Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2074/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş qeyri-yaşayış sahəsindən çıxarılması və pul tələbinə dair ilkin iddia tələbi barədə, həmçinin Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbi barədə mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-49/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş qeyri-yaşayış sahəsindən çıxarılması və pul tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 15, mənzil 7, ümumi sahəsi 88 kv.m. olan qeyri-yaşayış sahəsini Cavabdeh stifadəsindən çıxarılmaqla sahənin boşaldılıb İddiaçı 2020-ci ilin mart ayından hesablanmaqla təhvil verilən günə qədər aylıq 850 manat olmaqla və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 215.000 manat ödənilən vəsait, 21.500 manat dəymiş zərər, 80.000 manat məbləğində təmir xərclərinin qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi və vəkili iddianın təmin tədbiri barədə vəsatətlə məhkəməyə müraciət edərək, cavabdehin sahibliyində olan “Bentley GT” markalı, **-GB- *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə məhkəmə mübahisəsi bitənə kimi həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(009)-1537/2021 saylı qərardadı ilə Cavabdeh adına qeydiyyatda alınmış “Bentley GT” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs (alğı-satqı, bağışlama, dəyişmə, yüklü edilməsi və özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlər qadağan edilməklə) qoyulmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-49/2022 saylı qətnaməsi ilə ilkin iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh icarəyə verilmiş Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən ümumi sahəsi 88 kv.m. olan 15 saylı evin 7 saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh İddiaçı xeyrinə 2020-ci ilin beş ayı üçün ödənilməyən icarə haqqı – 4.250 manat məbləğində pulun tutulması, 2021-ci ilin yanvar ayından başlayaraq həmin mənzil təhvil verilən günə qədər aylıq 850 manat hesablanmaqla müəyyən edilmiş məbləğin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələblərinin əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 3410/2022 saylı qətnaməsi llə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-49/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5213/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3410/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ərizə ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli, e-2(009)-1537/2021 saylı qərardadı ilə iddianın təmin tədbiri kimi Cavabdeh adında qeydiyyata alınmış '"Bentley GT“ markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə (alğı-satqı, bağışalma, dəyişmə, yüklü edilməsi özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlər qadağan edilməklə) qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-49/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1537/2021 saylı qərardadı ilə görülmüş iddianın təmin tədbiri ləğv edilməklə Cavabdeh adında qeydiyyata alınmış '"Bentley GT“ markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə (alğı-satqı, bağışalma, dəyişmə, yüklü edilməsi özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlər qadağan edilməklə) qoyulmuş həbs götürülmüşdür. Qeyd olunan qərardaddan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh qətnaməni mənzildən çıxma hissəsində könüllü icra etməmiş, bunun üçün onun yetərincə vaxtı olmuşdur. Bu hal onu göstərməyə əsas verir ki, cavabdeh sahədən çıxmağı süni qaydada uzadır və uzadacaqdır. Bu da faktiki olaraq mülkiyyətçinin konstitusion hüquqlarını pozur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-49/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və şikayətə dair etiraz və ona əlavə edilmiş sənədlərin təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər etiraz və ona əlavə edilmiş sənədləri, həmçinin işə məhkəmə iclasında baxılması barədə vəsatətlərini məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddianı təmin etmək barədə qəbul edilmiş qərardad qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyır. Hazırki iş üzrə isə pul tələbinə dair hissədə qətnamə üzrə dekabr ayının sonunadək yaranan borc tam ödənilmişdir. Cavabdehin əmlakın təhvil verilməsi hissəsində icra sənədinin icrasını gecikdirə biləcəyinə dair tələbkarın dəlilləri hazırda ehtimal xarakteri daşıyır. İş materiallarından görünür ki, Cavabdeh icra sənədi üzrə dekabr ayının sonunadək yaranan borcu tam ödəmişdir. Birinci instansiya məhkəməsində keçirilən iclasda iştirak etmiş cavabdeh bildirmişdir ki, icra sənədinin əmlakın boşaldılması hissəsini isə fevral ayının əvvəlində icra edəcəkdir. Əmlakı bu ayın sonunadək təhvil verə bilməyəcəyi halda həmin ay üçün yaranacaq 850 manat borcu da ödəyəcəkdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, icra vərəqəsi pul tələbinə dair hissədə icra olunduğundan və cavabdeh gələcəkdə yarana biləcək 850 manat məbləğində borcu ödəyəcəyini bildirdiyindən, hazırki vəziyyətdə ona məxsus avtomobilin üzərində həbsin qalmasına hər hansı zərurət qalmır. Belə ki, avtomobilin üzərində həbsin qalması cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcək, həmçinin, hazırki vəziyyətdə iddia tələbinə mütənasib olmayacaqdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehə məxsus avtomobilin üzərindən həbsin götürülməsi icra sənədinin ikinci hissəsinin, yəni cavabdehin iddiaçıya məxsus mənzildən çıxarılması hissəsinin icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilməz. Halbuki, iddianı təmin etmə tədbirinin qəbul olunmasının məqsədi məhz budur. Məhkəmə şikayətin iddiaçının mülkiyyətçi kimi konstitusion hüquqlarının pozulduğu dəlili ilə bağlı isə qeyd edir ki, tərəflər arasında olan mübahisə ilə bağlı çıxarılmış məhkəmə qətnaməsinə əsasən cavabdeh iddiaçıya mənzili təhvil verilən günə qədər aylıq 850 manat ödəmək vəzifəsi daşıyır. Bundan başqa, iddiaçı qətnamənin icrası yubandığı təqdirdə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə əsasən cavabdehin barəsində icra tədbirlərinin həyata keçirilməsi, onun məsuliyyətə cəlb edilməsi ilə bağlı icra məmuruna vəsatət vermək, habelə icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-49/2022 saylıqərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Hakimlər Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2074/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2074/2023
27.02.2023 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver