Məhkəmə qərarları › İş №2(103)-2030/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2030/2020

03.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2030/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı birgə nikah dövründə əldə edilmiş mənzilin alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin açıq hərracdan satılaraq əldə olunacaq pul vəsaitinin bölünməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)- 1657/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmişapelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyəmüraciət edərək Cavabdeh1 ilə birgə nikah dövründə əldəolunmuş, ünvan 1ənzil 108 ünvanında yerləşən, ümumi sahəsi 16,59 kv.m olan bir otaqlı mənzildə onunümumi payının ½ hissə, cavabdehin payının isə ½ hissə müəyyən edilməsi və həminmənzilin açıq hərracdan satılaraq, əldə olunacaq pul vəsaitinin paylarına uyğun olaraqaralarında bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışının gedişində iddiaçının nümayəndəsi X5 iddia tələbinindəyişdirilməsi barədə ərizə təqdim edərək, mənzilinözgəninkiləşdirilməsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ünvan 2ünvanında yerləşən mənzilin açıq hərracda satılaraq, əldə olunacaq pul vəsaitinintərəflərin paylarına uyğun olaraq aralarında bölünməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçıNikolayevna Cavabdeh1 ilə xx xxxx 1996-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, xx.xx.2017-ci ildə nikahları pozulmuşdur. Onlar birgə nikah dövründəünvan 2ünvanında yerləşən, ümumi sahəsi 16,59 kv.m olan bir otaqlı mənzili almışlar. Həminmənzil Cavabdeh1 adına sənədləşdirilmişdir. Bu mənzil onların birgə nikahda olduqları dövrdə əldə olunduğundan, onların birgə mülkiyyəti hesab olunur və həmin əmlak cavabdehlə iddiaçı arasında bölünməlidir. Birgə nikah dövründə əldə olunmuş və onların ümumi mülkiyyəti sayılan əmlakın bölünməsi barədə cavabdehlə razılıq əldə olunmamışdır. Cavabdeh birgə nikah dövründə əldə edilmiş ümumi mülkiyyətdə olan mənzildən ona çatası payıvermir. Həmçinin hazırkı işin gedişatı zamanı iddiaçıya məlum olmuşdur ki, cavabdeh həmin mənzili digər şəxslərə satmışdır. Buna görə də o, mənzilin satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesabedilməsi, həmin mənzilin açıq hərracda satılaraq əldə olunacaq pul vəsaitinin tərəflərin paylarına uyğun olaraq aralarında bölünməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)- 1657/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin məzmunu iddia tələbinin məzmunu ilə eynidir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Ramin Rzayev izahatında göstərdi ki, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh1 müxtəlif əsassız vəsatətlər və məhkəmə iclasının təxirə salınması barədə teleqramlarla qəsdən məhkəmə prosesini uzatmış, mübahisəli mənzillə bağlı prosesi uzatmaqla mənzili öz tanışı Cavabdeh3 satmışdır. Apelyasiya məhkəməsində işə baxılarkən Cavabdeh1 məhkəmə iclaslarına gəlməməsi və Cavabdeh3 qabağa verməsi onu təsdiq edir ki, əslində onlar mənzildən İddiaçı pay düşməməsi üçün əlbir hərəkət edərək alqı-satqı müqaviləsi bağlamışlar. Mənzilin real qiymətindən aşağı, yəni 20000 manata satılması Cavabdeh3 bu alqı-satqıda vicdanlı olmasını şübhə altına alır. Təsadüfi deyil ki, Cavabdeh3 xx xxxxxxx 2018-ci il tarixdə bu mənzili 20000 manata alandan cəmi 4 ay sonra, yəni xx xxxxxx 2019cu il tarixdə həmin mənzili 34000 manata Cavabdeh2 adlı şəxsə satmışdır. Cavabdeh2 isə həmin mənzilin mübahisəli olmasını başa düşüb x xxxxx 2019-cu il tarixdə həmin alqısatqı müqaviləsini ləğv etdirmişdir. Bundan əlavə, Cavabdeh3 özünün ayrıca evi var, birinci instansiya məhkəməsində onun verdiyi izahata əsasən guya onun bir qədər artıq pulu olduğuna görə bu mənzili də almışdır. Əslində isə dərindən araşdırılsa, Cavabdeh3 bu mənzilə ehtiyacının olmaması üzə çıxar. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apelyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, ünvan 2 ünvanında yerləşən mənzili qanunla müəyyən edilmiş qaydada Cavabdeh1 Tağı oğlundan almışdır. O həmin mənzili alarkən, mənzilin İddiaçı ilə Cavabdeh1 birgə nikahı dövründə əldə edildiyini, buna dair mübahisə olduğunu bilməmişdir. Çünki evin mülkiyyət sənədində mülkiyyətçi olaraq ancaq Cavabdeh1 adı qeyd olunmuş, evin üzərində heç bir həbs və ya digər məhdudiyyət olmamışdır. O, tərəflərin heç biri ilə qohumluq və ya tanışlıq münasibətlərində olmamışdır və hal-hazırda da yoxdur. İzahatının sonunda o, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 35 saylı notariat ofisi və üçüncü şəxs ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)-1657/2019 saylı qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan AZ-İ seriyalı 150339 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı xx.xx.1996-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan AZ-İ seriyalı 287749 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında nikah xx.xx.2017ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı rayonu Hovsan qəsəbəsi İ.Əhlimanov küçəsi 6 saylı evin 108 saylı mənzili Cavabdeh1 adına qeydiyatdan keçmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayonu Hovsan qəsəbəsi İ.Əhlimanov küçəsi 6 saylı evin 108 saylı mənzili X2 və Cavabdeh1 arasında 35 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satılmış, həmin mənzil üzərində xx.xx.2001-ci il tarixdə Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır. 35 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən, həmin mənzil Cavabdeh3 20000 manata satılmış və xx.xx.2018-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır. 35 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 həmin mənzili 34000 manata Cavabdeh2 satmış və mənzil sonuncunun adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış sazişlə xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi ləğv edilmişdir. Alqısatqı ilə bağlı notariat işinin materiallarından görünür ki, mənzil satılarkən İddiaçı razılığı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, qeyd edilən alqı-satqı müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada, yəni notariat qaydasında təsdiq edilmiş və həmin müqavilə əsasında mübahisəli ev Cavabdeh3 satılaraq, onun adına mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış verilmişdir. Müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxsin, yəni Cavabdeh3 vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi, onun əmlakı əldə etmə əqdi əsasında əldə etməsi, əmlakı real bazar qiymətlərinə əsaslanan ödənişli əqd əsasında əldə etməsi, bu zaman onun digər tərəflərlə heç bir qohumluq və ya tanışlıq münasibətlərində olmaması, əmlakı əldə edəndən sonra daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını qeydiyyatdan keçirməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Cavabdeh3 mübahisəli evi əldə edərkən, həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmışdır. Sonuncular arasında alqı-satqı müqaviləsi bağlanarkən, reyestrdə əmlak üzərində yüklülük olmamış, reyestrə qeydə dair etiraz daxil edilməmişdir. İddiaçı tərəfindən hər iki alqı-satqı müqavilələri üzrə alıcılar, müvafiq olaraq Cavabdeh3 və Cavabdeh2 vicdanlı əldə edən olduqlarını şübhə altına alan hər hansı sübutlar (məlumatlar) təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Bakı şəhəri Suraxanı rayonu Hovsan qəsəbəsi İ.Əhlimanov küçəsi 6 saylı evin 108 saylı mənzili Cavabdeh1la İddiaçı birgə nikahı dövründə əldə olunmuş və onların birgə əmlakı hesab olunurdu. Belə ki, mübahisə predmeti olan həmin mənzil tərəflərin birgə nikahı dövründə, yəni xx.xx.1999-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə olunaraq xx.xx.2001-ci il tarixdə Cavabdeh1 mülkiyyətinə keçmişdir. İddiaçı həmin mənzil üzərində payların müəyyən edilməsi barədə iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmiş, Cavabdeh1 bu iddia ərizəsinin məhkəmənin icraatında olduğunu bilə-bilə xx xxxxxxx 2018-ci il tarixdə mənzili Cavabdeh3 satmışdır. Cavabdeh3 isə həmin mənzili aldıqdan bir neçə ay sonra xx xxxxxx 2019-cu il tarixdə başqa şəxsə 34000 manata, yəni aldığı qiymətdən 14000 manat baha qiymətə Cavabdeh2 satmış, sonuncu alqı-satqıdan az müddət sonra tərəflərin qarşılıqlı razılığı ilə həmin alqı-satqı müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 225.2-ci maddələrinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Yenə də Ailə Məcəlləsinin 33.4-cü maddəsinə görə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Beləliklə, tərəflərin birgə nikahı dövründə əldə etdikləri və onların birgə mülkiyyəti sayılan mübahisəli mənzil satılan zaman iddiaçının razılığı alınmamışdır, yəni mənzil iddiaçının həmin əmlak üzərində hüquqlarının mövcud olması ilə yüklü olan vəziyyətdə satılmışdır. Başqa sözlə, alqı-satqı müqaviləsi bağlanarkən birgə mülkiyyət hesab olunan əmlaka sərəncam verilməsinə dair İddiaçı yazılı razılığı alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İddiaçının iddia tələbinin məzmunundan irəli gələn mübahisəli mənzilə dair hər iki alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3lə Cavabdeh2 arasında həmin mənzilə dair xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi artıq xx.xx.2019-cu il tarixdə tərəflərin öz aralarında bağladıqları sazişlə ləğv edilmişdir, yəni həmin müqavilənin etibarsız hesab edilməsinə zərurət yoxdur. Lakin hazırda qüvvədə olan və iddiaçının mübahisələndirdiyi digər xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulmaqla bağlandığına görə müqavilə etibarsız hesab edilməli və tərəflər əvvəlki vəziyyətinə qaytarılmalıdır. xx xxxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsində Cavabdeh3 vicdanlı alıcı olması məsələsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 həmin alqısatqıda vicdanlı olub-olmamasından asılı olmayaraq Mülki Məcəllənin 225.6-cı maddəsinin tələbləri baxımından həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Cavabdeh3 mənzili 20000 manata aldıqdan 4 ay sonra 34000 manata, yəni 14000 manat artıq qiymətə satması ona dəlalət edir ki, Cavabdeh1 həmin mənzili Cavabdeh3 real qiymətindən xeyli aşağı qiymətə satmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən İddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin müvafiq hissəsinin Cavabdeh1 tələb etmək hüququnun olmasını izah etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birgə nikah dövründə əldə olunmuş əmlakın real satış qiymətindən xeyli aşağı qiymətə satılaraq əldə olunmuş pul vəsaitinin tərəflər arasında paylarına uyğun olaraq bölünməsi ədalətsiz olmaqla yanaşı, İddiaçı əmlak hüquqlarının pozulmasına səbəb ola bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında ünvan 3 ünvanındayerləşən mənzilin satılmasına dair bağlanmış xx.xx.2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, tərəflər ilkin vəziyyətə qaytarılmalıdır. İddia tələbinin mənzilin açıq hərracda satılaraq, əldə olunacaq pul vəsaitinintərəflərin paylarına uyğun olaraq aralarında bölünməsi tələbi ilə bağlı hissədə məhkəmə kollegiyası qeyd edir ki, bu halda əvvəlcə Mülki Məcəllənin 220.3 və 220.4-cü maddələrin tələblərinə əməl edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin x xxxxx 2014-cü il tarixli Qərarına əsasən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə isə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Buna görə də iddia tələbi mənzilin açıq hərracda satılaraq əldə olunacaq pul vəsaitinin tərəflər arasında paylarına uyğun olaraq bölünməsi tələbi təmin oluna bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Qeyd olunan hallar Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)- 1657/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh3 arasında ünvan 3 ünvanındayerləşən mənzilin satılmasına dair bağlanmış xx.xx.2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Tərəflər ilkin vəziyyətə qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi və apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar