Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2058/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi Nümayəndə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndələri Vəkil və X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının qaytarılması və pul tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı şəxsi əşyaların qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(010)-4216/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilməsindən imtina edilən və ona məxsus olan təxmini çəkisi 60 qram və dəyəri 5000 manat olan 1 dəst qızıl boyunbağı və qolbağın; təxmini çəkisi 20 qram qızıldan ibarət, üzərində zümrüd daş və dəyəri 5000 manat olan iki ədəd sırğa və bir ədəd üzük dəstinin; çəkisi 10 qram, dəyəri 800 manat olan qızıl sırğa dəstinin; çəkisi 7 qram, dəyəri 600 manat olan qızıl üzüyün; çəkisi 10 qram, dəyəri isə 700 manat olan, üzəri sirkon daşlarla bəzədilmiş bir ədəd qolbağın; 1 ədəd dəyəri 100 manat olan "Pandora" markalı qolbağın; çəkisi 3 qram, dəyəri 600 manat olan bir ədəd qızıl qolbağın; ağ qızıldan və üzəri brilyant daşlarla bəzədilmiş, çəkisi 13 qram və dəyəri 1500 manat olan sırğa dəstinin; çəkisi 20 qram və dəyəri 1200 manat olan üzərində qırmızı daşlar olan bir ədəd qızıl üzük və sırğa dəstinin; dəyəri 2060 manat olan iki ədəd qədimi onluq sikkənin; çəkisi 5 qram, dəyəri 600 manat və üzərində gül olan qızıl sırğa dəstinin; çəkisi 13 qram, dəyəri 1000 manat olan və üzərində müxtəlif rəngli daşlarla bəzədilmiş 1 ədəd qolbağ və boyunbağı dəstinin; çəkisi 10 qram və dəyəri 800 manat olan bir ədəd sarı rəngli qızıl boyunbağının; çəkisi 12 qram və dəyəri 1200 manat olan bir ədəd çəhrayı rəngli qızıl boyunbağının; çəkisi 10 qram və dəyəri 1000 manat olan bir ədəd üzərində krujeva olan qızıl qolbağın; çəkisi 7 qram və dəyəri 600 manat olan sırğa və iki cüt üzüklərin; çəkisi 18 qram, dəyəri 1600 manat qızıldan olan mələk formasında asqı (kulon) və qızıl boyunbağının; dəyəri 6000 manat olan üzəri brilyant daşlarla və akvamarinlə bəzədilmiş ağ qızıldan olan asqı (kulon) və sırğa dəstinin; gümüşdən və dəyəri 400 manat olan üzəri kəhrəba ilə bəzədilmiş qolbağ, sırğa, üzük və asqıdan (kulon) ibarət dəstin; iki ədəd ağ mirvari daşlardan və hər birinin dəyəri 600 manat olan boyunbağının; hər birinin dəyəri 400 manat və iki cüt mirvaridən olan sırğaların; bir ədəd bənövşəyi mirvaridən və dəyəri 500 manat olan boyunbağının; çəkisi 3 qram, dəyəri 250 manat olan “Sofia” yazılı qızıl boyunbağının; çəkisi 7 qram qızıldan, dəyəri 2000 manat olan və üzəri brilyant daşlarla bəzədilmiş bir ədəd paxlava formasında üzüyün; çəkisi 6 qram qızıldan üzəri brilyant daşlarla bəzədilmiş və qiyməti 1600 manat olan bir ədəd üzüyün, çəkisi 4 qram ağ qızıldan dəyəri 1800 manat olan və üzəri brilyant daşlarla bəzədilmiş bir ədəd üzərində ürəklər olan üzüyün, çəkisi 3 qram qızıldan, dəyəri 500 manat olan və üzəri brilyant daşlarla bəzədilmiş bir ədəd gül formasında üzüyün; çəkisi 5 qram ağ və sarı qızıldan, dəyəri 600 manat olan dördbucaq formasında bir ədəd üzüyün; çəkisi 3 qram ağ qızıldan, dəyəri 1000 manat olan və üzəri brilyant və zümrüd daşlarla bəzədilmiş bir ədəd üzüyün; çəkisi 5 qram qızıldan, dəyəri 2000 manat olan və üzərində 5 ədəd brilyant daşlarla bəzədilmiş bir ədəd üzüyün; çəkisi 3 qram çəhrayı rəngli qızıldan, dəyəri 200 manat olan bir ədəd üzüyün; çəkisi 9 qram ağ qızıldan “Raggi” markalı üzəri tam brilyant daşlarla bəzədilmiş və dəyəri 4000 manat olan toy mərasimində verilmiş üzüyün; çəkisi 6 qram qızıldan, dəyəri 2000 manat olan və üzəri brilyant daşlarla bəzədilmiş bir ədəd nişan üzüyünün; çəkisi 5 qram çəhrayı rəngli qızıldan, dəyəri 1000 manat olan və üzəri iki brilyant daşlarla bəzədilmiş bir ədəd üzüyün; çəkisi 5 qram qızıldan, dəyəri 800 manat olan və üzəri brilyant daşlarla bəzədilmiş sırğa dəstinin (qızları Sofiaya aid); çəkisi 2 qram çəhrayı rəngli qızıldan, dəyəri 200 manat olan uşaq qolbağının, çəkisi 3 qram qızıldan, dəyəri 300 manat olan “Hello Kitty” markalı bir ədəd uşaq qolbağının; dəyəri 100 manat gümüşdən olan və fıruzə daşla bəzədilmiş sırğa və asqı (kulon) dəstinin; dəyəri 100 manat olan fıruzə daşla bəzədilmiş bir ədəd gümüş sırğanın; dəyəri 100 manat gümüşdən olan Minankari adlanan sırğa dəstinin; çəkisi 2 qram qızıl suya salınmış, dəyəri 200 manat olan və R və S formasında iki ədəd asqının (kulon); çəkisi 3 qram ağ qızıldan, dəyəri 300 manat olan və “ana və uşaq’’ adlanan üzəri brilyant daşla bəzədilmiş bir ədəd asqının (kulon); dəyəri 150 manat olan üzəri sirkon daşla bəzədilmiş gümüş sırğanın: dəyəri 300 manat gümüşdən olan Minankari adlanan iki ədəd asqının (kulon); çəkisi 3 qram qızıldan, dəyəri 800 manat olan və üzəri brilyant daşlarla və ulduz işarələri ilə bəzədilmiş bir ədəd boyunbağının; 1 ədəd çəkisi 3 qram və dəyəri 300 manat üzərində gözmuncuğu olan sancağın: dəyəri 700 manat olan “Michael Kors” markalı bir ədəd qol saatının; dəyəri 550 manat olan “Seiko” markalı bir ədəd qol saatının; dəyəri 200 manat olan “Rado” markalı bir ədəd qol saatının: dəyəri 600 manat olan “Tissot” markalı bir ədəd qol saatının və digər ümumi dəyəri 1500 manat olan (qolbağlar, sırğalar, üzüklər) bijuteriya əşyalarının; “İstiqbal” mebel salonundan alınmış ümumi dəyəri 10500 manat təşkil edən mebel dəsti - iki ədəd yumşaq divan (iki və üç nəfərlik) və 4 ədəd divan üstü üzərində bəzəklər olan atlas və vilyur yastıqlar, bir ədəd jurnal stolu, bir ədəd masa və 8 ədəd stul, bir ədəd içərisi güzgülü kamod, iki nəfərlik taxt dəsti və matrasın; ümumi dəyəri 6000 manat olan və sifariş əsasında dəhlizdə quraşdırılmış şkaf, yataq otağında quraşdırılmış şkaf, kamod, bəzənmə masası və kiçik kamod, iki ədəd tumba, uşaq otağında quraşdırılmış şkaf, yataq və bir ədəd üç siyirtməli güzgülü kamodun; ümumi dəyəri 10000 manat təşkil edən və sarı rəngdə olan “Villeroy&Boch Audun” markalı 18 nəfərlik yemək dəsti, 18 nəfərlik çay dəsti, 8 nəfərlik qəhvə dəsti, 18 nəfərlik desert boşqabları, qənd qabı, su qabı, 2 ədəd kiçik bulud, 2 ədəd böyük bulud, 2 ədəd sous qabı, 4 ədəd böyük kasanın; çəhrayı rəngdə olan ''Villeroy&Boch MarieFleur” markalı dəyəri 1500 manat olan 8 nəfərlik yemək və şorba dəstinin, dəyəri 1200 manat olan 8 nəfərlik çay dəstinin, dəyəri 120 manat olan 1 ədəd böyük qənd qabı və dəyəri 100 manat olan bir ədəd kiçik qənd qabının, dəyəri 250 manat olan 1 ədəd böyük salat qabının; hər birinin dəyəri 400 manat olan 3 ədəd böyük buludun; dəyəri 240 manat olan iki ədəd büllur su qrafininin; dəyəri 180 manat olan bir ədəd büllur vazanın; dəyəri 350 manat olan iki ədəd büllur çərəz qabının; dəyəri 8000 manat olan “Kreuzband” adlı 18 nəfərlik yemək və desert dəstinin; dəyəri 5000 manat olan “Mademouiselle” adlanan 12 nəfərlik yemək və desert dəstinin; dəyəri 300 manat olan bir ədəd farfordan olan üzəri güllərlə bəzədilmiş çaynik, dəyəri 180 manat olan bir ədəd üzəri emale edilmiş çaynikin; dəyəri 250 manat olan üç ədəd yeni il qablarının; dəyəri 400 manat olan “Egizia” markalı bir ədəd büllur meyvə qabının; dəyəri 160 manat olan bir ədəd uşaq yemək dəstinin; dəyəri 140 manat olan bir ədəd meyvə süzgəcinin; ümumi dəyəri 150 manat olan 2 ədəd salat qaşığının, 1 ədəd ət üçün böyük çəngəlin, iki ədəd böyük qaşıq və 1 ədəd tort bıçağının; dəyəri 800 manat olan “Madonna” adlanan 6 nəfərlik yemək dəstinin; dəyəri 500 manat olan “Madonna” adlanan 6 nəfərlik çay dəstinin; dəyəri 200 manat olan 12 nəfərlik dəniz məhsulları üçün yemək dəstinin; dəyəri 150 manat olan krujevalı güllərlə bəzədilmiş üç ədəd qabın; dəyəri 200 manat olan 6 ədəd şirniyyat bişirmək üçün formaların (qablar); dəyəri 250 manat olan büllurdan ibarət iki ədəd şam qabının, dəyəri 50 manat olan büllurdan ibarət bir ədəd kəpənəkli konfet qabının, dəyəri 120 manat olan büllurdan ibarət bir ədəd ürək formasında qabın, dəyəri 230 manat olan büllurdan ibarət bir ədəd böyük konfet qabının, dəyəri 50 manat olan büllurdan ibarət bir ədəd fil formasında qabın, dəyəri 500 manat olan büllurdan ibarət meyvə qabının, dəyəri 1000 manat olan büllurdan ibarət 18 ədəd çaxır bakallarının; dəyəri 1000 manat olan büllurdan ibarət 18 ədəd şampan bakallarının; dəyəri 300 manat olan büllurdan ibarət 6 ədəd araq rumkalarının; dəyəri 800 manat olan büllurdan ibarət 6 ədəd rakuşka formasında qab və boşqabların; dəyəri 2000 manat olan büllurdan ibarət bir ədəd böyük vazanın; dəyəri 200 manat olan büllurdan ibarət 8 ədəd çəhrayı rəngdə çaxır bakallarının; dəyəri 200 manat olan büllurdan ibarət 8 ədəd çəhrayı rəngdə şampan bakallarının; dəyəri 40 manat olan buta formasında ədviyyat qablarının; dəyəri 50 manat olan büllurdan ibarət 6 ədəd dondurma qablarının; dəyəri 1000 manat olan çemodanda olan bıçaq dəstinin; dəyəri 800 manat olan “Mullerhaus” markalı qazan dəstinin; dəyəri 70 manat olan 3 ədəd “İkea” markalı bıçaqların; dəyəri 800 manat olan VMF markalı bıçaq dəstinin: dəyəri 60 manat olan “Tefal” markalı bıçaq dəstinin; dəyəri 120 manat olan VMF markalı bıçaq dəstinin: dəyəri 250 manat olan “Thum” markalı tort qabının, 1 ədəd salat qabı və 4 ədəd fincanın; dəyəri 80 manat olan 1 ədəd keramik çaynikin; dəyəri 200 manat olan “İkea” markalı iki ədəd gümüş rəngli qazan və iki ədəd qara rəngli qazanın; dəyəri 100 manat olan üzərində lalələr olan farfordan vazanın; dəyəri 130 manat olan 3 ədəd stolüstü süfrənin; dəyəri 80 manat olan 2 ədəd tavanın; dəyəri 80 manat olan iki ədəd çəhrayı rəngdə “Tefal” markalı tavanın; dəyəri 100 manat olan bir ədəd qırmızı rəngli “Bialetti” markalı yastı tavanın; dəyəri 1500 manat olan “Samsung” markalı soyuducunun; dəyəri 500 manat olan “Talberg” markalı sobanın; dəyəri 300 manat olan “Talberg” markalı havaçəkən və sobanın; dəyəri 900 manat olan “Ariston” markalı qabyuyanın; dəyəri 1100 manat olan “Samsung” markalı paltaryuyanın; dəyəri 200 manat olan “Gorenje” markalı mikrodalğalı sobanın: dəyəri 150 manat olan VMF markalı doğrayıcı aparatın; dəyəri 400 manat olan “Tefal” markalı ətçəkən maşının: dəyəri 60 manat olan “Roventa” markalı saç feninin; dəyəri 400 manat olan “Roventa” markalı tozsoran maşının; dəyəri 80 manat olan “Bosch” markalı tozsoran əl maşınının; dəyəri 100 manat olan “Tefal” markalı tosterin; dəyəri 5000 manat və ölçüsü 65 düym olan “Samsung” markalı televizorun; dəyəri 10000 manat təşkil edən mətbəx mebelinin; dəyəri 320 manat olan “Gabrielle Chanel” markalı 100 ml ətirin; dəyəri 100 manat olan “X12 Hilfiger” markalı 50 ml ətirin; dəyəri 300 manat olan “Shalimer Guerlain” markalı 100 ml ətirin; dəyəri 50 manat olan “X8 Arden” markalı 50 ml ətirin; dəyəri 70 manat olan “X11 Provocateur” markalı 100 ml ətirin; dəyəri 230 manat olan “Elie Saab” markalı 100 ml ətirin: dəyəri 125 manat olan “Narcisio Rodrigues” markalı qırmızı rəngli 30 ml ətirin; dəyəri 50 manat olan “Sephora” markalı göz paletinin; dəyəri 100 manat olan “Lancome” markalı göz kosmetik dəstinin; dəyəri 80 manat olan “Clinique” markalı 50 ml üz kreminin; dəyəri 100 manat olan “Estee Lauder” markalı 30 ml göz ətrafı kreminin; dəyəri 600 manat olan “Dolce&Gabbana” markalı gün eynəyinin; dəyəri 600 manat olan “Marc Jacobs” markalı gün eynəyinin; dəyəri 600 manat olan “Prada” markalı gün eynəyinin alınaraq ona verilməsi və ya onların dəyərinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh İddiaçı qarşı şəxsi əşyalarının qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çəkisi 40 qram və dəyəri 8000 manat olan "Raketa” markalı kişi qızıl saatı və qızıldan olan kəməri; çəkisi 17 qram sarı qızıldan və dəyəri 1500 manat olan kişi qolbağı; çəkisi 14 qram sarı qızıldan və dəyəri 1300 manat olan kişi qolbağı; çəkisi 16 qram sarı qızıldan və dəyəri 1500 manat olan kişi boyunbağı; çəkisi 6 qram sarı qızıldan olan dəyəri 700 manat olan kişi boyunbağı; çəkisi 11 qram və dəyəri 2500 manat olan sarı qızıldan, üzərində Venesiya şəhərinin gerbi və ətrafı brilyant daşlarla bəzədilmiş böyük kişi üzüyü; çəkisi 15-20 qram və ağ gümüşdən medal; çəkisi 8-10 qram ağ italyan qızıldan və dəyəri 1200 manat olan kişi nişan üzüyü; dəyəri 2060 manat olan 1 ədəd Rus çarı dövrünün qədimi qızıl sikkəsi; dəyəri 900 manat olan "Tissot” Tradition qızılı rəngdə kişi qol saatı; dəyəri 700 manat olan "Michael Kors” markalı kişi qol saatı; dəyəri 2750 avro olan "Tudor Archeo 43300” markalı kişi qol saatı; 129 avro dəyəri olan "Daniel Wellington” markalı kişi qol saatı; dəyəri 550 manat olan "Seiko” markalı kişi qol saatı; dəyəri 418,40 avro olan "Kenzo” KZ 4243 - Traditionnel” və "Tom Ford” FT0624 - Traditionnel” markalı kişi eynəkləri; dəyəri 551 avro olan "Paul & Joe” SKAR13 - Traditionnel” və "Ray-Ban” RB8301 - Traditionnel” markalı kişi eynəkləri; dəyəri 468 avro olan "X4 373 - Percee” və "Armani” AR8027 - Traditionnel” markalı kişi eynəkləri; dəyəri 1060,56 avro olan sarı rəngdə "X9” markalı 8 nəfərlik yemək və çay dəsti; dəyəri 700,50 avro olan çəhrayı rəngdə olan "X6 Fleur” markalı 8 nəfərlik yemək və çay dəsti; dəyəri 290 avro olan 2 ədəd büllur su qrafini, 1 ədəd büllur vaza, 2 ədəd büllur çərəz qabı, 2 ədəd büllur şam qabı, 1 ədəd kəpənəkli büllur konfet qabı, 1 ədəd ürək formasında büllur qab, 1 ədəd böyük konfet büllur qabı, 1 ədəd meyvə büllur qabı, 1 ədəd meyvə süzgəci, çaxır və şampan büllur bakalları, 2 ədəd Yeni il qabları; dəyəri 25 avro olan 6 ədəd şirniyyat bişirmək üçün formalar (qablar), dəyəri 119 və 25 avro olan 2 ədəd "VMF” bıçaq dəstləri, dəyəri 70 avro olan 1 ədəd "Mullehaus” qazan; dəyəri 25 avro olan "Tefal” markalı bıçaq dəsti, dəyəri 100 manat kimi göstərilən 1 ədəd qırmızı rəngli "Bialetti” markalı yastı tavan; dəyəri 250 manat kimi göstərilən "Thum” markalı tort qabı; dəyəri 252 avro olan "Roventa” markalı saç feni, "Bosch” markalı tozsoran əl maşını, "Tefal” markalı toster və "Roventa” markalı tozsoran maşın; dəyəri 199 avro olan "Moulinex ME740H30” markalı ətçəkən maşının İddiaçı alınaraq ona qaytarılması və ya onların dəyərinin İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra ilk iddia üzrə iddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsi və artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızıl zinət əşyalarının qiymətləndirilməsi ilə əlaqədar çəkilmiş xərc kimi 300 manat məbləğində pulun da cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə münasibəti pisləşdikdən sonra valideynin evinə qayıtmaq qərarına gəldikdən sonra 09 mart 2021-ci il, 12 mart 2021-ci il və 26 mart 2021-ci il tarixlərdə cavabdehin nəzarəti altında yalnız özünə və uşaqlarına aid geyim əşyalarını apara bilmiş, növbəti gəlişinə isə qadağa qoyulmuşdur. Cavabdeh isə yalnız nikahın pozulması barədə qətnamə qəbul edildikdən sonra qızıl zinət və digər əşyalarını aparmağa icazə verəcəyini bildirmişdir. Beləliklə də, o, iddia tələbində qeyd olunan və mülkiyyət hüququ ilə özünə məxsus olan əşyalarını, eləcə də uşaqlarına aid doğum haqqında şəhadətnamələri hal-hazıra kimi ala bilməmişdir. İddia tələbində qeyd olunan qızıl zinət və digər əşyalar vaxtilə ona bağışlanmış, eləcə də özünün pul vəsaiti və valideynlərinin verdikləri pulla alındığına görə hesab edir ki, onun mülkiyyəti kimi geri qaytarılmalıdır. Qarşılıqlı iddianı isə əsassız hesab edir və qeyd edir ki, cavabdeh ona məxsus əşyaları qaytarmamaq məqsədilə qondarma iddia qaldırmışdır. Belə ki, qarşılıqlı iddiada qeyd olunan əşyalar onun tərəfindən götürülə bilməzdi, çünki həmin vaxt cavabdehin təsiri və təzyiqi altında yalnız özünə və övladlarına aid paltarıları apara bilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbinə etiraz ərizəsi və eyni zamanda qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbində qeyd edilmiş əşyaların əksəriyyəti xarici ölkələrdə olduqları müddətdə onun şəxsi vəsaiti hesabına alınmışdır. 09.03.2021-ci il tarixində İddiaçı evdən gedərkən əşyalarını özü ilə aparmış, 12.03.2021 və 26.03.2021-ci il tarixlərində isə atası ilə təkrar gəlmiş və qalan digər əşyalarını aparmışdır. Ümumilikdə İddiaçı atasının köməyi ilə evdən 3 dəfəyə içi müxtəlif əşyalarla dolu 21 ədəd böyük çanta və qutu aparmışdır. Aparılan əşyaların içində qızıl zinət əşyaları, mətbəx əşyaları, şəxsi istifadədə olan əşyalar, məişət texnikası və digər müxtəlif ev əşyaları olmuşdur. İddiaçı hətta ona məxsus və onun istifadəsində olan qızıl zinət əşyaları və digər şəxsi əşyalarını da özü ilə aparmışdır. Bu halı qonşular təsdiq etməyə hazırdırlar. 2021-ci ilin mart ayında 3 dəfə iddiaçı və atası tərəfindən əşyaların aparılmasını iddiaçının valideynləri də təsdiq etmişlər. Buna görə də ilk iddia rədd edilməli, qarşılıqlı iddia ərizəsində göstərilən əşyalar İddiaçı alınıb ona qaytarılmalıdır. İddiaçı iddia ərizəsində əşyaların qiymətlərini şişirtmiş, bəzi dəstlərə daxil olan əşyaları həm də ayrıca tələb etmiş, bəzi olmayan əşyaları, həmçinin ona məxsus və istifadəsində olan əşyaların da qaytarılmasını tələb edir. İddiaçı onun tərəfindən Avropadan alınan əşyaları, valideynlərinin və rəfiqələrinin ona hədiyyəsi kimi qələmə verir, halbuki həmin əşyaların alınması ilə bağlı qəbzlər mövcüddur. İddiaçının özü ilə apardığı, lakin iddia ərizəsində təxmini çəkisi 60 qram və dəyəri 5000 manat kimi göstərilən 1 dəst qızıl boyunbağı və qolbağını o, 950 avroya İtaliyadan almış, sırğanın bir tayını iddiaçı 2013-cü ilin dekabr ayında Romadan Bakıya qayıdarkən itirmiş, özü ilə apardığı, lakin iddia ərizəsində təxmini çəkisi 20 qram qızıldan ibarət, üzərində zümrüd daş və dəyəri 5000 manat kimi göstərdiyi 2 ədəd sırğa və 1 ədəd üzük dəstini Bakıda Mərkəzi Universamdan 1750 manata almış, iddiaçının özü ilə apardığı, lakin iddia ərizəsində təxmini çəkisi 10 qram və dəyəri 80 manat kimi göstərdiyi qızıl sırğa dəstini Bakıdan 400 manata, özü ilə apardığı, lakin iddia ərizəsində təxmini çəkisi 7 qram, dəyəri 600 manat kimi göstərdiyi qızıl üzüyü (üzərində "Samanta” yazılan) cəmi 300 manata, iddiaçının özü ilə apardığı, lakin iddia ərizəsində təxmini çəkisi 3 qram və dəyəri 600 manat kimi göstərdiyi 1 ədəd qızıl qolbağını cəmi 300 manata almış, özü ilə apardığı, lakin iddia ərizəsində təxmini çəkisi 13 qram və 1500 manat kimi göstərdiyi ağ qızıldan və üzəri brilyant daşlarla bəzədilmiş sırğa dəstini 450 manata almış, özü ilə apardığı, iddia ərizəsində təxmini çəkisi 18 qram və dəyəri 1600 manat kimi göstərdiyi qızıldan olan mələk formasında asqı (kulon) və qızıl boyunbağını qızı Sofia üçün İtaliyanın Venesiya şəhərindən 185 avroya almış, iddiaçının özü ilə apardığı, iddia ərizəsində dəyəri 6000 manat kimi göstərdiyi üzəri brilyant daşlarla və akvamarinlə bəzədilmiş ağ qızıldan olan asqı (kulon) və sırğa dəstini Venesiya şəhərindən 840 avroya almış (şəkili əlavə olunur), özü ilə apardığı, lakin iddia ərizəsində dəyəri 400 manat kimi göstərdiyi üzəri kəhrəba ilə bəzədilmiş gümüş qolbağ, sırğa, üzük və asqıdan (kulon) ibarət dəsti Polşanın Krakov şəhərindən 125 avroya almış, iddiaçının özü ilə apardığı, lakin iddia ərizəsində dəyəri 600 manat kimi göstərdiyi 2 ədəd ağ mirvari daşlardan boyunbağını və dəyəri 400 manat kimi göstərdiyi 2 cüt mirvaridən olan sırğalar olmamış, “Misaki” markalı 1 ədəd boyunbağı və 1 ədəd sırğa olmuş, onları da İtaliyanın Roma şəhərində “Paolucci” diplomatik mağazasından 80 avroya almış, özü ilə apardığı, lakin iddia ərizəsində çəkisi 3 qram və dəyəri 250 manat kimi göstərdiyi “Sofia” yazılı qızıl boyunbağını qızı Sofia üçün Fransanın Paris şəhərində zərgərə 90 avroya sifarişlə düzəltdirmiş, özü ilə apardığı, lakin iddia ərizəsində çəkisi 5 qram və dəyəri 600 manat kimi göstərdiyi ağ və sarı qızıldan dördbucaqlı 1 ədəd üzüyü toydan əvvəl 2011-ci ildə İtaliyanın Limena şəhərindən almış, iddiaçının özü ilə apardığı, iddia ərizəsində çəkisi 9 qram və dəyəri 4000 manat kimi göstərdiyi ağ qızıldan “Raggi” markalı üzəri tam brilyant daşlarla bəzədilmiş üzüyü İtaliyanın Roma şəhərindən 1050 avroya almış, özü ilə apardığı, lakin iddia ərizəsində çəkisi 6 qram qızıldan və dəyəri 2000 manat kimi göstərdiyi üzəri brilyant daşlarla bəzədilmiş 1 ədəd nişan üzüyünü 550 manata almış, həmin üzük 1 brilyant qaşdan ibarət olmuş və həmin üzük, nişan üzüyü barmağından düşməməsi üçün iddiaçının barmağında olmuş, özü ilə apardığı, lakin iddia ərizəsində çəkisi 3 qram və dəyəri 300 manat kimi göstərdiyi “Hello Kitty” markalı 1 ədəd uşaq qızıl qolbağını İtaliyanın Roma şəhərindən qızı Sofia üçün 100 avroya almışdır. Bununla belə, çəkisi 10 qram və dəyəri 1000 manat kimi göstərilən 1 ədəd üzərində krujeva olan qızıl qolbağ, çəkisi 7 qram və dəyəri 600 manat kimi göstərilən sırğa və 2 cüt üzük, dəyəri 500 manat kimi göstərilən 1 ədəd bənövşəyi mirvari boyunbağı, çəkisi 5 qram və dəyəri 2000 manat kimi göstərilən və üzərində 5 ədəd brilyant daşlarla bəzədilmiş 1 ədəd qızıl üzük, dəyəri 100 manat kimi göstərilən firuzə daşla bəzədilmiş 1 ədəd gümüş sırğa ümumiyyətlə olmamışdır. İddia ərizəsində göstərdiyi digər qızıl zinət əşyalarının qiymətləri yadında deyil, onların bir qismini o, bir qismini isə iddiaçı özü almış və iddiaçı özü ilə aparmışdır. Həmçinin həm özünə, həm də ona məxsus qol saatlarını da özü ilə aparmışdır. “İstikbal” mebel dəsti (2 ədəd yumşaq divan, 4 ədəd divan üstü yastıqlar, 1 ədəd jurnal stolu, 1 ədəd masa, 8 ədəd stul, 1 ədəd içərisi güzgülü kamod (şkaf), 2 nəfərlik taxt dəsti və matras), dəhliz şkafı, yataq şkafı, kamod, bəzənmə masası və kiçik kamod, 2 ədəd tumba, uşaq otağı üçün şkaf, yataq və 1 ədəd üç siyirtməli güzgüsüz kamod (iddia ərizəsində güzgülü qeyd olunub) və mətbəx mebeli hazırda evdədir, lakin onlar birgə nikah dövründə alınmış əmlak hesab edilir. Bundan əlavə, ilk iddia üzrə onun (ilkin iddia üzrə cavabdehin) şəxsi vəsaiti hesabına alınmış və hətta ümumiyyətlə heç zaman onlarda olmayan mətbəx ləvazimatlarını öz cehiz əşyaları kimi qələmə vermiş və onların qiymətlərini şişirdərək məhkəməyə yalan məlumat vermişdir. Belə ki, iddia ərizədə qeyd olunan sarı rəngdə “X9” markalı yemək və çay dəsti 18 nəfərlik deyil, 8 nəfərlikdir və qiyməti 10000 manat deyil, İtaliyadan 1060,56 avroya onun tərəfindən alınmış, qeyd olunan 8 nəfərlik qəhvə dəsti, desert boşqabları və buludlar ümumiyyətlə onların evində olmamışdır. İddia ərizəsində qeyd olunan çəhrayı rəngdə “X6 Fleur” markalı yemək və çay dəsti 1500 manata deyil, 700,50 avroya Avropadan almış, iddia ərizəsində qeyd olunan dəyəri 1200 manat kimi göstərilən 8 nəfərlik çay dəsti, dəyəri 120 manat kimi göstərilən 1 ədəd böyük qənd qabı, dəyəri 100 manat kimi göstərilən 1 ədəd kiçik qənd qabı çəhrayı rəngdə “X6 Fleur” markalı yemək və çay dəstini iddiaçı ayrı qeyd etməklə, əlavə pul tələb edir. 8 nəfərlik yemək və şorba dəsti, dəyəri 250 manat kimi göstərilən 1 ədəd böyük salat qabı və hər birinin dəyəri 400 manat kimi göstərilən 3 ədəd böyük bulud ümumiyyətlə mövcud olmamışdır. Sarı rəngdə “X9” və çəhrayı rəngdə “X6 Fleur” markalı dəstləri iddiaçı özü ilə aparmış, dəyəri 8000 manat kimi göstərilən “Kreuzband” adlı 18 nəfərlik və dəyəri 5000 manat kimi göstərilən “Mademouiselle” adlanan 12 nəfərlik yemək-desert dəstləri, habelə dəyəri 200 manat kimi göstərilən 12 nəfərlik dəniz məhsulları üçün yemək dəstləri ümumiyyətlə olmamış, dəyəri 800 manat kimi göstərilən “Madonna” adlanan 6 nəfərlik yemək dəstini, dəyəri 500 manat kimi göstərilən “Madonna” adlanan 6 nəfərlik çay dəstini iddiaçı özü ilə aparmış, dəyəri 400 manat kimi göstərilən “Egizia” markalı olan 1 ədəd büllur meyvə qabını, dəyəri 200 manat kimi göstərilən büllurdan ibarət 8 ədəd çəhrayı rəngdə çaxır bakallarını, dəyəri 200 manat kimi göstərilən büllurdan ibarət 8 ədəd çəhrayı rəngdə şampan bakallarını, dəyəri 50 manat kimi göstərilən büllurdan ibarət 6 ədəd dondurma, dəyəri 800 manat kimi göstərilən büllurdan ibarət 6 ədəd rakuşka formasında qab və boşqablar, dəyəri 1000 manat kimi göstərilən çamadanda olan bıçaq dəstini, dəyəri 150 manat kimi göstərilən krujevalı güllərlə bəzədilmiş 3 ədəd qabı, dəyəri 160 manat kimi göstərilən 1 ədəd uşaq yemək dəstini, iddiaçı özü ilə gətirmiş və hal-hazırda evdədir, dəyəri 240 manat kimi göstərilən 2 ədəd büllur su qrafini, dəyəri 180 manat kimi göstərilən 1 ədəd büllur vazanı, dəyəri 350 manat kimi göstərilən 2 ədəd büllur çərəz qabını, dəyəri 250 manat ola kimi göstərilən 2 ədəd büllur şam qabını, dəyəri 50 manat kimi göstərilən 1 ədəd kəpənəkli büllur konfet qabını, dəyəri 120 manat kimi göstərilən 1 ədəd ürək formasında büllur qabı, dəyəri 230 manat kimi göstərilən 1 ədəd böyük konfet büllur qabını, dəyəri 500 manat kimi göstərilən 1 ədəd meyvə büllur qabını, dəyəri 140 manat kimi göstərilən 1 ədəd meyvə süzgəcini, habelə dəyəri 1000 manat kimi göstərilən çaxır və şampan büllur bokalları hər biri 18 nəfərlik deyil 6 nəfərlik olmuşdur, dəyəri 250 manat kimi göstərilən yeni il qabları 3 ədəd deyil 2 ədəd olmuşdur. Qeyd olunan əşyalar Çexiyanın Praqa şəhərindən diplomatik güzəştlə, ümumilikdə 290 avroya şəxsi vəsaiti hesabına almış, bunları da iddiaçı özü ilə aparmışdır. Dəyəri 300 manat kimi göstərilən büllurdan ibarət 6 ədəd araq rümkaları, dəyəri 100 manat kimi göstərilən üzərində lalələr olan farfordan vaza, dəyəri 50 manat kimi göstərilən büllurdan ibarət 1 ədəd fil formasında qabı, dəyəri 300 manat kimi göstərilən 1 ədəd farfordan olan üzəri güllərlə bəzədilmiş çaynik və dəyəri 180 manat kimi göstərilən 1 ədəd üzəri emal edilmiş çaynik ümumiyyətlə mövcüd olmamışdır. Büllurdan olan 1 ədəd böyük vazanın qiyməti 2000 manata qədər şişirdilmiş, halbuki bu vazanın qiyməti çox ucuzdur və həmin əşya hazırda evdədir. İddia ərizəsində göstərilən, ümumi dəyəri 150 manat kimi göstərilən 2 ədəd salat qaşığı, 1 ədəd ət üçün böyük çəngəl, 2 ədəd böyük qaşıq və 1 ədəd tort bıçağını, dəyəri 70 manat kimi göstərilən 3 ədəd “İkra” markalı bıçaq dəstini şəxsi vəsaiti hesabına Fransadan almış, onları da iddiaçı özü ilə aparmışdır. İddia ərizəsində iddiaçı tərəfindən dəyəri 200 manat kimi göstərilən 6 ədəd şirniyyat bişirmək üçün formalar (qablar) cəmi 20 avroya İtaliyadan, dəyəri 800 və 120 manat kimi göstərilən “VMF” bıçaq dəstlərini isə müvafiq olaraq 119 və 25 avroya Almaniyadan almış, dəyəri 800 manat kimi göstərilən “Mullehaus” qazan dəsti olmamış, 1 ədəd həmin markalı qazan olmuş və 50 avroya İtaliyadan almışdır. Bütün bunları iddiaçı gedəndə özü ilə aparmışdır. Dəyəri 60 manat kimi göstərdiyi “Tefal” markalı bıçaq dəstini iddiaçı özü ilə aparmış, dəyəri 80 manat kimi göstərilən 2 ədəd çəhrayı rəngdə “Tefal” markalı tava hazırda evdədir, dəyəri 250 manat kimi göstərən “Thum” markalı tort qabını italiyalı dostu X10 qonaq gələndə Yeni ilə hədiyyə etmişdir. Bunu da iddiaçı özü ilə aparmışdır. 1 ədəd salat qabı, 4 ədəd fincan, dəyəri 80 manat kimi göstərilən 1 ədəd keramik çaynik, dəyəri 40 manat kimi göstərilən buta formasında ədviyyat qabları, dəyəri 200 manat kimi göstərilən “İkea” markalı 2 ədəd gümüş rəngli qazan, 2 ədəd qara rəngli qazan, dəyəri 130 manat kimi göstərilən 3 ədəd stolüstü süfrə, dəyəri 80 manat kimi göstərilən 2 ədəd tavanı özü almış və hazırda evdədir. Dəyəri 100 manat kimi göstərilən 1 ədəd qırmızı rəngli “Bialetti” markalı yastı tavanı İtaliyanın Roma şəhərində cəmi 25 avroya öz şəxsi hesabına almışdır. Birgə nikah dövründə alınan və iddia ərizəsində dəyəri 1500 manat kimi göstərilən “Samsung” markalı soyuducu, dəyəri 500 manat kimi göstərilən “Talberg” markalı soba, dəyəri 300 manat kimi göstərilən “Taiberg” markalı soba aspiratoru, dəyəri 900 manat kimi göstərilən “Ariston” markalı qabyuyan maşını, dəyəri 1100 manat kimi göstərilən “Samsung” markalı paltaryuyan maşını, dəyəri 200 manat kimi göstərilən “Gorenje” markalı mikrodalğalı sobanı birgə nikah dövründə daha da ucuz qiymətlərə almışlar. Hal-hazırda bu əşyalar onun sahibliyindədir. Dəyəri 60 manat kimi göstərilən “Roventa” markalı saç fenini və dəyəri 60 manat kimi göstərilən “Bosch” markalı tozsoran əl maşınını, dəyəri 100 manat göstərilən "Tefal” markalı tosteri, dəyəri 400 manat kimi göstərilən "Roventa” markalı tozsoran maşınını Almaniyada "Tefal” mağazasında cəmi 252 avroya almış, həmin əşyaları da iddiaçı özü ilə aparmışdır. Dəyəri 150 manat kimi göstərilən "VMF” markalı doğrayıcı aparat və dəyəri 400 manat kimi göstərilən "Tefal” markalı ətçəkən maşın ümumiyyətlə olmamış, "Moulinex ME740H30” markalı ətçəkən maşın Parisdən 199 avroya alınmış və onu da iddiaçı özü ilə aparmışdır. Dəyəri 5000 manat kimi göstərilən 65 diaqonallı "Samsung” markalı televizoru diplomatik endirimlə 1500 avroya Belçikanın Brüssel şəhərində "Media Market” mağazasından öz şəxsi vəsaiti hesabına almış, hal-hazırda evdədir. Dəyəri 50 manat kimi göstərilən "Sephora" markalı göz paletini, dəyəri 100 manat kimi göstərilən "Lancome" göz kosmetik dəstini, dəyəri 100 manat kimi göstərilən "Estee Lauder" markalı 30 ml gözətrafı kremi, dəyəri 70 manat kimi göstərilən "X13 Provocateur" markalı 100 ml. ətir, dəyəri 100 manat kimi göstərilən "X12 Hilfiger" markalı 50 ml. ətir, dəyəri 50 manat kimi göstərilən "X8 Arden" markalı 50 ml. ətir, dəyəri 320 manat kimi göstərilən "Chanel Gabriel" markalı (iddiaçı 100 ml. kimi göstərib, lakin 50 ml. olub) ətirlərini Fransanın Paris şəhərindən diplomatik güzəştlə şəxsi vəsaiti hesabına almış və onları İddiaçı özü ilə aparmışdır. Dəyəri 300 manat kimi göstərilən "Shalimer Guerlain" markalı 100 ml. ətir, dəyəri 80 manat kimi göstərilən "Clinique" markalı 50 ml. üz kremini də Fransanın Paris şəhərindən diplomatik güzəştlə şəxsi vəsaiti hesabına almış və onlar hazırda evdədir. Qeyd olunanlar iddiaçının əsl məqsədinin maksimum pul qopartmaq olduğunu göstərir. Məhz bu səbəbdən iddiaçı özü ilə apardığı əşyaları təkrar tələb edir. Lakin iddiaçı tərəfindən tələb olunan əşyaların əksər hissəsi diplomatik güzəştlə Avropanın müxtəlif şəhərlərindən onun şəxsi vəsaiti hesabına alınmış, onların iddiaçının qohumları və tanışları tərəfindən alınması iddia ərizəsində qeyd olunsa da, buna dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə, onun tərəfindən təqdim olunmuş qəbzlər və digər sənədlərlə təsdiq olunur ki, həmin əşyalar Avropadan alınmışdır. Beləliklə, iddia ərizəsində göstərilən iddia tələblərinin hər hansı əsası yoxdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(010)- 4216/2021 saylı qətnaməsi ilə ilk iddia qismən təmin olunmuş, ünvan 1–də yerləşən İddiaçı məxsus cehiz əşyaları – təxmini çəkisi 45 qram və dəyəri 4600 manat olan 1 dəst qızıl boyunbağı və qolbağın; təxmini çəkisi 16 qram qızıldan ibarət, üzərində zümrüd daş və dəyəri 3700 manat olan iki ədəd sırğa və bir ədəd üzük dəstinin; çəkisi 7 qram, dəyəri 800 manat olan qızıl sırğa dəstinin; çəkisi 7 qram, dəyəri 600 manat olan qızıl üzüyün; çəkisi 3 qram və dəyəri 600 manat olan bir ədəd qızıl qolbağın; ağ qızıldan və üzəri brilyant daşlarla bəzədilmiş, çəkisi 13 qram və dəyəri 1300 manat olan sırğa dəstinin, çəkisi 14 qram, dəyəri 1400 manat qızıldan olan mələk formasında asqı (kulon) və qızıl boyunbağının; dəyəri 5400 manat olan üzəri brilyant daşlarla və akvamarinlə bəzədilmiş ağ qızıldan olan asqı (kulon) və sırğa dəstinin; gümüşdən və dəyəri 400 manat olan üzəri kəhraba ilə bəzədilmiş qolbağ, sırğa, üzük və asqıdan (kulon) ibarət dəstin, çəkisi 3 qram, dəyəri 250 manat olan Sofia yazılı qızıl boyunbağının, çəkisi 5 qram ağ və sarı qızıldan, dəyəri 500 manat olan dörd bucaq formasında bir ədəd üzüyün, çəkisi 8 qram ağ qızıldan Raggi markalı üzəri tam brilyant daşlarla bəzədilmiş və dəyəri 1900 manat olan toy mərasimində verilmiş üzüyün; çəkisi 6 qram qızıldan, dəyəri 2000 manat olan və üzəri brilyant daşlarla bəzədilmiş bir ədəd nişan üzüyü, çəkisi 3 qram qızıldan, dəyəri 300 manat olan “Hello Kitty” markalı bir ədəd uşaq qolbağının, bir ədəd jurnal stolu, bir ədəd masa və 8 ədəd stul, bir ədəd içərisi güzgülü kamod, iki nəfərlik taxt dəsti və matras, ümumi dəyəri 6000 manat olan dəhlizdə quraşdırılmış şkaf, yataq otağında quraşdırılmış şkaf, kamod, bəzənmə masası və kiçik kamod, iki ədəd tumba, uşaq otağında quraşdırılmış şkaf, yataq və bir ədəd üç siyirtməli güzgülü kamodun, dəyəri 400 manat və “Egizia” markalı olan bir ədəd büllur meyvə qabının, dəyəri 160 manat olan bir ədəd uşaq yemək dəstinin, dəyəri 150 manat olan krujevalı güllərlə bəzədilmiş üç ədəd qabın, dəyəri 800 manat olan büllurdan ibarət 6 ədəd rakuşka formasında qab və boşqabların, dəyəri 2000 manat olan büllurdan ibarət bir ədəd böyük vazanın; dəyəri 200 manat olan büllurdan ibarət 8 ədəd çəhrayı rəngdə çaxır bakallarının; dəyəri 200 manat olan büllurdan ibarət 8 ədəd çəhrayı rəngdə şampan bakallarının, dəyəri 40 manat olan buta formasında ədviyyat qablarının, dəyəri 50 manat olan büllurdan ibarət 6 ədəd dondurma qablarının, dəyəri 1000 manat olan çamadanda olan bıçaq dəstinin, dəyəri 200 manat olan “İkea” markalı iki ədəd gümüş rəngli qazan və bir ədəd qara rəngli qazanın, dəyəri 130 manat olan 3 ədəd stol üstü süfrənin, dəyəri 80 manat olan 2 ədəd tavanın, dəyəri 80 manat olan iki ədəd çəhrayı rəngdə “Tefal” markalı tavanın, dəyəri 100 manat olan bir ədəd qırmızı rəngli “Bialetti” markalı yastı tavanın, dəyəri 1500 manat olan “Samsung” markalı soyuducunun, dəyəri 500 manat olan “Talberg” markalı sobanın, dəyəri 300 manat olan “Talberg” markalı havaçəkən və sobanın, dəyəri 900 manat olan “Ariston” markalı qabyuyanın; dəyəri 1100 manat olan “Samsung” markalı paltaryuyanın; dəyəri 200 manat olan “Gorenje” markalı mikrodalğalı sobanın, dəyəri 5000 manat və ölçüsü 65 düym olan “Samsung” markalı televizorun, dəyəri 10.00 manat təşkil edən mətbəx mebelinin, dəyəri 80 manat olan “Clinique” markalı 50 ml üz kreminin Cavabdeh alınaraq İddiaçı qaytarılması qət edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Bundan əlavə, iş üzrə 15 dekabr 2021-ci il tarixli 2(010)-4216/2021 saylı əlavə qətnamə çıxarılmış və Cavabdeh “İstiqbal” mebel salonundan alınmış ümumi dəyəri 10500 manat təşkil edən iki ədəd yumşaq divan (iki və üç nəfərlik) və üzərində bəzəklər olan 4 ədəd divan üstü atlas və vilyur yastıqların alınaraq İddiaçı verilməsi qət olunmuşdur. İş üzrə 15 dekabr 2021-ci il tarixli 2(010)-4216/2021 saylı qərardadla qətnamədə olan yanlışlıq aradan qaldırılaraq qətnamədə dəyəri Ⅶ10.00 manat təşkil edən mətbəx mebeli” sözlərinin “dəyəri 10000 manat təşkil edən mətbəx mebeli” sözləri kimi oxunması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(010)- 4216/2021 saylı qətnaməsindən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İlk İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və ilk iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Whatsapp yazışmalarından, fotoşəkillərdən, şahid ifadələrindən iddianın tam əsaslı olması qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Bundan əlavə, iddiaçının valideynləri tərəfindən ona “İstiqbal” mebel mağazasından mebel dəsti alınması sübut olunmasına baxmayaraq, məhkəmə həmin hissədə iddianı təmin etməmiş, mətbəx mebelinin qiyməti 10000 manat əvəzinə 10.00 manat göstərilmişdir. Həmin qətnamədən qarşılıqlı iddiaçı Cavabdeh da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, İddiaçı 09, 12 və 26 mart 2021-ci il tarixlərdə atası ilə birlikdə gəlib 21 ədəd bağlamada özünə məxsus olan bütün əşyaları aparsa da, məhkəmə həmin əşyaların ondan alınıb İddiaçı verilməsini qət etmişdir. Halbuki, əşyaların böyük əksəriyyəti birgə nikah dövründə İddiaçı deyil, onun öz vəsaiti hesabına birgə nikah dövründə alınmışdır. İddiaçı evdən ona məxsus olan əşyaları da aparmış, lakin birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, işin faktiki halları tam aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyasının iclasında ilk iddiaçı və onun nümayəndəsi öz apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini, qarşılıqlı iddiaçının nümayəndələri isə öz apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Apellyasiya icraatı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X3 icra məmuru tərəfindən tərtib olunmuş aktda qeyd olunan əşyaların ona məxsus olan mənzildə saxlanıldığını, İddiaçı apellyasiya şikayətinin əsassız, qardaşı Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarından görünür ki, tərəflər 11 aprel 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(004)-3014/21 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. İş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin sonuncu yaşayış yeri ünvan 1 ünvanı olmuşdur. 2021-ci ilin mart ayının 09, 12, 21-ci il tarixlərində ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özünə məxsus əşyaların bir qismini aparmış, ona məxsus əşyaların bir qismi isə həmin mənzildə qalmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən ilk iddia üzrə cavabdeh tərəf iddia ərizəsində göstərilən cehiz əşyalarının bir hissəsinin və tərəflərin birgə nikah dövründə doğulmuş uşaqlarına aid sənədlərin onlarda olduğunu etiraf etmişdir. (i.v.137,83) Cavabdeh 7 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında icra məmuru tərəfindən tərtib olunmuş 01.09.2021ci il tarixli aktda (i.v.107-108) 1-14, 16-20, 22-23, 30-35-ci sırada göstərilmiş əşyaların İddiaçı məxsus olmasını və evdə qaldığını etiraf etmişdir. Bundan əlavə, o, 15 saylı sırada qeyd olunmuş uşaq yemək dəstini nikah dövründə aldığını, həmin əşya uşağa aid olduğuna görə qaytarmağa hazır olduğunu, 38 saylı sırada qeyd olunmuş parfümün onun tərəfindən Nilufərə hədiyyə kimi alındığını, 2019-cu ildə Nilufərə cehiz əşyaları da alındığını göstərmişdir. Qarşılıqlı iddiaçının nümayəndəsi Nazim Fərhadov 07 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində qeyd olunan “İstikbal” mebel mağazasından alınmış mebel dəstinin də Nilufərin valideynləri tərəfindən alındığını bildirmişdir. (i.v.139) İddia ərizəsində qeyd olunan qızıl zinət əşyalarının İddiaçı hədiyyə olunmaqla ona məxsus olması, habelə İddiaçı cavabdehlə birgə yaşadığı evi münaqişəli vəziyyətdə tərk etməsi işin mübahisəsiz hallarıdır. Cavabdeh və onun nümayəndələri İddiaçı 3 dəfə onlara gələrək atası ilə birlikdə özünə məxsus olan əşyaları, o cümlədən qızıl zinət əşyalarını aparması sübut olunmamışdır. Qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Elçin Səmədov, Gilə Məcidova, Mübariz Əliyarov və Günel Əliyarovanın ərizələri mötəbər sübut olmadığından, həmin şəxslər mülki prosessual qaydada məhkəmədə dindirilməsi üçün məhkəməyə təqdim olunmadıqlarından, məhkəmə haqlı olaraq onların ərizələrini sübut kimi qəbul etməmişdir. Bundan əlavə, həmin ərizələrdə konkret mübahisəli əmlak və qızıl zinət əşyalarının İddiaçı tərəfindən aparılması əksini tapmamışdır. Digər tərəfdən, İddiaçı məxsus bir sıra əşyaların, habelə uşaqların doğum haqqında şəhadətnamələrinin əvvəllər yaşadıqları evdə qalması işin mübahisəsiz halı olmaqla onun 3 dəfəyə yalnız özünə və uşağa aid geyim əşyalarını götürə bilməsinə dair izahatını məhkəmə daha inandırıcı hesab edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddiasını onun tərəfindən iddia tələbinin əsaslılığının sübut olunduğu hissədə təmin etməkdə haqlı olmuşdur. İddiaçı tələb etdiyi qalan əşyaların mövcudluğunu, özünə məxsus olmasını və əşyaların qarşı tərəfdə qalmasını sübuta yetirə bilməmişdir. Kollegiya qeyd edir ki, İddiaçı apellyasiya şikayətində qeyd olunan “İstiqbal” mebel mağazasından alnmış mebel dəsti ilə bağlı əlavə qətnamə, mətbəx mebelinin qiyməti ilə bağlı yanlışlığın aradan qaldırılması haqqında qərardad çıxarılmış, beləliklə qətnamədə buraxılmış həmin nöqsanlar birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin verdiyi səlahiyyətlər çərçivəsində aradan qaldırılmışdır. Qarşılıqlı iddia ilə bağlı kollegiya qeyd edir ki, qarşılıqlı iddiaçı qeyd olunan qızıl zinət və sair əşyaların İddiaçı tərəfindən aparılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, Cavabdeh yalnız 16 avqust 2021-ci il tarixdə, yəni İddiaçı evi tərk edib gedəndən 5 ay sonra və onun tərəfindən məhkəməyə ilk iddia ərizəsi ilə müraciət edildikdən sonra qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməsi də qarşılıqlı iddianın əsaslı olmasını şübhə altına alır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq ilk iddia tələbini iddiaçının sübuta yetirdiyi həcmdə təmin, qarşılıqlı iddianı isə rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(010)-4216/2021 saylı qətnaməsi apellyasiya şikayətləri üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2058/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2058/2022
11.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver