tarixdə X2 yaşayan qızına baş çəkmək məqsədi ilə 1 ay müddətinə həmin ölkəyə getmiş, sonradan pandemiya ilə əlaqədar ölkəyə qayıda bilməmiş, xarici ölkədə olduğu zaman güya qonşular onu məlumatlandıraraq onun yaşadığı 25 kv m yaşayış sahəsinə Cavabdeh2 tərəfindən qanunsuz daxil olduğunu bildirmişlər. Yalnız 1 il 5 aydan sonra o, Azərbaycana qayıtmış və yaşadığı ünvana gələrkən həmin mənzilin söküldüyünü, mənzildə olan əşyaların isə məhv edildiyini aşkar etmişdir. Bu səbəbdən də o, iddia qaldıraraq kompensasiyaya, məhv olunmuş əmlaka görə dəymiş ziyan və mənəvi zərərə görə əsassız olaraq müxtəlif məbləğlərdə vəsaitin cavabdehi ərdən tutulmasını məhkəmədən xahiş etmişdir.İlk olaraq iddiaçının iddia ərizəsində dəfələrlə yaşamış olduğu mənzil yaşayış sahəsinin 25 kv.m olmasını qeyd etməsi təəccüb doğurur. Belə ki, iddiaçı hansı əsasla və hansı sənədə əsaslanaraq yaşamış olduğu mənzilin məhz 25 kv m olmasım qeyd edir, halbuki əvvəl o həmin sahəsinin həqiqətən 25 kv m olduğunu məhkəmədə sübut etməli idi və ən əsası məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buna dair sübutları ərizəyə əlavə etməli idi. Lakin bu fakt öz əksini tapmır. Qeyd olunan yaşayış sahəsi tam olaraq bütövlükdə xx.xx.2014-cü il tarixli RX ******* saylı Dövlət Reyestrindən çıxarışına əsasən Cavabdeh2 xüsisi mülkiyyətində olub. Həmin o 25 kv.m sahə də ümumi yaşayış sahəsinin bir hissəsi kimi mövcud olub. Bundan əlavə iddiaçı Cavabdeh2 onun yaşadığı yaşayış sahəsinə qanunsuz daxil olmasını iddia ərizəsində qeyd edir, bu zaman bir sual yaranır ki, Cavabdeh2 öz xüsusi mülkiyyətində olan yaşayış sahəsinə daxil olarkən kimsənin icazəsinimi almalı idi? Bu hansı qanunda nəzərdə tutulmuşdur?Bundan əlavə qeyd olunan ünvanda aparılan söküntü işləri Cavabdeh2 şəxsi istəyi ilə deyil, Bakı şəhər İcra Hakimiyyətinin 59 saylı, 18 mart 2020-ci il tarixli Sərəncamına əsasən dövlət proqramı çərçivəsində pilot layihənin tikintisi məqsədi ilə aparılmış və Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış müqavilə qanunvericiliyin tələblərinə tam uyğun şəkildə bağlanaraq həmin ünvanda yerləşən yaşayış evi sökülmüşdür.İddiaçının iddia ərizəsində dəfələrlə “mənim deyə” istinad edərək özünküləşdirdiyi həmin yaşayış sahəsinin faktiki sahibi və mülkiyyətçisi Cavabdeh2dur. İddiaçının ərizəsində onun ailə üzvlərinin, xüsusilə də qayınatasının və qayınanasının uzun illərdir hənin yaşayış sahəsində qeydiyyata olaraq yaşamasına dair qeyd etdiyi hallar tamamilə cəfəngiyyatdır və heç bir sənədlə sübüta yetə bilməz. Həmin yaşayış sahəsinə yalnız onun həyat yoldaşı, iki qızı və nəvəsi (xüsusilə qeyd edilməlidir ki, qanunsuz qeydiyyata alınıb və məhkəmə qətnaməsinə əsasən çıxarılıb) qeydiyyatda olublar, lakin heç həmin mənzildə yaşamayıblar. Bunu Mənzil İstismar Sahəsinin müxtəlif tarixlərdə tərtib edilmiş aktları da təsdiq edir. Bu səbəbdən də Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-7069/2017 saylı qətnaməsi ilə adıçəkilən şəxslərin qeydiyyat çıxarılmaları qət edilib.Yəni iddiaçının iddia ərizəsində qohumlarla əlaqədar bu kimi halları qeyd etməklə həmin yaşayış sahəsini sanki özünkü kimi qələmə verməsi tamamilə əsassızdır. İddiaçı həmin yaşayış sahəsindən yalnız istifadə hüququnun olduğunu sanki unutmuşdur.İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından birbirindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Müraciətdə qaldırılan məsələlər kontekstində qeyd olunmalıdır ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Lakin hazırki iddia üzrə qeyd olunan müddəalardan heç biri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Lakin göründüyü kimi hazırki iş üzrə belə bir əsaslı sənəd mövcud deyildir. Belə olan halda İddiaçı Cavabdeh2 xüsusi mülkiyyətində olan mülklə əlaqədar hər hansı kompensasiyanın tələb etməsi qanuna ziddir. Xüsusilə də, həmin kompensasiyanı hesablayarkən heç bir hüquqi əsasa söykənməyərək 1 kv.m üçün 1472,88 azn məbləğində kompensasiyanın hesablanması tamamilə absurddur. İddiaçı apellyasiya şikayətində də təkrar olaraq birinci instansiyada olduğu kimi mülkiyyətçi olduğunu əsas gətirərək Cavabdeh2 36.847,06 manat pulun alinmasını xahiş etmişdir. Halbuki, Cavabdeh2 əmlakın birbaşa mülkiyyətçisi olmaqla tam və qanuni şəkildə Cavabdeh1 MMC ilə kompensasiya müqaviləsi bağlamaq və pul almaq hüququna malik olmuşdur. İddiaçı bu hüquqa özünü də aid etməsi təmamilə absurddur. Və çox təəssüf ki, Yasamal rayon Məhkəməsində işə baxılarkən tərəfindən bu halların araşdırılması, ümumilikdə iddia tələbinin mülkiyyət hüququ ilə bağlı olmasının əsassız olması dəfələrlə irad olaraq səsləndirilsə də, məhkəmə buna hüquqi qiymət verməmiş, iddiaçının iddia tələbinə dair dəqiqləşdirmə verməməsinə baxmayaraq, iddia tələbindən kənara çıxmaqla sırf yaşayış sahəsindən istifadə hüqunun olmasına əsaslanaraq, yaşama hüququna görə kompensasiya bu olaraq 10.800 AZN pul məbləğinin tutulmasını qət etmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçının nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsində iddia tələbinə dair dəqiqləşdirmə verilməmişdir.Bu isə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması deməkdir. Mülki Kollegiyadan xahiş olunur ki, bu hala hüquqi qiymət verilsin. Bundan əlavə İddiaçı iddia ərizəsində yaşadığı ünvanda mövcud olmuş ona məxsus əşyaların məhv edildiyini və həmin əşyalara şişirdilmiş rəqəmlərlə ümumilikdə 9.030 manat dəyərində qiymət müəyyən etməsi əsassızdır və iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasımın pilot layihəsinin icrası olaraq Bakı şəhəri, Sübhi Salayev 5 ünvanında yerləşən və Cavabdeh2 xüsusi mülkiyyətində olan yaşayış evi sökülməzdən öncə dəfələrlə İddiaçı qızı Mehriban xanımın şəxsi istifadəsində olan +**********88 (Səudiyyə Ərəbistanı) mobil nömrəsinə, o cümlədən İddiaçı şəxsi istifadəsində olan ********** mobil nömrələrə tərəfindən dəfələrlə zəng edilməsinə baxmayaraq, nömrələrə zənglərə ümumiyyətlə cavab verilmirdi, 2 dəfə isə cavab verilmiş və tərəfindən əşyaların təcili olaraq çıxarılması barədə ona xəbərdarlıq edilmişdir. Hətta tərəfindən edilən xəbərdarlıqdan sonra İddiaçı Bakıda yaşayan qohumu Cavabdeh2 zəng edərək şəxsən gəlib əşyaları aparacağını söyləsə də, sonradan bir neçə dəfə edilən zənglərə baxmayaraq, gəlib çıxmamış və yaşayış sahəsinin dövlət proqramına uyğun olaraq sökülməsi zərurəti yarandığından həmin əşyaların mənzildən çıxarılması qaçılmaz olmuşdur. İddiaçının apellyasiya şikayətinin 9-cu bəndində guya Cavabdeh2 tərəfindən ona məxus olan əmlakın və əşyaların onun ölkədə olmamasından istifadə etməklə məhv edilməsi, həmin mənzilə dəfələrlə girilməsi barədə gətirdiyi dəlillər tamamilə əsassızdır. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 Tərəfindən məhkəməyə sübut olaraq təqdim edilmiş CD diskə baxış keçirilmiş və həqiqətən də xx.xx.2020-ci il tarixdə qonşuluqda yaşayan hal şahidi Zabit Yusifovun, Cavabdeh2, şahidlər X5, X3, şahid X13 iştirakı ilə çəkiliş aparılaraq yaşayış sahəsində olan bütün əşyaların görüntüləri çəkilərək qeydiyyat alındığı sübuta yetirilmişdir. Həmin əşyalar tam saz vəziyyətdə digər bir sahəyə aparılaraq üzərləri səliqəli şəkildə salafana bükülərək bu günədək saxlanılmışdır. Və artıq 3 ildir ki, həmin əşyalarla bağlı iddiaçı tərəfə dəfələrlə gəlib əşyaların aparılması barədə xəbərdarlıq olunmasına baxmayaraq və hətta Yasamal rayon Məhkəməsində belə iddiaçının vəkilinə əşyaların saxlanc yerindən götürülməsi xahiş olunsa da, sonuncu tərəfindən əlaqə nömrələrinin götürülməsinə və gəlib aparacaqlarına dair vəd verməsinə baxmayaraq, bu günkü günədək əşyalar aparılmamışdır. Hətta bu barədə İddiaçı özünə belə Bakıda olarkən məlumat verilmiş və əşyaların gəlib aparması xahiş olunmasına baxmayaraq, o, buna əhəmiyyət verməmiş və əşyalarının konkret müəyyən yerdə saxlanılmasına baxmayaraq və bunu bilə-bilə məqsədli şəkildə şişirdilmiş rəqəmlər əsasında əşyalarının məhv edilməsinə dair yalnış iddia qaldırmışdır. (Zərurət yaranarsa həmin əşyalara baxış keçirilə bilər). Bundan əlavə iddiaçı həmin mənzilə sonuncu dəfə 2800 manat məbləğində təmirə pul xərclədiyini bildirmiş, lakin buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Videogörüntüdən də göründüyü kimi həmin yaşayış sahəsi təmirsiz halda olmuşdur və hər hansı təmir işlərinin aparılması tamamilə əsassızdır. Mənzil sökülərkən həmin mənzildə 1 ədəd köhnə televizor, 1 ədəd Minsk markalı sovet istehsalı olan köhnə soyuducu, 1 ədəd kondisioner, 2 ədəd köhnə kreslo və 1 ədəd divan, 1 ədəd köhnə model tozsoran, 1 ədəd ət çəkən maşın, 2 ədəd yorğan, 1 ədəd xalça, 2 ədəd yararsız köhnə stul, 1 ədəd köhnə siyirtmə, 1 ədəd yataq dəsti və 1 ədəd köhnə şkaf olmuşdur. Bütün bu sadalanan əşyalar tərəflərindən çəkilmiş videogörüntüdə də öz əksini tapmışdır və hazırki vaxtda da müvafiq qaydada saxlanılır. Heç bir məhv edilmədən söhbət belə gedə bilməz. Bir daha qeyd etmək istəyir ki, zərurət yaranarsa, məhkəmə tərəfindən sözügedən əşyalara baxış keçirilə bilər və həmin əşyaların sahibinə qaytarılması tərəflərindən təmin edilə bilər. Son olaraq iddiaçının dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 5.000 manat məbləğində pulun tutulmasına dair tələbi də əsassız və qanunsuz olduğundan məhkəmə tərəfindən təmin edilməmişdir və apellyasiya instansiyasında da təmin edilməməlidir.Belə ki,Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə qanunsuz hərəkət nəticəsində əmlak və digər hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Hazırkı vaxtda iddiaçının hansı iddiaçının hər hansı psixi iztirab keçirməsinə, sağlamlığına hər hansı zərər dəyməsinə və fiziki əzab çəkməsinə dair heç bir sübut yoxdur. Xüsusilə də qeyd edilməlidir ki, yuxarıda da qeyd edildiyi kimi bu halda heç bir qanunsuz hərəkət olunmamış, yaşayış sahəsinin sökülməsi dövlət proqramı çərçivəsində, əşyaların da çıxarılması tam şəffaf şəkildə həyata keçirilmişdir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir kİ, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Lakin bir daha bildirirəm ki, hazırki vaxtda yuxarıda sadalanan hallardan heç biri hazırki iddia tələbində öz əksini tapmamışdır. Yuxanda qeyd olunanları və apellyasiya şikayətinin əsassız və qanunsuz olduğunu nəzərə alaraq, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi və Yasamal rayon Məhkəməsinin qətnaməsində iddiaçı tərəfində iddia tələbinə dair əlavə və dəqiqləşdirmə verməməsinə baxmayaraq, cavabdehdən yaşama hüququna dair kompensasiyanın tutulması barədə qənaətinə gəlməsi hissəsinə hüquqi qiymət verilməklə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək,şikayəti müdafiə etdiklərini bildirmiş, cavabdeh "City Life” MMC-yə qarşı tələblərinin olmadığını, iddiaçıya aid olan 25 kv.m hissəyə görə pul MMC tərəfindən Cavabdeh2 ödənildiyindən tələblərinin yalnız Cavabdeh2 qarşı olduğunu qeyd etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 (eyni zamanda Cavabdeh2 nümayəndəsi) etirazla eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 ərazi sökülərkən iddiaçıya əşyalarını götürməsi ilə barədə məlumat verdiklərini, lakin iddiaçının gəlmədiyini, əşyaların bugünə kimi saxlanıldığını qeyd etmiş, əmlaka dair iddiaçının hər hansı sənədinin olmadığını, sözügedən əmlakın onun babasına mənsub olduğunu, iddiaçının ora gəlin köçdüyünü və kirayəçi kimi yaşadığını bildirmişdir.
9. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti və cavabdeh "xxxx" MMC-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məclləsinin 21.1, 139-165, 228, 385-388, 560, 1096-1097; Mülki Prosesual Məcəlləsinin 4.1, 14.2, 76.1, 77.1, 80- 82.1, 89.3, 106.2, 119, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə tələbə münasibətdə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. Azərbaycan Respublikası Konstitusiyasının Konstitusiyanın 29-cu maddəsinə əsasən: İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən, müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.3. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz; 228.2 Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
17. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də, mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına əsasən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.
19. Qeyd edilməlidir ki, iddiaçı ümumiyyətlə, əmlak hüquqlarına münasibətdə onun istifadə etdiyi yaşayış sahənin həcminə və onun səciyyələndirən digər xususiyyətlərinə dair təsnifedici mötəbər sübutlar təqdim etməmiş, istifadə hüquqlarını dövlət reyestrində də qeydə aldırmamışdır. Belə olan halda və cavabdehin şikayət vermədiyi prosessual şəraitdə iddianın kompensasiya məbləğinə münasibətdə fərqli müəyyənedici əsaslar müəyyən edilmir.
20. İddianın əşyalar hissəsində onların mövcudluğu Cavabdeh2(nümayəndəsi) tərəfindən etiraf edilsə də, onun iddiaçı tərəfindən götürülməsinə cəhd edilməmişdir. Bu hissədə qeyd edilməlidir ki, şəxs öz əmlakına yiyələnmək üçün və sahibliyi həyata keçirmək üçün hərəkətsizlik edirsə, burada cavabdehliyin və kiminsə mülki məsuliyyətinin, habelə onun həcminin və dəyərinin müəyyən edilməsi mümkün deyildir.
21. Ümumiyyətlə, iddianın iki cavabdehə yönəlməsi, məhkəmə qətnaməsi ilə kompensasiyanın istifadə hüququna aid hissədə bir cavabdehin mülki məsuliyyətinin müəyyən edilməsi, tələbin mübahisə edilən digər hissələri ilə yanaşı mənəvi zərər hissədə də əsasların sübut edilməməsi və kim tərəfindən, hansı hərəkətləri nəticəsində mənəvi zərər dəyməsi aydın olmadığından bu hissədə də iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir.
22. Beləliklə, birinci instansiya məhkəməsi analogiya üzrə istifadə hüquqlarına uyğun kompensasiya məbləği müəyyən etməklə mülkiyyətçinin öz mülkiyyətinə sərəncam vermək kimi üstün hüquqlarının əsas tutmuşdur. İddiaçının münasibətləri mülkiyyətçi ilə mövcud olmuş, lakin iddiaçı hər iki cavabdehdən kompensasiya və digər tələblər irəli sürərkən tələbinin faktoloji əsasların sübuta yetirməmiş və iddianın, habelə məhkəmənin qanuni əsaslarına müfəssəl aydınlıq gətirməmişdir.
23. Kollegiya hesab edir ki, apellyasiya əsassızdır və əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5327/2022 saylı işi üzrə 14 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.