Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2052/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2052/2023 (Açar sözlər: müqaviənin ləğvi və pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı X3 Cavabdeh MMC-yə qarşı “müqaviənin ləğvi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-292/2022 saylı 18 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07 iyun 2023cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 24 mart 2015-ci il tarixli, 113 saylı “alqı-satqı müqaviləsi”nə əsasən, satıcı Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 1 ünvanda, “C” saylı binada 21-ci mərtəbədə yerləşən ümumi sahəsi 249,11 kv.metr olan 100 saylı mənzili alıcı İddiaçı satmağı, sonuncu isə öz növbəsində bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini Cavabdeh MMC-nə ödəməyi öhdəsinə götürüb.
2. Müqavinin 1.2-ci bəndinə görə, satıcı Cavabdeh MMC satdığı mənzili tikinti işləri başa çatdıqdan sonra alıcı İddiaçı təhvil verməyi, sonuncu isə mənzili qəbul edib razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürüb.
3. Müqavilənin 2-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılaşmasına əsasən alıcı İddiaçı müqavilənin 1.1-ci bəndində göstərilən mənzilin hər kv.metri üçün 1.000 ABŞ dolları ödəməyi öz öhdəsinə götürüb. Müqavilənin ümumi məbləği 249.110 ABŞ dolları müəyyən edilib. Alıcı İddiaçı ümumi məbləği müqavilə imzalanan gün, yəni 24 mart 2015ci il tarixdə Milli Bankın müvafiq kursu ilə manatla ödədi. Bu müqavilə üzrə hesablaşmalar manatla həyata keçirilir.
4. 24 mart 2015-ci il tarixli “kassa mədaxil orderi”nin qəbzinə əsasən, X7 tərəfindən mənzilin alqı-satqısı üçün Cavabdeh MMC-nə 261.565 manat pul ödənilib.
5. 24 mart 2015-ci il tarixli maliyyə arayışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, 589- cu məhəllə, H.B.ünvan 2 ünvanda inşa edilmiş yaşayış binası Cavabdeh MMC-nə məxsusdur. Həmin binanın 21-ci mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 249,11 kv.metr olan 100 saylı mənzilinin dəyəri İddiaçı tərəfindən tam məbləğdə ödənilib və onun mənzilə görə Cavabdeh MMC-nə borcu yoxdur.
6. 05 aprel 2019-cu il tarixdə memar X10 tərəfindən İddiaçı məxsus olan sözügedən mənzilin memarlıq layihələndirməsi həyata keçirilib, mənzilin planı təsdiq edilib və mənzilin ümumi sahəsinin 213,97 kv.metr olduğu müəyyən edilib və bunun üçün İddiaçı tərəfindən memar X8 200 manat pul ödənilib.
7. 09 avqust 2021-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh MMC-nə məktub göndərilərək, mənzildə təmir işləri aparmaq üçün dəvət etdiyi memar X10 tərəfindən mənzilə baxış keçirilərkən, sözügedən mənzilin sahəsinin 249,11 kv.metr deyil, faktiki olaraq 213,97 kv.metr, yəni müqavilədə nəzərdə tutulan sahədən 35,14 kv.metr az olduğu müəyyən edilib. Bu səbəbdən də mənzilə görə ödədiyi 250.000 ABŞ dollarının 5 bank günü müddətində nəğd qaydada ona geri qaytarılmasını xahiş edib.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı X3 Cavabdeh MMC-yə qarşı “müqaviənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilərək, mənzilə görə ödənilmiş 250.000 ABŞ dollarının, memar X10 tərəfindən tərtib edilmiş “Mənzilin Planı”na görə 200 manat ödənişin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq X11ma birdəfəlik qaydada ödənilməsi barədə, X9 ilə Cavabdeh MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra iddiaçı X9 iddia tələbinə dəqiqləşmə verərək, Bakı şəhəri Yasamal rayonu, Zərdabi prospekti, 74 ünvanda yerləşən, 21 mərtəbəli, bina “C”, 21-ci mərtəbədə yerləşən 100 saylı mənzilə dair X9 ilə Cavabdeh MMC arasında bağlanmış 24 mart 2015ci il tarixli 113 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilə görə sahəsi 249.11 kvadrat metr olan mənzillərin hazırda orta bazar qiyməti 2050 manat olmaqla 510.675 manat pulun, memar X10 tərəfindən tərtib edilmiş “Mənzilin Planı”na görə ödənilmiş 200 manat və dövlət rüsumu 30 manat olmaqla, ümumilikdə 510.905 (beş yüz on min doqquz yüz beş) manat məbləğində pulun Cavabdeh MMC-dən X3 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı X9 iddia ərizəsini onunla əsaslandırmışdır ki, X9 ilə Cavabdeh MMC arasında Yasamal rayonu, Zərdabi prospekti, 74 ünvanda yerləşən, 21 mərtəbəli, “C” binası, 21-ci mərtəbədə yerləşən, sahəsi 249.11 kv.m. ibarət olan 100 saylı mənzilin alqısatqısına dair 24 mart 2015-ci il tarixli 113 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən, satılan mənzilin hər kv.m-nin qiyməti 1000 ABŞ dolları müəyyən edilmişdir. Müqavilənin ümumi məbləği 250.000 ABŞ dolları olması şərtləndirilmişdir. Mənzilin tam dəyəri 24 mart 2015-ci il tarixdə nağd şəkildə cavabdehə ödənilmiş və bununla bağlı həmin tarixdə 000238 saylı kassa mədaxil orderinin qəbzi verilmişdir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-292/2022 saylı, 18 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddianın təmin olunması, Bakı şəhəri Yasamal rayonu, Zərdabi prospekti, 74 ünvanda yerləşən, 21 mərtəbəli, bina “C”, 21-ci mərtəbədə yerləşən 100 saylı mənzilə dair X9 ilə Cavabdeh MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilə görə sahəsi 249.11 kvadrat metr olan mənzillərin hazırda orta bazar qiyməti 2050 manat olmaqla 510.675 manat pul, memar X10 tərəfindən tərtib edilmiş “Mənzilin Planı”na görə ödənilmiş 200 manat və dövlət rüsumu 30 manat olmaqla, ümumilikdə 510.905 (beş yüz on min doqquz yüz beş) manat məbləğində pul Cavabdeh MMC-dən X3 xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh MMC-dən tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 372.1, 373.2, 375.2, 376, 377.1, 377.2, 378, 385.1, 390, 421.1, 421.2, 422, 423.2, 424.3, 424.4, 577.1, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü madəlləri, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3-cü madəlləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kassa mədaxil qəbzində manatın dolların rəsmi məzənnəsinə uyğun qəbul edilməsi ilə bağlı hər hansı bir qeyd yoxdur. Çünki satıcı ilə əməliyyatlar manatla aparılıb, müqavilədə isə yalnız alıcının təkidi və xahişi lə xarici vətəndaş olması nəzərə alınaraq simvolik olaraq dollarla qeyd edilmişdir. Baxmayaraq ki, alıcı kassaya pulu manatla gətirmiş və mədaxil etmişdir. Buna baxmayaraq məhkəmə hər dəfə pulun dollarla ödənildiyini qeyd edir, bununla da qanunvericiliyin tələblərini pozur. Məhkəmə ekspert rəyində qeyd edilən xüsusatları araşdırmadan birbaşa olaraq mənzilin sahəsində 35,14 kv.m əskik olduğu qənaətinə gəlir. Baxmayaraq ki, rəydə 8-13 saylı şərti işarələnmiş sahələrin faktiki yerində 20 kv.m təşkil edir, lakin ekspert hesablama əmsalı tətbiq edərək 9,07 kv.m qeyd etmişdir. Bununla da, alıcıya təhvil verilmiş mənzilin yerində faktiki olaraq sahəsi 213,97 kv.m deyil, 225 kv.m təşkil edir və çatışmayan sahə 24,11 kv.m-dir. Buna səbəb isə iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilən layihə sənədlərinə əsasən oxdan oxa hesablanması səbəb olmuşdur. Yəni, onlar vətəndaşdan alınmış vəsait hesabına inşa edilmiş mənzilin təhvil verilməsini həyata keçiriblər və faktiki kv.m və divarlar nəzərə alınmaqla oxdan oxa satış ediblər. Hesab edirlər ki, tərəflər başqa qayda nəzərdə tutulmayıbsa müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlik həcmində məsuliyyət daşıyırlar. Mənzilin dəyərini müəyyən edərkən məhz qarşı tərəfin təqdim etdiyi həmin binadan başqa digər binalarda qeyd edilən qiymətləri əsas götürüb iddianı təmin etmişdir. Halbuki məhkəmə araşdırma aparsaydı həmin binada mənzillərin 1 kv.m-nin 1300 manata satıldığını müəyyən edə bilərdi. Çünki hər binada onun fasadına, daxili təmirinə, mənzilin mərtəbəsinə və digər xüsusiyyətlərinə uyğun qiymət müəyyən edilir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3671/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov, İlham Kərimli və Elşən Kazımov) Cavabdeh MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qətnaməsi Cavabdeh MMC-dən iddiaçı X3 xeyrinə 249.11 kvadrat metr sahəsi olan mənzilə görə 510.675 manat pulun tutulması hissəsində dəyişdirilməsi və cavabdehdən iddiaçının xeyrinə tutulan həmin məbləğ 249 110 (iki yüz qırx doqquz min yüz on) ABŞ dolları qətnamənin icra olunduğu günə olan məzənnə üzrə Azərbaycan manatı ilə müəyyən edilməsi, qətnamənin qalan hissələri dəyişdirilmədən saxlanılması, nəticə etibarilə, dəyişiklik nəzərə alınmaqla qətnamə üzrə Cavabdeh MMCdən iddiaçı X3 xeyrinə 249.11 kvadrat metr sahəsi olan mənzilə görə 249 110 ABŞ dolları qətnamənin icra olunduğu günə olan məzənnə üzrə Azərbaycan manatı ilə, mənzilin planına görə ödənilmiş 200 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat və ekspertiza xərci olaraq 50 manat tutulması qət edilmişdir.
d) Kassasiya instansiya məhkəməsində icraat
17. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən (birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddia tələbinin “249.110 ABŞ dolları pulun qətnamənin icra olunduğu günə olan məzənnə üzrə Azərbaycan manatı ilə tutulması” hissəsində) ləğv edilməsi, həmin hissədə iddianın tam təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 510.675 manat pulun tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5428/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov, Vüqar Həsənov və İspəndiyar Şəfiyev) cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(103)-3671/2022 saylı qətnaməsi qismən- iddianın təmin olunan hissəsində ləğv edilməsi, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qalan mübahisələndirilən (iddianın rədd olunan) hissədə qətnamənin dəyişdirilmədən, iddiaçının kassasiya şikayətinin təmin edilmədən saxlanılması qərara alınmışdır.
20. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunan hissəsində işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmayıb. .. Əvvəla, işə baxan məhkəmələr hazırki mülki mübahisə üzrə gəldikləri nəticəni Mülki Məcəllənin “müqavilənin ləğv edilməsini tənzimləyən” 421.1, 421.2, 422, 422.1, 423.2, 424.3, 424.4-cü maddələrinin, alqı-satqı münasibətlərini tənzimləyən 578.1-ci maddəsinin, habelə “zərərin əvəzinin ödənilməsi”ni tənzimləyən 21.1-ci maddəsinin və sair normaların tələbləri ilə əsaslandırsalar da, tərəflər arasında bağlanmış sözügedən müqavilənin şərtlərini Mülki Məcəllənin 404-cü maddəsinin tələbləri baxımından təfsir etmədən, müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almadan, başqa sözlə, hazırki öhdəlik hüquq münasibətlərinin konkret olaraq hansı müqavilədən, yəni alqı-satqı və ya podrat müqavilələrindən irəli gəlib-gəlmədiyini araşdırmadan, yalnız müqavilədəki söz və ifadələrin hərfi mənasına əsaslanaraq, tərəflər arasında alqı-satqı münasibətlərinin olduğu və cavabdehin həmin müqavilənin şərtlərini pozaraq iddiaçıya müqavilədə müəyyənləşdirildiyindən 35,14 kv.metr az sahə verdiyi qənaətinə gəlib. Halbuki, tərəflər, sözügedən müqaviləni alqı-satqı müqaviləsi adlandırsalar da, həmin müqavilənin predmetini təşkil edən şərtlər, alqı-satqı münasibətlərindən daha çox podrat münasibətlərinə uyğun gəlir. Belə ki, sözügedən müqavilənin 1.2-ci bəndində göstərilir ki, cavabdeh satdığı mənzili tikinti işləri başa çatdıqdan sonra iddiaçıya təhvil verməyi, sonuncu isə mənzili qəbul edib razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində cavabdehə ödəməyi öhdəsinə götürüb. 24 mart 2015-ci il tarixli maliyyə arayışından isə görünür ki, sözügedən mənzilin dəyəri iddiaçı tərəfindən tam məbləğdə ödənilib və onun mənzilə görə cavabdehə borcu yoxdur. Mülki Məcəllənin 567-ci maddəsində alqı-satqı müqaviləsinin, 752.1-ci maddəsində isə podrat müqaviləsinin anlayışları verilib. Alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Podrat müqaviləsində isə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Göründüyü kimi, podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu keyfiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən, o cümlədən alqı-satqı müqaviləsindən fərqlənir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə sözügedən müqavilənin şərtləri düzgün təfsir edilməli, tərəflərin hansı hüquqi münasibətdə olmaları aydınlaşdırılmalı və hazırki mübahisəyə hansı maddi hüquq normalarının tətbiq edilməli oluduğu müzakirə olunmaqla, iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Digər tərəfdən, işə əlavə edilmiş 10 yanvar 2022-ci il tarixli ekspert rəyində ekspert, sözügedən müqavilədə göstərilən sahənin cizgisi, o cümlədən binanın işçi layihəsi təqdim olunmadığı üçün layihə-cizgi əsasında mənzilin sahəsinin nə qədər təşkil etməsini müəyyən etməyin mümkün olmadığını qeyd etdiyi halda, Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə, habelə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə istinad edərək, mənzilin ümumi sahəsinin faktiki olaraq 213,97 kv.metr; müqavilədə göstərilən 249,11 kv.metr sahə arasındakı fərqin isə 35,14 kv.metr olduğunu müəyyən edib. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində göstərilir ki, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təcrübəsi nəticəsində belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin edilə bilər. Nəzərə alınmalıdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 103.1 və 205.1-ci maddələri). Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, ekspert sözügedən rəyi, müqavilədə göstərilən sahənin cizgisi, o cümlədən binanın işçi layihəsi təqdim edilmədən verdiyi üçün, həmin rəy hazırki mübahisənin obyektiv həlli baxımından mötəbər yazılı sübut kimi qəbul edilə bilməz və həmin rəy də digər sübut növlərindən biri kimi məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bununla belə, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli halcavabdehin müqavilə öhdəliklərini pozaraq, iddiaçıya mənzilin sahəsinin həcmi baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmeti olub. Qeyd edilməlidir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. .. Hazırki işdə iddiaçı, mübahisəli hala dair sübut kimi sözügedən müqaviləyə, mənzildə təmir işləri aparmaq üçün X1 təqdim etdiyi sənədlərə, habelə ekspert rəyinə istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini iddia edir. Sözügedən rəyin təsviri hissəsinə görə isə ekspert, hesablamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydaların 3.8-ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparıb. İşə baxan məhkəmələr, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi Qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, daha dəqiq desək tərəflər arasında bağlanmış sözügedən müqavilə üzrə öhdəliklərə şamil edildiyini əsaslandırmayıblar. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Odur ki, cavabdehin müqavilədə göstərilən sahəni real olaraq iddiaçıya veribvermədiyi yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilə bilər. Bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehin iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edib-etməyi aydınlaşdırılmalı və iddia tələbinə yekun hüquqi qiymət verilməlidir. O da nəzərə alınmalıdır ki, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə verib və Mülki Məcəllənin 773, 776.1-ci maddələrinin mənasına görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşıb hesab edir ki, tərəflərin hansı hüquqi münasibətdə olmaları müəyyən edildikdən sonra, yuxarıdakı xüsusatlar üzrə lazımi dəyərləndirmə aparılmaqla, iddiaçının məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edibetmədiyinə, yaxud bu qüsur üzrə onun hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu məqama, buna müvafiq olaraq tələb üzrə iddia müddətinin keçib-keçmədiyinə də mülki qanunvericiliyin normaları əsasında hüquqi qiymət verilməlidir...”.
e) Proses iştirakçılarının izahatı
21. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiklərinindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
25. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
26. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləndirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləndirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
27. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər; 765-ci maddəsinə görə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
28. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
29. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
30. Maddə 776. Podrat müqaviləsi üzrə iddia müddəti. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi
31. Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
32. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır;
33. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Hazırki iş üzrə (Ali Məhkəmənin qərarı nəzərə alınmaqla) apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin olunan hissəsində, yəni “Bakı şəhəri Yasamal rayonu, Zərdabi prospekti, 74 ünvanda yerləşən, 21 mərtəbəli, bina “C”, 21-ci mərtəbədə yerləşən 100 saylı mənzilə dair X9 ilə Cavabdeh MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən 249.110 ABŞ dolları pulun Cavabdeh MMC-dən X3 xeyrinə tutulması, mənzilin planının tərtibinə görə 200 manatın tutulması və məhkəmə xərclərinin ödənilməsi” hissələrində qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
41. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia isə qismən təmin edilməlidir.
42. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə X9 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 113 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh MMC Bakı şəhər, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən, 21 mərtəbəli, “C” binası, 21-ci mərtəbə, mənzil 100-də yerləşən, 249,11 kv.mdən ibarət olan yaşayış sahəsin satmağı, Alıcı isə öz növbəsində bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyə öhdəsinə götürür. Satıcı satdığı mənzili tikinti işləri başa çatdıqdan sonra alıcıya təhvil verməyi alıcı isə mənzili qəbul edib razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürür. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən Alıcı 1.1-ci bəndində göstərilən mənzilin hər kv.m üçün 1000 ABŞ dolları ödəməyi öz öhdəsinə götürür. Müqavilənin ümumi məbləği 249110 ABŞ dollarıdır. Alıcı ümumi məbləği müqavilə imzalanan gün, yəni xx.xx.2015-ci il tarixdə Milli Bankın müvafiq kursu ilə manatla ödəmişdir.
43. İş materiallarında olan 24 mart 2015-ci il tarixli Kassa mədaxil orderindən görünür ki, Mamedova Elmira mənzil almaq üçün 261565 (iki yüz altmış bir min beş yüz altmış beş) manat Cavabdeh MMC-yə ödəniş etmişdir.
44. Cavabdeh MMC-nin xx.xx.2015-ci il tarixli, 51 №-li maliyyə arayışından görünür ki, Bakı şəhər, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanda inşa olunan yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Bakı şəhəri, Yasamal rayonu, 589cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanda Cavabdeh MMC tərəfindən tikilmiş “C” yaşayış binasının 21-ci mərtəbəsində yerləşən 4 otaqlı 249,11 m2 sahəsi olan 100 saylı mənzilin dəyəri tam ödənilmişdir. Qeyd edilən mənzil üçün Mamedova Elmiranın Cavabdeh MMC-yə borcu yoxdur. Mənzilin iddiaçıya təhvil verilməsi ilə bağlı hər hansı bir akt mövcud deyil.
45. X1 Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 4 ünvanının planından görünür ki, mənzilin ümumi sahəsi 213,97 kv.m-dir.
46. X3 xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-yə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, mənzilə görə ödənilmiş pulun geri qaytarılması barədə MMC-yə müraciət edilmişdir.
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məkəməsi tərəfindən hazırki mübahisə dair məsələyə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
48. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
49. Hazırki iddia tələbindən görünür ki, iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona 24 mart 2015-ci il tarixli, 113 saylı müqavilə üzrə təhvil verilmiş 100 saylı mənzilin sahəsinin müqavilədə göstərilən 249,11 kv.metr sahədən 35,14 kv.metr az, faktiki 213,97 kv.metr olduğuna istinad edərək, müqavilənin ləğv edilməsini, hazırki orta bazar qiyməti nəzərə alınmaqla mənzilə görə ödədiyi cəmi 510.675 manat, mənzilin planına görə ödədiyi 200 manat, dövlət rüsumuna görə ödədiyi 30 manat olmaqla, cəmi 510.905 manat pulun geri qaytarılmasını tələb edir.
50. İddianın predmetinə nəzərə yetirdikdə müəyyən olunur ki, iddianın əsasının təşkil edən müqavilə şərtləri podrat münasibətlərini özündə ehtiva edir. Ona görə də Kollegiya hesab edir ki, hazırki münasibətə podrat müqaviləsindən irəli gələn qaydalar tətbiq olunmalıdır.
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsiə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
52. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 24 mart 2015-ci il tarixli, 113 saylı “alqı-satqı müqaviləsi”nə əsasən, satıcı Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 1 ünvanda, “C” saylı binada 21-ci mərtəbədə yerləşən ümumi sahəsi 249,11 kv.metr olan 100 saylı mənzili alıcı İddiaçı satmağı, sonuncu isə öz növbəsində bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini Cavabdeh MMC-nə ödəməyi öhdəsinə götürüb.
53. Hazırkı işdə iddiaçının iddiasının əsası ondan ibarətdir ki, cavabdeh tərəfindən ona müqavilə üzrə müəyyən edilmiş ölçüdən kiçik ölçüdə mənzil təhvil verilmişdir.
54. Birinci instansiya məhkəməsi bu halı müəyyən etmək üçün ekspertiza təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10 yanvar 2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 24 mart 2015-ci il tarixli, 113 saylı müqavilədə mənzilin ümumi sahəsi 249,11 kv.metr göstərilib. Lakin, müqavilədə qeyd olunan sahənin cizgisi, o cümlədən ekspert vəsatətində qeyd olunan binanın işçi layihəsi təqdim olunmadığı üçün layihə-cizgi əsasında mənzilin sahəsinin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmayıb. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə, habelə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan 1 ünvanda inşa edilmiş 21 mərtəbəli yaşayış kompleksinin, “C” binasının, 21-ci mərtəbəsində yerləşən 100 saylı mənzilin ümumi sahəsi faktiki olaraq 213,97 kv.metr təşkil edir. Belə ki, ekspert, mənzilin faktiki sahəsi olan 213,97 kv.metrlə 24 mart 2015-ci il tarixli, 113 saylı müqavilədə göstərilən 249,11 kv.metr sahə arasındakı fərqin 35,14 kv.metr oluduğunu müəyyən etmişdir.
55. Apellyasiya icraatı zamanı yenidən ekspertiza təyin edilmiş və layihə-cizgi əsasında mənzilin sahəsinin nə qədər təşkil edilməsi sual olumuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 01 may 2023-cü il tarixli 10/2104 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən 21 mərtəbəli, “C” binası, 21-ci mərtəbə, 100 saylı ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 225,0 kv.metr təşkil etdiyi müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən 21 mərtəbəli, “C” binası, 21-ci mərtəbə, 100 saylı ünvanında yerləşən mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 249,1 kv.metr təşkil etdiyi müəyyən edilir.
56. Apellyasiya baxışı zamanı əldə olunmuş ekspert rəyi ilə müəyyən edilmişdir ki, mənzilin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 225,0 m2 təşkil edir. Divarların, arakəsmələeein, həmçinin sutenların və şaxtaların altında qalan sahə isə 24.1 m2 təşkil edir.
57. Kollegiya qeyd edir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir.
58. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir.
59. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.
60. Kollegiya iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin şərtlərini ekspert rəyləri ilə müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlir ki, həmin MTK-nın bağladığı müqaviləni bəyənən cavabdeh MTK iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilməz.
61. Mülki Məcəllənin 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
62. Bu koteksdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh MTK müqavilə üzrə üzərinə düşən öhdəlikləri qismən icra edərək mənzili iddiaçıya təhvil verdiyindən bütöv mənzilin dəyəri cavabdehdən tutula bilməz. Yalnız mənzilin müqavilə üzrə nəzərədə tutulmuş ölçüyə uyğun təhvil verilməyən hissəsinin dəyəri cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
63. Belə olan halda kollegiya hesab edir ki, ekspert rəyin ilə müəyyən edilmiş 24,1 kv.metr mənzilin dəyəri müqaviləyə əsasən 1000 ABŞ dollarından hesablanaraq 24.100 ABŞ dollarıhəmin vaxtdakı manatla cavabdehə ödənilməlidir.
64. Bundan başqa hazırki iddia tələbi üzrə iddiaçı cavabdehlə onun arasında bağlanmış müqavilənin ləğvini tələb etsə də, hazırki tələb faktiki müqavilədən imtinadır. İş materiallarının tədqiqi zamanı müqavildən imtina üçün qanunvericilikdə nəzərədə tutulmuş əsaslar müəyyən edilməmişdir.
65. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin olunmalı, qətnamə “Bakı şəhəri Yasamal rayonu, Zərdabi prospekti, 74 ünvanda yerləşən, 21 mərtəbəli, bina “C”, 21-ci mərtəbədə yerləşən 100 saylı mənzilə dair X9 ilə Cavabdeh MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı mənzilin alqısatqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən 249.110 ABŞ dolları pulun Cavabdeh MMC-dən X3 xeyrinə tutulması” hissədə ləğv edilməli, cavabadeh tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin əskik olan 24,1 kv.metr ölçüyə mütanasib olaraq müqavilə əsasən hər kvadrat metr üçün 1000 ABŞ dolları olmaqla 24.100 ABŞ dolları Cavabdeh MMC-dən X3 xeyrinə tutulmalı, qətnamə qalan baxılan hissələri üzrə - mənzilin planının tərtibinə görə 200 manatın tutulması və məhkəmə xərclərinin ödənilməsi hissələrində məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq olunduğundan göstərilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
66. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
67. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
68. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
69. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-292/2022 saylı iş üzrə 18 fevral 2022-ci il tarixli qətnaməsi qismən, yəni “Bakı şəhəri Yasamal rayonu, Zərdabi prospekti, 74 ünvanda yerləşən, 21 mərtəbəli, bina “C”, 21-ci mərtəbədə yerləşən 100 saylı mənzilə dair X9 ilə Cavabdeh MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən 249.110 ABŞ dolları pulun Cavabdeh MMC-dən X3 xeyrinə tutulması” hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabadeh tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin əskik olan 24,1 kv.metr ölçüyə mütanasib olaraq müqavilə əsasən hər kvadrat metr üçün 1000 ABŞ dolları olmaqla 24.100 ABŞ dolları (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarı) Cavabdeh MMC-dən X3 xeyrinə tutulsun. İddia tələbi qalan baxılan hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən (baxılan) qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənillsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova