Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2073/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh6 qarşı “kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-287/2020 saylı qətnaməsindən cavabdeh MMC-nin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 xx xxxxxxxx 2017-ci il tarixli K2301 nömrəli Maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc 243.229,02 manat, faiz borcu 56.319,32 manat, cərimə borcu 23.693,43 manat olmaqla, cəmi 323.241,77 manat borcun ASC-nin xeyrinə tutulması; xx xxxxxxxx 2017-ci il tarixli K2301 nömrəli Maliyyələşdirmə üçün ərizə üzrə tutmanın X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hərracdan ilkin satış qiyməti 550.000 manat olmaqla; Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 189, 2 nömrəli mənzilə hərracdan ilkin satış qiyməti 300.000 manat olmaqla yönəldilməsi, qeyd edilən daşınmaz əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri “xxxx” MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun onlardan birgə qaydada tutularaq ASC-inin hesabına ödənilməsi; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun və 40 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 287/2020 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada xx xxxxxxxx 2017-ci il tarixli K2301 nömrəli Maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc 243.229,02 manat, faiz borcu 49.405 manat, cərimə borcu 19.000 manat olmaqla, cəmi 311.634,02 manat məbləğində borcun, iddia qaldılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulması, cavabdehlər MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutulmalı olan məbləğ-311.634,02 manat məbləğində borc öhdəliyinin təminatı kimi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 189, 2 nömrəli ünvanında yerləşən mənzilə və cavabdeh X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərrac yolu ilə realizə edilməsi, ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin cavabdehlər Cavabdeh6 və X2 verilməsi, ipoteka predmetləri olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 550.000 manat və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 189 nömrəli evin 2 nömrəli mənzilinin ilkin satış qiyməti 315.000 manat məbləğində müəyyən olunması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 189 nömrəli evin 2 nömrəli mənzilinin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması və ipoteka predmetlərinin alıcıya təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitlərinin Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi, aparılmış qiymətləndirmə xərci olan 600 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq “X4” MMC-nin xeyrinə ödənilməsi, aparılmış qiymətləndirmə xərci olan 800 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 287/2020 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(005)-287/2020 nömrəli qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılmış və qətnamənin “qət etdi” hissəsinin “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsində “0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı” sözlərinin “40 (qırx) manat məbləğində xidmət haqqı” kimi oxunması qərara alınmışdır. Qətnamədən Cavabdeh1 MMC apelyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən sorğu ilə müraciət edilərək, qətnamədən cavabdeh X3 tərəfindən verilmiş apelyasiya şikayətinin işə əlavə edilməsi və baxılması məqsədi ilə mülki işin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Həmçinin cavabdeh E.Süleymanov nümayəndəsi-vəkili də ərizə ünvanlayaraq, təmsil etdiyi şəxsin qətnamədən verdiyi apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin apelyasiya baxışından çıxarılmasını və Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-287/2020 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya baxışından çıxarılaraq həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apelyasiya şikayətinin mülki prosessual normalara uyğun verilib-verilməməsinin yoxlanılması həmin qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 287/2020 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apelyasiya şikayəti məhkəməyə daxil olan zaman mülki iş artıq Bakı Apelyasiya Məhkəməsində olmuş və bu səbəbdən məhkəmə MPM-nin yuxarıda qeyd edilmiş tələblərinə əməl edə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 287/2020 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya baxışından çıxarılsın və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2073/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2073/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver