Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2070/2022 31.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zahid oğluna qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomaşının mülkiyyətə qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(001)-5286/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(001)-5286/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, “Mercedes Benz 320 CDİ” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.09.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, “Mercedes Benz 320 CDİ” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin texniki şəhadətnaməsinin ləğv edilməsi, həmin avtomobilin İddiaçı qaytarılması, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2020-ci il tarixli, 2(103)-3946/2020 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(001)-5286/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Hazırda Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(001)-5286/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2020-ci il tarixli, 2(103)-3946/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(001)-5286/2019 saylı qətnaməsi tam olaraq yoxlanılmışdır. Cavabdeh2 apellyasiya qaydasında baxılmış, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini mübahisələndirmişdir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ...məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olubolmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-nin 366.1 və 366.2-ci maddələrinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti prosessual əsaslar olmadığından qeyri-mümkün hesab edilməlidir. Birinci instansiya məhkəməsi isə bu hallara qiymət vermədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətini baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(001)-5286/2019 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2070/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2070/2022
31.01.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver